Məhkəmə qərarları › İş №2(102)-5227/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5227/2020

03.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5227/2020 03.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul və torpaqdan çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1242/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8331/2019 saylı, 17 de kabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim E.A.Abdullayev) İddiaçı Cavabdeh qarşı cavabdehdən 240.813 manat pulun alınaraq iddiaçıya verilməsi və cavabdehin ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin evin altında olmayan 186 kvadrat metr torpaq sahəsindən çıxarılması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1242/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova (sədrlik edən və məruzəçi), T.Q.Məmmədov və G.F.Tağızadə) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8331/2019 saylı, 17 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 240.813 manat pulun alınaraq iddiaçıya verilməsi və cavabdehin ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin evin altında olmayan 186 kvadrat metr hissəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli fərdi yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmuşdur. Həmin fərdi yaşayış evi 114 kvadrat metrdə yerləşməklə 1 mərtəbəli, 2 otaqlı olmuşdur. 07 may 2007ci il tarixdə həmin ev bankdan 3 il müddətinə götürülmüş 88.000 manat kreditə görə girov qoyulmuş və ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Evin qiyməti 130.000 manat qiymətləndirilmişdir. Həmin müddət ərzində iddiaçı həmin evin 2-ci və 3-cü mərtəbələrini tikmiş, tam təmir etmiş və həmin evə gəlin gətirmişdir. Sonradan bankın krediti ödənilə bilmədiyi üçün bankın iddiası əsasında məhkəmə qərarı ilə ev hərraca çıxarılaraq satılmışdır. Evin ilkin qiyməti 130.000 manat qiymətləndirilməsinə baxmayaraq, ev hərraca 54.187,50 manata çıxarılmış və bank həmin evi mülkiyyətinə almış və sonradan da həmin evi elə həmin qiymətə cavabdehə satmışdır. Həm hərracın, həm də sonradan bankla cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin predmeti 0,0114 ha torpaq sahəsi üzərində olan 1 mərtəbəli, 2 otaqlı, 46,44 kvadrat metr yaşayış və 41,44 kvadrat metr köməkçi sahədən ibarət 99B saylı ev olmuşdur. Amma faktiki olaraq cavabdehin mülkiyyətinə 0,03 ha torpaq sahəsi və 3 mərtəbəli ev keçmişdir. Həmin torpaq sahəsi və 2 və 3-cü mərtəbələr ipotekanın, hərracın və alqı-satqının predme ti olmamışlar və həmin əmlaklar hazırda iddiaçıya məxsus olmalıdır. Lakin cavabdeh 1 mərtəbəli ev üçün pul ödəməsinə baxmayaraq, hazırda sənədlərdə olmayan, lakin faktiki olaraq iddiaçının vəsaiti hesabına tikilmiş 2 və 3-cü mərtəbələrə və artıq 186 kvadrat metr torpaq sahəsinə sahiblik edir və istifadə edir. Ona görə də dəyərini ödəmədiyi 2 və 3-cü mərtəbələrin pulu ondan alınaraq iddiaçıya verilməli və alqı-satqının predmeti olmayan və sərəncamla iddiaçının istifadəsinə verilmiş 300 kvadrat metr torpaq sahəsinin fərdi evin altında olmayan 186 kv.metr hissəsindən çıxarılmalıdır. Əvvəlki məhkəmələr zamanı keçirilmiş ekspertiza rəyinə əsasən iddiaçının evi 295.000 manat qiymətləndirilmişdir. Cavabdeh isə yalnız evin 1 mərtəbəsi üçün 54.187,50 manat ödəmişdir. Bu halda cavabdeh faktiki olara q ona məxsus olan evin 2 və 3-cü mərtəbələrinin dəyərini – 240.813 manatı (295.000 manat – 54.187,50 manat = 240.813 manat) iddiaçıya ödəməli və qanunsuz olaraq sahiblik etdiyi 186 kvadrat metr torpaq sahəsindən çıxarılmalıdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası bankdan və hərrac mərkəzindən apelyasiya şikayətində göstərilənləri təsdiq edə biləcək materialları tələb etməmiş, iddiaçının iştirakı olmadan işə baxmış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı və Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiy ası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı çıxarışın surətinə əsasən Sumqayıt şəhəri, 16-cı mikrorayonda 0,0114 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46,44 kvadrat metr yaşayış və 41,44 kvadrat metr köməkçi sahədən ibarət 99B saylı fərdi yaşayış evi tam mülkiyyət hüquq u üzrə 27.04.2006-cı ildə iddiaçının adına qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, “xxxx” ASC ilə X2 arasında bağlanmış 07 may 2007-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq “xxxx” ASC ilə iddiaçı arasında 10 may 2007-ci ildə ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 99B saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarına Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 99B nömrəli fərdi yaşayış evinə dair daşınmaz əmlakın tekniki pasportu əlavə edilmişdir. İş materiallarında olan: - X3 Yekunları barədə 06.04.2012-ci il tarixli, 29/01 saylı protokoluna əsasən Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 99B saylı fərdi yaşayış evi “xxxx” ASC-yə satılmışdır. Əmlakın satış qiyməti 54187,50 man at təşkil edir. Bununla bağlı olaraq Sumqayıt şəhər İcra Şöbəsi ilə “xxxx” ASC arasında hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilə bağlanmışdır. -məhkəmə aktlarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X1, “xxxx” ASC-yə, “xxxx” MMC-yə, Hərrac Mərkəzi “xxxx” MMC-yə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və qeyrilərinə qarşı hərracın nəticələrinin ləğv edilməsi barədə iddiası rədd edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 09 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12.07.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Mə hkəməsinin mülki kollegiyasının 09 yanvar 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -02.05.2011-ci il tarixli şəhadətnamədən görünür ki, Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 99 B saylı fərdi yaşayış evi əvvəllər iddiaçıya məxsus olub və “xxxx” ASC-nin Sumqayıt filialı tərəfindən hərracın yekunları barədə 29/01 saylı Protokola əsasən 54187,50 manata alınıb. -“xxxx” ASC tərəfindən Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsinə ünvanlanmış məktubda göstərilmişdir ki, 06.04.2012-ci il tarixində hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinə əsasən iddiaçıya məxsus Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 99 B saylı fərdi yaşayış evi hərrac vasitəsilə Bankın mülkiyyətinə keçmişdir. -MA seriaylı, ******* saylı çıxarışın s urətinə əsasən Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 99B saylı fərdi yaşayış evi “xxxx” ASC-nin xüsusi mülkiyyətindədir. -Daşınmaz Əmlakın AN-İ seriyalı, ******* saylı, 24.07.2012-ci il taixli alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 99B saylı fərdi yaşayış evi cavabdehə “xxxx” ASC tərəfindən satılmışdır. -Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 99B saylı fərdi yaşayış evi cavabdehdin xüsusi mülkiyyətindədir. Çıxarışda evin ümumi sahəsi 241 kv.metr, torpaq sahəsinin ölçüsü 0,03 hektar göstərilmişdir. - “xxxx” MMC tərəfindən verilmiş 26/OR/10-17 saylı qiymətləndirmə hesabatına əsasən Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 99B saylı fərdi yaşayış evinin bazar dəyəri 295.000 manat həcmində müəyyən edilmişdir. -Sumqayıt XDS İcraiyyə Komitəsinin 06.05.1989-cu il tarixli qərarında iddiaçıya ailə üzvləri ilə birlilkdə 0,03 hektar tikinti altı torpaq sahəsi ayrılması göstərilmişdir. Müəyyən edilmişdir ki, iddiaçı Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 99B saylı fərdi yaşayış evinin ikinci və üçüncü mərtəbələrinin dəyərini cavabdehdən tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1.). Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir (269.2.). İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə a lınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır (269.4.). Əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, ipoteka verilməsi xərclərini borclu çəkir (318.1.). Əgər əşya ipoteka ilə yüklü edilmişsə və əgər ipoteka verildikdən sonra mülkiyyətçi ipotekada dəyişikliklər və ya əlavələr etmişsə və bu zaman onları da tələbin təminatı kimi verməyə borclu deyilsə, həmin dəyişiklikləri və əlavələri geri götürərək əşyanın əvvəlki vəziyyətini bərpa edə bilər. Daşınmaz əşyanın dəyərinin azalması üçün məsuliyyət mülkiyyətçinin üzərinə düşür (318.2.). İş materiallarından göründüyü kimi iddiaçı ona məxsus olmuş mübahisəli evi kredit müqaviləsinin təminatı olaraq “xxxx” ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Sonradan bank tərəfindən ipoteka predmeti olan mübahisəli evə tutma yönəldilmiş və keçirilmiş hərracın nəticəsində bank evi almışdır. Bundan sonra isə ev bank tərəfindən cavabdehə satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında mübahi səli evlə bağlı hər hansı müqavilə münasibətləri olmamışdır. Cavabdeh bankla alqı-satqı müqaviləsi bağlayaraq mübahisəli evi əldə etmişdir. Yəni, iddiaçı ipoteka predmetində hər hansı yaxşılaşdırmalar etmişdisə bununla bağlı tələb və etirazlarını bank qarşısında irəli sürə bilərdi. İşdən göründüyü kimi iddiaçı banka qarşı hərracın nəticələrinin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmış, lakin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən iddia təmin edilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibət lərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1242/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar