Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-572/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X4 və iddiaçının vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən ləğv prosesində olan “Cavabdeh2”nın ləğvedicisi XXX kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(006)-2558/2018, hakim E.Ə.Mehdiyev) İddiaçı ləğv pr osesində olan “Cavabdeh2”nın ləğvedicisi XXX qarşı iddiası təmin edilmiş, iddiaçının mülkiyyətində olan XXX“Cavabdeh2” ilə X8 arasında bağlanmış xx xxxxxx 2003-cü il tarixli, 05 və 05a saylı kredit müqavilələri üzrə ipoteka yüklülüyündən azad olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-12499/2018, hakimlər E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) ləğv prosesində olan “Cavabdeh2”nın ləğvedicisi XXX apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ilə (iş № 2(102)-3119/2019, hakimlər A.K.Kalbalıyev, V.Ə.İbayev və Ə.Ə.Əliyev) ləğv prosesində olan “Cavabdeh2”nın ləğvedicisi XXX kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-9364/2019, hakimlər X.A.Cəmilova, İ.Ə.Kərimli və A.Q.Hüseynov) ləğv prosesində olan “Cavabdeh2”nın ləğvedicisi XXX apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia təmin edilmiş, xx xxxxxx 2003-cü il tarixli 05 və 05 a saylı kredit müqavilələrinin təminatı kimi ipoteka ilə yüklü edilmiş iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, K.Setkin küçəsi, 7 saylı evin 2 nömrəli mənzilinin ipotekasına xitam verilməsi və həmin mənzilin ipoteka yük lülüyündən azad olunması qət edilmişdir. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, K.Setkin küçəsi, 7 saylı evin 170.4 kv.m sahədən ibarət 2 nömrəli mənzili İddiaçı mülkiyyətindədir. xx xxxxxx 2018-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx xxxxxx 2003-cü il tarixli, 05 və 05 a saylı kredit müqavilələrinin təminatı kimi ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, K.Setkin küçəsi, 7 saylı evin 2 nömrəli mənzilinin ipotekasına xitam verilməsi və ipoteka yüklülüyündən azad edilmə si barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı borcun tam ödənilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməmiş, eyni zamanda ona məxsus mənzilin ipoteka yüklülüyündən azad edilməsi ilə bağlı “Cavabdeh2”nın ləğvedicisi XXX müraciət etməməklə, mübahisənin məhkəmədənkənar həll edilməsi, yəni pretenziya qaydasına riayət etməmişdir. Həmçinin bankın əvvəlki ləğvedicisi ilə hazırki ləğvedicisi arasında sənədlər təhviltəslim edilmədiyindən sözügedən məsələni araşdırmaq müddət tələb edir. Apellyasiya məhkəməsi isə işin qeyd edilən hallarına düzgün hü quqi qiymət verməmiş, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı "Cavabdeh2" ilə X8 arasında xx xxxxxx 2003-cü il tarixdə 05 və 05a saylı kredit müqavilələri bağlandığına, həmin müqavilələrin təminatı olaraq eyni tarixdə ona məxsus mənzilin ipoteka ilə yüklü edildiyinə, kredit müqaviləsinin müddətinin xx xxxxxx 2004cü il tarixdə başa çatdığına, bankın isə xx xxxxxx 2005-ci il tarixli qərarı ilə ləğv edildiyinə, kredit müqavilələri üzrə öhdəliklərin tam icra edildiyinə, lakin bankın ləğvedicisi tərəfindən ona məxsus mənzilin ipoteka yüklülüyündən azad edilmədiyinə istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsi ilə sübutla rın adi edilməsi əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin 81-ci maddəsi ilə sübutların mümkünlüyü əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin 88-ci maddəsi ilə sübutların qiymətləndirilməsi əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin 89-cu maddəsi ilə yazılı sübutların dairəsi müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Həmin maddənin məzmunundan göründüyü kimi mülki məhkəmə icraatında sənədin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti yazılı sübut kimi qəbul edilir. Kserosurəti təqdim edilmiş sə nədlərin sübut kimi qiymətləndirilməsinə gəldikdə isə, həmin sənədin əsli tələb edilməklə həqiqiliyi müəyyən edilməlidir. İddiaçının istinad etdiyi halları təsdiq edən sənədlərin, yəni kredit və ipoteka müqavilələrinin, o cümlədən kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi barədə qəbz və ya arayışın əsli və ya lazımi qaydada təsdiq edilmiş surətləri iş materiallarında yoxdur. İddiaçı tərəfindən xx xxxxxx 2003-cü il tarixdə 05 və 05a saylı kredit müqavilələrinin və eyni tarixli ipoteka müqaviləsinin kserosurəti məhkəməyə təqdim edilmişdir. Apellyasiya məhkəməsi qeyd edilən hala ümumiyyətlə hüquqi qiymət verməməklə, həmin sənədləri yazılı sübut kimi qiymətləndirmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, mülki prosessual qanunvericiliyin tələblərinə görə, qeyd edilən müqavilələrin əsli və ya lazımi qaydada təsdiq edilmiş surətləri yazılı sübut kimi qiymətləndirilə bilərdi. Digər tərəfdən, cavabdeh tərəf iddiaya etiraz edərək göstərmişdir ki, əvvəlki ləğvedici ilə təhvil-təslim aparılan zaman əvvəlki ləğvedici hazırki ləğvediciyə banka aid uçot sənədlərini, o cümlədən kredit və sair sənədləri təhvil verməmişdir. Hazırki ləğvedici, yəni cavabdeh bununla bağlı müvafiq orqanlara müraciət etmiş və cinayət işi açılmışdır. Apellyasiya məhkəməsi tərəfindən cavabdehin iş üzrə əhəmiyyət kəsb edən dəlilinə ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dairAzərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxx 2019-c u il tarixli qərarında göstərildiyi kimi, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Həmçinin həmin qərarda göstərilmişdir ki, məhkəmə tərəfindən obyektiv, düzgün, ağlabatan qərarın qəbul edilməsi üçün “audiatur et altera pars” – “digər tərəf də dinlənilməlidir” qaydası tətbiq edilm əlidir. Apellyasiya məhkəməsi gəldiyi nəticəni tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmamış, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməmiş, iş üzrə qanuni və əsaslı qətmamə qəbul etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası işin faktiki halları bərədə irəli sürülmüş dəlillərin mahiyyətinə toxunmadan hesab edir ki, həmin dəlillər hərtərəfli araşdırılmaqla onlara qanunveri ciliyin tələblərinə uyğun hüquqi qiymət verilməklə, qanuni və əsaslı qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-572/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-572/2020
12.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver