Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6275/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-953/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC və üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şi kayətləri üzrə işə 03 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı “işdənçıxma müavinətinin düzgün hesablanması, iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının və məzuniyyət pulunun ödənilməsi və xüsusi qərardad çıxarılması” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli qətnaməsi qismən-iddiaçı Cavabdeh ikinci dərəcəli əlil olmasına baxmayaraq ona münasibətdə qısaldılmış iş vaxtının tətbiq edilməməsi, iş vaxtından artıq iş görməsi və buna uyğun olaraq əlavə əmək haqqı və məzuniyyət pulunun verilməməsi tələbinə aid hissədə ləğv edilmiş, həmin hissədə iddia tələbinin təmin edilərək iddiaçı Cavabdeh çalışdığı dövrdə iş vaxtından artıq işlədiyi saatlara görə ödənilməmiş 49.938,42 manatın, məzuniyyət günlərinə görə ödənilməmiş 4386,26 manatın İddiaçı ASC-dən alınaraq iddiaçı Cavabdeh verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2019-cu il tarixli qərarı ilə bankın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən və icraya yönəldildikdən sonra icra icraatı mərhələsində tərəflər ara sında bağlanmış 07 may 2019-cu il tarixli barışıq sazişinə əsasən bank Cavabdeh ödəməli olduğu 54.324,68 manat pulun 45.000 manatını onun cari hesabına köçürmüş, Cavabdeh tələbin qalan 9324,68manat hissəsindən imtina etmişdir. Bundan sonra, Cavabdeh şikayətlə vergi orqanına müraciət edərək bank tərəfindən ona ödənilən 45.000 manata görə məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi, nəticədə gözlədiyindən az məbləğdə pensiya almasını bildirmişdir. Şikayət əsasında aparılmış araşdırmadan sonra vergi orqanı tərəfindən banka müraciət olunaraq Cavabdeh ödənilən puldan tutulmalı olan 6997,50 manat məbləğində gəlir vergisinin, 5794,21 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının, 290,41 manat məbləğində işsizlikdən sığorta haqqının cəmi 13082,12 manat məbləğində sığorta haqqının ödənilməsini tələb etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin may ayında İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ödənilmiş 45.000 manata görə vergi orqanına 6987,50manat məbləğində gəlir vergisinin, “Sosial sığorta haqqında Qanunun 14.4-cü maddəsinə uyğun olaraq 5794,21 manat məbləğində məcburi dövlət sosial sığorta haqqını, və “İşsizlikdən sığorta haqqında” Qanunun 9.0.2-ci maddəsinə uyğun olaraq 290.41 manat işsizlikdən sığorta haqqının, cəmi 13.082,12 manat bank tərəfindən 31 mart 2020-ci il tarixdə dövlət büdcəsinə ödənilməsini, eləcə də Sumqayıt şəhər Məhkəməsinin 01 mart 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh bankın xeyrinə tutulması qət edilmiş 7077,83 manatın vaxtında ödənilməməsinə görə əldən çıxmış faydaya görə dəymiş 3538,91 manat məbləğində ziyanın, cəmi 16.651,03 manatın Cavabdeh bankın xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3314/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: A.M.Süleymanova) İddiaçı ASC-nin Cavabdeh qarşı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsini üçüncü şəxs qismində işə cəlb edilməklə “icbari dövlət ödənişləri üzrə borcun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı ASC apellyasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual h üquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək qətnamənin qanunun tələblərinə uyğun əsaslandırılmadan çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-953/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.M.Məmmədova (sədrlik edən və məruzəçi), T.O.Quliyev və G.F.Tağızadə) apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3314/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməs i dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi kassasiya şikayəti verərək vergi orqanının cavabdeh kimi işə cəlb olunmamasının Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbinə uyğun olmamasını, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda iş üzrə İddiaçı ASC kassasiya şikayəti verərək bank tərəfindən Cavabdeh ödənilən 45.000 manatın onun muzdlu işi ilə əlaqədar əldə etdiyi gəl ir olmaqla onun həmin gəlir üzrə vergi ödəməyə borclu olmasını, bankın isə Vergi Məcəlləsinin 150-ci maddəsinə əsasən həmin gəlirdən gəlir vergisini ödəmə mənbəyindən tutub büdcəyə köçürməyə borclu olan vergi agenti olmasını, Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə banka ödəməli olduğu 7077,83 manatın ödənilməsini gecikdirməklə banka əldən çıxmış fayda şəklində ziyan vurmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən həmin ziyanın cavabdehdən tutulmalı olmasını, qətnamənin “Sosial sığorta haqqında” Qanunun 12,14.2,14.4, “Vergilər Məcəlləsinin 92, 95, 96.1, 97.3, 98.1.150, “İşsizlikdən sığorta haqqında” Qanunun 9.10.3-cü maddələrinin tələblərinin pozulması ilə çıxarılmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasın a dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi və vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 135.2 İşçi müvafiq iş ilində əmək məz uniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə 196.1. Bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) — müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 449.1 Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödəni lməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam bax dıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli o lan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətləri qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsində icraat Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri qismən təmin olunmalı, qətnamə ləğv edilməklə iş yeni apellyasiya baxışına qaytarılmal ıdır. İş materiallarından görünür ki, bankın hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2018-ci il tarixli qətnaməsi səbəb olmuşdur. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı ASC-nin Sumqayıt filialında aparıcı mütəxəssis vəzifəsində işləyərkən İİ qrup əlil olduğu halda bütün iş günlərində 8 saat işləmişdir. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91-ci maddəsində 1-ci və 2-ci qrup əlil olan işçilər üçün qısaldılmış iş vaxtının müddəti 36 saat, 119-cu maddəsində isə qrupundan asılı olmayaraq əlillərə 42 təqvim günündən az olmayan əmək məzuniyyətinin verilməsi müəyyən olunmuşdur. Həmin iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 24 avqust 2018-ci il tarixli rəyinə görə Cavabdeh iş vaxt ından artıq işlədiyi saatlara görə ödənilməmiş pul vəsaitinin məbləği 49.938,42 manat, məzuniyyət günlərinə görə ödənilməmiş pul vəsaitinin məbləği isə 4386,26 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh iddia tələbini həmin hissədə təmin edərkən ekspertizanın yuxarıda göstərilən rəyinə əsaslanmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2018-ci il tarixli qətnaməsinin icrası zamanı bank tərəfindən Cavabdeh ümumi razılıq əsasında 45.000 manat ödənildiyindən bank həmin məbləğə görə dövlət büdcəsinə ödədiyi verginin Cavabdeh tutulması barədə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə keçirilmiş 24 avqust 2018-ci il tarixli məhkəmə mühasibatlıq ekspertizasının rəyindən Cavabdeh cəmi 54.324,68 manatın ödənilməli olması müəyyən olunarkən həmin məbləğin ödənilməli olan verginin çıxılmasından sonra hesablanması işdən görünmür. Əgər ekspert tərəfindən həmin məbləğ tutulmalı olan vergi hesablandıqdan və çıxıldıqdan sonra müəyyən olunmuşdursa, belə halda cavabdehdən vergi məbləğinin tutulması barədə tələblə məhkəməyə müraciət etmək üçün əsaslar olmamışdır. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin iş tələb olunmamış və göstərilən məsələyə aydınlıq gətirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd olunmasını əsaslı sayarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102-ci maddəsinə əsaslanmış və hesab etmişdir ki, Cavabdeh ödənilmiş pul məbləği kompensasiya olduğundan həmin gəlir vergidən azaddır. İşdən görünür ki, Cavabdeh iş saatlarından artıq işləmiş və həmin iş saatlarına gör ə ona əmək haqqı ödənilməmişdir. Belə olduqda, Cavabdeh əmək haqqı kimi ödənilən pul məbləğinin məhkəmə tərəfindən kompensasiya kimi qəbul edilməsi əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası həmin nəticəsini qanunun tələbinə uyğun əsaslandırmamışdır. Bundan başqa, məhkəmə kollegiyası dövlət sosial sığorta haqqına görə verginin ödənilməsinə dair hissədə və əldən çıxmış fayda ilə əlaqədar bankın tələbinin rədd olunmasına dair hissələrdə gəldiyi nəticəni əsaslandırmamışdır. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Şərh olunanlara əsasən və maddələrini rəhbər tutaraq kollegiya Azərbaycan Respublikası MPM-nin 416-419-cu QƏRARA ALDİ: İddiaçı ASC və üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi yan ında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-953/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6275/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6275/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver