Məhkəmə qərarları › İş №2(102)-742/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-742/2020

06.02.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-742/2020 06.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X6 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(046)507/2018, hakim Z.A.Quliyev) İddiaçı cavabdehlər Cavabdeh, X5, X4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası DƏDRX-in 16 saylı Əraz i İdarəsinə qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh iddiaçının mülkiyyətində olan 0.05 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindəki tikililərin sökülməsi qət edilmiş, iddia X5 və X2 münasibətdə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(107)-108/2019, hakimlər E.Ş.Hüseynov, A.A.Mahmudov və V.İ.Məlikov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx.xx.1998-ci il tarixdə Göyçay rayonu, Kürd kəndində yerləşən 0,06 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. xx xxxxx 2017-ci il tarixdə İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan 0,06 ha torpaq sahəsindən Cavabdeh, X5, X1 çıxarılması və inşa edilmiş tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, mübahisəli torpaq sahəsinin uzun müddət cavabdehlərin istifadəsində olması, 20 ildən artıq müddətdə iddiaçının həmin torpaq sahəsinə heç bir bağlılığı olmaması, iddiaçının 20 ildən çox müddət keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət edərək iddia müddətini ötürməsi nəzərə alınmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı mü lkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən tutulduğuna istinad edərək hazırkı iddia tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Qanunvericiliyin tələblərinə görə mülkiyyətçinin öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməməsi və özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi zamanı üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır: 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır: 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Birinci inst ansiya məhkəməsi tərəfindən alınmış xx.xx.2018-ci il tarixli ekspert rəyinə əsasən Göyçay rayonu Kürd kəndində yerləşən İddiaçı məxsus torpaq sahəsi Cavabdeh tərəfindən tutulduğu müəyyən edilmişdir. Tutulmuş torpaq sahəsinin ölçüsü 0,05 ha olmaqla, həmin sahədə fərdi yaşayış evinin bir hissəsi və koməkçi tikili mövcuddur. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən eilmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmaqla, həmin torpaq sahəsi hazırda Cavabdeh sahibliyindədir və sonuncunun həmin torpaq sahəsi üzərində sahibliyi qanunsuzdur. Cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsini zəbt etməsi sonuncunun öz mülkiyyətindən maneəsiz istifadə hüququnu qanunsuz məhdudlaşdırmaqla, onun qanunla müdafiə edilən mulkiyyət hüquqları nı pozur. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1-ci mаddəsinə əsаsən mülkiyyət hüququ-subyektin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Həmin Məcəllənin 157.2-ci mаddəsinə əsаsən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçının torpaq sahəsini aldıqdan 20 il sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürməsi barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384-cü maddəsi ilə iddia müddətinin şamil edilmədiyi tələblərin dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasınd a tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar