Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-860/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 ASC-nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: suyun dəyərinin ödənilməsi və keyfiyyəti ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-nə və Cavabdeh1 ASC-nin “Şəki Sukanal” İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin yerli strukturu olan Şəki rayon sukanal idarəsinin hesabladığı 194 manat borcun silinməsi, suyun bu əsasla kəsilməsi hərəkətinə son qoyularaq suyun verilməsinin bərpası və bu bərpanın keyfiyyətli su ilə təmin edilməsi, əvvəllər verilmiş və veriləcək olan suyun keyfiyyətsizliyinə görə müqavilə öhdəliklərinin vicdansızca həyata keçirilməsi nəticəsində həyat və sağlamlığa dəyən maddi və mənəvi ziyanın məhkəmə tərəfindən tanınması və iddiasında göstərdiyi ona qarşı edilmiş hərəkətlər nəticəsində onun Avtopa İnsan Hüquqları Konvensiyasının 6-cı, 8-ci və 1 saylı protokollarının 1-ci maddəsi üzrə hüquqlarının pozuntusunun tanınması, bu pozuntulara görə ondan üzr istənilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1439/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı 2 011-ci ildən Cavabdeh1 ASC-nin “Şəki Sukanal” İdarəsinin abunəçisidir. İddiaçıya xx xxxxxx 2020-ci il tarixdə göndərilmiş son faktuda borcunun 194 manat olduğu bildirilmişdir. Cavabdeh1 ASC-nin “Şəki Sukanal” İdarəsinin əməkdaşları iddiaçının yaşadığı ünvana gələrək borcunun olması əsası ilə evinə verilən suyu kəsmişlər. İddiaçının evinə verilən su kəsiləndən sonra, xx xxxxxx 2020-ci il tarixdə ona hesab fakturanı təsdiq edən kompyuterdən çıxarış verilmişdir. Bundan sonra iddiaçı hazırkı tələbi irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 ASC-nə və Cavabdeh1 ASC-nin “Şəki Sukanal” İdarəsinə qarşı cavabdehin yerli strukturu olan Şəki rayon sukanal idarəsinin hesabladığı borcun silinməsi və suyun bu əsasla kə silməsi hərəkətinə son qoyularaq suyun verilməsinin bərpası və bu bərpanın keyfiyyətli su ilə təmin edilməsi, borcun əsassız yazılması və suyun əsassız kəsilməsi səbəbindən dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, əvvəllər verilmiş olan suyun keyfiyyətsizliyinə görə və müqavilə öhdəliklərinin vicdansızca həyata keçirilməsinə görə və bunun nəticəsində həyat və sağlamlığa dəyən maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanında valideyni ilə yaşayır. O, 2011-ci ildən Cavabdeh1 ASC-nin “Şəki Sukanal” İdarəsinin abunəçisidir. Onun evinə xx xxxxxx 2020-ci il tarixdə göndərilmiş son fakturada borcunun 194 manat olduğu bildirilmişdir. Lakin, bir müddət əvvəl Cavabdeh 1 ASC-nin “Şəki Sukanal” İdarəsinin əməkdaşları yaşadığı ünvana gələrək borcunun olması əsası ilə evinə verilən suyu kəsmişlər. Halbuki, həmin vaxt olduğu bildirilən borc məbləği ilə, həm də evinə verilən suyun kəsilməsi ilə razı olmamışdır. Lakin, Cavabdeh1 ASC-nin “Şəki Sukanal” İdarəsinin əməkdaşları bununla bağlı müvafiq araşdırma aparmamış, akt tərtib etməmişlər. Onun evinə verilən su kəsiləndən sonra, xx xxxxxx 2020-ci il tarixdə ona hesab fakturanı təsdiq edən kompyuterdən çıxarış verilmişdir. Həmçinin, onun abonent kartında 2011-ci il üçün 40 kubmetr istehlak göstərilmiş, sonralar artmış, 2014-cü ildə isə istehlak sıfır kub göstərilmiş və sonradan yenidən artmışdir. Lakin, sərfiyyatın kəskin şəkildə artıb-azalmasını cavabdeh təşkilat izah edə bilmir. Bundan başqa, bu günədək evinə suyun verilişi davamlı və keyfiyyətli olmamışdır. Həmçinin, o, 2014-cü ildə sudan istifadə etməməsi barədə heç bir ərizə yazmamışdır. Silinməsini tələb etdiyi məbləğ isə 2011-ci ildən 2019-cu ilədək dövrü əhatə edir. O, ötən dövrdə qismən ödənişlər etmişdir. Tələb edilən pulun tam şəkildə ödəməməsinə səbəb suyun çirkli olması olmuşdur. Hesab edir ki, iddiası əsaslıdır. Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim E.Mehdiyev) iddia rədd edilmişdir. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilən “Sudan istifadə Qaydaları”nın 7.4, 8.1.1, 8.3, 8.4-cü bəndinə, Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası Qanununun 23, 24, 26, 30, 31-ci bənd inə və Mülki Məcəllənin 385.1, 427.3, 442, 448.1, 1096.1, 1097.1-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsinin (hakimlər-M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və V.Məlikov) xx xxxxxx 2020-ci il tarixli, 2(107)-1439/20 nömrəli qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-429/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayəti verərək, apelyasiya məhkəməsinin qətnaməsinin ləğ v edilərək, işə yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı suyun çirkli gəlməsini etiraf etmiş, işin faktiki halları düzgün qiymətləndirilməmiş, işə baxan məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır.. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərba ycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilən “Sudan istifadə Qaydaları”-nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə ( fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edil diyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Həmin qaydaların 8.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda STKM “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istehlakçıların su təchizatını istehlakçını mütləq qaydada xəbərdar etmək şərtilə dayandıra bilər. Həmin qaydaların 8.3-cü bəndinə əsasən istehlakçı suyun verilməsinin dayandırılması (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya müq avilənin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 8.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) barədə STKM-ə yazılı müraciət etdikdə, STKM 2 (iki) iş günü müddətində müvafiq olaraq suyun verilməsinin dayandırılması və ya müqavilənin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya suyun verilməsi həmin qərarın qəbul edildiyi gündən dayandırılmalıdır və istehlakçı sonuncu günədək istifadə etdiyi suyun dəyərini ödəməlidir. Həmin qaydaların 8.4-cü bəndinə əsasən su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyə tçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 ( on ) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçının müvafiq yazılı müraciəti (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda su təchizatını dayandıra bilər: Həmin Qanunun 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini su ölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 31-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdə n çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklə rin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt ) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu ( delikt ) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərin in və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndir ilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Cavabdeh1 ASC-nin Şəki “Sukanal” TSC-də **********270 abonent kodlu, 33986312 saylı müqavilə üzrə istehlakçı kimi qeydiyyatda olan ünvan 2 ünvanında yaşayan İddiaçı mənzilində yaşayan iddiaçı ailə üzvləri ilə birlikdə sudan istifadə etmişdir. Belə ki, iddiaçının məhkəmə instansiyalarında verdiyi izahatında sudan istifadə etdiyini, lakin istehlak etdiyi suyun pulunu tam ödəmədiyini bildirmişdir. Buna səbəb kimi suyun çirkli olmaqla keyfiyyətsiz olmasını, həmçinin suyun davamlı verilməməsini göstərmişdir. İstehlakçı kimi iddiaçı yaşadığı ünvanda uzun müddət, yəni 2011-ci ildən sudan istifadə etsə də hesabında yaranmış borcdan tam şəkildə ödəniş etməmişdir. Bundan başqa, 2011-ci il tarixdən 2019-cu ilədək iddiaçının evində sayğac olmamı ş və Cavabdeh1 ASC tərəfindən sayğac onun evinə 2019-cu ildə quraşdırılmışdır. İddiaçının yaşadığı ünvana sayğac qoyulduqdan sonra istifadə etdiyi suyun dəyəri olan 18,45 manat əvəzinə 9 manat ödəniş etmiş, 2014-2016-cı illər ərzində ümumiyyətlə ödəniş etməmiş, 2017-ci ildə 5 manat, 2018-ci ildə 18 manat, 2019-cu ildə isə 38 manat ödəniş etmişdir. Hazırda istehlakçının su hesabında 194 manat borc vardır. Su borcu iddiaçının sərf etdiyi suya görə yaranmışdır. Həmin borc hər hansı akt nəticəsində yazılmış cərimə məbləği deyildir. Bundan əlavə suyun keyfiyyətsiz olmasını iddia edən tərəf iddiaçı olduğundan bunu sübuta yetirmək vəzifəsi də iddiaçının üzərinə düşür. İddiaçı isə bunu sübut edən hər hansı mötəbər dəlili məhkəmə instansiyalarına təqdim etməmişdir. İddiaçı cavabdehin nümayəndəsinin suyun keyfiyyətsiz olduğunu etiraf etdiyini kasasiya şikayətində bildirsə də iş materiallarında olan xx xxx 2020-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki cavabdehin nümayəndəsi suyun keyfiyyətsiz olduğunu etiraf etməmiş, sadəcə suda nə vaxtsa (nadir hallarda) bulanıqlıq olmasının mümkün olduğunu bildirmişdir. Belə olduğu halda iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün kifayətedici hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1439/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.