Məhkəmə qərarları › İş №2(103)-10582/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10582/2021

13.12.2021 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10582/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı Muradova (Alovlu) Ülviyyə Niyaz qızının nümayəndəsi Vəkil və Cavabdeh direktoru X3 iştirakı ilə, iddiaçı Muradova (Alovlu) Ülviyyə Niyaz qızının müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyini cəlb etməklə Cavabdehnə qarşı “maddi və mənəvi zərərin əvəzinin və hüquqi yardım xərcinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2885/2021 saylı işi üzrə 13 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı Muradova (Alovlu) Ülviyyə Niyaz qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ə y y ə n e t d i: İddiaçı Muradova (Alovlu) Ülviyyə Niyaz qızının «Axırıncı Yol» filminin kinoteatrlarda nümayişindən əldə olunan gəlirlən 80000 manat, internetdə nümayişdən əldə olunan gəlirdən 10000 manat, müəllif hüququnun pozulması və müəllifdən icazə alınmadan əsərindən kommersiya məqsədi üçün istifadə edilməsinə görə 20000 manat, iddiaçının adının müəllif kimi əsərdə qeyd edilmədiyinə görə 20000 manat, mənəvi ziyana görə 5000 manat, hüquqi xidmətə görə 4000 manat, cəmi 149000 manat məbləğində kompensasiyanın Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2885/2021 saylı işi üzrə 13 avqust 2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək, Cavabdehndən 412.17 manat və 3.30 ABŞ Dolları (ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə hesablanaraq) pul tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2885/2021 saylı 13 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iş üzrə tərəflər mübahisəni aralarında barışıqla həll etdiklərini bildirərək, təqdim etdikləri barışıq sazişinin şərtləri təsdiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılığa gəlmişlər: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10582/2021 saylı mülki işi üzrə Cavabdeh MMCyə qarşı iddia tələbindən imtina edir; -Cavabdeh MMC iddiaçının təqdim edəcəyi bank hesabına 2021-ci ilin dekabr ayının sonuna kimi 4000 manat və 2022-ci ilin yanvar ayında qalan 2000 manat ödəməyi öhdəsinə götürür; - cavabdeh öz öhdəliyini icra etmədikdə məcburi icra tədbirləri həyata keçiriləcəkdir; Tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262-ci maddələrinin tələbləri izah edildi; Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3, 52.5, 191.2, 261.0.4, 261.0.5, 370, 391-ci maddələrinə iş materiallarını nəzərdən keçirib, prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Mübahisə edən tərəflərin iradələrinə uyğun olaraq aralarında bağlanılmış barışıq sazişi təsdiq olunmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işin icraatına xitam verilməli və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi diqqətə çatdırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 370, 384.0.5, 400, 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2885/2021 saylı işi üzrə 13 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddiaçı Muradova (Alovlu) Ülviyyə Niyaz qızı və Cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanılmış barışıq sazişi təsdiq edilsin: -İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10582/2021 saylı mülki işi üzrə Cavabdeh MMC-yə qarşı iddia tələbindən imtina edir; -Cavabdeh MMC iddiaçının təqdim edəcəyi bank hesabına 2021-ci ilin dekabr ayının sonuna kimi 4000 manat və 2022-ci ilin yanvar ayında qalan 2000 manat ödəməyi öhdəsinə götürür; -Cavabdeh tərəfindən Sazişlə müəyyən edilən öhdəliklərinin yerinə yetirilməməsi məcburi icra tədbirlərinin həyata keçirilməsinin iddiaçı tərəfindən tələb etməsi və icra sənədinin icraya yönəldilməsi üçün əsasdır. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar