Məhkəmə qərarları › İş №2(103)-11958/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11958/2021

03.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11958/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin “ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasındakı fikir ayrılığının həll edilməsi barədə” müraciətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Hazırkı işin ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı yaranıb. Nizami RM işi ərazi aidiyyəti üzrə baxılması üçün Yasamal RM-nə göndərib, Yasamal RM isə bununla razılaşmayaraq ərazi aidiyyəti ilə bağlı fikir ayrılığının həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə fikir ayrılığının həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddia ərizəsinin Nizami RM-nə verilməsi düzgün olmayıb. Belə ki, iddia ərizəsində cavabdeh kimi göstərilən, Nizami rayonunda yerləşən Bakı Regional Qazın Satışı Departamenti hüquqi şəxs statusuna malik deyi. MPM-in 50.3-cü maddəsindən görünür ki, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Yəni cavabdeh ya fiziki, ya da hüquqi şəxs olmalıdır. O cümlədən Nizami RM tərəfindən əsl olmayan cavabdehin (Bakı Regional Qazın Satışı Departamentinin) əsl cavabdehlə (“Azəriqaz” İB ilə) əvəz edilməsi düzgün olmayıb. Çünki əvəzetmə zamanı bir cavabdeh (fiziki və ya hüquqi şəxs) digər cavabdehlə (fiziki və ya hüquqi şəxslə) əvəz edilir. Bakı Regional Qazın Satışı Departementi cavabdeh olmaq qabiliyyətinə malik olmadığına görə onun əvəz edilməsi barədə qərardad qəbul edilə bilməzdi. Lakin bu pozuntu artıq keçmişdə qalıb və iş Yasamal RM-nə göndərilib. Hazırkı vəziyyətdə işə Yasamal RM-də baxılmalıdır. Belə ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Bakı Regional Qazın Satışı Departamenti hüquqi şəxs statusuna malik olmasına görə işə baxılması Nizami RM-nə aid olmayıb, baxmayaraq ki, Departamentin ünvanı Nizami rayonunda yerləşir. “Əvəzetmədən” sonra cavabdeh sayılan “Azəriqaz” İB-nin ünvanı isə Nizami rayonunda yerləşmir, ona görə cavabdehin ünvanı baxımından işə baxılması Nizami RM-nə aid deyil. Mülki-Prosessual Məcəllənin 36.9-cu maddəsinə görə istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Hazırkı iddia istehlakçının hüququnun müdafiəsi barədədir, iddiaçı isə Yasamal rayonunda yaşayış yeri üzrə qeydiyyatdadır. Ona görə də işə Yasamal RM-də baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 45.4-cü maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hazırkı mülki iş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar