Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12162/2021 29.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, Ərizəçinin nümayəndəsi X2, ərizəçinin nümayəndə və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5090/2021 saylı, 19.10.2021-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı “itirilmiş məhkəmə icraatının bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun vətəndaş Cavabdeh qarşı Bakı şəhəri, Zərgarpalan küçəsi 113 saylı evin 17 saylı mənzilinin alqısatqısına dair 02.07.1990-cı il tarixli müqavilənin ləğv edilməsi və Cavabdeh ona qarşı həmin mənzildən ailə üzvləri ilə birlikdə çıxarılmasına dair qarşılıqlı iddiasının rədd edilməsinə dair mülki işin bərpa olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2-396/1995 saylı, 28.04.1995-ci il tarixli qətnaməsi ilə onun vətəndaş Cavabdeh qarşı iddiası təmin edilərək, Bakı şəhəri, Zərgarpalan küçəsi 113 saylı evin 17 saylı mənzilinin alqı-satqısına dair 02.07.1990-cı il tarixli müqavilə ləğv edilmiş və Cavabdeh ona qarşı həmin mənzildən ailə üzvləri ilə birlikdə çıxarılmasına dair qarşılıqlı iddiası rədd edilmişdir. Bu barədə qəbul olunmuş Nərimanov Rayon Məhkəməsinin 2- 396/1995 saylı, 28.04.1995-ci il tarixli qətnaməsinin ona təqdim edilmiş bir nüsxəsi ondadır. Həmin mənzilə dair çıxarışın alınması məqsədi ilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdiyi zaman ona bildirilmişdir ki, Bakı şəhəri, Zərgarpalan küçəsi 113 saylı evin 17 saylı mənzil alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına sənədləşdirilmişdir. Bununla bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edərək Nərimanov Rayon Məhkəməsinin 2-396/1995 saylı, 28.04.1995-ci il tarixli qətnaməsinin surətini icra edilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinə göndərilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2- 396/1995 saylı, 19.03.2020-ci il tarixli cavab məktubundan məlum olmuşdur ki, Nərimanov Rayon Məhkəməsinin 2-396/1995 saylı, 28.04.1995-ci il tarixli qətnaməsindən daxil olmuş şikayət Bakı Şəhər Məhkəməsinə (hazırki Bakı Apellyasiya Məhkəməsi) göndərilmiş və həmin məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Bakı Apellyasiya Məhkəməsinə müraciət etdiyi ərizəsinə rəsmi cavab verilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin arxivində yalnız Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin yaradıldığı 2000-ci ildən başlayaraq bu günə kimi baxılmış mülki işlər saxlanılır və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin arxivinə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin arxivindən verilmiş cavab məktubundan məlum olmuşdur ki, həmin arxivdə Nərimanov Rayon Məhkəməsinin 1990-cı il daxil olmaqla mülki işlər saxlanılır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Notariat arxivindən aldığı cavab məktubundan müəyyən olur ki, Bakı şəhəri 12 saylı dövlət notariat kontorunda 02.06.1990cı il tarixdə 1 D-2008 reyestr nömrəsi ilə müqavilənin rəsmiləşdirilməsi barədə qeydiyyat aşkar edilmişdir və həmin notariat reyestrdə onun məhkəmə qərarı əsasında ləğv edildiyi barədə müvafiq qeydiyyat aparılmışdır. Hazırda onun vətəndaş Cavabdeh qarşı Bakı şəhəri, Zərgarpalan küçəsi 113 saylı evin 17 saylı mənzilinin alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddiası ilə bağlı mülki işin olmaması və bu səbəbdən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müvafiq çıxarışın ona verilməməsi, onun bir mülkiyyətçi kimi huquqlarını pozur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5090/2021 saylı, 19.10.2021-ci il tarixli qərardadına əsasən ərizənin təmin edilməməsi qərara alınmışdır (sədrlik edən : Vüqar Quliyev). Həmin qərarddadan ərizəçi şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5090/2021 saylı, 25.11.2021-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən ərizəçinin nümayəndəsi S.Şirinova, nümayəndəsi və vəkili X.Yaqubov şikayəti müdafiə edərək təmin edilməsini, qərardadın ləğv edilməsini xahiş etdilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan ünvan 2 28.04.1995-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Movsesovnanın Bakı şəhəri, 12-ci dövlət notariat kontoruna və Cavabdeh qarşı 02.07.1990-cı il tarixlı Bakı şəhəri, K.İzmayılov küçəsi, 133-cü evin, 17-ci mənzilinin alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddiası təmin edilməsi qət edilmişdir. Həmçinin Cavabdeh İddiaçı Movsesovnaya qarşı onun bütün ailə üzvləri ilə birlikdə Bakı şəhəri, K.İzmayılov küçəsi, 133-cü evin, 17-ci mənzildən çıxarılmasına dair qarşılıqlı iddiası rədd edilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə 13.01.2020-ci il tarixdə ünvanlanmış ərizənin surətindən görünür ki, ünvan 2 28.04.1995-ci il tarixli qətnaməsinin icra edilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilməsinin təmin edilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19.03.2020-ci il tarixli, 2-396/1995 nömrəli məktubundan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2-396/1995 saylı, 28.04.1995-ci il tarixli qətnaməsindən daxil olmuş şikayət Bakı Şəhər Məhkəməsinə (hazırki Bakı Apellyasiya Məhkəməsi) göndərilmiş, sözügedən mülki iş bu günədək məhkəməyə qeri qaytarılmamış və həmin məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 27.01.2021-ci il tarixli, 6ÜŞ-1230/21 nömrəli məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin arxivində yalnız Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin yaradıldığı 2000-ci ildən başlayaraq bu günə kimi baxılmış mülki işlər saxlanılır və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin arxivinə müraciət etməsi tövsiyyə edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı 30.09.2020-ci il tarixli, 005-314/2020 nömrəli məktubun surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olmuş İddiaçı Cavabdeh və digərlərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair 2-396/1995 saylı mülki iş, uçot-statistik kartoçkasına əsasən 28.08.1995-ci il tarixdə Bakı Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı 25.09.2020-ci il tarixli, 10/163 nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinə 25.09.2020-ci il tarixdə daxil olmuş 2-396/1995 saylı sorğuya əsasən məlumat üçün bildirilmişdir ki, X3 Rayon Məhkəməsinin 1990-cı il daxil olmaqla mülki işlər saxlanılır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin İddiaçı ünvanlanmış 05/01-Ş-36/13 nömrəli, 17.07.2014-cü il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri 12 saylı dövlət notariat kontorunda 02.06.1990-cı il tarixdə 1D-2008 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsini yoxlayıb müvafiq arayışın, həmçinin ləğv olunduğu halda əsas olmuş sənədlərin surətinin istənilməsi ilə əlaqədar Dövlət notariat arxivinə daxil olmuş müraciətinə baxılmışdır. Həmin dövlət notariat kontoru tərəfindən arxivə təhvil verilmiş 1990-cı ilə dair notariat hərəkətlərinin qeydə alındığı 1kh”D” indeksli reyestrə baxış keçirilərkən, 02.06.1990-cı il tarixdə 1D-2008 reyestr nömrəsi ilə müqavilənin rəsmiləşdirilməsi barədə qeydiyyat aşkar edilmişdir. Həmin notariat reyestrində onun məhkəmə qərarı əsasında ləğv edildiyi barədə müvafiq qeydiyyat aparılmışdır. Lakin qeyd olunan notariat işi arxivə təhvil verlməmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 16.04.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən 17 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi (keçmiş Qasım İsmayılov küçəsi), ev 133, 17 saylı mənzil keçmiş Oktyabr Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 13.04.1990-cı il tarixli, 4/15 nömrəli qərarına, Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, 10.05.1990-cı il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir. Lakin Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, 02.06.1990-cı il tarixli, 1MD-2008 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 06.06.1990-cı il tarixində Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin İddiaçı ünvanlanmış 05/01-Ş-36/13 nömrəli, 17.07.2014-cü il tarixli məktubun surətində bildirilmişdir ki, “...arxivə təhvil verilmiş 1990-cı ilə dair notariat hərəkətlərinin qeydə alındığı 1kh”D” indeksli reyestrə baxış keçirilərkən, 02.06.1990-cı il tarixdə 1D-2008 reyestr nömrəsi ilə müqavilənin rəsmiləşdirilməsi barədə qeydiyyat aşkar edilmişdir. Həmin notariat reyestrində onun məhkəmə qərarı əsasında ləğv edildiyi barədə müvafiq qeydiyyat aparılmışdır”. Birinci instansiya məhkəməsi tərəfindən ərizəyə baxılarkən sözügedən məkubda (i.v. 19) məhkəmə qərarının olması barədə qeydin mövcudluğu halına qiymət verilməmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan məktuba (i.v. 19) qiymət verilməklə araşdırma aparılmalı və buna müvafiq qərardad qəbul edilməlidir. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: X6 Mosesovna tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5090/2021 saylı, 19.10.2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-12162/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12162/2021
29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver