Məhkəmə qərarları › İş №2(103)-12187/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12187/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12187/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin 10.06.2009-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq müəyyən etdi: Qətnamədən apellyasiya şikayəti verilməsi müddəti cavabdehə münasibətdə bərpa edilib, bu barədə qərardad qəbul edilib, daha sonra mülki iş qətnamədən verilmiş apellyasiya şikayətinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib. Apellyasiya qeyri-mümkün hesab olunmalıdır. Bunun 2 səbəbi var. 1-ci səbəb ondan ibarətdir ki, qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə qərardadın məzmununda həmin qərardaddan şikayət verilməsi qaydası və müddəti göstərilməyib. Bu hal Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) tələblərinin birinci instansiya məhkəməsi tərəfindən pozulmasıdır. Belə ki, MPM-in 133.6-cı maddəsinə görə prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. MPM-in 264.0.7-ci maddəsinə görə isə qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti qərardadda göstərilməlidir. 2-ci səbəb ondan ibarətdir ki, qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə qərardad iddiaçıya (əleyhinə qərardad qəbul olunan tərəfə) rəsmi qaydada verilməyib. Bu hal MPM-nin tələblərinin birinci instansiya məhkəməsi tərəfindən pozulmasıdır. Belə ki, MPM-in 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. MPM-in 266.1ci maddəsindən isə görünür ki, məhkəmənin ayrıca akt şəklində çıxardığı qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. Prosessual müddətin bərpası hüquqi nəticə doğurur, ona görə də müddət qanunvericiliyə əməl edilməklə bərpa olunmalıdır. Yuxarıda göstərilən 2 səbəb aradan qaldırıldığı halda müddət bərpa olunmuş sayılacaq. Bundan əvvəl bir dəfə eyni səbəbdən apellyasiya qeyri-mümkün hesab edilib, birinci instansiya məhkəməsi qeyri-mümkünlüyə səbəb olan halları aradan qaldırmaq əvəzinə müddətin bərpası barədə ikinci dəfə qərardad qəbul edib. Lakin nə 1-ci qərardadın (06.05.2021-ci il tarixli qərardadın), nə də 2-ci qərardadın (17.07.2021-ci il tarixli qərardadın) məzmununda həmin qərardaddan şikayət verilməsi qaydası və müddəti göstərilməyib, habelə qərardadların heç biri iddiaçıya (əleyhinə qərardad qəbul olunan tərəfə) rəsmi qaydada verilməyib. MPM-in 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, apellyasiya qeyrimümkün hesab edilməli və mülki iş Suraxanı Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı: Cavabdeh apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş Suraxanı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar