Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1412/2023 20.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə” dair mülki iş üzrə İş № 2(103)-1412/2023 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-3626/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında imzalanmış 30 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh1 aylıq 2.25 faiz dərəcəsi ilə 18 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir.
2. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında imzalanmış 30 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən tərəflər bu müqaviləni Bank və Cavabdeh1 arasında 30 dekabr 2019-cu il tarixdə bağlanmış 001A********** saylı kredit müqaviləsi üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışlar. Zaminlik müqaviləsi 18 ay müddətinə bağlanmışdır.
3. Tərəflər arasında imzalanmış 30 dekabr 2019-cu il tarixli Kredit Müqaviləsi və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 001A**********SA nömrəli, 04 sentyabr 2020ci il tarixli Sazişə əsasən Bank ilə Kredit Alan arasında 30 dekabr 2019-cu il tarixli 001A********** saylı kredit müqaviləsi üzrə kreditin müddəti artırılır və 26 ay təşkil edir.
4. Tərəflər arasında imzalanmış 30 dekabr 2019-cu il tarixli Kredit Müqaviləsi və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 001A**********SC nömrəli, 12 fevral 2021-ci il tarixli Sazişə əsasən Bank ilə Kredit Alan arasında 30 dekabr 2019-cu il tarixli 001A********** saylı kredit müqaviləsi üzrə kreditin müddəti artırılır və 18 ay təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2019- cu il tarixli, 001A********** saylı kredit müqaviləsinin və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 2.673,83 manat məbləğində kredit bоrcu, 1.175,91 manat məbləğində faiz bоrcu və 1.100,06 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4.949,8 manat məbləğində bоrcun və ödənilmiş 69.5 manat məbləğində dövlət rüsumunun tutulması qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə 30 dekabr 2019-cu il tarixdə bağladığı 001A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.25% оlmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3.000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 04 sentyabr 2020-ci il tarixli 001A**********SA saylı, 12 fevral 2021-ci il tarixli 001A**********SC saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 05 mart 2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 326,17 manat ödəniş etmiş və оnun 2.673,83 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. O, kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 25 aprel 2022- ci il tarixə 416 gün üçün hesablanmış faiz borcu 1.175,91 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 25 aprel 2022ci il tarixə 416 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1.100,06 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir.
7. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-3626/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, 001A********** saylı kredit müqaviləsi və ona əlavə edilmiş sazişlər ləğv edilsin, həmin müqavilə və sazişlər üzrə üzrə Cavabdeh1 2.673,83 (iki min altı yüz yetmiş üç manat, səksən üç qəpik) manat məbləğində əsas borc, 802,81 (səkkiz yüz iki manat, səksən bir qəpik) manat məbləğində faiz borcu və 200 (iki yüz) manat məbləğində cərimə olmaqla, ümumilikdə 3.676,64 (üç min altı yüz yetmiş altı manat, altmış dörd qəpik) manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 49 (qırx doqquz) manatı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsaitin 74 (yetmiş dörd) manatı Cavabdeh1, 26 (iyirmi altı) manatının isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 bağlanmış kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab etmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, 001A********** saylı kredit müqaviləsi və ona əlavə edilmiş sazişlər ləğv edilməli, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə, ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) hesab etmişdir ki, iddia tələbi borcun tutulması hissəsində qismən təmin edilməli, iddiaçının tələb etdiyi 2.673,83 manat məbləğində əsas borc və ekspert rəyi ilə müəyyən edilmiş 802,81 manat məbləğində faiz borcu Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən hesablanmış cərimə azaldılaraq 200 manat məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbininin digər cavabdeh – zamin Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd etmişdir ki, zaminlik müqaviləsinə əsasən o, 30 dekabr 2019-cu il tarixli, 001A********** nömrəli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və zaminlik müqaviləsində kreditin qaytarılması müddəti 18 ay qeyd edilmişdir. Lakin sonradan Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında 04 sentyabr 2020-ci il tarixli və 12 fevral 2021-ci il tarixli sazişlər bağlanmış və kreditin müddəti 07 mart 2022-ci il tarixədək uzadılmışdır. Buna baxmayaraq, kredit müddətinin uzadılması ilə bağlı zaminin razılığı alınmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, kreditin qaytarılma müddətinin uzadılması zaminin məsuliyyətinin artmasına səbəb olduğuna və bununla bağlı onun razılığı alınmadığına görə mülki qanunvericiliyin tələblərinə əsasən zaminliyə xitam verilmiş və ona görə də zaminə qarşı yönəlmiş iddia tələbi təmin edilməməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 424.2, 424.3, 424.5, 427.3, 442, 443.1, 462.1 , 463.1, 465.2, 467, 477.0, 477.0.1, 739-cu maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-3626/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsinin qismən – iddia tələbinin zamin Cavabdeh2 qarşı təmin edilməməsinə dair hissədə ləğv edilərək həmin hissədə də tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, məlum olduğu kimi, birinci instansiya məhkəməsi tərəfindən zaminə münasibətdə iddia tələbi təmin edilməyərək qeyd etmişdir ki, “...zamin Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, zaminlik müqaviləsinə əsasən o, 30 dekabr 2019-cu il tarixli, 001A********** nömrəli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və zaminlik müqaviləsində kreditin qaytarıması müddəti 18 ay qeyd edilmişdir. Lakin sonradan Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında 04 sentyabr 2020-ci il tarixli və 12 fevral 2021-ci il tarixli sazişlər bağlanmış və kreditin müddəti 07 mart 2022-ci il tarixədək uzadılmışdır. Buna baxmayaraq, kredit müddətinin uzadılması ilə bağlı zaminin razılığı alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, kreditin qaytarılma müddətinin uzadılması zaminin məsuliyyətinin artmasına səbəb olduğuna və bununla bağlı onun razılığı alınmadığına görə mülki qanunvericiliyin tələblərinə əsasən zaminliyə xitam verilmiş və ona görə də zaminə qarşı yönəlmiş iddia tələbi təmin edilməməlidir.” İş materiallarına əlavə edilmiş sübutlara məhkəmə düzgün qiymət verməmiş və bununla da Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.1-ci maddəsinin düzgün tətbiq edilməməsinə səbəb olmuşdur. Belə ki, həmin maddəyə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Göründüyü kimi, istinad olunan maddi hüquq normasının tələbi üzrə zaminlik müqaviləsinə xitam verilməsi üçün zaminin məsuliyyəti artmalıdır. Hazırkı mülki işin hallarından məlum olduğu kimi, Cavabdeh2 ilə İddiaçı QSC arasında zaminlik müqaviləsi xx.xx.2019-cu ildə bağlanmış və həmin müqavilə üzrə zaminlik öhdəliyinin qüvvədə olma müddəti xx.xx.2024-cü il tarixinə kimi müəyyən edilmişdir. Belə ki, istinad olunan zaminlik müqaviləsinin 4.1-ci maddəsinə əsasən “Bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir”. İş materiallarına əlavə edilmiş kredit müqaviləsindən göründüyü kimi, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə 18 ay müddətinə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə son icra tarixi xx.xx.2021-ci il tarixi müəyyən edilmişdir. Zaminlik müqaviləsinin 4.1-ci maddəsi ilə zaminlik öhdəliyinin qüvvədə olma tarixi xx.xx.2024-cü il tarixinə kimi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli 001A**********SA saylı, xx.xx.2021-ci il tarixli 001A**********SC saylı sazişlərlə edilmiş dəyişikliklər əsasında kredit müqavilə üzrə son icra tarixi xx.xx.2022-ci il tarixinə kimi müəyyən edilmişdir. Həmin müddət ərzində isə zaminlik öhdəliyi qüvvədə olmuşdur və zaminlik müqaviləsi ilə razılaşdırılmış müddət çərçivəsində idi. Yəni Mülki Məcəllənin 477.0.1-ci maddəsində nəzərdə tutulmuş zaminin məsuliyyətinin artmasına səbəb olan hallar baş verməmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İş materiallarına əlavə edilmiş sübutlar birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmadığından və həmin sübutlara düzgün qiymət verilmədiyindən bu şikayətin 6-ci hissəsində qeyd olunmuş maddi hüquq normalarının pozuntusuna yol verilməklə nəticədə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və bununla da qətnamədə göstərilmiş nəticə (zaminin məsuliyyətinin artması) işin halları ilə uyğunsuzluq təşkil etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, izahatında əlavə olaraq bildirdi ki, cavabdeh təzə dəyişikliklə tanış olmayıb.
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, şikayətdə qeyd olunan hallar əsassız olduğu üçün təmin edilməməsini xahiş edir. O pulu ödəməkdən qaçmır, ödəyəcək.
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 17.Məcəllənin 471-ci maddəsində qeyd edilir ki, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
18. Məcəllənin 472.1-ci maddəsində qeyd edilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (Maddə 472.2)
19. Məcəllənin 477-ci maddəsində qeyd edilir ki, zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilən hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin rədd edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
24. İş materiallarından göründüyü kimi iddiaçı AccessBank” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2.673,83 manat məbləğində kredit bоrcu, 1.175,91 manat məbləğində faiz bоrcu və 1.100,06 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4.949,8 manat məbləğində bоrcun tutulmasını xahiş etmişdir.
25. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, Cavabdeh2 qarşı iddia tələbini təmin etməyərək ona istinad etmişdir ki, Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında 04 sentyabr 2020-ci il tarixli və 12 fevral 2021-ci il tarixli sazişlər bağlanmış və bununla xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin müddəti 07 mart 2022-ci il tarixədək uzadılsa da bu zaman zamin Cavabdeh2 razılığı alınmamışdır. Kreditin qaytarılma müddətinin uzadılması zaminin məsuliyyətinin artmasına səbəb olduğuna və bununla bağlı onun razılığı alınmadığına görə mülki qanunvericiliyin tələblərinə əsasən zaminliyə xitam verilmiş və ona görə də zaminə qarşı yönəlmiş iddia tələbi təmin edilməməlidir.
26. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
27. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarında qeyd edilir ki, “Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər.”
28. Göründüyü kimi, hazırkı halda 001A**********SA nömrəli, 04 sentyabr 2020-ci il tarixli Sazişə və 001A**********SC nömrəli, 12 fevral 2021-ci il tarixli Sazişə əsasən 30 dekabr 2019-cu il tarixli, 001A********** saylı kredit müqaviləsinin müddəti artırılmış olsa da, bununla bağlı zamin Cavabdeh2 razılığı alınmamış, onun hüquqları pozulmuşdur. Bu isə qanunvericiliyin tələbinə əsasən onunla bağlanmış 30 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsinin xitamına səbəb olur.
29. Qətnamədən apellyasiya şikayəti verən iddiaçının dəlili ondan ibarətdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında imzalanmış zaminlik müqaviləsinin 4.1-ci bəndində əsasən zaminlik müqaviləsi imzalandığı tarixdən qüvvəyə minir və kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətində qüvvədədir. İddiaçının mövqeyinə görə 30 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin son icra tarixi xx.xx.2021-ci il müəyyən edildiyi üçün zaminlik müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixə kimi müəyyən edilməlidir, əlavə sazişlərə əsasən kredit müqaviləsinin müddəti artırılaraq xx.xx.2022-ci il tarixə kimi uzadılsa da bu xx.xx.2024-cü il tarixə olan dövrlə əhatə olunduğundan zaminin məsuliyyətinin artması qiymətləndirilməməlidir.
30. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Mülki Məcəllənin 477-ci maddəsinin tələbinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda və ya əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
31. Görünüdüyü kimi bank və Cavabdeh2 imzalanmış 30 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsinin 4.1-ci bəndində onun qüvvədə olma müddətinin kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddəti ilə müəyyənləşdirilməsi qanunvericiliyin tələbinə ziddir və müqavilənin bu bəndi özü-özlüyündə əhəmiyyətsizdir. Belə ki, qanunverciliyin tələbinə əsasən bu müddətin son həddi 2 il ilə şərtləndirilmişdir.
32. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
34. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
35. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-3626/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Şərafət Məmmədova Fuad Babayev