Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1600/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi X12 və vəkili X14, Cavabdeh X8 vəkili-nümayəndəsi X9, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “əmlak tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(005)-31/2018 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Təbriz küçəsi, 102 saylı binanın 40 saylı mənzilində qalmış və cavabdeh tərəfindən qanunsuz olaraq ələ keçirilmiş ona məxsus ərizədə sadaladığı əşyaların cavabdehdən alınaraq ona qaytarılması və iş materiallarının 75-ci səhifəsində olan aktda X10 imzasının saxtalaşdırılması ilə bağlı müvafiq əməli törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsusi qərardad qəbul edilməsi və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə onun verdiyi etibarnamə əsasında X18 arasında 9 saylı notariat kontorunda bağlanmış alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Təbriz küçəsi, 102 saylı binanın, 40 saylı mənzilini 120.000 manata alğı-satqı etmiş, satılmış mənzilin çıxarışında səhvən 3 otaqlı 75 m2 əvəzinə 2 otaqlı 37 m2 yazılmışdır. Cavabdeh ödəyəcəyi 120.000 manatdan 14.500 manatını saxlamış, çıxarışda həmin səhvi düzəldikdən sonra həmin məbləği ödəməyi öz öhdəsinə götürməsi barədə xx.xx.2013-cü il tarixdə S.Q.Rüstəmov, R.E.Babayev, S.F.Məmmədovun şahidliyi ilə iltizam imzalamışdılar. Çıxarışdakı səhvlərin tərəfindən düzəldilməsi mümkün olmadığından və bunun üçün məhkəməyə müraciət etməsi tövsiyə olunduğundan alğı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliklərin icrası ondan asılı olmayaraq mümkün olmamışdır. Çıxarışda düzəlişlərin edilməsi mümkün olmadığından, məhkəmə vasitəsilə bunun edilməsinin uzun çəkəcəyindən, bu müddətin uzanmasının isə satıcıya, həm də alıcıya sərf etmədiyindən alıcıya məlumat verilərək, alğı-satqının ləğv edilməsi bildirilmiş, lakin alıcı buna etiraz edərək əsassız olaraq həmin məbləğdə başqa ev tapa bilməyəcəyini bəhanə edərək, alğısatqının ləğv edilməsinə etiraz etmişdir. Bundan sonra cavabdeh həmin mənzili qanunsuz olaraq zəbt etmiş və onun etirazlarına və tələblərinə məhəl qoymayaraq mənzildən çıxmamışdır. Mənzildə özünə, arvadı X3 və X13 məxsus əşyaları qalmışdır və cavabdeh onları qaytarmaqdan imtina edir. Hazırda həmin əşyalar qeyd edilən mənzildə cavabdehin qanunsuz sahibliyindədir və o, mülkiyyətçi olaraq həmin əşyaları istifadə etmək imkanından məhrumdur. Əşyalar aşağıdakılardan ibarətdir: İddiaçı məxsus əşyalar, yəni qonaq otağında: mebel - 120.000 manat (Versace firmasına məxsus 1 ədəd divan və 2 ədəd kreslo - 25.000 manat, biri Versace - 5.000 manat, digəri Türkiyə istehsalı - 3.000 manat olan 2 ədəd jurnalnı stol, Rusiyada yığılmış İtaliya istehsalı əl işi 1 ədəd böyük yemək stolu, 12 ədəd stul, 1 ədəd qısa kamod, 1 ədəd güzgülü böyük kamod, 2 ədəd beşmərtəbəli qorka - ümumi dəstin qiyməti 87.000 manat), 1 ədəd seragem aparat (Koreya istehsalı müalicəvi aparat) - 7000 manat, 1 ədəd televizor (Yaponiya istehsalı Panasonic markalı, qonaq otağında yerləşən) - 500 manat, Çexiya Respublikasına məxsus olan “TOM” firmasının brend qabları - böyük gül vazası - 2500 manat, böyük meyvə vazası - 3000 manat, böyük kruşenniya - 1500 manat, orta gül vazaları 2 ədəd hər biri 500 manat olmaqla, cəmi 1.000 manat, salfetka qabı 2 ədəd hər biri 150 manat olmaqla, cəmi 300 manat, meyvə yığmaq üçün qapaqlı vaza hər bir 500 manat olmaqla 2 ədəd, cəmi 1000 manat, “Gucci” brendindən olan qablar: yəni fujerlər - dəstdə 12 ədəd olmuş ümumi dəyəri 3000 manat, Çexiya Respublikasına məxsus olan “TOM” firmasının brendi 1 ədəd böyük xrustal qrafinka və 12 ədəd baka 2500 manat, Rusiya istehsalı olan 50 ədəd gümüş qaşıq, 50 ədəd çəngəl, 50 ədəc bıçaq - ümumi dəstin dəyəri - 5.000 manat, Çexiya Respublikasına məxsus olar “TOM” firmasının brendi 1 ədəd tort qabı - 500 manat, 6 ədəd əl işləməli İtaliya istehsalı Armany brendinə məxsus süfrələr, hər biri 500 manat olmaqla, cəmi 3000 manat, əl işləməli İtaliya istehsalı Armany brendinə məxsus aksesuar kolleksiyal süfrələr - 10 ədəd hər biri 60 manat olmaqla, cəmi 600 manat, əl işləməli İtaliya istehsalı Armany brendinə məxsus 60 ədəd parça salfetka hər biri 5 manat olan, cəm 300 manat, Çexiya Respublikasına məxsus olan “TOM” firmasının brendi 5 cür dəs qablar - hərəsi 24 pors, xrustal stəkanlar, bakallar, Kuznisov qablar həmin dəstin ümumi dəyəri 10.000 manat, Moskvadan gətirilmiş Rusiya istehsalı olan “Staroye zolot" adlı pərdə - 3000 manat, İçki kolleksiyası - 6 ədəd 5 litr olan yırğalanan “red lebull viski, 2 ədəd 1 litrlik “Heninki” viskiləri , 2 ədəd 2 litrlik “Heninki” viskiləri, 5 ədəd 5 litrlil “Chivas Regal”, 10 ədəd 3 litrlik “Smirnov” içkilər (1990-cı il istehsalı), qılınc suveni formasında xrustal şüşədə konyak, Fransa istehsalı olan qədim şərablar, qonaq otağında olan televizor altlığında içərisində 1 litrlik “red lebull”, “blue lebul”, “blacl lebul” və çaxırlar, “Jack Daniels”, 10 ədəd Fransa istehsalı likör, 4 ədəd Fransa istesal “Möte” şampan, Almaniya istehsalı “Rasputen” araqları-bunların qədimiliyi və antikva olmaları nəzərə alınaraq ümumi dəyəri - 150.000 manat, Çexiya Respublikasım məxsus olan “TOM” brendindən 4 növ 12 pors xrustal bakallar hər növünün qiyməl 1.250 manat olmaqla cəmi - 5000 manat, Çexiya Respublikasına məxsus olan “TOM" brendindən 4 növ “Bogema” bakallar hər növü 750 manat olan cəmi - 3000 manat, Çexiya Respublikasına məxsus olan “TOM” brendindən “Bogema vazalar, qrafır bakallar, konfet qabı ümumi dəstin qiyməti - 2000 manat, İngiltərə istehsalı çay, qəhvə və nahar dəsti - 5000 manat, Çexiya Respublikasına məxsus olan “TOM” brendindən dondurma qabları, mürəbbə qabları, konfet qabları ümumi dəyəri - 2000 manat, Çexiya Respublikasına məxsus olan “TOM” brendindən Xrustal qablar, xrustal vazalar, yəni 12 ədədi 2500 manat, Çexiya Respublikasına məxsus olan “TOM” brendindən korzinlər - 12 ədədi 2.500 manat, Yaponiya istehsalı olan “Madonna” nahar servizi 4000 manat, Qədim əl xalçası - İrəvanda toxunmuş - 4 ədəd hər biri 2500 manat olmaqla, cəmi 10.000 manat, Yaponiyanın “Panasonic” firmasına məxsus olan və evin 4 otağının hərəsində bir kondisioner olmaqla, cəmi 4 kondisioner - 5 000 manat, 2 ədəd ütü - Yaponiyanın “Panasonic” firmasına məxsus 1 əl ütüsü - 300 manat, 1 buxar ütüsü - 700 manat, cəmi - 1000 manat; “LG” firmasına məxsus olan tozsoran 500 manat; Əfqanıstanda toxunmuş yer xalçası 1500 manat, Mətbəxdə yerləşən İtaliya istehsalı şüşə mətbəx stolu - 2000 manat, mətbəxdə yerləşən İtaliya istehsalı 4 ədəd üzlüyü at dərisindən olan stullar, hər biri 300 manat olmaqla, cəmi 1200 manat yataq otağında olan İddiaçı məxsus qızıl saat, üzük, qolbaq, sep, qızıl və gümüş zapinkalar, X3 məxsus İtaliya istehsalı 750 əyarlı 3 dəst komplekt, 950 əyar ərəb istehsalı olan 10 qolbaq, İtaliya istehsalı 4 ədəd sep, 2 ədəd yadigar tək qaş üzük, 2 ədəd yadigar 1 ədəd Versace komplekt: üzük, sırğa, qolbaq, İtaliya istehsalı 750 əyar 3 ədəd sırğa - ümumi dəyəri 50.000 manat, yataq otağında olan mebel 25.000 manat, Türkiyə istehsalı “Tac” firmasına məxsus olan yataq dəsti - 5000 manat (daxildir: yorğan, döşək, balışlar, komplekt pastel belyolar, işlənmiş və təzələr), İtalya və Fransa istehsalı 10 cüt kişi kostyumu, İtaliya və Fransa istehsalı 20 cüt köynək, İtaliya və Fransa istehsalı 10 cüt ayaqqabılar, ailə üzvləri - X3, X13 və İddiaçı məxsus 2 cüt alt paltarları, 3 cüt xalatlar, kişi üşün canavar dərisindən kurtka 4.500 manat, İtaliya istehsalı kişi üçün kaşmir palto 2.500 manat, 4 ədəd yaz və payız kurtkaları Versace, Fendi və Armany brendinə məxsus, cəmi 3000 manat, ümumilikdə 10.000 manat, Yunanıstan istehsalı qadın şubası 2 ədəd, hərəsi 3.500 manat olmaqla cəmi 7000 manat; ailə üzvləri - X3 və X13 məxsus “Gucci”, “Fendi”, “Armany”, “Dolce Gabbana”, “Trussardi” brendi, həmçinin Türkiyə istehsalı qadın paltarları ümumi dəyəri 10.000 manat, Fransız ətirləri “Gucci”, “Dior”, “Armany” və s. ümumi dəyəri 5.000 manat, İtaliya və Türkiyə istehsalı olan ayaqqabılar, ümumi dəyəri 5000 manat, 1-ci yataq otağında əl xalçası İrəvan istehsalı, dəyəri 5000 manat, 2-ci yataq otağı: Türkiyədə yığılmış təmiz taxtadan mebel (yataq, şifoner, 2 ədəd kiçik siyirmə, 1 ədəd böyük siyirmə, 1 ədəd tryumo), ümumi dəyəri - 55.000 manat, həmin otaqda olan ancaq mülkiyyətçisi İddiaçı məxsus olan paltarlar - “Versace”, “Ferrari” ,’’Armany” brendinə məxsus sviter, cins şalvar, köynəklər, sport və adi ayaqqabılar, çəkmələr, “Versace”, “Ferrari” ,’’Armany” brendinə məxsus üst və alt geyimləri - ümumi dəyəri 20.000 manat, Moskvadan gətirilmiş Rusiya istehsalı “Staroye zoloto” Pərdə 1000 manat, Xalça Qarabağda toxunmuş 2000 manat, Mətbəxdə: Fransa istehsalı olan dəst qazanlar 1000 manat, Türkiyə istehsalı olan yığılmış mebel 10.000 manat, Rusiyadan gətirilmiş “Panasonic” markalı Soyuducu 2000 manat, Rusiyadan gətirilmiş “Panasonic” markalı qaz peçi 1500 manat, Mətbəxdəki İrandan alınmış əl işi serviz - 600 manat, elektronika alətləri: kofevarka 100 manat, kofemolka -100 manat, ətçəkən maşın - 250 manat, şirəçəkən maşın manat – 800 manat, toster - 300 manat, elektrik çaydan - 400 manat, mikser - 450 manat, çörəkqızardan - 500 manat, frutilnisa 2 ədəd - 2000 manat, mikrodalğalı soba – 2500 manat, blender - 300 manat, Yaponiya istehsalı yumurta bişirən - 500 manat, Panasonic markalı televizor - 1000 manat, Yaponiya istehsalı vafelnisa - 800 manat, ümumi dəyərləri - 10.000 manat, Qonaq otağında Sony markalı Televizor – 3000 manat, Çexiya Respublikasına məxsus olan Çilçıraq 500 manat; Rusiya istehsalı 4 ədəd şabalıd ağacından qapılar - 4000 manat, içliyi İtaliyadan gəlmiş Rusiya istehsalı çöl qapısı - 5000 manat, Materialları İtaliyadan gəlmiş Türkiyə istehsalı dəhlizdə şkaf 10.000 manat, həmin şkafda X3 məxsus 2 cüt kurtka, 2 ədəd Yunanıstan istehsalı şubalar, 2 cüt ayaqqabı, 3 cüt idman ayaqabısı, İddiaçı məxsus 4 cüt üst geyimi, 2 cüt idman ayaqqabısı, 2 cüt idman ayaqqabısı, 2 cüt klassik ayaqqabılar, X13 məxsus “Fendi”, “Mango”, “Versace”, “Ferrari” brendinə məxsus 10 cüt pasanoşkalar, 5 cüt çəkmələr, 6 cüt idman ayaqqabıları, üst geyimləri, yuxarı rəflərdə təzə paltarlar, Tac və Versace brendlərinə məxsus cehizlik pastel belyolar, ümumi dəyəri 15.000 manat, vanna otağı: İtalya kafeli 15.000 manat, moydadir - 5.000 manat, cakuzzi - 14.000 manat, unitaz- 2 ədəd 1000 manat, bede - 1000 manat, Bosch firmasının qazı - 500 manat, İndesit markalı Fransa istehsalı paltaryuyan maşın - 600 manat, İtaliya istehsalı qızıl suyuna salınmış krantlar: 1 ədəd bedenin üzərində, 1 ədəd moydadırın üzərində, 1 ədəd cakuzzidə, 2 ədəd əlavə, hər biri 2.580 manat olmaqla, cəmi 5 ədədi 12.900 manat, ümumi dəyəri 50.000 manat olan (icra məmuru tərəfindən evə baxış keçirilərkən həmin əşyaların hazırda vanna otağında olduğu qeyd edilmişdir) əşyalar, qarajın içindəkilər: Mebel, soyuducu, içində original sənədlərin olduğu seyf. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(005)- 31/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı məxsus olan və Cavabdeh mənzilində qonaq otağında olan 1 ədəd stol, 8 ədəd stul, 1 ədəd televizor altı (qısa komod), 1 ədəd güzgülü şkaf (böyük komod), 2 ədəd 4 gözlü şkaf, 1 ədəd şüşəli stol, yataq otağında olan mebel dəsti (1 ədəd şkaf, 1 ədəd yataq, 2 ədəd tumba, güzgülü termo), digər yataq otağında olan mebel dəsti (1 ədəd güzgülü şkaf, yataq, tumba, güzgülü termo), mətbəxtdə olan 1 ədəd şüşəli stol və 4 ədəd üzlüyü qara dəridən olan stulun Cavabdeh alınaraq İddiaçı qaytarılması, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi və ekspertiza tədqiqatının ümumi dəyərini təşkil edən 160 manat məbləğində pul vəsaitinin 80 manat hissəsinin İddiaçı, 80 manat hissəsinin isə Cavabdeh tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin qismən – iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən əmlakların qiyməti, forma, model və markalarının qeyd edilməsi, həmçinin mübahisəli əmlakların dəqiqliyi ilə hansı ailə üzvünün istifadəsində olmasının göstərilməsi həmin əmlakların mövcudluğunu təsdiq edən hallardan biridir. Mübahisəli əmlakların ona məxsus mənzildən yoxa çıxması ona hazırkı iddia tələbində evdə olan bütün əmlakları tələb etməsi üçün əsasdır. Belə olan halda ailənin bir evdə olan əmlaklarının məhz kimin istifadəsində olması əsası ilə bölgüsü tamamilə əsassız və qanunsuzdur. Cavabdeh məhkəmə tərəfindən qoyulmuş qadağaların olmasına baxmayaraq, iddianın təmin tədbiri barədə qəradadlar ləğv edilmədiyi halda, mənzilin açarları Sona Məmmədovada olduğu halda qapını sındıraraq mənzilə daxil olmuşlar. Bundan xəbər tutan zaman həmin dövrdə Sona Məmmədova, nümayəndəsi və həmçinin şahid kimi ifadəsi alınan Məzahir Abdulayev mübahisəli ünvana getmiş, artıq mənzildə cavabdeh və ailə üzvləri, həyətdə 18-ci Polis Bölməsinin nümayəndələri və cavabdehin Aybəniz adlı nümayəndəsi mübahisəli ünvanda olmuş, Sona Məmmədova mənzilin boşaldılmasını məhkəmənin yekun qərarının gözlənilməsini tələb etsə də, mənzildə özünə və ailəsinə məxsus müxtəlif dəyərdə əmlaklarının olmasını, əmlakların götürülməsi üçün şərait yaradılmasını desə də bunun əvəzində əvvəlcədən həyətdə gözləyən polis nəfərləri tərəfindən bölməyə dəvət olunmuşdur. Cavabdehin həyat yoldaşı Kəmalə əmlakların kamera çəkilişi ilə qaraja yığılacağını, sonra açarı götürməyi Sona Məmmədovaya bidirmişdir. Cavabdeh tərəfindən ona məxsus əmlaklar evin qapısı sındırıldığı kimi, qarajın qapısı da sındırılaraq ora yığılmışdır. Qarajın kimin istifadəsində olması müəyyən edilmirdisə, onda icraçılara qapı açmayan cavabdehin ailə üzvləri 5 ildən sonra əmlakların qaraja yığılmasını necə müəyyən edə bilərdilər. İddiaçı cavadehə yalnız mənzil alqı-satqı etmişdir. Kondisioner və digər sadə məntiqə sığan heç bir əmlak satmamışdır. Kollegiya tərəfindən X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X14 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, xahiş etdi. Həmçinin qeyd etdi ki, iş materiallarının 75-79 vərəqlərində məhkəmə iclasının protokolu mövcuddur. Həmin qarajla bağlı cavabdehin nümayəndəsi Aybəniz xanım izahat verərək bildirir ki, evdə qalmış əşyalar onlar tərəfindən qaraja yığılıb və bu hərəkət guya iddiaçı tərəfin nümayəndəsinin razılığı ilə olub. Hətta bu barədə akt da tərtib edilmişdir. Sona Məmmədova iddiaçının nümayəndəsi kimi heç bir aktı imzalamamışdır. Qeyd edilən aktı mübahisələndirmişlər və ekspertiza tərəfindən həmin imzanın S.Məmmədovaya məxsus olmadığı müəyyən edilmişdir. Bu barədə məhkəmə tərəfindən xüsusi qərardad qəbul olunaraq, materiallar prokurorluq orqanına göndərilmişdir. Həmin aktı cavabdeh məhkəmə iclasında nümayəndəsi Aybəniz xanım tərəfindən tərtib edildiyini bildirmişdir. Əşyaların qaraja cavabdeh tərəfindən yığılması iş materialları ilə öz təsdiqini tapır. Qaraja daxil olub oradakı əşyaların dairəsini müəyyənləşdirə bilmirlər, belə ki, açarlar cavabdeh tərəfindən dəyişdirilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili X12 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, qaraj iddiaçının mülkiyyətindədir, lakin açarlar dəyişdirilmişdir. Əmlaklar evin içərisində olmuş, sonradan cavabdehin nümayəndəsi əşyaların qaraja yığıldığını bildirmişdir. Qaraja yığılan əşyaların dairəsi məlum deyil və onlarda olan açarlarla qapını açmaq mümkün deyil. Tələb edilən əşyaların siyahısında Nərgiz Məmmədovanın əşyaları da var. Cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh də apelyasiya şikayətinə etiraz edərək, aralarında məhkəmə mübahisəsi olduğuna görə məhkəmə tərəfindən baxış təyin edildiyini, baxışdan qabaq iddiaçı tərəfin gəlib qarajdakı əşyaları Qazel markalı avtomaşına yükləyərək apardığını, qaraj açılanda və əşyalar aparılanda isə özünün orada olmadığını, bu barədə polis sahə rəisinə zəng edib aralarında məhkəmə mübahisəsi olduğunu, qarajdan əşyaların daşındığını bildirərək, ondan hadisə yerinə getməyini xahiş etdiyini qeyd etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iddiaçının apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, onun öz cehiz əşyaları və iddiaçı ilə birgə nikah dövründə əldə etdiyi bütün əşyalar evdə qalmışdır. Cavabdeh vicdanlı alıcı olsa belə, evə köçərkən onları əşyalarını götürməkləri barədə xəbərdar etməmişdir. Mənzil 4 otaqlı olmuşdur. 4 otaqlı mənzilin bütün əşyalarını 1 qaraja yerləşdirmək mümkün deyil, qarajda əvvəldən müəyyən əşyalar olmuşdur. Mənzillə bağlı mübahisə yarandıqdan sonra isə qaraja daxil ola bilməmişlər. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin nümayəndəsi icra məmuru X23 izahatında göstərmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş müvafiq qərardadın icrası məqsədi ilə o, iddiaçının nümayəndələri və hal şahidləri ilə birlikdə Bakı şəhəri, Təbriz küçəsi, 102 saylı binanın, 40 saylı mənzilində olan əşyaların üzərinə həbs qoyulması məqsədi ilə həmin mənzilə getmişdilər. Lakin həmin vaxt mənzildə olan bir qadın mənzilin qapısını açmamış və ondan nə məqsədlə gəldiklərini soruşmuş, o da bu suala cavab olaraq ona məhkəmə tərəfindən qəbul edilmiş qərardadın mahiyyəti və qərardada uyğun olaraq görülməli olan tədbirlər barədə məlumat vermişdir. Buna cavab olaraq həmin qadın İddiaçı məxsus olan əmlakların qaraja yığıldığını və qarajın açarının da onun özündə olduğunu bildirmişdir. Lakin müraciətinə baxmayaraq, bundan sonra da qərarın icrasının təmin edilməsi üçün qapını açmaqdan imtina etmiş və nümayəndələri olan Aybəniz adlı şəxsin telefon nömrəsini verərək, onunla əlaqə saxlanılmasını xahiş etmişdir. Nümayəndə isə qərardan məlumatlı olmadığını bildirmiş və həmin qərardaddan şikayət verəcəyini qeyd etmişdir. Nəticədə o, məhkəmə qərarını icra edə bilməmişdir. Birinci instansiya məhkəməsində şahid qsmində dindirilmiş X19 əvvəllər Bakı şəhəri Nərimanov rayon İcra şöbəsində icra məmuru vəzifəsində, hazırda isə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsində icra məmuru vəzifəsində çalışdığını bildirmiş və qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin əməkdaşı olan zaman Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarının icrası məqsədi ilə şöbənin digər əməkdaşı Rəfail Səfərovla birlikdə Bakı şəhəri, Təbriz küçəsi, 102 saylı binanın, 40 saylı mənzilində olan əşyaların üzərinə həbs qoyulması məqsədi ilə həmin mənzilə getmişdir. Mənzilə onun mülkiyyətçisi Cavabdeh, nümayəndəsinin və ailə üzvlərinin iştirakı ilə keçirilmiş baxış zamanı və Cavabdeh və onun ailə üzvlərinin verdyi məlumata əsasən müəyyən edilmişdir ki, mənzildə olan bir sıra əşyalar, o cümlədən qonaq otağında bir ədəd böyük yemək stolu, 8 ədəd stul, 1 ədəd güzgülü qısa komod, 2 ədəd 5 mərtəbəli qorka, 4 ədəd kondisioner, şüşə stol, yataq otaqlarında olan mebellər, mətbəxt mebeli keçmiş mülkiyyətçidən qalmışdır. Qeyd edilən məhkəmə qərardadının icrası məqsədi ilə bu əşyalar, habelə mənzildə olan 4 ədəd qapı, giriş qapısı, dəhlizdə olan şkaf, vanna otağında olan əşyalar siyahıya alınmışdır. Qərardadda qeyd edilən digər əşyalar mənzildə aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 göstərmişdir ki, o, iddiaçının dostudur. Mübahisəli mənzillə bağlı bütün proseslərdə iştirak etmişdir. Mənzilin alqı-satqısı baş tutduqdan sonra iddiaçı və onun ailəsi hələ mənzildən çıxmamış və mənzili boşaltmamışlar. Cavabdeh tərəf həmin mənzilin qapısını sındıraraq mənzilə daxil olmuşdur. Nəticədə cavabdeh tərəf mənzili onun içində olan və iddiaçıya məxsus olan əşyalarla birlikdə ələ keçimişdir. Halbuki, tərəflər arasında belə bir razılaşma olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X18 göstərmişdir ki, o, iddiaçının doğma qızı olmasa da iddiaçı onu öz qızı kimi böyütmüşdür. O, iddiaçı ilə birlikdə mübahisəli əşyaların yerləşdiyi mənzildə yaşamışdır. Cavabdeh və onun ailə üzvləri mübahisəli əşyaları onların yerləşdiyi mənzillə birlikdə zəbt etmiş və həmin vaxtdan qeyd edilən əşyalar həmin mənzildədir. İddiaçı tərəfindən təqdim edilmiş aktda onun adı qarşısında icra edilmiş imza onun tərəfindən icra edilməmişdir. Onunla cavabdeh arasında mənzildə olan mebellərin cavabdehə satılması və ya mənzildə saxlanılması barədə hər hansı razılaşma olmamışdır və o, iddiaçıdan da belə bir tapşırıq almamışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, “Ərizəni özüm yazmışam. Hal-hazırda dəqiq xatırlamıram. Yaşla bağlı yaddaşımda problemlər var. Mənim qarajım iddiaçının qarajının yanında yerləşir. Qarajdakı əşyaları yük avtomobilinə yükləyəndə görmüşəm. “Qazel” markalı, açıq rəngli yük avtomobili idi. Bu hadisə təxminən 3-4 il əvvəl baş verib. Qaraj açılanda və əşyalar avtomobilə yüklənən vaxt İddiaçı orada yox idi. Yüklərin daşınması və yüklənməsi kənar – tanımadığım şəxslər tərəfindən həyata keçirilmişdir. Mən bu adamların kim olduğunu həyətdəki meyvə-tərəvəz satıcısı olan qadından soruşdum. O isə cavabında iddiaçının adamlarının olduğunu bildirdi. Sonra mən cavabdehdən soruşdum, bildirdi ki, bu barədə məlumatım var, onun tərəfindən deyil, iddiaçının adamlarını tərəfindən əşyaların aparıldığını bildirdi. Notariat ofisinə təxminən 3-4 il əvvəl Təbriz küçəsində getmişik. Hadisədən sonra getmişik Notariat ofisinə. Məni Notariat ofisinə cavabdeh dəvət etmişdir.” Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, “Notariat ofisində ərizəni gedib ona görə imzalamışam ki, qarajdan əşyalar çıxarılaraq yük avtomobilinə yüklənərək aparılmışdır. Mənim həmin qarajla yanaşı meyvə-tərəvəz dükanım var. Bu hadisə 2017-ci ildə baş vermişdir. Mən Notariat ofisində ərizəni təxminən keçən il imzalamışam. Hadisədən sonra Notariat ofisinə getmişəm. Həmin vaxt orada mən nə Vahid müəllimi, nə də onun arvadını görməmişəm. Əşyaları fəhlələr daşıyırdı.” Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, “Özümə məxsus “Qazel” markalı avtomobillə yük taksisi kimi fəaliyyət göstərirəm. Nərimanov metrostansiyasının yaxınlığında 2 nəfər gənc oğlan mənə yaxınlaşaraq əşyaların Masazır qəsəbəsinə aparılmasının lazım olduğunu bildirdilər. Razılaşdıq və getdik həmin əraziyə. Polis sahə rəisi də orada idi. Qarajın içinə daxil olmamışam. Yüklər mənim tərəfimdən yüklənməmişdir. Yüklər arasında köhnə əşyalar – 2 dəst yorğan döşək dəsti, qutular var idi. Əşyaları Masazır qəsəbəsinə apardım. Masazır qəsəbəsindəki ünvanı xatırlamıram. Fotoşəkildəki avtomobil mənə məxsusdur və hadisəni əks etdirən görüntülər həmin vaxt çəkilmişdir. Hadisə təxminən 3-4 il əvvəl baş vermişdir. Hadisə vaxtı nə iddiaçı, nə də cavabdehi orada görməmişəm. Qarajın içində mebel və seyf görməmişəm.” Məhkəmə kollegiyası izahatları dinləiyb, birinci instansiya məhkəməsində və kollegiya iclasında dindirilmiş üçüncü şəxsin nümayəndəsi və şahidlərin ifadəsinə qiymət verib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 102 saylı binanın, 40 saylı mənzili əvəllər İddiaçı mülkiyyətində olmuş, o, həmin mənzildə yaşamışdır. xx.xx.2013-cü il tarixdə onunla (onun adından X18 etibarnamə ilə) Cavabdeh arasında bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən həmin mənzil 120.000 manata Cavabdeh satılmış və sonuncunun həmin mənzilə dair mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Mənzilin alğı-satqısı həyata keçirildikdən sonra İddiaçı qeyd edilən alğı-satqı müqaviləsini məhkəmə qaydasında mübahisələndirmiş, lakin onun həmin müqavilənin ləğv edilməsi və etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməmişdir. Cavabdeh hazırda həmin mənzildə yaşayır. Hazırda iddiaçı cavabdehlə aralarında alğı-satqı müqaviləsi olmasına baxmayaraq, onun mübahisələndirdiyini və nəticə etibarı ilə mənzili cavabdehə təhvil vermədiyini, cavabdehin mənzilin qapısının kilidini sındıraraq mənzilə daxil olduğunu, həmin vaxt ona, arvadı Nərgiz Məmmədova və Sona Məmmədovaya məxsus bütün əşyaların mənzildə olduğunu və cavabdehin mənzillə birlikdə həmin vaxt mənzildə olan və onlara məxsus olan əşyaları qanunsuz olaraq ələ keçirdiyini və bu günədək ona qaytarılmadığını iddia edərək, onların miqdarını, çeşidini və qiymətini göstərməklə geri qaytarılmasını tələb edir. Cavabdeh həmin mənzildə iddiaçıya məxsus olan əşyaların bir qisminin olduğunu etiraf edir, lakin həmin əşyaların mənzilin alğı-satqısı zamanı mənzillə birlikdə iddiaçı tərəfindən ona satıldığını bildirir. Eyni zamanda, cavabdehin nümayəndəsi hazırda mənzildə olan əşyaların (mebellərin) cavabdehə satılmasını təsdiq edən və xx.xx.2013-cü il tarixdə tərtib edilən müvafiq aktı təqdim edir və həmin aktın mənzilin alğı-satqısında satıcı qismində çıxış edən X18 tərəfindən imzalandığını bildirir. Akta əsasən xx.xx.2013-cü il tarixdə satıcı İddiaçı nümayəndəsi X18 ilə alıcı Cavabdeh arasında ünvan 1 mənzil 40 ünvanında yerləşən mənzilin notarial qaydada alğı-satqısı baş tutmuşdur. Satıcı 120.000 manatı alaraq 37,8 kv.m. 2 otaqdan ibarət mənzili və mənzilin içərisində olan bir yemək dəsti olan, iki yataq dəsti olan mebeli alıcıya sataraq onun ixtiyarına verir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 xx.xx.2013-cü il tarixli akta imza etmədiyini və aktda olan imzanın ona məxsus olmadığını bildirir. Bununla bağlı məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizası üzrə aparılmış ekspertiza tədqiqatının nəticələrinə dair tərtib edilmiş ekspert rəyinə əsasən xx xxxxxx 2013-cü il tarixli aktda “X18:” yazıların qarşısındakı imza - X18 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Eyni zamanda, mülki iş çərçivəsində qəbul edilmiş iddianın təmin etmə tədbirinin görülməsi barədə qərardadın icrası qaydasında icra məmurları tərəfindən cavabdehin mülkiyyətində olan mənzildə iddia ərizəsində göstərilən bir sıra əşyalar, o cümlədən qonaq otağında bir ədəd böyük yemək stolu, 8 ədəd stul, 1 ədəd güzgülü qısa komod, 2 ədəd 5 mərtəbəli qorka, 4 ədəd kondisioner, şüşə stol, yataq otaqlarında olan mebellər, mətbəx mebeli aşkar edilmiş, cavabdeh onların iddiaçıdan qaldığını etiraf etmişdir. Qeyd edilən məhkəmə qərardadının icrası məqsədi ilə bu əşyalar, habelə mənzildə olan 4 ədəd qapı, giriş qapısı, dəhlizdə olan şkaf, vanna otağında olan əşyalar siyahıya alınmışdır. Bundan əlavə mülki iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında aparılmış ekspert tədqiqatının nəticələri üzrə cavabdehin ünvanında yerləşən orta hissəsi şüşədən olan stolun, 8 ədəd stulun, 2 ədəd 4 gözlü şkafın, televizor altının, şkafın, 2 siyirməli, 2 ədəd tumbanın, termonun, ortası güzgülü şkafın, 3 siyirməli tumbanın, termon-un, şüşə stolun, 4 ədəd stulun mətbəx mebelinin, 3-ədəd Panasonic kondisionerin 2013-cü ilə təzə vəziyyəti, 2013-cü ilə istifadə olmuş vəziyyəti və hazırki vəziyyəti əsas götürülməklə qiymətləndirilməsi həyata keçirilmişdir. Birinci instasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının qaytarılmasını tələb etdiyi əşyalar üç hissəyə bölünür: birincisi - hazırda mənzildə olan və cavabdehin etirafına əsasən iddiaçıya məxsus olmuş əşyalar, ikincisi - iddiaçıya məxsus olmuş və hazırda mənzildə olmayan əşyalar və üçüncüsü - mənzildə olmuş və iddiaçının ailə üzvlərinə, yəni X3 və X13 məxsus olan əşyalar. Məhkəmə iddia tələbini X3 və X13 məxsus olan əşyaların cavabdehdən alınaraq İddiaçı qaytarılması hissəsində əsassız hesab etmiş və bu hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ona məxsus olmayan əşyaların cavabdehdən alınıb ona verilməsini tələb edir. Həmin əmkakların mülkiyyətçisi kimi göstərilmiş X3 və X18 isə hazırki mülki iş üzrə iddiaçı qismində çıxış etmirlər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianı rədd etməkdə düzgün nəticəyə gəlmişdir, belə ki, Nərgiz Məmmədova və Sona Məmmədova iddiaçıya onların mənafei baxımdan iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş qaydada səlahiyyət verməmişlər. İddiaçıya məxsus əşyalarla bağlı iddianı qismən təmin edən məhkəmə hesab etmişdir ki, həmin hissədə iddiaçı tələb etdiyi bütün əşyaların mövcudluğunu və onların cavabdehin qanunsuz sahibliyində olmasını sübuta yetirə bilməmişdir. Məhkəmə iddianı yalnız cavabdehin etiraf etdiyi və icra məmuru tərəfindən siyahıya alınmış əmlaklar həddində qismən, yəni qonaq otağında olan 1 ədəd stol, 8 ədəd stul, 1 ədəd televizor altı (qısa komod), 1 ədəd güzgülü şkaf (böyük komod), 2 ədəd 4 gözlü şkaf, 1 ədəd şüşəli stol, yataq otağında olan mebel dəsti (1 ədəd şkaf, 1 ədəd yataq, 2 ədəd tumba, güzgülü termo), digər yataq otağında olan mebel dəsti (1 ədəd güzgülü şkaf, yataq, tumba, güzgülü termo), mətbəxtdə olan 1 ədəd şüşəli stol və 4 ədəd üzlüyü qara dəridən olan stula aid hissədə təmin etmişdir. Mövcudluğu və cavabdehin istifadəsində olması mübahisə doğurmayan (siyahıya alınmış) otaq və giriş qapıları, hamamda kafel, moydadır, cakuzzi, bede, krantlarla bağlı məhkəmə haqlı olaraq qeyd etmişdir ki, bu əşyaların qaytarılması mümkün deyil. Kollegiya həmin mövqe ilə razılaşır və qeyd edir ki, həmin əşyalar mənzilin ayrılması mümkün olmayan yaxşılaşdırmaları hesab olunur və mənzilin özgəninkiləşdirilməsi zamanı mənzilə aid avadanlıq kimi mənzili əldə edənə keçir. Onların çıxarılması (satıcının çıxarıb özü ilə aparması) üçün tərəflər arasında müqavilə olmalıdır. Məhkəmə haqlı olaraq mətbəxt mebeli, dəhlizdə olan şkaf və mənzilə quraşdırılmış 3 ədəd kondisionerlə bağlı da belə qənaətə gəlmişdir ki, bu əşyalar da qaytarılmamalıdır. Belə ki, mətbəxt mebeli və dəhlizdə olan şkaf vahid şəkildə deyil, müəyyən hissələrdən ibarət olmaqla mətbəxtin və dəhlizin ölçülərinə uyğun şəkildə sifariş edilir və divara bərkidilməklə yığılır və əsasən həmin mətbəxt və dəhliz üçün yararlıdır və mənzil satıldıqda mənzillə birlikdə alıcıya təhvil verilir (həmin əşyalar fərdi müəyyən əşyalar hesab olunur). Kondisioner də eyni qaydada divara bərkidilmiş şəkildə saxlanılan əşyadır. Onun televizor, soyuducu, paltaryuyan kimi sərbəst şəkildə yerinin dəyişməsi mümkün deyil. Bu hal nəzərə alınmaqla təcrübədə də mənzilin alğı-satqısı zamanı bu əşya adatən alıcıya mənzillə birlikdə təhvil verilir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə də əsassızdır və rədd edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən iddianın qismən təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçı tərəfindən tələb edilən cavabdehin mənzilində olmayan əşyalarla bağlı isə məhkəmə qeyd etmişdir ki, hər iki tərəf bu əşyaların “qarajda” olduğunu, əşyaların hansı şəraitdə və kim tərəfindən qaraja yerləşdirildiyini bilmədiklərini, hər iki tərəf əşyaların qaraja digər tərəfin yığdığını bildirir. Lakin araşdırma zamanı cavabdehin mülkiyyətində və ya istifadəsində hər hansı qarajın olduğu müəyyən edilməmişdir, iddiaçı da öz növbəsində bununla bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Apelyasiya baxışı zamanı şahidlərin ifadəsi və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraza əlavə edilən fotoşəkillərə baxış nəticəsində müəyyən edilmişdir ki, qeyd edilən qaraj hələ xx.xx.2017-ci il tarixdə açılmış və içərisində olan əşyalar oradan çıxarılmışdır. İddiaçı fotoşəkillərdə olan qarajın ona məxsus olduğunu, lakin əşyaların onun tərəfindən götürülmədiyini, bu barədə məlumatının olmadığını və həmin vaxt onun özünün və ailə üzvlərinin həmin ərazidə olmadığını bildirmişdir. Qeyd olunanları nəzərə alan Kollegiya iddiaçı tərəfindən tələb edilən cavabdehin mənzilində olmayan, qaraja yığıldığı bildirilən əşyalarla bağlı qeyd edir ki, apelyasiya baxışı zamanı müəyyən edilir ki, 2017-ci ildə qaraj açılmış və oradan əşyalar götürülmüşdür, belə olan halda, qaraja baxış keçirilməsinin hazırki halda hər hansı əhəmiyyəti qalmamışdır və artıq qarajdan əşyalar götürüldüyü üçün bu dəlil üzrə araşdırılma aparılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-31/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-1600/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1600/2021
02.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver