Məhkəmə qərarları › İş №2(103)-2540/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2540/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2540/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-741/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Sətda oğlu cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-ci ilin mart ayından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda hərbiçi kimi iştirak etmiş və 1992-ci ilin iyul ayında N saylı hərbi hissənin tərkibində Naxçıvanik kəndi ətrafında gedən döyüş əməliyyatları ilə bağlı xidməti vəizifəsinin icrası zamanı gülləyarası almışdır. 1992-ci ildə ona 2-ci qrup əlil dərəcəsi təyin edilmiş və hazırda 1999-cu il tarixdən müddətsiz 2-ci qrup əlil dərəcəsi verilmişdir. Azərbaycan Respublikası ƏƏSMNnin 3 №-li zona TSEK tərəfindən verilmiş TSE-0 SER AR №122673 1999-cu il tarixli müayinə aktına əsasən ona müddətsiz 2-ci qrup əlillik təyin edilmiş və Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi xidmət vəzifələrini yerinə yetirilməsi ilə bağlı xidmət dövründə aldığı xəsarət əlilliyinə səbəb olması qeyd edilmişdir. X2 Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Sabunçu İdarəsinə verilmiş 9/2-590 №-li, xx.xx.2015-ci il tarixli arayışa görə o xx.xx.1992-ci iil tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası MN-nin döyüşən N saylı hərbi hissəsinin tərkibində Ağdam rayonunda gedən döyüşlərdə iştirak etmiş və Naxçıvanik kəndi ətrafında hərbi tapşırığı yerinə yetirən zaman güllə yarası almışdır. Hərbiçi olaraq ona verilməli olan icbari sığorta məbləğini ala bilməmişdir. Əlavə olunan sənədlərlə təsdiq edilir ki, döyüş zamanı aldığı xəsarətlə bağlı ona 1992-ci ildən 2-ci qrup əlillik təyin edilmiş və 1999-cu il tarixdən isə müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir. Hərbi qulluqçu kimi xidmətdən təxris olunan tarixdən və hazırda müddətsiz 2-ci qrup əlillik təyin edildiyi üçün ona dövlət büdcəsində 6600 manat sığorta pulu verilməlidir. Bu barədə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş, ordan ona xx.xx.2018-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Göstərilənlərə əsasən hərbi xidmət dövrü ilə əlaqadar olan 2-ci qrup əlil kimi 6600 manat icbari sığorta pulunun Dövlət Sığorta Kommersiya Şirkətindən ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Sətda oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İ qrup əlil kimi 8800 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-741/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat icbari sığorta məbləğinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı Sətda oğlu apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, 1-ci dərəcəli əlillik üçün müəyyən edilmiş 8800 (səkkiz min səkkiz yüz) manat icbari sığorta məbləğinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətindən tutularaq ona ödənilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması, işə tam, hərtərəfli baxılmadan, təqdim edilmiş sübutlar qiymətləndirilmədən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan çıxarıldığından ona ödənilməli olan icbari sığorta məbləği ilə bağlı hissəsində apellyasiya qaydsında ləğv edilməlidir. Belə ki, o iddia ərizəsində 1992-ci ilin mart ayından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda hərbiçi kimi iştirak etdiyini və həmin ilin iyul ayında N saylı hərbi hissənin tərkibində Naxçıvanik kəndi ətrafında gedən döyüş əməliyyatları ilə bağlı xidməti vəzifənin icrası zamanı güllə yarası aldığını və bunun nəticəsində ona 1992-ci ildən müddətli 2 qrup əlillik dərəcəsi, 1999-cu ildən isə ömürlük əlillik dərəcəsinin təyin edildiyindən hərbi qulluqçu kimi xidmətdən təxris olunduğu vaxtdan və hazırda da əlillik müddətsiz təyin olunduğundan ona sığorta pulu ödənilməli olduğunu göstərmişdir. Lakin iş məhkəmənin icraatına qəbul edildikdən sonra ilkin araşdırma zamanı iddia ləlbimin dəqiqləşdirilməsi barədə ərizə verərək, əlillik dərəcəsinin 1-ci qrup olmasını və cavabdehdən 8800 (səkkiz min səkkiz yüz) manat icbari sığorta məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 saylı zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş İSE-0 SER AR 122673 saylı arayış (1-ci dərəcəli əlillik barədə) da iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birlikdə iş materiallarına əlavə edilmişdir. Buna baxmayaraq işə baxan məhkəmə bu halları (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənəri) nəzərə almamaış və nəticədə onun əlillik dərəcəsi 2-ci qrup və həmin qrup üçün müəyyən edilmiş məbləğin (11000 manatın 60 faizini) 6600 (altı min altı yüz) cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul elmişdir. Baxmayaraq ki, işə baxan məhkəmə qətnamədə onun əlillik dərəcəsinin 1-ci qrup olmasını təsdiq edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 saylı zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş TSE-0 SİR AR 122673 saylı arayışa bir neçə dəfə istinad edərkən nədənsə əlillik dərəcəsinin 1-ci deyil, 2-ci qrup olduğunu vurğulamışdır. Məhkəmə onun əlillik dərəcəsinin 1-ci qrup deyil, 2-ci qrup kimi qəbul etməsi səbəbindən əlillik dərəcəsinə uyğun hesablanmalı olan icbari şəxsi sığorta məbləği də müvafiq olaraq düzgün hesablanmamışdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu 11000 (on bir min) manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: -1 qrup əlilliyə görə- sığorta məbləğinin 80 faizi miqdarında sığorta ödənişi həyata keçirilir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasə işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apelyasiya instansiya məhkəməsi həll edir”. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi İddiaçı Sətda oğlunun iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə qiymət verməmişdir. Bu isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol veribvermədiyinin araşdırılmasını zəruri edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbindən görünür ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 53-cü maddəsinin tələbindən görünür ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda birinci instansiya məhkəməsi İddiaçı Sətda oğlunun iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə qiymət vermədiyindən, bu hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-741/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 8800 (səkkiz min səkkiz yüz) manat icbari sığorta məbləği tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1992-ci il tarixli, 4590 №-li xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Qarabağ müharibəsində döyüşmüş və Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 №-li zona TSEK-nın TSE-0, 122673 №-li arayışının surətindən görünür ki, iddiaçı X1 2-ci qrup əlillik təyin edilmiş və Azərbaycan Respublikasının müdafisində yaralanmış ifadəsi ilə qeyd edilmişdir. İş materiallarında olan X2 Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Sabunçu İdarəsinə verilmiş 9/2-590 №-li, xx.xx.2015-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci iil tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası MNnin döyüşən N saylı hərbi hissəsinin tərkibində döyüşlərdə iştirak etmiş və Naxçıvanik kəndi ətrafında hərbi tapşırığı yerinə yetirən zaman güllə yarası almışdır. İş materiallarında olan hərbi biletin surrətindən görünür ki, iddiaçı Ağdam rayonunda gedən döyüşlərdə xx.xx.1992-ci il də güllə yarası almış, sol ayağı amputasiya edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx xxxxxx 2018-ci il tarixli, 07-07-42 №-li imtina məktubundan görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Ona görə bu məsələyə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra baxılacaqdır. Apelyasiya şikayətinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 №-li zona TSEK-nın TSE-0, 122673 №-li arayışının surətindən görünür ki, iddiaçı X1 1-ci qrup əlillik təyin edilmiş və Azərbaycan Respublikasının müdafisində yaralanmış ifadəsi ilə qeyd edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Həmin Qanunun 7-ci maddəsinə görə, əlillik halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının surəti; - hərbi bilet (yaxud onu əvəz edən sənəd); - sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. İş materiallarından göründüyü kimi, İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə birinci qrup əlil olmuşdur. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 80 faizi, yəni 8800 manat iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, İddiaçı 8800 (səkkiz min səkkiz yüz) manat sığorta ödənişinin verilməsinə dair müvafiq öhdəlik cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-741/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 8800 (səkkiz min səkkiz yüz) manat icbari sığorta məbləği tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-741/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 8800 (səkkiz min səkkiz yüz) manat icbari sığorta məbləği tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar