Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3456/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi və Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı1 və qeyrilərinin Cavabdeh ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mənzil üzərindən yüklülüyün götürülməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 3886/2019 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh X6rşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin üzərindən yüklülüyün götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə İddiaçı2 və X7 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 03-MK/810 saylı ipoteka müqaviləsindən onların məlumatı olmamış, mənzilin ipoteka ilə yüklü edilməsinə razılıq verməmişlər. İpoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən mənzil onların yeganə yaşayış yeridir, buna görə də mənzilin ipoteka ilə yüklü edilməsinə heç bir halda razılıq verməzdilər. Mənzilin ipoteka ilə yüklü edilməsi barədə heç bir müqaviləyə onlar imza etməmiş və güman edirlər ki, Fərid Piriyev mənzilin sənədlərini onlardan xəbərsiz götürərək ipoteka ilə yüklü etmişdir. Cavabdeh ASC cavabdehlər Sərraf və Fərid Piriyevlərə qarşı xx xxxxxx 2014 tarixli 03- MK/0810 saylı kredit müqaviləsinin ləğvi, kredit məbləğinin və kredit faizinin tutulması, tələbin xx xxxxxx 2014-cü il tarixli 03-İVİK/0810 saylı ipoteka müqaviləsi ilə yüklü olan ipoteka predmetinə yönəldilməsi, mənzildə olan şəxslərin qeydiyyatdan çıxarılması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və çıxarılan qətnamə ilə tələb iddiaçılara mülkiyyət hüququ əsasında məxsus olan və ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilmişdir. Məhkəmə prosesləri barədə, təxminən bu ilin fevral ayında xəbər tutmaqla, məhkəməyə apelyasiya şikayəti ilə müraciət edilmişdir ki, iddiaçılar da mülki işin araşdırılmasına cəlb olunsunlar və ipoteka ilə yüklü edilən yeganə mənzilin üzərindən yüklülük götürülsün. Məhkəmə onların apelyasiya şikayətini geri qaytararaq izah etmişdir ki, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edə bilərlər. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 3886/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçılar apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim edilmiş sübutlar əsasında iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka müqaviləsinin bağlanmasına razılıq ərizələri onlar tərəfindən imzalansa da, notarius tərəfindən onlara ipotekanın mahiyyəti və hüquqi nəticəsi izah edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu və məhkəmə qətnaməsinin icrasına mane olmaq məqsədilə verildiyini bildirərək təmin edilməməsini xahiş etdi. İddiaçılar məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası mülki işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-3886/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh ASC ilə cavabdeh X7 arasında xx xxxxxx 2014-cü il tarixli 03-MK/0810 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Fərid Piriyev bankdan 36 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 51000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə xx xxxxxx 2014-cü il tarixdə Cavabdeh ASC ilə İddiaçı2 və X7 arasında ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. Fərid Piriyev kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə Cavabdeh ASC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx xxxxx 2017-ci il tarixli 2(060)-4598/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ASC ilə cavabdeh X7 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 03-MK/0810 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh X3 xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə milli manat ekvivalentində əsas borc üzrə 38577 ABŞ dolları, faiz məbləği üzrə 13967 ABŞ dolları, cərimə məbləği üzrə 100 ABŞ dolları, ümumilikdə ödənilmiş 30 manat dövlət rüsumundan 28 manat pulun Cavabdeh ASC-nin xeyrinə tutulması, tələbin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməsi, yaşayış sahəsinin ilkin satış qiymətinin 52000 manat müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra milli manat ekvivalentində 52644 ABŞ dolları və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş puldan 28 manatın Cavabdeh ASC-yə ödənilməsi, qalan vəsaitin isə İddiaçı2 qaytarılması, iddianın qalan hissəsinin təmin olunmaması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli 2(105)-2919/2017 saylı qətnaməsi ilə cavabdeh X5 apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(060)- 4598/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(102)-1046/2018 saylı qərarı ilə cavabdeh X1 şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli 2(105)-2919/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(105)-1557/2019 saylı qərardadı ilə İddiaçı2, İddiaçı3 və İddiaçı1 Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(060)-4598/2017 saylı qətnaməsindən apelyasiya şikayəti geri qaytarılmışdır. İş materiallarında olan notariat işinin surətindən də aydın olur ki, ipoteka verən İddiaçı2 özünə məxsus olan ünvan 1-ni ipoteka ilə yüklü etmiş, müqavilə şərtləri ilə razı olduğunu müqaviləyə şəxsən imza etməklə təsdiq etmiş, digər iddiaçılar İddiaçı1 və İddiaçı3 isə xx xxxxxx 2014-cü il və xx xxxxxx 2014-cü il tarixli ərizələri ilə (ərizələrdəki imzaların həqiqiliyi notarius tərəfindən təsdiq edilməklə) ünvan 1-nin Cavabdeh ASC-yə ipotekaya (girov) qoyulmasına razılıq vermişlər. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə riayət olunmuş, bu səbəbdən, ipoteka müqavilənin etibarsız hesab edilməsinə əsas yoxdur. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar iddia ərizəsində mənzilin ipotekaya qoyulmasına razılıq vermədiklərini, bu barədə hər hansı müqaviləyə və razılıq ərizəsinə imza etmədiklərini göstərsələr də, birinci instansiya məhkəməsi tərəfindən notariat işi tələb olunub ipoteka müqaviləsinin İddiaçı2 tərəfindən imzalanması, habelə mənzilin ipoteka ilə yüklü edilməsinə İddiaçı1 və İddiaçı3 tərəfindən yazılı razılıq verilməsi müəyyən edildikdən sonra apelyasiya şikayətində müqaviləyə və razılıq ərizələrinə onlar tərəfindən imza edilməsini etiraf etmiş, lakin notarius tərəfindən ipotekanın mahiyyətinin və hüquqi nəticələrinin onlara izah olunmadığını bildirmişlər. Halbuki, ipoteka müqaviləsində və razılıq ərizələrində ipotekanın hüquqi nəticələri kifayət qədər aydın izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə kifayət qədər tam, hərtərəfli və obyektiv araşdırma aparılmış və iddianın rədd olunması barədə düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-3886/2019 saylı qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və mahiyyəti üzrə düzgün olduğundan, apelyasiya şikayətində göstərilənlər isə formal mülahizələrdən ibarət olduğundan, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 3886/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3456/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3456/2020
09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver