Məhkəmə qərarları › İş №2(103)-3559/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3559/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3559/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfındən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 3163/2020 nömrəli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh1 2004,88 manat əsas, müqavilənin bitmə tarixinə hesabanmış 688,20 manat faiz, 30 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 373,80 manat borc, ümumilikdə 3096,88 manat məbləğində kredit borcu və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cаvаbdеh Cavabdeh1 оğlu həmin qətnаmədən аpеllyаsiyа şikаyəti vеrmək üçün prоsеssuаl müddətin bərpа еdilməsinə dаir ərizə ilə məhkəməyə mürаciət еtmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə qəbul olunan ərəfədə o, həmin ünvanda qeydiyyatda olsa da, Bakı şəhəri, Ramana qəsəbəsi, Koroğlu küçəsində yerləşən özbaşına tikilidə yaşamış, bu səbəbdən məhkəmə tərəfindən ona göndərilmiş qətnaməni qəbul etməmiş, həmin qətnamədən qanunla nəzərdə tutulmuş apellyasiya şikayəti vermə müddətini buraxmışdır. Hazırda isə qətnamədə göstərilən əsaslarla razı olmadığına görə həmin qətnamədən apellyasiya şikayəti vermək istəyir. Qətnaməni aldığından isə bir aydan çox müddət keçdiyinə görə onun tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulan müddətin buraxılmasının üzrlü hesab edilməsi zərurəti yaranmışdır. Belə ki, o, qeyd etdiyi səbəblərdən apellyasiya şikayəti verə bilməmişdir və belə hesab edir ki, ondan asılı olmayan səbəbdən qətnamənin ona çatdırılmaması qətnamədən şikayətini vaxtında verməməsi üçün kifayət qədər üzrlü səbəbdir və bu səbəbin məhkəmə tərəfindən üzrlü hesab edilərək bərpa edilməsi zərurəti vardır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)- 3163/2020 saylı qərardadı ilə ərizə təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3163/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpasından imtina edilmişdir. Cavabdeh1 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, ərizəsinin təmin edilərək, prosessual müddətin bərpa edilməsini xahiş etmişdir Şikayət ərizədə göstərilənlərlə əsaslandırılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin olunmaması və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 şikayəti əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası digər tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)-3163/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələblərinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İş materiallarından görünür ki, işə Cavabdeh1 iştirakı ilə baxılmış, qətnamə onun iştirakı ilə elan olunmuş, qətnamənin tam mətni Cavabdeh1 xx xxxxxxxx 2020-ci il tarixdə poçt vasitəsilə göndərilmiş və Cavabdeh1 xx.xx.2020-ci il tarixdə poçt xəbərnaməsinə şəxsən imza etməklə qətnamənin surətini götürmüşdür. Lakin, Cavabdeh1 tərəfindən apelyasiya şikayəti məhkəməyə xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh məhkəmə qətnаməsindən аpеllyаsiyа şikаyəti vеrmə müddətini üzrlü səbəblərdən ötürməsini sübut еdən əsаslаndırıcı dəlilləri ərizəsinə, eləcə də şikayətinə əlavə etməmiş və məhkəməyə təqdim еtməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)-3163/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)-3163/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar