Məhkəmə qərarları › İş №2(103)-4443/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4443/2020

20.05.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4443/2020 20.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-560/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx” ASC- yə qarşı "pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx” Açıq Səhmdar Cəmiyyətindən əmək haqqının üçdə iki hissəsindən az olmamaqla hesablanmış pul vəsaitinin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-560/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, "xxxx” ASC tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək əmək haqqının üçdə iki hissəsi miqdarının hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh “xxxx” ASC apellyasiya şikayəti verərək ləğv edilərək, iddianın təmin edilməməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə müəssisənin Həmkarlar İttifaqı Komitəsi arasında 2017-2019-cu illər üçün xx.xx.2017-ci il tarixində Kollektiv Müqavilə bağlanmışdır. Bu müqavilənin 4.10-cu bəndinə əsasən, “İşəgötürənin təqsiri olmadan istehsal və satışın olmamasından işin dayandırılması və eləcə də Məhərrəmlik, Ramazan aylarında spirtli içkilərin satışa tələbatın olmaması və digər hallar olduqda işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxıla bilər.” Göründüyü kimi, müəssisənin iradəsindən asılı olmayan səbəblərdən istehsal və satışın olmamasına görə iş dayandırılmış və işçilər ödənişsiz məzuniyyətə göndərilmişdir. Beləliklə, “xxxx” ASC rəhbərliyi Kollektiv Müqaviləni əsas götürərək işçiləri qrup halında ödənişsiz məzuniyyətə buraxmaq haqqında xx.xx.2019 tarixli, 09 saylı əmri təsdiq etmişdir. Buna əsasən, işçiyə bu müddət ərzində hər hansı ödənişin verilməsi nəzərdə tutulmamışdır.. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini, İddiaçı isə şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-560/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilməli, “xxxx” ASC tərəfindən İddiaçı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək əmək haqqı hesablanaraq ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx” Açıq Səhmdar Cəmiyyətinin X5 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə xx xxx 2019-cu il tarixli 09 saylı əmrinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, məhsul istehsalı və satışının dayanması ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsaslanaraq, göstərilən şəxslər istisna olmaqla bütün işçilərin bir ay müddətinə, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir. İş materiallarında olan "xxxx” Açıq Səhmdar Cəmiyyətinin X5 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə xx xxxx 2019-cu il tarixli 10 saylı əmrinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, idarə heyətinin xx xxx 2019-cu il tarixli 09 nömrəli əmri ilə ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddətinin üç ay uzadılması, spirt istehsalı ilə əlaqədar olaraq "Spirtin istehsalı və spirtin saxlanması” və "Kompressor-qazanxana” sexinin işçiləri ödənişsiz məzuniyyətdən geri çağırılması, istehsal başa çatdıqdan sonra ödənişli məzuniyyətdə hesab edilmələri əmr edilmişdir. İş materiallarında olan "xxxx” Açıq Səhmdar Cəmiyyətinin X5 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə xx xxxxxxxx 2019-cu il tarixli 11 saylı əmrinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, səhmdar cəmiyyətin fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq idarə heyətinin xx xxxx 2019-cu il tarixli 10 nömrəli əmri ilə ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddəti yenidən xx xxxxxx 2019-cu il tarixədək uzadılması əmr edilmişdir. İş materiallarında olan "xxxx” Açıq Səhmdar Cəmiyyətinin X5 xx xxxxxx 2019-cu il tarixli 12 saylı əmrindən görünür ki, ödənişsiz məzuniyyətə buraxılmış işçilər geri çağırılmışdır. İş materiallarında olan "xxxx” Açıq Səhmdar Cəmiyyətinin Həmkarlar İttifaqı Komitəsinin Ümumi Yığıncağının "2017-2019-cu illər üçün kollektiv müqaviləsinin təsdiq edilməsi barədə” xx xxxxx 2017-ci il tarixli 02 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri ilə Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış 2017-2019-cu illər üçün kollektiv müqavilənin təsdiq edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx” Açıq Səhmdar Cəmiyyətinin 2017-2019-cu illər üçün kollektiv müqavilənin surətindən və məzmunundan görünür ki, "xxxx” Açıq Səhmdar Cəmiyyətinin işəgötürəni və müəssisə həmkarlar ittifaqı komitəsi əmək, sosial-iqtisadi və istehsalat sahəsində münasibətləri tənzimləyən bu kollektiv müqaviləni bağlayırlar (1.1 -ci bənd). İşəgötürən həmkarlar ittifaqı təşkilatını əmək kollektivinin vahid və səlahiyyətli nümayəndəsi kimi qəbul edir (1.2-ci bənd). Kollektiv müqavilə 3 il müddətinə (2017-2019)cu illər üçün bağlanılır və tərəflər imzaladığı gündən qüvvəyə minir (1.3-cü bənd). Kollektiv müqavilə bütün müəssisə işçilərinə şamil edilir və onun normaları işəgötürən həmkarlar ittifaqı təşkilatı üçün məcburidir (1.4-cü bənd). Kollektiv müqavilə qüvvəyə mindikdən sonra işə qəbul olunan işçilərə də şamil olunur və işə qəbul olunan işçilər işəgötürən tərəfindən kollektiv müqavilə ilə tanış edilir (1.5-ci bənd). Müqaviləni imzalamış tərəflər onun qüvvədə olduğu müddətdə üzərlərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə birtərəfli qaydada xitam verə bilməzlər. Yalnız bu müqavilənin hər hansı bir müddəasına təsir edən yeni bir qanunvericilik və ya normativ akt qəbul edilərsə qarşılıqlı razılıq əsasında müqaviləyə əlavə və dəyişikliklər oluna bilər (1.7- ci bənd). İşəgötürənin təqsiri olmadan istehsal və satışın olmamasından işin dayandırılması və eləcə də Məhərrəmlik, Ramazan aylarinda spirtli içkilərin satışa tələbatın olmaması və digər hallar olduqda işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxila bilər (4.10-cu bənd). İş materiallarında olan"xxxx” Açıq Səhmdar Cəmiyyəti X5 xx xxxxxx 2019-cu il tarixli 12 nömrəli "işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə” əmrinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 əmri ilə ödənişsiz məzuniyyətə buraxılmış işçilərin geri çağırılması əmr edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 28.3-cü maddəsinə əsasən kollektiv müqavilə müəssisənin özündə, onun filiallarında, nümayəndəliklərində və digər müstəqil struktur bölmələrində bağlanıla bilər. Müəssisənin filialında, nümayəndəliyində və ya digər müstəqil struktur bölmələrində kollektiv danışıqların aparılması, kollektiv müqavilənin hazırlanması, bağlanması və ya onlarda dəyişikliklərin edilməsi məqsədi ilə həmin bölmənin rəhbərinə işəgötürən tərəfindən zəruri səlahiyyətlər verilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən kollektiv müqavilənin bir tərəfi işəgötürən, digər tərəfi həmkarlar ittifaqları təşkilatıdır. Müəssisədə həmkarlar ittifaqları təşkilatı olmadıqda isə kollektiv müqavilənin ikinci tərəfi əmək kollektividir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən kollektiv müqavilənin layihəsinin hazırlanması, bağlanması qaydaları və müddəti tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir və rəsmiləşdirilir. Bu məqsədlə tərəflər bərabər saylı nümayəndələrindən ibarət müvafiq komissiya (işçi qrupu) yarada bilərlər. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən həmkarlar ittifaqları təşkilatının iclasının, konfransının və digər yığıncaqlarının səlahiyyətli olması onun nizamnaməsi ilə tənzimlənir. İşçilərin(nümayəndələrin) 50 faizindən çoxunun iştirak etdiyi ümumi yığıncaq (konfrans) səlahiyyətli hesab olunur. Həmin Məcəllənin 30.6-cı maddəsinə əsasən, kollektiv müqavilənin layihəsi iclasda (konfransda) iştirak edənlərin səs çoxluğu ilə təsdiq edilir. Tərəflər, kollektiv müqavilə təsdiq edildikdən sonra onu üç gün ərzində imzalamalıdırlar. İmzalanmış kollektiv müqavilə və ona əlavələr yeddi təqvim günü ərzində məlumat üçün işəgötürənlər tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən kollektiv müqavilənin məzmununu tərəflər müəyyən edirlər. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllədə və digər normativ hüquqi aktlarda kollektivmüqaviləyə daxil edilməsi nəzərdə tutulmuş müddəaların kollektiv müqavilədə əks etdirilməsi məcburidir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən kollektiv müqavilə bir ildən üç ilədək müddətə bağlanıla bilər. Mülki İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, İddiaçı 1990-cı il tarixdən "xxxx” Açıq Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrində işləmişdir. Həmçinin müəyyən edilmişdir ki, "xxxx” Açıq Səhmdar Cəmiyyətinin X5 xx xxx 2019-cu il tarixli 09 saylı əmri ilə məhsul istehsalı və satışının dayanması ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsaslanaraq, bütün işçilərin bir ay müddətinə, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir. Habelə, "xxxx” Açıq Səhmdar Cəmiyyətinin X5 xx xxxx 2019-cu il tarixli 10 saylı əmri ilə işçilərin ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddətinin üç ay uzadılması əmr edilmişdir. Eyni zamanda, "xxxx” Açıq Səhmdar Cəmiyyətinin X5 xx xxxxxxxx 2019-cu il tarixli 11 nömrəli əmri ilə səhmdar cəmiyyətin fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq İdarə heyətinin xx xxxx 2019-cu il tarixli 10 nömrəli əmri ilə ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddəti yenidən xx xxxxxx 2019-cu il tarixədək uzadılması əmr edilmişdir."xxxx” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri ilə Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış 2017-2019-cu illər üçün kollektiv müqavilənin 4.10-cu bəndilə işəgötürənin təqsiri olmadan istehsal və satışın olmamasından işin dayandırılması və eləcə də Məhərrəmlik, Ramazan aylarinda spirtli içkilərin satışa tələbatın olmaması və digər hallar olduqda işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxila bilməsi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129, 169-cu- maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, iddiaçıya xx xxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan müddət ərzində cavabdeh təşkilatın təqsiri üzündən əmək haqqı verilmədiyindən iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi əsası ilə ləğv olunmalıdır. Belə ki, məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, nəticədə düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan, hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər (maddələr 129.1 və 129.2). Əmək Məcəlləsinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir, işçinin təqsiri üzündən boşdayanma vaıxtı ödənilmir (maddə 169.1 və 169.2). Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 169-cu maddəsinin hazırki mübahisəyə tətbiq olunması üçün əsaslar mövcud deyil. Belə ki, Qanunvericiliyin yuxarıda qeydolunan mənasına görə işçi ilə işəgötürənin razılığı əsasında, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, 6 aydan çox olmayan müddətdə işçiyə ödənişsiz məzuniyyət verilə bilər. Bu o deməkdir ki, əsaslar olduğu təqdirdə 6 ayadək ödənişsiz məzuniyyətin verilməsi qanunidir. İşdən görünür ki, Kollektiv müqavilənin 4.10-cu bəndində işəgötürənin təqsiri olmadan istehsal və satışın olmamasından işin dayandırılması və eləcə də Məhərrəmlik, Ramazan aylarında spirtli içkilərin satışa tələbatın olmaması və digər hallar olduqda işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxılması nəzərdə tutulmuşdur. Cavabdehin xx xxx 2019-cu il tarixli 09 nömrəli əmri bütün işçilərin bir ay müddətinə, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da ödənişsiz Məzuniyyətə buraxılmaları əmr edilmişdir. Həmin əmrin müddəti xx xxxx 2019-cu il tarixdə 3 ay xx xxxxxxxx 2019-cu ıl tarixdə isə yenidən 3 ay - xx xxxxxx 2019-cu il tarixədək uzadılmışdır. Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə “işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə” əmr vermiş, iddiaçıya xx.xx.2019-cu il tarixdə saat 08:00-da işdə olmağına dair bildiriş verilmişdir. Göründüyü kimi işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə əmrin verildiyi xx.xx.2019-cu il tarixdən 6 ay müddətində yəni, xx.xx.2019-cu il..tarixədək ödənişsiz məzuniyyətin verilməsi qanuni olmuşdur. Həmin müddət başa çatdıqda işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə əmr verilməmiş, bu barədə, əmr isə yalnız xx.xx.2019-cu il tarixdə verilmişdir. Bu baxımdan qanunla ödənişsiz məzuniyyətin verilmə müddətinin xx.xx.2019-cu il tarixdə bitməsinə baxmayaraq həmin müddətin 6 aydan çox xx.xx.2019-cu il tarixədək uzadılması qanunsuz olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 560/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilməli, “xxxx” ASC tərəfindən İddiaçı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək əmək haqqı hesablanaraq ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: “xxxx” ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-560/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. “xxxx” ASC tərəfindən İddiaçı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək əmək haqqı hesablanaraq ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar