Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5436/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-911/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutuna və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişi məbləğinin 5.000 (beş min) manat məbləğində hissəsinin və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0,1 faizi məbləğində dəbbə pulunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi; iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişi məbləğinin 10.785,78 (on min yeddi yüz səksən beş manat yetmiş səkkiz qəpik) manat məbləğində hissəsi cavabdehlər Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutundan və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi; iddiaçı tərərfində ödənilmiş 30 (otuz) otuz manat məbləğində iddia rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xərci, cəmi 30,40 (otuz manat qırx qəpik) manat məbləğinin mütənasib olaraq 9,64 (doqquz manat altmış dörd qəpik) manat hissəsinin (31,7%) Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən, 20,76 (iyirmi manat yetmiş altı qəpik) manat hissəsinin (68,3%) cavabdelər Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutundan və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, 21 noyabr 2014-cü il tarixində, saat 15:40 radələrində Bakı şəhəri, Neftçilər-Azadlıq prospekti ünvanında, Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutunun mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil 23 nömrəli yol vərəqəsinə əsasən Cavabdeh1 tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə “xxxx” Açıq Səhmdar Cəmiyyətində sığortalanmış “Mazda 6” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhəri Baş Polis İdarəsi X14 İdarəsinin 25 noyabr 2014-cü il tarixli, 13194 nömrəli arayışına və CYP seriyalı 839280 nömrəli inzibati xəta haqqında protokola və inzibati xəta haqqında iş üzrə qərara əsasən “Hyundai Sonata” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hadisənin baş verməsində təqsirli bilinərək Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 42.5-ci maddəsinin tələblərini pozmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə edilmişdir. “Mazda 6” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin MİB-3546-1/14 nömrəli sığorta şəhadətnaməsindən göründüyü kimi, həmin avtonəqliyyat vasitəsi “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 18 avqust 2014-cü il tarixindən 18 avqust 2015- ci il tarixindək 31.900 (otuz bir min doqquz yüz) manat sığorta məbləği və sığorta dəyəri olmaqla “avto kasko” qaydaları ilə tam sığortalanmışdır. Həmin sığorta şəhadətnaməsi ilə hər bir sığorta hadisəsi üzrə şərtsiz azadolma məbləği tərəflər arasında 350 (üç yüz əlli) manat məbləğində razılaşdırılmışdır. 28 yanvar 2015-ci il tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “Mazda 6” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 16.135,78 (on altı min bir yüz otuz beş manat yetmiş səkkiz qəpik) manat məbləğində müəyyən edilmişdir. 28 yanvar 2015-ci il tarixli, 095/15 nömrəli sığorta aktına və 04 fevral 2015-ci il tarixli, 000193 nömrəli kassa məxaric orderinə əsasən, zərər məbləğindən 350 (üç yüz əlli) manat məbləğində azadolma məbləği çıxılmaqla 15785,78 (on beş min yeddi yüz səksən beş manat yetmiş səkkiz qəpik) manat məbləğində sığorta ödənişi “Mazda 6” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi və MİB-3546-1/14 nömrəli sığorta şəhadətnaməsi üzrə sığortalı X1 ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş www.isb.az saytından çıxarışa əsasən, hadisə anına Cavabdeh1 idarə etdiyi “Hyundai Sonata” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmışdır. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 19 yanvar 2015-ci il tarixli, BS-C-15/0056 nömrəli məktubundan göründüyü kimi, iddiaçı təşkilat Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edilərək zərər məbləğinin razılaşdırılması prosesində nümayəndələrinin iştirakının təmin olunması xahiş edilmişdir. Həmçinin, 13 oktyabr 2017-ci il tarixli, BS-17/1289 nömrəli və 08 yanvar 2018-ci il tarixli, BS-C-18/0021 nömrəli “subroqasiya tələbinə dair” məktubundan da göründüyü kimi, iddiaçı sığorta ödənişini etdikdən sonra Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə sığorta tələbi ilə müraciət edərək sonuncunun bir hadisə üzrə əmlaka vurulmuş zərərlə bağlı öhdəlik həddi olan 5.000 (beş min) manat məbləğinin iddiaçıya geri ödənilməsini xahiş etmişdir. Beləliklə, baş vermiş sığorta hadisəsi barədə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə məlumat verilib, ödənilmiş sığorta ödənişinin (5.000 (beş min) manat) məbləğində hissəsinin geri ödənilməsinə dair sığorta tələbi ərizəsi ilə müraciət edilib və bütün zəruri sənədlər ərizəyə əlavə edilmişdir. Lakin, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti sığortaçı olaraq müqavilə üzrə öhdəliklərini icra etməmişdir. 19 aprel 2019-cu il tarixli, BS-C-19/0676 nömrəli şikayət məktubu “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərildikdən sonra Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 29 may 2019-cu il tarixli 08/B-423 nömrəli məktubla hadisənin 21 noyabr 2014-cü il tarixdə baş verdiyi üçün sənədlərin arxivləşdirildiyini, müvafiq sənədlər əldə edildikdən sonra məlumat veriləcəyini bildirmişdir, bu günə kimi iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin hesabına heç bir ödəniş edilməmişdir. 29 noyabr 2019-cu il tarixli, BS-C19/1854 nömrəli geriyə tələb (pretenziya) məktubundan göründüyü kimi, 10.785,78 (on min yeddi yüz səksən beş manat yetmiş səkkiz qəpik) manat məbləğinin (Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilməli olan məbləğ çıxılmaqla) geri ödənilməsi tələbi iddiaçı tərəfindən cavabdehlər Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutu və Cavabdeh1 ünvanlarına göndərilmişdir. 05 dekabr 2019-cu il tarixində Cavabdeh1 iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasına müraciət edərək məbləğin ödənilməsindən imtina etdiyini bildirmişdir. Həmçinin, Cavabdeh1 bildirmişdir ki, hazırda qeydiyyatda olduğu ünvanda yaşamır və bu səbəbdən məktub ona çatmamışdır. Lakin, həmin məktub Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutuna təqdim edilmiş, sonuncunun əməkdaşları isə Cavabdeh1 ilə əlaqə saxlamış, məktubu ona təqdim etmiş və iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə müraciət etməyini tələb etmişdir. Qeyd olunanlara əsasən, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sözügedən zərərin aradan qaldırılması üçün ödənildiyi 15.785,78 (on beş min yeddi yüz səksən beş manat yetmiş səkkiz qəpik) manat məbləğində sığorta ödənişinin məbləğini müvafiq hissələrdə cavabdehlərdən tələb etmək hüququna sahib olmuşdur. Bundan başqa, iddia tələbinin qaldırılması ilə bağlı dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Bununla bağlı, 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi haqqında qəbz də iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti 20 fevral 2020-ci il tarixdə iddia tələbinə dəqiqləşmə verərək, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0,1 faizi məbləğində, yəni 4.170 (dörd min bir yüz yetmiş) manat məbləğində dəbbə pulunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi; iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişi məbləğinin 10.785,78 (on min yeddi yüz səksən beş manat yetmiş səkkiz qəpik) manat məbləğində hissəsi cavabdehlər Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutundan və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi; iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xərci olmaqla, cəmi 30,40 (otuz manat qırx qəpik) manat məbləğin mütənasib olaraq 9,64 (doqquz manat altmış dörd qəpik) manat hissəsinin (31,7%) Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən, 20,76 (iyirmi manat yetmiş altı qəpik) manat hissəsinin (68,3%) cavabdehlər Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutundan və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-911/2020 saylı, 30 noyabr 2020ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 7.785 (yeddi min yeddi yüz səksən beş) manat məbləğində ödənilmiş sığorta ödənişi və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun olmaqla, cəmi 7.815,40 (yeddi min səkkiz yüz on beş manat qırx qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin olunmaması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 100 (bir yüz) manat Cavabdeh1 tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti apelyasiya şikayəti verərək qətnaməsinin dəyişdirilməsini, cavabdehlər Azərbaycan Milli X3 və Etnoqrafıya İnstitutuna (AMEA) və Cavabdeh1 müştərək qaydada 7785,00 (yeddi min yeddi yüz səksən beş manat) məbləğində pul vəsaitinin tutularaq iddiaçı “xxxx” ASC-nin hesabına ödənilməsi, Cavabdeh3 DSKŞ tərəfindən gecikdirilmiş günlər üçün sığorta ödənişinin 0.1 faizi məbləğində yəni 4170,00 (dörd min bir yüz yetmiş manat) məbləğində dəbbə pulun Cavabdeh3 DSKŞ-dən tutularaq iddiaçı “xxxx” ASC-nin hesabına ödənilməsi və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində iddia rüsumu və 0,40 (qırx qəpik) məbləğində bank xərci, cəmi 30.40 (otuz manat, 40 qəpik) manat məbləğinin mütənasib olaraq 9.64 (doqquz manat, 64 qəpik) manat hissəsinin (31.7%) Cavabdeh3 DSKŞ-dən, 20.76 (iyirmi manat, 76 qəpik) manat hissəsinin (68.3%) cavabdchlər Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutuna (AMEA) və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı “xxxx” ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə işin faktiki hallarına uyğun gəlmədiyindən, maddi hüquqi normalarının düzgün tətbiq edilməməklə və prosessual hüquq normalarının pozulmaqla qəbul edildiyinə görə dəyişdirilməli və mülki işlə bağlı yeni qətnamə qəbul edilməlidir. Belə ki, 21.11.2014-ci il tarixində, saat 15:40 radələrində Bakı şəhəri Neftçilər-Azadlıq prospekti ünvanında, “Hyundai Sonata” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobil, № 23 saylı yol vərəqəsinə əsasən Cavabdeh1 tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə “xxxx“ASC-də sığortalanmış “Mazda 6” markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Cavabdeh1 idarə etdiyi “Hyundai Sonata” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin 15.01.2011ci il tarixli AC №492904 saylı qeydiyyat şəhadətnaməsindən məlum olmuşdur ki, qeyd edilən avtomobil Bakı şəh., Yasamal ray., H.Cavid pr, 115 ünvanında qeydiyyatda olan Azərbaycan Milli X3 və Etnoqrafıaya İnstitutunun mülkiyyətindədir. Bakı şəhəri BPİ DYPİnin 25.11.2014-cü il tarixli, №13194 saylı Arayışına və № CYP 839280 saylı inzibati xəta haqqında protokola və inzibati xəta haqqında iş üzrə qərara əsasən “Hyundai Sonata ” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hadisənin baş verməsində təqsirli bilinərək Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 42-V-ci maddəsinin tələblərini pozmasına görə AR İXM 151.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Mülki qanunvericiliyə uyğun olaraq hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Vəzifəli şəxs dedikdə dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Belə ki, 21.11.2014-cü il tarixində, saat 15:40 radələrində Bakı şəhəri Neftçilər-Azadlıq prospekti ünvanında, Azərbaycan Milli X3 və Etnoqrafıaya İnstitutunun mülkiyyətində “Hyundai Sonata” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobil həmin orqanın işçisi tərəfindən idarə olunarkən yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə “xxxx“ASC-də sığortalanmış “Mazda 6” markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş və beləliklə hüquq münasibətləri əmələ gəlmişdir. Yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “xxxx” ASC-də avtokasko qaydaları ilə sığortlanmış “Mazda 6” markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvııran tərəfindən tam həcmdə ödənilməlidir. Bundan başqa əmək qanunvericiliyinə uyğun olaraq işçi işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyət daşıyır. Maddi məsuliyyət işçinin üzərinə o zaman qoyulur ki, ziyanın həqiqətən vurulduğu aşkar edilsin, təqsirkarın əməli müvafiq qanunla ziddiyyət təşkil etsin, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olsun.Tərəflərin maddi məsuliyyəti ziyanın vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq, müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmçinin, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Əgər işçi ziyanı tam maddi məsuliyyət daşıdığı hallarda vurmuşdursa, onun məbləği isə işçinin orta aylıq əməkhaqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məkkəmə qaydasında ödənilə bilər. Bu halda məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq, müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər. Bununlada məlum olurki, işəgötürən işçisinin təqsiri nəticəsində üçüncü şəxslərə dəymiş zərəri qarşılamalı və daha sonra məhz işəgötürən tərəfindən ödənilən ziyanın məbləği reqres qaydada işçidən tələb olunmalıdır. Yuxanda qeyd edilənlərdən göründüyü kimi qeyd edilən sığorta hadisəsinin törədilməsində Azərbaycan Milli X3 və Etnoqrafiaya İnstitutunun mülkiyyətində olan “Hyundai Sonata” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında idarə edən Cavabdeh1 təqsirli olduğundan həm Cavabdeh1, həm də Azərbaycan Milli X3 və Etnoqrafiaya İnstitutu müştərək məsuliyyət daşımalı və zərər hər iki cavabdeh tərəfindən müştərək qaydada qarşılanmalıdır. İddiaçı “xxxx” ASC-nin Cavabdeh3 DSKŞ-dən qanunvericiliyə əsasən dəbbə pulunun Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən rədd edilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində Sığorta Müqaviləsinə tələblər hissəsində sığorta müqaviləsinin formasının və sığorta müqaviləsinin məzmunu və forması barədə konkret olaraq müddəalar qeyd edilmişdir. Sığorta müqaviləsinin məzmununda sığortaçının adı və ünvanı, sığortalının adı (fiziki şəxs olduqda, həmçinin soyadı və atasının adı) və ünvanı, sığorta predmeti və yerləşdiyi ünvan, həmçinin sığorta olunan(lar)ın adı (fiziki şəxs olduqda, həmçinin soyadı, atasının adı, doğum tarixi) və ünvanı, faydalanan şəxsin adı (fiziki şəxs olduqda həmçinin soyadı, atasının adı və doğum tarixi) və ünvanı, sığorta məbləğinin hər bir sığorta predmeti və ya onun hissəsinə, yaxud hər bir sığorta olunana münasibətdə ayrı-ayrı risklər üzrə miqdarı, sığorta haqqının ümumi və hər bir sığorta predmeti üzrə məbləği və ödənilməsi qaydası, sığorta müqaviləsinin qüvvədə olduğu müddət və ərazi, sığorta müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi, həmçinin ona xitam verilməsi qaydası, sığorta müqaviləsi üzrə təminat verilən sığorta riskləri, eyni zamanda əgər bu barədə razılaşdırılıbsa, müvafiq sığorta qaydalarında nəzərdə tutulmuş əlavə sığorta təminatları, sığorta ödənişinin verilməsi qaydası və əsasları, sığorta ödənişinin verilməsindən imtinanın əsasları, sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetiri məməsinə görə tərəflərin məsuliyyəti, mübahisələrin həlli qaydası, sığorta müqaviləsinin tərəflərinin qarşılıqlı razılaşması əsasında müəyyən edilən digər şərtlər, daxildir. Qeyd edilənlərdən göründüyü kimi tərəflər arasında bağlanan sığorta müqavilələrində dəbbə pulunun verilməsi ilə bağlı müddəa müəyyən olunmamışdır, çünki Mülki Məcəllənin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməli və həmin məcəllənin 934.2-ci maddəsinə əsasən Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir. Qeyd edilən qanununun mənasına görə sığorta müqaviləsi üzrə sığortaçı qanunvericilikdə müəyyən olunmuş müddətdə sığorta ödənişini sığortalıya vermədikdə sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir. Hadisə baş verəndə anda Cavabdeh1 idarə etdiyi “Hyundai Sonata” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobil hadisə anında “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Cavabdeh3 DSKŞ tərəfindən sığortalanmışdır. Bu səbəbdən tərəflərindən Cavabdeh3 DSKŞ-yə AR Mülki Məcəlləsinin 936-cı maddəsinin tələblərinə əsaslanaraq sığorta ödənişi məbləğinin qanunvericiliklə müəyyən edilmiş müddətdə Cəmiyyətin hesabına köçürülməsinin təmin edilməsi barədə məktub göndərilmişdir. Lakin tərəflərindən ödənilən sığorta ödənişi sığortaçı Cavabdeh3 DSKŞ tərəfindən mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olarkən ödənilmişdir. Bunula da məlum olur ki, sığortaçı Cavabdeh3 DSKŞ tərəfindən qanunverilikdə müəyyən edilmiş müddət ötürülmüşdür. Bu səbəbdən Cavabdeh3 DSKŞ tərəfindən gecikdirilmiş günlər üçün sığorta ödənişinin 0.1 faizi məbləğində yəni 4170,00 (dörd min bir yüz yetmiş manat) məbləğində dəbbə pulun Cavabdeh3 DSKŞ-dən tutularaq iddiaçı “xxxx” ASC-nin hesabına ödənilməlidir. Bununlada məlum olur ki, iddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1, Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutuna (AMEA) və Cavabdeh3 DSKŞ-nə qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında geri ödənilməsi” tələbinə dair mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən tam, hərtətəfli və dəqiq araşdırılmamışdır. Bundan başqa analoji işlərlə bağlı Sumqayıt Apcllyasiya Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin icraatında mülki işlər olmuşdur və hər iki apelyasiya məhkəməsinin müvafiq qətnamələrinə əsasən tələb həm əmlakın mülkiyyətiçisinə (hüquqi və ya fiziki şəxs, dövlət qurumu), həm də yol-nəqliyyat hadisəsində təqsirli olan şəxsə yönəldilmişdir (hər iki qətnamə iş üzrə materillara əlavə edilmişdir. Həmin qətnamədən həmçinin Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləgv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə tamamilə qanunsuz və əsassızdır, bu səbəbdən də, iş üzrə həmin qətnamə ləğv edilməlidir. Bakı şəhəri Nərimanov rayon məhkəməsi xxxx Açıq Səhimdar Cəmiyyətinin sözlərinə görə əsaslı sübut təqdim etmədən qətnamə qət etmişdir. İş materialarından göründüyü kimi 3 il prosesual müddət ərzində yəni 21.11.2017-ci il tarixinə qədər "xxxx” ASC-nin məhkəməyə müraciyyət etməmişdir beləliklə də prosesual müddəti ölürmüşdür. Ondan başqa cavabdehlərin “xxxx” ASC-yə borc qalığı qalmişdirsa onlar nədən 5 il ərzində iddia ərzəsi ilə məhkəməyə müraciyyət etməmişdir. “xxxx” ASC-nin zərər çəkmişlə aralarında müqavilə üzrə öhdəliklərin bildiyi gündən prosessual müddət üçün müqavilə üzrə ayrılmış 3 il müddət bitdiyindən iddia tələbi əsassızdır. Avtoqəzanın olduğu tarix 21.11.2014-cü ildir. Avtoqəzanın baş verdiyi tarixdə Cavabdeh3 X8 Şirkəti tərəfindən zərərçəkmişə 5000 manat dollar nisbətində 6410 ABŞ dollar pul ayırmışdır. Buda indiki nisbətlə 10.897 manat təşkil edir. “Mazda 6” markalı maşının ümumi dəyəri isə 30.000 manat təşkil edirdi. Onun maşınının yəni ( O zamanda 36.000 manat dəyəri olan “Hyunday Sanata”nın təmirinə o zaman cəmi 2500 manat xərci çıxmışdır). “Mazda 6” markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomabilə dəyən ziyan aşağıdakı kimidir. 1. Qabaq sağ krılo. 2. Kapotun sağ tərəfinin əziyi təmirə yararlıdır. 3. Qabaq sağ fara. 4. Bufer əzilmişdir təmir oluna bilər. 5. Sağ tərəf böyür aırbak açılmışdır. 6. Qabağ sağ tərəfin təkərin çaşkası. Hesablanan sığorta məbləği şişirdilmişdir və həqiqəti əks etdirmir. Ekspertiza keçirilən zaman “Mazda 6” markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomabilə baxış keçirilməmişdir və ekspertiza yalnız keçmiş ekspertizanın qiymətləndirilməsinə nəzər yetirilmişdir. Bazar qiyməti 30.000 manat təşkil edən “Mazda 6" markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomabilə dəymiş zərər (ekspertiza 2015 ci ilin qüsur aktının məlumatlarına əsasən) 13.135 manat təyin etmiş və həmin ziyanin həqiqətəndə olduğunu müəyyət etməmişdir. Sözü gedən nəqliyyat vasitəsinə baxış keçirilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq işin yenidən araşdırılması zəruridir işin mahiyyəti üzrə prosessual müddətin tətbiqi və göstərilən ehtirazları nəzərə alınmamışdır, buda öz növbəsində qərarı ləğvi üçün əsasdır. Göründüyü kimi, məhkəmə qətnamə qət edən zaman prosessual müddətin keçdiyini nəzəra almamış. Bununla da qanunsuz qətnamə qət etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apelyasiya şikayətini müdafiə edərək, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi. Məhkəmə kollegiyasından tərəflərindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi. Məhkəmə kollegiyasından tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini və iddiaçı “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutunun və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasə işə onların iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apelyasiya instansiya məhkəməsi həll edir”. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-911/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutundan 7.785 (yeddi min yeddi yüz səksən beş) manat məbləğində ödənilmiş sığorta ödənişi və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7.815,40 (yeddi min səkkiz yüz on beş manat qırx qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbinin qalan hissədə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə 18 avqust 2014-cü il tarixli MİB-3546-1/14 nömrəli sığorta şəhadətnaməsinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, buraxılış ili 2014-cü il olan “Mazda 6” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 18 avqust 2014-cü il tarixindən 18 avqust 2015-ci il tarixindək 31.900 (otuz bir min doqquz yüz) manat sığorta məbləği və sığorta dəyəri olmaqla “avto kasko” qaydaları ilə tam sığortalanmışdır. Həmin sığorta şəhadətnaməsi ilə hər bir sığorta hadisəsi üzrə şərtsiz azadolma məbləği tərəflər arasında 350 (üç yüz əlli) manat məbləğində razılaşdırılmışdır; İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin Qeydiyyat və İmtahan Şöbəsi tərəfindən 15 yanvar 2011-ci il tarixdə verilmiş AB seriyalı 492904 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2010-cu il buraxılışlı “Hyundai Sonata” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil Milli X3 və Etnoqrafiya İnstitutuna məxsusdur; İş materiallarında olan Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutu tərəfindən verilmiş 01-30 noyabr 2014-cü il tarixi əhatə edən 23 nömrəli yol vərəqəsinin surətindən görünür ki, 2010cu il buraxılışlı “Hyundai Sonata” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil göstərilən tarixdə idarə edilməsi üçün X2 etibar edilmişdir; İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin Qeydiyyat və İmtahan Şöbəsi tərəfindən verilmiş AC seriyalı 223862 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2014-cü il buraxılışlı “Mazda 6” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsusdur; İş materiallarında olan Bakı şəhəri 12 nömrəli notariat kontorunun xüsusi notariusuVəliyev Hikmət Yusif oğlu tərəfindən 7E-9471 reyestr nömrəsi ilə qeydiyyata alınmış ƏN-İİİ seriyalı 187849 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında 21 avqust 2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, X6 mülkiyyətində olan 2014-cü il buraxılışlı “Mazda 6” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilini 21 avqust 2014-cü il tarixdən 11 fevral 2022-ci ilədək olan 7 (yeddi) il 5 (beş) ay 21 (iyirmi bir) gün müddətinə idarə etmək üçün X5 etibar etmişdir; İş materiallarında olan Bakı şəhəri Baş Polis İdarəsi X14 İdarəsinin 25 noyabr 2014cü il tarixli, 13194 nömrəli arayışının və CYP seriyalı 839280 nömrəli inzibati xəta haqqında protokolunun, habelə müvafiq inzibati xəta haqqında iş üzrə qərarın surətlərindən və məzmunundan görünür ki, 21 noyabr 2014-cü il tarixində, saat 15:40 radələrində Bakı şəhəri, Neftçilər-Azadlıq prospekti ünvanında, Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutunun mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil 23 nömrəli yol vərəqəsinə əsasən Cavabdeh1 tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə “xxxx” Açıq Səhmdar Cəmiyyətində sığortalanmış “Mazda 6” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. “Hyundai Sonata” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hadisənin baş verməsində təqsirli bilinərək Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 42.5-ci maddəsinin tələblərini pozmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə edilmişdir; İş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3nə ünvanladığı 19 yanvar 2015-ci il tarixli, BS-C-15/0056 nömrəli məktubunun surətindən və məzmunundan görünür ki, iddiaçı təşkilat tərəfindən cavabdeh şəxsə müraciət edilərək zərər məbləğinin razılaşdırılması prosesində nümayəndələrinin iştirakının təmin olunması xahiş edilmişdir; 28 yanvar 2015-ci il tarixli sığorta aktının müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, müvafiq hadisə nəticəsində “Mazda 6” markalı **- DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 16.135,78 (on altı min bir yüz otuz beş manat yetmiş səkkiz qəpik) manat məbləğində müəyyən edilmişdir; İş materiallarında olan 04 fevral 2015-ci il tarixli 000193 nömrəli kassa məxaric orderinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, müvafiq zərər məbləğindən 350 (üç yüz əlli) manat məbləğində azadolma məbləği çıxılmaqla 15785,78 (on beş min yeddi yüz səksən beş manat yetmiş səkkiz qəpik) manat məbləğində sığorta ödənişi “Mazda 6” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi və MİB-3546-1/14 nömrəli sığorta şəhadətnaməsi üzrə sığortalı X1 ödənilmişdir; İş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanladığı 13 oktyabr 2017-ci il tarixli BS-17/1289 nömrəli və 08 yanvar 2018-ci il tarixli, BS-C-18/0021 nömrəli “subroqasiya tələbinə dair” məktubların surətlərindən və məzmunundan görünür ki, iddiaçı təşkilat sığorta ödənişini etdikdən sonra Cavabdeh3nə sığorta tələbi ilə müraciət edərək sonuncunun bir hadisə üzrə əmlaka vurulmuş zərərlə bağlı öhdəlik həddi olan 5.000 (beş min) manat məbləğinin iddiaçı təşkilata geri ödənilməsini xahiş etmişdir; İş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına ünvanladığı 19 aprel 2019-cu il tarixli, BS-C- 19/0676 nömrəli şikayət məktubunun surətindən və məzmunundan görünür ki, müvafiq sığorta hadisəsi ilə bağlı “Mazda 6” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 15.785,78 (on beş min yeddi yüz səksən beş manat yetmiş səkkiz qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Odur ki, “Hyundai Sonata” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığorta etmiş Cavabdeh3 tərəfindən sığorta müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərək, 5.000 (beş min) manat məbləğində sığorta ödənişi məbləğinin cəmiyyətə geri ödənilməsi üçün zəruri tədbirlərin görülməsi xahiş edilmişdir; İş materiallarında olan Cavabdeh3 Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı 29 may 2019-cu il tarixli 08/B-423 nömrəli məktubun surətindən və məzmunundan görünür ki, müvafiq hadisənin 21 noyabr 2014-cü il tarixdə baş verdiyi üçün sənədlərin arxivləşdirildiyi, müvafiq sənədlər əldə edildikdən sonra məlumat veriləcəyi bildirilmişdir; İş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutuna və Cavabdeh1 ünvanladığı 29 noyabr 2019-cu il tarixli, BS-C- 19/1854 nömrəli geriyə tələb (pretenziya) məktubunun surətindən və məzmunundan görünür ki, 10.785,78 (on min yeddi yüz səksən beş manat yetmiş səkkiz qəpik) manat məbləğinin (Cavabdeh3 tərəfindən ödənilməli olan məbləğ çıxılmaqla) geri ödənilməsi tələbi iddiaçı təşkilat tərəfindən cavabdeh şəxslər olan Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutunun və Cavabdeh1 ünvanlarına göndərilmişdir; İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr 2020-ci il tarixli 9/3388 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş 28 yanvar 2015-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Mazda 6” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13.135 (on üç min bir yüz otuz beş) manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat müəyyən edilmişdir; İş materiallarında olan Nərimanov RPİ tərəfindən 10 sentyabr 2012-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxxx 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş X7 ünvan 6 ünvanında qeydiyyatdadır; İş materiallarında olan 26 dekabr 2019-cu il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30,40 (oruz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Hazırda iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti onun tərəfindən ödənilmiş sığorta ödənişi məbləğinin 10.785,78 (on min yeddi yüz səksən beş manat yetmiş səkkiz qəpik) manat məbləğində hissəsinin cavabdehlər Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutundan və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən qeyd etmişdir ki, hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən zərəri tələb etmə hüququ subroqasiya qaydasında “xxxx” Açıq Səhmdar Cəmiyyətinə keçdiyindən iddia tələbi Cavabdeh1 aid edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmiş məbləğ Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutu tərəfindən deyil, avtomobili idarə edən şəxs, yəni Cavabdeh1 tərəfindən dənilməlidir. Bu baxımdan, müəyyən edilən məbləğ cavabdehlərdən Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutuna münasibətdə təmin edilməməli, Cavabdeh1 həmin tələb qismən şamil edilməlidir. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə görə Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Kollegiya qeyd edir ki, Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutu tərəfindən verilmiş 01-30 noyabr 2014-cü il tarixi əhatə edən 23 nömrəli yol vərəqəsinin surətindən görünür ki, 2010-cu il buraxılışlı “Hyundai Sonata” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil göstərilən tarixdə idarə edilməsi üçün X2 etibar edilmişdir. İş materialları ilə müəyyən edilir ki, işçi müvafiq hüquqi şəxsin tapşırığı ilə fəaliyyə göstərmişdir (avtomobili idarə etmişdir). Qanunvericiliyin yuxarıda göstərilən müddəsından da məlum olduğu kimi, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun; 936.1-ci və 936.2-ci maddələrinin tələblərinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi, X7 Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutunin işçisi olmaqla sonucu tərəfindən verilmiş yol vərəqəsi əsasında 2010-cu il buraxılışlı “Hyundai Sonata” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edərkən yol nəqliyyat hadisəsi törətdiyindən Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutu hüquqi şəxs olaraq öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Hazırki halda iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti subroqasiya qaydasında zərərçəkmiş şəxs olan X1 ödədiyi məbləği sığorta hadisəsinin törətməkdə təqsirli olan Cavabdeh1 tələb etməkdə haqlı olmasa da, cavabdeh Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutuna qarşı iddia tələbi irəli sürməkdə haqlı olmuşdur. Kollegiya cavabdeh Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutundan tutulmalı olan məbləğlə bağlı qeyd edir ki, hazırkı iş üzrə keçirilmiş ekspertiza rəyi ilə “Mazda 6” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13.135 (on üç min bir yüz otuz beş) manat məbləğinin tələb olunması müəyyən olunur. Dəymiş zərər məbləğinin ekspertiza rəyində göstərilən məbləğdən daha çox olmasını təsdiq edən hər hansı sübut mövcud deyildir. Belə olan halda məhkəmə “Mazda 6” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləğinin 13.135 (on üç min bir yüz otuz beş) manat həddində müəyyən olunmasını ədalətli və ağlabatan hesab edir, həmin məbləğdən isə icbari sığorta tərəfindən ödənilmiş 5.000 (beş min) manat və şərtsiz azadolma məbləği olan 350 (üç yüz əlli) manat çıxıldıqda, cavabdeh Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutunun iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin qarşısında maddi məsuliyyətinin həddi 7.785 (yeddi min yeddi yüz səksən beş) manat məbləği ilə məhdudlaşır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı hissəsində iddia tələbi rədd olunmalı, cavabdeh Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutuna qarşı olan hissəsində isə iddia tələbi təmin olunmalıdır. Məhkəmə kollegiyası iddia ərizəsinin “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0,1 faizi məbləğində, yəni 4.170 (dörd min bir yüz yetmiş) manat məbləğində dəbbə pulunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi” hissəsinə hüquqi qiymət verərkən qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsi müvafiq hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Halbuki, tərəflər arasında imzalanmış Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə 18 avqust 2014-cü il tarixli MİB-3546-1/14 nömrəli sığorta şəhadətnaməsində cərimənin ödənilməsi və onun hesablanması qaydası barədə hər hansı bir müddəa öz əksini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 7.785 (yeddi min yeddi yüz səksən beş) manat məbləğində sığorta ödənişi cavabdeh Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutundan iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə isə rədd edilməlidir. Məhkəmə kolegiyası həmçinin Cavabdeh1 iddia müddətinin tətbiqinə dair ərizəsi və apelyasiya şikayətinin iddia müddətinin ötürülməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, münasibət mülki hüquq pozuntusundan (deliktdən) yarandığından, hazırki tələbə ümumi iddia müddəti tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1-ci maddəsinəgörəüÜmumi iddia müddəti on il təşkil edir. Ona görə də, ərizə və apelyasiya şikayətinin qeyd edilən dəlili əsassızdır və təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutundan iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, aparılmış ekspertiza tədqiqatının xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti isə cavabdeh Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutundan dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-911/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutundan 7.785 (yeddi min yeddi yüz səksən beş) manat məbləğində ödənilmiş sığorta ödənişi və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7.815,40 (yeddi min səkkiz yüz on beş manat qırx qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbinin qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-911/2020 saylı, 30 noyabr 2020ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutundan 7.785 (yeddi min yeddi yüz səksən beş) manat məbləğində ödənilmiş sığorta ödənişi və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7.815,40 (yeddi min səkkiz yüz on beş manat qırx qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbinin qalan hissədə təmin olunmasın. Ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manat cavabdeh Azərbaycan Milli X3 və Etnoqrafiya İnstitutundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5436/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5436/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver