Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6215/2025 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı doğum faktının müəyyən olunması barədə ərizəsinə iş üzrə Açar sözlər: (hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, doğum faktının müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X11 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, ərizəçi Ərizəçi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən ərizəçi Ərizəçi vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən ##.##.2022-ci il tarixli, *** nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2003-cü il *** nömrəli qərarı ilə təsdiq edilmiş X36 dövlət qeydiyyatı qaydasının 9.7.-ci maddəsinə əsasən Yetkinlik yaşına çatmayan uşaqların və faəliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələri valideynlərə, övladlığa götürənlərə,qəyyumlara,himayəçilərə qəyyumluq və himayə orqanlarına tərbiyə müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər.16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Yetkinlik yaşına çatdığı səbəbindən və şəxsiyyəti təsdiq edən sənəd olmadığından Ərizəçi ərizəsi təmin edə bilməmişdir.
2. Ərizəçi ## ### 1996-cı il tarixdə Bakı şəhərində anadan olduğunu, atasının Əsədov Qurban Imranoviç, anasının X3, hər ikisinin vəfat etdiyini bildirərək hazıkı ərizə ilə məhkəməyə müraciət etmişdir.
a)Birinci instansiya məhkəməsində icraat
3. Ərizəçi Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı doğum faktının müəyyən olunması barədə ərizə ilə müraciət edərək, Ərizəçi ## ### 1996-cı ildə Bakı şəhərində doğulması faktının müəyyən olunması və onun adına maraqlı şəxs tərəfindən '‘doğum haqqında şəhadətnamənin" verilməsini maraqlı şəxs olan Bakı şəhəri Nərimanov rayonunun Qeydiyyat şöbəsinə tapşırıq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi ## ### 1996-cı il tarixində Bakı şəhərində anadan olmuşdur, Atası - ##.##.1951-ci anadan olmuş Əsədov Qurban Imranoviç, Bakı şəhəri, 2-ci Cənub küçəsi, ev 17, mənzil 25-də qeydiyyatda olmuş, anası, Azərbaycan vətəndaşlığı olmayan 1960-cı il təvəllüdlü X4 ilə qeyri-rəsmi nikahda olmuş və nəticədə ərizəçi doğulmuşdur. Anası avtoqəza nəticəsində vəfat edəndən sonra 2002-ci ildən qonşusu X16 himayəsində böyümüşdür. Ona məlum olmayan səbəblərdən Qeydiyyat şöbəsindən doğum haqqında şəhadətnaməm alınmamış və şəhadətnamənin olmaması bu gün ona şəxsiyyət vəsiqəsi və digər sənədlərin alınmasını qeyrimümkün edir. ** saylı MKIS-dən atasının qeydiyyatı ilə bağlı arayış alarkən – atasının illər əvvəl mövcud olan ailə tərkibi ilə bağlı məlumat almışdır. Onun 2000-ci ildən X16 tərəfindən götürülərək bu günədək yaşamağını sübut edən qonşuları vardır. Həmin şəxslər X8 (ünvanı:Bakı şəhəri. 2-ci Cənub küçəsi. ev 17, mən.23); X17 (ünvanı:ünvan 2) və X34( ünvanı: ünvan 1 ** saylı MKIS tərəfindən verilmiş şəkilli arayış da təqdim etmişdir. 5.Məhkəmə iclasında ərizəçi bildirmişdir ki, ana və atasını xatırlamır. Onu Lyubov adlı xanım böyütmüşdür. Hazırda o da rəhmətə gedib. Sənədləri olmadığı üçün orta təhsil almayıb. Hazırda yaşadığı ev plana düşüb, söküləcək. Şəxsiyyət vəsiqəsi alaraq, qeydiyyata düşmək istəyir.
6. Birinci instansiya məhkəməsində şahid qismində iştirak edən X8 ifadəsində bildirmişdir ki, göstərilən ünvana 45 ildir gəlin köçüb yaşayır. Ailəni tanıdığını və Tofiqin babası Imran müəllimi və nənəsi Dusya xanım olaraq tanıdığını, pasportda yazılan adını bilmədiyini bildirdi. Əmisi və Qurbanı tanıdığını və bir binada yaşadıqlarını bildirdi. Imran milliyətcə azərbaycanlı, Dusya isə rus idi. Ailədə iki oğul var idi, Qurban və digər oğlu Vaqif. Qardaşı Qurbandan kiçik idi. Əsədov Qurban içki meyilli idi və bir xanımla qeyri-rəsmi nikah münasibətlərində idi. 1990-cı ilin əvvəlləri onlar birlikdə yaşayırdılar. Qaraçı kökənli, adı Olya idi. Qadın süpürgəçi işləyirdi. Onlar birinci mərtəbədə yaşayırdı. Qeydiyyata saldırmağa çalışsalar da, mümkün olmadı. Qurbanın qardaşı ayrı yaşayırdı. Bir müddət sonra Qurban və Olyanın oğlu oldu. Bunu Dusya xalaya bildirdilər və bir müddət birlikdə yaşadılar. Qurban evi satıb ayrı ev almaq istəyirdi, Qurbanla ailə üzvlərinin mübahisəsi yarandı. Tofiqin 2 yaşı olardı, xəbər gəldi ki, Olyanı maşın vurdu. Təxminən 1997-1998-ci illər olardı. Qonşular onu dəfn etdi, hətta həmin vaxt belə Qurbanın ailəsi evə buraxmamışdır. Dəfn edildiyi yeri xatırlamadığını bildirdi. Tofiqi götürüb saxlamaq istədiyini, Dusyanın isə razılıq vermədiyini qeyd etdi. Tofiqin heç bir sənədi yox idi. Milliyətcə rus bir qadın - Olyanın rəfiqəsi olduğunu bildirib, Tofiqi götürüb saxladı. Bundan sonra Tofiqdən məlumat ala bilmədiklərini və bir neçə il sonra Tofiqin 5-6 yaşı olardı həyətə gəldiyini qeyd etdi. Ondan sonra qadın bir də həyətə gətirmədiyini və Tofiq bir neçə il öncə gəlib onlarla görüşdüyünü, həmin vaxt belə onun təhsil almasını soruşmadığını bildirdi. Əsədov Qurban hadisədən uzun müddət sonra spirtli içki aludəçiliyindən rəhmətə getdi.
7. Birinci instansiya məhkəməsində şahid qismində iştirak edən X21 izahatında bildirmişdir ki, Tofiqi uşaqlıqdan tanıyır bir həyətdə böyüyüblər, Tofiq məktəbə getməyib. Sənədləri barədə məlumatı olmadığını qeyd etmişdir.
8. Birinci instansiya məhkəməsində şahid qismində iştirak edən X18 ifadəsində bildirmişdir ki, Tofiq onların ailəsində böyüyüb. Mərhum anası uşağı – Tofiqi balaca olanda gətirib, sənədlərini düzəltdirmək istəsə də, buna nail ola bilməyib. Bütün bu illər ərzində Tofiqi heç kim axtarmayıb. Ailəsində anası, balaca qardaşı, özü və Tofiq olub. Anatolinin anasının və qardaşının rəhmətə getdiyini və hazırda Tofiqlə birlikdə yaşadıqlarını qeyd etdi.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (sədrlik edən-Mehriban Əfəndizadə) ərizənin təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, ərizəçi – özünü Ərizəçi kimi təqdim edən şəxs ## ### 1996-cı il tarixdə Bakı şəhərində anadan olduğunu təxmin edir. Atasının Əsədov Qurban Imranoviç, anasının X3 adlı şəxslərin olduğunu, hər ikisini vəfat etdiyi bildirir. Ərizəçinin izahatından şahid ifadələrindən və işin materiallarından müəyyən edilir ki, ərizəçinin heç vaxt şəxsiyyətini müəyyənləşdirməyə imkan verən sənədləri, doğum haqqında şəhadətnaməsi mövcud olmamışdır. X19 Dmitriyevna tərəfindən sahiblənmiş və böyüdülmüşdür. Bioloji valideynlərini tanımır, onlar haqqında məlumatları yalnız digər şəxslərdən əldə edib. Heç vaxt təhsil almamış, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməmişdir. Hazırda məhkəməyə müraciət edərək doğum faktının təsdiq edilməsini xahiş edir.
11. Ərizəni rədd edən məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçi tərəfindən tələbini təsdiq edən, yəni ## ### 1996-cı il tarixdə Bakı şəhərində anadan olduğunu, atasının Əsədov Qurban Imranoviç, anasının X3 barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu isə iddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi hallarının məhkəmə tərəfindən mövcud olmayan kimi rədd edilməsinə əsas verir.
12. Birinci instansiya məhkəməsi şahid ifadələrinə münasibətdə qeyd etmişdir ki, X22 və X21 ərizəçini tanısalar da, onun təvəllüdü və valideynləri barədə hər hansı bilgiyə sahib olmamaqla, yalnız 2000-ci illərdən başlayaraq X16 himayəsində böyüməsi barədə məlumat vermişlər. X6 da ifadəsindən görünür ki o ərizəçinin hansı tarixdə, harada doğulması barədə dəqiq məlumata sahib olmamaqla, yalnız mərhum Əsədov Qurban Imranoviçlə Olqa adlı bir qadının qeyi-rəsmi evliliyindən oğlan övladlarının doğulduğunu, daha sonra Olqanın vəfat etdiyini, Tofiqi bir rus qadının himayəsində böyüdüyünü, uşaq vaxtı bir neçə dəfə gördüyünü, hazırda ərizəçini illər sonra gördüyünü və məhz o uşaq olduğunu bildiyini qeyd edir. Məhkəmə hesab etmişdir ki, tək şahidin ehtimal xarakterli, mülki işin materialları ilə təsdiq olunmayan ifadəsi ərizənin təmin edilməsi üçün əsas ola bilməz.
13. Məhkəmə daha sonra şahid ifadələrinin qeyri-dəqiqliyi və ziddiyətliliyinə də diqqət çəkərək qeyd etmişdir ki, şahidlərdən Q.Əntiqə ərizəçinin anasının 1997-1998-ci illərdə vəfat etdiyini, bundan sonra Tofiqin bioloji anasının rəfiqəsi tərəfindən himayəyə götürüldüyünü bildimiş, digər şahidlər isə Ərizəçi yalnız 2000-ci illərdən etibarən Obuxova Lyubovun himayəsində böyüdüyü bildirmişdir. Bunda başqa şahidlərdən heç biri ərizəçinin dəqiq anadan olduğu tarixi və yeri, valideynlərinin tam adlarını və təvəllüdlərini, milliyətləri barədə məlumata sahib deyil.
14. Məhkəmə əlavə etmişdir ki, Əsədov Qurban Imiranoviç adlı, ##.##.1951-ci il təvəllüdlü şəxsin həqiqətən vaxtilə yaşadığı, onun atasının X9, anasının X25, ##.##.2022-ci il tarixdə vəfat etməsi AR Ədliyyə Nazirliyi X36 Arxivi tərəfindən verilmiş məktubla təsdiq edilsə də, Olqa Volkova adlı şəxsin yaşaması, 1997-1998-ci il tarixlərində vəfat etməsi isə ümumiyyətlə müəyyənləşdirilmir. Və hər bir halda, göstərilən şəxslərin Ərizəçi valideynləri olması da təsdiq edilmir. 15.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162, 158.1, 159.1, 166.1-ci maddələri; “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli, ** saylı qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1, 308, 311, 217.3, 217.4 və 216-220-ci maddələrionə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 16.Qətnamədən ərizəçi Ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayəti ərizə ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, ərizəçi Bakıda doğulmuşdur. Atası ilə anasının qeyri rəsmi ötəri bir münasibətdən dünyaya gəlmişdir. Atası içki aludəçisi olub deyə heç bir zaman ailə qurmayıb, anası isə vətəndaşlığı olmayan və sözün əsl mənasında evi olmayan səfil həyat sürən qadın olmuşdur. Onların qısa müddət ərzində münasibətdə olmaları nəticəsində o, doğulmuşdur. Ərizəçi var, o, insandır, canlı bir məxluqdur. Ancaq yox kimidir. Heyvanların pasportu (sənədi) olur – onun isə heç nəyi yoxdur. Birinci instansiya məhkəməsi, işə baxarkən, iş üçün əhəmiyyətli olan hissələri öz qətnaməsində sübut etməmiş, sadəcə maddi normalara formal qaydada tətbiqi barədə məhkəməyə təqdim etdiyi boş mülahizələrə qiymət verməklə, tələbimin məzmununa əsaslanmışdır və bununla da, işdə ola başqa hallara göz yumaraq mənim tərərfimdən verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarmasıdır. Məhkəmə şahid ifadələrinə və təqdim etdiyi sənədlərə heç bir münasibət bildirməmiş, bununla da, qeyriobyektivlik baş vermişdir. Işə baxan məhkəmə bu halların heç birini araşdırmamışdır və işi baxışa təyin etməklə qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19.Məhkəmə kollegiyasının iclasında ərizəçi Ərizəçi ərizənin məzmunun uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. 20.Məhkəmə kollegiyasının iclasında ərizəçinin vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verdi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etdi. 21.Iş üzrə digər maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
Maddə 44.1. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Maddə 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 305.1.1.Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.11.Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308.Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddələr 385.1.1, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
24.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 25.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26.Məhkəmə kollegiyası ərizəçi tərəfin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməlidir. 27.Belə ki, ərizəçi Ərizəçi ## ### 1996-cı il tarixdə Bakı şəhərində anadan olduğunu, atasının Əsədov Qurban Imranoviç, anasının X3 və onların qeyri-rəsmi münasibətlərindən doğulduğunu, hər ikisini vəfat etdiyi, X19 Dmitriyevna tərəfindən böyüdüldüyünü, bioloji valideynlərini tanımadığını, onlar haqqında məlumatları yalnız digər şəxslərdən əldə etdiyini bildirərək özünün doğum faktının müəyyən edilməsini xahiş edir.
28. Birinci instansiya məhkəməsi ərizəçi tərəfindən tələbini təsdiq edən, yəni ## ### 1996-cı il tarixdə Bakı şəhərində anadan olduğunu, atasının Əsədov Qurban Imranoviç, anasının X3ması barədə hər hansı sübutun məhkəməyə təqdim edilmədiyini əsas götürərək ərizəni təmin etməmişdir.
29. Birinci instansiya məhkəməsinin mövqeyini əsassız hesab edən kollegiya qeyd edir ki, doğum haqqında şəhadətnamə fiziki şəxsin hüquq subyektliyini təsdiq edən ilkin və əsas sənəd olmaqla, şəxsin hüquq və vəzifələrinin yaranması, həyata keçirilməsi və müdafiəsi üçün baza rolunu oynayır. Bu sənədin mövcudluğu digər bütün rəsmi sənədlərin (şəxsiyyət vəsiqəsi və s.) əldə olunmasının ilkin şərtidir. Bunun nəticəsidir ki, ərizəçi məktəbə getməmiş, orta təhsil almamışdır. Bu baxımdan kollegiya hesab edir ki, məhkəmə təqdim edilmiş sübutları qiymətləndirərkən formal yanaşmadan çəkinməli, əksinə, mövcud vəziyyəti nəzərə alaraq ərizəçinin doğum faktı ilə bağlı istənilən sübutun mötəbərliyini nəzərə almalıdır.
30. Iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X36 Arxivindən ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Qurban Əsədovun doğumunun ##.##.1951-ci ildə Nərimanov rayon qeydiyyat şöbəsində qeydə alındığı, atasının X9, anasının isə X25 müəyyən edilmişdir. ##.##.2022-ci ildə vəfat etmiş Q.Əsədovun ölümü ##.##.2022-ci ildə Nizami rayon qeydiyyat şöbəsində qeydə alınmışdır.
31. Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyi Istismarı Sahəsinin ****** nömrəli arayışından görünür ki, Ərizəçi 2002-ci ildən etibarən Bakı şəhəri. Nərimanov r-nu Ş.Mustafayev küçəsi,ev 27,mənzil 145 ünvanında qeydiyyatdadır. Arayışda Ərizəçi fotoşəkli də əks olunur.
32. ##.##.2024-cü il tarixli X8 ərizəsində təsdiq edir ki, ünvan 6 ünvanında yaşamış X16 2000-ci ildən kimsəsiz olan Tofiq adlı uşağa sığınacaq verərək özünə məxsus olan mənzilə gətirmiş və həmin uşaq onun himayəsində böyümüşdür. Qonşulardan aldığı məlumata görə, 1996-cı il təvəllüdlü Tofiqin atası - Bakı şəhəri, 2-ci Cənub küçəsi ev 17. mənzil 25-də qeydiyyatda olmuş ##.##.1951-cü il təvəllüdlü X10, anası isə Azərbaycan vətəndaşı olmayan 1960-cı il təvəllüdlü X3muşdur.
33. ##.##.2024-cü il tarixli X18 ərizəsində təsdiq edir ki, ünvan 3 ünvanında yaşamış X16 2000ci ildən kimsəsiz olan Tofiq adlı uşağa sığınacaq verərək özünə məxsus olan mənzilə gətirmiş və həmin uşaq onun himayəsində böyümüşdür. Qonşulardan aldığı məlumata görə, 1996-cı il təvəllüdlü Tofiqin atası - ##.##.1951-cü il təvəllüdlü X10, anası isə Azərbaycan vətəndaşı olmayan 1950-cı ıl təvəllüdlü X3muşdur.
34. ##.##.2024-cü il tarixli X21 ərizəsində təsdiq edir ki, ünvan 4 ünvanında yaşamış X16 2000ci ildən kimsəsiz olan Tofiq adlı uşağa sığınacaq verərək özünə məxsus olan mənzilə gətirmiş və həmin uşaq onun himayəsində böyümüşdür. Qonşulardan aldığı məlumata görə, 1996-cı il təvəllüdlü Tofiqin atası - Bakı şəhəri. 2-cı Cənub küçəsi ev 17. mənzil 25-də qeydiyyatda olmuş ##.##.1951-cü il təvəllüdlü X10, anası isə Azərbaycan vətəndaşlığı olmayan 1950-cı ıl təvəllüdlü X3muşdur.
35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X36 Arxivi ##.##.2025-ci il tarixli Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Olya Volkovanın doğumu və ölümü haqqında məlumat aşkar edilməmişdir.
36. Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyi Istismarı Sahəsinin Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış ##.##.2026-cı il tarixli, 38/03 nörməli məktunda qeyd olunur ki, Ədəfov Tofiq Qurban oğlu Nərimanov rayonu, ** saylı MKIS-in ərazisində yerləşən X30 məxsus, Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi,ev 27,mənzil 145 ünvanında yaşamış, şəxsiyyətini təsdiq edən sənəd olmadığından, qonşu evlərdə yaşayan sakinlər, Şaşkin Vladimir, Dmitriyeviç (Bakı şəhəri. Nərimanov r-nu Ş.Mustafayev küçəsi,ev 27,mənzil 57), X18 (Bakı şəhəri. Nərimanov r-nu Ş.Mustafayev küçəsi,ev 27,mənzil 145) cə X8 (Bakı şəhəri. Nərimanov r-nu Ş.Mustafayev küçəsi,ev 27,mənzil 23) * saylı notariat ofisində təsdiq edilmiş ərizələri və tərtib edilmiş akt əsasında təsdiq edilmişdir ki, ## ### 1996-cı il təvəllüdlü Ərizəçi valideynlərini itirəndən sonra Bakı şəhəri. Nərimanov rayonu, Ş.Mustafayev küçəsi,ev 27,mənzil 145 ünvanında yaşamış X31 himayəsində böyümüş, onun atası – Bakı şəhəri, 3-cü Cənub küçəsi, ev 17, mənzil 25-də qeydiyyatda olmuş ##.##.1954-cü il təvəllüdlü Əsədov Qurban Imranoviç, anası isə Azərbaycan vətəndaşlığı olmayan 1960-cı il təvəllüdlü X3muşdur.
37. Bakı şəhəri Nərimanov RPI 18-ci Polis Şöbəsinin ##.##.2026-ci il tarixli məktubunda qeyd olunur ki, Ərizəçi Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, ev 27, mənzil 145 ünvanında qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamır və onun hal-hazırda harada yaşaması barədə məlumatları yoxdur.
38. X5 ##.##.2026-cı il tarixli məktubunda qeyd olunur ki, Ərizəçi hal-hazırda Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, ev 27, mənzil 145 ünvanında yaşayır.
39. Birinci instansiya məhkəməsində şahid qismində iştirak edən X18 ifadəsində bildirmişdir ki, Tofiq onların ailəsində böyüyüb. Mərhum anası uşağı – Tofiqi balaca olanda gətirib, sənədlərini düzəltdirmək istəsə də, buna nail ola bilməyib. Bütün bu illər ərzində Tofiqi heç kim axtarmayıb. Ailəsində anası, balaca qardaşı, özü və Tofiq olub. Anatolinin anasının və qardaşının rəhmətə getdiyini və hazırda Tofiqlə birlikdə yaşadıqlarını qeyd etdi.
40. Məhkəmə kollegiyasının iclasında şahid X14 ifadəsində və ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, 2007-ci ildən bugünədək Nərimanov rayon ** saylı Mənzil-Kommunal Istismar Sahəsinin rəisi vəzifəsində işləyir. Ərizəçi tanıyır. 2007-ci ildə ** saylı Mənzil-Kommunal Istismar Sahəsinin rəisi vəzifəsinə təyin edilməmişdən 2-3 ay əvvəl o, Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəis müavini vəzifəsində işləyirdi. Şahin Mustafayev küçəsi, ev 27, mənzil 145 ünvanında olan qonşular onlara müraciət etmişdilər ki, həmin əraziyə xeyli tullantı yığılıb. Həmin prosesə o, özü rəhbərlik edirdi. Həmin vaxt Ərizəçi Lyubov Obuxovanın evində görmüşdü. 2015-ci ildə Lyubov Obuxova vəfat etdi, həmin vaxta qədər onlar gedib gələndə ərizəçini orada görmüşdür. Həmin vaxt Lyubovun böyük oğlu dənizdə işləyirdi. Lyubov özü ona demişdi ki, ərizəçinin anasını maşın vurmuşdur, onun anası öləndən sonra Ərizəçi öz himayəsinə götürmüşdür. O vaxtdan bu günə qədər də Ərizəçi həmin ünvanda yaşayır. Maşın yuyur, ustalara kömək edir. Belə işlərlə məşğuldur. Heç bir problemi yoxdur, çox yaxşı insandır. Bu cür vəziyyətdə böyümüş bir uşaq olsa da çox tərbiyəlidir.
41. Məhkəmə kollegiyasının iclasında şahid X7 ifadəsində və ona verilən suallara cavab olaraq bildirmişdir ki, Ərizəçi körpəlikdən Lyubov adlı rus qadın öz himayəsinə götürüb, saxlayıb. Onların evinin yaxınlığında zibilxana var idi, onun doğma ata-anası orada olurdu. Içki aludəçisiydilər, küçədə qalırdılar. Evləri üzbəüzdür. Ərizəçini 2000-ci illərin əvvələrindən tanıyır. Ərizəçi çox mərifətli, tərbiyəli uşaqdır. Əgər o, (Tofiq) yaxşı adam olmasaydı, o, məhkəməyə gəlməzdi. Gördüyünü səmimi olaraq bildirir. Onun adını Tofiq kimi bilir.
42. Iş materiallarına əlavə edilmiş “xxxx” publik hüquqi şəxs (TƏBIB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin məhkəməyə ünvanlanmış sorğuya cavab məktublarından müəyyən edilir ki, Ərizəçi TƏBIB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrdə qeydiyyata düşməməmiş, hər-hansı bir tibb müəssisəsinə müraciəti qeydə alınmamışdır.
43. Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 44.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
45. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən ##.##.2022-ci il tarixli, *** nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2003-cü il *** nömrəli qərarı ilə təsdiq edilmiş X36 dövlət qeydiyyatı qaydasının 9.7.-ci maddəsinə əsasən Yetkinlik yaşına çatmayan uşaqların və faəliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələri valideynlərə, övladlığa götürənlərə,qəyyumlara,himayəçilərə qəyyumluq və himayə orqanlarına tərbiyə müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər.16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Yetkinlik yaşına çatdığı səbəbindən və şəxsiyyəti təsdiq edən sənəd olmadığından Ərizəçi ərizəsi təmin edə bilməmişdir.
46. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli Qərarının 4-cü bəndində göstərilir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.
47. Kollegiya qeyd edir ki, iş materialları, işdə olan sənədlər və məhkəmə iclaslarında dindirilmiş şahidlərin izahatları ilə Ərizəçi ## ### 1996-cı il tarixdə Bakı şəhərində anadan olması, atasının 1951ci təvəllüdlü Əsədov Qurban Imranoviç və anasının 1960-cı il təvəllüdlü X3ması öz təsdiqini tapır.
48. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.
49. Beləliklə, kollegiya qeyd edir ki, ərizəçi Ərizəçi apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək ərizə təmin edilməlidir. 50.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Ərizəçi Ərizəçi apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə təmin edilsin. Ərizəçi ## ### 1996-cı il tarixdə Bakı şəhərində 1960-cı il təvəllüdlü Azərbaycan vətəndaşı olmayan X3 doğulması faktı müəyyən edilsin. Qətnamə ərizəçi Ərizəçi doğumunun qeydə alınması üçün əsasdır. Doğum haqqında akt qeydində uşağın cinsi “kişi”, anası kimi 1960-cı il təvəllüdlü Azərbaycan vətəndaşı olmayan X3, atası kimi 1951-ci il təvəllüdlü Əsədov Qurban Imranoviç qeyd edilsin. Ödənilmiş dövlət rüsumu tərəfin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay şikayəti verilə bilər.