Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6393/2025 26.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Nizami qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "işə bərpa və sair" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2025-ci il tarixli 12-5/3-1-637/2025 saylı əmrilin ləğv edilməsi və onun işə bərpa edilməsi, işdən azad olunduğu müddətdən işə bərpa edildiyi dövrə qədər orta aylıq əmək haqqının ödənilməsi, məhkəməyə müraciətlə əlaqədar olan çəkdiyi xərclərin ödənilməsi, 50 000 manat mənəvi zərərin ödənilməsi, birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasının 02 oktyabr 2008-ci il tarixli 686-İİİQsaylı və Qanunla "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya əmək şərairinin Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasının 02.oktyabr 2008-ci il tarixli 686-İİİQ saylı və Qanunla "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya tələblərinə uyğun olaraq əmək şəraitinin yaradılmasını öhdəliyinin Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasının 02.oktyabr 2008-ci il tarixli 686-İİİQ saylı və Qanunla "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya uyğun əmək şaraiti yadılmasının Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli, 2(006)-3666/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qeyri-mümkün hesab edilməli və işlə birlikdə Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının 9 iyul 2021-ci il tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişiklik edilmişdir. Həmin Qanunun keçid müddəlarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişikliklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Oktyabrın 1-dən qüvvəyə minmiş MPM-ə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). İşdən göründüyü kimi, iddiaçı tərəfindən verilmiş şikayət 2 saylı Əlavədə müəyyən olunmuş formaya uyğun verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət MPM-in tələblərinə uyğun olmadığndan (2 saylı Əlavəyə uyğun) işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qətnamədən verilmiş şikayət qeyri-mümkün hesab edilərək, mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6393/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6393/2025
26.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver