Məhkəmə qərarları › İş №2(103)-6968/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6968/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6968/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili X3, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçılar İddiaçı1 Sayiş oğlunun və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-929/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 Sayiş oğlu və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə olan ünvan 1 23 saylı mənzilin əvvəlki mülkiyyətçisi ilə 1994-cü il tarixdə 35 saylı Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin ünvana verilmiş mülkiyyət hüquqlarının xx.xx.1994-cü il tarixli qeydiyyat vərəqəsinin ləğv edilməsi və İddiaçı1 Sayiş oğlunun adına mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan ünvan 1 mənzil 23 ünvanında yerləşən mənzil İddiaçı1 Sayiş oğlunun şəxsi vəsaiti hesabına əldə edilmiş, mənzili V.Sudarev adlı şəxsdən alınmışdır. Mənzilin əldə edilmə vaxtı Qarabağ müharibəsi dövrünə düşdüyündən və Bakı şəhərində qeydiyyatda olmayan şəxslərə satılmadığından, mənzili formal olaraq Cavabdeh adına rəsmiləşdirmiş, mənzil alındıqdan sonra ailəsi ilə birlikdə mənzilə köçmüşlər və İddiaçı2 həyat yoldaşı və uşaqları da olmaqla, qeyd edilən mənzildə yaşayırlar. Artıq 24 ildir ki, həmin mənzilə sahiblik edir, qohumlar və qonşular da mənzilin ona məxsus olduğunu bilirlər. Cavabdeh isə bir gün belə olsa mənzildə yaşamamış, qohumlar və qonşular ümumiyyətlə cavabdehi ona sahiblik etdiyi evdə yaşadığını görməmişlər. Mübahisəli mənzilin cavabdehin adına olması ancaq formal olaraq sənədlər üzərindədir. Evin elektrik sayğacı da həyat yoldaşı X5 adına rəsmiləşdirilmişdir. Hal-hazırda onun mülkiyyət hüquqları pozulmuşdur və cavabdeh ilə mənzilin əvvəlki mülkiyyətçisi arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməli və ünvan 1 mənzil 23 ünvanında yerləşən mənzilə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli Qeydiyyat vəsiqəsi ləğv edilməlidir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçılar sonradan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbini əsasını dəyişirək göstərmişlər ki, mübahisə predmeti olan mənzil - İddiaçı1 Sayiş oğlunun şəxsi vəsaiti hesabına əldə edilmişdir. 1993-cü ildə Zəngilan rayonundan məcburi köçkün kimi Bakıya yerləşmişlər və həmin vaxt onlara məxsus olan QAZ-2410 markalı avtomobili sataraq Vladimir Sudarev adlı şəxsdən halhazırda ailəsi ilə birlikdə yaşadıqları mənzili almışlar. Qarabağ müharibəsi dövrünə düşdüyündən və Bakı şəhərində qeydiyyatda olmayan şəxslərə satılmadığından mənzili formal olaraq Cavabdeh adına rəsmiləşdirmişdir. Belə ki, qeyd edilən dövrdə məcburi köçkün olan şəxslərin adına xüsusi mülkiyyətin əldə edilməsi mümkün deyildi. O, da cavabdehin onun baldızı olmaqla qohum olmasını nəzərə alaraq, mənzili onun adına rəsmiləşdirmişdir. Mənzil alınan zaman onun tərəfindən mənzilin əvvəlki sahibi Vladimir Sudarevə müqavilənin bağlandığı dövrün məzənnəsi ilə 450000 ( dörd yüz əlli min ) manat nağd pul və 10056 ( on min əlli altı) manat sığorta ödənişi edilmişdir. Həmin pul şəxsən İddiaçı1 tərəfindən ödənilmişdir. Belə ki, cavabdeh 1993-cü ildə yaşadıqları mənzili almaq imkanında və iqtidarında olmamış, Zəngilan rayonu Şayıfiı kənd orta məktəbində rus dili müəlliməsi işləmiş, Bakı şəhərinə gəldikdən sonra pedoqoji fəaliyyətinə Bakı şəhərində davam etmişdir. Mənzil alınan zaman cavabdeh subay idi, 32-33 yaşı olmaqla gənc kənd müəlliməsinin aldığı kiçik maaşla 1994-cü il üçün külli miqdar sayılan və 450000 ( dörd yüz əlli min ) manat dəyəri olan mənzilin alınması praktik cəhətdən qeyrimümkün idi. Həmin vaxt cavabdehin satılıb əvəzində mənzil alacağı digər əmlakı isə yox idi. Cavabdehin valideynləri də ahıl yaşında olan təqaüdçülər idi. Mənzilin faktiki olaraq cavabdehə məxsus olmadığını sübut edən hallardan biri də odur ki, cavabdeh 2005-ci il 06 may tarixində “xxxxxxxxxxxxxxxxx” ASC-yə müraciət edərək 300 gün ərzində qaytarmaq şərtilə 8000 (səkkiz min) ABŞ dolları miqdarında kredit götürmüş və mübahisəli mənzili girov qoymuşdur. Sonradan cavabdeh tərəfindən ödəniş edilməmiş və əsas borc olaraq 8000 ( səkkiz min ) ABŞ dolları, 2764 (iki min yeddi yüz altmış dörd ) ABŞ dolları və faiz borcuna görə 1107 ( min yüz yeddi ) ABŞ dolları olmaqla, cəmi 11871 ABŞ dolları miqdarında borcu yaranmışdır. “xxxxxxxxxxxxxxxxx” ASC qeyd edilən pulun X4 alınaraq banka ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə prosesi zamanı X11 faktiki olaraq mənzilin ona məxsus olmamasını, evin alınmasında bir manat pulunun xərclənmədiyini bilərək iddianı qəbul edərək, mənzilin satılaraq bankın borcunun qaytarılması xahiş etmişdir. (Suraxanı rayon məhkəməsinin 2-1512/2007 saylı, xx xxxxxx 2007-ci il tarixli qətnaməsi) Lakin bu dəfə də, onlar ailənin yaşadığı mənzilin əllərindən çıxmasın deyə, cavabdehin bankdan götürdüyü borcu qaytarmışdır. Ödəmə çeklərini isə həmin məhkəmə prosesi zamanı məhkəməyə təqdim etdiyindən özündə deyildir. Buradan açıq-aydın görünür ki, əgər mənzilin qiyməti olan 450 000 AZM (dörd yüz əlli min) manat həqiqətən də cavabdeh tərəfindən ödənilsəydi və həqiqətdə mənzil ona məxsus olsaydı, cavabdeh bunun məsuliyyətini dərk edər, bankdan götürdüyü pulu qaytarmağa cəhd edər və rahatlıqla girov qoyulmuş evin satılmasına razılıq verməzdi. Onlar məcburi köçkün olaraq mənzillə təmin edilmələri üçün heç vaxt Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinə müraciət etməmişlər. Cavabdeh mübahisəli evin alınmasında pul xərcləməmiş və faktiki olaraq İddiaçı1 məxsus olan evdə də yaşamamışdır. Bunu bütün qohum və qonşular da təsdiqləyə bilər. Odur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi, ev 1, mənzil 23-də yerləşən şəxsi vəsaiti hesabına alınan mənzilin onun vəsaiti hesabına tam şəkildə ödənilmiş 450 000 (dörd yüz əlli min) AZM manat bu günə olan Azərbaycan Respublikası manatına indeksasiya edilərək dəyərinin cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-929/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 Sayiş oğlu vəfat edən bacısı X6 əri, İddiaçı2 isə oğludur. Zəngilan rayonu erməni işğalçıları tərəfindən işğalından sonra onlar Bakı şəhərinə gəldilər və onlar əvvəlcə yataqxanada məskunlaşdılar. 1997-ci ildə o, bacısı Raisanın oğlu İddiaçı2 ona məxsus adı çəkilən mənzildə müvəqqəti yaşamağa icazə vermişdir. Onun xüsusi mülkiyyətimdə olan Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, (hazırda Rüfət Abdullayev) ev 1, mənzul 23 bacım Raisanın oğlu İddiaçı2 və onun ailə üzvləri, dövlət tərəfindən anasına verilən Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsi döngə 2 ünvanında yerləşən evi də bacısı Raisanın digər oğlu Rüfət Həsənov və ailəsi birlikdə zəbt edərək yaşayırlar. Ona görə də tərəfindən Suraxanı rayon Məhkəmsinə müraciət olunaraq cavabdeh İddiaçı2 ailə üzvləri ilə birlikdə ünvan 3 mənzil 23 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və əşyaları ilə birlikdə bu yaşyış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bu işin icraatı dövründə İddiaçı1 Sayiş oğlu və Həsənov X14 rayon Məhkəməsinə iddia ərizəsi verərək Cavabdeh qız ilə mənzilin əvvəlki mülkiyyətçisi arasında 1994-cü ildə 35 saylı Notariat kontorunda bağlanılmış alqısatqı müqviləsinin etibarsız hesab edilməsi və qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə iddia qaldırmış və Suraxanı rayon Məhkəməsi (hakim X20) bu işin başqa hakimin icraatında olduğunu nəzərə alaraq, həmin 2(010)-774\2018 nömrəli iş üzrə yekun qərar çıxarılıb qanuni qüvvəyə minənədək hazırkı iş üzrə 2-(010)-5800/2018 saylı işin icraatını dayandırmışdır, (qərardadın surəti əlavə edilir). Həmin məhkəmə iclasında onun və nümayəndəsinin iştirakı təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12313/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1999/2020 saylı, xx xxxx 2020ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, mülki işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şiakyətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki mənzilin iddiaçılar tərəfindən alınması barədə heç bir sübut olmamaqla, iddiaçılar hazırki iddia tələbini irəli sürməkdə qanunvericilikdə müəyyən edilmiş iddia müddətini ötürmüşlər. Məhkəmə iclasında iştirak edən İddiaçı2, həmiçinin digər iddiaçının nümayəndəsi və vəkili Kamandar Hüseynov oxşar məzmunlu izahat verərək iddia ərizəsində göstərilənləri müdafiə etmişlər və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Kassasiya instansiyası məhkəməsi isə işi yeni apellyasiya baxışa göndərərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Hazırkı işdə iddiaçılar əvvəlcə cavabdehin adına olan alqı-satqı müqaviləsinin etibarsız sayılmasını, mənzilə dair qeydiyyat vəsiqəsinin ləğv edilməsini və İddiaçı1 mənzilə mülkiyyət hüququnun tanınmasını xahiş etmiş, sonradan isə mənzilin alınması üçün vəsaitin İddiaçı1 tərəfindən tam şəkildə ödənildiyi bildirlməklə 450.000 manatın bu günə olan Azərbaycan Respublikası manatına indeksasiya edilərək dəyərinin cavabdehdən alınaraq İddiaçı1 ödənilməsi tələb edilmişdir. Göründüyü kimi, iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən irəli sürülmüş iddianın həm predmeti, həm də əsası sonradan dəyişdirilmiş və məhkəmələr tərəfindən İddiaçı1 pul tələbinə baxılaraq qətnamə çıxarılmışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli qərarına əsasən, MPM-in 53-cü maddəsinə əsasən iddiaçı iddianın əsasını və ya predmetini dəyişməyə haqlıdır. Bu maddənin mənasına görə eyni zamanda həm iddianın predmetini, həm də əsasını dəyişdirmək olmaz. İddianın bu ünsürlərindən yalnız biri dəyişdirilə bilər. İddianın predmetinin və əsasının eyni zamanda dəyişdirilməsi ona görə yolverilməzdir ki, iddianın belə dəyişdirilməsi artıq tamamilə yeni iddianın olmasını göstərir Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi pul tələbinə dair iddianın təmin olunması haqqında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən öz qətnaməsini Mülki Məcəllənin mülki hüquq pozuntusuna (deliktə) dair 1096 və 1097-ci maddələri ilə əsaslandırmağa çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Baxılan işdə isə cavabdehin iddiaçılara qarşı təqsirli şəkildə hüquqazidd (qeyri-hüquqi) əməl törətməsinin nədən ibarət olması əsaslandırılmamış, bu hallara dair sübutlar təqdim edilməmişdir. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir. Apelyasiya instansiyası məhkəməsi həmin ərizə ilə bağlı qeyd etmişdir ki, “mülki iş üzrə iddia müddətinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçılar cavabdehlə yaxın qohum münasibətlərində olmaqla sonuncu tərəfindən onların hüquqlarının pozulacağını əvvəllər güman etməmişlər və yalnız bu barədə daxili qənaətə gəldikdən sonra cavabdeh tərəfindən hüquqlarının pozulduğunu bilmişlər və iddia müddətini keçirmədən məhkəmədə iddia qaldırmışlar.” Kollegiya mübahisə üzrə iddia müddətinə dair yuxarıdakı əsaslandırmanı kifayət və qənaətbəxş hesab etməyərək bildirir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Bundan əlavə, iddia müddəti, tələbin aradan uzun bir müddət keçməsinə baxmayaraq istifadə edilməməsi, öhdəliyin ya daha əvvəl icra edilməsini, ya da ümumiyyətlə belə öhdəliyin meydana gəlmədiyini ehtimal verməyə haqlı bir əsas yaradır, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan kreditorun hüquqən qorunmağa daha az layiq olduğu mülahizəsinə əsaslanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx xxxx 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Bu institut, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-in 377.1-ci və 377.2cü maddələrinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Odur ki, hazırkı işdə məhkəmə tərəfindən əsas götürülən iddia tələbi dəqiqləşdirilməklə, əvvəlcə belə tələbə iddia müddətinin tətbiq edilib-edilmədiyi aydınlaşdırılmalı, tətbiq edildiyi halda tələbin xarakterindən asılı olaraq ona hansı növ iddia müddətinin şamil olunduğu, iddiaçının öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu vaxt (qanunda nəzərdə tutulan müddətin axımın başlanması anı) işin faktiki hallarına uyğun şəkildə müəyyən edilərək onlara müvafiq hüquqi qiymət verilməlidir.”. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, Ali Məhkəmənin qərarında iddiaçıların iddianın həm predmetini, həm də əsasını dəyişdiyi qeyd olunsa da, işin hallarından onların yalnız iddianın predmetini dəyişdikləri məlum olur. Belə ki, iddiaçılar eyni əsaslarla ilk dəfə məhkəməyə müraciət edərək mübahisəli mənzilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, daha sonra isə iddia predmetini dəyişərək mənzilə ödənilmiş pulun geri qaytarılmasını xahiş etmişlər. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi isə təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfində verilmiş xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, X11 ünvan 4 mənzil 23 ünvanı üzrə tam mülkiyyətçidir. İş materiallarında olan Bakı şəhər 35 saylı Notariat ofisinin xx xxx 2019 cu il tarixli 123 saylı məktubundan görünür ki, ünvan 6 mənzil 23 ünvanı “xxxxxxxxxxxxx” Bank ASC tərəfindən xx xxx 2005-ci il tarixdə 35 saylı Notariat kontoru vasitəsi ilə rəsmiləşdirilmiş müqavilə əsasında bankda girovdadır və həmin mənzilin qeydiyyat vəsiqəsi notarial ofisində saxlanılması bildirilmişdir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədə İddiaçı1 Sayiş oğlunun və İddiaçı2 qonşusu X13 yazaraq bildirir ki, ünvan 7 mənzil 23 ünvanında yerləşən mənzil faktiki olaraq İddiaçı2 sahibliyində və istifadəsindədir. Həmin mənzil İddiaçı2 atası İddiaçı1 Sayiş oğlunun vəsaiti hesabına alınmışdır. 1994-cü ildən qeyd edilən mənzildə İddiaçı2 öz ailəsi ilə yaşayır.Cavabdeh qeyd edilən evin sahibi kimi tanımır və ümumiyyətlə qeyd edilən mənzildə yaşayan görməmişdir. Cavabdeh ünvan 1 mənzil 23 ünvanında yerləşən mənzildə yaşamamış və İddiaçı1 Sayiş oğlu, İddiaçı2 və ailə üzvləri ilə birgə təsərrüfat aparmamışdır. İddiaçı2 və ailə üzvləri hal-hazırda ünvan 8 mənzil 23 ünvanında yerləşən mənzildə yaşayır və 1994-cü il tarixdən bu günədək mənzilin kommunal xidmətləri İddiaçı2 və onun ailə üzvüləri tərəfindən ödənildiyi bildirilmişdir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədə İddiaçı1 Sayiş oğlunun və İddiaçı2 qonşusu X23 bildirmişdir ki, ünvan 9 mənzil 23 ünvanında yerləşən mənzil faktiki olaraq İddiaçı2 sahibliyində və istifadəsindədir. Həmin mənzil İddiaçı2 atası İddiaçı1 Sayiş oğlunun vəsaiti hesabına alınmışdır. 1994-cü ildən qeyd edilən mənzildə İddiaçı2 və ailəsi yaşayır. Cavabdeh qeyd edilən evin sahibi kimi tanımır və ümumiyyətlə qeyd edilən mənzildə yaşayan görməmişdir. Cavabdeh ünvan 9 mənzil 23 ünvanında yerləşən mənzildə yaşamamış və İddiaçı1 Sayiş oğlu, İddiaçı2 və ailə üzvləri ilə birgə təsərrüfat aparmamamışdır. İddiaçı2 və ailə üzvləri hal-hazırda ünvan 8 mənzil 23 ünvanında yerləşən mənzildə yaşayır və 1994-cü il tarixdən bu günədək kommunal xidmətləri İddiaçı2 və onun ailə üzvüləri tərəfindən ödənilməsi bildirilmişdir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədə İddiaçı1 Sayiş oğlunun və İddiaçı2 qonşusu X8 bildirmişdir ki, ünvan 9 mənzil 23 ünvanında yerləşən mənzil faktiki olaraq İddiaçı2 sahibliyində və istifadəsindədir. Həmin mənzil İddiaçı2 atası İddiaçı1 Sayiş oğlunun vəsaiti hesabına alınmışdır. 1994-cü ildən qeyd edilən mənzildə İddiaçı2 və ailəsi yaşayır. Cavabdeh qeyd edilən evin sahibi kimi tanımıram və ümumiyyətlə qeyd edilən mənzildə yaşayan görməmişdir. Cavabdeh ünvan 10 ünvanında yerləşən mənzildə yaşamayıb və İddiaçı1 Sayiş oğlu, İddiaçı2 və ailə üzvləri ilə birgə təsərrüfat aparmayıb. İddiaçı2 və ailə üzvləri hal hazırda ünvan 11 ünvanında yerləşən mənzildə yaşayır və 1994-cü il tarixdən bu günədək kommunalxidmətləri İddiaçı2 və onun ailə üzvüləri tərəfindən ödənilməsi bildirilmişdir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədə İddiaçı1 Sayiş oğlunun və İddiaçı2 qonşusu X12 bildirmişdir ki, ünvan 10 ünvanında yerləşən mənzil faktiki olaraq İddiaçı2 sahibliyində və istifadəsindədir. Həmin mənzil İddiaçı2 atası İddiaçı1 Sayiş oğlunun vəsaiti hesabına alınmışdır. 1994-cü ildən qeyd edilən mənzildə İddiaçı2 və ailəsi yaşayır. Cavabdeh qeyd edilən evin sahibi kimi tanımıram və ümumiyyətlə qeyd edilən mənzildə yaşayan görməmişdir. Cavabdeh ünvan 10 ünvanında yerləşən mənzildə yaşamamaış və İddiaçı1 Sayiş oğlu, İddiaçı2 və ailə üzvləri ilə birgə təsərrüfat aparmamışdır. İddiaçı2 və ailə üzvləri hal hazırda ünvan 8 mənzil 23 ünvanında yerləşən mənzildə yaşayır və 1994-cü il tarixdən bu günədək kommunal xidmətləri İddiaçı2 və onun ailə üzvüləri tərəfindən ödənilməsi bildirilmişdir. İşdə olan Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Bakı şəhər Suraxanı rayon sektorunun xx xxx 2019-cu il tarixli, 2334 saylı arayışından görünür ki, İddiaçı1 Sayiş oğlu həqiqətən də Zəngilan rayonundan məcburi köçkündür, Suraxanı rayonu, Hövsan qəs, R.Abdullayev küçəsi, ev 1, mənzil 23 ünvanında 1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X16 bildirmişdir ki, İslam onun qardaşıdır. Hövsan qəsəbəsindəki evi alarkən onunla birlikdə olmuş, Volqa markalı Qaz 24 markalı avtomobilini satmış, evin pulu onun yaşadığı mənzildə sayılmış, sonra 23 saylı mənzili birlikdə gedib almışlar. Mənzili alan vaxtı Bakı şəhərində qeydiyyatda olan şəxsin adına rəsmiləşməsinə icazə olduğunu bildikləri üçün qardaşının baldızı Cavabdeh şəhər qeydiyyatı olduğu üçün mənzili onun adına rəsmiləşdirmişlər. Belə ki, bütün qohumları Zəngilan rayonundan məcburi köçkün olduğu üçün, Bakı qeydiyyatlı kimsə olmamışdır. Ona görə də, mənzil qardaşının baldızı olan cavabdeh Cəmilə Əliquliyevanın adına rəsmiləşdirilmişdir. Buna baxmayaraq, Cəmilə həmin mənzildən heç vaxt istifadə etməmiş, sahiblənməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X24 bildirmişdir ki, o. İddiaçı1 1982 ci ildən tanıyır. 1993-cü ildən Hövsan qəsəbəsində yaşayır. İslam kişi Fəxrəddin adlı qardaşının evinə Zəngilan rayonundan məcburi köçkün kimi köçmüş, həmin vaxtdan daimi əlaqələri yaranmışdır. O vaxtı İslam kişi ona Volqa QAZ 24 markalı demək olar ki. təzə maşının olduğunu bildirmiş və qeyd etmişdir ki, həmin avtomobili satıb ətrafdan mənzil almaq istəyir. Onun avtomobilinin satılmasına kömək etmiş, avtomobilin pulunu bacısı olan Cəmilə xanımın mənzilində sayılmış, sonra həmin pul vəsaiti ilə gedib birlikdə Hövsan qəsəbəsində yerləşən 23 saylı mənzili almışlar. Mənzili alarkən Notarial kontorunda Bakı şəhər qeydiyyatlı şəxs olmasını bildirdilər, İddiaçı1 Zəngilan rayon qeydiyyatı olduğundan onun baldızı X7 adma sənədləşdirdi. Lakin həmin vaxtdan bu günədək İslam Həsənəov və onun övladları mənzilə sahiblik edir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, o, İddiaçı1 qardaşı arvadıdır. 1993-cü ildə Qarabağdan məcburi köçkün kimi Hövsan qəsəbəsinə Əlişir Nəvai küçəsi ev 53, mənzil 17 də məskunlaşmışlar. Həmin vaxt qayını İslam və onun ailəsi onlarla bir yerdə yaşayırdı. Bir müddət sonra İslam avtomobilini sataraq Hövsan qəsəbəsindən 3 otaqlı ev aldı və sonra həmin evə köçdülər. Sonradan ailəlikcə həmin evdə yaxın qohum kimi tez tez olmuş, həmsöhbət zamanı ona məlum olmuşdur ki. mənzili İslamın baldızı Elmiranı Bakı şəhər qeydiyyatı olduğundan onun adma sənədləşdirilmişdir. Lakin heç vaxt Elmiranı həmin mənzildə görməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X9 bildirmişdir ki, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi 1, mənzil 51 ünvanında yaşayır və İddiaçı1 və İddiaçı2 qonşusudur. 20 ildən artıqdır ki, mənzil 23 ünvanın sahibi kimi onları tanıyır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin öhdəlik (müqavilə) münasibətləri, habelə əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; həmin Məcəllənin 1091-ci maddəsinə görə isə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, hər iki halda sübutetmə yükü bilavasitə iddiaçıların üzərinə düşür və məhz onlar, iddia etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi, ev 1, 23 saylı mənzilin İddiaçı1 Sayiş oğlunun şəxsi vəsaiti hesabına alındığını, beləliklə də Cavabdeh əsassız varlandığını, yaxud icra olunmamış öhdəliyin mövcudluğunu sübuta yetirməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”(sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Kollegiya hesab edir ki, İddiaçı1 mənzilin alınması üçün pul vəsaiti verdiyinə, dair heç bir sübut təqdim etməmiş, iddia tələbini yalnız şahid ifadələri ilə sübut etməyə çalışmışdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göstərilənlərə əsasənbirinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır, qətnamə ləğv edilməli və iddia tələbi rədd olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə iddiaçının (xüsusilə, peşəkar hüquqşünasla təmsil olunan iddiaçının) əvəzinə sübut toplamaq vəzifəsi daşımır və mülki prosessual qanunvericiliyin əsas prinsiplərindən olan dispozitivlik, habelə formal həqiqət prinsiplərinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilməklə, hakim tərəflərin məhkəməyə bildirdiyi və təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır. Şərh olunanlarla yanaşı kollegiya hesab edir ki, iddiaçıların irəli sürdüyü dəlillər əsaslı olmuş olsa idi belə, onun tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci və 373.2-ci maddələrinə görə, ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunmalıdır ki, hər hansı müddətin, o cümlədən iddia müddətinin ötürülübötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Bunu, yəni müddətin axımı gününü müəyyən etmədən, hər hansı bir müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək isə qeyri-mümkündür. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən də, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir. Yuxarıda göstərildiyi kimi, iddiaçların iddiasının faktiki əsası kimi istinad etdiyi müqavilə 1994-cü ildə bağlanmışdır. İddiaçılar isə yalnız xx.xx.2018-ci il tarixdə hazırkı iddia tələbləri ilə çıxış etmişlər. Qeyd olunmalıdır ki, müddətlər mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. X28 Məhkəməsi də analoji hüquqi mövqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-929/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 Sayiş oğlunun və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddiaları təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar