Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7742/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Respublika Xammal və Əmtəə Birjasının “xxxxx” MMC-yə qarşı (Azərbaycan Respublika Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X1 və Maraqlı şəxs2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) “hərracın yekunları haqqında protokolun etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)-4678/2019 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "Cavabdeh1" ASC və Respublika Xammal Və Əmtəə Birjasının "xxxxx" MMC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X1 və Maraqlı şəxs2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxxx" MMC-nin ünvan 1, mənzil 15-də yerləşən 3 otaqlı, 59,6 kv.m ümumi, 46,8 kv.m yaşayış və 12,8 kv.m yardımçı sahədən ibarət mənzilin açıq hərracda satılması barədə xx xxxxxxxx 2019-cu il tarixli 42/02 saylı hərracın yekunları haqqında protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1, 15 saylı mənzilin üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)- 4678/2019 nömrəli qərardadına əsasən ərizə təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 15 nömrəli mənzilin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. Sonradan Cavabdeh1 ASC məhkəməyə ərizə ilə müraciət edərək, artıq iddia təmin edilmədiyindən, iddianın təmin olunması barədə qərardadın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, iddiaçının tələbi Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamədən apellyasiya şikayəti verilmiş, qətnamə dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. İddia tələbi rədd edildiyindən iddianı təmin etmə tədbiri ləğv edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)- 4678/2019 saylı tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-4678/2019 nömrəli qərardadı ləgv edilmiş və ünvan 1 ünvanında yerləşən 15 nömrəli mənzilin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsinə qoyulmuş qadağa götürülmüşdür. Hazırda həmin qərardaddan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, qərardad qanunsuz və əsassızdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini almamış və rəsmi olaraq alınması üçün ərizə ilə müraciət etmişdir. Odur ki, həmin qətnamə qanuni qüvvəsini almamışdır. İddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)-4678/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinə və Respublika Xammal Və Əmtəə Birjasının "xxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X1 və Maraqlı şəxs2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə hərracın yekunları haqqında protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3298/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)-4678/2019 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi sözügedən mübahisə üzrə iddia rədd edilmiş və məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası MPM-nin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. 162.2-ci maddəsinə əsasən iddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Birinci instansiya məhkəməsi İddiaçı hərracın yekunları haqqında protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiasının rədd olunmasını və bu barədə məhkəmə qətnaməsinin artıq qanuni qüvvəsini aldığını nəzərə alaraq, iddianı təmin etmə tədbiri barədə qərardadın ləğv edilməsi qənaətinə gəlmişdir. İddiaçı şikayətində Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini almadığını və ərizə ilə müraciət etdiyini qeyd etmişdir. İş materiallarından müəyyən edilir ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-3298/2020 nömrəli qətnaməsini İddiaçı F.119 nömrəli poçt xəbərnaməsinə xx xxxx 2020-ci il tarixdə şəxsən imza etməklə qəbul etmişdir. Qətnaməni almaması, bu barədə ərizə ilə müraciət etməsi barədə hər hansı sübut təqdim edilməmişdir, əksinə iş materialları ilə qeyd edilən bu hal təkzib olunur. Kollegiya qeyd edir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, hazırki mübahisə üzrə iddia rədd edilmişdir, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur, iddianı təmin etmə tədbirinin görülməsinə zərurət aradan qalxmışdır. Belə olan halda məhkəmənin gəldiyi nəticə düzgündür. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4678/2019 saylı mülki iş üzrə xx xxxxxxxx 2020-ci tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-7742/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7742/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver