Məhkəmə qərarları › İş №2(103)-969/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-969/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-969/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı mülki iş üzrə (açar sözlər: məlumatın verilməsi öhdəliyinin həvalə edilməsinə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, Cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı “borcun olmaması barədə məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 3308/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Azərbaycan Kredit Bürosu MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, SF9295 nömrəli çıxarışın “Borcalanın aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı fiziki şəxslərə verilmiş istehlak krediti ilə əlaqədar Azərbaycan Beynəlxalq Bankı ASC-yə xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə 1.067,09 manat faiz borcu vardır. Kreditin verilmə tarixi xx.xx.2011-ci il, kreditin bitmə tarixi xx.xx.2011-ci il olmuşdur. Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən təsdiq edilməklə məhkəməyə təqdim edilmiş İddiaçı məxsus ******************** nömrəli hesabdan xx.xx.1999xx.xx.2024-cü il tarixləri əhatə edən çıxarışdan görünür ki, xx.xx.2009-cu ildə “-865,09” (Data conversion), xx.xx.2011-ci ildə "xxxx" (Loan booking) qeydləri edilmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən təsdiq edilməklə məhkəməyə təqdim edilmiş İddiaçı məxsus ******************** nömrəli hesabdan xx.xx.1999xx.xx.2024-cü il tarixləri əhatə edən çıxarışdan görünür ki, xx.xx.2011-ci ildə “-496.49” qeydi edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı “borcun olmaması barədə məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun guya Azərbaycan Beynəlxalq Bankı ASC-yə 1.067,09 (bir min altmış yeddi manat doqquz qəpik) manat məbləğində borcunun ləğv edilməsinə göstəriş verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə kredit əldə etmək məqsədilə Kapital Bank ASC-yə müraciət etmiş, lakin ona 2011-ci ildən həmin günədək 1.067,09 (bir min altmış yeddi manat doqquz qəpik) manat məbləğində kredit borcunun olması bildirilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Kredit Bürosu MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, SF-9295 saylı çıxarışda iddiaçıya xx.xx.2011-ci il tarixində 865,09 (səkkiz yüz altmış manat doqquz qəpik) manat kreditin verilməsi, kreditin bitmə tarixinin xx.xx.2011-ci il (yəni 1 günlük kredit) göstərilmişdir. Həmçinin, bildirilmişdir ki, hazırda həmin kreditin qalıq məbləği yoxdur, faiz məbləği isə 1.067,09 manatdır. İddiaçı xx.xx.2011-ci il tarixində heç bir kredit müqaviləsi imzalamamış (bağlamamış) və heç bir kredit vəsaiti (yəni 865,09 manat) əldə etməmişdir. Həmçinin, iddiaçıya 2011-ci ildən bu günədək cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən kredit borcunun olması barədə nə yazılı, nə də şifahi məlumat verilməmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Beynəlxalq Bankı ASC-yə 1.067,09 manat kredit borcunun olmaması barədə MKR-ə məlumat təqdim edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3308/2024 nömrəli qətnaməsinə əsasən, iddia təmin edilərək İddiaçı 1.067,09 (bir min altmış yeddi manat doqquz qəpik) manat məbləğində borcunun (aktiv öhdəliklərinin) olmamasına dair məlumatların Azərbaycan Kredit Bürosu Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsinə dair öhdəliyin cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-nin üzərinə qoyulması, iş üzrə ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumunun cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-dən alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Mərkəzləşdirilmiş Kredit Reyestrində xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı istehlak krediti kimi verilmiş 865,09 manat əsas borcun ödənilməsi və onun cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-yə həmin müqavilə üzrə ödənilməmiş 1.067,09 manat məbləğində aktiv faiz borcunun olması, kreditin müddətinin 1 gün, yəni xx.xx.2011-ci il tarixədək olması barədə məlumatlar öz əksini tapsa da, hazırkı iş üzrə tərəflər arasında kredit müqaviləsinin bağlanmaması mübahisəsizdir. Belə ki, iddiaçı cavabdehlə heç bir kredit müqaviləsi bağlamadığını iddia etmiş, cavabdeh də bu faktı təsdiq etmişdir. Hazırda iddiaçı cavabdehlə heç bir kredit müqaviləsi imzalamadığından, adında əks olunan borcun onun hüquqlarını pozduğunu bildirərək, həmin borcun olmaması barədə məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını; cavabdeh isə bu borcun iddiaçının əvvəllər – cavabdehin işçisi olduğu vaxtlarda işçilərin istifadə etməsinə imkan verilən məbləğ üzrə onun istifadəsi nəticəsində yarandığını bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. Məhkəmə qeyd etmişdir ki, iş üzrə tərəflər arasında kredit müqaviləsinin bağlanmaması faktı mübahisəsiz olduğundan, tərəflərin izahatlarında göstərdiklərinə əsasən (məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən cavabdeh bankın 2000ci illərin əvvəllərində işçilərinə əmək haqqının müəyyən hissəsi qədər overdrafta icazə verməsi bildirilmiş, iddiaçı da belə bir qaydanın olduğunu təsdiq etmiş, lakin uzun müddət keçdiyindən özünün bu qaydadan yararlanıb-yararlanmadığını xatırlamadığını qeyd etmişdir), məhkəmə tərəfindən cavabdehə iddiaçıya istifadə etməsinə icazə verilən bankın vəsaitinin həcmi və həmin məbləğin hansı şərtlərlə (faizsiz, yoxsa faizlə) verilməsi barədə şərtlərin (müvafiq bəndlərin) olduğu əmək müqaviləsinin (ona əlavənin) və ya iddiaçının qeyd olunan məbləğdə vəsaitdən, həqiqətən də, istifadə etməsini təsdiq edən digər mötəbər sübutların (kassa məxaric orderinin və s.) təqdim edilməsi təklif edilsə də, cavabdeh həmin sübutları məhkəməyə təqdim etməmiş, borcun olmasını yalnız məhkəməyə təqdim etdiyi hesabdan çıxarışlara istinadla əsaslandırmışdır. Məhkəmə hesab etmişdir ki, bankın təqdim etdiyi hesabdan çıxarışlar birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan, məhkəmə tərəfindən həmin sənədlər öhdəliyin yaranması faktını təsdiq edən mötəbər sübutlar kimi qiymətləndirilmir (Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən (üç ulduzlu) 2-2(102)-575/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı).Bununla yanaşı, iddiaçı da hesabdan çıxarışların ona aid olub-olmamasını dəqiq bilmədiyini qeyd edir. Məhkəmənin mövqeyinə görə, vətəndaşlara peşəkar qaydada kredit verilməsi fəaliyyətini həyata keçirən təşkilat kimi cavabdeh bank öz işçiləri üçün yuxarıda qeyd edilən imkanı yaratmış olsa da, işçiləri həmin imkandan istifadə edərək müvafiq məbləğdən yararlandığı zaman bunu və istifadə edilmiş məbləğin geri qaytarılması şərtlərini qarşılıqlı razılıq əsasında müəyyən edərək bunu müvafiq qaydada rəsmiləşdirmək vəzifəsini daşımışdır. Lakin göründüyü kimi, cavabdeh iddiaçının banka məxsus pul vəsaitindən istifadə etməsi faktını, habelə onun qaytarılması şərtlərini və qaydasını özündə əks etdirən heç bir mötəbər sübutu (müqavilə, razılaşma, saziş, əmək müqaviləsi və ona əlavə (əgər hər hansı bənddə nəzərdə tutulmuşdursa), kassa məxaric orderi və s.) məhkəmə tərəfindən təklif edilməsinə baxmayaraq, məhkəməyə təqdim etməmiş və belə sübutların olmadığını, bu məsələlərin məhkəməyə təqdim edilmiş hesabdan çıxarışlarda əks olunduğunu bildirmişdir. Məhkəmə bu halla bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, reyestrdə əks olunan məlumatlardan aydın olur ki, iddiaçının istifadə etdiyi iddia edilən 865,09 manat əsas borc ödənilmiş (865,09 manat əsas borcun ehtiyat hesabdan silinməsi faktı cavabdehin nümayəndəsi tərəfindən də xx.xx.2024-cü il tarixli məhkəmə iclasında (4:38-ci dəqiqə) təsdiq edilmişdir), 1.067,09 manat ödənilməmiş faiz borcu qalmışdır. Mülki qanunvericiliyin tələbinə görə isə müəyyən bir məbləğə faizlərin hesablanması tərəflərin razılaşması ilə mümkündür. Lakin məhkəmə tərəfindən tərəflər arasında belə razılaşmanın olması müəyyən edilməmişdir. Bununla da məhkəmə hesab edir ki, iddiaçının istifadə etdiyi iddia edilən məbləğə cavabdeh tərəfindən faiz hesablanmasının, bir sözlə, reyestrdə iddiaçının adında aktiv qalan öhdəliyin mötəbər bir əsası olmamışdır. İddiaçı 1999-2007-ci illərdə cavabdeh bankın işçisi olması faktını mübahisələndirməmiş, işçi olduğu vaxt ona verilən imkandan istifadə etsəydi belə, işdən çıxarkən son haqq-hesab zamanı həmin öhdəliyin nəzərə alınaraq, müvafiq əvəzləşmənin aparılmış olacağını, lakin əmək münasibətlərinə xitam verilərkən cavabdehlə aralarında olan təhvil-təslim zamanı belə bir borcunun olmadığını, reyestrdə göstərilən borcun yaranma tarixinin onun işdən çıxandan sonrakı dövrə təsadüf etdiyini və özünün heç bir müqavilə üzrə belə bir borc götürmədiyini, habelə ötən bu qədər müddət ərzində həmin borcun ödənilməsi ilə bağlı cavabdeh tərəfindən ona heç bir xəbərdarlıq və ya bildiriş verilmədiyini, buna görə də belə bir borcun olmasından xəbərdar olmadığını bildirmişdir. Hazırkı işin faktiki halları nəzərə alındıqda, iddiaçının bu dəlilləri məhkəmə tərəfindən ağlabatan hesab edilir. İddiaçı, həmçinin, işlədiyi dövrdə aylıq 700 manat məbləğində əmək haqqı aldığından, cavabdehin nümayəndəsinin bildirdiyi kimi, əmək haqqının müəyyən hissəsi miqdarında puldan istifadə etməyə imkan yaradılsa da, özünün istifadə edəcəyi əsas məbləğin heç vaxt 700 manatı aşmayacağını, buna görə də 865,09 manat əsas borcun ona verilməsinin, habelə hazırda ödənilməmiş qalan məbləğdə faiz borcunun hesablanmasının da ağlabatan olmadığını, işdən çıxandan sonra isə ümumiyyətlə belə bir borcun yarana bilməyəcəyini mübahisələndirmiş, lakin tərəflərin heç biri nə iddiaçının işlədiyi dövrlər, nə aldığı əmək haqqı, nə də əmək müqaviləsi, ona əlavələri və əlaqədar digər sənədləri məhkəməyə təqdim etməmişlər. Məhkəmə daha sonra qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, tərəflər öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyır. Burada qeyd edilməlidir ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. Pul öhdəlikləri ilə bağlı münasibətlərdə kredit verilməsi halı kredit müqaviləsi, məxaric qəbzi, yazılı sənədlər və digər sübutlarla müəyyən edildiyi halda, müqavilə üzrə pulun borcalana verilməsi qanuni prezumpsiyaya əsaslanır. Bunun əksini, habelə pulun tam və ya qismən qaytarılmasını isə borcalan sübut etməlidir. Bu qaydanın hazırkı işə tətbiqi nəticəsində isə məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmadığından öhdəliyinin olmadığını mübahisələndirən iddiaçının iddiasına etiraz edərək, öhdəliyin yarandığını və mövcud olduğunu bildirən cavabdeh ilk öncə həmin öhdəliyin yarandığını sübut etməlidir ki, məhz bundan sonra iddiaçının təqdim edəcəyi sübutlar əsasında onun aktiv öhdəliyinin qalıb-qalmaması məsələsi araşdırılsın. Lakin məhkəmə tərəfindən təklif edilsə də, bu məsələ ilə bağlı sübut etmə vəzifəsini daşıyan cavabdeh tərəfindən mülki qanunvericilikdə mülki hüquqların, vəzifələrin və öhdəliyin yaranmasının əsasları kimi göstərilmiş hər hansı bir halın tərəflər arasında olmasına dair mötəbər sübut məhkəməyə verilməmişdir. Məhkəmə hesab etmişdir ki, öhdəlik hüquq münasibətləri ilə bağlı hazırkı mübahisə üzrə kreditor (cavabdeh) tərəfindən pulun borcluya (iddiaçıya) verilməsi faktını təsdiq edən heç bir sənəd təqdim edilmədiyindən, hazırkı iş üzrə iddiaçının cavabdeh qarşısında ödənilməmiş faiz borcu olmasına dair öhdəliyinin yaranması faktı sübuta yetirilməmiş hesab olunur. Bankın təqdim etdiyi hesabdan çıxarış yuxarıda da qeyd edildiyi kimi, bank tərəfindən birtərəfli qaydada tərtib edilmiş sənəd olduğundan, öhdəliyin yaranması və mövcud olması faktlarını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdeh bankın vəsaitindən istifadə etməsi və faiz borcunun yaranması sübut olunmadığına görə, tərəflər arasında Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbləri baxımından öhdəlik münasibətlərinin yaranması faktı öz təsdiqini tapmır. Göstərilənləri ümumiləşdirən məhkəmənin mövqeyinə görə, iddiaçının iddiası əsaslı olduğundan və mövcudluğu öz təsdqini tapmayan öhdəliyin müvafiq reyestrdə onun adında qalması iddiaçının hüquqlarını pozduğundan (və ya məhdudlaşdırdığından), iddia təmin edilməli, İddiaçı 1.067,09 (bir min altmış yeddi manat doqquz qəpik) manat məbləğində borcunun (aktiv öhdəliklərinin) olmamasına dair məlumatların Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsinə dair öhdəlik cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 386.1, 739, 741-cü ( 2011-ci ildə qüvvədə olan redaksiyada) maddələrinə, Mərkəzləşdirilmiş kredit reyestri haqqında Qaydaların 5.1,5.2, 6.1,6.4-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 80, 88, 106.1, 119.1, 217.2, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 noyabr 2023-cü il tarixli 19 №-li Qərarı ilə təsdiq edilmiş “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi Qaydaları” nın 2.1, 2.1.3-cü bəndlərinə, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3308/2024 nömrəli qərardadına əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3308/2024 nömrəli qətnaməsində buraxılmış yanlışlıq düzəldilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3308/2024 nömrəli qətnaməsinin 25-ci bəndində və nəticə hissəsində qeyd edilmiş ““Azərbaycan Kredit Bürosu Məhdud Məsuliyyətli Cəmiyyətinə” ifadəsinin “Mərkəzləşdirilmiş Kredit Reyestrinə” kimi oxunması qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3308/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı “borcun olmaması barədə məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Beynəlxalq Bankı ASC-yə 1.067,09 manat məbləğində borcunun ləğv edilməsinə göstəriş verilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Beynəlxalq Bankı ASC-yə 1.067,09 manat kredit borcunun olmaması barədə MKR-ə məlumat təqdim edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(006)-3308/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı 1.067,09 manat məbləğində borcunun (aktiv öhdəliklərinin) olmamasına dair məlumatların Azərbaycan Kredit Bürosu Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsinə dair öhdəlik cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-nin üzərinə qoyulması, iş üzrə ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-dən alınaraq İddiaçı verilməsi qət edilmişdir. Daha sonra, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3308/2024 nömrəli qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin 2(006)-3308/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsində buraxılmış yanlışlıq düzəldilmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3308/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsinin 25-ci bəndində və nəticə hissəsində qeyd edilmiş “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə” ifadəsinin “Mərkəzləşdirilmiş Kredit Reyestrinə” kimi oxunması qərara alınmışdır. Hesab edilir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cu il tarixli, 2(006)-3308/2024 nömrəli qətnaməsi əsassız və qanunazidd olmuş, maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət edilmiş, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi yanaşmalarına, o cümlədən doktrinada mövcud yanaşamalara zidd olmuş, buna görə də ləğv edilməlidir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3308/2024 nömrəli qətnaməsinin 13-cü bəndində qeyd edilmişdir: “...Məhkəmə hesab edir ki, bankın təqdim etdiyi hesabdan çıxarışlar birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan, məhkəmə tərəfindən həmin sənədlər öhdəliyin yaranması faktını təsdiq edən mötəbər sübutlar kimi qiymətləndirilmir... Bu yanaşma ilə məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tərəflər arasında mülki hüquqi münasibətlərin yarandığı vaxt qüvvədə olan 330.1-ci, 333.1-ci və 740-cı maddələrinin tələblərini pozmuşdur. Belə ki, AR MM-in həmin vaxt qüvvədə olan 740-cı maddəsində qeyd edilmişdir ki, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. İş materiallarına baxdıqda bəlli olur ki, iddiaçı 1999-cu ildən cavabdehin işçisi olması faktını qəbul etmişdir. Beləliklə, bu normadan bəlli olur ki, 1999-cu ildən cavabdehin (bankın) işçisi olmuş iddiaçı ilə borc müqaviləsi şifahi bağlana bilərdi və həmin müqavilənin yazılı bağlanması ilə bağlı imperativ norma olmamışdır. Bu dəlili həmçinin həmin vaxt qüvvədə olan AR MM-in 330.1ci maddəsi də təsdiq edir. Belə ki, həmin normaya əsasən, bu məcəllə ilə və ya tərəflərin razılaşması ilə yazılı (sadə və ya notarial) forması müəyyənləşdirilməmiş əqd şifahi bağlana bilər. Bunu da xüsusilə vurğulamaq lazımdır ki, hətta fərz edilsə ki, məhkəmənin fikrinə əsasən həmin vaxt sözügedən borc müqaviləsi yazılı bağlanmalı idi, amma tərəflər (işəgötürən (cavabdeh) olan bank və işçi (iddiaçı)) bunu şifahi bağlamışlar, onda belə olan halda həmin vaxt qüvvədə olan AR MM-in 333.1-ci maddəsinin tələblərinə nəzər yetirmək lazımdır. Belə ki, bu normaya əsasən, əqdin sadə yazılı formasına riayət edilməməsi mübahisə halında əqdi və onun şərtlərini təsdiq etmək üçün tərəfləri şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, lakin yazılı və digər sübutlar təqdim etmək hüququndan məhrum etmir. Beləliklə, bu o deməkdir ki, cavabdeh (bank) sözügedən mülki hüquqi münasibətini sübut etmək üçün iddiaçının hesabdan çıxarışlarını təqdim etməkdə haqlı olmuşdur. Mülki hüquq doktrinasında, əqdin yazılı formasının xidmət etdiyi bir çox funksiyalar mövcuddur. Bunlara əqdin bağlanması faktının aydınlığı, tərəflərin məramlarının ciddiliyinin təsdiqi və onların düşünülməmiş və tələsik iradə ifadələrinin qarşısının alınması, əqdin məzmununun formalaşdırılmasının dəqiqliyi və müqavilənin təsnifatlaşdırılması, dövlət tərəfindən edilən nəzarətin informasiya ilə təmin edilməsi, üçüncü şəxslərin müdafiəsi, ifadə edilmiş iradənin həqiqiliyinin qarantiyası və s. daxildir. Amma müasir qanunvericiliklərdə əqdin formasının aparıcı və əsas funksiyası əqdin bağlanmasının və məzmununun sübutetməsini təmin etmək məqsədidir. Azərbaycan Respublikasının qanunvericiliyinin daxil olduğu Kontinental Avropa hüququnun German budağında (pandekt sistemində) əqdin formasının seçim azadlığı ilk növbədə formanın sübutetmə funksiyasına xidmət edir. Yəni tərəflərə əqdin formasının seçimində azadlıq verildiyinə görə, yazılı formanın seçilməsi ilk növbədə gələcəkdə məhkəmə mübahisələri zamanı onlara əqdin sübutetmə funksiyasından istifadə etmək imkanını təsbit edir. Amma bu o demək deyil ki, bu və ya digər formanı seçmədiyinə görə tərəf həqiqətən də mövcud olan münasibətləri digər sübutlar ilə təsdiq etmək imkanına malik deyil. Tərəflər arasında mülki münasibətlər yaranan zaman qüvvədə olan AR MM-in 330.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yazılı (sadə və ya notarial) forması müəyyənləşdirilməmiş əqd şifahi bağlana bilər. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən, əqdin sadə yazılı formasına riayət edilməməsi mübahisə halında əqdi və onun şərtlərini təsdiq etmək üçün tərəfləri şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, lakin yazılı və digər sübutlar təqdim etmək hüququndan məhrum etmir. Həmin Məcəllənin 740-cı maddəsində isə qeyd edilmişdir ki, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Beləliklə, hazırda baxılan iş üzrə hesab edilir ki, nəzəri baxımından yuxarıda qeyd edilənlərə əsaslanaraq, cavabdeh (işəgötürən olan bank) tərəfindən təqdim edilmiş hesabdan çıxarışlar, iddiaçının (işçinin) həqiqətən də bankda işlədiyini təsdiq etməsi, müvafiq overdraft imkanlarının mövcud olmasını xatırlaması onu deməyə imkan verir ki, tərəflər arasında həqiqətən də sözügedən mülki münasibətlər mövcud olmuşdur və iddiaçının bunun əksini iddia etməsi mülki hüquqi nöqteyi nəzərindən vicdansız addımdır. Belə ki, bank bu münasibətləri həmin zaman qüvvədə olan maddi hüquq normalarına əsaslanaraq digər mötəbər sənədlər (hesabdan çıxarışlar) ilə sübut etməkdə haqlı olmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3308/2024 nömrəli qətnaməsində isə sözügedən normaların tələbləri pozulmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3308/2024 nömrəli qətnaməsinin 16-cı bəndində qeyd edilmişdir: “16. İddiaçı 1999-2007-ci illərdə cavabdeh bankın işçisi olması faktını mübahisələndirməmiş, işçi olduğu vaxt ona verilən imkandan istifadə etsəydi belə, işdən çıxarkən son haqq-hesab zamanı həmin öhdəliyin nəzərə alınaraq, müvafiq əvəzləşmənin aparılmış olacağını, lakin əmək münasibətlərinə xitam verilərkən cavabdehlə aralarında olan təhvil-təslim zamanı belə bir borcunun olmadığını, reyestrdə göstərilən borcun yaranma tarixinin onun işdən çıxandan sonrakı dövrə təsadüf etdiyini və özünün heç bir müqavilə üzrə belə bir borc götürmədiyini, habelə ötən bu qədər müddət ərzində həmin borcun ödənilməsi ilə bağlı cavabdeh tərəfindən ona heç bir xəbərdarlıq və ya bildiriş verilmədiyini, buna görə də belə bir borcun olmasından xəbərdar olmadığını bildirmişdir. Hazırkı işin faktiki halları nəzərə alındıqda, iddiaçının bu dəlilləri məhkəmə tərəfindən ağlabatan hesab edilir...” Hesab edilir ki, Nəsimi Rayon Məhkəməsinin yuxarıda qeyd edilən mövqeləri qanunsuzdur və Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü, 16-cı, 560.1-ci, 560.2-ci, 560.3.2-ci, 560.3.4-cü maddələrinin kobud şəkildə pozulması ilə müşayiət edilmişdir. Hesab edilir ki, ilk növbədə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin aşağıdakı mövqelərinə, qanunvericiliyin normalarına qarşılıqlı istinad etməklə nəzər yetirmək lazımdır: - M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin 29 aprel 2014-cü il tarixli Qərarında qeyd edilən hüquqi mövqeyə əsasən məhkəmə təcrübəsində normativ hüquqi aktların müddəaları onların konstitusiya hüquqi mənasına uyğun tətbiq olunmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı). Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən hüquqlardan sui-istifadəyə yol verilmir. AR MM-in 16-cı maddəsinə əsasən, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. AR MM-in 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilib ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. AR MM-in 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. AR MM-in 560.2-ci maddəsinə əsasən, hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. AR MM-in 560.3.2-ci maddəsinə əsasən, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə halıdır. Hazırki işin faktiki hallarına dair xüsusilə qeyd etmək lazımdır ki, işçinin (iddiaçının) bankda işləməsi, həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən müvafiq əqdlərin şifahi da bağlanması imkanının mövcud olması, işəgötürən tərəfindən işçilərə belə bir imkanların təqdim edilməsi faktının mövcudluğu, xüsusən də hazırki iş üzrə iddiaçıya belə bir imkanın təqdim edilməsinin hesabdan çıxarış ilə təsdiq edilməsi işin mübahisəsiz halıdır. Bütün bunlara baxmayaraq, uzun müddət keçdikdən sonra iddiaçının (işçinin) banka qarşı müvafiq iddianı qaldırması və müvafiq münasibət sərgiləməsi (belə bir texniki imkanın ona sərgiləndiyini xatırlamaması) onun tərəfindən bu hüquqlarından vicdansızcasına suiistifadə etdiyinin göstəricisidir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 3308/2024 nömrəli Qətnaməsinin 19-cu bəndində qeyd edilmişdir: “...Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdeh bankın vəsaitindən istifadə etməsi və faiz borcunun yaranması sübut olunmadığına görə, tərəflər arasında Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbləri baxımından öhdəlik münasibətlərinin yaranması faktı öz təsdiqini tapmır”. Bu yanaşması ilə məhkəmə dolayısıyla tərəflər arasında mövcud olan öhdəliklərə xitam vermiş, hətta daha da irəli gedərək (məsələni kökündən həll edərək) tərəflər arasında ümumiyyətlə mülki hüquq münasibətlərinin mövcud olmadığı qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527.1-ci maddəsinin tələblərini pozmuş, o cümlədən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hamı üçün məcburi olan hüquqi mövqelərinə zidd olan yanaşma sərgiləmişdir. Belə ki, AR MM-in 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “Bu ondan irəli gəlir ki, iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir... Beləliklə, natural öhdəliyin icrası öhdəliyin mövcudluğu, etibarlılığı və icra edən tərəfin onu tanıması prezumpsiyasını yaradır ki, borclunun həmin öhdəliyin hüquqi təbiətini (artıq iddia ilə təmin olunmamasını) bilmədiyi təqdirdə də icra edilənləri geri istəyə bilməməsi məhz bundan irəli gəlir. Bu hüquq münasibətlərinin məhkəmə tərəfindən araşdırılması qeyri-mümkün olduğundan, həmin prezumpsiya təkzibedilməz xarakter daşıyır... Göstərilənlər baxımından Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır” Yuxarıda qeyd edilən maddi hüquq normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hamı üçün məcburi olan hüquqi mövqelərinə əsaslanaraq belə qənaətə gəlmək olar ki, tərəflər arasında mövcud olan mülki hüquqi münasibətlərə, daha dəqiq iddiaçının cavabdeh (bank) qarşısında olan öhdəliklərinə xitam vermək olmaz, yəni öhdəliyin aradan qalxması üçün hüquqi əsaslar mövcud deyil və müvafiq öhdəlik aktiv olaraq qalmaqdadır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3308/2024 nömrəli qətnaməsində cavabdehin üzərinə müvafiq öhdəliyin qoyulmasıyla məhkəmə dolayısıyla tərəflər arasında olan öhdəliklərə xitam verərək əsassız və qanunsuz yanaşma sərgiləmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3308/2024 nömrəli qətnaməsinin 18-ci bəndində qeyd edilmişdir: “18. Məhkəmə hesab edir ki, öhdəlik hüquq münasibətləri ilə bağlı hazırkı mübahisə üzrə kreditor (cavabdeh) tərəfindən pulun borcluya (iddiaçıya) verilməsi faktını təsdiq edən heç bir sənəd təqdim edilmədiyindən, hazırkı iş üzrə iddiaçının cavabdeh qarşısında ödənilməmiş faiz borcu olmasına dair öhdəliyinin yaranması faktı sübuta yetirilməmiş hesab olunur”. Bu yanaşma ilə məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbləri pozmuşdur. Belə ki, həmin normaya əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarına baxdıqda bəlli olur ki, iddiaçı 1999-cu ildən cavabdehin işçisi olması faktını qəbul etmişdir. Bu o deməkdir ki, tərəflər arasında mülki hüquqi münasibətlər yaranan zaman Azərbaycan Respublikasının Mülki Məcəlləsi qüvvədə olmamışdır. Hətta Azərbaycan Respublikasının Mülki Məcəlləsi qüvvəyə mindiyi tarixdə, həmin məcəllənin 740-cı maddəsində qeyd edilmişdir ki, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3308/2024 nömrəli Qətnaməsinin 15-ci bəndində qeyd edilmişdir: “15. Məhkəmə bu halla bağlı qeyd etməyi zəruri hesab edir ki, reyestrdə əks olunan məlumatlardan aydın olur ki, iddiaçının istifadə etdiyi iddia edilən 865,09 manat əsas borc ödənilmiş (865,09 manat əsas borcun ehtiyat hesabdan silinməsi faktı cavabdehin nümayəndəsi tərəfindən də xx.xx.2024-cü il tarixli məhkəmə iclasında (4:38-ci dəqiqə) təsdiq edilmişdir), 1.067,09 manat ödənilməmiş faiz borcu qalmışdır”. Məhkəmənin bu hissədə qeyd etdiyi yanaşma əvvala həqiqi vəziyyəti əks etdirmir və ziddiyyətli məqamlarla doludur. Belə ki, əvvəla qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən 865.09 manat əsas borc ödənilməmişdir. Cavabdehin nümayəndəsi də bunu təsdiq edən nə hansısa məlumat bildirməmiş, nə də hansısa süsbut təqdim etməmişdir. Əksinə, cavabdeh tərəfindən təqdim edilən hesabdan çıxarışlardan bəlli olur ki, iddiaçının banka 865.09 manat əsas borcu var. Həmçinin, cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, 865,09 manat əsas borc ehtiyat hesabdan silinmişdir. Üstəlik iddiaçının təqdim etdiyi AKB çıxarışında da (3.2-ci bənddə) həmin kreditin statusu “Balansdan silinmiş” olaraq qeyd edilmişdir. Bununla bağlı qeyd etmək lazımdır ki, əgər borc borclu tərəfindən ödənilmişdirsə ehtiyat hesabına silinmədən söhbət gedə bilməz, belə ki, ödənilən məbləğ həmin borcun mövcudluğunu aradan qaldırır. Ehtiyat hesabına silinmə isə ödənilməmiş borclar (ümidsiz aktivlər) üzrə aktivlərin təsnifləşdirilməsi və idarə edilməsi nöqteyi nəzərindən atılan addımdır və borcun ehtiyat hesabına silinməsi həmin borcun borclu tərəfindən ödənildiyi anlamına və ya həmin borcun bağışlanması anlamına gəlmir. Banklar verdikləri kreditlərə görə ehtiyat yaradır, daha sonra bu kreditlər üzrə borclar ödənilmədikdə (onlar ümidsiz aktiv statusuna daxil olduqda) həmin ehtiyat hesabına müvafiq borcları hesabatlıq məqsədləri üçün silir (maliyyə sabitliyini təmin etmək üçün). Bu publik hüquqa tabe olan rejimdir və yuxarıda qeyd edildiyi kimi tərəflər arasında olan mülki münasibətlərə təsir etmir, yəni borclu yenə də bank üçün borclu olaraq qalır. Sözügedən proseslər Azərbaycan Respublikasının Mərkəzi Bankının 22 iyul 2022-ci il tarixli № 29/1-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması” Qaydasının 4-cü maddəsi ilə tənzimlənir. Görünüyü kimi, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 3308/2024 nömrəli qətnaməsində yuxarıdakı mövqe ilə qanunvericiliyin müvafiq normalarının tələbləri pozulmuşdur (yanlış təfsir edilmişdir). Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3308/2024 nömrəli qətnaməsində cavabdehin təqdim etdiyi hesabdan çıxarışlara zəruri qiymət verilməmiş, formal həqiqətə nail olunmamış, bununla da AR MPM-in 14.1-ci və 88-ci maddələrinin tələbləri pozulmaqla yanaşı, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeləri nəzərə alınmamışdır. Ona görə də Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilən apellyasiya şikayətinin təmin edilməsi, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3308/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi edilməsi barədə yeni qətnamə çıxarılması xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASCnin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayənin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı rəsmi qaydada məlumat verilmiş, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (2011-ci ildə qüvvədə olan redaksiyada). Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir (2011-ci ildə qüvvədə olan redaksiyada). Mərkəzləşdirilmiş kredit reyestri haqqında Qaydalar Bəndlər 5.1-5.2. Banklar MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. MKRdə bu məlumatlar yalnız texniki emal edilir və istifadəçilərə təqdim edilir. Səhv məlumatlar yalnız banklar tərəfindən düzəldilir. MKR banklardan təsdiqləyici hesabatlar almadan, səhv məlumatları təshih etmir. Bəndlər 6.1-6.4. Bütün banklar qanuna və bu Qaydalara uyğun olaraq MKR-ə məlumatları təqdim etməlidirlər. Məlumatlar təqdim edilmədikdə, bank dərhal MKR-in məlumatlarından istifadə hüququndan məhrum olunur. MKR-də toplanan və oradan alınan məlumatlara qanunla müəyyən olunmuş bank sirrinin qorunması rejimi tətbiq edilir və MKR-dən məlumat alan banklar bu sirrin qorunmasını təmin etməlidirlər. Borcalanların düzgün eyniləşdirilməsinə görə banklar məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunduğundan və cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, İddiaçı barəsində Mərkəzləşdirilmiş Kredit Reyestrində xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə ona istehlak krediti kimi verilmiş 865,09 manat əsas borcun ödənilməsi, cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-yə həmin müqavilə üzrə ödənilməmiş 1.067,09 manat məbləğində aktiv faiz borcunun, kreditin müddətinin 1 gün, yəni xx.xx.2011-ci il tarixədək olması barədə məlumatların qeyd edilməsini öyrəndikdən sonra cavabdehə müraciət edərək sonuncu ilə heç bir kredit müqaviləsi bağlamadığını bildirmiş, hazırda iddiaçı cavabdehlə heç bir kredit müqaviləsi imzalamadığından, adında əks olunan borcun onun hüquqlarını pozduğunu bildirərək, həmin borcun olmaması barədə məlumatların Mərkəzləşdirilmiş Kredit Reyestrinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını, cavabdeh isə etirazında bu borcun iddiaçının əvvəllər, yəni cavabdehin işçisi olduğu vaxtlarda işçilərin istifadə etməsinə imkan verilən məbləğ üzrə iddiaçının istifadəsi nəticəsində yarandığını bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Kollegiya qeyd edir ki, bank fəaliyyəti göstərən cavabdeh iddiaçıya müəyyən faizlə borc verməsini bildirdiyindən, pul öhdəlikləri ilə bağlı münasibətlərdə kredit verilməsi halı kredit müqaviləsi, məxaric qəbzi, yazılı sənədlər və digər sübutlarla müəyyən edildiyi halda, müqavilə üzrə pulun borcalana verilməsini sübut etmək vəzifəsi borcverənə aid olduğundan, banklar MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etmək vəzifəsi daşıdığından, səhv məlumatların düzəldilməsi səlahiyyəti, yalnız banklara aid olduğundan hazırkı mübahisədə tərəflər arasında həqiqətən kredit müqaviləsinin bağlanmasını, iddiaçıya şifahi və ya yazılı qaydada bağlanan müqaviləyə əsasən borc verməsini, borcun hansı şərtlərlə, yəni hansı faizə, hansı müddətə verilməsini sübut etmək vəzifəsi cavabdehə aidir. Kollegiya eyni zamanda qeyd edir ki, cavabdehin etitazının və apellyasiya şikayətinin dəlili olaraq göstərdiyi, bankın 2000-ci illərin əvvəllərində işçilərinə əmək haqqının müəyyən hissəsi qədər overdrafta icazə verilməsi, 1.067,09 manat məbləğində faiz borcunun iddiaçıya da həmin qaydada verilmiş, iddiaçı tərəfindən geri qaytarılmayan vəsaitə görə cavabdeh tərəfindən hesablanan faiz borcu olması barədə dəlilləri hər hansı bir mötəbər, təkzib olunmaz sübuta söykənmədiyindən qəbul edilməzdir. Belə ki, sübutlar qiymətləndirən zaman məhkəmə əsaslı şübhələr yaratmayan sübut standartını qəbul etməlidir. Belə sübut isə kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bildiyindən cavabdehin bank fəaliyyəti göstərməsi, iddiaçının nə vaxtsa cavabdehlə əmək münasibətlərində olması, cavabdehin tərtib etdiyi hesabdan çıxarış hazırkı halda tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin mövcud olması qənaətinə gəlinməsi üçün yetərli sübut deyildir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi, öhdəlik hüquq münasibətləri ilə bağlı hazırkı mübahisə üzrə kreditor (cavabdeh) tərəfindən pulun borcluya (iddiaçıya) verilməsi faktını təsdiq edən heç bir sənəd təqdim edilmədiyindən, hazırkı iş üzrə iddiaçının cavabdeh qarşısında ödənilməmiş faiz borcu olmasına dair öhdəliyinin yaranması faktının cavabdeh tərəfindən sübuta yetirilməmiş hesab olunması qənaətinə gələrkən düzgün nəticə gəlmişdir. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3308/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar