Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1942/2025 04.03.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə, Bərdə Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməmiş hesab edilməsi, mirasın satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestr çıxarışlarının ləğv edilməsi və miras əmlaklar üzərində vərəsələrin paylarının müəyyən edilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X3 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı2, onun nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkil) Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə, Bərdə Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisi olmaqla mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməmiş hesab edilməsi, mirasın satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestr çıxarışlarının ləğv edilməsi və miras əmlaklar üzərində vərəsələrin paylarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-734/2024 nömrəli qətnaməsindən Cavabdeh3 nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 04 mart 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.2002-ci il tarixdə Tərtər şəhərində anadan olmuş, həmin sənəddə ata qrafasında X25, ana qrafasında X11 göstərilmişdir.
2. AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1965ci ildə Tərtər rayon Seydimli kəndində anadan olmuş və Tərtər rayon Seydimli kəndində qeydiyyatdadır.
3. AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1936-cı ildə Ermənistanın Krasnoselsk rayonunda anadan olmuş və Tərtər rayon Seydimli kəndində qeydiyyatdadır.
4. Doğum haqqında arayışdan görünür ki, İddiaçı2 xx.xx.1965-ci il tarixdə Tərtər rayon Seydimli kəndində anadan olmuş, həmin sənəddə ata qrafasında X12, ana qrafasında Cavabdeh1 göstərilmişdir.
5. AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1960-cı ildə Tərtər rayon Seydimli kəndində anadan olmuş və Gəncə şəhəri, Cavadxan küçəsi, ev 79, məzin 5-də qeydiyyatdadır.
6. Elektron məlumatın surətindən görünür ki, Cavabdeh3 xx.xx.1991-ci ildə Tərtər rayon Kəngərli kəndində anadan olmuş və Tərtər rayon Seydimli kəndində yaşayır.
7. Doğum haqqında arayışdan görünür ki, X26 xx.xx.1967-ci il tarixdə Tərtər rayon Seydimli kəndində anadan olmuş, həmin sənəddə ata qrafasında X12, ana qrafasında Cavabdeh1 göstərilmişdir.
8. Ölüm haqqında arayışdan görünür ki, X26 xx.xx.2004-cü ildə ölmüşdür.
9. Ölüm haqqında arayışdan görünür ki, X12 xx.xx.2007-ci ildə ölmüşdür.
10. Nikah haqqında arayışın surətindən görünür ki, X12 ilə Cavabdeh1 arasında nikah xx.xx.1962-ci il tarixdə 48 saylı akt qeydi Tərtər rayon Seydimli kənd İƏD-i üzrə nümayəndəlikdə rəsmiləşdirilmişdir.
11. Tərtər rayon Aqrar İslahat Komissiyasınınxx.xx.1998-ci il tarixli 22 saylı qərarı ilə verilmiş surətindən görünür ki, “Torpağa Mülkiyyət Hüququna Dair” JN 505, KOD 61100058 nömrəli Dövlət Aktının surətindən görünür ki, X4, Cavabdeh1, İddiaçı2, X13, Cavabdeh2, X5, X20 və X10 mülkiyyətinə Tərtər rayon Seydimli kəndindən 2,43 ha pay torpaq sahəsi verilmişdir.
12. xx.xx.2019-cu il tarixdə ********** sayla qeydiyyata alınmış Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Tərtər Rayon Seydimli kəndində yerləşən 2,4296 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə X7 0,3414 ha, X22 0,3414 ha, X14 0,3414, İddiaçı2 0,3414 ha və Cavabdeh3 1,06 ha hissədə payları müəyyən edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin verdiyi xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunun surətindən görünür ki, xx.xx.2004-cü ildə vəfat etmiş X13 vəsiyyətnaməsinin olub-olmadığı, miras əmlakına dair vərəsəlik işinin açılıb-açılmaması barədə məlumatın istənilməsi ilə əlaqədar Dövlət Notariat arxivinə daxil olmuş müraciətinə cavab olaraq bildirilmişdir ki, Dövlət notariat arxivində və “Elektron notariat” İnformasiya sistemində olan vəsiyyətnamələrə baxış keçirilərkən X13 hər hansı miras əmlakına dair vərəsəlik işi, həmçinin vəsiyyətnamənin qoyulması barədə məlumat aşkar edilməmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin verdiyi xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunun surətindən görünür ki, xx.xx.2007-ci ildə vəfat etmiş X4 vəsiyyətnaməsinin olub-olmadığı, miras əmlakına dair vərəsəlik işinin açılıb-açılmaması barədə məlumatın istənilməsi ilə əlaqədar Dövlət Notariat arxivinə daxil olmuş müraciətinə cavab olaraq bildirilmişdir ki, Dövlət notariat arxivində və “Elektron notariat” İnformasiya sistemində olan vəsiyyətnamələrə baxış keçirilərkən X4 hər hansı miras əmlakına dair vərəsəlik işi, həmçinin vəsiyyətnamənin qoyulması barədə məlumat aşkar edilməmişdir.
15. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin məhkəmənin sorğusuna verdiyi xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə Bərdə rayon Notariat Kontorunda tərtib edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Bərdə rayon Notariat Kontorunun notariusu Azərbaycan Respublikası MM-in 1159 saylı maddəsinə əsasən xx.xx.2007-ci ildə vəfat etmiş X4 və xx.xx.2004-cü ildə vəfat etmiş X13 Tərtər rayonu Seydimli kəndində yaşayan arvadı Cavabdeh1 0,20 ha və Cavabdeh2 0,20 ha, İddiaçı2 düşən 0,20 ha hissəsi açıq qalır. Şəhadətnamə verilən miras əmlak “Torpağa Mülkiyyət Hüququna Dair” JN 505 KOD 61100058 saylı Dövlət Aktına və DƏDRX-i Bərdə rayon Ərazi İdarəsi xx.xx.2008-ci il tarixli, 202 saylı arayışına əsasən Tərtər rayonu, Seydimli kəndində yerləşən X8 məxsus 0,40 ha və X21 məxsus torpaq sahəsindən 0,40 ha hissəsindən ibarətdir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin verdiyi xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş 08 aprel 2008-ci ildə ********** saylı seriya ******* saylı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reysetri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 0,303 ha, Cavabdeh1 0,503 ha, Cavabdeh2 0,503 ha, X7 0,303 ha, X22 0,303 ha və X14 0,303 ha olmaqla Tərtər rayon Seydimli kəndindən ümumilikdə 2,218 ha mülkiyyətlərinə pay torpaq sahəsi verilmişdir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin verdiyi xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş xx.xx.2008-ci il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2 Azərbaycan Respublikası DƏDRX-in Bərdə rayon Ərazi İdarəsinin xx.xx.2008-ci il tarixli, HDQ haqqında DƏDR-dan seriya MH ******* çıxarışına və xx.xx.2008-ci il tarixli, 2026 saylı arayışına əsasən Tərtər rayon Seydimli kəndində yerləşən Cavabdeh1 məxsus 0,503 ha torpaq sahəsi və Cavabdeh2 məxsus 0,503 ha torpaq sahəsini Cavabdeh3 3000 manat satmışlar. Cavabdeh3 Azərbaycan Respublikası DƏDRX-in Bərdə rayon Ərazi İdarəsinin xx.xx.2008-ci il tarixli, HDQ haqqında DƏDR-dan seriya MH ******* çıxarışına və xx.xx.2008-ci il tarixli, 2026 saylı arayışına əsasən Tərtər rayon Seydimli kəndində yerləşən Cavabdeh1 məxsus 0,503 ha torpaq sahəsi və Cavabdeh2 məxsus 0,503 ha torpaq sahəsini 3000 manata almışdır.
18. Tərtər rayon Seydimli kənd İƏD-i üzrə nümayəndənin verdiyi xx.xx.2024-cü il tarixli 206 saylı arayışdan görünür ki, Tərtər rayon Seydimli kəndində yaşamış mərhum X4 ailə üzvləri Cavabdeh1 həyat yoldaşı, X15, Cavabdeh2, İddiaçı2 və İbrahimova Hicran Əsəd qızından ibarət olmuşdur.
19. Tərtər rayon Seydimli kənd İƏD-i üzrə nümayəndənin verdiyi xx.xx.2024-cü il tarixli 207 saylı arayışdan görünür ki, Tərtər rayon Seydimli kəndində yaşamış mərhum X13 ailə üzvləri X11 həyat yoldaşı, qızı İddiaçı1 ibarət olmuşdur.
20. 16 aprel 2024-cü il tarixli Tərtər rayon Notariat Ofisinin xüsusi notariusu tərəfindən qəbul edilmiş notariat hərəkətinin aparılmasından imtina edilməsinə dair əsaslandırılmış 260 saylı qərarından görünür ki, mirasın qəbulu üçün Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsi ilə müəyyən edilmiş vaxt ötürüldüyündən vətəndaş İddiaçı2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi qərara alınmışdır.
21. 16 may 2024-cü il tarixli Tərtər rayon Notariat Ofisinin xüsusi notariusu tərəfindən qəbul edilmiş notariat hərəkətinin aparılmasından imtina edilməsinə dair əsaslandırılmış 361 saylı qərarından görünür ki, mirasın qəbulu üçün Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsi ilə müəyyən edilmiş vaxt ötürüldüyündən vətəndaş İddiaçı1 oğluna qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi qərara alınmışdır.
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin məhkəmənin sorğusuna verdiyi xx.xx.2024-cü il tarixli 1479 saylı sorğuya cavab məktubundan görünür ki, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi, Bərdə Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisi olmaqla mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməmiş hesab edilməsi, mirasın satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestr çıxarışlarının ləğv edilməsi və miras əmlaklar üzərində vərəsələrin paylarının müəyyən edilməsi ilə bağlı ərizələrin, vərəsəlik şəhadətnamələrinin və alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsi barədə “Elektron notariat” X1 nəzər salınmış 15 mart 2008-ci il tarixdən 24 iyun 2024-cü il tarixədək olan dövrlər üzrə məlumat aşkar olunmamışdır. 31 dekabr 2021- ci ildən əvvəlki dövr üçün olan sənədlər Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə təhvil verildiyindən idarəyə müraciət edilməsi xahiş olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
23. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi, Bərdə Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisi olmaqla İddiaçı1 miras qoyan xx.xx.2004-cü ildə vəfat etmiş atası X13 “Torpağa Mülkiyyət Hüququna Dair” JN 505, KOD 61100058 nömrəli Dövlət Aktına əsasən payı olan Tərtər rayon Seydimli kəndində yerləşən 0,3414 ha torpaq sahəsini və İddiaçı2 miras qoyan xx.xx.2007-ci ildə vəfat etmiş atası X4 “Torpağa Mülkiyyət Hüququna Dair” JN 505, KOD 61100058 nömrəli Dövlət Aktına əsasən payı olan Tərtər rayon Seydimli kəndində yerləşən 0,3414 ha torpaq sahəsini miras olaraq qəbul etmələri üçün qanunla müəyyən edilmiş müddətin ötürülməmiş hesab edilməsinə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə arasında bağlanmış xx.xx.2008-ci il tarixli 4Ə38 reyestr nömrəli torpağın alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Rayon Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2008-ci il qeydiyyat tarixli, reyestr nömrəli **********61 olan seriya MH0002893 nömrəli çıxarışın, həmin Xidmətin Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli 2026 nömrəli yüklülük arayışının və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən **********1 nömrəli çıxarışın ləğv edilməsi, “Torpağa Mülkiyyət Hüququna Dair” JN 505, KOD 61100058 nömrəli Dövlət Aktına əsasən miras qoyan X13 payı olan Tərtər rayon Seydimli kəndində yerləşən 0,3414 ha torpaq sahəsində vərəsəsi İddiaçı1 və həmin Dövlət Aktına əsasən miras qoyan X4 payı olan Tərtər rayon Seydimli kəndində yerləşən 0,3414 ha torpaq sahəsində vərəsələr İddiaçı2, Cavabdeh1, Cavabdeh2, X6 və İbrahimova Hicran Əsəd qızının paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
24. İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizələrini onunla əsaslandırmışlar ki, iddiaçılardan İddiaçı1 miras qoyan 1967-ci ildə anadan olmuş, xx.xx.2004-cü ildə vəfat etmiş X13 qızı, İddiaçı2 isə miras qoyan 1935-ci ildə anadan olmuş, xx.xx.2007-ci ildə vəfat etmiş X4 oğludur. Mərhumların hər ikisi Tərtər rayon Seydimli kənd sakinləri olmuş, həmin kənddə daimi yaşamış və vəfat etmişlər. Hazırki mübahisənin predmeti olan daşınmaz əmlaktorpaq sahələri də Tərtər rayon Seydimli kəndində yerləşir. Belə ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 18 dekabr tarixli 22 saylı qərarı ilə Tərtər rayon Seydimli kəndi sakinləri X12, Cavabdeh1, İddiaçı2, X26, Cavabdeh2, X16, X27 və X14 Tərtər rayon Seydimli kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı 2,43 ha torpaq sahəsi ayrılaraq onların ümumi birgə mülkiyyətinə verilmiş, bu barədə ailə başçısı X4 adına JN 505 KOD 61100058 nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” JN 505, KOD 61100058 nömrəli Dövlət Aktı da verilmişdir. Dövlət aktının əsli X4 vəfatından sonra 2007-ci ildən bu günədək onlarda saxlanılır. 2023-cü ilin noyabr ayından onlara məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bilavasitə təşkilatçılığı ilə saxta sənədlər hazırlanmaqla sözügedən 2,43 ha torpaq sahəsindən özlərinin hər birinin 0,303 ha payını və mərhumlar X4 və X13 hər birinin miras 0,303 ha payını, beləliklə də cəmi 1,06 hektarın (0,303 x 4 = 1,06) Cavabdeh3 18 aprel 2008-ci il tarixli torpaq alqı-satqı müqaviləsinə əsasən 3000 manata satılması sənədləşdirilmiş, daha sonra isə Cavabdeh3 sözügedən 2,43 ha torpaq sahəsinin 1,06 ha hissəsinin onun xüsusi mülkiyyəti olmasına dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr nömrəsi **********61 olan çıxarış əldə etmişdir. Belə ki, əvvəlcə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsindən xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli seriya MH ******* nömrəli çıxarış əldə edilmişdir. Həmin saxta çıxarışda Tərtər rayon Seydimli kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 2,218 ha torpaq sahəsinin mülkiyyətçiləri İddiaçı2 0,303 ha, Cavabdeh1 0,503 ha, Cavabdeh2 0,503 ha, X9 0,303 ha, X27 0,303 ha və X23 0,303 ha göstərilmişdir. Bu saxta çıxarışda torpaq sahəsinin ölçüsünün 2,43 ha əvəzinə 2,218 ha göstərilməsinin səbəbi və hansı məqsədlə edildiyi onlara məlum olmamışdır. Mərhumlar Yaqub və Əsəd İbrahimovların hər birinin payı olan 0,303 ha (cəmi 0,603 ha) torpq sahələri isə Məsmə və Cavabdeh2ların arasında özbaşına və qanunsuz bölünməklə onların hər birinin payı həmin çıxarışda göstərilmişdir. Daha sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair xx.xx.2008-ci il tarixli 2026 nömrəli arayış əldə edilmişdir. Həmin saxta arayışda xx.xx.2008-ci il qeydiyyat tarixli, Daşınmaz Əmlakın Dövlət reyestrindən Seriya MH 002893 nömrəli çəxarışa əsasən mülkiyyətçiləri İddiaçı2 0,303 ha, Cavabdeh1 0,503 ha, Cavabdeh2 0,503 ha, X9 0,303 ha, X27 0,303 ha və X23 0,303 ha olan 2,218 ha torpaq sahəsi üzərində xx.xx.2008-ci il tarixə olan məlumata əsasən məhdudiyyət və yüklülük, həmçinin tikili və qurğular yoxdur, arayış dövlət notariat kontoruna alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün verildiyi göstərilmişdir. Bundan spnra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında həmin saxta reyestr çıxarışı və saxta arayış əsasında saxtakarlıqla xx.xx.2008-ci il tarixli 4Ə-38 reyestr nömrəli torpaq alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilmişdir. (başlanmışdır) Bu saxta müqavilənin rəsmiləşdirilməsi (bağlanması) hansısa naməlum səbəbdən daşınmaz əmlakın yerləşdiyi yer üzrə Tərtər rayon Dövlət Notariat Kontorunda deyil, qanunsuz olaraq Bərdə rayon 2 saylı Dövlət notariat Kontorunda dövlət notariusu tərəfindən icra edilmişdir. Müqavilədə göstərlmişdir ki, “biz Cavabdeh1, Cavabdeh2 Əli qızı Azərbaycan Respublikası DƏRDRX-i Bərdə rayon Ərazi İdarəsinin xx.xx.2008-ci il tarixli, HDQ haqqında DƏRD-dən seriya MH ******* çıxarışına və xx.xx.2008-ci il tarixli, 2026 saylı arayışına əsasən Tərtər rayonu Seydimli kəndində yerləşən Cavabdeh1 məxsus 0,503 ha torpaq sahəsini və Cavabdeh2 məxsus 0,503 ha torpaq sahəsini Cavabdeh3 3000 manata satdıq, mən Cavabdeh3 isə həmin torpaq sahələrini 3000 manata aldım.1,212 ha hissə satıcının mülkiyyətində qalır.” Ona məlum olmayan səbəbdən həmin müqayiləyə reyestr çıxarışın nömrəsi Seriya MH ******* əvəzinə, seriya MH ******* yazılmışdır. Hesab edirlər ki, bu adi texniki səhv deyil və notarius tərəfindən öz qanunsuzluğunu ört-bastır etmək üçün qəsdən edilmişdir. Daha sonra Cavabdeh3 qanunsuz hərəkətlərini davam etdirərək Cavabdeh1, Cavabdeh2 Əli qızından saxta xx.xx.2008-ci il tarixli, 4Ə-38 reyestr nömrəli torpaq alqı-satqı müqaviləsinə əsasən 3000 manat aldığı 1,06 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsindən öz adına xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestr nömrəsi **********61 olan çıxarış almaqla həmin torpaq sahəsini xüsusi mülkiyyəti kimi rəsmiləşdirmişdir. Həmin çıxarışda göstərilənlərə əsasən torpaq sahəsinin ölçüsü 2,4296 ha olmaqla hüquq sahiblərinin adı və payları X17 0,3414 ha, X27 0,3414 ha, X23 0,3414 ha, İddiaçı2 0,3414 ha və Cavabdeh3 1,06 ha ölçüdə göstərilmişdir. Həmin çıxarışın verilməsi üçün əsas olmuş xx.xx.2008-ci il tarixli, 4Ə-38 reyestr nömrəli torpaq alqı-satqı müqaviləsində torpaq sahəsinin ölçüsünün 2,218 ha olduğu (1,16 ha satılması və 1,212 ha ölçüdə satıcıda qalan) göstərildiyi halda, bu çıxarışda torpaq sahəsinin ölçüsünün 2,4296 göstərilməsinin səbəbləri iddiaçılara məlum olmamışdır. Azərbaycan Respubikası Ədliyyə Nazirliyinin Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3165/6-10-9235/23 saylı və 3156/6-10-9252/23 saylı arayışlarda bildirilmişdir ki, Dövlət Arxivində və “Elektron Notarius” informasiya sistemində olan vəsiyyətnamələrə baxış keçirilərkən X4 və X13 hər hansı mias əmlakına dair vərəsəlik işi, həmçinin vəsiyyətnamənin qoyulması barəsində məlumat aşkar edilmımişdir. Beləliklə də, bu rəsmi arayışlarla müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əli qızının JN 505, KOD 61100058 nömrəli Dövlət aktına əsasən birgə mülkiyyət olan 2,43 ha torpaq sahəsindən mərhumlar (miras qoyanlar) X4 və X13 payını Cavabdeh3 satmaları tam qanunsuz olmuşdur. Çünki ortada nə mərhumların vəsiyyətnaməsi, nə vərəsəlik işi nə də Cavabdeh1, Cavabdeh2 Əli qızının həmin mərhumların vərəsələri olmaları barədə qanunla müəyyən edilmiş qaydada əldə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri olmamışdır. Belə olan halda isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əli qızının mərhumlar X4 və X13 miras əmlakı olan torpaq sahələrinə dair sərəncam vermək (hazırki halda satmaq) hüquqları da olmamışdır və onların hazırda da belə hüquqları olmamışdır. Odur ki, onların əldə etdikləri ******* nömrəli reyestr çıxarışı, 2026 nömrəli reyestr arayışı, həmçinin Cavabdeh3 ilə bağladıqları xx.xx.2008-ci il tarixli torpaq alqı-satqı müqaviləsi və Cavabdeh3nin adına olan xx.xx.2019-cu il qeydiyyat tarixli, dövlət reyestr nömrəsi **********61 olan çıxarış qanunsuz sənədlər hesab edilməklə məhkəmə qaydasında ləğv edilməlidir. İddiaçılardan X18 mərhum-miras qoyan X13 yeganə və qanun üzrə birinci növbəli vərəsəsi, İddiaçı2 isə mərhum-miraq qoyan X4 cavabdehlər də Cavabdeh1, Cavabdeh2 Əli qızı ilə birlikdə birinci növbəli vərəsələridir. Lakin onların heç birinin vərəsəlikdən imtina etmək barədə notariat orqanına müraciətləri, yaxud onların miras əmlaklarından onlara çatası payın satılmasına və ya bağışlanılmasına dair razılıqları olmamışdır. Onlara çatası miras torpaq paylarından özləri istifadə etmək, onu idarə etmək və üzərində sərəncam vermək istəyirlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əli qızının mərhum miras qaoyanlar X4 və X13 yuxarıda qeyd etdikləri qanunsuzluqlarla Cavabdeh3 2008-ci ildə satmalarından 2023-cü ilin noyabr ayınadək məlumatları olmamışdır. Belə ki, Cavabdeh3 həmin torpaqdan həmçinin Məsmə və Cavabdeh2ların öz pay hüquqlarından-ümumilkdə 1,06 ha torpaqdan istifadə etməsi onlara məlum olsa da, ona satılmış olduğunu bilməmişlər. Elə başa düşmüşlər ki, Məsmə və Cavabdeh2lar 1,06 ha torpağı Cavabdeh3 maddi ehtiyacları olduqları üçün müvəqqəti istifadəyə vermiş və əvəzində pul almışlar. 2023-cü ilin oktyabr ayının əvvəllərində JN 505 KOD 61100058 nömrəli dövlət aktını reyestr çıxarış ilə əvəz etmək və hər biri miras paylar da nəzərə alınmaqla öz paylarını bölüb ayırmaq üçün sənədlər hazırlamağa başladıqda cavabdehlər Məsmə və Lalə brahimovaların miras payları da daxil 2,43 ha torpaq sahəsindən 1,06 ha hissəsinin Cavabdeh3 qanunsuz sənədlərlə 2008-ci ildə satmış olduqları onlara məlum olmuşdur. Odur ki, qanun üzrə tərəflər kimi mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasının onlara məlum olması 2023cü ilin noyabr ayının əvvəllərindən olmuşdur. Onlar mərhum miras qoyanlar X4 və X13 “Torpağa Mülkiyyət Hüququna Dair” JN 505, KOD 61100058 nömrəli Dövlət Aktı onlara miras qoyanların onların qanun üzrə birinci növbəli vərəsələri kimi müvafiq olaraq öz paylarının və digər vərəsələrin paylarının müəyyən edilərək bölünüb ayrılmasını təmin etmək məqsədi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Tərtər rayon Notariat ofisinə müraciət etmişdir. Lakin Tərtər rayon Notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 260 nömrəli cavabla bundan imtina edilmişdir. Cavabdelarda imtinanın əsası kimi Azərbavcan Respublikası MM-in 1246-cı maddəsi ilə müəyyən edilmiş vaxtın ötürülməsi göstərilmişdir. İddiaçılardan İddiaçı1 xx.xx.2002-ci ildə anadan olmaqla yetkinlik yaşına xx.xx.2020-ci ildə çatmış və tam fəaliyyət qabiliyyətli fiziki şəxs olmuşdur. Ata-anası arasında nikah olmadığından yeganə qanuni vərəsədir. İddiaçılar vərəsəlik və miras əmlakın qəbulu, yaxud rəsmiləşdirilməsi məsələlərini hüquq normaları barədə məlumatsız olmuşlar, yəni bilməmişlər. Bu sahədə qayda, qanunları xüsusən də mirasın açılmasından sonra 6 ay ərzində mirasın qəbuluna yol verilmədiyini, mirasın qəbulu üçün miras qoyanın ölümündən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün ərizə ilə notariat Ofisinə müraciət etməli olduqlarını onlara başa salan olmamışdır. Digət tərəfdən də fikriləşmişlər ki, digər vərəsələrlə birlikdə bir ailənin üzvləyiridirlər və birinci dərəcəli qohumdurlar, odur ki, mərhum Yaqub və Əsəd İbrahimovların miras torpaq paylarını öz aralarında və istənilən vaxt bölüb ayıra bilərlər. Bu işdə heç bir problem olmayacaq və məsələni ümumi razılıqla, yəni məhkəməsiz, həm də notariusda həll edəcəklər. Odur ki, məhkəmə bu səbəbləri mərhum Yaqub və Əsəd İbrahimovların vərəsələri kimi onların mirasını qəbul etmək üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü səbəbləri hesab edilməlidir. Yuxarıda şərh etdikləri səbəblərdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkləri əsaslı olmaqdan başqa, həm də qanuni hesab etmişlər.
25. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-734/2024 nömrəli qətnaməsi (hakim Kamil Rzayev) ilə, iddia təmin edilmiş, İddiaçı1 miras qoyan xx.xx.2004cü ildə vəfat etmiş atası X13 “Torpağa Mülkiyyət Hüququna Dair” JN 505, KOD 61100058 nömrəli Dövlət Aktına əsasən payı olan Tərtər rayon Seydimli kəndində yerləşən 0,3414 ha torpaq sahəsini, İddiaçı2 miras qoyan xx.xx.2007-ci ildə vəfat etmiş atası X4 “Torpağa Mülkiyyət Hüququna Dair” JN 505, KOD 61100058 nömrəli Dövlət Aktına əsasən payı olan Tərtər rayon Seydimli kəndində yerləşən 0,3414 ha torpaq sahəsini miras olaraq qəbul etmələri üçün qanunla müəyyən edilmiş müddətin uzadılmış (bərpa edilmiş) hesab edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə arasında bağlanmış xx.xx.2008-ci il tarixli 4Ə38 reyestr nömrəli torpağın alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Rayon Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2008-ci il qeydiyyat tarixli, reyestr nömrəli **********61 olan seriya MH0002893 nömrəli çıxarış, həmin Xidmətin Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli 2026 nömrəli yüklülük arayış və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən **********1 nömrəli çıxarışın ləğv edilməsi, “Torpağa Mülkiyyət Hüququna Dair” JN 505, KOD 61100058 nömrəli Dövlət Aktına əsasən miras qoyan X13 payı olan Tərtər rayon Seydimli kəndində yerləşən 0,3414 ha torpaq sahəsindən vərəsəsi İddiaçı1 və həmin Dövlət Aktına əsasən miras qoyan X4 payı olan Tərtər rayon Seydimli kəndində yerləşən 0,3414 ha torpaq sahəsində vərəsələr İddiaçı2, Cavabdeh1, Cavabdeh2, X6 və İbrahimova Hicran Əsəd qızının hər birinin paylarının 1/5 hissədə İ dərəcəli vərəsələr kimi müəyyən edilməsi qət edilmişdir.
26. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 1133.1, 1134.1, 1134.2, 1145, 1146, 1151.1, 1159, 1243.1, 1243.2, 1243.3, 1274 və 1291.1-ci maddələrinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 217.1, 218.3, 119.1, 216- 220, 233.1, 360 və 362-c maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
27. Cavabdeh3 nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-734/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə məhkəmə sübutları tam və obyektiv qiymətləndirməmişdir. Belə ki, Cavabdeh3 xx.xx.2008-ci il tarixli 4Ə38 reyestr nömrəli torpağın alqı-satqı müqaviləsi ilə Tərtər rayon Seydimli kəndində yerləşən torpaq sahəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3000 (üç min) manat müqabilində pul ödəməklə almışdır. Həmin torpaq sahəsi 16 ildir ki, Cavabdeh3 onun mülkiyyətində və istifadəsindədir. Həmin torpaq sahəsinə 100000 (bir yüz min) manat məbləğində investisiya qoymuş və bağçılıq təsərüüfatı yaratmışdır. Həmin müddət ərzində iddiaçılar həmin torpaq sahəsinin Cavabdeh3 mülkiyyətində və istifadəsində olduğunu bilmişlər. Belə ki, iddiaçılar həmin kənddə yaşayırlar və özlərinə məxsus təsərrüfatları da mövcuddur. İddiaçıların güya torpağın Cavabdeh3 satılmasını 2023-cü ilin noyabr ayında məlumatları olmuşdur. Qeyd edilən nüanslar həqiqəti əks etdirmir. Belə ki, mülki iş üzrə iddiaçıların və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da iddiaçıların yaxın qohumlarıdır və torpağın Cavabdeh3 satılmasından iddiaçı və cavabdehlərin xəbəri olmuşdur. İddiaçıların 2023-cü ilin noyabr ayında məlumatlarının olması kəsiçi müddətin tətbiqinin qarşısının alınmasına yönəldilmiş bir addımdır. Belə ki, iddiaçılar məhkəməni yanıldaraq güya 2023-cü il də notariat kontoruna müraciət etdiklərini və sonradan torpağın cavabdehə satılmasını bildirdiklərini qeyd etmişlər. Hesab edir ki, iddiaçılar tərəfindən verilmiş iddia ərizəsi məhkəmə tərəfindən tam araşdırılmamışdır. Belə ki, Cavabdeh3 məhkəmə iclaslarına çağırılmaması, ədalətli məhkəmə prosesinin və çəkişmə prinsipiniin kobud qaydada pozulmasına gətirib çıxarmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, Cavabdeh3 xx.xx.2008-ci il tarixli 4Ə38 reyestr nömrəli torpağın alqı-satqı müqaviləsi ilə Tərtər rayon Seydimli kəndində yerləşən torpaq sahəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3000 (üç min) manat müqabilində pul ödəməklə almışdır. Həmin torpaq sahəsi 17 ildir ki, Cavabdeh3 onun mülkiyyətində və istifadəsindədəir. Həmin torpaq sahəsinə 100000 (bir yüz min) manat məbləğində investisya qoymuş və bağçılıq təsərrüfatı yaratmışdır. Həmin müddət ərzində iddiaçılar həmin torpaq sahəsinin Cavabdeh3 mülkiyyətində və istifadəsində olduğunu bilmişlər. Belə ki, iddiaçılar həmin kənddə yaşayırlar və özlərinə məxsus təsəarrüfatlarıda mövcuddur. İddiaçıların güya torpağın Cavabdeh3 satılmasını 2023-cü ilin noyabr ayında məlumatları olmuşdur. Qeyd edilənlər həqiqiqəti əks etdirmir. Mülki iş üzrə iddiaçıların və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da iddiaçıların yaxın qohumlarıdır və torpağın Cavabdeh3 satılmasından iddiaçı və cavabdehlərin xəbəri olmuşdur. İddiaçıların 2023-cü ilin noyabr ayında məlumatlarının olması kəsiçi müddətin tətbiqinin qarşısının alınmasına yönəldilmiş bir addımdır. Belə ki, iddiaçılar məhkəməni yanıldaraq güya 2023-cü il də notariat kontoruna müraciət etdiklərini və sonradan torpağın cavabdehə satılmasını bildirdiklərini qeyd etmişlər. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinə etiraz edərək, izahatında göstərmişdir ki, iddiaçılardan İddiaçı1 miras qoyan 1967-ci ildə anadan olmuş, xx.xx.2004-cü ildə vəfat etmiş X13 qızı, İddiaçı2 isə miras qoyan 1935-ci ildə anadan olmuş, xx.xx.2007-ci ildə vəfat etmiş X4 oğludur. Mərhumların hər ikisi Tərtər rayon Seydimli kənd sakinləri olmuş, həmin kənddə daimi yaşamış və vəfat etmişlər. Hazırki mübahisənin predmeti olan daşınmaz əmlak-torpaq sahələri də Tərtər rayon Seydimli kəndində yerləşir. Belə ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 18 dekabr tarixli 22 saylı qərarı ilə Tərtər rayon Seydimli kəndi sakinləri X12, Cavabdeh1, İddiaçı2, X26, Cavabdeh2, X16, X27 və X14 Tərtər rayon Seydimli kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı 2,43 ha torpaq sahəsi ayrılaraq onların ümumi birgə mülkiyyətinə verilmiş, bu barədə ailə başçısı X4 adına JN 505 KOD 61100058 nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” JN 505, KOD 61100058 nömrəli Dövlət Aktı da verilmişdir. Dövlət aktının əsli X4 vəfatından sonra 2007-ci ildən bu günədək onlarda saxlanılır. 2023-cü ilin noyabr ayından onlara məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bilavasitə təşkilatçılığı ilə saxta sənədlər hazırlanmaqla sözügedən 2,43 ha torpaq sahəsindən özlərinin hər birinin 0,303 ha payını və mərhumlar X4 və X13 hər birinin miras 0,303 ha payını, beləliklə də cəmi 1,06 hektarın (0,303 x 4 = 1,06) Cavabdeh3 18 aprel 2008-ci il tarixli torpaq alqı-satqı müqaviləsinə əsasən 3000 manata satılması sənədləşdirilmiş, daha sonra isə Cavabdeh3 sözügedən 2,43 ha torpaq sahəsinin 1,06 ha hissəsinin onun xüsusi mülkiyyəti olmasına dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr nömrəsi **********61 olan çıxarış əldə etmişdir. 2023-cü ilin oktyabr ayının əvvəllərində JN 505 KOD 61100058 nömrəli dövlət aktını reyestr çıxarış ilə əvəz etmək və hər biri miras paylar da nəzərə alınmaqla öz paylarını bölüb ayırmaq üçün sənədlər hazırlamağa başladıqda cavabdehlər Məsmə və Cavabdeh2ların miras payları da daxil 2,43 ha torpaq sahəsindən 1,06 ha hissəsinin Cavabdeh3 qanunsuz sənədlərlə 2008-ci ildə satmış olduqları onlara məlum olmuşdur. Odur ki, qanun üzrə tərəflər kimi mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasının onlara məlum olması 2023cü ilin noyabr ayının əvvəllərindən olmuşdur. Onlar mərhum miras qoyanlar X4 və X13 “Torpağa Mülkiyyət Hüququna Dair” JN 505, KOD 61100058 nömrəli Dövlət Aktı onlara miras qoyanların onların qanun üzrə birinci növbəli vərəsələri kimi müvafiq olaraq öz paylarının və digər vərəsələrin paylarının müəyyən edilərək bölünüb ayrılmasını təmin etmək məqsədi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Tərtər rayon Notariat ofisinə müraciət etmişdir. Lakin Tərtər rayon Notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 260 nömrəli cavabla bundan imtina edilmişdir. Cavabdehlərə imtinanın əsası kimi müəyyən edilmiş vaxtın ötürülməsi göstərilmişdir. İddiaçılardan İddiaçı1 xx.xx.2002-ci ildə anadan olmaqla yetkinlik yaşına xx.xx.2020-ci ildə çatmış və tam fəaliyyət qabiliyyətli fiziki şəxs olmuşdur. Ata-anası arasında nikah olmadığından yeganə qanuni vərəsədir. İddiaçılar vərəsəlik və miras əmlakın qəbulu, yaxud rəsmiləşdirilməsi məsələlərini hüquq normaları barədə məlumatsız olmuşlar, yəni bilməmişlər. Bu sahədə qayda, qanunları xüsusən də mirasın açılmasından sonra 6 ay ərzində mirasın qəbuluna yol verilmədiyini, mirasın qəbulu üçün miras qoyanın ölümündən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün ərizə ilə notariat Ofisinə müraciət etməli olduqlarını onlara başa salan olmamışdır. Digər tərəfdən də fikriləşmişlər ki, digər vərəsələrlə birlikdə bir ailənin üzvləridirlər və birinci dərəcəli qohumdurlar, odur ki, mərhum Yaqub və Əsəd İbrahimovların miras torpaq paylarını öz aralarında və istənilən vaxt bölüb ayıra bilərlər. Bu işdə heç bir problem olmayacaq və məsələni ümumi razılıqla, yəni məhkəməsiz, həm də notariusda həll edəcəklər. Odur ki, məhkəmə bu səbəbləri mərhum Yaqub və Əsəd İbrahimovların vərəsələri kimi onların mirasını qəbul etmək üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü səbəbləri hesab edilməlidir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətində göstərilənlərə etiraz edərək, vəkili ilə eyni məzmunlu izahat verib, şikayətin təmin edilməməsini və Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-734/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
33. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 izahat verərək, göstərmişdir ki, iddiaçılar İddiaçı1 qardaşı Yaqub İbrahimovun qızı, İddiaçı2 isə qardaşıdır. Onlarla heç bir ədavəti olmamış, münasibətləri yaxşı olmuşdur. O, anası Cavabdeh1 ilə birlikdə öz pay torpaq sahəsini Cavabdeh3 satmışlar. Həmin vaxt ona təklif olunan sənədlərə imza etmişlər. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
34. İş üzrə digər iddiaçı, digər cavabdehlər və maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə təkrar göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən hazırki vəziyyətdə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
35. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
36. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
38. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
39. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
40. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
41. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
42. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
43. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
44. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
45. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
46. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
47. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarı
48. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
49. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sü butlar hesab olunur.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
57. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
58. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
59. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
60. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
61. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
62. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
64. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
66. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik hallarına əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-734/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələbi təmin edilməməlidir.
67. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı və cavabdehlər Məsmə və Cavabdeh2lar yaxın qohumdurlar. Onların aralarında mərhum Əsəd və Yaqub İbrahimovlardan miras qalmış daşınmaz əmlakla bağlı mübahisə yaranmışdır. Əsəd İbrahimov İddiaçı2 atası, Yaqub İbrahimov isə İddiaçı1 atasıdır. Əsəd və Yaqub İbrahimovlar ölmüşlər. İddiaçılar mərhum Əsəd və Yaqub İbrahimovların birinci dərəcəli vərəsəsidir. Onlarda vərəsə kimi mirasdan pay almaq hüququna malikdirlər. İddiaçılar bu məqsədlə Tərtər rayon Dövlət Notariat Ofisinə müraciət etmiş, lakin müəyyən edilmiş müddət ötürüldüyündən məhkəməyə müraciət etmişlər. Məhkəmə iddia tələbini təmin etmişdir.
68. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab etmir.
69. Belə ki, apellyasiya instansiyasında işə baxılarkən müəyyən edilmişdir ki, iddiaçılar tərəfindən miras əmlak nə faktik, nə də qanunla müəyyən edilmiş qaydada qəbul edilməmişdir.
70. İlk öncə qeyd olunmalıdır ki, iddia tələblərinin ardıcıllığı baxımından ilk növbədə iddiaçıların mərhum atalarından qalmış miras payının onlar tərəfindən qəbuluna qiymət verilməlidir. Çünki, iddiaçıların mirası qəbul etməsi müəyyən olunacağı halda digər tələblər üzrə subyektiv hüququ yaranmış olacaqdır.
71. X2 xx.xx.2007-ci ildə, mərhum X26 isə xx.xx.2004-cü ildə vəfat etdiyinə görə Azərbaycan Respublikasının MPM-in 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.
72. Yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir.
73. Göstərilənlərin təhlili onu deməyə əsas verir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. İstər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun.
74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.
75. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçının anası vəfat etdikdən sonra üç ay müddətində ondan miras qalmış əmlakı qəbul etmək üçün notarial qaydada müraciət etməsi müəyyən olunmamışdır.
76. İddiaçıların mərhum atalarından qalmış mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur.
77. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir.
78. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur.
79. Birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların mərhum atalarından miras qalan əmlakı bu qaydada qəbul etməsini təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. İddiaçının özünün izahatı ilə məlum olmuşdur ki, onlar tərəfindən miras əmlak nə qanunla müəyyən edilmiş qaydada, nə də faktik olaraq qəbul edilməmişdir.
80. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçılar atalarının ölümündən sonra miras qalmış torpaq sahəsinin qorunub saxlanılmasında iştirak etməmiş, həmin torpaq sahəsində hər hansı təsərrüfat işi aparmamışlar.
81. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların mərhum atalarından miras qalan əmlakı qəbul etməsini təsdiq edən sübutları iş materiallarında mövcud deyildir. İddiaçılar tərəfindən atalarından qalmış mirası qəbulu etmələrini sübuta yetirilə bilməmişlər.
82. Halbuki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən bu hal iddiaçının üzərinə düşür. Çünki həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
83. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
84. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
85. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
86. Lakin, iddiaçı tərəf bu sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və yuxarıda qeyd olunduğu kimi, atalarından qalmış mirası qəbul etmələri halını sübuta yetirə bilməmişlər.
87. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
88. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
89. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
90. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə faktlar nöqteyi-nəzərindən düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)- 734/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələbi təmin edilməməlidir.
91. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edildiyindən və iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rusumu iddiaçılara aid edilməlidir.
92. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 392, 393, 402, 403 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh3 nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-734/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi, Bərdə Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisi olmaqla mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməmiş hesab edilməsi, mirasın satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestr çıxarışlarının ləğv edilməsi və miras əmlaklar üzərində vərəsələrin paylarının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.