Məhkəmə qərarları › İş №2(104)-742/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-742/2025

09.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-742/2025 09.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X13 İdarəsi Gədəbəy Rayon X2rşı əmrin ləğv edilməsi və vəzifəyə bərpa edilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 21.*2.2*24-cü il tarixli, 2(*42)-253/2*24 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gədəbəy Rayon Məhkəməsinin 21.*2.2*24-cü il tarixli, 2(*42)-253/2*24 saylı qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddia təmin edilməmişdir Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 21.*2.2*24-cü il tarixli, 2(*42)-253/2*24 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X13 İdarəsi Gədəbəy rayon X4 “M.Solmazın əmək müqaviləsinə xitam verilməsi haqqında” *3 oktyabr 2*23-cü il tarixli, 59 nömrəli əmrin əğv edilməsi, İddiaçı Gədəbəy rayon X8 və kitabişləmə şöbəsinin baş kitabxanaçısı vəzifəsinə bərpa olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1*4)-1357/2*24 nömrəli iş üzrə *9 iyul 2*24-cü il tarixli qətnaməsi ilə (M.Mustafayev (sədrlik edən və məruzəçi), hakimlər F.Mehtiyev və R.Muradov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 21.*2.2*24-cü il tarixli, 2(*42)-253/2*24 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Qazax X18 İdarəsi Gədəbəy Rayon X4 “M.Solmazın əmək müqaviləsinə xitam verilməsi haqqında” *3 oktyabr 2*23-cü il tarixli 59 saylı əmri ləğv edilmiş, İddiaçı Gədəbəy Rayon Mərkəzi Kitabxanasının Komplektləşdirmə və Kitabişləmə Şöbəsinin baş kitabxanaçısı vəzifəsinə bərpa olunması qət edilmişdir. Cavabdeh Gədəbəy Rayon X11 (vəkil X16) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin *9.*7.2*24-cü il tarixli2(1*4)-1357/2*24 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27.12.2*24-cü il tarixli 2(1*2)-3842/2*24 saylı qərarı ilə (Ə.Xıdırov (sədrlik edən və məruzəçi), E.Şamayev, E.Vəliyeva) cavabdeh Gədəbəy Rayon X11 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 iyul 2*24cü il tarixli 2(1*4)-1357/2*24 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X13 İdarəsi Gədəbəy Rayon X2rşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək cavabdehin “M.Solmazın əmək müqaviləsinə xitam verilməsi haqqında” *3 oktyabr 2*23-cü il tarixli 59 saylı əmrinin ləğv edilməsi, iddiaçının Gədəbəy Rayon Mərkəzi Kitabxanasının Komplektləşdirmə və Kitabişləmə Şöbəsinin baş kitabxanaçısı vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, *4 aprel 2*22-ci il tarixli, 23 nömrəli təqdimatla X17 İdarəsi Gədəbəy Rayon X4 direktor müavini tərəfindən onun Gədəbəy Rayon X5 Komplektləşdirmə və Kitabişləmə Şöbəsində baş kitabxanaçı vəzifəsinə təyin olunması barədə X17 İdarəsinə müraciət olunmuşdur. X17 İdarəsinin *4 aprel 2*22-ci il tarixli əmri ilə o, *4 aprel 2*22-ci il tarixdən X17 İdarəsi Gədəbəy Rayon X4 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinə baş kitabxanaçı vəzifəsinə müddətsiz təyin edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 25 avqust 2*22-ci il tarixli əmrinə əsasən X17 İdarəsinin onun kitabxanaçı təyin edilməsi haqqında *4 aprel 2*22-ci il tarixli əmri ləğv edilmişdir. Bundan sonra X17 İdarəsinin rəisi tərəfindən onun işə bərpa olunması ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2* sentyabr 2*22-ci il tarixli məktubu ilə onun müvafiq vəzifəyə təyin edilməsinə etiraz edilməmişdir. X17 İdarəsinin 3* sentyabr 2*22-ci il tarixli əmri ilə İddiaçı *3 oktyabr 2*22-cü il tarixdən 6 ay müddətinə Gədəbəy Rayon X4 baş kitabxanaçısı vəzifəsinə təyin edilmişdir. Daha sonra X17 İdarəsinin Gədəbəy Rayon X4 direktorunun əmək müqaviləsinin müddətinin uzadılması haqqında *3 aprel 2*23-cü il tarixli əmri ilə əmək müqaviləsinin müddəti yenidən 3 aprel 2*23-cü il tarixdən *3 oktyabr 2*23-cü il tarixədək 6 ay müddətinə uzadılmış, X14 əmək müqaviləsi bildirişinə düzəliş edilmişdir. X13 İdarəsinin Gədəbəy Rayon X4 direktoru tərəfindən *2 oktyabr 2*23-cü il tarixli məktubla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X13 İdarəsinə müraciət olunaraq, Gədəbəy Rayon X4 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinin baş kitabxanaçısı İddiaçı əmək müqaviləsinin müddətinin uzadılmasına və ya müddətsiz edilməsinə münasibət bildirilməsi xahiş olunmuş, məktubun üzərinə əmək müqaviləsinə xitam verilməsi haqqında qeyd edilmişdir. Bundan sonra X13 İdarəsinin Gədəbəy Rayon X4 direktorunun onunla əmək müqaviləsinə xitam verilməsi haqqında *3 oktyabr 2*23-cü il tarixli əmri ilə əmək müqaviləsinin müddətinin bitdiyi nəzərə alınmış, o, *3 oktyabr 2*23-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş, əmək müqaviləsinə xitam verilmiş, son haqq-hesabın hesablanıb ödənilməsi əmr edilmişdir. Həmin əmr əsassızdır və ləğv edilməlidir. O, X17 İdarəsinin *4 aprel 2*22-ci il tarixli əmri ilə *4 aprel 2*22-ci il tarixdən X17 İdarəsi Gədəbəy Rayon X4 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinə baş kitabxanaçı vəzifəsinə müddətsiz təyin edilmişdir. O, *4 aprel 2*22-ci il tarixdən baş kitabxanaçı vəzifəsində çalışmasına baxmayaraq, bu barədə işəgötürən X14 hər hansı bir qeyd aparmamış, onunla bağlanılmış *4 aprel 2*22-cı ıl tarixli əmək müqaviləsini Sistemə əlavə etməmişdir. Bunun əvəzində işəgötürən tərəfindən onun əmək fəaliyyətilə bağlı X14 3*.*9.2*22-ci il tarixli əmək müqaviləsinin olması barədə məlumat yerləşdirilmişdir. Məlumata əsasən müqavilənin qüvvədən düşmə tarixi kimi 2*23-cü ilin oktyabr ayı göstərilmişdir. Lakin belə bir müqavilə olduğu halda, onunla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X13 İdarəsi Gədəbəy Rayon X4 direktoru Azər Abdullayev arasında bağlanmış *3.1*.2*22-ci il tarixli əmək müqaviləsinə əsasən Gədəbəy Rayon X5 Komplektləşdirmə və kitabişləmə şöbəsində kitabxanaçı-biblioqraf vəzifəsinə əsas iş yeri kimi işə qəbul olunmuşdur. Əmək müqaviləsi 1 İl 1 gün müddətinə, yəni *3.1*.2*22-ci il tarixdən *3.1*.2*23-cü il tarixədək bağlanmışdır. Göründüyü kimi işəgötürənlə iddiaçının 3*.*9.2*22-ci il tarixdə bağladığı müqavilə sonradan dəyişdirilərək iki formada tərtib olunmuşdur: həm 1 il 1 gün müddətinə, həm də 6 ay müddətinə, buna baxmayaraq sözügedən müqavilənin müddəti X14 1* ay 15 gün qeyd olunmuşdur. Onunla bağlanılmış 3*.*9.2*22-ci il tarixli əmək müqaviləsi 15.*8.2*23-cü il tarixədək qüvvədə olmasına baxmayaraq, barəsində əmək müqaviləsinin müddətinin uzadılması haqqında *3 aprel 2*23-cü il tarixli əmr verilmiş və əmək müqaviləsinin müddəti 6 ay uzadılmışdır. X12 müəyyən olunur ki, onunla işəğötürən arasında 1 ay 17 gün müddətinə 16.*8.2*23-cü il tarixli əmək müqaviləsi mövcud olmuşdur. Belə bir müqavilənin mövcudluğundan onun xəbəri olmamışdır. İşəgötürən öz səlahiyyətlərini əmək qanunvericiliyinin tələblərinə uyğun formada həyata keçirməmiş, qanunvericilikdə hər hansı müddəa olmadan onunla bağlanmış əmək müqaviləsinin müddətinin artırılmasına istəyi olduğu halda, digər qurumun mövqeyini əsas götürərək, onun bu istəyini həyata keçirməmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X13 İdarəsi Gədəbəy Rayon X4 əmək müqaviləsinə xitam verilməsi haqqında *3 oktyabr 2*23-cü il tarixli əmri poçt vasitəsilə ona 13.11.2*23-cü il tarixdə təqdim edilmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, *4 aprel 2*22-ci il tarixli, 23 nömrəli təqdimatla X17 İdarəsi Gədəbəy rayon X4 direktor müavini tərəfindən onun Gədəbəy rayon X5 Komplektləşdirmə və kitabişləmə şöbəsində baş kitabxanaçı vəzifəsinə təyin olunmağı barədə X17 İdarəsinə müraciət olunmuşdur. X17 İdarəsinin *4 aprel 2*22-ci il tarixli, 12*-K nömrəli əmri ilə o, *4 aprel 2*22-ci il tarixindən X17 İdarəsi Gədəbəy rayon X4 Komplektləşdirmə və kitabişləmə şöbəsinə baş kitabxanaçı vəzifəsinə təyin edilmişdir. (bununla bağlı nə sözügedən Əmrin, nə də ki, əmrin verilməsinə əsas olmuş Əmək Müqaviləsinin surəti ona təqdim edilməmişdir, lakin işəgötürən tərəfindən onun sözügedən vəzifəyə müddətsiz təyin edilməyi barədə ona məlumat verilmişdir). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 25 avqust 2*22-ci il tarixli, 251-f nömrəli əmrinə əsasən, X17 İdarəsinin “İddiaçı kitabxanaçı təyin edilməsi haqqında” *4 aprel 2*22-ci il tarixli, 12*-K nömrəli əmri ləğv edilmişdir (bununla bağlı ona hər hansı formada rəsmi məlumat verilməmiş, mübahisəli əmrin mövcud olmasından hər hansı formada xəbəri olmamışdır. Bundan sonra X17 İdarəsinin rəisi tərəfindən onun işə bərpa olunmağı ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2* sentyabr 2*22-ci il tarixli, *8/*4-2717/2*22 nömrəli məktubu ilə onun müvafiq vəzifəyə təyin edilməyinə etiraz edilməmişdir. X17 İdarəsinin “İddiaçı baş kitabxanaçı vəzifəsinə təyin edilməsi haqqında” 3* sentyabr 2*22-ci il tarixli, 12*-K nömrəli əmri ilə, İddiaçı - *3 oktyabr 2*22-cü il tarixdən 6 ay müddətinə Gədəbəy rayon X4 baş kitabxanaçı vəzifəsinə təyin edilmişdir. Qeyd edilmişdir ki, işəgötürən tərəfindən 3* sentyabr 2*22-ci il tarixdə bir-birinə zidd olan 3 əmək müqaviləsi təqdim edilmişdir ki, bunların yalnız birindən onun xəbəri olmuşdur. Daha sonra X17 İdarəsinin Gədəbəy rayon X4 “İddiaçı əmək müqaviləsinin müddətinin uzadılması haqqında” *3 aprel 2*23-cü il tarixli, 14 nömrəli əmri ilə, Gədəbəy rayon X4 Komplektləşdirmə və kitabişləmə şöbəsinin baş kitabxanaçısı İddiaçı əmək müqaviləsinin müddəti bitdiyinə görə yenidən 3 aprel 2*23-cü il tarixdən – *3 oktyabr 2*23- cü il tarixinədək 6 ay müddətinə əmək müqaviləsinin müddətinin uzadılması və X14 əmək müqaviləsi bildirişinə düzəliş edilməsi əmr edilmişdir. X13 İdarəsinin Gədəbəy rayon X4 direktoru tərəfindən *2 oktyabr 2*23-cü il tarixli, 43 nömrəli məktubla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Qazax X18 İdarəsinə müraciət olunaraq Gədəbəy rayon X4 Komplektləşdirmə və kitabişləmə şöbəsinin baş kitabxanaçısı İddiaçı əmək müqaviləsinin müddətinin uzadılmasına və ya müddətsiz edilməsinə münasibət bildirilməyi xahiş olunmuşdur. Sözügedən məktubun üzərinə aşağıdakı məzmunda qeyd aparılmışdır: “c.b A.Abdullayev x.e. əmək müqaviləsinə xitam verilsin. ƏMAS-da qeydə alın. *2.1*.2*23” Bundan sonra X13 İdarəsinin Gədəbəy rayon X4 “M.Solmazın əmək müqaviləsinə xitam verilməsi haqqında” *3 oktyabr 2*23-cü il tarixli, 59 nömrəli əmri ilə, Gədəbəy rayon X4 Komplektləşdirmə və kitabişləmə şöbəsinin baş kitabxanaçısı İddiaçı əmək müqaviləsinin müddəti bitdiyi nəzərə alınaraq *3 oktyabr 2*23-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi, son haqq-hesabı hesablanıb ödənilməsi əmr edilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, X13 İdarəsinin Gədəbəy rayon X4 “M.Solmazın əmək müqaviləsinə xitam verilməsi haqqında” *3 oktyabr 2*23-cü il tarixli, 59 nömrəli əmri tamamilə əsassızdır və həmin əmr ləğv edilməlidir. O, X17 İdarəsinin *4 aprel 2*22-ci il tarixli, 12*-K nömrəli əmri ilə, *4 aprel 2*22-ci il tarixindən X17 İdarəsi Gədəbəy rayon X4 Komplektləşdirmə və kitabişləmə şöbəsinə baş kitabxanaçı vəzifəsinə təyin edilmişdir. Bu barədə onunla X17 İdarəsi arasında bağlanmış əmək müqaviləsi müddətsiz olmuşdur. Məhz bu səbəbdən sözügedən müqavilə bu günədək ona təqdim edilməmişdir. Hətta bununla bağlı “e-sosial” şəxsi hesabında hər hansı bir qeydiyyat aşkar olunmur. “Esosial” şəxsi hesabında olan məlumatlardan müəyyən olunur ki, o, *4 aprel 2*22-ci il tarixdən X17 İdarəsi Gədəbəy rayon X4 Komplektləşdirmə və kitabişləmə şöbəsinə baş kitabxanaçı vəzifəsində çalışmağına baxmayaraq bu barədə işəgötürən X14 hər hansı bir qeyd aparmamış, onunla işəgötürən arasında bağlanmış *4 aprel 2*22-ci il tarixli əmək müqaviləsini Sistemə əlavə etməmişdir. Bunun əvəzində işəgötürən tərəfindən onun əmək fəaliyyəti ilə bağlı X14 3*.*9.2*22-ci il tarixli əmək müqaviləsinin olması barədə məlumat yerləşdirilmişdir. Məlumata əsasən müqavilənin qüvvədən düşmə tarixi kimi 15.*8.2*23-cü il qeyd edilmişdir. Bu onu deməyə əsas verir ki, işəgötürən X17 İdarəsi tərəfindən o, 1* ay 15 gün müddətində işə götürülmüşdür. Lakin belə bir müqavilə olduğu halda o, İddiaçı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X13 İdarəsi Gədəbəy rayon X4 direktoru Azər Abdullayev arasında bağlanmış *3.1*.2*22-ci il tarixli əmək müqaviləsi ilə Gədəbəy rayon X5 Komplektləşdirmə və kitabişləmə şöbəsində kitabxanaçı-biblioqraf vəzifəsinə əsas iş yeri kimi işə qəbul olunmuşdur. Əmək müqaviləsinə əsasən əmək müqaviləsi 1 il 1 gün müddətinə, yəni *3.1*.2*22-ci il tarixdən *3.1*.2*23-cü il tarixədək bağlanmışdır. Göründüyü kimi işəgötürənlə 3*.*9.2*22-ci il tarixdə bağladığı müqavilə sonradan dəyişdirilərək 2 formada tərtib olunub – həm 1 il 1 gün müddətinə, həm də 6 ay müddətinə, buna baxmayaraq sözügedən müqavilənin müddəti X14 - 1* ay 15 gün qeyd olunmuşdur. Beləliklə, müəyyən olunur ki, onunla işəgötürən arasında bağlanmış *4.*4.2*22-ci il tarixli əmək müqaviləsi müddətsiz olsa da sonradan işəgötürən tərəfindən dəyişdirilmiş və 1 il 1 gün müddətinə müddətli 3*.*9.2*22-ci il tarixli əmək müqaviləsi bağlanılmış, daha sonra həmin əmək müqaviləsindən fərqli olaraq eyni tarixdə 6 ay müddətinə əmək müqaviləsi bağlanılmış, həmçinin X3 bağlanılmış 1* ay 15 gün müddətli 3*.*9.2*22-ci il tarixli əmək müqaviləsi qeyd olunmuşdur. Onunla bağlanılmış 3*.*9.2*22-ci il tarixli əmək müqaviləsi 15.*8.2*23-cü il tarixədək qüvvədə olmasına baxmayaraq barəsində X17 İdarəsinin Gədəbəy rayon X4 “İddiaçı əmək müqaviləsinin müddətinin uzadılması haqqında” *3 aprel 2*23-cü il tarixli, 14 nömrəli əmr verilmiş və əmək müqaviləsinin müddəti 6 ay uzadılmışdır. X12 müəyyən olunur ki, onunla işəğötürən X13 İdarəsi arasında 1 ay 17 gün müddətinə 16.*8.2*23-cü il tarixli əmək müqaviləsi mövcud olub. Belə bir müqavilənin mövcudluğundan tam xəbərsizdir. Buradan aydın olur ki, sözügedən əmək müqaviləsi X17 İdarəsinin Gədəbəy rayon X4 “İddiaçı əmək müqaviləsinin müddətinin uzadılması haqqında” *3 aprel 2*23-cü il tarixli, 14 nömrəli əmrinin qüvvədə olduğu müddətdə bağlanmışdır ki, həmin əmək müqaviləsi X17 İdarəsinin Gədəbəy rayon X4 “İddiaçı əmək müqaviləsinin müddətinin uzadılması haqqında” *3 aprel 2*23-cü il tarixli, 14 nömrəli əmrini vaxtından əvvəl qüvvədən salır. Bundan başqa onunla əmək müqaviləsi Gədəbəy rayon X11 arasında bağlansa da, X14 X14 işəgötürən X13 İdarəsi qeyd edilmişdir ki, bu da onu deməyə əsas verir ki, onun əmək fəaliyyəti barəsində məlumatlar Gədəbəy rayon X11 tərəfindən deyil, tamam başqa şəxs - QazaxX18 İdarəsi tərəfindən işlənmişdir. Onu işəgötürən Gədəbəy rayon X6sa da, onunla bağlanmış əmək müqaviləsinin müddətini uzatmaq üçün Qazax X18 İdarəsinə məktubla müraciət edərək razılığın olması istənilmiş və X13 İdarəsi buna razılıq verməmiş, nəticə də Gədəbəy rayon X1 bağlanmış əmək müqaviləsinin müddətini uzatmamışdır. Görünən odur ki, işəgötürən Gədəbəy rayon X11 öz səlahiyyətlərini əmək qanunvericiliyinin tələblərinə uyğun formada həyata keçirməmiş, qanunvericilikdə hər hansı müddəa olmadan onunla bağlanmış əmək müqaviləsinin müddətinin artırılmasına istəyi olduğu halda digər qurumun mövqeyini əsas götürərək bu istəyini həyata keçirməmişdir. İşin faktiki hallarından göründüyü kimi, barəsində çıxarılmış *3.1*.2*23-cü il tarixli, 59 nömrəli əmr onunla bağlanmış müddətli əmək müqaviləsinin qurtarması ilə əlaqədardır. Belə ki, adıçəkilən əmr Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun əsaslandırılmışdır. Lakin iddia ərizəsinə əlavə olunan sənədlərdən müəyyən olunur ki, onunla bağlanmış əmək müqaviləsi müddətsiz bağlanmışdır. Daha sonra onun xəbəri olmadan əmək müqaviləsinin müddəti qısaldılmışdır. Bununla da mənim əmək hüquqları kobud şəkildə pozulmuş və işdən qanunsuz şəkildə azad olunmuşdur. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edərək və kassasiya instansiyası məhkəməsinin qərarındakı göstərişlər üzrə araşdırma apararaq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin 21.*2.2*24-cü il tarixli, 2(*42)- 253/2*24 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan X17 İdarəsinin rəisi Azər Rəcəbovun *4 aprel 2*22-ci il tarixli Əmrinin surətindən görünür ki, İddiaçı X17 İdarəsinin Gədəbəy Rayon X4 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinə baş kitabxanaçı vəzifəsinə təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Mədəniyyət X21 25 avqust 2*22-ci il tarixli Əmrinin surətindən görünür ki, X17 İdarəsinin rəisi Azər Rəcəbovun *4 aprel 2*22-ci il tarixli İddiaçı X17 İdarəsinin Gədəbəy Rayon X4 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinə baş kitabxanaçı vəzifəsinə təyin edilməsi haqqında Əmri qanunsuz olduğuna görə ləğv edilmişdir. İşdə olan X17 İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Nurəddin Mehdiyevin 3* sentyabr 2*22-ci il tarixli Əmrinin surətindən görünür ki, İddiaçı *3 oktyabr 2*22-ci il tarixdən 6 ay müddətinə Gədəbəy Rayon X4 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinə baş kitabxanaçı vəzifəsinə təyin edilmişdir. İşdə olan 3* sentyabr 2*22-cü il tarixli Əmək Müqaviləsinin surətindən görünür ki, iddiaçı ilə işəgötürən arasında *3 oktyabr 2*22-ci il tarixdən *2 aprel 2*23-cü il tarixədək 6 ay müddətinə bağlanılmışdır. İşdə olan Gədəbəy Rayon X4 direktoru Azər Abdullayevin *3 aprel 2*23-cü il tarixli Əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin müddəti *3 aprel 2*23-cü il tarixdən *3 oktyabr 2*23-cü il tarixdək 6 ay müddətinə uzadılmışdır. İşdə olan *3 aprel 2*23-cü il tarixli Əmək Müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin müddəti *3 oktyabr 2*22-ci il tarixdən *3 oktyabr 2*23cü il tarixdək 1 il 1 gün müddətinə uzadılmışdır. İşdə olan Gədəbəy Rayon X4 direktoru Azər Abdullayevin *3 oktyabr 2*23-cü il tarixli Əmrinin surətindən görünür ki, İddiaçı onunla bağlanılmış əmək müqaviləsinin müddəti bitdiyi nəzərə alınmaqla *3 oktyabr 2*23-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş, əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan X15 Edilməsi ilə X22 Bildirşinin surətindən görünür ki, İddiaçı ilə 3* sentyabr 2*22-ci il tarixdə əmək müqaviləsi bağlanılmış, işə başlama vaxtı kimi *3 oktyabr 2*22-ci il tarix, müqavilənin bitmə tarixi kimi *3 oktyabr 2*23-cü il tarix göstərilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı X17 İdarəsinin *4 aprel 2*22-ci il tarixli əmri ilə həmin tarixdən X17 İdarəsi Gədəbəy Rayon X4 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinə baş kitabxanaçı vəzifəsinə təyin edilmiş olsa da, onunla əmək müqaviləsinin bağlandığı iş materialları ilə təsdiq olunmamışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 25 avqust 2*22-ci il tarixli əmrinə əsasən X17 İdarəsinin iddiaçının kitabxanaçı təyin edilməsi haqqında *4 aprel 2*22-ci il tarixli əmri hüquqi əsas olmadan verildiyinə görə ləğv edilmişdir. Bundan sonra X17 İdarəsinin 3* sentyabr 2*22-ci il tarixli əmri ilə İddiaçı *3 oktyabr 2*22-ci il tarixdən 6 ay müddətinə Gədəbəy Rayon X4 baş kitabxanaçısı vəzifəsinə təyin edilmiş, iddiaçı ilə müvafiq əmək müqaviləsi bağlanmış, daha sonra X17 İdarəsinin Gədəbəy Rayon X4 direktorunun əmək müqaviləsinin müddətinin uzadılması haqqmda *3 aprel 2*23-cü il tarixli əmri ilə əmək müqaviləsinin müddəti yenidən 3 aprel 2*23-cü il tarixdən *3 oktyabr 2*23-cü il tarixədək 6 ay müddətinə uzadılmış, X14 əmək müqaviləsi bildirişinə düzəliş edilmişdir. Bundan sonra X13 İdarəsinin Gədəbəy Rayon X4 direktorunun *3 oktyabr 2*23-cü il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitdiyi nəzərə alınaraq əmək müqaviləsinə xitam verilmiş və o, həmin tarixdən tutduğu vəzifədən azad edilmişdir. Ona görə də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin *3 oktyabr 2*23-cü il tarixli 59 saylı əmrinin ləğv edilməsi və əvvəlki işinə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X17 İdarəsinin rəisi Azər Rəcəbovun *4 aprel 2*22-ci il tarixli əmri ilə iddiaçı X17 İdarəsinin Gədəbəy Rayon X4 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinə baş kitabxanaçı vəzifəsinə təyin edilmişdir. Lakin bu əmr əsasında iddiaçı ilə müddətsiz və ya müddətli əmək müqaviləsi bağlanılmamışdır. Həmin əmr Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozulması, əmək müqavilələrinin gücləndirilmiş elektron imza ilə əmək müqavilələrinin elektron qeydiyyat sisteminə daxil edilmədən, əmrlərin verilməsi üçün hüquqi əsas olmadan, təyinatı nazirliklə razılaşdırılması nəzərdə tutulmuş vəzifələrlə əlaqədar belə razılıq olmadan verildiyi üçün Azərbaycan Respublikası Mədəniyyət X21 25 avqust 2*22-ci il tarixli əmrilə ləğv edilmiş, Azər Rəcəbov vəzifə səlahiyyətlərindən sui istifadə və digər qanun pozuntularına görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Bundan sonra X17 İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Nurəddin Mehdiyevin 3* sentyabr 2*22-ci il tarixli əmri ilə iddiaçı ilə 6 ay müddətinə, yəni *3 oktyabr 2*22-ci il tarixdən *2 aprel 2*23-cü il tarixə qədər əmək müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin müddəti bitdikdən sonra Gədəbəy Rayon Mərkəzləşdirilmiş Kitabxana Siteminin direktorunun *3 aprel 2*23-cü il tarixli əmrilə əmək müqaviləsinin müddəti 1 il 1 gün, yəni *3 oktyabr 2*22-ci il tarixdən *3 oktyabr 2*23-cü il tarixdədək uzadılmışdır. Bu müqavilələrin hər ikisi həm iddiaçı, həm də cavabdeh tərəfindən imzalanmış, yəni tərəflər müqavilə şərtləri və öhdəlikləri barədə məlumatlı olmuşlar. Bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq, Gədəbəy Rayon Mərkəzləşdirilmiş Kitabxana Sitemininin direktorunun *3 oktyabr 2*23-cü il tarixli əmrilə əmək müqaviləsinin müddəti bitdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68- ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən iddiaçı ilə əmək müqaviləsinə xitam verilmiş, o, işdən azad edilmiş, onunla son haqq-hesab aparılmışdır. İddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən heç bir qanun pozuntusuna yol verilməmiş, müqavilə şərtləri pozulmamışdır. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası iddianı təmin etməmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-in 14.2 və 77.1-ci maddələri). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq və s. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 47-ci maddəsinin (f) bəndinə əsasən əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Həmin Məcəllənin 68-ci (2 “b”) madddəsinə əsasən əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Həmin Məcəllənin 73.1-ci madddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 3**.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2*24-cü il tarixli Qərarına əsasən “qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir. Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, X17 İdarəsinin rəisi Azər Rəcəbovun *4 aprel 2*22-ci il tarixli əmri ilə iddiaçı X17 İdarəsinin Gədəbəy Rayon X4 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinə baş kitabxanaçı vəzifəsinə təyin edilmiş olsa da, bu əmr əsasında iddiaçı ilə müddətsiz və ya müddətli əmək müqaviləsi bağlanılmamışdır. Həmin əmr Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozulması, əmək müqavilələrinin gücləndirilmiş elektron imza ilə əmək müqavilələrinin elektron qeydiyyat sisteminə daxil edilmədən, əmrlərin verilməsi üçün hüquqi əsas olmadan, təyinatı nazirliklə razılaşdırılması nəzərdə tutulmuş vəzifələrlə əlaqədar belə razılıq olmadan verildiyi üçün Azərbaycan Respublikası Mədəniyyət X21 25 avqust 2*22-ci il tarixli əmrilə ləğv edilmiş, Azər Rəcəbov vəzifə səlahiyyətlərindən suiistifadə və digər qanun pozuntularına görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Bundan sonra X17 İdarəsinin 3* sentyabr 2*22-ci il tarixli əmri ilə iddiaçı ilə 6 ay müddətinə, yəni *3 oktyabr 2*22-ci il tarixdən *2 aprel 2*23-cü il tarixə qədər əmək müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin müddəti bitdikdən sonra Gədəbəy Rayon Mərkəzləşdirilmiş Kitabxana Siteminin direktorunun *3 aprel 2*23-cü il tarixli əmrilə əmək müqaviləsinin müddəti 1 il 1 gün, yəni *3 oktyabr 2*22-ci il tarixdən *3 oktyabr 2*23-cü il tarixdədək uzadılmışdır. Bu müqavilələrin hər iksi həm iddiaçı, həm də cavabdeh tərəfindən imzalanmış, yəni tərəflər müqavilə şərtləri və öhdəlikləri barədə məlumatlı olmuşlar. Bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq, Gədəbəy Rayon Mərkəzləşdirilmiş Kitabxana Sitemininin direktorunun *3 oktyabr 2*23-cü il tarixli əmrilə əmək müqaviləsinin müddəti bitdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən iddiaçı ilə əmək müqaviləsinə xitam verilmiş, o, işdən azad edilmiş, onunla son haqq-hesab aparılmış, cavabdeh işdən azad edilərəkən qanunvericiliyin pozulması halı aşkarlanmamışdır. Kollegiya qeyd edir ki, əmək müqaviləsi ikitərəfli müqavilə olmaqla tərəflərin qarşılıqlı razılaşmasının iradə ifadəsidir. Hazırkı halda iddiaçının əmək müqaviləsi bağlamaqla icra edəcəyi işin xarakteri müddətsiz əmək müqaviləsi bağlamasına əsas verəcək bir vəzifə olması anlamına gətirib çıxarsa da, lakin hər bir halda tərəflərin iradə ifadəsinin nəzərə alınması zəruridir. Çünki iddiaçı ilə ilk dəfə 3*.*9.2*22-ci il tarixdə əmək müqaviləsi altı ay müddətinə bağlanmış, iddiaçının buna etirazı olmamış, bundan sonra əmək müqaviləsinin müddəti daha altı ay müddətinə uzadılmış, lakin iddiaçının buna da etirazı olmamışdır. Bu isə iddiaçının həmin müqavilənin müddətinin altı ay müddətinə, yəni müddətli bağlanmasına etirazının olmamasına dəlalət edir. Apelyasiya şikayətinin dəlillərində göstərilir ki, o, X17 İdarəsinin *4 aprel 2*22-ci il tarixli, 12*-K nömrəli əmri ilə, *4 aprel 2*22-ci il tarixindən X17 İdarəsi Gədəbəy rayon X4 Komplektləşdirmə və kitabişləmə şöbəsinə baş kitabxanaçı vəzifəsinə təyin edilmişdir. Bu barədə onunla X17 İdarəsi arasında bağlanmış əmək müqaviləsi müddətsiz olmuşdur. Məhz bu səbəbdən sözügedən müqavilə bu günədək ona təqdim edilməmişdir. Kollegiya şikayətin həmin dəlili ilə bağlı qeyd edir ki, Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir və sübutetmə yükü tərəflərin üzərinə düşür. İddiaçı onunla cavabdeh arasında *4 aprel 2*22-ci il tarixli müddətsiz əmək müqaviləsinin bağlandığını bildirir. Cavabdeh isə bu kimi müqavilənin mövcud olmadığını göstərir. Ümumi qaydaya görə əmək müqaviləsi ikitərəfli əqd olduğundan bağlanmış müqavilənin bir nüsxəsi müqavilə tərəfi olaraq işçidə olmalıdır. Belə olduğu halda, yəni cavabdeh tərəf iddiaçı ilə 22.*4.2*22-ci il tarixdə müddətsiz əmək müqaviləsinin bağlandığını inkar etdiyinə görə həmin sübutu təqdim etmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə bu kimi sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası iddiaçının onunla X17 İdarəsi arasında 22.*4.2*22-ci il tarixdə müddətsiz əmək müqaviləsinin bağlandığına dair dəlilini əsassız sayır. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçının formal mülahizələri sayır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 384.*.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.*.1, 392, 393 və 4*2-4*7-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 21.*2.2*24-cü il tarixli, 2(*42)-253/2*24 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar