Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1151/2023 11.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X6 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, (012)-175/2018 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(012)-175/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh1 adına qeydə alınmış Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı **********16 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və xx.xx.2013-cü il tarixli plan və ölçüsünün etibarsız hesab edilməsi, Cavabdeh1 10 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim İlham Kərimli). Qətnamədən narazı qalan Cavabdeh1 vəkili-nümayəndəsi X4 xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-175/2018 saylı, 07 fevral 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(012)-175/2018 nömrəli qərardadı ilə Cavabdeh1 vəkili-nümayəndəsi X3 xx.xx.2022-ci il tarixində vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır (hakim Elman Məmmədov). Cavabdeh1 vəkili-nümayəndəsi X2 Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(012)-175/2018 nömrəli qətnaməsindən xx.xx.2022-ci il tarixində apellyasiya şikayəti vermiş, həmçinin Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin verilməsinə dair buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Cavabdeh1 ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-175/2018 saylı mülki iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ona qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Şikayət olunan qətnamə xx.xx.2022-ci ildə onun tərəfindən bildirişə imza atmaqla götürülmüşdür. xx.xx.2022-ci il tarixdə onun tərəfindən apellyasiya şikayəti poçt vasitəsilə göndərilmişdir. Apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən alınmışdır. Apellyasiya şikayətinin poçt vasitəsilə verilməsinin səbəbi qətnamənin 2018-ci ildə çıxarılması olmuşdur. Abşeron Rayon Məhkəməsinin dəftərxanası ona sözügedən qətnamədən elektron qaydada şikayət verilməsini izah etmiş və bundan sonra o, apellyasiya şikayətini xx.xx.2022-ci il tarixdə elektron məhkəmə vasitəsilə vermişdir. Lakin apellyasiya şikayəti verərkən o, “apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi” barədə ərizə vermədiyindən apellyasiya şikayəti 10 avqust 2022-ci il tarixli qərardadla geri qaytarılmışdır. O, Abşeron Rayon Məhkəməsinin sədrinin adına elektron kabinet sisteminə əlavə edilməyi barədə ərizə, ərizəyə apellyasiya şikayətini əlavə edərək poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə göndərmişdir. Qətnamədən apellyasiya şikayəti vermək müddətini ötürmədiyi üçün o, müddətin bərpa edilməsi barədə ərizəni təqdim etməmişdir. Apellyasiya şikayətinin geri qaytarılması onun 2(012)-175/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən şikayət vermək hüququnu məhdudlaşdırır, bu da onu çətin vəziyyətə salmaqla əmlakı ilə bağlı hər hansı hərəkətlər edə bilməsinin qarşısını alır. Bu səbəbdən apellyasiya şikayəti verilməsinin müddətinin bərpa edilməsi barədə ərizə əlavə edilərək yenidən apellyasiya məhkəməsinə müraciət edilməlidir. Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(012)-175/2018 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(012)- 175/2018 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmamışdır. Qərardaddan narazı olan Cavabdeh1 şikayət verərək Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(012)-175/2018 nömrəli qərardadının ləğv edilməsini və qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddəti üzürlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2022ci il tarixli 2(012)-175/2018 nömrəli qərardadında apellyasiya şikayətinə qanunla müəyyən olunmuş müddətə əməl edilmədiyindən sonra apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi ilə bağlı ərizə təmin olunmamışdır. Vəsatətdə şikayət olunan qətnamə xx.xx.2022-ci il tarixdə imzalanmaqla götürülmüş, xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti poçt vasitəsilə göndərilmişdir. Apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən alınmışdır. Apellyasiya şikayətinin poçt vasitəsilə verilməsinin səbəbi qətnamənin 2018-ci ildə çıxarılması olmuşdur. Abşeron Rayon Məhkəməsinin dəftərxanası sözügedən qətnamədən elektron qaydada şikayət verilməsinin mümkün olması barədə söylənilmiş və bundan sonra xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti “e-məhkəmə” vasitəsilə verilmiş, lakin “apelyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi” barədə ərizə verilmədiyindən apellyasiya şikayəti 10 avqust 2022-ci il tarixli qərardadla geri qaytarılmışdır. Apellyasiya şikayəti MPM-nin 360-cı maddəsinin tələbinə əməl edilmişdir, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində məhkəməyə poçt vasitəsilə verilmişdir. Buna sübut olaraq şikayətin göndərildiyi konvertin üstündə möhürdəki tarixlə bəlli olur. Buna görə də qətnamədən şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə əsas ola biləcək sübut kimi ilk dəfə qətnamədədən apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verilməsi nəzərə alına bilər. Abşeron Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(012)-175/2018 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(012)-175/2018 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Elman Məmmədov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(012)-175/2018 nömrəli qərardadı ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(012)-175/2018 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəyə yenidən baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 vəkilinümayəndəsi X1 qətnaməni xx.xx.2022-ci il tarixində rəsmi qaydada almışdır. Abşeron Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(012)-175/2018 saylı qətnaməsindən şikayət vermə müddətinin axımı qətnamənin Cavabdeh1 vəkili-nümayəndəsi X3 aldığı gün, yəni xx.xx.2022-ci il tarixdən başlamış və həmin müddət xx.xx.2022-ci il tarixdə qurtarmışdır. Cavabdeh1 vəkili-nümayəndəsi X4 isə qeyd olunan qətnamədən apelyasiya şikayətini xx.xx.2022-ci il tarixdə təqdim etməklə müddəti ötürmüş, apellyasiya şikayəti geri qaytarılmış, xx.xx.2022-ci il tarixdə yenidən apellyasiya şikayəti vermiş və müddətin üzürlü səbəbdən buraxılması ilə bağlı hər hansı bir sübuta istinad etməmiş və məhkəmədə hər hansı bir halı göstərə bilməmişdir. Məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılan zaman müəyyən olundu ki, Abşeron Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(012)-175/2018 nömrəli qətnaməsi 09 fevral 2018-ci il tarixli məktubla Cavabdeh1 yaşadığı ünvana göndərilmiş, məktub “ünvan tam deyil” qeydi ilə məhkəməyə geri qaytarılmış, daha sonra qətnamə qanuni qüvvəsini aldığından icraya yönəldilmiş, xx.xx.2022-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin cavabdeh tərəfindən alınmadığını bildirmiş və qətnamənin ona təqdim edilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili məhkəmə qəbzinə imza edilməklə qətnaməni qəbul edilmiş, qətnamədən apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə tərtib olunmuş, xx.xx.2022-ci il tarixdə dövlət rüsumu ödənilmiş, xx.xx.2022-ci il tarixdə qətnamədən apellyasiya şikayəti poçt vasitəsilə məhkəməyə təqdim etmişdir. Abşeron Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, qərardadı ilə Cavabdeh1 vəkilinümayəndəsi X3 xx.xx.2022-ci il tarixində vermiş olduğu apellyasiya şikayəti müddət ötürüldüyündən və müddətin bərpası üçün ərizə təqdim edilmədiyindən geri qaytarılmış, daha sonra cavabdeh apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərardadı ilə müddətin bərpasına dair ərizə təmin olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi icra işini tələb edərək qətnamə icraya yönəldikdən sonra icra prosesi zamanı Cavabdeh1 həmin qətnamədən məlumatlı olub-olmamasını, həmin qətnamənin icrası ilə bağlı 10 manat dövlət rüsumunun şəxsən cavabdehdən nə vaxt alınıb-alınmaması, eləcə də cavabdeh tərəfindən apellyasiya şikayətinin xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə göndərilməsi, xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən alınıb-alınmaması araşdırılmadan 21 dekabr 2022-ci il tarixli qərardadı ilə müddətin bərpasına dair ərizəni təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmamalı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən halları tam yoxlamamışdır. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qərardad ləğv edilməklə Abşeron Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(012)-175/2018 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəyə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, (012)-175/2018 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(012)-175/2018 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəyə yenidən baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1151/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1151/2023
11.05.2023 · Sair mülki iş - Digər - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver