Məhkəmə qərarları › İş №2(105)-1859/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1859/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1859/2021 17.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: X1, Cavabdeh: Cavabdeh1 iştirakları ilə, İddiaçı X3 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı ipoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qərardadı ilə (hakim C.İ.Səfiyeva) Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli, 2(012)-132/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. İŞİN H A L L A R İ: Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli, 2(012)-132/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 sentyabr 2015-ci il tarixli, 4-G1-1-0-554-15 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 17 sentyabr 2015-ci il tarixli, 4-G1 -1-0-554-15 saylı kredit müqaviləsi üzrə 13743,85 ABŞ dolları əsas borc, 8370,38 ABŞ dolları faiz borcu, 113 ABŞ dolları cərimə, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla cəmi 22227,23 ABŞ dolları borc və 30 manat dövlət rüsumuna görə, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat rüsumuna və 20 manat xidmət haqqına görə pul, cəmi 60 manat İddiaçı İKB ASC-nin xeyrinə pul tutulması, tutma kreditin təminatı olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 111 kv.m ümumi sahədən ibarət 39 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzil açıq hərracda satılması, mənzilin satışından əldə edilən vəsait hesabına Cavabdeh1 İddiaçı İKB ASC-nə olan borcunun ödənilməsi təmin edilməsi, İpoteka predmeti olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 111 kv.m ümumi sahədən ibarət 39 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 70000 (yetmiş min) manat müəyyən edilməsi, ekspertiza tədqiqatının dəyəri 145 manat Cavabdeh1 alınaraq dövlət nəfinə köçürülməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli, 2(012)-132/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti 12.03.2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli qətnaməsi rəsmi qaydada ona təqdim edilməmişdir. O, həmin qətnaməni 04 mart 2021-ci il tarixdə ərizə ilə müraciət edərək rəsmi qaydada əldə etmişdir. Lakin məhkəmə buna qiymət verməmişdir. Abşeron Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(012)-132/2019 saylı qərardadının əsassız olduğu üçün ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 şikayəti müdafiə etdi, eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi R.M.Abdullayev şikayəti qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qərardadın dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini, tərəflərin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 və Cavabdeh4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 2015-ci il 17 sentyabr tarixli kredit müqaviləsi üzrə banka 13782.4 ABŞ dolları əsas, 8390.66 ABŞ dolları faiz, 1135.42 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 23308.48 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh1 mülkiyyətindəki Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən, 111 kv.m ümumi sahədən ibarət 39 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən, 111 kv.m ümumi sahədən ibarət 39 nömrəli fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilməsi; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 məxsus olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən, 111 kv.m ümumi sahədən ibarət 39 nömrəli fərdi yaşayış evinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, A.Z.Sadıxbəylinin və Cavabdeh4 Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən, 111 kv.m ümumi sahədən ibarət 39 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, A.Z.Sadıxbəylinin və Cavabdeh4 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış 17 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli, 2(012)-132/2019 saylı qətnaməsi 15 yanvar 2019-cu il tarixdə tərəflərə rəsmi qaydada göndərilmişdir. Cavabdeh1 göndərilmiş məhkəmə qətnaməsini 20.02.2019-cu il tarixdə Sadıqov Arif adlı şəxs xəbərnaməyə imza atmaqla əldə etmişdir. Bundan sonra cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək yenidən həmin qətnamənin surətini 04 mart 2021-ci il tarixdə əldə etmiş və apellyasiya şikayətini vermişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1 və 363.1.3-cü maddələrinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə - apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Birinci instansiya məhkəməsi müddəti bərpa etmədikdə, ona əsaslanmışdır ki, Cavabdeh1 ailə üzvü Arif Sadıqov qətnamənin surətini almışdır. Məhkəmə kollegiyası bu əsaslanma ilə razılaşmış və qeyd edir ki, iş üzrə cavabdehlərin sayı dörd nəfər olduğu halda, bir nüsxə qətnamə cavabdehlərə poçt vasitəsi ilə göndərmişdir. Göründüyü kimi, Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli, 2(012)-132/2019 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qanunla nəzərdə tutulan bir aylıq müddətdə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Cavabdeh1 şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 16 mart 2021-ci il tarixli 2(012)-132/2019 saylı qərardadı ləğv edilsin və Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin müddəti ötürülməmiş hesab edilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar