Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1873/2023 22.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-2835/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh onun xeyrinə 68000 manat (40000 ABŞ dolları ekvivalentində) pul vəsaitinin və ödənilmiş 325 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 tərəfindən məhkəməyə daxil olan ərizədə o, hazırki işin aidiyyatı üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmənin icraatında iddiaçı X2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş vardır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsində qeyd edilir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındğı yerin məhkəməsinə verilir. Bildirir ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh Abşeron rayonunda qeydiyyatda deyil və heç vaxt da bu rayonda qeydiyyatda olmamışdır. Cavabdeh Kəlbəcər rayonu Nadirxanlı ərazi idarəsi, Nadirxanlı kəndində rəsmi qeydiyyatdadır. Qanunvericiliyin tələbindən göründüyü kimi bu iş cavabdehin yaşadığı yerə görə, yəni Cavabdeh qeydiyyatda olduğu yer üzrə, Kəlbəcər rayonu Məhkəməsində baxılmalıdır. Amma nədənsə məhkəmə aidiyyət məsələsinə fikir vermədən bu işi icraata götürmüşdür. Odur ki, iddiaçı X2, Cavabdeh qarşı “pul tələbinə” dair mülki işin aidiyyəti üzrə Kəlbəcər rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etdmişdir Abşeron Rayon Məhkəməsinin 2(012)-2835/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsinin ləğv edilməsi və pul» tələbi barədə mülki iş üzrə Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 mülki işin ərazi aidiyyatı üzrə göndərilməsi barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır (hakim Elman Məmmədov). Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü iltarixlie-2(012)-2835/2023 saylı qərardadı ilə ərizəni əsassız hesab edərək rədd etmişdir. Məhkəmə qərardadında ona əsaslanmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1467/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X2Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılamsı qərara almış, iddiaçı həmin qərardan şikayət vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1565/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ciil tarixli, 2(012)-1467/2022 nömrəli qərardadı və həmin qərardad əsasında çıxarılmış xx.xx.2022-ciil taixli 2(012)-1467/2022 nömrəli qrradad ləğv edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onların icraata qəbulu məsələsinə yenidən baxılması üçün Abşeron rayon Məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2((105)- 1565/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Azərbaycan Respublikasını Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Abşeronrayon bölməsinin 18 yanvar 2022-ci il tarixli, 07 nömrəliarayışından görünür ki, Kəlbəcər rayonundan məcburi köçkün Cavabdeh ünvan 1 ünvnaında faktiki yaşayan, məcburi köçkün kimi keçir. Birinci instansiya məhkəməsi isə cavabdehin məcburi köçkün kimi səlahiyyətli orqan olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən harada rəsmi qeydiyyata alınmasına düzgün hüquqi qiymət verməmiş, “rəsmi qeydə alınma” anlayışı üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə göstərilənlərə istinad edərək, iddiaçı X2 cavabdeh X4 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və pul” tələbi barədə mülki işi icraata qəbul etməkdə haqlı saymışdır. Beləliklə, məhkəmə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1565/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadındakı hüquqi mövqeyini nəzərə alaraq Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 tərəfindənaidiyyət üzrə Kəlbəcər rayon Məhkəməsinə göndərilməsi barədə ərizəni təmin etməmişdir. Bildirir ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsində qeyd edilir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Cavabdeh isə Abşeron rayonunda qeydiyyatda deyil və heç vaxt da bu rayonda qeydiyyatda olmamışdır. Cavabdeh Kəlbəcər rayonu Nadirxanlı ərazi dairəsi, Nadirxnalı kəndində rəsmi qeydiyyatdadır. Qanunvericiliyin tələbinə əsasən bu iş cavabdehin yaşadığı yerə görə, yəni Cavabdeh qeydiyyatda olduğu yer üzrə, Kəlbəcər rayon Məhkəməsində baxılmalıdır. Buna görə də hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 18 iyul 2023-ci il tarixli, e-2(012)-2845/2023 saylı qərardadı ləğv edilməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)- 2835/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1467/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmış, iddiaçı həmin qərardaddan şikayət vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1565/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1467/2022 nömrəli qərardadı və həmin qərardad əsasında çıxarılmış xx.xx.2022-ci il tarixli, 2(012)-1467/2022 nömrəli qərardad ləğv edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onların icraata qəbulu məsələsinə yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1565/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadında göstərmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Abşeron rayon bölməsinin 18 yanvar 2022-ci il tarixli, 07 nömrəli arayışından görünür ki, Kəlbəcər rayonundan məcburi köçkün Cavabdeh ünvan 1 ünvanında faktiki yaşayan, məcburi köçkün kimi QMKDK-nin Abşeron rayon bölməsində adı keçir. Birinci instansiya məhkəməsi isə cavabdehin məcburi köçkün kimi səlahiyyətli orqan olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən harada rəsmi qeydiyyata alınmasına düzgün hüquqi qiymət verməmiş, “rəsmi qeydə alınma” anlayışı üzrə səhv nəticəyə gəlmişdir. Odur ki, göstərilənlərə istinad edərək, məhkəmə İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsinin ləğv edilməsi və pul» tələbi barədə mülki işi icraata qəbul etməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan əsasla mülki işin ərazi aidiyyatı üzrə göndərilməsi barədə ərizənin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 395-396, 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-2835/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1873/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1873/2023
22.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver