Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-432/2025 04.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X2 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-1482/2024 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 004852 nömrəli kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli 004852 nömrəli Bank Xidmətləri Müqaviləsinə KM004T09170034 saylı əlavədən görünür ki, həmin müqavilə əsasında bank Cavabdeh2 60 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 7000 manatı kredit verməyi öhdəsinə götürmüşdür.
2. İddiaçı ASC ilə Cavabdeh1 arasında 25 sentyabr 2017-ci il tarixdə bağlanmış zaminlik müqaviləsindən görünür ki, xx.xx.2017-ci il tarixli 004852 nömrəli Bank Xidmətləri Müqaviləsi üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh2 tərəfindən İddiaçı ASC qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh1 öz üzərinə götürmüşdür.
3. İş materiallarında olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış bildirişin surətindən görünür ki, 03 gün müddətində kredit borcunun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi cavabdehlərə bildirilmişdir.
4. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli KM004T09170034S01 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə cəmi borcu 18518.56 (on səkkiz min beş yüz on səkkiz manat 56 qəpik) manat - bundan 6087.05 (altı min səksən yeddi manat 05 qəpik) manat əsas, 8878.63 (səkkiz min səkkiz yüz yetmiş səkkiz manat 63 qəpik) manat faiz, 3325.93 (üç min üç yüz iyirmi beş manat 93 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 226.95 (iki yüz iyirmi altı manat 95 qəpik) manat faiz borcu yaranmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 18518.56 (on səkkiz min beş yüz on səkkiz manat 56 qəpik) manat - bundan 6087.05 (altı min səksən yeddi manat 05 qəpik) manat əsas, 8878.63 (səkkiz min səkkiz yüz yetmiş səkkiz manat 63 qəpik) manat faiz, 3325.93 (üç min üç yüz iyirmi beş manat 93 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 226.95 (iki yüz iyirmi altı manat 95 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 145.56 (bir yüz qırx beş manat 56 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh2 arasında 004852 nömrəli Bank Xidmətləri Müqaviləsi bağlanmışdır. KM004T09170034 nömrəli xx.xx.2017-ci il tarixli 5 saylı əlavə üzrə cavabdehə 60 ay müddətinə illik 30 % dərəcəsi ilə 7000 (yeddi min) manat məbləğində kredit açılmışdır. Cavabdehlər Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında ZM1/004T09170034 nömrəli xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 18518.56 (on səkkiz min beş yüz on səkkiz manat 56 qəpik) manat təşkil edir. Bundan 6087.05 (altı min səksən yeddi manat 05 qəpik) manat əsas, 8878.63 (səkkiz min səkkiz yüz yetmiş səkkiz manat 63 qəpik) manat faiz, 3325.93 (üç min üç yüz iyirmi beş manat 93 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 226.95 (iki yüz iyirmi altı manat 95 qəpik) manat faiz borcu təşkil edir.
7. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə cavabdehlər arasında istər kredit müqaviləsi, istərsə də zaminlik müqaviləsi xx.xx.2017-ci il tarixd bağlanmış və 60 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 7000 (yeddi min) manat məbləğində kredit xətti açılmışdır. Kredit və zaminlik müqaviləsi üzrə öhdəliklər cavabdehlər tərəfindən pozulmamış, əksinə Cavabdeh2 banka kredit ödənişləri etmiş, daha sonra İddiaçı ASC öz iş fəaliyyətini dayandırması səbəbindən ödənişlərin hansı hesaba ödənilməsi barədə məlumatlar cavabdehlərə təqdim edilməmişdir. Bundan başqa iddia ərizəsindən görünür ki, borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, bildiriş məktubları göndərilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi barədə heç bir tədbir görməmişlər. Xüsusi qeyd edir ki, cavabdeh tərəf olaraq o, heç vaxt qeydiyyatda olduğu və yaşadığı ünvanı dəyişməmiş, bu gündə həmin ünvanda qeydiyyatda olmaqla yaşayır və istər İddiaçı ASC, istərsə də iddia ərizəsi üzrə iddiaçı tərəfindən onun yaşadığı ünvana hər hansı rəsmi bildiriş və xəbərdarlıq göndərilməmiş, borcun olması və ya hansı hesaba ödəniş edilməsi barədə ona məlumat verilməmiş və borc ondan tələb edilməmişdir. Yəni, bank cavabdehlərlə bağladığı müqavilənin şərtlərini özü pozmuş, cavabdehlər tərəfindən onlarla bağlanmış müqavilənin şərtləri pozulmamışdır. Bundan başqa, iddia ərizəsindən görünür ki, bankla cavabdehlər arasında kredit müqaviləsi əsasında 7000 manat məbləğində kredit xətti açılsa da, Cavabdeh2 kredit müqaviləsi üzrə ödənişlər etmiş və əsəs borcun məbləği 6087.05 manat təşkil edir. Lakin şişirdilmiş məbləğdə hesablanmış faiz və cərimə borcları ilə cəmi borc 18518.56 manata çatmışdır ki, reallığı əks etdirmir. Ona görə də iddia tələbi əsassızdır və rədd edilməlidir. Bundan başqa iddia ərizəsindən görünür ki, kredit müqaviləsinin müddəti xx.xx.2022-ci ildə bitmiş, cavabdeh isə hazırki iddia tələbi ilə 2024cü ildə məhkəməyə müraciət etmişdir. Ona görə də hesab edir iddia tələbi iddia müddəti ötürülməklə məhkəməyə təqdim edildiyindən iş üzrə iddia müddətinin ötürülməsi əsas göstərilməklə iddia müddəti tətbiq edilərək iddia tələbi rədd edilməlidir.
8. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2024-cü il tarixli 9/4102 nömrəli ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, KM004T09170034S01 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 İddiaçı ASCyə müqavilə müddətinin bitmə tarixinə yəni xx.xx.2022-ci il tarixə olan borcu 13564,97 manat məbləğində müəyyən edilməklə həmin məbləğin 5837,08 manat əsas borc və 7727,89 manat faiz borcu təşkil edir.
9. Ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində əks edilmiş cədvəldən görünür ki, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə həyata keçirilmişdir.
10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-1482/2024 saylı qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) iddia qismən təmin edilmiş, Cavabdeh2 5837 (beş min səkkiz yüz otuz yeddi) manat 08 (səkkiz) qəpik məbləğində əsas borc, 7727 (yeddi min yeddi yüz iyirmi yeddi) manat 89 (səksən doqquz) qəpik məbləğində faiz borcu, 100 (bir yüz) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 226 (iki yüz iyirmi altı) manat 95 (doxsan beş) qəpik faiz borcu olmaqla, ümumilikdə 13891 (on üç min səkkiz yüz doxsan bir) manat 92 (doxsan iki) qəpik və 145 (bir yüz qırx beş) manat 56 (əlli altı) qəpik ödənilmiş dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, iddia tələbinin Cavabdeh1 qarşı hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərləri 100 (bir yüz) manatın Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 25 sentyabr 2017-ci il tarixli kredit və zaminlik müqaviləsi 60 ay müddətinə bağlanmış və müqavilənin bitmə tarixi xx.xx.2022-ci il kimi müəyyən edilmişdir. Lakin Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixində kredit müqaviləsi üzrə ödəniş həyata keçirildiyindən bu məhkəmə tərəfindən borcun etiraf edilməsini göstərən hərəkət kimi qəbul edilərək kredit müqaviləsi üzrə iddia müddətinin axımının kəsilməsi kimi müəyyənləşdirilir. İddiaçı ləğv prosesində olan "xxxx" ASC hazırki iddia ərizəsi ilə 18 yanvar 2024-cü il tarixdə müraciət edərkən 3 illik iddia müddətini ötürməmişdir. 25 sentyabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən 6087,05 manat əsas və 8878,63 manat borc məbləği qismən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyinə uyğun olaraq əsas borc 5837,08 manat, faiz borcu 7727,89 manat həcmində təmin edilməli və qeyd edilən məbləğ Cavabdeh2 alınaraq iddiaçıya qaytarılmalıdır. İddia tələbi əsas borca hesablanmış müqavilənin bitdiyi tarixdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 226,95 manat borcun tutulması hissəsində təmin edilməlidir.
12. Bundan başqa məhkəmə hesab etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 sentyabr 2017-ci il tarixli zaminlik müqaviləsinin 5.1.4-cü bəndindən görünür ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Məhkəmə araşdırmasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, müqavilə 60 ay müddətinə bağlanmış və müqavilə üzrə öhdəliyin son icra tarixi müqavilənin ayrılmaz tərkib hissəsi olan qrafikə əsasən xx.xx.2022-ci il kimi müəyyən edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC hazırki iddia ərizəsi ilə zamin-Cavabdeh1 qarşı 18 yanvar 2024-cü il tarixdə məhkəməyə müraciət edərkən həmin müddəti ötürmüşdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 442, 448.1, 448.2, 467, 471, 472, 477.0.4, 739-cu maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin əsas, faiz və cərimə borcuna dair hissədə ləğv edilməsini, həmin hissədə iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələblərinə görə gecikdirilən borc məbləğinə cərimə kimi illik 30% dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Göründüyü kimi, bankın cavabdehdən faiz borcu üzrə 8.878,63 manat pulun tutulmasına dair iddia tələbi bank ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin müddəalarına və qüvvədə olan qanunvericiliyin tələblərinə əsaslanır, iş materiallarına əlavə edilmiş sənədlərlə bu tələbin əsaslılığı sübuta yetirilir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bildirmişdir ki, məhkəmə iddiaçı bank tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Qanunda cərimə məbləğinin azaldılması imperativ norma kimi qeyd edilməmişdir və qanunu tətbiq edən orqanın öhdəliyinə buraxılmışdır. Birinci instansiya məhkəməsi 3.325,93 manat cəriməni azaldaraq 100 manat saxlaması ilə Mülki Məcəllənin 467-ci maddəsində göstərilən kreditorun bütün əsaslı mənafələrini nəzərə almayaraq, qeyd edilən maddənin müddəalarını pozmuşdur. Məhkəmənin qeyd etdiyi əsaslandırıcı məqam üzrə bildirilmişdir ki, məhkəmə tələb olunan dəbbə pulunun cavabdehin vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də, bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamış və bununla da qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Cavabdeh tərəfindən müqavilə imzalanarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına cavabdeh razılığını bildirmişdir. Qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarından biri kimi dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq, məqsədi güdmüşdür. Məhkəmə, öz qətnaməsində MM-nin 448.1-ci maddəsinə istinad etməmiş, ümumiyyətlə cavabdehin risk dairəsinə aid olan öhdəlikləri düzgün müəyyən etməmişdir. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrasının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Bu səbəbdən də tələb olunan 3.325,93 manat cərimə məbləğinin qətnamə ilə azaldılaraq 100 manat saxlanılması əsaslı hesab edilə bilməz. Dəbbə pulunun həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Ona görə də, cərimə elə məbləğdə müəyyən edilməlidir ki, pozuntu törədən şəxs pozuntuya uyğun məhrumiyyətə (pul itkisinə) qalsın, bununla da mülki hüquqi cəzanın yaratdığı məhrumiyyəti öz üzərində hiss etsin. Göründüyü kimi, məhkəmə iddia tələbini qismən təmin etməkdə haqlı olmamış, düzgün olmayan hesablamalar aparmış və qətnamədə səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin yalnız ekspert rəyinə istinad etməklə əsas və faiz borclarını, həmçinin cərimə məbləğini də əsassız olaraq azaltması Mülki Məcəllənin 467-ci maddəsinin bu rakursdan pozulmasına gətirib çıxarmışdır. Həmin maddədə qeyd olunur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mübahisələndirilən qətnamədə birinci instansiya məhkəməsi əsas və faiz borclarını azaldarkən ekspert rəyinə istinad etmiş, lakin özünün bu istinadını əsaslandırmamışdır. Qeyd edilmişdir ki, bank tərəfindən iddia ərizəsinə sübut kimi əlavə edilən sənədlər arasında ödəniş qrafiki, hesabdan çıxarışlar və maliyyə arayışı var. Ödəniş qrafikində bankın müştərinin kredit borcu üzrə ödənişlərinin ən geci hansı tarixdə icra etməli olduğu göstərilib ki, bu tarixdən sonra müştəriyə nisbətdə öhdəliyin icrasını gecikdirdiyinə görə müqavilədə qeyd edilən qaydada və miqdarda faiz, cərimələr yazılır. Hesabdan çıxarışda isə müştərinin etdiyi ödənişlər və həmin ödənişlərin edildiyi tarixlər qeyd edilir. Bu borclar peşəkar maliyyəçilər tərəfindən hesablandıqdan və yoxlanıldıqdan sonra maliyyə arayışı tərtib edilir. Ekspert rəyi isə üçüncü şəxs tərəfindən təqdim edilən subyektiv fikirdir və qanunvericilik bu rəyin yanlış olması ehtimalını qəbul edir (əks halda əlavə və təkrar ekspertiza barədə müddəalar olmazdı). Bu müddəaların olmasına baxmayaraq, ekspert rəyinə qeyd-şərtsiz şübhəsiz olan sübut kimi yanaşması ilə məhkəmə ekspert rəyini özü üçün məcburi bir sənədə çevirib, onu tədqiq etməyərək, Mülki Prosessual Məcəllənin 103-cü maddəsinin 1-ci bəndini pozmuş olur (Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir). Birinci instansiya məhkəməsi sübutlara bu dərəcədə fərq qoyub, ekspert rəyinə bu cür yanaşaraq Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin 1-ci cümləsində sadalanan sübutlara obyektiv və qərəzsiz baxılması müddəalarına da riayət etməmiş olur. Beləliklə də, məhkəmə həqiqətin müəyyən edilməsi istiqamətində tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını məqsədəmüvafiq hesab etməmiş, nəticədə bankın maraqlarına toxunaraq əsassız qətnamə qəbul etmişdir. Nəzərə almaq lazımdır ki, bank peşəkarlıq qaydasında kreditlər verilməsi ilə məşğul olan subyektdir və bu səbəbdən də bankların hər bir sahə üzrə əməkdaşları xüsusi ixtisaslaşmış şəxslərdir. İddiaçı bankın əməkdaşları da iddia ərizəsini tərtib edərkən dəfələrlə dəqiq hesablanmış maliyyə göstəricilərinə əsaslanmışlar. Göründüyü kimi, birinci instansiya məhkəməsi sübutlara bu dərəcədə fərq qoyub obyektivliyi və düzgünlüyü ciddi şübhələr doğuran ekspert rəyini hüquqi qüvvəsinə görə digər sübutlardan üstün tutmaqla, gəldiyi nəticədə tək ekspert rəyinə əsaslanmaqla Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin 1-ci cümləsində sadalanan sübutlara obyektiv və qərəzsiz baxılması müddəalarına da riayət etməmişdir. Birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh2 müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri və cəriməni iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh1 apellyasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən həqiqətə uyğun olmayan məlumatlarla çıxış edərək şişirdilmiş məbləğdə əsas, faiz, cərimə və sair borcları hesablayaraq təiəb etmişdir. Halbuki, iddia ərizəsindən göründüyü kimi cavabdeh İddiaçı ASC ilə cavabdehlər arasında istər kredit müqaviləsi, istərsə də zaminlik müqaviləsi xx.xx.2017-ci il tarixdə bağlanmış və 60 ay müddətinə, illik 30 faiz dərəcəsi ilə 7000 (yeddi min) manat məbləğində keridt xətti açılmışdır. Kredit və zaminlik müqaviləsi üzrə öhdəliklər cavabdehlər tərəfindən pozulmamış, əksinə Cavabdeh2 banka ödəniş cədvəlində nəzərdə tutulan məbləğdən artıq kredit ödənişləri etmiş, daha sonra İddiaçı ASC öz iş fəaliyyətini dayandırdığından və ödənişlərin hansı hesaba ödənilməsi barədə məlumatlar cavabdehlərə təqdim edilmədiyindən, ödənişlər üzürlü səbəblərdən dayandırılmışdır. Bundan başqa iddia ərizəsindən görünür ki, borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, bildiriş məktubları göndərilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi barədə heç bir tədbir görməmişlər. Xüsusi qeyd etmişdir ki, cavabdeh tərəf olaraq o heç vaxt qeydiyyatda olduğu və yaşadığı ünvanı dəyişməmişdir, bu gün də həmin ünvanda qeydiyyatda olmaqla yaşayır və istər İddiaçı ASC, istərsə də iddia ərizəsi üzrə iddiaçı tərəfindən onun yaşadığı ünvana hər hansı rəsmi bildiriş və xəbərdarlıq göndərilməmiş, borcun olması və ya hansı hesaba ödəniş edilməsi barədə mənə məlumat verilməmiş və borc ondan tələb edilməmişdir. Yəni, bank cavabdehlərlə bağladığı müqavilənin şərtlərini özü pozmuş, cavabdehlər tərəfindən bağlanmış müqavilənin şərtləri pozulmamışdır. Bundan başqa bankla cavabdehlər arasında kredit müqaviləsi əsasında 7000 manat məbləğində kredit xətti açılsa da, Cavabdeh2 kredit müqaviləsi üzrə ödəniş cədvəlində qeyd olunan məbləğdən artıq ödənişlər etsə də iddaçi iddia ərizəsində əsəs borcun məbləğini 5837 manat olmasına baxmayaraq 6087.05 manat təşkil etdiyini qeyd etmişdir. Bundan başqa iddiaçı əsas borca şişirdilmiş məbləğdə faiz və cərimə borcları hesablamışdır ki, buda reallığı əks etdirmir. İddia ərizəsindən görünür ki, kredit müqaviləsinin müddəti xx.xx.2022ci ildə bitmiş, cavabdeh isə hazırki iddia tələbi ilə iddia müddətini ötürdüklən sonra, 2024cü ildə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci mavddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Ona görə də cavabdehlər hesab etmişdirlər ki, iddia tələbi iddia müddəti ötürülməklə məhkəməyə təqdim edildiyindən iş üzrə iddia müddətinin ötürülməsi əsas göstərilməklə iddia müddəti tətbiq edilərək iddia tələbi rədd edilməlidir və bu barədə ərizə təqdim etmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi bu barədə ərizə təqdim etməyimizə baxmayaraq iddia müddətinin tətbiqi barədə ərizəmizi nəzərə almamış, yəni iddia müddəti ötürüldüyündən iddia tələbini rədd etmək əvəzinə iş üzrə məhkəmə ekspertizası təyin etmişdir. Bundan başqa Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0. maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən ihtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edifmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqam ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Ona görə də tərəfindən qeyd olunan maddələrə istinad olunmaqla iddia müddətinin tətbiqi barədə ikinci ərizə təqdim olunmuş və məhkəmədən iddiaçı tərəfindən kredit müqaviləsi əsasında şişirdilmiş məbləğdə əsassız əsas, faiz, cərimə və sair borclar hesablandığından, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iş üzrə iddia müddətini tətbiq edilib, iddiaçı LPO İddiaçı ASC-nin ləğedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsinə əsasən iddiaçının iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 5837 (beş min səkkiz yüz otuz yeddi) manat 08 (səkkiz) qdpik məbləğində əsas borc, 7727 (yeddi min yeddi yüz iyirmi yeddi) manat 89 (səksən doqquz) qəpik məbləğində faiz borcu, 100 (bir yüz) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 226 (iki yüz iyirmi altı) manat 95 (doxsan beş) qəpik faiz borcu olmaqla, ümumilikdə 13891 (on üç min səkkiz yüz doxsan bir) manat 92 (doxsan iki) qəpik və 145 (bir yüz qırx beş) manat 56 (əlli altı) qəpik ödənilmiş dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, iddia tələbinin Cavabdeh1 qarşı hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərləri 100 (bir yüz) manatın Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Hal-hazırda iddiaçının apellyasiya şikayətindən görünür ki, iddiaçı qətnaməni ona münasibətdə mübahisələndirməmiş, yəni qətnamənin Cavabdeh1 münasibətdə əsaslı olduğunu iddiaçı özü də etiraf etmişdir. Ona görə də hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin İş № e-2(060)-1482/2024, xx.xx.2024-cü il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
20. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)
21. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)
22. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)
23. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın.
24. Maddə 463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.
25. Maddə 464. Qanun üzrə dəbbə pulunun ödənilməsi 464.1. Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. 464.2. Əgər qanunla qadağan edilməyibsə, tərəflər qanun üzrə dəbbə pulunun miqdarını artıra bilərlər.
26. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 465.3. Əgər borclu pul cəriməsinin ödənilməsi əvəzinə başqa hərəkəti icra edəcəyini vəd edirsə, bu Məcəllənin 465.1 və 465.2-ci maddələrinin tələbləri tətbiq edilir.
27. Maddə 466. Zərər və dəbbə pulu 466.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. 466.2. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. 466.3. Öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər.
28. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
29. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
30. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
32. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
33. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.3. qətnaməni dəyişdirə bilər; (...)
36. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya baxışının hədləri
37. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cərimə borcunun tutulmasına dair hissədə dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. İşdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 004852 nömrəli kredit müqaviləsinə əsasən bank Cavabdeh2 60 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 7000 manatı kredit verməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 kredit müqaviləsi üzrə həmin tarixə cəmi borcu 18518,56 manat - bundan 6087,05 manat əsas, 8878,63 manat faiz, 3325,93 manat cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 226,95 manat faiz borcu yaranmışdır.
40. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyi icra edərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də, cavabdeh müqavilə üzrə öhdəliyi lazımı qaydada icra etməyərək ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında borcu yaranmışdır.
41. Başqa sözlə, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.
42. Birinci instansiya məhkəməsi işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və məhkəməmühasibatlıq ekspertizasının 21 avqust 2024-cü il tarixli 9/4102 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, KM004T09170034S01 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 İddiaçı ASC-yə müqavilə müddətinin bitmə tarixinə yəni xx.xx.2022-ci il tarixə olan borcu 13564,97 manat məbləğində müəyyən edilməklə həmin məbləğin 5837,08 manat əsas borc və 7727,89 manat faiz borcu təşkil edir.
43. MPM-in 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də, məhkəmə tərəfindən kredit müqaviləsi üzrə hesablanan əsas və faiz borcunun məbləği rəyə uyğun müəyyən edilmişdir.
44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq iş üzrə keçirilmiş ekspertiza rəyini mötəbər sübut kimi qəbul etmiş və iddia tələbini qismən təmin etmişdir. İddiaçı həmin ekspertiza rəyinin əsassızlığına dair mötəbər və tutarlı sübut təqdim etməmişdir.
45. Cərimə borcunun tutulması hissəsində apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər.
46. Verilmiş kredit borcu üzrə ödənişlərin gecikdirilməsi və bunun nəticəsində cərimə məbləğinin tələb edilməsi əsaslıdır. Lakin müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunduğundan, bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır.
47. Konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun.
48. Belə olan halda, məhkəmə kollegiyası qəbul edilmiş qətnamənin cavabdeh üçün yaradacaq iqtisadi və sosial nəticələrini qabaqcadan görərək cərimə borcunun azaldılması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab etsə də, lakin tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə hesablanmış 3325,93 manat məbləğində dəbbə pulunun (penya) azaldılaraq 100 manat məbləğində müəyyən edilməsi barədə gəldiyi nəticəni əsaslı hesab etmir.
49. Belə ki, əsas borca münasibətdə tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılması qanunvericilikdə nəzərdə tutulmuşdur. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
50. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
51. Apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya Cavabdeh2 üzərində borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq Cavabdeh2 tutulmalı olan cərimənin məbləğini 400 (dörd yüz) manat həddində müəyyən edilməsini ədalətli hesab edir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi cərimə borcuna dair hissədə dəyişdirilməli, Cavabdeh2 400 (dörd yüz) manat cərimə ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı və mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-1482/2024 saylı qətnaməsi cərimə borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh2 cərimə borcuna görə 400 (dörd yüz) manat tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.