Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-521/2024 16.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iddiaçı Əzimi Abbas Eynullah oğlunun cavabdehlər Hassanzadeh Roqhayeh Norouzali qızı, 1 saylı Sumqayıt Regional Cavabdeh8ndə Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X32 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Roqhayeh Hassanzadeh Norouzali qızı, 1 saylı Sumqayıt Regional Cavabdeh8ndə Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və miras payın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi, miras əmlaka vərəsəlik hüququnun tanınaraq, müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli e-2(060)-187/2023 nömrəli qətnaməsindən cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X11 və Cavabdeh4 xx.xx.1979-cu ildə nikah bağlamışdır və həmin nikahdan xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh6, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh7, xx.xx.1984cü il təvəllüdlü Azimi Leyla və xx.xx.1986-cı il təvəllüdlü Azimi Ali adlı övladları doğulmuşdur.
2. Əzimi X1 ilə qeyri rəsmi evliliyindən xx.xx.2002-ci ildə Əzimi Abbas doğulmuşdur.
3. Əzimi Eynollah xx.xx.2007-ci il tarixdə X5 ilə bağlanmış alğı-satqı müqaviləsi əsasında ünvan 1 olan bağ evini almış və həmin ev üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci ildə qeydiyyata alınaraq MH seriyalı, №0009803 saylı çıxarışla rəsmiləşdirilmişdir.
4. Azimi Eynollah xx.xx.2017-ci il tarixli etibarnamə ilə X15 mülkiyyətində olan Novxanı bağ massivində yerləşən 137V saylı bağ evinə dair sərəncam verməyi etibar etmişdir.
5. X19 qeyd edilən etibarnamə əsasında xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi bağlayaraq həmin bağ evini Azimi Eynollahın adından X17 bağışlamışdır.
6. X13 xx.xx.2018-ci il tarixdə Tehran şəhərində ölmüşdür. Onun vərəsələri olaraq nikahda olmuş arvadı - Cavabdeh4 Norouzalı qızı, övladları - X33, Cavabdeh6 Einollah qızı, Cavabdeh7 Einollah oğlu, Cavabdeh5 Einollah qızı və X20 qalmışdır.
7. Cavabdeh4 Norouzalı qızı, X33, Cavabdeh6 Einollah qızı, Cavabdeh7 Einollah oğlu və Cavabdeh5 Einollah qızı yuxarıda qeyd olunan etibarnamənin və bağışlama müqaviləsinin etibarsız sayılması barədə iddia qaldırmış və Qubadlı Rayon Məhkəməsinin 2(028)-346/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Sumqayıt şəhəri 4 saylı Notariat Kontorunda Azimi Einollah tərəfindən X15 verilmiş xx.xx.2017-ci il tarixli, 560267 saylı etibarnamənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmiş, Azimi Einollaha məxsus ünvan 1-nin İddiaçı bağışlanması haqqında Sumqayıt şəhəri 4 saylı Notariat Kontorunda bağlanmış 16 aprel 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilmiş və həmin müqaviləyə əsasən İddiaçı adına ünvan 1-yə dair verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. Qətnamə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir.
8. Bundan sonra Sumqayıt Cavabdeh8ndə Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə “Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında şəhadətnamə” əsasında mərhum X2 qalmış arvadı Hassanzadeh Roghayenin onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ tanınmışdır. Miras əmlak kimi, xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********90-11301 reyestr nömrəsi ilə Azimi Eynollahın adına qeydə alınmış Sumqayıt şəhəri, Novxanı bağ massivi, 137V ünvanda yerləşən ümumi sahəsi 167.1 kv.m olan bağ evi qeyd olunmuşdur.
9. Həmçinin Sumqayıt Cavabdeh8 Notariat Ofisində V-90/2022 nömrəli vərəsəlik işi açılmış və Eynulla Ezzatollah oğlunun vərəsələri: arvadı Cavabdeh4, övladları - Azimi Ali, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7 xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi 2V-125 olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə miras əmlakın Sumqayıt şəhəri, Novxanı bağ massivi, 137V ünvanda yerləşən ümumi sahəsi 167.1 kv.m olan bağ evindən ibarət olduğu, hər birinin payının 1/6 hissədən ibarət olduğu, 1/6 hissədə Azimi Abbasın payının açıq saxlandığı qeyd edilmişdir.
10. Sumqayıt Cavabdeh8ndə Notariat Ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən Azimi Ali, Cavabdeh7 Einollah, Cavabdeh5 Einollah və Cavabdeh6 Einollah xx.xx.2022-ci il tarixli, 2V-125 reyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən miras paylarını Cavabdeh4 bağışlamışlar.
11. Bundan sonra ünvan 3 evin 11/12 hissəsi üzərində Cavabdeh4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydə alınmış, bağ evinin 1/12 hissəsi açıq pay kimi qeyd olunmuşdur.
12. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9286/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar Ali Aziminin, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5, Roghieh Hassanzadehin cavabdehlər İddiaçı, X10, üçüncü şəxslər Sumqayıt 4 saylı Notariat Kontoru və DƏDRX-in Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin hissəvi ləğv edilməsi, çıxarışın ləğv edilməsi, torpaqdan istifadə hüququnun və evin hissəsinə vərəsəlik hüququnun tanınması, evə köçürmə, evdən və torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarma tələbinə” dair iddia tələblərinin rədd edilməsi qət edilmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-43/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar Ali Azimi, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, Roghieh Hassanzadehin apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Roghieh Hassanzadehin ünvan 1 ünvanında yerləşən bağ evinə köçürülməsi, iddia tələblərinin qalan hissədə rədd edilməsi qət edilmişdir. (bu qətnamədən verilmiş kassasiya şikayəti üzrə icraat dayandırılmışdır)
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsindəki icraat
14. İddiaçı Əzimi Abbas Eynullah oğlu (bundan sonra – iddiaçı) cavabdehlər X34, Cavabdeh7, Cavabdeh5 Eynullah qızı, Cavabdeh6 qarşı iddia ərizəsi ilə daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, 1 saylı Sumqayıt Regional Cavabdeh8ndə verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və mülkiyyət hüququ haqqında şəhadətnamənin, eləcə də xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2022-ci il tarixdə həmin notarius tərəfindən təsdiq edilmiş miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısının) ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçının vərəsəlik hüququ tanınaraq, müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin 1 saylı Sumqayıt Regional Cavabdeh8 notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən bağ evi iddiaçının babası (anası X7 atası) X3 məxsus olmuşdur. Babası tərəfindən həmin sahədə bir neçə tikili tikilmişdir. Tikilmiş tikililərdən-bağ evindən birinin ümumi sahəsi 45,52 kv.m, digəri isə 3 mərtəbəli yaşayış binası olmuşdur. 2007-ci il tarixdə atası Əzimi Eynullah bildirmişdir ki, Azərbaycanda 5 illik oturum icazəsi almaq üçün onun mülkiyyətində daşınmaz əmlakın olması zəruridir. Bu səbəblə babası A.Ağayev atası Ə.Eynullah ilə alğı-satqı müqaviləsi bağlayaraq, ümumi sahəsi 45,52 kv.m olan bağ evini Ə.Eynullaha satmışdır. Sözügedən alğı-satqı müqaviləsi bağlanılarkən atası tərəfindən Ağakişi Ağayevə hər hansı bir məbləğdə pul ödənilməmişdir. Ağakişi Ağayev 2008-ci il tarixdə vəfat etmiş, vəfat etməzdən əvvəl də həmişə bildirmişdir ki, Novxanı bağ massivi, ev 137V ünvanında yerləşən bağ evini nəvəsi - Əzimi Eynullahın oğluna vermək niyyətində olmuşdur. 2017-ci il tarixdə atası ilə anası Firəngiz Ağayeva arasında belə bir razılaşma olmuşdur ki, bağ evi bütövlükdə atasının adına qeydiyyata alınmasına razılıq verilir, o, (atası Ə.Eynullah) isə həmin bağ evini oğluna bağışlayır. 16 aprel 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən Novxanı bağ massivi, ev 137V ünvanında yerləşən bağ evi Ə.Eynullahın oğlu olaraq iddiaçıya bağışlanmışdır. Lakin cavabdeh Roqhayeh Hassanzadeh və digərləri tərəfindən iddiaçıya bağışlanmış və mülkiyyətində olmuş bağ evinə dair bir sıra məhkəmə mübahisələri açılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin icraatında iddiaçılar Ali Azimi, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5 və Roqhayeh Hassanzadehin cavabdehlər X10, Əzimi Abbas Eynullah oğluna və qeyrilərinə qarşı iddiaları ilə bağlı 2(060)-9286/2019 saylı mülki iş olmuş, Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2019cu il tarixli qərardadı ilə iddianı təmin etmə tədbiri kimi ünvan 1 ünvanında yerləşən bağ evinin özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. Həmin iddia üzrə icraat kassasiya instansiyasında dayandırılmışdır. Göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qərardadı ilə ünvan 1 ünvanında yerləşən bağ evinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa da götürülməməmişdir. Lakin bir müddət əvvəl iddiaçıya məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən bağ evinin 11/12 hissəsi cavabdeh Hassanzadeh Roqhayehin adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış, 1/12 hissəsi isə açıq pay kimi saxlanılmış, bağ evinin ½ hissəsinə Hassanzadeh Roqhayehin adına mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, həmin bağ evinin ½ hissəsinə dair isə Hassanzadeh Roqhayehin və digər şəxslərin adına xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və digər şəxslər öz miras paylarını Hassanzadeh Roqhayehə bağışlamışlar. Beləliklə də Hassanzadeh Roqhayeh ünvan 1 ünvanında yerləşən bağ evinin 11/12 hissəsinə mülkiyyət hüququ əldə etmişdir.
16. Cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək bildirmişdir ki, ünvan 3 ünvanda yerləşən bağ evi Cavabdeh4 mərhum əri Azimi Einollaha məxsus olmuşdur. Həmin ev onların nikahı dövründə - 2007-ci ildə əldə edilməklə onların ümumi birgə mülkiyyətidir. Belə ki, həmin şəxslər 1979-cu ildən etibarən rəsmi nikahda olmuşlar və Azimi Einollah vəfat edənədək həmin nikah pozulmamışdır. 2017-ci ildə Azimi Einollahın səhhətində problemlər yaranmış, onkoloji xəstəlikdən əziyyət çəkmişdir. 2017-ci ilin ortalarından başlayaraq onun şüurunda da problemlər əmələ gəmişdir. Onun xəstəliyi öz hərəkətlərinin mənasını başa düşmək imkanından məhrum etmişdir. Müalicələrin təsiri olmamış və Azimi Einollah 10 may 2018ci ildə vəfat etmişdir. Azimi Einollah vəfat etməmişdən əvvəl onun rəsmi nikahda olduğu Cavabdeh4, həmçinin rəsmi nikahdan anadan olmuş övladlarının hamısı daima həmin evə gəlib-getmişlər və Azimi Einollahın ailə üzvləri kimi orada qalmışlar. Azimi Einollahın vəfatından sonra onun vərəsələri öz aralarında miras əmlakların bölünməsi məsələsini həll etmək istəyən zaman məlum olmuşdur ki, mərhum Azimi Einollahın adından X15 etibarnamə vermiş və X19 da həmin etibarnaməyə əsasən ünvan 1-ni xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən Əzimi Abbas Eynullah oğluna bağışlamışdır. Həmin bağışlama müqaviləsi Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(029)-346/2020 saylı qətnaməsi ilə etibarsız hesab edilmiş, evə dair verilmiş çıxarış ləğv edilmişdir. Həmin qətnamə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Bundan sonra isə Azimi Einollahın mirasına dair 1 saylı Sumqayıt Regional Cavabdeh8ndə Notariat ofisində qanun üzrə vərəsəlik müəyyən olunmuş, həmin ev mərhum X23 Hassanzadehin ümumi birgə mülkiyyətlərində olduğundan notariat ofisi tərəfindən evin hissəsinə dair Cavabdeh4 adına xx.xx.2022-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, evin qalan hissəsi Azimi Einollahın miras kütləsinə daxil edilmiş və həmin mirasa dair vərəsəlik müəyyən olunmaqla vərəsələr arasında bölüşdürülmüşdür. Azimi Einollahın mirasından pay almaq hüququ olan cəmi 6 vərəsəsi var. Evin 50 faiz hissəsi 6 vərəsə arasında bölünmüş, 5 vərəsə öz miras payını qəbul etmiş, 4 vərəsə öz miras paylarını 1 vərəsəyə, yəni Cavabdeh4 bağışlamış, Abbas Əziminin payı isə açıq saxlanılmışdır. Beləliklə, iddiaçının Mülki Məcəllənin mirasın qəbul edilməsi ilə bağlı münasibətləri tənzimləyən 1243, 1246-cı maddələrinə istinad etməsi tamamilə əsassızdr. Çünki, qeyd edildiyi kimi mərhum Azimi Einollah vəfat edən zaman, yəni onun mirasının açıldığı vaxt ünvan 4 ünvanında yerləşən bağ evi onun miras kütləsinə daxil deyildi, həmin bağ evi qanunsuz və saxtakarlıq yolu ilə, onun ölümündən əvvəl ağır xəstə olmasından sui-istifadə edilməklə mənimsənilmişdir. X41 vəfat edən zaman həmin ev onun miras kütləsinə daxil olsaydı, vərəsələr həmin mirası mirasın qəbul edilməsinin formal üsulu ilə, yəni notariat orqanına ərizə verməklə qəbul edəcəkdilər, yaxud faktiki üsulla qəbul edərək həmin evə sahiblənəcəkdilər. Lakin, həmin vərəsələr Azimi Einollah vəfat etdikdən sonra həmin bağ evinə gələrkən evin Abbas Əzimiyə məxsus olması bildirilərək həmin evə buraxılmamışlar və Sumqayıt Şəhər Məhkəməsində qaldırılan iddia tələblərindən biri də, məhz həmin şəxslərin həmin bağ evinə köçürülmələri tələbi olmuşdur. Bundan başqa, Azimi Einollahın həyat yoldaşı və uşaqları daima həmin evə gəlib orada qalmışlar, hətta Əli Aziminin övladı da həmin bağ evində qeydiyyatda olmuşdur. Evin təmir-tikinti işlərində də mərhum Azimi Einollahın rəsmi nikahdan olan övladları yaxından iştirak etmişlər. Məlumdur ki, mirasın qəbul edilməsi vərəsənin mirasın qəbul edilməsinin formal üsulu ilə notariat orqanına müraciət etməsi, yaxud mirasın faktiki üsulu ilə mirasa sahiblənmək istiqamətində müəyyən hərəkətlər etməsi ilə şərtləndirilmişdir. Lakin, Ali Aziminin, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh4 mərhum Azimi Einollahın mirasını hər hansı üsulla qəbul etmək istiqamətində müvafiq iradə ifadəsi nümayiş etdirmələri və ya müəyyən hərəkət etmələri onların iradələrindən asılı olmayan səbəblərə görə, Nicat Novruzovun, Firəngiz Ağayevanın və Abbas Əziminin qanunazidd əməllərinə görə mümkün olmamışdır. Bu səbəbdən də, həmin şəxslərin tərəfindən Mülki Məcəllənin 1246-cı maddəsində nəzərdə tutulan mirasın qəbul edilməsi müddəti ötürülməmişdir.
17. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-6533/2022 nömrəli qərardadı ilə X34, Cavabdeh7, Cavabdeh5 Eynullah qızı, Cavabdeh6 cavabdeh qismində işə cəlb edilmişlər.
18. Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(060)-187/2023 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) iddia qismən təmin edilərək, 1 saylı Sumqayıt Regional Cavabdeh8ndə Notariat Ofisinin notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və mülkiyyət hüququ haqqında şəhadətnamənin, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2022-ci il tarixdə həmin notarius tərəfindən təsdiq edilmiş miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısı) ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçının vərəsəlik hüququnun tanınması qət edilmiş, iddia tələbinin müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair hissədə təmin edilməmişdir.
19. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, notarius tərəfindən bütün vərəsələrin dairəsinin müəyyən olunması və razılığının alınması istiqamətində iş düzgün aparılmamışdır. Miras qoyan E.Əzimi vəfat etdikdən sonra iddiaçı ünvan 1 ünvanında yerləşən bağ evində faktiki yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etmişdir. Cavabdehlər isə mirası nə faktiki olaraq, nə də 3 ay ərzində sözügedən mirası qəbul etmələri üçün notariat orqanına müraciət etməmişlər. Mirasın açıldığı zaman - 26 yanvar 2022-ci il tarixdə miras qoyan X8 övladı Əzimi Abbas Eynullah oğlu birinci dərəcəli vərəsə hesab olunduğu halda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin almış vərəsələr bu barədə notariat kontoruna doğru məlumat verməmiş və miras əmlakı şəhadətnamə əsasında qəbul etmişlər. Mirasın açılmasından xeyli müddət 3 il 8 ay keçdikdən sonra, notariat ofisinin notariusu tərəfindən Roqhayeh Hassanzadeh Norouzali qızının və digərlərinin adına qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinin verməsini məhkəmə tamamilə qanunsuz hesab etmişdir.
20. Həmçinin məhkəmə qeyd etmişdir ki, miras əmlak olan ünvan 1 ünvanında yerləşən bağ evinin özgəninkiləşdirilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qərardadı ilə qadağa mövcud olmuşdur.
21. Məhkəmə iddia tələbinin müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin 1 saylı Sumqayıt Regional Cavabdeh8ndə notariat Ofisinin üzərinə qoyulması hissəsində təmin etməmiş, bu hissədə mövqeyini belə əsaslandırmışdır ki, həmin vəzifənin qoyulması məhkəmənin səlahiyyətinə aid olmamış və gələcəkdə bu məsələ ilə iddiaçı notariat kontoruna müraciət etmək iqtidarında olmuşdur.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 139-1, 337, 354, 404, 1133, 1146, 1151, 1159-cu, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 58, 60-cı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8, 12-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
a) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Cavabdeh4 Norouzalı qızı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edildiyi hissədə ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsində təqdim edilmiş etirazın dəlilləri ilə eynilik təşkil etmişdir.
25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-950/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Ayaz Mahmudov) cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısı) ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçının vərəsəlik hüququnun tanınması hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissələrdə qismən təmin edilməsi, iddia tələbinin mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilməməsi, cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısı) ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçının mərhum X9 miras qalmış ½ hissə əmlaka vərəsəlik payının müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
26. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və xx.xx.2022-ci il tarixdə həmin notarius tərəfindən təsdiq edilmiş miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsinə dair düzgün nəticəyə gəlmişdir.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlərə mirasın açılmasından 3 il 8 ay keçdikdən sonra qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinin verilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Bundan başqa, iddiaçı birinci növbəli vərəsə olduğu halda onun barəsində notariat orqanına məlumat verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bağışlama müqaviləsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin əsasında verilmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunduğundan onun əsasında verilmiş bağışlama müqaviləsi də etibarsız hesab olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu barədə gəlmiş olduğu nəticə ilə razılaşmışdır.
29. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli Çıxarışın (müvafiq qeydiyyat yazısı) ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçının vərəsəlik hüququnun tanınmasına dair gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iş materiallarından müəyyən olunduğu kimi miras əmlak birgə nikah dövründə əldə olunduğudan həmin əmlakın ½ hissəsi Cavabdeh4 məxsus olmuşdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin şəhadətnamə qanunvericiliyin tələblərinə uyğun verilmişdir. Ona görə də iddia tələbi xx.xx.2022-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair hissədə əsassız olduğu üçün təmin edilməməlidir.
30. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısı) ləğv edilməsinə dair düzgün nəticəyə gəlsə də bunu əsaslandırmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, qətnamə həmin hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi qeyd edilən çıxarış vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında verilmiş bağışlama müqaviləsinin əsasında verilmişdir. Şəhadətnamə və müqavilə etibarsız hesab olunduğundan onların əsasında verilmiş çıxarış ləğv olunmalıdır.
31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçının vərəsəlik hüququnun tanınmasına dair düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə iddianı həmin hissədə təmin edərkən miras əmlakın kütləsini düzgün müəyyənləşdirməmiş, ünvan 1 ünvanında yerləşən bağ evinə dair tam şəkildə iddiaçının vərəsəlik hüququnu tanımışdır. Halbuki həmin ev mərhum X14 ilə Cavabdeh4 nikah dövründə əldə etdikləri birgə əmlak olduğundan həmin əmlakın ½ hissəsi Cavabdeh4 məxsus olmuşdur. Belə olduqda isə X4 qalan miras əmlak həmin evin ½ hissəsindən ibarət olmuşdur ki, məhz həmin əmlaka da iddiaçının vərəsəlik payı müəyyən edilməlidir. Məhkəmə kollegiyası vərəsəlik hüququnun tanınmasını vərəsəlik payının müəyyən edilməsi kimi hesab etmişdir.
32. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-1505 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-43/2922 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinə dair mülki işin icraatı hazırkı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı qüvvəyə minənədək dayandırılmışdır. Bundan başqa iddiaçının vəkilinin məhkəmə kollegiyasına təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçı X30 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq ünvan 6 ünvanındakı Əzimi Eynullaha məxsus bağ evinin sahəsinə müvafiq düzəliş edilərək, 45,52 kv.m kimi qeydiyyata alınmasına, eləcə də bu barədə müvafiq çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iş hazırda Sumqayıt İnzibati Məhkəməsinin icraatındadır. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili bildirmişdir ki, həmin sənədləri təqdim etməkdə məqsədi iş üzrə icraatın dayandırılmasını xahiş etmək deyil. Məhkəmə kollegiyası hesab etmişdir ki, həmin işə baxılması ilə əlaqədar olaraq hazırkı mülki işin icraatının dayandırılmasına lüzum olmamışdır. Belə ki, işlər üzrə tərəflər başqa olmuşdur. Bundan başqa ərizədən görünür ki, iddiaçının mübahisələndirdiyi əmlakın ümumi sahəsi 307,7 kv.m olmuşdur. Hazırkı mülki iş üzrə mübahisəli miras əmlakın ümumi sahəsi isə 167.1 kv.m olmuşdur.
33. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 139-1, 225, 354, 404, 1133, 1146, 1151, 1159, 1162-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 58, 60-cı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8, 12-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
a) kassasiya instansiyası məhkəməsindəki icraat
34. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmədiyi, “mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsində ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin həmin hissədə təmin edilməsi, qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Cavabdeh4 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3962/2023 nömrəli 14 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər Şəfiyev İspəndiyar (məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov) iddiaçı Əzimi Abbas Eynullah oğlunun kassasiya şikayətinin təmin edilməməsi, cavabdeh Hassanzadeh Roqhayeh Norouzali qızının kassasiya şikayətinin qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)- 950/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli qətnaməsinin - xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin, xx.xx.2022-ci il tarixdə bağlanmış “Miras payın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsi, cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısının) ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçının vərəsəlik hüququnun tanınması tələblərinə aid hissədə (birinci instansiya məhkəməsinin qətnaməsinin “cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısının) ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçı Əzimi Abbas Eynullah oğlunun vərəsəlik hüququnun tanınmasının ləğv edilməsi” hissəsində, “cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısının) ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçı Əzimi Abbas Eynullah oğlunun mərhum X9 miras qalmış ½ hissədə əmlaka vərəsəlik payının müəyyən edilməsi” hissəsində, habelə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması hissəsində) ləğv edilərək işin həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin “mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv olunması” tələbinin və “vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsi vəzifəsinin 1 saylı Sumqayıt Regional Cavabdeh8ndə notariat Ofisinin üzərinə qoyulması” tələblərinin rədd olunmasına aid hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
37. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və həllinə Mülki Məcəllənin qanun üzrə vərəsəliyi tənzimləyən normaları, habelə ər-arvadın nikah müddətində əldə edilmiş əmlakın rejimi ilə bağlı normaları tətbiq olunmalıdır.
38. İşə baxmış apellyasiya instansiyası məhkəməsi də işin hallarını bu normalar əsasında təhlil etmiş, miras qalmış bağ evinin birgə nikah müddətində əldə edildiyinə görə həmin evdən sağ qalmış arvadın payını ½ hissədə müəyyən etmişdir. Məhkəmənin gəldiyi bu nəticə Mülki Məcəllənin 225.1 və 1162-ci maddələrinə uyğundur. Buna görə də iddiaçının miras qalmış bağ evindən sağ qalmış arvadın (cavabdeh Qoqhayeh Hassanzadein) payının ½ hissədə müəyyən edilməsi hissəsinin ləğv olunması barədə dəlilləri əsassızdır. Həmçinin qeyd olunmalıdır ki, daşınmaz əmlaka dair reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir (Mülki Məcəllənin 140-cı maddəsi). Buna görə də iddiaçının mübahisəli ev üzərində mülkiyyət hüququ ilə bağlı gətirdiyi dəlillər, Mülki Məcəllənin 140-cı maddəsinə uyğun olmadığı üçün qəbul olunmur.
39. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehlər tərəfindən mirasın qəbul edilməməsi barədə nəticəyə gələrkən, işin hallarını tam araşdırmamışdır.
40. Belə ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. İstər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.
41. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
42. Həmçinin vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (Mülki Məcəllənin 1243.3-cü maddəsi).
43. Bu baxımdan cavabdehlərin yalnız mübahisəli Novxanı bağ massivi, 137V saylı bağ evini faktiki cəhətdən ələ keçirib ona sahib durması, idarə edib təsərrüfat aparmasının araşdırılması kifayət etmir.
44. Baxılan işdən görünür ki, cavabdehlər İran Respublikasında yaşayırlar. Bu baxımdan, mərhum X35 Respublikasında miras əmlakın qalıb qalmaması, qalıbsa həmin əmlakın cavabdehlər tətəfindən qəbil edilib-edilməməsi araşdırılmalı idi. Lakin məhkəmə tərəfindən bu cür araşdırma aparılmamışdır.
45. Bundan başqa, işin hallarından görünür ki, cavabdehlər miras əmlak olan evlə bağlı əqdlər bağlamaq səlahiyyətini ehtiva edən xx.xx.2017-ci il tarixli, 560267 saylı etibarnamənin və evin bağışlanması barədə xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız sayılması barədə iddia qaldırmış və həmin iddia bağışlama müqaviləsinin etibarsız sayılmasına aid hissədə təmin olunmuşdur.
46. Nəzərə alınmalıdır ki, həmin iddia, X33, Cavabdeh6 Einollah qızı, Cavabdeh7 Einollah oğlu və Cavabdeh5 Einollah qızının vərəsələr kimi mübahisəli evə münasibətdə bu iddianı verməyə subyektiv hüququ tanınmaqla həll oluna bilərdi. Həmin iş üzrə qətnamədə məhkəmə gəldiyi nəticəni əsaslandırarkən başqa əsaslarla yanaşı həm də qeyd etmişdir ki, “Azimi Eynollah xx.xx.1979-cu ildə Roqayehlə ailə qurmuşdur və həmin nikahdan onların uşaqları var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın”.
47. Göründüyü kimi, məhkəmə aktı ilə cavabdehlərin miras qalmış əmlakın hüququ rejimi ilə bağlı iddiası təmin edildiyindən, onların miras əmlaka münasibətdə iddia verməyə subyektiv hüquqları tanınmışdır. Belə ki, həmin iddianın faktiki əsasını iddiaçıların vərəsəlik hüquqlarının pozulması təşkil etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə göstərilən qətnamə hazırki iş üzrə MPM-in 82.3-cü maddəsinə görə preyudisial əhəmiyyətə malik olmasa da, iş üzrə digər sübutlarla yanaşı araşdırılmalıdır. Lakin apellyasiya məhkəməsi tərəfindən cavabdehlərin mirası qəbul edib-etməmələri məsələsinə hüquqi qiymət verilərkən göstərilən qətnaməyə istinad etməmiş və nəzərə alınmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
48. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinə əlavədə qeyd olunanların da nəzərə alınaraq iddianın rədd olunmsını xahiş etdi.
49. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
50. Cavabdeh 1 saylı Sumqayıt Regional Cavabdeh8ndə Notariat Ofisi məhkəmə kollegiyasına ərizə ilə müraciət edib, mülki işə notariat ofisinin nümyəndəsinin iştirakı olmdan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
51. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29, V hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Maddə 129, İ hissə. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
52. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
53. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
54. Maddə 139-1.1.4. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
55. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
56. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
57. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
58. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
59. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər bərabər pay hüquqlu birinci növbəli vərəsələr sayılırlar.
60. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.
61. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
62. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
63. Maddə 1243.3. Mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
64. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı:
65. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
66. Maddə 8. Qanun və məhkəmə qarşısında bərabərlik 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. 8.3. Bu Məcəllənin 8.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə işdə iştirak edən şəxslərə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.
67. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
68. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
69. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
70. Maddə 89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. (...)
71. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)
72. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
73. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
74. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
75. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
76. Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
77. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3962/2023 nömrəli mülki iş üzrə 14 noyabr 2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-950/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli qətnaməsi, xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin, xx.xx.2022-ci il tarixdə bağlanmış “Miras payın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsi, cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısının) ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçının vərəsəlik hüququnun tanınması tələblərinə aid hissədə (birinci instansiya məhkəməsinin qətnaməsinin “cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısının) ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçı Əzimi Abbas Eynullah oğlunun vərəsəlik hüququnun tanınmasının ləğv edilməsi” hissəsində, “cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarışın (müvafiq qeydiyyat yazısının) ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçı Əzimi Abbas Eynullah oğlunun mərhum X9 miras qalmış ½ hissədə əmlaka vərəsəlik payının müəyyən edilməsi” hissəsində, habelə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması hissəsində) ləğv edilərək həmin hissələrdə yeni apellyasiya baxışına qaytarıldığından birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən qeyd olunan hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
78. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və baxılan hissədə iddia tələbi təmin edilməməlidir.
79. Belə ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və həllinə Mülki Məcəllənin qanun üzrə vərəsəliyi tənzimləyən normaları, habelə ər-arvadın nikah müddətində əldə edilmiş əmlakın rejimi ilə bağlı normaları tətbiq olunmalıdır.
80. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 137V ünvanda yerləşən bağ evi Cavabdeh4 mərhum əri Azimi Einollaha məxsus olmuş, həmin ev Cavabdeh4 ilə mərhum Azimi Einolahın birgə nikahları dövründə, 2007-ci ildə əldə edilməklə onların ümumi birgə mülkiyyətində olmuşdur. Həmin şəxslər 1979-cu ildən etibarən rəsmi nikahda olmuşlar və Azimi Einollah vəfat edənədək həmin nikah pozulmamışdır. Həmin şəxslərin birgə nikahlarından X33, Cavabdeh6 Einollah qızı, Cavabdeh7 Einollah oğlu və Cavabdeh5 Einollah qızı adlı uşaqları anadan olmuşdur. Azimi Einollah xx.xx.2018-ci ildə vəfat etmişdir. Mübahisəli ev o, vəfat etməmişdən 24 gün əvvəl xx.xx.2018-ci il tarixdə (xx.xx.2017-ci il tarixdə verilmiş etibarnamə əsasında) artıq iddiaçı Əzimi Abbas Eynullah oğluna bağışlanmış və həmin vaxt miras kütləsinə daxil olmamışdır. Bundan sonra X33, Cavabdeh4 Norouzalı qızı, Cavabdeh6 Einollah qızı, Cavabdeh7 Einollah oğlu və Cavabdeh5 Einollah qızı etibarnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Qubadlı Rayon məhkəməsinə müraciət etmişlər və Qubadlı Rayon Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(029)-346/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azimi Einollaha məxsus Sumqayıt şəhəri Novxanı bağ massivi ev 137V-nin Əzimi Abbas Eynullah oğluna bağışlaması haqqında Sumqayıt şəhəri 4 saylı Notariat Kontorunda bağlanmış 16 aprel 2018-ci il tarixli “Daşınmaz Əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilmiş və həmin müqaviləyə əsasən Əzimi Abbas Eynullah oğlunun adına Sumqayıt şəhəri Novxanı bağ massivi ev 137V-yə dair verilmiş çıxarış ləğv edilmişdir.
81. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Qubadlı Rayon Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
82. Qətnamə qanuni qüvvəyə mindikdən sonra Azimi Einollahın mirasına dair 1 saylı Sumqayıt Regional Cavabdeh8ndə notariat ofisində qanun üzrə vərəsəlik müəyyən olunmuş, həmin ev mərhum X23 Hassanzadehin ümumi birgə mülkiyyətlərində olduğundan notariat ofisi tərəfindən həmin evin ½ hissəsinə dair Cavabdeh4 adına xx.xx.2022-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, evin qalan ½ hissəsi Azimi Einollahın miras kütləsinə daxil edilmiş və həmin mirasa dair vərəsəlik müəyyən olunmaqla vərəsələr arasında 1/6 hissədə bölüşdürülmüşdür. İddiaçı Abbas Əziminin payı isə açıq saxlanılmışdır. Daha sonra 4 vərəsə-X33, Cavabdeh6 Einollah qızı, Cavabdeh7 Einollah oğlu və Cavabdeh5 Einollah qızı öz miras paylarını digər vərəsə Cavabdeh4 bağışlamışlar.
83. İş materiallarında olan qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 167.1 kvadratmetr olan bağ evində 11/12 hissədə pay üzrə Roqhayeh Hasanzadehin xüsusi mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. 1/12 hissə isə açıq saxlanılmışdır. İstifadədə olan 0.159 ha torpaq sahəsi isə dövlət mülkiyyətində olmuşdur.
84. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-9286/2019 saylı qərardadı əsasında ünvan 1 ünvanda yerləşən bağ evi üzərində qadağanın qoyulması ilə bağlı qeydiyyat aparılmışdır. Sonradan Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(028)-346/2020 saylı icra vərəqəsi əsasında sözügedən bağ evi üzərinə həbs qoyulmuşdur. xx.xx.2021-ci il tarixdə idarəyə daxil olmuş Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(028)-346/2020 saylı icra vərəqəsi əsasında isə ünvan 1 ünvanda yerləşən bağ evinin Əzimi Abbas Eynullah oğluna bağışlanması haqqında xx.xx.2018-ci il tarixli bağışlanma müqaviləsi və onun əsasında Əzimi Abbas Eynullah oğlunun adına verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Qeyd olunan icra sənədinin icrası ilə əlaqədar əmlak üzərinə qoyulan məhdudiyyətlər eyni iddia tələbi olması əsası ilə götürülmüş və müvafiq icra vərəqəsi icra olunmuşdur.
85. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə cavabdehlər Roqhayeh Hassanzadeh Norouzali qızının, X21, Cavabdeh6 Einollah qızının, Cavabdeh7 Einollah oğlunun və Cavabdeh5 Einollah qızının miras qalmış əmlakın hüququ rejimi ilə bağlı iddiası təmin edildiyindən, onların miras əmlaka münasibətdə iddia verməyə subyektiv hüquqları tanınmışdır. Belə ki, həmin iddianın faktiki əsasını iddiaçıların vərəsəlik hüquqlarının pozulması təşkil etmişdir. Yalnız həmin məhkəmə aktından sonra onlar vərəsəlik hüquqlarını həyata keçirmək üçün notariat orqanına müraciət etmişlər. Əks halda isə mübahisəli miras əmlakla bağlı bu hüququn həyata keçirilməsi mümkün olmayacaqdı.
86. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi notarius tərəfindən bütün vərəsələrin dairəsinin müəyyən olunması və razılığının alınması istiqamətində işin düzgün aparılmaması, mirasın açılmasından xeyli müddət 3 il 8 ay keçdikdən sonra, notariat ofisinin notariusu tərəfindən Roqhayeh Hassanzadeh Norouzali qızının və digərlərinin adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verməsini qanunsuz hesab etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir.
87. Bununla yanaşı kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİl hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin Qərara görə, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir.
88. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda-olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir.
89. Konstitusiya Məhkəməsi Plenumu hesab etmişdir ki, “..qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın, bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir”.
90. MPM-in 13.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.
91. Məhkəmə kollegiyası hesab edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli sözügedən Qərarındakı hüquqi mövqe hazırkı mübahisənin tərəflərinə münasibətdə də tətbiq edilməlidir.
92. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin əsaslılığı sübuta yetirilmədiyindən, xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə, xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş “Miras payın bağışlanması Müqaviləsi” və сavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarış qanunvericiliyin tələblərinə uyğun olaraq verildiyindən və onların etibarsız hesab olunması üçün qanunvericilikdə göstərilən əsaslar müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi iddianı - 1 saylı Sumqayıt Regional Cavabdeh8ndə Notariat Ofisinin notariusu X18 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və xx.xx.2022-ci il tarixdə həmin notarius tərəfindən təsdiq edilmiş “Miras payın bağışlanması Müqaviləsi”nin etibarsız hesab edilməsi, сavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli Çıxarışın (müvafiq qeydiyyat yazısı) ləğv edilməsi hissədə təmin etməklə düzgün nəticəyə gəlməmişdir.
93. Göstərilənlərə əsasən məhkəmə kollegiyası həmçinin qeyd ki, miras əmlak olan mübahisəli ev üzərində iddiaçı Əzimi Abbas Eynullah oğlunun da vərəsə kimi payı mövcuddur, hətta mübahisələndirilən xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin özündə də Əzimi Abbas Eynullah oğlunun payının açıq saxlanılması bilavasitə göstərilmişdir. Odur ki, təkrarən iddiaçının ünvan 1 ünvanında yerləşən bağ evinə vərəsəlik hüququnun tanınması barədə məhkəmə qətnaməsinin çıxarılmasına məhkəmə kollegiyası zərurət görmür. İddiaçı müvafiq notariat ofisinə müraciət etməklə açıq qalmış öz payını qəbul edə bilər.
93. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmə işin bütün faktiki hallarını araşdırmayaraq yuxarıda qeyd edilən hissədə iddianın təmin edilməsi barədə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir.
94. Azərbaycan Respublikası MPM-in 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
95. Göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli e-2(060)-187/2023 nömrəli qətnaməsi qismən – 1 saylı Sumqayıt Regional Cavabdeh8ndə Notariat Ofisinin notariusu X18 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və xx.xx.2022-ci il tarixdə həmin notarius tərəfindən təsdiq edilmiş “Miras payın bağışlanması Müqaviləsi”nin etibarsız hesab edilməsi, сavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli Çıxarışın (müvafiq qeydiyyat yazısı) ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçı Əzimi Abbas Eynullah oğlunun vərəsəlik hüququnun tanınması, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər Roqhayeh Hassanzadeh Norouzali qızı, X34, Cavabdeh7, Cavabdeh5 Eynullah qızı, Cavabdeh6 müştərək qaydada alınaraq İddiaçı ödənilməsinə dair hissədə ləğv olunmalı, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli e-2(060)-187/2023 nömrəli qətnaməsi qismən – 1 saylı Sumqayıt Regional Cavabdeh8ndə Notariat Ofisinin notariusu X18 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və xx.xx.2022-ci il tarixdə həmin notarius tərəfindən təsdiq edilmiş “Miras payın bağışlanması Müqaviləsi”nin etibarsız hesab edilməsi, сavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli Çıxarışın (müvafiq qeydiyyat yazısı) ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçı Əzimi Abbas Eynullah oğlunun vərəsəlik hüququnun tanınması, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər Roqhayeh Hassanzadeh Norouzali qızı, X34, Cavabdeh7, Cavabdeh5 Eynullah qızı, Cavabdeh6 müştərək qaydada alınaraq İddiaçı ödənilməsinə dair hissədə ləğv olunsun. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.