Məhkəmə qərarları › İş №2(105)-639/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-639/2025

01.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-639/2025 01.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiqi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-2840/2024 nömrəli, 18 noyabr 2024-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim V.Seyidov) ərizənin təmin edilməsi, Ərizəçi ilə Maraqlı şəxs arasında Quba rayon Mediasiya təşkilatında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilməsi “1.Tərəflər razılaşırlar ki, birgə nikah dövründə əldə edilmiş əmlak olan Maraqlı şəxs ilə X1 arasında Quba rayon Notariat Kontorunda bağlanmış 21 may 2013-cü il tarixli, AN-İ ******* saylı, 4Ə/01-463 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında Maraqlı şəxs satılmış Quba rayonu, Timiryazev kəndində yerləşən 0,025 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini bazar dəyərində satılaraq, onu dəyəri yəni satış pulu tərəflərin 50 faiz paylara uyğun, yəni yarıyarıya bölünəcəkdir 2. İkinci tərəf - Maraqlı şəxs razılaşır və öhdəlik götürür ki, birgə nikah dövründə əldə edilmiş əmlak olan Maraqlı şəxs ilə X1 arasında Quba rayon Notariat Kontorunda bağlanmış 21 may 2013-cü il tarixli, AN-İ ******* saylı, 4Ə/01-463 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında Maraqlı şəxs satılmış Quba rayonu, Timiryazev kəndində yerləşən 0,025 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə bu razılaşmanın birinci bəndinə uyğun satılması üçün hüquqlarını dövlət qeydiyyatına alacaq, yəni həmin əmlaka (ev və torpaq sahəsinə) daşınmaz əmlakın dövlət reyestrindən (ən geci 3 ay ərzində) çıxarış alacaqdır. 3. Tərəflər razılaşırlar ki, birgə nikah dövründə əldə edilmiş əmlak olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 18 oktyabr 2021-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən Maraqlı şəxs adma qeydiyyatdan keçmiş Quba rayonu. Vladimirovka kəndində yerləşən 0.0170 ha həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsinin üzərində yerləşən mağaza binasının (qeyri yaşayış obyekti) bazar dəyərində satılaraq, onun dəyəri, yəni satış pulu tərəflərin 50 faiz paylara uyğun, yəni yarı-yarıya bölünəcəkdir. 4. Tərəflər razılaşırlar ki, birgə nikah dövründə əldə edilmiş əmlak olan Maraqlı şəxs adma qeydiyyatdan keçmiş “HYUNDAİ SONATA” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi bazar dəyərində satılaraq, onu dəyəri yəni satış pulu tərəflərin 50 faiz paylara uyğun, yəni yarı-yarıya bölünəcəkdir. 5. İkinci tərəf - Maraqlı şəxs razılaşır ki, həmin əmlaklara dövlət reyestrindən bu razılaşmanın 2-ci bəndində göstərilən müddətdə öz adma çıxarış alacaq, həmin əmlakların satışına heç bir maneə yaratmayacaq. 6. İkinci tərəf - Maraqlı şəxs razılaşır ki, bu sazişdə qeyd edilən bütün əmlaklara dövlət reyestrdən çıxarış alandan sonra 6 ay ərzində əmlakların satışı həyata keçirtəcək və onun satışına maneə olmayacaq. 7. Tərəflər qəbul edirlər ki, bu barışıq sazişində göstərilən əmlaklar birgə nikah dövründə əldə olunmuş əmlaklardır. 8. Tərəflər razılığa gəlirlər ki, yuxarıda göstərilən birgə yaşayış dövründə əldə olunan əmlakların satışı (qiyməti) hər iki tərəfin razılığı və iştirakı ilə həyata keçiriləcəkdir. 9. Tərəflər razılaşırlar ki, barışıq sazişi təsdiq edildiyi gündən Ərizəçi ilə “KNPS-Grup” arasında bağlanmış 19 mart 2024-cü il tarixli kredit müqaviləsi üzrə illik 18% 36 ay müddətinə alınmış 25000 (iyirmi beş min) manat məbləğində kredit üzrə öhdəlikləri yarı-yarıya icra edəcəklər. 10. Bu barışıq sazişinin şərtlərinin icra olunmamasına görə tərəflər məsuliyyət daşıyır.” qət edilmişdir. Cavabdeh Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur (Mülki Prosessual Məcəllənin 128.1. və 129.2. maddələri). İşdən göründüyü kimi birinci instansiya məhkəməsinin 18 noyabr 2024-cü il tarixli qətnaməsi cavabdehin yaşayış ünvanına göndərilmiş, iş materiallarına əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən həmin ünvanda təhvil alınmışdır. Lakin həmin xəbərnaməyə diqqət yetirildikdə, təhvil alınma tarixinə gözlə görünəcək şəkildə düzəliş olunduğu aydın şəkildə nəzərə çarpır. Belə ki, “xx.xx.2024” yazısına “xx.xx.2025” şəklində düzəliş edilmiş, həmçinin MPM-nin 135.3-cü maddəsinin tələbi baxımından ünvan sahibinin əvəzinə məhkəmə sənədinin təhvil alan şəxsin (“qohum” yaxud “qonşu” yazılması) həmin şəxsə münasibətini aydınlaşdırmaq mümkün deyil. Göründüyü kimi birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları ətraflı araşdırmamış, cavabdehin əvəzindən qətnaməni kimin və hansı tarixdə alması, bununla da prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsini müzakirə olunmamışdır. Məlum olduğu kimi, Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. Mülki Prosessual Məcəllənin 363.1.3. maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinə uyğun olmadığından, cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qətnamədən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPMnin 360, 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360, 361, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Cavabdeh Maraqlı şəxs tərəfindən Quba Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 360, 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar