Məhkəmə qərarları › İş №2(105)-969/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-969/2025

29.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-969/2025 29.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Dolxanova (Bayramova) Nuranə Vaqif qızına, Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16 2 saylı Sumqayıt Ərazi İdarəsinə, üçüncü şəxs X4 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X15 və X2 ibarət tərkibdə, X21 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 İsgəndər oğlunun, cavabdeh Dolxanova (Bayramova) Nuranə Vaqif qızının, onun və üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Dolxanova (Bayramova) Nuranə Vaqif qızına, Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16 2 saylı Sumqayıt Ərazi İdarəsinə (üçüncü şəxs X6 cəlb edilməklə) qarşı müqavilənin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-165/2025 nömrəli qətnaməsindən Cavabdeh3 və üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan AZ-T 065438 saylı saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və Bayramova Nuranə Vaqif qızı xx.xx.1993-cü ildə Ağdam rayonu Novruz İcra nümayəndəliyində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 04 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Dolxanova soyadı verilmişdir.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən 5 saylı mənzil Sumqayıt Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Yaşayış sahəsinin dəyişdirilməsi bürosu tərəfindən verilmiş xx.xx.1990-ci il tarixli 72/142 nömrəli order, Sumqayıt Şəhər icra Hakimiyyəti MTİİB 14 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli 78 nömrəli mənzilə (evə) hüququ olan şəxslərə mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizəsini və Sumqayıt şəhər 3 saylı dövtət notariat kontorunun təsdiq etdiyi xx.xx.1992-ci il tarixii M-8/3060 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında İsmayılov Sabir oğlunun adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 6 saylı dövləf notariat kontorunun təsdiq etdiyi xx.xx.2001-ci il tarixli, 4Ə-43 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil Bayramova Nuranə Vaqif qızının adına qeydiyyata alınaraq, xx.xx.2001-ci il tarixli, 5476 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. ünvan 3q etdiyi xx.xx.2019-cu il tarixli 4Ə-1297 reyestr nömrəlı bağışlanma müqaviləsi əsasında sözügedən mənzil X3 adına qeydiyyata alınaraq, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir və mənzil hal-hazırda X3 mülkiyyətindədir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və üçüncü şəxslər Cavabdeh3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X16 2 saylı Sumqayıt Ərazi İdarəsinə, X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3q etdiyi xx.xx.2019-cu il tarixli 4Ə-1297 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız sayılması və X3 adına DƏDK və RPHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən qeydiyyata alınaraq verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Dolxanova (Bayramova) Nuranə Vaqif qızı ilə rəsmi nikaha daxil olmuşdurlar. xx.xx.2001-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 5 saylı mənzili X5 almışdırlar. Arvadı Bayramova (Dolxanova) Nuranə ilə razılaşmalarına əsasən, alqı-satqı müqaviləsi Bayramova (Dolxanova) Nuranə Vaqif qızı ilə X12 arasında bağlanmış və həmin müqavilə Sumqayıt şəhər 6 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.2001-ci il tarixdə 4Ə-43 reyestr nömrə ilə reyestrə daxil edərək təsdiq etmişdir. Daha sonra həmin mənzilə dair Bayramova (Dolxanova) Nuranə Vaqif qızının adına xx.xx.2001-ci il tarixli 5476 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Onlar həmin mənzildə birgə yaşamışdırlar. 2016-cı ildən başlayaraq o, dolanışıq üçün pul qazanmaq məqsədi ilə Ukrayna Respublikasına gedibgəlmişdir. Orada pul qazanıb ailəsinə baxmışdır. Sonuncu dəfə may 2024-cü il tarixdə Azərbaycana, Sumqayıt şəhərinə, evinə qayıdan zaman arvadı Cavabdeh3 onu evə buraxmamış və aralarında olan nikahı pozmaq istədiyini bildirmişdir. O, qardaşının evində məskunlaşmağa məcbur olmuşdur. Bu müddət ərzində Nuranə ilə münasibət yaratmağa çalışsa da, mümkün olmamışdır. Nuranə bu yaxınlarda ona nikahlarının pozulması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. Bundan sonra mənzilə dair kommunal borcların olub-olmaması ilə maraqlandığı zaman məlum olmuşdur ki, mənzili mənzil təsərrufat kontorunda X3 adına qeydiyyata alınmışdır. DƏDK və RPHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsinə verilmiş sorğuya cavabda göstərilmişdir ki, “ünvan 3q etdiyi xx.xx.2019-cu il tarixli 4Ə-1297 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında sözügedən mənzil X3 adına qeydiyyata alınaraq, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil hal-hazırda X3 mülkiyyətindədir. Beləliklə görünən odur ki, (Bayramova) Cavabdeh3 birgə nikah dövründə birgə gəlirlər hesabına əldə etdikləri, ümumi mülkiyyətlərində olan mənzili, onun razılığı olmadan, ondan gizli qanunsuz yollarla öz bacısı Bayramova Nuranənin adına bağışlama müqaviləsi üsulu ilə rəsmiləşdirmişdir. Ona görə də, həmin bağışlama müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilədən irəli gələn hüquqmüəyyənedici sənədlər ləğv edilməlidir. Dolxanova (Bayramova) Nuranə Vaqif qızı məqsədyönlü şəkildə qanunsuz hərəkətlərə yol verərək ümumi mülkiyyətlərində olan mənzili ondan gizli qaydada öz bacısının adına bağışlama üsulu ilə rəsmiləşdirmişdir. Notariat isə Nuranənin bu qanunsuz hərəkətlərini rəsmiləşdirmişdir.

5. Cavabdeh3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iddiaçı şəxs tərəfindən maraqlı şəxs Cavabdeh3 tərəfindən heç bir qanunsuz hərəkət edilməmişdir. 18 iyul 2019-cu il tarixdə etibarnamə verilmiş və həmin etibamamədə əmlaka dair sərəncam verilməsi səlahiyyəti göstərilmişdir. Bundan başqa bildirmişdir ki, bağışlanma müqaviləsi qanunvericiliyin tələbləri əsasında baş tutmuşdur. Bu səbəbdən iddiaçının mövqeyi tamamilə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, kommersiya mübahisələri üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Nümayəndə qeyd edilənlərə əsasən iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 İsgəndər oğlu bir neçə dəfə iddia tələbini dəqiqləşdirmiş və sonda məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, işdə maraqlı şəxs kimi çıxış edən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin və Cavabdeh3 işdə statuslarını dəyişdirilərək onlar cavabdeh qismində işə cəlb edilsinlər. Bundan başqa, iddiaçı özünün imzasının saxtalaşdırılmasına dair verdiyi vəsatət əsasında çıxarılmış ekspertizanın rəyi ilə razılaşmır, eyni zamanda ekspertiza idarəsinə etimadı olmadığına və digər alternativ ekspertizanın mövcud olmadığına görə, idarənin ekspertlərinin hərəkətlərini şübhə altına alaraq, ekspertiza prosesi üzrə nöbvəti prosessual hərəkətlərdən imtina edərək, iddia tələbində dəyişiklik etmək və aşağıda göstərilmiş qanun pozuntularına əsaslanaraq qoyulan tələbi müdafiə etmək qərarına gəlmişdir. İlk olaraq bildirir ki, işdə diqqət olunmalı məsələ, cavabdeh-Nuranənin iddiaçının bütün əmlakına aid şübhəli etibarnamə əldə etdikdən sonra, mübahisəsi gedən mənzilin iddiaçıya-təmsil olunana aid hissəsinin özünün bacısı Nərminəyə bağılanması prosesinin qanunun üç əsas tələbinin (müddüasının) pozulması ilə həyata keçirilməsidir. Həmin pozulmuş müddəalar: 1) MM-nin 359-cu maddəsi. Maddənin məzmununa görə əqd bağlanan zaman təmsilçinin deyil, təmsil olunanın üstün maraqları təmin olunmalıdır. Qanunun bu tələbi bağlanmış bağışlama müqaviləsi ilə birbaşa pozulmuşdur. Nuranə mülkiyyətçiyə məlumat vermədən onun əmlakını özünün bacısına bağışlamışdır. Bu da etibarnamə verənin (təmsil olunanın) əmlakının təmsilçi tərəfindən özü-özünə bağışlamaq kimi qiymətləndirilir. 2) MM-in 340-cı maddəsi. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görüntü üçün bağlanmış əqddir. Uydurma əqd etibarsızdır. Bağışlama müqaviləsi(əqdi) bağlanmış olsa da Nuranənin, niyyəti mənzili Nərminənin istifadəsinə təhvil vermək olmamışdır. Bağışlama müqaviləsi sadəcə görüntü üçün bağlanmışdır. Bu səbəbdən uydurma əqddir. 3) MM-in 666.1-ci maddəsi. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. MM-nin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Mənzilin Nərminəyə bağışlanması haqqında müqavilə bağlanmasından və çıxarış verilməsindən 6 il müddət keçməsinə baxmayaraq, Nərminə mənzilə köçməmiş, yəni həmin mənzilə naturada yiyələnməmiş, mənzili faktiki əldə etməmiş və mənzilə qeydiyyata düşməmişdir. Əvvəl olduğu kimi hazırda da mənzildən iddiaçının ailə üzvləri istifadə edir. Buna görə də qeyd olunan hər bir qanun pozuntusunu ayrı-ayrılıqda araşdırmaq, təhlil etmək və əsaslandırmaq zərurəti yaranır. Birincisi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 7 mart 2016-cı il tarixli Qərarına (Q.İbadovun şikayəti) istinad edərək bildirir ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsi ilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. MM-nin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O həmçinin kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Belə olan halda nəzərə alınmalıdır ki, Nuranəyə etibarnamə verərkən E.Dolxanov (təmsil olunan) bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və Nuranənin özünün maraqları daxilində deyil, E.Dolxanovun maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. Lakin mübahisəyə baxdıqda görünür ki, E.Dolxanovun etibarnaməsi əsasında bağışlama müqaviləsi bağlanarkən göstərilən maddi hüquq normalarının tələblərinə riayət edilməmişdir. Bağışlama müqaviləsi haqqında İddiaçı 5 il ərzində məlumatlandırılmamışdır. İddiaçı bu bağışlama müqaviləsinin mövcudluğundan təsadüfən 2024-cü ildə xarici ölkədən qayıdarkən evə buraxılmadıqdan sonra 14 nömrəli MKS-dən verilən məlumatdan xəbər tutmuşdur. Əgər bağışlama müqaviləsi bağlananadək, yaxud dərhal sonra təmsilçi (Nuranə) təmsil olunana (Elgizə) müqavilə barədə məlumat vermiş olsaydı, təmsil olunan hədiyyəni dərhal geri götürmək səlahiyyətindən istifadə edə bilərdi. Bundan əlavə, göründüyü kimi hədiyyə alan (Nərminə) bugünədək hədiyyəyə faktiki sahiblənmədiyinə görə hədiyyəni qəbul etmiş hesab edilmir. MM-nin 669-cü maddəsinə əsasən nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər. Bu əsasla həmin hədiyyəni hələ də İddiaçı geri götürmək səlahiyyəti mövcuddur. Xüsusən də nəzərə alınmalıdır ki, əslində Nuranənin hədiyyəni Nərminəyə vermək niyyəti olmamışdır. Bağışlama müqaviləsi yalnız görünüş üçün bağlanmışdır. Nərminə hədiyyəni naturada qəbul etməmişdir. İkincisi, Nuranənin (təmsilçinin) iddiaçının (təmsil olunanın) mənzildə olan payını özünün bacısına bağışlaması yolverilməzdir, çünki bu halda təmsilçi təmsil olunanın maraqları daxilində deyil, özünün maraqları daxilində hərəkət etmiş olur. Bağışlama müqaviləsi bağlandıqdan sonra mənzilin uzun müddət Nuranənin özünün istifadəsində qalması, təmsil olunanın və onun ailə üzvlərinin orada hələ də qeydiyyatda olması və orada yaşaması isə onu deməyə əsas verir ki, bağışlama müqaviləsi görünüş üçün, yəni təmsil olunanı aldatmaq üçün bağlanmışdır. Əslində burada təmsilçi –Nuranə təmsil olunan - Elgizin payını ələ keçirmək niyyətini güdür. Ona görə də həmin müqavilə uydurma əqddir. Uydurma əqd əhəmiyyətsiz əqddir (MM maddə 340). Üçüncüsü, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 07 mart 2016-cı il tarixli Qərarında göstərmişdir ki, mülki qanunvericilik eyni zamanda bağışlamanın etibarlılığının bir neçə məcburi şərtini də müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 668.1 və 668.1.3-cü maddələri bağışlama müqaviləsinin etibarlılığını daşınar əşyaların bağışlanması zamanı hədiyyə verənin əşyanı (əmlakı) hədiyyə alana verməsi ilə şərtləndirir. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 337.2-ci maddəsi nəzərdə tutur ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Qeyd edir ki, mübhisənin hallarından şübhəsiz görünür ki, bağışlama müqaviləsi nəticəsində varlanması nəzərdə tutulmuş Nərminənin varlanma niyyəti, yəni ona, guya hədiyyə olunan mənzili qəbul etmək niyyəti olmamışdır, ona görə də faktiki olaraq mənzili naturada qəbul etməmişdir, həmin mənzilə yiyələnməmişdir. 2019-cu ildə bağışlanma müqaviləsi bağlandıqdan bu günədək əvvəlki mülkiyyətçilər həmin mənzildə fasiləsiz yaşayırlar və qeydiyyatdadırlar. Nərminə isə özünün Mingəçevir şəhərindəki mənzilində yaşayır. Beləliklə MM-nin 337.2, 337.2-3, 337.4, 340.1, 666.1, 668.1 və 668.1.3-cü maddələrinin tələblərinə görə hədiyyə alan Nərminənin ona bağışlanmış mənzilə sahib çıxmaq niyyəti olmadığına görə hədiyyəni qəbul etmək niyyəti olmadığına görə, Nuranənin isə özünün bacısına bağışladığı mənzili əslində ona təhvil vermək niyyəti olmadığına görə bağışlama müqaviləsi etibarlı sayıla bilməz. Ona görə ki, bu müqavilə yalnız görüntü üçün bağlanmış müqavilədir. D.Elgizin isə hədiyyə alan hədiyyəni qəbul edənədək bağışlama müqaviləsini ləğv etmək və hədiyyəni geri götürmək hüququ vardır. (MM maddə 669) Bundan əlavə, işdə olan sənədlərdən görünür ki, bağışlama müqaviləsi 2019-cu ildə bağlanmış və Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat barədə çıxarış verilmişdir. D.Elgiz 14 may 2024-cü il tarixdə xarici ölkədən Azərbaycana qayıtmışdır. Məhz bundan sonra mübahisələndirilən müqavilənin mövcudluğundan xəbəri olmuşdur. Mülki Məcəllənin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu baxımdan əhəmiyyətsiz əqdlər üçün nəzərdə tutulmuş iddia müddətinin tətbiqi ilə bağlı təhlilin aparılmasını lazım hesab edir. Belə ki, işin qeyd olunan hallarından da görünür ki, hədiyyə alan hədiyyəni naturada əldə etməmiş, deməli hələ də qəbul etməmişdir. Mülki Məcəllənin 354.1-ci maddəsi iddia müddətini etibarsız əqdin nəticələrinin tətbiqinə başlandığı gündən bir il müəyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354 cü maddələrinin əlaqəli şəkildə şərhinə dair” Qərarında göstərilmişdir ki, 1. MM-nin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. 4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. 5. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. 7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Bundan başqa, MMnin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Beləliklə, qeyd olunan şərhlərdən görünür ki, əqdin etibarsızlığının tanınması barədə iddia qaldırmaq üçün tərəfindən iddia müddəti buraxılmamışdır. Bu səbəbdən məhkəməyə təqdim edilmiş bağışlama müqaviləsinin etibarsız sayılması haqqında iddia tələbinin, həmin müqavilənin etibarsızlığının tanınması haqqında tələb ilə dəyişdirilməsi əsaslıdır. Yuxarıda qeyd olunaları nəzərə alaraq, iddiaçı X3 adına bağlanaraq, Sumqayıt şəhər 4 saylı dövlət notariat kontoru tərəfindən təsdiqlənmiş xx.xx.2019-cu il tarixli 4Ə-1297 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsızlığının tanınması, X3 adına DƏDK və RPHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli 4Ə-1297 reyestr nömrəli bağışlama müqaviləsi əsasında qeydiyyata alınmış mənzilin qeydiyyatının və həmin qeydiyyata müvafiq olaraq verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 İsgəndər oğlu məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbinə etdiyi sonuncu dəyişiklik barədə ərizədə səhvən anlaşılmayan ifadə işlədərək, “bağışlama müqaviləsinin etibarsızlığının tanınmasını” məhkəmədən xahiş etmişdir. Odur ki, həmin tələbi (ifadəni) dəyişdirmək qərarına gəlib. İddia tələbinin həmin hissədə bağışlama müqaviləsinin etibarsız sayılması haqqında qətnamə qəbul edilməsini xahiş edir.

8. Məhkəmə iclaslarında iştirak edən İddiaçı bildirmişdir ki, o, Azərbaycanda olmadığı halda onun adına xx.xx.2018-ci il tarixdə şəxsiyyət vəsiqəsi alınmışdır. Qeyd edilən vaxtda o, Ukraynada olub. Onun 2 ay əvvəl belə bir bağışlama müqaviləsinin olduğundan xəbəri olub. Ona həyat yoldaşı evi 5000 manata aldıqlarına görə “5000 manatı veririk çıx, get” sözlərini demişdir. Hazırda evində yaşaya bilmir. O, həmişə ailəsinə baxıb. Lakin, arvadı göndərdiyi pulları bacısına verib. Evi 2001-ci ildə o, 5250 dollara alıb. Hətta arvadının bacısına da ev almağa onun atası vaxtında köməklik edib. Məhkəmənin nəzərinə çatdırır ki, etibarnamə verilən vaxt Azərbaycanda olsa da, o, qarşı tərəfə etibarnamə verməyib. Qarşı tərəf ondan sonuncu dəfə 2023-cü ildə etibarnamə istəmişdir. O, 2018-ci ilin iyul ayında Azərbaycana gəlib. Nuranə onu Mingəçevirə göndərmişdir. Sonra da Ağdama hərbi hissəyə gediblər və orada ona müəyyən sənədlərə imza çəkdirmişdir. Lakin, Nuranə məhkəmə iclasında bildirmişdir ki, guya ayın 12-də o, Sumqayıtda “Pioner” adlı yerdə etibarnamə verib. Halbuki, qeyd edilən vaxtda o, Mingəçevirdə olub. Habuki “Pioner” adlı yerdə heç kimə etibarnamə verməyib. O, notariusa gedərək imzasına baxıb. İmza ona məxsus deyil. Hətta məhkəmə prosesləri bitən kimi Nuranə də dərhal notariusa getmiş və etibarnamə ilə tanış olmaq istəmişdir, lakin etibarnamə Nuranəyə verilməmişdir. Hesab edir ki, saxta şəxsiyyət vəsiqəsi düzəltdirən şəxs elə saxta etibarnamə də düzəltdirə bilər. Bir daha qeyd edir ki, imza ona məxsus deyil. İmzanın yanında qeyd edilmiş ad və soyadı da o, yazmayıb. O, xx.xx.2018ci ildə Azərbaycana gəlib. Həmin vaxt onu pensiya almaq adı ilə hərbi hospitala aparmışdılar. Orada olan bir nəfər oğlan və o, başqa otaqda idilər. Ona həmin vaxt bir neçə sənədə qol çəkmişdir. Əslində həmin vaxt məqsəd pensiya düzəltdirmək idi. Daha sonra, ona pensiya məsələsinin alınmadığı deyildi, lakin sonradan öyrənmişdir ki, arvadı onun adına bugünə qədər 17200 manat pensiya almışdır.

9. Məhkəmə iclaslarında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 İsgəndər oğlu iddia tələbinə dair izahatında bildirmişdir ki, iddiaçı və cavabdeh Nuranə birgə nikahda olublar və nikahda olduqları dövrdə 2001-ci ildə iddiada qeyd edilən mübahisəli mənzili alıblar. İddiaçı pul qazanmaq üçün uzun illər Ukrayna və Qazaxıstanda olmuşdur. Elgiz sonuncu dəfə 2018-ci ildə Azərbaycana gəlmiş və 2021-ci ildə yenidən qayıdıb getmişdir. Elgizin xəbəri olmadan həyat yoldaşı Nuranə evi bacısı Nərminənin adına bağışlayıb. Ev alınanda Bayramova Nuranənin adına alınıb və güman edir ki, pasportda da Nuranənin soyadı Bayramova olub. Daha sonra cavabdeh evi bacısına bağışlayıb və sonradan yenə də Dolxanova soyadına qayıdıb. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X16 2 saylı Sumqayıt Ərazi İdarəsinin verdiyi sorğuya cavab məktubundan görünür ki, 2001-ci il tarixli alqı-satqı müqaviləsində sözügedən mənzil Bayramova Nuranənin adına qeydiyyata alınıb və xx.xx.2019-cu il tarixli bağışlanma müqaviləsində də eyni mənzil Bayramova Nərminənin adına qeydiyyata alınıb və çıxarış verilməklə mənzil Nərminənin mülkiyyətində olub. Həmçinin, iddiaçının xəbəri və iştirakı olmadan onun adına vəsiqə alınıb. Məhkəmənin nəzərinə xüsusilə çatdırır ki, iddiaçı qarşı tərəfə etibarnamə verməyib və etibarnamədəki imza onun tərəfinə məxsus deyil. Bağışlanma qanunsuz etibarnamə əsasında olmuşdur. Lakin ortada olan qanunsuzluq təkcə etibarnamə ilə bağlı deyil. Əqd yalançı əqddir. Bir halda ki, etibarnaməni Elgiz vermişdi və bu etibarnamə digər bir şəxsə etibar edilirdisə, bu halda Elgizə xəbər verilməli idi. Nuranə etibarnaməni qızına, sonuncu da xalasına verib. Lakin, Nərminə də Elgizə məlumat verməyib. Bu etibarnamə üzrə bağlanmış əqd etibarsız hesab edilməlidir. Etibarnamədəki imza Elgizə məxsus deyil. Etibarnamədən şəxslər bu qaydada öz mənafeləri üçün istifadə edə bilməzlər. Sorğu edilən etibarnaməni almaq üçün şəxsiyyət vəsiqəsinin surətini əldə ediblər. Elgiz Azərbaycanda olmayanda Nuranə Elgizin cavanlıq şəklini vəsiqəyə əlavə etməklə Elgizin adından şəxsiyyət vəsiqəsi əldə edib. Həmçinin təqdim etdiyi hesabdan çıxarış Nuranənin Elgizin adından saxta “pensiya” alması ilə bağlıdır. İşlə bir əlaqəsi olmasa da qarşı tərəf barədə müəyyən fikir formalaşdırması cəhətdən həmin hesabdan çıxarışı məhkəməyə təqdim edib. Qeyd edir ki, mübahisəli mənzilə dair çıxarış xx.xx.2019-cu ildə alınıb. O, vaxtdan sonra iddiaçı bir neçə dəfə Azərbaycana gəlib qayıtsa da bu barədə ona heç bir məlumat verilməyib. İş üzrə təyin edilmiş ekspert rəyi onların ziyanına verilib, alternativ rəy alınması imkanı yoxdur. Hesab edir ki, etibarnamə verilməsi ilə bağlı məsələlərdə təmsilçinin deyil, təmsil olunanın maraqları daha üstündür. Nuranə iddiaçıya məlumat vermədən mənzili bacısına bağışlayıb. Bağışlanma müqaviləsi ancaq görünüş üçün bağlanılıb. Belə ki, Nərmin mənzilə qeydiyyata düşməyib, faktiki olaraq həmin mənzilə yiyələnməyib. Müqavilənin bağışlanmasından 6 il keçməsinə baxmayaraq, cavabdeh həmin mənzilə köçməyib, həmin vaxtdan bu günə kimi iddiaçının ailəsi mübahisəli mənzildə yaşayır. Ali Məhkəmənin Plenum Qərarına əsasən təmsilçi öz adından təmsil olunanın əmlakına dair bağışlanma müqaviləsi bağlaya bilməz. Elgiz bu barədə beş il əzrində məlumatlandırılmayıb. Göründüyü kimi Nərmin hədiyyəni qəbul etmiş sayılmır. Hədiyyə verən hədiyyə qəbul edilənədək onu geri tələb edə bilər. Bu baxımdan Elgizin bu səlahiyyəti qalıb. Qeyd edilənlərə əsasən hesab edir ki, mübahisəli əqd uydurma ədqddir. Uydurma əqd də əhəmiyyətsizdir və bağlandığı andan etibarsızdır. Bir məqamı da qeyd edir ki, mənzilə dair çıxaırşı da Nuranə etibarnamə əsasında alıb. Deməli, Nərmin sadəcə bu məsələdə fiqurdur, yalnız görüntü üçün onun adından müqavilə bağlanılıb. Nərmin mənzil aldığı halda onunla bağlı hər hansı bir hərəkət etməməsi inandırıcı deyil, Nərmin ən azı həmin mənzili kirayəyə və icarəyə verə bilərdi. İddiaçı həmçinin məsələ ilə bağlı məhkəməyə müraciət etmək üçün iddia müddətini də ötürməyib. Belə ki, mülki qanunvericiliyə görə əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirilə bilər. İddiaçı isə əqd barədə 2024-cü ildə məlumatlanmışdır.

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 etbarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Nuranə xanıma iddiaçı tərəfindən etibarnamə verilib. Notarius da ilkin etibarnaməyə istinad edib. İddiaçı Nuranə xanıma etibarnamə verərkən ona bütün hüquq və vəzifələri izah edilib. Hesab edir ki, hazırda hər hansı bir notarius belə bir qanunsuzluğa yol verməz. Şəxsin çoxsaylı əmlakı ola bilər. Bu heç nəyin göstəricisi deyil. Bacısı maddi dəstək olduğu üçün iddiaçı sözügedən mənzili bacısına bağışlayıb.

11. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh3 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı oğlu 1996-cı ildə doğulandan bu yana Azərbaycana yalnız 1 dəfə gəlib. Ailəli olduqları vaxtda iddiaçı heç vaxt ailə xərclərini qarşılamayıb. Sonradan xarici ölkədə başqa ailəsi olduğunu öyrəniblər. Uşaqlarını tək böyüdüb, uşaqlar nə məktəbə, nə də ki universitetə gedəndə Elgiz görməyib. O, yalnız anası vəfat etdikdə və bir dəfə də 2018-ci ildə Azərbaycana gəlib. Mübahisəli evi 2001-ci ildə 5550 dollara almışdır və 3000 dolları da onun qohumları vermişdir. Bacısı uzun illər ailəsinə köməklik etdiyi üçün evi bacısına bağışlamışdır. Qeyd edir ki, oğlu ipoteka ilə ev almalı idi, lakin ala bilmədiklərindən hələ də sözügedən mənzildə yaşayırlar. Bacısı evin bağışlanmasına görə ödəniş etməyib. Bildirir ki, qarşı tərəf ona etibarnamə verib, o da həmin etibarnamə əsasında evi bacısına bağışlayıb.

12. Şəxsin sərhədkeçmə məlumatları barədə elektron sistemdən edilmiş çıxarışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikasının sərhədləri daxilində olmuşdur.

13. Birinci instansiya məhkəməsi tərəfindən sorğu əsasında əldə edilmiş sənədlərdən görünür ki: - xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh3 ünvan 1 ünvanda yerləşən 5 saylı mənzili X4 bağışlamışdır. - xx.xx.2019-cu il tarixli etibarnamədən görünür ki, X1 Rəşad Elgiz oğluna onu bütün dövlət və qeyri dövlət orqanlarında, o cümlədən notariat ofislərində və digər orqanlarda onun adından daşınmaz əmlakın bağışlanması müqaviləsini rəsmiləşdiməyi, müqaviləni imzalamağı, əmlakı qəbul etməyi və digər hərəkətləri etibar etməyi etibar etmişdir. Etibarnamə 5 il müddətinə verilmişdir və xx.xx.2024-cü il tarixədək qüvvədədir. - Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanda yerləşən 5 saylı mənzil Bayramova Nuranə Vaqif qızının adına qeydiyyata alınmışdır. - Notarial qaydada təsdiqlənmiş xx.xx.2019-cu il tarixli **********324 saylı ərizədən görünür ki, İddiaçı əvəzinə etibarnamə əsasında nümayəndəsi Dolxanova Pərvin Elgiz qızı ünvan 1 ünvanda yerləşən 5 saylı mənzilin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipoteka ilə yüklü edilməsinə, istənilən qaydada özgəninkiləşdirilməsinə etiraz etməmişdir.

14. 14 saylı Mənzil Kommunal Sahəsinin 332 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Doluxanova Nuranə Vaqif qızı məcburi köçkündür və ailə üzvləri (X8, X13 və İddiaçı) ilə birlikdə ünvan 1 ünvanda yerləşən 5 saylı mənzildə məskunlaşmışdır.

15. xx.xx.2019-cu il tarixli etibarnamədən görünür ki, İddiaçı Cavabdeh3 harada yerləşməsindən və onun nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi, onun barəsində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı və digər hərəkətlər etməyi etibar etmişdir. Etibarnamə 8 il 11 ay 24 gün müddətinə verilmişdir və xx.xx.2028-cü il tarixədək qüvvədədir.

16. Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 2544 nömrəli məktubundan görünür ki, İddiaçı Cavabdeh3 veridiyi xx.xx.2018-ci il tarixli 7E-8928 reyestr nömrəli etibarnaməyə İddiaçı xx.xx.2024-cü il tarixli, 8İ-8288 reyestr nömrəli ərizəsi əsasında Sumqayıt şəhər 1 saylı Notariat Ofisində xitam verilmişdir.

17. Birinci instansiya məhkəməsi iddiaçının vəsatətini təmin edərək, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1910 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 116-cı vərəqəsində olan xx.xx.2018-ci il tarixli etibarnamədə “imza” qrafasındakı yazılar və imza ilə İddiaçı yazı və imza nümunələri (i.v.121-122) - eyni şəxs tərəfindən icra olunmuşdur.

19. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-165/2025 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıversiyeva) iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilə dair ünvan 3q etdiyi xx.xx.2019-cu il tarixli 4Ə1297 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilə dair X3 adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh3 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xərci olaraq 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülməsi qət edilmişdir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bağışlanma müqaviləsinin bağlandığı ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil tərəflərin birgə nikahı dövründə əldə edilmiş və həmin mənzilə dair Cavabdeh3 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mübahisəli mənzil xx.xx.2019-cu il tarixli 4Ə-1297 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən cavabdeh tərəfindən özgəninkiləşdirilmişdir. Məhkəmə işin digər halları ilə yanaşı “təmsilçilikdə məhz təmsil edilənin qanuni maraqlarının təmin edilməli olduğu” prinsipini əsas götürərək hesab etmişdir ki, mübahisələndirilən bağışlama müqaviləsini bağlamış şəxslə iddiaçı arasında iradə vahidliyinin olduğu qənaətinə gəlmək mümkün deyildir. Başqa sözlə, iddiaçının birgə nikah dövründə əldə etdiyi əmlakı bağışlamaq kimi niyyəti olmamışdır və cavabdeh ona verilən etibarnamədən iddiaçının iradəsinin əleyhinə istifadə etdiyindən mübahisələndirilən bağışlama müqaviləsi etibarlı sayıla bilməz.

21. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh tərəf məhkəmə iclasında verdiyi heç bir izahatında və iddiaya etirazında bağışlama müqaviləsinin bağlanması zamanı iddiaçının razılığının və ümumiyyətlə məlumatının olduğunu ifadə etməmişdir, yalnız adına etibarnamə olduğundan və bacısı onlara çox köməklik etdiyindən mənzilin bacısına qalması məqsədi ilə bu müqaviləni rəsmiləşdirdiyini bildirmişdir.

22. Məhkəmə tərəfindən hımçinin müəyyən edilmişdir ki, iddiaçı mübahiləndirilən əqdin mövcudluğundan xəbərdar olan kimi müqavilənin etibarsızlığı barədə hazırki iddia ilə məhkəməyə müraciət etmiş, eyni zamanda cavabdehə verdiyi etibarnaməni ləğv etdirmişdir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1, 324, 3129.1, 337.1, 340, 359.1, 359.3, 362.1, 362.2, 666.1-ci maddələrinə, Ailə Məcəlləsinin 32.1, 33.1, 33.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

24. Cavabdeh3 və üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, bağışlanma müqaviləsi qanunvericiliyin tələbləri pozulmadan aparılmışdır. Maraqlısı odur ki, etibarnamədə göstərilən səlahiyyətlərə uyğun olaraq aparılan tədbirin ləğv edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Cavabdeh3 məhkəmə çıxışında bildirmişdir ki, iddiaçı uzun müddət ölkə xaricində yaşamış, ailənin necə dolanmasından məlumatı olmamışdır. İddiaçı etibarnaməni verən zaman necə bacarırsız elə də yaşayın demiş və getmişdir. Bütün bu müddət ərzində cavabdeh bacısı X3 maddi dəstəyi ilə yaşadığı üçün mənzili ona bağışlamış, lakin həmin mənzildə yaşamağa davam etmişdir. Çünki, gedəcək başqa yerlərinin olmadığı üçün bacısı Nərminə də buna etiraz etməmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi məhkəmə qətnaməsi cavabdehlərin hüquqlarının pozulmasına səbəb olmuşdur.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3, onun və üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdilər.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 İsgəndər oğlu apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.

28. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16 2 saylı Sumqayıt Ərazi İdarəsi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

30. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

31. Maddə 329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 329.4. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır.

32. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

33. Maddə 340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

34. Maddə 359. Əqdlərdə təmsilçilik anlayışı 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 359.2. Özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər. 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 359.4. Xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına yol verilmir.

35. Maddə 362. Etibarnamə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 362.3. Aşağıdakılar notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur: 362.3.1. hospitallarda, sanatoriyalarda və digər hərbi- müalicə müəssisələrində müalicədə olan hərbi qulluqçuların və başqa şəxslərin həmin müəssisənin rəisi, onun tibbi hissə üzrə müavini, böyük və ya növbətçi həkim tərəfindən təsdiqlənmiş etibarnamələri; 362.3.2. hərbi qulluqçuların etibarnamələri, hərbi hissələrin, birləşmələrin, idarələrin və hərbi təlim məktəblərinin yerləşdiyi, lakin notariat ofislərinin və notariat əməliyyatları aparan digər orqanların olmadığı məntəqələrdə isə həmçinin fəhlə və qulluqçuların, onların ailə üzvlərinin və hərbi qulluqçuların ailə üzvlərinin bu hissənin, birləşmənin, idarənin və ya məktəbin komandiri (rəisi) tərəfindən təsdiqlənmiş etibarnamələri; 362.3.3. azadlıqdan məhrumetmə yerlərində olan şəxslərin müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiqlənmiş etibarnamələri. 362.3.4. sosial xidmət müəssisələrində olan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərin həmin müəssisənin müdiriyyəti və ya müvafiq əhalinin sosial müdafiəsi orqanının rəhbəri (onun müavini) tərəfindən təsdiqlənmiş etibarnamələri. 362.4. Əmək haqqının və əmək münasibətləri ilə bağlı digər haqların, müəlliflərin və ixtiraçıların haqlarının, pensiyaların, müavinətlərin və təqaüdlərin, fiziki şəxslərin banklardakı əmanətlərinin və poçt göndərmələrinin, o cümlədən pul və bağlamaların alınması üçün etibarnamə etibar edənin işlədiyi və ya təhsil aldığı təşkilat, onun yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı və müalicə olunduğu stasionar müalicə müəssisəsinin müdiriyyəti, sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslərə münasibətdə isə həmin müəssisələrin müdiriyyəti tərəfindən də təsdiqlənə bilər. 362.5. hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. 362.6. Teleqrafla, habelə sənədin rabitə işçisi tərəfindən yola salındığı digər rabitə növləri ilə göndərilən etibarnamə rabitə orqanları tərəfindən təsdiqlənir. 362.7. Üçüncü şəxslər onların barəsində hərəkətlərin edilməsi üçün verilmiş, etibar edənin rəsmi rabitə orqanlarının vasitəçiliyi olmadan faksimile və digər rabitə vasitəsilə müvəkkilə göndərdiyi etibarnaməni həqiqi saya bilərlər.

36. Maddə 666. Bağışlama müqaviləsi 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 666.3. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

37. Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

38. Maddə 33. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.

39. Maddə 35. Ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti sayılması Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

40. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

42. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

45. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

48. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

49. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

52. Hazırkı iddia tələbi əqdin (bağışlama müqaviləsinin) etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədədir.

53. İşdən görünür ki, Sumqayıt şəhəri 4 saylı notariat ofisində bağlanmış reyestrdə 4Ə-1297 nömrə ilə qeyd edilmiş xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Dolxanova (Bayramova) Nuranə Vaqif qızı iddiaçı ilə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanda yerləşən, 58.65 kv. metr, 2 otaqlı 5 saylı mənzili bacısı X4 bağışlamışdır.

54. İşin mübahisəsiz hallarına görə, bağışlanma müqaviləsinin predmeti olan ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil tərəflərin birgə nikahı dövründə əldə edilmiş və həmin mənzilə dair Cavabdeh3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bağışlama müqaviləsinin bağlanması zamanı iddiaçının razılığı və ümumiyyətlə məlumatı olmamışdır. Mübahisələndirilən əqdin bağlanması iddiaçı tərəfindən əvvəllər cavabdehə verilmiş etibarnaməyə əsasən həyata keçirilmişdir.

55. Belə ki, Cavabdeh3 iddiaçının ona verdiyi etibarnamə əsasında etibar edilmişi təmsil etmək üçün xx.xx.2019-cu il tarixində Dolxanova Pərvin Elgiz qızına etibarnamə vermiş və həmin etibarnamə əsasında iddiaçının əvəzinə mübahisəli mənzilin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipoteka ilə yüklü edilməsinə, istənilən qaydada özgəninkiləşdirilməsinə dair yazılı razılıq verilmişdir.

56. İşin mübahisəsiz halları ilə məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, mənzili bağışlayan Cavabdeh3 mübahisəli mənzildən başqa yaşayış yeri yoxdur. Mənzili bacısı X4 bağışlasa da, ötən müddət ərzində həmin mənzildə yalnız cavabdeh və onun ailə üzvləri yaşayır. İddiaçı 2024-cü ildə xarici ölkədən Azərbaycan Respublikasına qayıtmış, mübahisəli mənzildə bir müddət yaşamış və bundan sonra mübahisələndirilən müqavilənin mövcudluğundan xəbər tutmuşdur.

57. X6 Cavabdeh3 bacısı olmaqla onun evli olduğunu, mübahisəli mənzilin birgə nikah dövründə əldə edildiyini, başqa yaşayış yerlərinin olmadığını bilmişdir, hətta cavabdehin bildirdiyinə görə bacısı Nərminə Bayramova uzun illər onun ailəsinə köməklik etmişdir.

58. İlk olaraq qeyd edilməlidir ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər.

59. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.

60. Hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).

61. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə xx.xx.2019 və N.Əsədovanın şikayəti üzrə xx.xx.2021-ci il tarixli qərarlar).

62. Ailə Məcəlləsinin 33.3-cü maddəsinə əsasən, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.

63. Kollegiya həmçinin qeyd edir ki, ər-arvadın birgə mülkiyyətində olan daşınmaz əşyalara sərəncam verilməsi zamanı müvafiq qaydada razılığın alınmaması Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən, heç bir əlavə şərtdən asılı olmadan əqdin etibarsızlığına səbəb olur və bu qayda əldə edənin vicdanlı olduğu hallara da şamil edilir.

64. İşin araşdırılmış hallarından göründüyü kimi mübahisəli mənzilin bağışlanacağı, iddiaçının adından başqa şəxsə etibarnamə verildiyi barədə cavabdeh və ya digər şəxs tərəfindən iddiaçıya məlumatların verilməməsi, bu barədə onun razılığının alınmaması işin mübahisəsiz halıdır.

65. Halbuki, Mülki Məcəllənin 364.1-ci maddəsinə əsasən, etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər.

66. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən, səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur.

67. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, cavabdeh səlahiyyətləri başqa şəxsə ötürmək hüququ da daxil olmaqla etibarnamə əsasında iddiaçının təmsilçisi olmuş, cavabdeh iddiaçının adından bütün səlahiyyətləri digər şəxsə (qızları Pərvin Dolxanovaya) ötürmüş və həmin şəxs artıq etibar edilmişi etibaretmə qaydasında iddiaçının adından mənzilin bağışlanmasına razılıq verməklə mübahisələndirilən əqdin bağlanılmasına nail olunmuşdur. İddiaçı tərəfindən cavabdehə etibarnamə verilərkən cavabdehə öz maraqları daxilində deyil, iddiaçının maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və onun maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir.

68. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən bağışlama müqaviləsini bağlamış cavabdehlə iddiaçı arasında iradə vahidliyinin olduğu qənaətinə gəlmək mümkün deyildir. Başqa sözlə, iddiaçının birgə nikah dövründə əldə etdiyi əmlakı bağışlamaq kimi niyyəti olmamışdır və cavabdeh ona verilən etibarnamədən iddiaçının iradəsinin əleyhinə istifadə etdiyindən, mübahisələndirilən bağışlama müqaviləsi etibarlı sayıla bilməz.

69. İşdən görünür ki, iddiaçı mübahiləndirilən əqdin mövcudluğundan xəbərdar olan kimi müqavilənin etibarsızlığı barədə hazırki iddia ilə məhkəməyə müraciət etmiş, eyni zamanda cavabdehə verdiyi etibarnaməni ləğv etdirmişdir.

70. Sadalanan qanunvericilik aktları normalarına və işin araşdırılmış hallarına əsasən kollegiya hesab edir ki, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq sübutları Mülki Prosessual Məcəllənin tələblərinə əsasən düzgün qiymətləndirmişdir.

71. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-165/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-165/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar