Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1166/2025 23.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “ağacların çıxarılması və qanunsuz çəkilmiş su arxlarının cavabdehlərin hesabına sökülməsi, qeyri-qanuni müdaxilənin qadağan edilməsi”, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “İddiaçıla Beyləqan rayonu, 1 saylı Notariat Ofisində Beyləqan rayon İ Şahsevən kəndində yerləşən 0.65 ha torpaq sahəsi ilə bağlı bağlanmış 08 sentyabr 2022-ci il tarixli, 3M-35 nömrəli icra müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına torpağın icarəyə verilməsinə dair ********** nömrəli qeydiyyatın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-35/2025 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə tərkibi MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “ağacların çıxarılması və qanunsuz çəkilmiş su arxlarının cavabdehlərin hesabına sökülməsi, qeyriqanuni müdaxilənin qadağan edilməsi” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı İddiaçıla Beyləqan rayonu, 1 saylı Notariat Ofisində Beyləqan rayon İ Şahsevən kəndində yerləşən 0.65 ha torpaq sahəsi ilə bağlı bağlanmış 08 sentyabr 2022-ci il tarixli 3M-35 nömrəli icra müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına torpağın icarəyə verilməsinə dair ********** nömrəli qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-35/2025 saylı qərardadı ilə (Hakim: Ramiz Nurullayev) ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “İddiaçıla Beyləqan rayonu, 1 saylı Notariat Ofisində Beyləqan rayon İ Şahsevən kəndində yerləşən 0.65 ha torpaq sahəsi ilə bağlı bağlanmış 08 sentyabr 2022-ci il tarixli, 3M-35 nömrəli icra müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına torpağın icarəyə verilməsinə dair ********** nömrəli qeydiyyatın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə icraata xitam verilməsi, qarşılıqlı iddiaçıya hazırkı tələblə bağlı bələdiyyə qərarının ləğvinə dair Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Nuriyev X2 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-35/2025 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı ağacların çıxarılması və qanunsuz çəkilmiş su arxlarının cavabdehlərin hesabına sökülməsi, qeyri-qanuni müdaxilənin qadağan edilməsi tələbi Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-35/2025 saylı qətnaməsinə əsasən təmin edilmişdir. Həmçinin nümayəndəsi və vəkili olduğu ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı İddiaçıla Beyləqan rayonu, 1 saylı Notariat Ofisində Beyləqan rayon İ Şahsevən kəndində yerləşən 0.65 ha torpaq sahəsi ilə bağlı bağlanmış 08 sentyabr 2022ci il tarixli, 3M-35 nömrəli icra müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına torpağın icarəyə verilməsinə dair ********** nömrəli qeydiyyatın ləğv edilməsi tələbinə dair iddiasına isə Beyləqan Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli, 2(020)-35/2025 saylı qərardadına əsasən xitam verilmişdir. Məhkəmə öz qətnaməsində ilkin iddia ərizəsini qanunsuz olaraq təmin edilməsi barədə qətnamə, qarşılıqlı iddianın isə əsassız olaraq xitamı barədə qərardad qəbul etmişdir. Məhkəmə qətnaməsində həm maddi hüquq normalarını həm də prosessual hüquq normalarını kobud surətdə pozmuş, heç bir mötəbər sübut olmadan səhv nəticəyə gəlmişdir. Belə ki, qarşılıqlı iddiaçı mübahisəli torpaq sahəsinin qeydiyyata alınmasına dair 08 sentyabr 2022-ci il tarixli müqavilənin etibarsızlığını tələb şəklində qoysa da, məhkəmə ümumiyyətlə həmin müqavilə barədə heç bir araşdırma aparmadan müqavilənin hüququ ötürülmüş şəxsin yəni Ələddin Əhmədovun adına qeydiyyata alınmış çıxarışın onun atası Asif Əhmədovdan vərəsəliyə dair şəhadətnamə əsasında keçdiyi üçün icraata xitam vermişdir. Məhkəmə iddia tələbindən kənara çıxmış, ümumiyyətlə qarşılıqlı iddia üzrə heç bir araşdırma aparmamışdır. Əgər iddiaçının hüquqları həmin icarə müqaviləsinə əsasən pozulurdusa hazırki iddianı qaldırmaq onun hüququdur. Lakin məhkəmə müqavilə kənarda qala-qala vərəslik şəhadətnaməsini araşdırmışdır. Ona görə də Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(020)-35/2025 saylı qərardadının ləğv edilərək icraatın təzələnməklə iş üzrə əlavə qətnamənin qəbul edilməsini və qarşılıqlı iddianın təmin edilməsini, qərardad ləğv edilmədiyi təqdirdə şikayətin 7 gün ərzində apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-35/2025 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 397.3-cü maddəsinə şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-35/2025 saylı qərardadından verdiyi şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 nömrəli Qərarının 6.1-ci bəndinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarından görünür ki, mübahisə predmeti olan torpaq sahəsi X3 tərəfindən İddiaçı torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi üzrə verilmişdir. Həmçinin həmin torpaq sahəsi X1 atası X4 Beyləqan rayon İ Şahsevən bələdiyyəsinin qərarı əsasında verilmiş, bununla əlaqədar 27 iyun 2013-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsi Beyləqan rayon İ Şahsevən bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 03 nömrəli qərarı ilə Asif Əhmədovla bələdiyyə arasında bağlanmışdır. Həmin torpaq sahəsi Ələddin Əhmədovun istifadəsinə Beyləqan rayon 1 saylı Xüsusi Notariusunun 2V-480 nömrəli, xx.xx.2022-ci il tarixli icarə hüququnun vərəsəlik şəhadətnaməsi əsasında keçmiş və ona bu barədə çıxarış verilmişdir. Göründüyü kimi, torpaq sahəsinin icrəyə verilməsinə dair Beyləqan rayon İ Şahsevən bələdiyyəsinin qərarı mövcuddur. Həmin qərar qüvvədə olduğu təqdirdə onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi və ya ləğv edilməsi mümkün deyildir. Bələdiyyə qərarından şikayətlərə dair işlərə isə inzibati məhkəmələr tərəfindən baxılır. Çünki torpağın ayrılması ilə bağlı müvafiq prosedurun başlanması inzibati orqanın publik səlahiyyətlərindən irəli gəldiyindən iddia tələbi inzibati mübahisədir. Azərbaycan Respublikası MPM-nin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən şikayət təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-35/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-35/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1166/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1166/2025
23.07.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver