Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1330/2025 10.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı rabitə xidmətlərindən istifadəyə görə abunə və xidmət haqqı, dövlət rüsumu məbləğlərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025- ci il tarixli 2(049)-667/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materiallarına əlavə edilmiş, İddiaçı Cavabdeh adından bağlanmış xx.xx.2017-ci il tarixli abunə müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, qeyd olunan müqavilə əsasında iddiaçıdan (050) ***-**-** mobil nömrəsi alınmışdır. Müqavilənin şərtlərinə əsasən abonent ona göstərilən rabitə xidmətlərinə görə abunə və xidmət haqqını hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinədək ödəməlidir. Müqavilənin şərtləri pozularsa, iddiaçının gecikdirilən hər gün üçün gecikmə faizi tətbiq etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli hesab fakturaların, xx.xx.2018-ci il tarixli cari hesab arayışının surətlərindən görünür ki, (050) ***-**-** mobil nömrəsi ilə "xxxx" MMC-nin rabitə xidmətlərindən istifadə edilmiş və nəticədə cəmi 1876.78 manat məbləğində borc yaranmışdır. Borcun ödənilməsinin son tarixi xx.xx.2018-ci il müəyyən edilmişdir. Mülki işin məhkəmə araşdırması ilə əlaqədar xx.xx.2017-ci il tarixli abunə müqaviləsindəki və abunə müqaviləsinə əlavədəki imzaların cavabdeh, yaxud digər şəxs(lər) tərəfindən imza edilibedilməməsini dəqiqləşdirmək üçün məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 4/384 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh adından bağlanmış xx.xx.2017-ci il tarixli abunə müqaviləsində “Abunəçi” qrafasındakı imza və həmin abunə müqaviləsinə əlavədə “Abunəçi” qrafasındakı imza eyni şəxs tərəfindən icra olunmuşdur. İddiaçı ilə Cavabdeh adından bağlanmış xx.xx.2017-ci il tarixli abunə müqaviləsində “Abunəçi” qrafasındakı imza və həmin abunə müqaviləsinə əlavədə “Abunəçi” qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Kreditor İddiaçı MMC əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh 1876.78 manat abunə və xidmət haqqı, 20 manat dövlət rüsumu - cəmi 1896.78 manat vəsaitin tutularaq İddiaçı MMC-nin hesabına ödənilıməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(049)-5184/2018 nömrəli məhkəmə əmri ilə kreditor İddiaçı MMC-nin tələbi təmin edilmişdir. Borclu Cavabdeh xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(049)-5184/2018 nömrəli məhkəmə əmrinə etiraz verərək qeyd olunan məhkəmə əmri barədə yalnız bu yaxınlarda icra qurumundan məlumat aldığını bildirmişdir. Onun etirazı əsasında məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin məhkəmə əmri ləğv edilərək işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İşə iddia icraatı qaydasında baxılarkən İddiaçı nümayəndəsi Nümayəndə bildirmişdir ki, İddiaçı MMC tərəfindən 2017-ci ildə kompaniya keçirilərək fiziki şəxslərin istifadəsinə “İPHONE” markalı telefonlar verilmişdir. İddiaçı MMC kompaniya keçirərkən hazırki iş üzrə Cavabdeh da həmin kompaniyada iştirak etmişdir. Kompaniyaya görə İddiaçı MMC tərəfindən fiziki şəxslərin istifadəsinə “İPHONE” markalı mobil telefon və telefona bağlanan nömrə verilmişdir. Cavabdehə də “5GB İPHONE7” markalı mobil telefon 24 ay müddətinə verilmiş və bu barədə onunla müqavilə bağlanmışdır. Verilən telefon ya həmin şəxsin istifadəsində olan nömrəyə, ya da yeni nömrəyə bağlanaraq təqdim edilmişdir. Bunun üçün istənilən şəxs müraciət edə və öz istifdəsində olan nömrə ilə də kompaniyaya qoşula bilərdi. Cavabdehlə İddiaçı MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən ona verilmiş “5GB İPHONE7” markalı mobil telefon (050) ***-**-** nömrəli mobil telefona bağlanmışdır. Həmin nömrə elə abonentin özünə də məxsus ola bilər. Cavabdeh onunla bağlanan müqavilənin şərtlərini pozmuş, hesab fakturalara əsasən onun xx.xx.2017-ci il tarixə 82.78 manat, xx.xx.2018-ci il tarixə 92 manat, xx.xx.2018-ci il tarixə 1702 manat, xx.xx.2018-ci il tarixə, yəni məhkəməyə müraciət edilən tarixə 1876.78 manat borcu yaranmışdır. Həmin vaxtdan indiyədək borclu tərəfindən ödəniş edilmədiyi üçün hazırda da qeyd olunan borcun ödənilməsi ondan tələb edilir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi, göstərdi ki, (050) ***-**-** mobil nömrəsi ona məxsus olmaqla 2017-ci ildən əvvəl də onun istifadəsində olmuşdur. O, həmin nömrəni sonradan bağlatdırmış və hazırda da istifadə etmir. Hazırda ona qarşı olan tələbdə onun İddiaçı MMC-yə 1896.78 manat borcu olduğu qeyd edilmişdir. Onunla İddiaçı MMC arasında hər hansı müqavilə olmamışdır. O, Lənkəran rayon İcra və Probasiya şöbəsində olarkən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(049)-5184/2018 nömrəli məhkəmə əmri ilə tanış olduqda ona məlum olmuşdur ki, guya İddiaçı MMC ilə onun arasında müqavilə bağlanmışdır. Lakin onun bu müqavilədən xəbəri yoxdur. İddiaçı MMC-nin təqdim etdiyi xx.xx.2017-ci il tarixli abunə müqaviləsindəki imza ona məxsus deyildir. O, “İPHONE7” markalı mobil telefon almamış və həmin telefondan heç vaxt istifadə etməmişdir. (050) ***-**-** mobil nömrəsi istifadəsində olarkən o, hər dəfə telefondan istifadə üçün nağd qaydada pul ödəyib nömrədən istifadə etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə vəsatət təqdim edərək və izahat verərək bildirmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2017-ci il tarixli abunə müqaviləsində və müqaviləyə əlavə edilmiş sənədlərdə olan imzanın (imzaların) kim tərəfindən icra edilməsinin dəqiqləşdirilməsi üçün iş üzrə məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsini və müvafiq ekspert rəyinin alınmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iş üzrə məhkəmə xəttşünaslıq ekspertizaları keçiriləndən sonra təyin edilmiş növbəti məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərdiyi müraciətlərdə iddia tələbini müdafiə etdiyini bildirmiş, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh da iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizaları keçiriləndən sonra təyin edilmiş növbəti məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərdiyi müraciətlərdə iddia tələbini qəbul etmədiyini bildirmiş, işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 2(049)-667/2025 saylı qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddia rədd edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 329.2, 329.3, 331.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 54.1, 54.2, 77.1, 78.1, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, müqavilənin məzmunu və şərtləri həmin müqaviləni imzalayan şəxs(lər)in iradə ifadəsini əks etdirirməlidir. Yazılı formada tərtib edilmiş müqavilədə isə tərəfin iradə ifadəsi onun müqavilənin məzmunu və şərtlərini öz imzası ilə təsdiq etməsi yolu ilə həyata keçirilir. Qanunvericiliyə əsasən müqavilə tərəfi (borclu) həmin müqavilə əsasında müəyyən hüquq əldə etməli, eyni zamanda, əldə edilmiş hüquqa mütənasib olaraq üzərinə müqavilə üzrə öhdəlik(lər) götürməlidir. Hazırki işdə isə iddiaçının öz iddia tələbinin əsası kimi istinad etdiyi xx.xx.2017-ci il tarixli yazılı abunə müqaviləsindəki imzanın iş üzrə cavabdeh tərəfindən imzalandığı öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqaviləni imzalayan şəxs olmadığına görə müqavilənin tərəfi hesab edilmədiyi və müqavilə üzrə hüquqlar əldə etmədiyi kimi, onun həmin müqavilə üzrə hər hansı öhdəliyi də yaranmamışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermiş, şikayəti onunla əsaslandırmışdır ki, ekspertizaya təqdim olunmuş,"Azercell Telekom”MMC ilə Cavabdeh arasında bağlanmışxx.xx.2017-ci il tarixli abunə müqaviləsində "Abunəçi" qrafasındakı imza; "xxxx" MMC ilə Cavabdeh arasındbaağlanmış xx.xx.2017-ci il tarixli abunə müqaviləsinə əlavədə "Abunəçi" qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqaşəxs tərəfindən icra olunmuşdur. Bağlanmış müqavildədəki imzalara vizual baxış keçirilən zaman da bilinir ki, eyni şəxs tərəfindən imzalanıb. Sadəcə ekspert hansı baxışla hesab edibki,yox, ona məxsus deyil. Məhkəmə tərəfindən istifadə olunmuş rabitə xidmətinə görə yaranmış borc və həmin xidmətə görə ödənilmiş məbləğlər nəzərə alınmalı idi. Belə ki, abunəçi tərəfindən istifadəsində olan ********** nömrəsində xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək olan dövrü əhatə edən xx.xx.2017-ci il tarixində kəsilmiş faktura məbləğini tam ödəniş etmişdir. Müvafiq olaraq abunəçi tərəfindən ödənilmiş 112.69 (yüz on iki manat altmış doqquz qəpik) manat xx.xx.2017 -ci il tarxli faktura borcuna ödənilmiş, qalıq 9.25 (doqquz manat iyirmi beş qəpik) manat isə xx.xx.2017-ci il tarixli fakturada avans ödəniş kimi nəzərə alınmışdır. Beləliklə, abunəçi tərəfindən güzəştlişərtlərlə əldə etdiyi mobil telefona görə ilk faktura borcu ödənilsə də digər aylar üzrə kəsilmiş fakturalar ödənilməmişdir. Bu göstərilənlər abunəçinin mobil telefon cihazının ədə etdiyini sübut edir. Abunəçinin xx.xx.2017, xx.xx.2017 və xx.xx.2018-ci il tarixli faktura borclarını ödəməkdən imtina etməsi, həmçinin məhkəmə prosesində kreditə telefon əldə etməməsini bildirməsi onun yanaşmasının borc öhdəliyindən yayınmaq məqsədini daşıdığını göstərir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, apellyasiya şikayətini müdafiə edir. İddiaçı MMC tərəfindən 2017-ci ildə kompaniya keçirilərək fiziki şəxslərin istifadəsinə “İphone” markalı telefonlar verilmişdir. İddiaçı MMC kompaniya keçirərkən hazırki iş üzrə Cavabdeh da həmin kompaniyada iştirak etmişdir. Kompaniyaya görə İddiaçı MMC tərəfindən fakturalı xətt istifadə edən fiziki şəxslərin istifadəsinə “iphone7” markalı mobil telefon və telefona bağlanan fakturalı xətt nömrə verilmişdir. Verilən telefon ya həmin şəxsin istifadəsində olan nömrəyə, ya da yeni nömrəyə bağlanaraq təqdim edilmişdir. Cavabdehin nömrəsi adi “sim” nömrə olmuşdur. Cavabdehin xahişi ilə onun nömrəsini fakturalı xəttə keçirilmişdir. Cavabdehlə İddiaçı MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən ona verilmiş mobil telefon cavabdehin nömrəsinə bağlanmışdır. Lənkəran rayon Məhkəməsi hesab edir ki, xx.xx.2017-ci il tarixli abunə müqaviləsi həmin şəxs tərəfindən imzalanmamış, yəni qeyd olunan müqavilə qanunvericiliyin tələbinə uyğun şəkildə tərtib edilməmişdir. Həmin müqavilənin hazırki iş üzrə cavabdeh tərəfindən imzalanmadığı məhkəmə-xətşünaslıq ekspertizasının müvafiq rəyi ilə təsdiq edilmişdir. Əslində məhkəmə-xətşünaslıq ekspertizasının müvafiq rəyində xx.xx.2017-ci ildə bağlanmış müqaviləni deyil, həmin müqaviləyə əlavə olunmuş Əlavədəki imzanı abunəçiyə məxsus olmasını təsdiqləmir. Məhkəmə tərəfindən istifadə olunmuş rabitə xidmətinə görə yaranmış borc və həmin xidmətə görə ödənilmiş məbləğlər nəzərə alınmalı idi. Belə ki, abunəçi tərəfindən istifadəsində olan nömrəsində xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək olan dövrü əhatə edən xx.xx.2017-ci il tarixində kəsilmiş faktura məbləğini tam ödəniş etmişdir. Müvafiq olaraq abunəçi tərəfindən ödənilmiş 112.69 (yüz on iki manat altmış doqquz qəpik) manat xx.xx.2017-ci il tarxli faktura borcuna ödənilmiş, qalıq 9.25 (doqquz manat iyirmi beş qəpik) manat isə xx.xx.2017-ci il tarixli fakturada avans ödəniş kimi nəzərə alınmışdır. Beləliklə, abunəçi tərəfindən güzəştli şərtlərlə əldə etdiyi mobil telefona görə ilk faktura borcu ödənilsə də, digər aylar üzrə kəsilmiş fakturalar ödənilməmişdir. Bu göstərilənlər abunəçinin mobil telefon cihazının ədə etdiyini sübut edir. Lənkəran rayon Məhkəməsinə ilkin məhkəmə ekspertizasının rəyi kifayət etmiş, əlavə ekspertiza təyin etməyərək ekspertizanın bir cümləlik rəyinə əsaslanaraq qətnamə çıxartmışdır. Məhkəmə təqdim olunmuş sübutları nəzərə almamışdır. Lənkəran rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, "Azercell Telekom” MMC-nin borclu abunəçi Cavabdeh qarşı qaldırılmış iddianın təmin edilməsi barədə yeni Qətnamənin qəbul olunmasını xahiş edir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində iddiaçı tərəf qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1.-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 329.2.-ci maddəsinə əsasən Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını, birinci instansiya məhkəməsinin qətnaməsini, tərəflərin şikayət və etirazlarını hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğvi üçün əsas yoxdur. İş materiallarından göründüyü kimi, İddiaçı MMC-nin iddiası Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə bağlandığı iddia edilən abunə müqaviləsi və ona əlavə əsasında formalaşdırılmışdır. İş üzrə təyin olunmuş və məhkəmə tərəfindən qəbul edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 4/384 nömrəli rəyinə əsasən həmin müqavilə və əlavədə “Abunəçi” qrafasında atılmış imzaların Cavabdeh məxsus olmadığı, başqa şəxs tərəfindən icra edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2 və 329.3-cü maddələrinə əsasən, müqavilənin məzmunu və şərtləri tərəflərin iradə ifadəsini əks etdirməlidir, yazılı müqavilədə isə bu iradə ifadəsi imza vasitəsilə təsdiq olunur. Həmin imza olmadan müqavilə tərəflərini bağlayan hüquqi nəticələrin yaranması mümkün deyildir. Qanunvericiliyin tələbinə görə müqavilə tərəfi yalnız öz iradəsini ifadə etməklə hüquq və vəzifə əldə edir. İş üzrə cavabdeh barəsində təqdim edilmiş müqavilə və ona əlavə onun iradəsini təsdiq edən imzaları daşımadığından, cavabdehin həmin müqavilənin tərəfi kimi çıxış etməsi və müqavilədən irəli gələn öhdəlik daşıması mümkün deyildir. Birinci instansiya məhkəməsi bu hüquqi nəticəyə gəlməklə düzgün tətbiq etmişdir. Apellyasiya şikayətində iddiaçı tərəf əsas arqument olaraq göstərmişdir ki, müqavilə üzrə istifadə olunmuş rabitə xidmətləri faktiki mövcud olmuş, müəyyən ödənişlər də həyata keçirilmişdir. Lakin Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəlik yalnız müqavilə əsasında yaranır və öhdəliyin subyekti də həmin müqaviləni bağlamış şəxs ola bilər. Əgər müqavilədəki imza cavabdehə məxsus deyilsə, həmin şəxsin müqavilə üzrə öhdəlik daşıması hüquqi cəhətdən istisna olunur. Faktiki rabitə xidmətlərindən istifadənin kimin tərəfindən həyata keçirildiyi barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Apellyasiya şikayətində iddiaçı ekspert rəyinə münasibətdə sadəcə vizual təəssürata istinad etmiş, lakin prosessual qanunvericiliyin tələbinə uyğun olaraq ekspert rəyini təkzib edəcək hər hansı əlavə ekspertiza və ya elmi əsaslı sübut təqdim etməmişdir. İş materiallarından həmçinin görünür ki, birinci instansiya məhkəməsində iddiaçı tərəfindən əlavə və ya təkrar ekspertiza təyin olunması barədə hər hansı vəsatət verilməmişdir. Halbuki tərəf ekspert rəyinin düzgünlüyünü şübhə altına alırdısa, Mülki Prosessual Məcəllənin 102.3-cü maddəsinin tələblərinə uyğun olaraq bu hüquqdan istifadə edə bilərdi. İddiaçı bu prosessual hüququndan vaxtında istifadə etmədiyi halda, apellyasiya instansiyası mərhələsində ekspert rəyinin mötəbərliyini mübahisələndirməsi əsassız hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə ekspert rəyi digər sübutlarla birlikdə qiymətləndirilir və iş üzrə yeganə ixtisaslaşdırılmış elmi dəlil hesab olunduğundan məhkəmə tərəfindən əsaslı qəbul edilmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, təqdim edilmiş abunə müqaviləsi və ona əlavə cavabdeh tərəfindən imzalanmadığı üçün cavabdeh həmin müqavilənin tərəfi kimi tanına bilməz. Müvafiq olaraq, cavabdeh nə bu müqavilədən irəli gələn hər hansı hüquqlar əldə etmiş, nə də bu müqavilə üzrə öhdəlik daşımaq mövqeyinə düşmüşdür. İmzanın aidiyyətinin müqavilənin ayrılmaz ünsürü olması və tərəfin iradə ifadəsinin təməl sübutu kimi çıxış etməsi nəzərə alındıqda, cavabdehin imzası ilə təsdiqlənməmiş sənəd əsasında ona qarşı hər hansı mülki hüquqi məsuliyyətin tətbiqi mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı …çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM-in 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM-in 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 2(049)-667/2025 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 2(049)-667/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1330/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1330/2025
10.09.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver