Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1514/2020 01.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçı - «İddiaçı” QSC-nin nümayəndəsi X3; Cavabdehlər - Cavabdeh və X4; Müstəqul tələb irəli sürən üçüncü şəxs X5 vəkili Nümayəndə2 iştirakı ilə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(035)-797/2019 saylı qətnaməsindən iddiaçı «İddiaçı” QSC tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(035)-797/2019 saylı qətnaməsi ilə (hakim Tahir Qubadov) ilk iddia qismən təmin edilmiş, Cavabdeh 15R000005763 saylı kredit razılaşması üzrə əsas kredit borcuna görə 13913.03 ABŞ dolları, faizə görə 3441.15 ABŞ dolları, cəriməyə görə 500 ABŞ dolları, cəmi 17854.18 ABŞ dollarının; 015R********** saylı kredit razılaşması üzrə əsas kredit borcuna görə 27856.99 ABŞ dolları, faizə görə 6850.19 ABŞ dolları, cəriməyə görə 1000 ABŞ dolları, cəmi 35707.18 ABŞ dolları məbləğində pulun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq), 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutularaq İddiaçı QSC-yə ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, X9 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2009-cu il tarixli 15S000001394 saylı zaminlik müqaviləsinə xitam verilməsi, iddia predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddiasının təmin edilməsi, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsi və həmin ipoteka müqaviləsinin 1.1-ci bəndinin yeni redaksiyada verilməsi barədə “ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 191 saylı xx xxxx 2014-cü il tarixli sazişin etibarsız hesab edilməsi, Zərdab şəhəri B.İsmayılov küçəsində yerləşən 8A saylı evin ipoteka yüklülüyünə xitam verilməsi, həmin evin ipoteka yüklülüyünə dair dövlət reyestrində aparılmış qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması qət edilmişdir. İşin halları: İddiaçı X13 cavabdehlər Cavabdeh və X7 qarşı iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 15R000005763 saylı kredit razılaşması üzrə kredit borcuna görə 13913.03 ABŞ dolları, faizə görə 3441.15 ABŞ dolları, cəriməyə görə 5458.83 ABŞ dolları, cəmi 22813.01 ABŞ dolları; 015R********** saylı kredit razılaşması üzrə kredit borcuna görə 27856.99 ABŞ dolları, faiz borcuna görə 6850.19 ABŞ dolları, cəriməyə görə 10964 ABŞ dolları, cəmi 45671.18 ABŞ dolları; iki müqaviləüzrə cəmi 68484.19 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasıüçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; Tələbin Zərdab şəhəri, B.İsmayılov küçəsində yerləşən, Cavabdeh mülkiyyətindəki 8A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 68484.19 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmətinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasıüçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabina İddiaçı QSCyəödənilməsi; Hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh və X1 müştərək qaydada tutulması; Zərdab şəhəri B.İsmayılov küçəsində yerləşən Cavabdeh mülkiyyətindəki 8 A nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X9 İddiaçı X2rşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək İddiaçı QSC ilə onun arasında bağlanmış xx.xx.2009-cu il tarixli 15S000001394 saylı zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələbi irəli sürən üçüncü şəxs X10 cavabdeh İddiaçı X8 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsinin və həmin ipoteka müqaviləsinin 1.1-ci bəndinin yeni redaksiyada verilməsi barədə “ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 191 saylı xx xxxx 2014-cü il tarixli sazişin etibarsız hesab edilməsi, Zərdab şəhəri B.İsmayılov küçəsində yerləşən 8A saylı evin ipoteka yüklülüyünə xitam verilməsi, həmin evin ipoteka yüklülüyünə dair dövlət reyestrində aparılmış qeydiyyatın çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə1 qarşılıqlı iddianı və mübahisə predmeti barəsində müstəqil iddia tələbi irəli sürən üçüncü şəxsin iddiasını qəbul etməyərək, ilkin iddianı müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı QSCnin “Mingəçevir” filialıiləCavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli 15L000000959 saylı kredit xətti müqaviləsinə əsasən, sonuncuya 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, xx.xx.2014-cü il tarixli 959 saylı sazişlə müqaviləyə dəyişiklik edilmiş, kredit xəttinin müddəti 175 ay, məbləğ 500.000 ABŞ dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdehla İddiaçı QSC-nin “Mingəçevir” filialı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 15R000005763 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx.xx.2015-ci il tarixli 15R000005763S saylı sazişlə razılaşmaya vəödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh krediti və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmalı olduğu halda öhdəliyə əməl etməmiş, kredit borcunu və hesablanmış faizləri Banka qaytarmamışdır. Nəticədə, Cavabdeh banka 15R000005763 saylı kredit razılaşması üzrə əsas borca görə 13913.03 ABŞ dolları, faizə görə 3441.15 ABŞ dolları, cəriməyə görə 5458.83 ABŞ dolları, cəmi 22813.01 ABŞ dolları borcu yaranmışdır. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC-nin “Mingəçevir” filialı aralarında bağlanmış xx.xx.2015-ci il tarixli 015R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 31.800 ABŞ dolları məbləğində kredit götürmüş, xx.xx.2015-ci il tarixli 015R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh krediti və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmalı olduğu halda həmin razılaşma üzrə də öhdəliyinə əməl etməmiş, kredit borcunu və hesablanmış faizləri Banka qaytarmamışdır. Nəticədə Cavabdeh banka əsas borca görə 27856.99 ABŞ dolları, faiz borcuna görə 6850.19 ABŞ dolları, cəriməyə görə 10964 ABŞ dolları, cəmi 45671.18 ABŞ dolları borcu yaranmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə sonuncu ilə xx.xx.2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsi bağlanmış, mülkiyyətində olan Zərdab şəhəri B.İsmayılov küçəsində yerləşən 8A saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi bağlanan zaman arvadı Cəmilə İmanova notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi vermişdir. Kredit müqaviləsinin əlavə təminatı kimi digər cavabdeh X9 ilə Bank arasında xx.xx.2009-cu il tarixli 15S000001394 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə, həmçinin xx.xx.2014-cü il tarixli 1394 saylı sazişəəsasən Rafiq Soltanov kreditin vaxtında Banka qaytarılmasına görə Bank qarşısında Cavabdehla birgə məsuliyyət daşıyacağı barədə öz üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdehlər üzərlərinə düşən öhdəliklərə lazımınca əməl etməmişlər. Borcun könüllü ödənilməsi tələb olunsa da, borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də İddiaçı QSC tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədən ilkin iddianın təmin edilməsini xahiş edir. Qarşılıqlı iddiaya gəlincə hesab edir ki, qarşılıqlı iddianın dəlilləri tamamilə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, zaminlik müqaviləsi müvafiq şərtlərlə müəyyən edilmiş formada əsas öhdəliyə dair razılığın əldə edildiyi andan qüvvəyə minir. Zaminlik müqaviləsi ilə təmin edilən öhdəlik arasında əlaqəyə gəldikdə isə Konstitusiya Məhkəməsi Plenimunun adı çəkilən qərarında göstərilmişdir ki, zaminlik müqaviləsi əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə zaminlik müqaviləsində hansı əsas müqaviləyə və hansı həddə öhdəliyə zaminlik yarandığı məlum olmalıdır. Bu baxımdan zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2014-cü il tarixli 1394 saylı sazişdən müəyyən olunur ki, zaminliyin təminatı kimi çıxış etdiyi əsas öhdəlik kimi Cavabdehla İddiaçı QSC-nin “Mingəçevir” filialı arasında bağlanmış xx.xx.2009-cu il tarixli 15L000000959 saylı kredit xətti müqaviləsi və həmin kredit xətti müqaviləsinə dəyişiklik barədə saziş çıxış edir. Həmçinin, zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2014-cü il tarixli 1394 saylı sazişdə zaminliklə təmin edilən pul öhdəliyinin maksimum həddi olaraq 500.000 ABŞ dolları müəyyən edilmişdir. Beləliklə, hesab edir ki, zaminlik müqaviləsində bütün mühüm şərtlər, yəni hansı əsas öhdəliyə zaminliyin yaranması, eləcə də əsas öhdəliyin həddi barədə şərtlər aydın şəkildə öz əksini tapmışdır. Ona görə də hesab edir ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsi tamamilə qanunvericiliyin tələblərinə uyğundur. Bundan başqa, Cavabdehla bağlanmış kredit razılaşmasına dair müqaviləyə dəyişiklik edilərkən kredit üzrə faiz dərəcəsi olduğu kimi saxlanmışdır ki, bu da qarşılıqlı iddiaçının dəyişiklik edilməsi barədə sazişlə onun məsuliyyətinin artması və onun üçün əlverişsiz nəticənin yaranması barədə dəlillərini heçə endirir. Hesab edir ki, qarşılıqlı iddianın dəlilləri əsassızdır. Ona görə də məhkəmədən qarşılıqlı iddianın rədd edilməsini xahiş edir.Üçüncü şəxs X5 mübahisə predmeti barəsində qaldırdığı müstəqil iddia tələbinə gəlincə hesab edir ki, həmin iddia tələbi də əsassızdır. Ona görə ki, sözügedən ipoteka müqaviləsi bağlanan zaman Cəmilə İmanova notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi verməklə, könüllü olaraq öz iradəsini ifadə etmişdir. Buna onu heç kim məcbur etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görəərlə arvadın nikah dövründə qazandıqlarıəmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.5-ci maddəsinə görə, ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Cəmilə İmanova müstəqil iddia ilə çıxış etsə də, sözügedən evin onun qazancı hesabına əldə edilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin, hesab edir ki, Cavabdehla Cəmilə İmanova arasında nikah kontraktı olmadığından Cavabdeh öhdəliklərinə görə tutma onların mülkiyyətində olan əmlaka yönəldilə bilər. Hesab edir ki, Cəmilə İmanovanın mübahisə predmeti barəsində qaldırdığı müstəqil iddia tələbi əsassızdır. Ona görə də məhkəmədən onun iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X9 ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh İddiaçı QSC-nin “Mingəçevir” filialı qarşısında öhdəliklərinin təmin edilməsi məqsədi ilə zaminlik müqaviləsi əsasında bank qarşısında öhdəlik götürmüşdür. Cavabdeh İddiaçı QSC-nin “Mingəçevir” filialından bir neçə halda kredit götürdüyündən, onun öhdəliyi bunlardan bəzilərinə şamil olunmalı idi. İddiaçı QSC-nin “Mingəçevir” filialı tərəfindən Cavabdeh xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsi əsasında müxtəlif vaxtlarda rəsmiləşdirilmiş kredit razılaşmalarına uyğun olaraq müxtəlif məbləğlərdə kreditlər verilmişdir. Cavabdehla bank arasında bağlanmış kredit xətti müqaviləsinin 1.1-ci bəndində bu müqavilənin Bankın kredit vermək vədini ifadə etmədiyi, bu müqavilə ilə kredit xətti açıldığı, sonrakı mərhələlərdə bu kredit xətti çərçivəsində veriləcək hər bir kredit məbləği üçün ayrıca kredit razılaşmasının bağlanacağı bildirilir. Sözügedən kredit xətti müqaviləsində bütün şərtlər müfəssəl göstərilmədiyindən, (məsələn kreditə görə hesablanacaq faizin məbləği dəqiq göstərilməmişdir) o, hesab etmişdir ki, Cavabdehla bank arasında ayrıca kredit razılaşması bağlandıqda onunla da həmin razılaşma üzrə zaminlik müqaviləsi bağlanacaq, ən azından onun razılığı alınacaqdır. Lakin, bu belə olmamışdır. İlkin iddiada qeyd olunan kredit xətti müqaviləsinin 1.3-cü bəndi veriləcək hər bir kreditin şərtlərinin ayrıca kredit müqaviləsi ilə tənzimlənməsini nizamlayır. Kredit xətti müqaviləsinin 1.1 və 1.3-cü bəndlərinəəsasən kredit xətti müqaviləsinin şərtləri kredit verilməsi şərtlərini müfəssəl müəyyənləşdirmədiyindən, bunlar müqavilənin standart şərtləri sayılır. Cavabdehla bankın bilavasitə razılaşdırdığı şərtlər isə kredit xətti müqaviləsində deyil, kredit xətti müqaviləsi əsasında bağlanmış kredit razılaşmalarında öz əksini tapmışdır. Sonradan müxtəlif tarixlərdə onun iştirakı olmadan, ona məlumat verilmədən zamin durduğu kredit xətti müqaviləsi əsasında bağlanmış kredit razılaşmalarının və ödəniş planlarının şərtləri dəyişdirilmişdir. Son dəyişiklik 2015-ci ilin aprel ayında kreditlərin restruktruzasiya zamanı onun iştirakı olmadan aparılmışdır. Onun isə yalnız kredit xətti müqviləsinə dəyişiklik və əlavələrdən xəbəri olmuşdur. Kredit sazişinin dəyişdirilməsi isə kredit müddətinin uzanması səbəbindən onun məsuliyyətinin artmasına və faiz ödənişlərinin cəmi məbləğinin artması səbəbindən onun üçün əlverişsiz nəticələrə səbəb olmuşdur. O, müqavilə bağlandıqda mövcud şəraitin başqa cür dəyişməyəcəyini, manatın sabit qalacağını, Azərbaycan Respublikasının Mərkəzi Bankı manatın dünyanın ən sabit valyutası olduğunu bəyan etməsinə və milli valyutanın möhkəmliyinin təmin ediləcəyinə verdiyi sözə əsaslanmışdır. Lakin, sonradan 2015-ci ildə manat iki dəfə, yəni 21 fevral və 21 dekabr tarixlərdə və ikiqat devalvasiyaya məruz qalmışdır. Müqavilə öhdəliklərini yerinə yetirmək üçün, o, müqavilə imzaladığı vaxt mövcud olan bazar şərtlərini nəzərə almışdır. Həmin şərtlər daxilində Cavabdeh borcunu qaytarmaqda heç bir problemi yox idi. Hazırda isə ABŞ dollarının dəyəri kəskin qalxdığından, daxili bazarda isə malların və xidmətlərin qiymətləri, eləcə də onun və borcalan Cavabdeh əmək haqqı və sair gəlirləri həmin faiz dərəcəsinə uyğun qalxmamışdır. ABŞ dollarının dəyərinin artması xaricdən gətirilən malların qiymətinin artmasına, bu da öz növbəsində Respublikadakı mövcud biznes mühitinin əlverişsiz şəraitə düşməsinə səbəb olmuşdur. Beləliklə, onun zaminlik müqaviləsi bağlanarkən əsas götürdüyü şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Bir daha məhkəmənin diqqətinə çatdırır ki, onun zaminliyi ilə təmin edilən əsas borclunun, yəni Cavabdeh öhdəliyi sonradan zamin kimi onun razılığı olmadan dəyişdirildiyindən və bu dəyişiklik onun məsuliyyətinin artmasına səbəb olmaqla onun üçün əlverişsiz nəticəyə səbəb olduğundan, eləcədə zaminlik müqaviləsi bağlanarkən əsas götürdüyü şərait əhəmiyyətli dərəcədə dəyişdiyindən hesab edir ki, onunla bağlanmış xx.xx.2009-cu il tarixli 15S000001394 saylı zaminlik müqaviləsinə xitam verilməlidir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ona münasibətdə ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında mübahisə predmeti barəsində müstəqil iddia tələbi irəli sürən üçüncü şəxs X5 nümayəndəsi Nümayəndə2 ilkin iddia tələbini qəbul etməyərək, mübahisə predmeti barəsində müstəqil iddia tələbinə dair iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, X11 Cavabdeh ilə birgə nikahda olmaqla ər-arvaddırlar. İddiaçı QSC-nin “Migəçevir” filialı ilə Cavabdeh arasında sözügedən kredit və ipoteka müqavilələri bağlanarkən Cəmilə İmanova və Cavabdeh rəsmi nikah münasibətində olduqlarından, o, Cavabdehla ilkin iddiaçı arasında 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində xx.xx.2009-cu il tarixli 15L000000959 saylı kredit xətti müqaviləsi bağlanarkən ümumi birgə mülkiyyətlərində olan Zərdab şəhəri B.İsmayılov küçəsində yerləşən 8A saylı fərdi yaşayış evinin ipoteka ilə yüklüedilməsinə razılıq vermişdir. Bu məqsədlə Cəmilə İmanova xx.xx.2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsi bağlanan zaman notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi vermişdir. O, ərizəsində gələcəkdə kredit müqaviləsinin şərtlərinin dəyişdirilərək daha artıq məbləğdə kredit öhdəliklərinin yaranması zamanı sözügedən evin ipoteka ilə yüklü edilməsinə qabaqcadan razılıq verməsini göstərməmişdir. Cavabdehla bağlanan kredit xətti müqaviləsinin təminatı üsulu kimi ipoteka müqaviləsi bağlanan zaman və evin ipoteka ilə yüklü edilməsi zamanı Cəmilə İmanovanın razılığı alınarkən ona razılığın yalnız müqavilədə göstərilən kredit məbləğinin 30.000 ABŞ dolları ilə məhdudlaşdığı barədə izah edilmişdir. Bundan başqa, razılıq ərizəsində Cəmilə İmanova evin yerləşdiyi torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə razılıq verməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə görə ev ipoteka ilə yüklü edilərsə, yerləşdiyi torpaqla birlikdə ipotekaya qoyulmalıdır. İlkin iddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra Cəmilə İmanovaya məlum olmuşdur ki, ilkin iddiaçı ilə Cavabdeh xx.xx.2009-cu il tarixli 15L000000959 saylı kredit xətti müqaviləsinə xx.xx.2014-cü il tarixdə 959 saylı “kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” sazişlə dəyişiklik edərək sazişin 1-ci bəndi ilə müqavilənin 1.1-ci bəndini yeni redaksiyada təsdiq edərək kredit xəttinin müddətini 175 ay müddətinə (əvvəl 120 ay olmuşdur), məbləğini isə 500.000 ABŞ dolları (əvvəl 30.000 ABŞ dolları olmuşdur) müəyyən etmişlər. Tərəflər xx.xx.2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsinin də 1.1-ci bəndini “ipoteka müqaviləsinə dəyişiklik vəəlavələr edilməsi haqqında” xx.xx.2014-cü il tarixli, 191 saylı sazişlə yeni redaksiyada təsdiq etmişlər. Nəticədəipoteka müqaviləsinin sazişlə yeni redaksiyada verilmiş 1.1-ci bəndinə görəümumi birgə mülkiyyət hüququ ilə həm də Cəmilə İmanovaya məxsus olan Zərdab şəhəri B.İsmayılov küçəsində yerləşən 8A saylı fərdi yaşayış evi onun razılığı olmadan bu dəfə 500.000 ABŞ dollarıməbləğindəkredit xəttinin təminatıüsulu kimi yüklü edilmişdir. Bu zaman Cəmiləİmanovanın notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi alınmamış və belə bir razılıq kredit işinə əlavə edilməmişdir. Sözügedən kredit xətti müqaviləsinə xx.xx.2014-cü il tarixdə 959 saylı “kredit xətti müqaviləsinə dəyişiklik vəəlavələr edilməsi haqqında” sazişlə dəyişiklik edərək Sazişin 1-ci bəndi ilə müqavilənin 1.1-ci bəndini yeni redaksiyada təsdiq edərək kredit xəttinin müddəti artırılaraq 175 ay müddətinə, məbləği isə artırılaraq 500.000 ABŞ dolları müəyyən edildikdən və ipoteka müqaviləsinin 1.1-ci bəndi yeni redaksiyada verildikdən sonra Cavabdeh iddia ərizəsində göstərilənxx.xx.2014-cü il tarixli 15R000005763 saylı kredit razılaşması ilə 18.800 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 015R********** saylı kredit razılaşması ilə 31.800 ABŞ dolları, cəmi 50.600 ABŞ dolları məbləğində yeni kredit verilmişdir. Bu isə onun evin ipoteka ilə yüklü edilməsinə razılığın verilməsi zamanı müəyyənləşdirilən 30.000 ABŞ dolları məbləğindən çoxdur. Cavabdeh əvvəlki kredit müqaviləsi və sazişlərinə görə heç bir borcu yoxdur. Beləliklə, xx.xx.2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsinin 1.1-ci bəndi “İpoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” xx.xx.2014-cü il tarixli, 191 saylı sazişlə yeni redaksiyada təsdiq edilərkən Cəmilə İmanovanın notarial qaydada təsdiq edilmiş razılığı alınmadan və onun iradəsinə zidd olaraq, bu dəfə daha çox kredit məbləğinə görə evin yüklülüyünün dəyişdirilməsi ilə ümumi birgə mülkiyyət hüququ ilə həm də ona məxsus olan sözügedən evə onun mülkiyyət hüququ pozulmuşdur. Bundan başqa, həmçinin, məhkəmənin diqqətinə çatdırır ki, xx.xx.2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsi ümumiyyətlə qüvvədə olan qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Belə ki, mövcud qanunvericiliyə əsasən, ev yerləşdiyi torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilməli olduğu halda, sözügedən ev yerləşdiyi torpaq sahəsi olmadan yüklü edilmişdir ki, bu da gələcəkdə hətta ehtimal edilə bilən icra zamanı müəyyən çətinliklər yarada bilər. Beləliklə, də Cəmilə İmanova hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən xx.xx.2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsi və həmin ipoteka müqaviləsinə dəyişiklik vəəlavələr edilməsi haqqında” 191 saylı xx.xx.2014-cü il tarixli Sazişin etibarsız hesab edilməsi, Zərdab şəhəri B.İsmayılov küçəsində yerləşən 8A saylı evin ipoteka yüklülüyünə xitam verilməsi, evin ipoteka yüklülüyünə dair dövlət reyestrində aparılmış qeydiyyatın çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında mübahisə predmeti barəsində müstəqil tələbi irəli sürən üçüncü şəxs X11 nümayəndəsi Nümayəndə2 izahatı ilə razı olduğunu bildirərək, məhkəmədən xx.xx.2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsi və həmin ipoteka müqaviləsinə dəyişiklik vəəlavələr edilməsi haqqında” 191 saylı xx.xx.2014-cü il tarixli Sazişin etibarsız hesab edilməsi, Zərdab şəhəri B.İsmayılov küçəsində yerləşən 8A saylı evin ipoteka yüklülüyünə xitam verilməsi, evin ipoteka yüklülüyünə dair dövlət reyestrində aparılmış qeydiyyatın çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh ilk iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı QSC-nin “Mingəçevir” filialı ilə aralarında bağlanmış xx.xx.2009cu il tarixli 15L000000959 saylı kredit xətti müqaviləsinə əsasən ona 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, sonradan xx.xx.2014-cü il tarixli, 959 saylı sazişlə müqaviləyə dəyişiklik edilmiş, kredit xəttinin müddəti artırılaraq 175 ay, məbləği isə artırılaraq 500.000 ABŞ dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə onunla ilkin iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 15R000005763 saylı kredit razılaşması əsasında, o, 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx.xx.2015-ci il tarixli 15R000005763S saylı sazişlə razılaşmaya vəödəniş planına dəyişiklik edilmişdir. O, krediti və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmalı olduğu halda öhdəliyə əməl etməmiş, kredit borcunu və hesablanmış faizləri Banka qaytarmamışdır. Nəticədə onun xx.xx.2014-cü il tarixli 15R000005763 saylı kredit razılaşması üzrə əsas borca görə 13913.03 ABŞ dolları, faizə görə 3441.15 ABŞ dolları, cəriməyə görə 5458.83 ABŞ dolları, cəmi 22813.01 ABŞ dolları borcu yaranmışdır. Bundan başqa, o, kredit xətti müqaviləsi üzrə onunla ilkin İddiaçı QSC-nin “Mingəçevir” filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 015R********** saylı kredit razılaşmasıəsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 faiz olmaqla, ödəniş planıüzrə hissə-hissə qaytarmaq şərti ilə 31.800 ABŞ dolları məbləğində kredit götürmüş, xx.xx.2015-ci il tarixli 015R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. O, həmin kredit razılaşması üzrə də krediti və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmalı olduğu halda öhdəliyəəməl etməmiş, kredit borcunu və hesablanmış faizləri Banka qaytarmamışdır. Nəticədə onun xx.xx.2015-ci il tarixli 015R********** saylı kredit razılaşması üzrə də əsas borca görə 27856.99 ABŞ dolları, faiz borcuna görə 6850.19 ABŞ dolları, cəriməyə görə 10964 ABŞ dolları, cəmi 45671.18 ABŞ dollarıborcu yaranmışdır. Əvvəllər hər iki kredit razılaşması üzrə borclarını müqavilənin şərtlərinə uyğun olaraq ödəyə bilsə də, sonradan 2015-ci ildə manatın iki dəfə, yəni 21 fevral və 21 dekabr tarixlərdə ikiqat devalvasiyaya məruz qalması, nəticədə ABŞ dollarının dəyərinin kəskin qalxması, daxili bazarda malların və xidmətlərin qiymətlərinin dəyişməsi və mövcud biznes mühitinin əlverişsiz şəraitə düşməsi səbəbindən öhdəliklərinə əməl edə bilməmişdir. Bununla belə, əsas və faiz borcuna dair hissədə tələb olunan məbləği ödəməyə razıdır, cərimənin isə azaldılmasını, həmçinin qalan hissədə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iddiaçı «İddiaçı” QSC apelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətlərinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instаnsiyа məhkəməsinin qətnаməsini qismən əsassız hesab edir. Belə ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2009cu il tarixli 15L000000959 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh X9 xx.xx.2009-cu il tarixli 15S000001394 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. O həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 959 saylı sazişlə xx.xx.2009-cu il tarixli 15L000000959 saylı kredit xətti müqaviləsinə dəyişiklik edilmiş, kredit xəttinin müddəti 175 ay, məbləği 500000 ABŞ dolları müəyyən edilmişdir. Həmçinin X9 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1394 saylı sazişlə xx.xx.2009-cu il tarixli 15S000001394 saylı zaminlik müqaviləsinə dəyişiklik edilmiş kredit xəttinin müddəti 175 ay, məbləği 500000 ABŞ dolları müəyyən edilmişdir.Kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 15R000005763 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin müqavilə üzrə ödəniş planını zamin X9 müqavilə bağlanıdığı tarixdə imzalamış və 18000 ABŞ dolları məbləğində kreditin 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə verildiyindən məlumatlı olmuş və “ödəniş planı ilə tanış oldum və razıyam” qeydini etmişdir. Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 15R000005763S saylı sazişlə xx.xx.2014cü il tarixli 15R000005763 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Həmin ödəniş planında faiz dəcərəsinin 1.75 faiz olması qeyd edilmişdir ki, bu da özlüyündə sübüt edir ki faiz dərəcəsi artmamış və zaminin məsuliyyətinin artmasına səbəb olan hal baş verməmişdir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 015R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 31800 ABŞ dolları məbləğində kredit götürmüşdür.Həmin müqavilə üzrə ödəniş planını zamin X9 müqavilə bağlanıdığı tarixdə imzalamış, 31800 ABŞ dollar məbləğində kreditin 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə verildiyindən məlumatlı olmuş və ödəniş planı ilə tanış oldum və razıyam qeydini etmişdir. Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 015R**********S saylı sazişlə xx.xx.2015-ci il tarixli 015R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Həmin ödəniş planında faiz dəcərəsinin 1.75 faiz olması qeyd edilmişdir ki, bu da özlüyündə sübüt edir ki faiz dərəcəsi artmamış və zaminin məsuliyyətinin artmasına səbəb olan hal baş verməmişdir.Qeyd edilənlərə əsasasən bildirir ki, zamin X9 xx.xx.2009-cu il tarixli 15S000001394 saylı zaminlik müqaviləsinə (həmçinin, xx.xx.2014-cü il tarixli 1394 saylı sazişə) əsasən bank qarşısında 500000 ABŞ Dolları həddində xx.xx.2023-cu il tarixə kimi öz üzərinə məsuliyyət götürmüşdür. Konstitusiya Məhkməsinin qərarında qeyd edildiyi kimi, kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləği və müddəti bağlanan kredit müqavilələrində artırılmamış, kredit müqavilələrindəki faiz dərəcəsi barədə zaminin razılığı alınmışdır. Həmçinin, kredit müqavilələrinə dəyişiklik edildikdə isə, faiz dərəcəsi olduğu kimi saxlanılmışdır. Bu qeyd edilənlərə əsasən hesab edirik ki, qarışılıq iddia tələbini təmin etməkdə məhkəmə haqlı olmamışdır. Bundan başqa Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2009-cu il tarixli 15L000000959 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh ilə Bank arasında bağlanılmış xx.xx.20019-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsinə (həmçinin, xx.xx.2014-cü il tarixli 191 saylı sazişə) əsasən, Zərdab şəhəri, B. İsmayılov küçəsində yerləşən, Cavabdeh mülkiyyətindəki 8A nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 959 saylı sazişlə xx.xx.2009-cu il tarixli 15L000000959 saylı kredit xətti müqaviləsinə dəyişiklik edilmiş, kredit xəttinin müddəti 175 ay, məbləği 500000 ABŞ Dolları müəyyən edilmişdir. Üçüncü şəxs qismində mübahisə predmeti barəsində müstəqil iddia verən Cəmilə İmanova tərəfindən xx.xx.2009-cu il tarixli razılıq ərizəsində qeyd edilmişdir ki, “mən X11 ərim Cavabdeh məxsus olan və Zərdab şəhəri, B. İsmayılov küçəsində yerləşən 8A nömrəli fərdi yaşayış evi İddiaçı QSC-yə və ya onun hər hansı bir filialına kreditin təminatı üşün ipoteka qoyulmasına razıyam. İpoteka qoyulmuş evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda öhdəmə götürürəm ki, onu qeyd-şərtsiz tərk edəcəyəm”. Həmin razılıq ərizəsindən görünür ki, iddia ərizəsində qeyd edilən və məhkəmənin də əsas götürdüyü 30000 ABŞ dolları məbləği həddində kreditin verilməsi barədə məhdudlaşdırıcı şərt razılıq ərizəsində qeyd edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, Cəmilə İmanovanın razılığı sacədə 30000 ABŞ dolları həddində olmamışdır. O, ümumiyyətlə, evin hər hansı məbləğin təminatı olaraq ipoteka qoyulmasına etiraz etməmişdir. Ümumiyyətlə, iddia predmeti barəsində müstəqil iddia tələbi sürən üçüncü şəxsin iddiasının məqsədi ipoteka predmetinin kreditin təminatı altından çıxarılmasına və hüquqlardan sui-istifadəyə yönəlmiş hal kimi qiymətləndirilməlidir. Ona görə də, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(035)-797/2019 saylı qətnaməsini qismən - qarşılıqlı iddia tələbi üzrə - X9 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2009-cu il tarixli 15S000001394 saylı zaminlik müqaviləsinə xitam verilməsi, iddia predmeti barəsində müstəqil tələb sürən üçüncü şəxs X6 iddiası üzrə - İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsi və həmin ipoteka müqaviləsinin yeni redaksiyada verilməsi barədə sazişin etibarsız hesab edilməsi və yüklülüyünə xitam verilməsi, həmin evin yüklülüyünə dair dövlət reyestrində aparılmış qeydiyyatın daşınmaz əmlakın dövlət reyesrtindən çıxarılması hissəsində, həmçinin ilk iddia tələbinin təmin edilməyən hissəsində ləğv edərək qarşılıqlı iddia tələbi və iddia predmeti barəsində müstəqil tələb sürən üçüncü şəxsin iddia tələbinin rədd edilməsi, ilk iddia tələbinin təmin edilməmiş hissələrinin də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı «İddiaçı” QSC-nin nümayəndəsi X12 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(035)-797/2019 saylı qətnaməsinin qismən ləğv edilməsini, qarşılıqlı iddia tələbi və iddia predmeti barəsində müstəqil tələb sürən üçüncü şəxsin iddia tələbinin rədd edilməsi, ilk iddia tələbinin təmin edilməmiş hissələrinin də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh və X9 apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(035)-797/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X5 vəkili Nümayəndə2 apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(035)-797/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbər edilmələrinə baxmayaraq müstəqil tələb sürən üçüncü şəxs X11 və üçüncü şəxsDƏDRX-nin 16 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlilərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(035)-797/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH № ******* seriyalıçıxarışın surətindən görünür ki, Zərdab şəhəri, B.İsmayılov küçəsində istifadəsində olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 133.6 kv.m yaşayış, kv.m qeyri yaşayış, - kv.m köməkçi sahədən ibarət 8 A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrəCavabdeh adına xx.xx.2006-ci il tarixdədaşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC-nin “Mingəçevir” filialı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə, 15L000000959 saylı kredit xətti müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli, 15M000000191 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh məxsus olan Zərdab şəhəri, B.İsmayılov küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 133.6 kv.m yaşayış, - kv.m qeyri yaşayış, kv.m köməkçi sahədən ibarət 8 A nömrəli fərdi yaşayışevitərəflər arasında bağlanmış 15L000000959 saylı kredit xətti müqaviləsi üzrə yüklülük müddəti 120 ay, kredit xəttinin məbləği 30.000 ABŞ dolları olmaqla ipotekaya qoyulmuşdur. İş materiallarına əlavə edilmiş V-JQ № 428017 seriyalı nikahın haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh iləƏsədova Cəmilə Tovuz qızı аrаsındа Zərdab rayonu VVAQ şöbəsində xx.xx.1991-ci il tаrixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 102 № ilə qeyd edilməklə rəsmi nikаh bаğlаnmış, ərə İmanov, arvada İmanova soyаdı verilmişdir. İş materiallarına əlavə edilmiş X5 xx.xx.2009-cu il tarixli ərizəsinin surətindən görünür ki, əri Cavabdeh məxsus olan, Zərdab şəhəri B.İsmayılov küçəsində yerləşən 8A № li fərdi yaşayış evininİddiaçı X8 və ya onun hər hansı bir fililalına kreditin təminatı üçün ipoteka qoyulmasına razı olduğunu bildirmiş və ipoteka qoyulmuş evə tutma yönəldikdə və satıldıqda eviqeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ******* MA seriyalı çıxarışdan görünür ki, Cavabdeh məxsus olan Zərdab şəhəri B.İsmayılov küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 8A nömrəli fərdi yaşayış evi yüklülük müddəti 120 ay, kredit xəttinin məbləği 30.000 ABŞ dolları olmaqla İddiaçı QSC-nin “Mingəçevir” filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 1 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC-nin “Mingəçevir” filialı ilə X9 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, **********4 saylı zaminlik müqaviləsindən görünür ki, o, müddəti 120 ay, məbləği 30.000 ABŞ dolları müəyyən edilmiş15L000000959 saylı kredit xətti müqaviləsi üzrəCavabdeh öhdəliklərini tamamiləicra etməsi üçün Bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyacağını öz öhdəsinə götürmüşdür. İşdə olan kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2014-cü il tarixli, 959 saylı Sazişdən görünür ki, İddiaçı QSC-nin “Mingəçevir” filialı iləCavabdeh arasında bağlanmışxx.xx.2009-cu il tarixli, 15L000000959 saylı kredit müqaviləsinin 1.1 və 1.2-ci bəndlərinə dəyişiklik edilmiş vəəlavələr edilməklə həmin 1.1 və 1.2 bəndləri aşağıdakı redaksiyada verilmişdir: - 1.1-ci bəndinə əsasən, Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 500.000 ABŞ dolları məbləğində kredit xəttini açır. Kreditlər tərəflər arasında “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanacaq ayrıca razılaşma əsasında veriləcək. Bu müqavilə Bankın kredit vermək vədini ifadə etmir. - 1.2-ci bəndinə əsasən bu müqavilə və kredit razılaşmalar əsasında istənilən məbləğ 175 ay müddətinə xx.xx.2024-cü il tarixdən gec olmayaraq verilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ******* RX seriyalı çıxarışından görünür ki, Cavabdeh məxsus olan Zərdab şəhəri B.İsmayılov küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 8A nömrəli fərdi yaşayış evi yüklülük müddəti 175 ay, kredit xəttinin məbləği 500.000 ABŞ dolları olmaqla İddiaçı QSC-nin “Mingəçevir” filialının xeyrinə yenidən ipoteka ilə yüklü edilmiş, Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 1 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2014-cü il tarixli, 1394 saylı Sazişdən görünür ki, İddiaçı QSC-nin “Mingəçevir” filialı ilə X14 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, **********4 saylı zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilmiş və onun zaminliyi ilə təmin edilən kredit xətti üzrə kreditin müddəti 175 ay, kreditin məbləğ isə 500.000 ABŞ dolları müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli, 15L000000959 saylı kredit xətti müqaviləsi üzrə İddiaçı QSC-nin “Mingəçevir” filialı iləCavabdeh arasında bağlanmış xx.xx.2014cü il tarixli, 15R000005763 saylı kredit razılaşmasından görünür ki, razılaşmaya əsasən Cavabdeh aylıq faiz dərəcəsi 1,75% olmaqla 36 ay müddətinə 18.000 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh həmin krediti razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli, 15L000000959 saylı kredit xətti müqaviləsi üzrə İddiaçı QSC-nin “Mingəçevir” filialı ilə Cavabdeh arasında bağlanmışxx.xx.2015ci il tarixli, 015R********** saylı kredit razılaşmasından görünür ki, razılaşmaya əsasən Cavabdeh aylıq faiz dərəcəsi 1,75% olmaqla 24 ay müddətinə31.800 ABŞ dollarıməbləğində kredit verilmiş, Cavabdeh həmin krediti razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmişödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı QSC-nin xx.xx.2017-ci il tarixli, 4463 və 4464 saylı maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, 15R000005763 saylı kredit razılaşması üzrə banka olan əsas borcu 13913.03 ABŞ dolları, faiz borcu 3441.15 ABŞ dolları, cərimə borcu 5458.83 ABŞ dolları; xx.xx.2015-ci il tarixli, 015R********** saylı kredit razılaşması üzrə əsas borcu 27856.99 ABŞ dolları, faiz borcu 6850.19 ABŞ dolları, cərimə borcu 10964 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktublarından görünür ki, borcun könüllüşəkildəödənilməsi barədə cavabdehlərə xəbərdarlıq edilmiş, əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması haqqında İddiaçı QSC tərəfindən Azərbaycan Respublikası ƏMDK yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərаzi İdаrəsinə ərizə verilmiş, həmin ərizə və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş Azərbaycan Respublikası ƏMDK yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərаzi İdаrəsində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 28146 saylı, xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, 15R000005763 saylı kredit razılaşmasıüzrəbanka əsas borc üzrə 13913.03 ABŞ dolları, faiz borcu üzrə 3441.15 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 015R********** saylı kredit razılaşmasıüzrəbanka əsas borc üzrə 27856.99 ABŞ dolları, faiz borcu üzrə 6850.19 ABŞ dolları borcu olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxxxx” MMC tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 0531/18/AB № li fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, qiymətləndirmə prosesi nəticəsində Zərdab şəhəri B.İsmayılov küçəsində istifadədə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 133,6 m2 yaşayış sahədən ibarət 8A nömrəli fərdi yaşayış evinin hazırkıbazar qiyməti 60000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılmasıüçün dövlət mədaxilinə 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş elektron xidmətlər portalından çıxarışlardan görünür ki, iddiaçı Azərbaycan Respublikası ƏMDK yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidmətinin hesabına ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasıüçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqıödəmişdir. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, işüzrə keçrilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 100 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı QSC-nin “Mingəçevir” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli 15L000000959 saylı kredit xətti müqaviləsinə əsasən sonuncuya 120 ay müddətində 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, həminkredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdehla xx.xx.2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsi bağlanmış və mülkiyyətində olan Zərdab şəhəri B.İsmayılov küçəsində yerləşən 8A saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Sonradan xx.xx.2014-cü il tarixli 959 saylı sazişlə kredit xətti müqaviləsinə dəyişiklik edilərək, kredit xəttinin müddəti 175 ay, məbləğ 500.000 ABŞ dolları müəyyən edilmişdir. Sözügedən kredit xətti müqaviləsi üzrə Cavabdehla İddiaçı QSC-nin “Mingəçevir” filialı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 15R000005763 saylı kredit razılaşması əsasında Cavabdeh 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18.000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli 15R000005763S saylı sazişlə həmin razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh krediti və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmalı olduğu halda öhdəliyinə əməl etməmiş, kredit borcunu və hesablanmış faizləri banka qaytarmamışdır. Nəticədə Cavabdeh banka 15R000005763 saylı kredit razılaşması üzrə əsas borca görə 13913.03 ABŞ dolları, faizə görə 3441.15 ABŞ dolları, cəriməyə görə 5458.83 ABŞ dolları, cəmi 22813.01 ABŞ dolları borcu yaranmışdır. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC-nin “Mingəçevir” filialı ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli 015R********** saylı kredit razılaşması əsasında da iddiaçıdan 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 faiz olmaqla, ödəniş planıüzrə hissə-hissə qaytarmaq şərti ilə 31.800 ABŞ dolları məbləğində kredit götürmüş, xx.xx.2015-ci il tarixli 015R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh krediti və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmalı olduğu halda öhdəliyinə əməl etməmiş, həmin kredit razılaşması üzrə dəkredit borcunu və hesablanmış faizləri banka qaytarmamışdır. Nəticədə Cavabdeh banka xx.xx.2015-ci il tarixli 015R********** saylı kredit razılaşması üzrə də əsas borca görə 27856.99 ABŞ dolları, faiz borcuna görə 6850.19 ABŞ dolları, cəriməyə görə 10964 ABŞ dolları, cəmi 45671.18 ABŞ dollarıolmaqla borcu yaranmışdır. Ona görə də ilkin iddiaçı hazırkı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, kollegiyanın iclasında müəyyən edilmişdir ki, kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdehla ilkin iddiaçı arasında xx.xx.2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsi bağlanarkən Cavabdeh arvadı-hazırkı mübahisə predmeti barəsində müstəqil iddia tələbi irəli sürən 3-cü şəxs Cəmilə İmanova birgə mülkiyyətlərində olan evin ipotekaya qoyulmasına notarial qaydada təsdiq edilməklə razılıq ərizəsi vermişdir. Həmin vaxt Cavabdehla ilkin iddiaçı arasında kredit xətti müqaviləsinin müddəti 120 ay, kredit xəttinin məbləği 30.000 ABŞ dolları məbləğində şərtləndirilmişdir. Cəmilə İmanovanın birgə mülkiyyətlərində olan evin ipotekaya qoyulmasına razılığı həmin şərtlər daxilində olmuşdur. Lakin, sonradan kredit xətti müqaviləsinin şərtləri dəyişdirilərək müddəti artırılaraq 175 ay, kredit xəttinin məbləği isə artırılaraq 500.000 ABŞ dolları məbləğində şərtləndirilmişdir. Həmin dəyişikliklər əsasında sözügedən evin yenidən yüklü edilməsi zamanı Cəmilə İmanovanın razılığı alınmamışdır. Bu barədə Cəmilə İmanovanın hazırkı işə birinci instansiya məhkəməsində baxılarkən məlumatı olmuşdur. Ona görə Cəmilə İmanova mülkiyyət hüququnun pozulduğunu iddia edərək, mübahisə predmeti barəsində müstəqil tələbi irəli sürən üçüncü şəxs qismində iddia qaldırmışdır. Həmçinin, kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı QSC-nin “Mingəçevir” filialı arasında bağlanmış kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının əlavə təminatı olaraq X9 ilə Bank arasında xx.xx.2009-cu il tarixli 15S000001394 saylı zaminlik müqaviləsi bağlanmış (zaminlik müqaviləsinə Rafiq Soltanovun razılığı ilə xx.xx.2014-cü il tarixli 1394 saylı sazişə əsasən dəyişiklik edilmişdir) və o, kredit xətti müqaviləsi üzrə öhdəliyin icrasına görə Bank qarşısında Cavabdehla birgə məsuliyyət daşıyacağı barədə öz üzərinə öhdəlik götürmüşdür. Kredit xətti müqaviləsində bilavasitə kreditə hesablanacaq faizin miqdarı müəyyənləşdirilməmişdir. Kreditə hesablanacaq faizin miqdarı Cavabdehla bank arasında sonradan bağlanmış kredit razılaşmalarında şərtləndirilmişdir ki, bundan da Rafiq Soltanovun xəbəri olmamışdır. Hər bir halda bank onun bu barədə razlığını almamışdır. Ona görə də, o, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə, öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsıdır. Tərəflər аrаsındа bаğlаnmış və yuxаrıdа göstərilən kredit sajişi (müqаviləsi) iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci mаddəsinin tələbinə görə, öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 460.1-ci mаddəsinə əsаsən öhdəliklərin icrаsı girov, dəbbə pulu və bu Məcəllədə nəzərdə tutulаn digər üsullаrlа təmin edilə bilər. Məhkəmə kollegiyası cavabdehlər tərəfindən banka ödənilməli pulun məbləğinin sübutu kimi iddiaçının tələb etdiyi əsas və faiz borcu tələbinə dair hissədə mötəbər hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsas borc məbləğinə münasibətdə cərimənin azaldılması nəticəsinə gələrkən hağlı olmuşdur. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə hüquqi dəyərləndirmə apararaq qeyd etməyi lazım bilir ki, işin mübahisə doğurmayan hallarından biri ondan ibarətdir ki, qarşılıqlı iddiaçı ilə ilkin iddiaçı arasında həqiqətən kredit xətti müqaviləsi üzrə zaminlik müqaviləsi bağlanmış, sonradan kredit xətti müqaviləsinə dəyişiklik edilməsi ilə əlaqədar sazişlə zaminlik müqaviləsinə də dəyişiklik edilmiş və qarşılıqlı iddiaçı zamin kimi həmin dəyişikliklərə razılaşaraq sazişi imzalamışdır. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçının zaminlik müqaviləsinə xitam verilməsi üçün gətirdiyi dəlillərlə, yəni sonradan manatın devalvasiyaya məruz qalması, zaminlik müqaviləsi bağlanarkən əsas götürdüyü şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi barədə dəlillərlə razılaşmasa da, qarşılıqlı iddiaçının zaminlik müqaviləsinə xitam verilməsi barədə iddiasını Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 477.0.1-ci mаddəsinin mənası və “Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 477.0.1-ci mаddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 4.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 269.11 və 307.4-cümаddələrinin "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarında və “Banklar haqqında” Azərbаycаn Respublikаsı Qanunun 1.0.9-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci mаddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarlarında müəyyən edilmiş hüquqi mövqeyi baxımında qiymətləndirərək hesab edir ki, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 477.0.1-ci mаddəsinə görə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun adıçəkilən qərarlarındakı hüquqi mövqeyi belədir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci mаddəsinin “onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, qarşılıqlı iddiaçı ilə yalnız kredit xətti müqaviləsi üzrə zaminlik müqaviləsi bağlanmış və həmin kredit xətti müqaviləsində faiz dərəcəsi bilavasitə göstərilməmişdir. Kredit üzrə faiz dərəcəsi əsas borcalanla bağlanmış kredit razılaşmasında (müqaviləsində) müəyyən edilmişdir ki, həmin kredit razılaşması (müqaviləsi) üzrə qarşılıqlı iddiaçının zaminliyi barədə hər hansı bir müqavilə imzalanmamış və onun faiz dərəcəsi barədə bilavasitə razılığı alınmamışdır. Belə olan təqdirdə məhkəməAzərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarlarındakı hüquqi mövqeyi əsas götürərək hesab edir ki, qarşılıqlı iddia təmin edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddianın təmin edilməsi hissəsində birinci instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla bərabər isin hallarına və tərəflərin qarsılıqlı münasibətlərinə uygun əsaslandırılmısdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə kollegiyası qeyd edilən qanunvericilik normalarının müddəalarına əsasən 3-cü şəxs Cəmilə İmanovanın verdiyi mübahisə predmeti barəsində müstəqil iddia üzrə hüquqi dəyərləndirmə apararaq, qeyd etməyi lazım bilir ki, Cavabdehla mübahisə predmeti barəsində müstəqil iddia irəli sürən üçüncü şəxs Cəmilə İmanova xx.xx.1991-ci il tarixdən rəsmi nikaha daxil olaraq ailə qurduqlarından və ilkin iddiaçı ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinin obyekti olan Zərdab şəhəri B.İsmayılov küçəsində yerləşən 8A saylı fərdi yaşayış evi yeni yaradılan əşya kimi xx.xx.2004-cü il taridə 135 saylı Qeydiyyat vəsiqəsinə əsasən daşınmaz əmlakın dövlət qeydiyyatına alındığından həmin ev onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.7-ci maddəsinə əsasən ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər. İşin yuxarıda müəyyən olunan hallarından görünür ki, ilkin iddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə aralarında sözügedən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə ipoteka müqaviləsi bağlanərkən hazırkı 3-cü şəxs Cəmilə İmanovanın notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi alınsa da, sonradan ipoteka müqaviləsinə dəyişiklik edilərək həm kreditin məbləği, həm də kreditin müddəti artırılakən Cəmilə İmanovanın notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi alınmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.7-ci maddəsinə əsasən ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər. Nəticədə Cavabdehla bərabər həm də hazırkı üçüncü şəxs qismində mübahisə predmeti barəsində müstəqil iddia verən Cəmilə İmanovanın mülkiyyətində olan ev onun razılığı olmadan artırılmış öhdəliyə görə mülki məsuliyyət riski qarşısında qalmışdır ki, məhkəmə kollegiyası da bunu mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ-ci bəndinəəsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliyini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuşəşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). Həmin Qanunun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Qanunun 14.1.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aparılır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti dəyişdikdə, ipoteka predmeti dəyişdirildikdə və ya özgəninkiləşdirildikdə müvafiq olaraq ipoteka kağızında dəyişikliklər aparılır vəəlavə qeydiyyata alınır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarıəsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, üçüncü şəxs Cəmilə İmanovanın mübahisə predmeti barəsində qaldırdığı müstəqil iddianın həm faktiki, həm də hüquqi əsası vardır. Ona görə də, birinci instansiya məhkəməsi üçüncü şəxs Cəmilə İmanovanın mübahisə predmeti barəsində qaldırdığı müstəqil iddianın təmin edilməsi nəticəsinə gələrkən haqlı olmaqla həm də “Banklar haqqında” Azərbаycаn Respublikаsı Qanunun 1.0.9-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci mаddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarının 2-ci bəndindəki hüquqi mövqeyini əsas götürmüşdür. Belə ki, həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.1 və 10.5-ci və Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 405.1-ci mаddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli 15M000000191 saylı ipoteka müqaviləsi və həmin ipoteka müqaviləsinin 1.1-ci bəndinin yeni redaksiyada verilməsi barədə “ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 191 saylı xx xxxx 2014-cü il tarixli sazişdən müstəqil tərəb irəli sürən üçüncü şəxs X5 məlumatı ilk İddiaçı QSC-nin hazırkı iddia tələbini məhkəmədə qaldırdıqdan sonra olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən hissədə birinci instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla bərabər isin hallarına və tərəflərin qarsılıqlı münasibətlərinə uygun əsaslandırılmısdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Apelyasiya şikayətinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Məhkəmə kollegiyası borclu Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2015-ci il tarixli 15R000005763S saylı sazişlə kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilən zaman zamin X9 ödəniş planı ilə tanış olması və imzalaması barədə dəlilini əsassız sayaraq qeyd edir ki, qanunvericiliyin tələbinə görə, zamin kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsinin hər ikisinə razılığını bildirməli və bunu öz imzası ilə təsdiq etməldir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayətləri təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(035)-797/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı «İddiaçı” QSC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(035)-797/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1514/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1514/2020
01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver