Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1648/2020 22.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi və cavabdehlərin vəkili X1 iştirakı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-72/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 (bundan sonra cavabdehlər) tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra iddiaçı) Zaqatala Rayon Məhkəməsində cavabdehlərə qarşı iddia qaldıraraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X3 verdiyi xx xxxxxx 2019-cu il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışda göstərilən 0,16 ha torpaq sahəsinin bir hissəsinə düşən qanunsuz inşa edilmiş tikilinin sökülməsi, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim E.Məmmədov) xx xxxx 2020-ci il tarixli 2(033)- 72/2020 nömrəli qətnaməsi iləiddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın X3 verdiyi xx xxxxxx 2019-cu il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən 0,16 ha torpaq sahəsinin Cavabdeh2 tərəfindən zəbt edilmiş 34 kv metr sahəsinin 15 kv metr hissəsini əhatə edən qanunsuz tikilinin sökülməsi və cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması, Cavabdeh3 iddiaçının mülkiyyətində olan torpaq sahəsinin zəbt etdiyi 40 kv metr sahədə qanunsuz tikilmiş 15 kv metr hissəsinin əhatə edən qanunsuz tikilinin sökülməsi, cavabdehin zəbt etdiyi 40 kv metr torpaq sahəsindən çıxarılması, həmin zəbt edilmiş 34 kv metr və 40 kv metr torpaq sahələrinin İddiaçı təhvil verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manatın cavabdehlərdən alınaraq Az.MEM, VÖİN**********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********. Müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTREAZ22 nömrəli hesaba keçirilməsi qət edilmişdir. Cavabdehlər həmin qətnamədən apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xüsusi mülkiyyətində Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən 0,16 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx xxxxxx 2019-cu il tarixli qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarış verilmişdir. Həmin torpaq sahəsi cavabdehin torpaq sahəsinə qonşudur. Cavabdehlər torpaq sahəsində qanunsuz, icazəsiz və layihəsiz fərdi yaşayış evi tikmişlər və evin bir hissəsi iddiaçıya məxsus torpaq sahəsinə düşür. İddiaçı cavabdehlərdən ona məxsus torpaq sahəsindən çıxmalarını, qanunsuz tikilmiş tikilinin onun torpağına düşən hissəsinin sökülüb götürülməsini tələb etsə də, cavabdehlər müxtəlif bəhanələr gətirərək bundan imtina etmişlər. Odur ki, iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Bu səbəbdən də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Odur ki, qeyd olunanlar nəzərə alınaraq apelyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)- 72/2020 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında cavabdehlərin vəkili İsmayıl İsmayılov apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı, onun vəkili və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası işə onların iştirakları olmadan baxılması mümkün hesab etmişdir. ETİRAZLAR İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasına etiraz göndərərək, bildirmişdir ki, həmin torpaq sahəsi Saleh və Vüsal tərəfindən alınmayıb. Alqı satqı müqaviləsini tələb edin. Qanunsuz evlərin tikildiyi torpagın çıxarışı məhkəmə qaydasında ləgv olunub, ora yeni vərəsəlik açılır. Evlər kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikilib. Evlərin biri tikilib, digəri yarımçıqdır. Evlərin tikilməsinə dair hər hansı sərəncam, layihə və ya razılıq yoxdur. Evlərin bir hissəsi iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində tikilmişdir. Tikilmiş evlərin bir hissəsinin iddiaçıya məxsus torpaq sahəsində olması ekspert rəyi ilə təsdiq olunur. Ekspert həmin torpaqları ölçərkən cavabdeh Saleh şəxsən iştirak etmiş və ekspertə torpaqların ölçülməsində yaxından köməklik göstərmişdir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Xahiş edirəm şikayəti rədd edəsiniz. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası cavabdehlərin vəkilini dinləyib, apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilmədən və iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-72/2020 saylıqətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün faktiki halları kifayət qədər araşdırmış və mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olan hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan sübutlardan, yəni: xx xxxxxx 2019-cu il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən 0,16 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 27892 nömrəli ekspert rəyində göstərilmişdir ki, iş üzrə iddiaçının mülkiyyətində daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydə alınmış iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında verilmiş 0,16 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrinin tərtib edildiyi **********93 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh2 istifadəsində olan torpaq sahəsinin 34 kv m hissəsi, Cavabdeh3 istifadəsində olan torpaq sahəsinin 40 kv m hissəsi, ümumilikdə torpaq sahəsinin 74 kv mhissəsi cavabdehlərin istifadəsindədir. Cavabdeh tərəfindən aparılmış tikili iddiaçının mülkiyyətində olan DƏDRX-nın tərtib etdiyi **********63 nömrəli çıxarışa əsasən, Cavabdeh2 faktiki istifadə etdiyi torpaq sahəsinin 15 kv m hissəsinə, Cavabdeh3 faktiki istifadə etdiyi torpaq sahəsinin 15 kv m hissəsinə tikililər düşür. Beləliklə, məhkəmə kollegiyası tədqiq etdiyi sübutlarla müəyyən etmişdir ki, hazırda mübahisə predmeti olan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Bu torpaq sahəsində iddiaçının mülkiyyət hüququnu təsdiq edən çıxarış mövcuddur. Lakin hazırki vəziyyətdə iddiaçı qanuni mülkiyyətində olan bu torpaq sahəsindən sərbəst istifadə edə bilmir. İddiaçının həmin torpaq sahəsində mülkiyyət hüququ cavabdehlər tərəfindən pozulmuş, nəticədə iddiaçının torpaq sahəsi üzərində sahibliyinə və istifadəsinə maneə yaradılmışdır. Birinci instansiya məhkəməsi də gəldiyi nəticəni məhkəmə kollegiyasının iclasında müəyyən edilmiş hallarla əsaslandırmış və iddianı təmin etmişdir. Cavabdehlər isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış, apelyasiya şikayətində dəlil kimi sözügedən torpaq sahəsinin məhz iddiaçının əmisi oğlundan alınması və həmin torpaq sahəsində evlərin tikilməsi, nə torpaq sahəsi alındıqdan sonra torpağın sərhəd mərzlərinin müəyyən edilməsi zamanı, nə də evlərin tikintisi zamanı iddiaçı tərəfindən cavabdehlərə qarşı heç bir etirazın edilməməsi, məhz evlərin tikintisi yekunlaşdıqdan sonra evlərin iddiaçının ərazisinə keçməsinə dair iddianın irəli sürülməsi, iddiaçının aylarla davam edən tikinti zamanı onun ərazisinə edilmiş müdaxiləyə heç bir zaman etiraz etməməsi, cavabdehlər tərəfindən iddiaçıya mübahisəli hissənin əvəzində məhz iddiaçının torpaq sahəsinə bitişik və cavabdehlərə məxsus torpaq sahəsinin digər hissəsindən 2 dəfə artıq torpaq sahəsinin verilməsinin təklif edilməsi, kompensasiya təklif olunması, lakin iddiaçının qərəzli olaraq bundan da imtina etməsi, iddiaçının məqsədinin əksilmiş mülkiyyətinin bərpa edilməsi deyil, kiçicik bir torpaq sahəsi əvəzində cavabdehlərdən on minlərlə manatla ölçülən maddi qazanc əldə etmək olması, bunun isə mülki qanunvericiliyin təməl prinsiplərindən olan vicdanlılıq prinsipinə birbaşa zidd olması, torpaq sahəsi satılan zaman torpaq sahəsinin koordinatlarının iddiaçının əmisi oğlu tərəfindən cavabdehlərə bildirilməsi, iddiaçının torpaq sahəsinin bölgüsü ilə razılaşması, cavabdehlər tərəfindən onun torpaq sahəsinə keçildiyini bildiyi halda həmin sahədə evlərin tikintisinə səssiz qalması və nəticədə iddiaçının mülkiyyətinə edilmiş müdaxilənin bərpa edilməsinin mümkünsüz olduğu məqamda, yəni artıq evlər tikilib qurtardıqdan sonra bundan sui-istifadə edərək cavabdehlərdən külli miqdarda kompensasiya tələb etməsi, iddiaçının mövcud mübahisə ilə bağlı hərəkətləri heç bir halda vicdanlılığa uyğun olmaması, “hüquqdan sui-istifadə” məqsədi daşıması, hüququndan sui-istifadə edən iddiaçının bu yönümdə olan hərəkətlərinin (mövcud iddia tələbi) etibarsız olması, tərəflər arasında razılaşdırılmış koordinatlar daxilində tikinti işlərinin aparılması, cavabdehlərin mübahisəli ərazi ilə bağlı mülki qəsdlərinin olmaması, hazırki mübahisə üzrə cavabdehlər tərəfindən mülki qəsd halının olmadığı üçün, həmçinin iddiaçı vicdanlılıq və dürüstlüklə bağlı vəzifələrini icra etmədiyi üçün tikilmiş evlərə dair həm birbaşa, həm də qanunun analogiyası tətbiq edilməklə mülki qanunvericiliyin çıxıntılı binalarla bağlı müddəalarının tətbiq edilməli olması və s. göstərilmişdir. Apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qeyd olunan nəticəyə gəlməkdə haqlı olmuş, işin faktiki hallarına və tərəflərin qaşılıqlı münasibətlərinə uyğun olan nəticəyə gəlmişdir. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçı torpaq sahəsinin mülkiyyətçisidir və ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsindən istifadə etməklə onun mülkiyyət hüququnu pozmuşlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmçinin Konstitusiyanın 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının MM-in 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (MM-in 157.4-cü maddəsi). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər (MM-in 165.1-ci maddəsi). Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Məhkəmə “Sporronq və Lonnpot İsveçə qarşı” işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus olan torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı protokolununun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsini özbaşına tutmaqda davam etmələri də iddiaçının mülkiyyət hüququ ilə ona mənsub olan torpaq sahəsinə mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli etmiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Papamixalopulos Yunanıstana qarşı” işdə qərara almışdır ki, torpaq sahəsinə sərəncam vermək imkanının itirilməsi və vəziyyəti düzəltmək üçün edilən cəhdlərin uğursuz olması ərizəçilər üçün kifayət qədər ciddi nəticələr doğurmuşdu, belə ki, onlar de fakto müsadirəyə məruz qalmışdılar. Cavabdehlər mübahisəli torpaq sahəsini qanunsuz olaraq tutmaqla, de fakto mülkiyyətçini öz mülkiyyətindən sərbəst istifadə etmək imkanından məhrum etmişlər. O da qeyd olunmalıdır ki, iş materiallarında mübahisəli torpaq sahəsinin iddiaçının razılığı ilə alınması barədə hər hansı bir sübut yoxdur. Belə olan halda iddiaçının mülkiyyətinə edilmiş müdaxilənin aradan qaldırılmasını tələb etməsi və hüquqdan sui-istifadə məqsədi daşıması, iddiaçının torpaq sahəsinin bölgüsü ilə razılaşması, habelə vicdanlılıq və dürüstlüklə bağlı vəzifələrini icra etmədiyi üçün tikilmiş evlərə dair həm birbaşa, həm də qanunun analogiyası tətbiq edilməklə mülki qanunvericiliyin çıxıntılı binalarla bağlı müddəalarının tətbiq edilməli olması barədə apelyasiya şikayətinin təlilləri ilə razılaşmaq olmur, tələb kifayət qədər aydın və mübahisəsizdir. Apelyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, formal mülahizələrə əsaslanır. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (MPM-in 385.2-ci mad.). Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsində göstərilir ki, torpаq mülkiyyətçiləri, istifаdəçiləri və icаrəçiləri bаşqа torpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrını pozmаmаlıdırlаr (mad.82) Torpaq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrı qаnunlа qorunur (mad. 84). Azərbаycаn Respublikаsındа torpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаn olunur. Özbаşınа tutulmuş (zəbt edilmiş) torpаq sаhələri qаnunsuz istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyаti üzrə geri qаytаrılmаlıdır (mad. 111). MPM-in əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (mad. 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (mad. 77.1). Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur (mad. 88). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinciinstansiyaməhkəməsi iddia tələbinin təmin edilməsini qət etməklə düzgünnəticəyəgəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, cavabdehlərin apelyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-72/2020 nömrəli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-72/2020 saylı qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1648/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1648/2020
22.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver