Məhkəmə qərarları › İş №2(107)-1826/2019

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1826/2019

21.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1826/2019 21.11.2019 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (sədrlik edən) - Məlikov Vəzirxan İsgəndər oğlu, Hakimlər - Hüseynov Elçin Şirin oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Quluzadə Rahul Teyyuf oğlu katibliyi, iddiaçı “İddiaçıBank” QSC-nin nümayəndəsi X4 və Cavabdeh3 vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “İddiaçıBank” QSC-in cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(048)-2225/2017 saylı qətnaməsindən Cavabdeh3 vəkili və nümayəndəsi X3 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim Zəfər Quliyev) xx xxxxxxx 2017-ci il tarixli 2(046)-2225/2017 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx xxxxxx 2014-cü il tarixli 26R0Ö0004188 saylı kredit razılaşması üzrə 62 (altmış iki) manat 34 (otuz dörd) qəpik əsas borc, 22 (iyirmi iki) manat 83 (səksən üç) qəpik faiz, 19 (on doqquz) manat 50 (əlli) qəpik cərimə borcu, cəmi 104 (bir yüz dörd) manat 67 (altmış yeddi) qəpik, xx xxxx 2014-cü il tarixli 26A000011449 saylı kredit razılaşması üzrə 11978,08 (on bir min doqquz yüz yetmiş səkkiz dollar səkkiz sent) ABŞ dolları əsas borc, 4130,84 (dörd min bir yüz otuz dollar səksən dörd sent) ABŞ dolları faiz, 500 (beş yüz) ABŞ dolları cərimə borcu, cəmi 16608 (on altı min altı yüz səkkiz) ABŞ dolları 92 (doxsan iki) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı «İddiaçıBank» QSC-yə ödənilsin, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 25 (iyirmi beş) manatı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2, 5 (beş) manatı iddiaçı «İddiaçıBank» QSC-yə aid edilməsi, qalan hissədə iddia təmin olunmaması qət edilmişdir. İşin halları: İddiaçı «İddiaçıBank» QSC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2014-cü il tarixli, 26R000004188 saylı kredit razılaşması üzrə 62 manat 34 qəpik əsas, 22 manat 83 qəpik faiz, 19 manat 50 qəpik cərimə, cəmi 104 manat 67 qəpik, xx xxxx 2014-cü il tarixli 26A000011449 saylı kredit razılaşması üzrə 11978 ABŞ dolları 08 sent əsas, 4130 ABŞ dolları 84 sent faiz, 6014 ABŞ dolları 05 sent cərimə, cəmi 22122 ABŞ dolları 97 sent məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada «İddiaçıBank» QSC- nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı «İddiaçıBank» QSCnin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirmişdir ki, xx xxxxx 2013-cü il tarixdə Cavabdeh3 ilə «İddiaçıBank» QSC arasında bağlanmış 26L000000997 saylı kredit xətti müqaviləsinə əsasən, Cavabdeh3 60 ay müddətinə 40000 ABŞ dolları kredit xətti açılmışdır. xx xxxxxx 2014-cü il tarixdə «İddiaçıBank» QSC ilə Cavabdeh3 arasında bağlanmış 26R000004188 saylı kredit razılaşması əsasında Cavabdeh3 24 ay müddətinə, aylıq 2,3333 faiz olmaqla 7500 manat məbləğində kredit götürmüşdür. Bundan başqa xx xxxx 2014-cü il tarixdə «İddiaçıBank» QSC ilə Cavabdeh3 arasında bağlanmış 26A000011449 saylı kredit razılaşması əsasında Cavabdeh3 60 ay müddətinə, aylıq 2 faiz olmaqla 14500 ABŞ dollar məbləğində kredit götürmüşdür. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh2 arasında xx xxxxxx 2013-cü i! tarixdə, Cavabdeh1 arasında xx xxxxxx 2013-cü il tarixli, xx xxxx 2014-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən borclunun hesablaşmalara görə iddiaçıya xx xxxxxx 2014-cü il tarixli, 26R0Ö0Q04188 saylı kredit razılaşması üzrə 62 manat 34 qəpik əsas, 22 manat 83 qəpik faiz, 19 manat 50 qəpik cərimə, cəmi 104 manat 67 qəpik, xx xxxx 2014-cü il tarixli 26A00Q011449 saylı kredit razılaşması üzrə 11978 ABŞ dolları 08 sent əsas, 4130 ABŞ dolları 84 sent faiz, 6014 ABŞ dolları 05 sent cərimə, cəmi 22122 ABŞ dolları 97 sent məbləğində borcu qalmışdır. Cavabdehlərə dəfələrlə bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin və faizlərin ödənilməsi üçün tədbir görməmişlər, kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Göstərilənlərlə əlaqədar iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 birinci instansuya məhkəməsinin məhkəmə iclasının vəxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsidə əsasən, işə bu şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş «İddiaçıBank» QSCnin Göyçay filialı ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxx 2013- cü il tarixli 26L000000997 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən 60 ay müddətə Cavabdeh3 40000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. (1.1 və 1.2-ci bəndlər). İş materiallarında olan «İddiaçıBank» QSC-nin Göyçay filialı ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 26R000004188 saylı kreditrazılaşmasına əsasən bank tərəfindən aylıq 2,3333 % hesablanmaqla 24 aylıq müddətə Cavabdeh3 7 500 manat məbləğində kredit verilmişdir (1,1-ci bənd). İş materiallarında olan «İddiaçıBank» QSC-nin Göyçay filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 26A000011449 saylı kredit razılaşmasına əsasən bank tərəfindən aylıq 2 % hesablanmaqla 60 aylıq müddətə Cavabdeh3 14.500 ABŞ dolları məbləğində kredit verilmişdir (1.1-ci bənd). İş materiallarında olan Cavabdeh1, Cavabdeh2 da Cavabdeh3 kredit xətti müqaviləsindən irəli gələn öhdəliyini icra etmədikdə (kredit və onun faizini, cəriməni və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödərnədikdə) bank qarşısında həmin öhdəliyin tam icra olunmasını üzərinə götürmüşdür (xx xxxxxx 2013-cü il tarixli, xx xxxx 2014-cü il tarixli zaminlik müqavilələrinin 1.1-ci bəndi). İş materiallarında olan Cavabdeh3 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməməsi nəticəsində bank qarşısında xx xxxxxx 2014-cü il tarixli, 26R000004188 saylı kredit razılaşması üzrə 62 manat 34 qəpik əsas, 22 manat 83 qəpik faiz, 19 manat 50 qəpik cərimə, cəmi 104 manat 67 qəpik yaranmışdır (xx.xx.2017-ci ii tarixli maliyyə arayışı). İş materiallarında olan Cavabdeh3 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməməsi nəticəsində bank qarşısında xx xxxx 2014-cü il tarixli 26A000011449 saylı kredit razılaşması üzrə 11978 ABŞ dolları 08 sent əsas, 4130 ABŞ dolları 84 sent faiz, 6014 ABŞ dolları 05 sent cərimə, cəmi 22122 ABŞ dolları 97 sent məbləğində borcu yaranmışdır (xx.xx.2017-ci il tarixli maliyyə arayışı). İş materiallarında olan iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir (xx.xx.2017-ci il tarixli ödəniş qəbzi). Məhkəmədə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Cavabdeh3 vəkili və nümayəndəsi X3 Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(046)-2225/2017 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apelasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Ona görə də, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(046)-2225/2017 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçı “İddiaçıBank” QSC-in cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair ddiası əsassız olduğu üçün təmin edilməməasini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “İddiaçıBank” QSC-nin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(046)-2225/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 vəkili X3 Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(048)-2225/2017 saylı qətnaməsini qismən ləğv edərk ekspertiza rəyinə uyğun qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 -ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1 -ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Cavabdeh3 nümayəndəsi X1 apelyasiya şikayətindən görünür ki, o, iddiaçı «İddiaçıBank» QSC-yə olan əsas kredit, faiz və cərimə borcunu mübahisələndirir. Odur ki, məhkəmə kollegiyası həmin hissədə yoxlama aparmalıdır. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı «İddiaçıBank» QSC cəvabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2014-cü il tarixli, 26R00Q004188 saylı kredit razılaşması üzrə 62 manat 34 qəpik əsas, 22 manat 83 qəpik faiz, 19 manat 50 qəpik cərimə, cəmi 104 manat 67 qəpik, xx xxxx 2014-cü il tarixli 26A000011449 saylı kredit razılaşması üzrə 11978 ABŞ dolları 08 sent əsas, 4130 ABŞ dolları 84 sent faiz, 6014 ABŞ dolları 05 sent cərimə, cəmi 22122 ABŞ dolları 97 sent məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3 Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada «İddiaçıBank» QSC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(046)-2225/2017 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx xxxxxx 2014-cü il tarixli 26R000004188 saylı kredit razılaşması üzrə 62 (altmış iki) manat 34 (otuz dörd) qəpik əsas borc, 22 (iyirmi iki) manat 83 (səksən üç) qəpik faiz, 19 (on doqquz) manat 50 (əlli) qəpik cərimə borcu, cəmi 104 (bir yüz dörd) manat 67 (altmış yeddi) qəpik, xx xxxx 2014-cü il tarixli 26A000011449 saylı kredit razılaşması üzrə 11978,08 (on bir min doqquz yüz yetmiş səkkiz dollar səkkiz sent ABŞ dolları əsas borc, 4130,84 (dörd min bir yüz otuz dollar səksən dörd sent) ABŞ dolları faiz, 500 (beş yüz) ABŞ dolları cərimə borcu, cəmi 16608 (on altı min altı yüz səkkiz) ABŞ dolları 92 (doxsan iki) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı «İddiaçıBank» QSC-yə ödənilsin, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 25 (iyirmi beş) manatı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2, 5 (beş) manatı iddiaçı «İddiaçıBank» QSC-yə aid edilməsi, qalan hissədə iddia təmin olunmaması qət edilmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli rəyi ilə müəyyən olunur ki, xx xxxxxx 2014-cü il tarixli 26R000004188 saylı kredit razılaşması üzrə əsas ktedit borcu 11.934,58 ABŞ dolları, faiz borcu isə 3015,47 ABŞ dolları təşkil etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfində cavabdehlərə təyin edilmiş 500 ABŞ dolları məbləğində cərimə kredit borcuna münasibətdə mütanasibdir. Məhkəmə kollegiyası Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsini mübahisələndirilən hissədə apelyasiya şikayətinin dəlilləri baxımından yoxlayaraq, belə qənaətə gəlir ki, xx xxxxx 2013-cü il tarixdə Cavabdeh3 ilə «İddiaçıBank» QSC arasında bağlanmış 26L000000997 saylı kredit xətti müqaviləsinə əsasən, Cavabdeh3 60 ay müddətinə 40000 ABŞ dolları kredit xətti açılmışdır. xx xxxxxx 2014-cü i! tarixdə «İddiaçıBank» QSC ilə Cavabdeh3 arasında bağlanmış 26R0Ü0004188 saylı kredit razılaşması əsasında Cavabdeh3 24 ay müddətinə, aylıq 2,3333 faiz olmaqla 7500 manat məbləğində kredit götürmüşdür. Bundan başqa xx xxxx 2014-cü il tarixdə «İddiaçıBank» QSC ilə Cavabdeh3 arasında bağlanmış 26A000011449 saylı kredit razılaşması əsasında Cavabdeh3 60 ay müddətinə, aylıq 2 faiz olmaqla 14500 ABŞ dollar məbləğində kredit götürmüşdür. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh2 arasında xx xxxxxx 2013-cü il tarixdə, Cavabdeh1 arasında xx xxxxxx 2013cü il tarixli, xx xxxx 2014-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən borclunun hesablaşmalara görə iddiaçıya xx xxxxxx 2014- cü ıl tarixli, 26R000004188 saylı kredit razılaşması üzrə 62 manat 34 qəpik əsas, 22 manat 83 qəpik faiz, 19 manat 50 qəpik cərimə, cəmi 104 manat 67 qəpik, xx xxxx 2014-cü il tarixli 26A000011449 saylı kredit razılaşması üzrə 11.934,58 ABŞ dolları əsas, 3015,47 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə, cəmi 15450 ABŞ dolları 05 sent məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddSterin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 19-cu maddəsinin ‘pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi” müddəası pulun hansı hallarda ödəniş vasitəsi kimi çıxış etməsinin və ödəniş vasitəsinin hüquqi anlayışının müəyyən edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu bu baxımdan hesab etmişdir ki, pulun ödəniş vasitəsi kimi işlədilməsi hallarına hər hansı malın, işin, xidmətin və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması aid olunur. İstinad edilən maddələrin, habelə Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhindən irəli gələrək qeyd edilməlidir ki, borc münasibətlərindən fərqli olaraq ipoteka predmetinin satışının ödəniş vasitəsi kimi yalnız manatla həyata keçirilməsi nəzərdə tutulduğundan ilkin satış qiyməti də məhz manatla ifadə olunmalıdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol verərək, ilkin satış qiymətini xarici valyuta ilə müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1 -ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin dəyişdirə bilər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh3 vəkili və nümayəndəsi X1 apelyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2017ci il tarixli, 2(046)-2225/2017 saylı qətnaməsi qismən- xx xxxx 2014-cü il tarixli 26A000011449 saylı kredit razılaşması üzrə 11978 (on bır min doqquz yüz yetmiş səkkiz) ABŞ dolları 08 (səkkiz) sent əsas borc, 4130 (dörd min bir yüz otuz) ABŞ dolları 84 (səksən dörd) sent faiz, 500 (beş yüz) ABŞ dolları cərimə borcu, cəmi 16608 (on altı min altı yüz səkkiz) ABŞ dolları 92 (doxsan iki) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı «İddiaçıBank» QSC-yə ödənilməsi hissəsində dəyişdirilərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 11.934,58 (on bir min doqquz yüz otuz dörd dollar əlli səkkiz sent) ABŞ dolları əsas borc, 3015,47 (üç min on beş dollar qırx yeddi sent) ABŞ dolları faiz borcu, 500 (beş yüz) ABŞ dolları cərimə məbləği cəmi 15.450,05 (on beş min dörd yüz əlli dollar beş sent) ABŞ dolları pulun ödəniş anında, ödəniş yerinin məzənnə qiyməti üzrə, Azərbaycan Respublikasının pul vahidi olan manat dəyəri miqdarında müştərək qaydada tutularaq iddiaçı «İddiaçıBank» QSC-yə ödənilməsi müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh3 vəkili və nümayəndəsi X1 apelyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(046)-2225/2017 saylı qətnaməsi qismən- xx xxxx 2014-cü il tarixli 26A000011449 saylı kredit razılaşması üzrə 11978 (on bir min doqquz yüz yetmiş səkkiz) ABŞ dolları 08 (səkkiz) sent əsas borc, 4130 (dörd min bir yüz otuz) ABŞ dolları 84 (səksən dörd) sent faiz, 500 (beş yüz) ABŞ dolları cərimə borcu, cəmi 16608 (on altı min altı yüz səkkiz) ABŞ dolları 92 (doxsan iki) sent məbləğində puiun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddıəçı «İddiaçıBank» QSC-yə ödənilməsi hissəsində dəyişdirilərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 11.934,58 (on bir mln doqquz yüz otuz dörd dollar əlli səkkiz sent) ABŞ dolları əsas borc, 3015,47 (üç min on beş dollar qırx yeddi sent) ABŞ dolları faiz borcu, 500 (beş yüz) ABŞ dolları cərimə məbləği cəmi 15.450,05 (on beş min dörd yüz əlli dollar beş sent) ABŞ dolları pulun ödəniş anında, ödəniş yerinin məzənnə qiyməti üzrə, Azərbaycan Respublikasının pul vahidi olan manat dəyəri miqdarında müştərək qaydada tutularaq iddiaçı «İddiaçıBank» QSC-yə ödənilməsi müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə verilsin. (AZ34CTRE******************** ;Az.MEM, VÖEN**********, Dövlət Xəzinədarlığı Agentiyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Elçin Hüseynov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar