Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1859/2021 15.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi cavabdeh Yüzbaşıyev Arif Soltanməcid oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı, X3 və X1 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Zaqatala rayonu İcra və Probasiya şöbəsinin rəisi Cavabdeh1, Cavabdeh2 və Yüzbaşiyev Arif Soltanməcid oğluna qarşı “əşyaların evə yerləşdirilməsi və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(033)-935/2021 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı, X3 və X1 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Zaqatala rayonu İcra və Probasiya şöbəsinin rəisi Cavabdeh1, Cavabdeh2 və Yüzbaşiyev Arif Soltanməcid oğluna qarşı “əşyaların evə yerləşdirilməsi və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 aprel 2021-ci il tarixdə Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi Cavabdeh1 və polis İlqar Xəlilov tərəfindən qanunsuz olaraq evdən çıxarılmış ev əşyalarının evə yerləşdirilməsi və onu 2 azyaşlı uşağı ilə Zaqatala rayonu Göyəm kəndində yerləşən Yüzbaşiyev Arif Soltanməcid oğlunun mülkiyyətində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən onlara məxsus bir mərtəbəli kürsülü, 4 otaq, mətbəx və hamamdan ibarət fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Zaqatala Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(033)-935/2021 saylı (hakim Vüqar Məmmədov) qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı nümayəndəsi və vəkili Nəbiyev X4 Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(033)-935/2021 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(033)-935/2021 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmış, əsas isə bir neçə iddianın birləşməsi göstərilmişdir. Bu doğru deyil. Onların bir iddiaları var, əşyalarla birlikdə evə köçürülmədir. İcra məmuru və polis ona görə cavabdehdir ki, onlar iddiaçıları məhkəmə qərarı olmadan çıxarmışlar. Məhkəmə hazırki iddiaya baxmaq istəmirsə, icra və polis məmurunun qanunsuz hərəkətlərini dəstəkləyir nəticəsinə gəlmək olar. Deməli Ali Məhkəmənin qərarı heç bir əhəmiyyət kəsb etmir. Zaqatala Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(033)-935/2021 saylqərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Yüzbaşıyev Arif Soltanməcid oğlu şikayətin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(033)- 935/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, onun nümayəndəsi və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(033)-935/2021 saylı qərardadı ləğv edilməli, mülki iş sonrakı hərəkətlərin edilməsi üçün Zaqatala Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçının iddia ərizəsindən görünür ki, iddiaçının iddia ərizəsində göstərdiyi tələb əşyalarla evə köçürülmədən ibarətdir. Göstərilmiş tələb üzrə cavabdehlərin ayrı-ayrılıqda göstərilməsinə səbəb isə icra məmuru və polis orqanlarının iddiaçıları məhkəmə qərarı olmadan çıxarmalarıdır. Belə iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 16.01.2020-ci il tarixli 2(107)- 291/2020 nömrəli qətnaməsinə əsasən Zaqatala Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 2(033)-19/2019 saylı qətənaməsi iddiaçı Yüzbaşıyev Arif Soltan oğlunun cavabdehlər İddiaçı və X2 qarşı Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən çıxarılmaları hissəsində ləğv edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 16.01.2020-ci il tarixli 2(107)-291/2020 nömrəli qətnaməsi qanuni qüvvəsini alaraq 25.11.2020-ci ildə icraya yönəldilmişdir. Yəni göründüyü kimi hazırki işdə cavabdehlər olan icra məmuru və polis orqanlarının əməkdaşları qüvvədə olan məhkəmə qətnaməsinin qüvvədə olmasına əhəmiyyət vermədən iddiaçıların əşyalarını evdən çıxarmışlar. Birinci instansiya məhkəməsi əsassız olaraq iddia ərizəsini geri qaytarmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, hazırkı iddia ərizəsində göstərilmiş tələblər bir-biri ilə əlaqəli olmayan tələb kimi qiymətləndirilməsi düzgün deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlüyü ilə bağlı digər halların arışdırılaraq, iddianın icraata qəbul edilməsi məsələsinin müəyyən edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianın icraata qəbul edilməsini istisna edən başqa halların olub-olmamasını araşdırmalı, bu hallar müəyyən edilməzsə iddianı icraata qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 397-398ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(033)-935/2021 saylı qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı, X3 və X1 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Zaqatala rayonu İcra və Probasiya şöbəsinin rəisi Cavabdeh1, Cavabdeh2 və Yüzbaşiyev Arif Soltanməcid oğluna qarşı “əşyaların evə yerləşdirilməsi və evə köçürülmə” tələbinə dair mülki iş sorakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Zaqatala Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-1859/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1859/2021
15.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver