Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2104/2020 02.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, X1, İddiaçı3 və X3 cavabdehlər X12 və Cavabdeh2 qarşı “qeyri-qanuni zəbt edilmiş torpaq sahəsindən çıxrılma, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-32/2020 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər X12 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 X7 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Qarabulaq kəndi ərazisində yerləşən, onların mülkiyyətində olan və cavabdeh X5 qeyri-qanuni zəbt etdiyi 0,70 hektar torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin onlara təhvil verilməsi və cavabdeh tərəfindən onlara vurulmuş 10.000 manat maddi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə prosesinin gedişində iddiaçıların vəsatəti əsasında Cavabdeh2 da cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçılar məhkəmə prosesinin gedişində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi - torpaq sahəsindən çıxarılma ilə bağlı hissədə tələbin həcminin artırılması, maddi zərərin ödənilməsi ilə bağlı hissədə isə tələbin həcminin azaldılması barədə ərizə təqdim edərək onların mülkiyyətində olan 4,18 hektar torpaq sahəsinin cavabdehlərin qeyri-qanuni zəbt etdikləri 1,05 hektardan ibarət hissəsindən cavabdehlərin çıxarılması, torpaq sahəsinin onlara təhvil verilməsi və cavabdehlər tərəfindən onlara vurulmuş 6250 manat maddi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-32/2020 nömrəli (hakim K.Süleymanov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər X12 və Cavabdeh2 Oğuz rayonu Qarabulaq kəndi ərazisində yerləşən, xx xxxxxx 1998-ci il tarixli JN 154 (KOD 40502048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və onların ailə üzvlərinin xüsusi mülkiyyətində olan 4,18 hektar torpaq sahəsinin 1-4 döngə nöqtələri arasında X – Y koordinatları üzrə (1 nöqtəsi X – 718042,6595, Y – 4524186,6384, məsafə 29,7 metr; 2 nöqtəsi X – 718047,4463, Y – 4524215,9955, məsafə 292,1 metr; 3 nöqtəsi X – 718339,5408, Y – 4524210,9909, məsafə 42,5 metr; 4 nöqtəsi X – 718335,6326, Y – 4524168,6653, məsafə 293,5 metr) yerləşən cəmi 1,05 hektardan ibarət hissəsindən çıxarılmaları, həmin torpaq sahəsinin boşaldılaraq iddiaçılara təhvil verilməsi, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumu məbləğinin iddiaçıların özünə aid edilməsi, iş üzrə müayinə və tədqiqat xərci olan 154,16 manat məbləğ cavabdehlər X12 və Cavabdeh2 müştərək qaydada tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCnin hesabına ödənilməsi iş üzrə ekspertiza xərci olan 50,00 manat məbləğ cavabdehlər X12 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi iddia tələbinin maddi zərərin ödənilməsinə dair hissəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər X12 və Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçılar öz iddia tələblərini onunla əsaslandırmışlar ki, Oğuz rayon X6 xx xxxx 1998-ci il tarixli 66 nömrəli qərarı ilə xx xxxxxx 1998-ci il tarixli JN 154 (KOD 40502048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən onların ailə üzvlərinin xüsusi mülkiyyətinə 4,18 hektar torpaq sahəsi verilmişdir. 4,18 hektar torpaq sahəsinin mülkiyyətçilərindən X13 və X4 vəfat etmişlər. Həmin torpaq sahəsinin cənub tərəfində cavabdeh X5 torpaq sahəsi yerləşir. Onlara məxsus torpaq sahəsinin bir hissəsini uzun müddətdir ki, hazırki iş üzrə cavabdehlər - X12 və onun qardaşı Cavabdeh2 heç bir qanuni əsas olmadan, onların iradəsi ziddinə zəbt etmişlər. Cavabdehlər heç bir əsas olmadan qeyd olunan torpaq sahəsinin özlərinə məxsus olduğunu iddia edib həmin torpaq sahəsindən qeyri-qanuni istifadə edərək onları öz mülkiyyətlərində olan torpaq sahəsinə buraxmırlar. Onların ailə üzvlərinin mülkiyyətinə verilmiş 4,18 hektar torpaq sahəsinin vergilərini indiyədək tam şəkildə özləri ödəmişlər. Cavabdehlərə dəfələrlə müraciət edərək xüsusi mülkiyyətlərində olan torpaq sahəsini boşaldıb onların özünə qaytarmalarını xahiş etmişlər, lakin cavabdehlər bundan imtina etmişlər. Cavabdehlər onlara məxsus torpaq sahəsindən 10 ildən artıq müddət ərzində qanunsuz olaraq istifadə etməklə onlara, həm də maddi zərər vurmuşlar. Hazırda da cavabdehlər onlara məxsus olan torpaq sahəsinin bir hissəsindən faktiki olaraq onların iradəsi ziddinə istifadə edirlər. Bu səbəbdən onlar özlərinə məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli AZ-İİ 047723 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, hazırki iş üzrə iddiaçılardan biri olan İddiaçı1 xx xxxxxx 2020-ci il tarixdə, yəni hazırki iddia ilə məhkəməyə müraciət edildikdən sonra vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. İddiaçı1 vəfatından sonra mübahisəli hüquq münasibətləri hüquq varisliyinə yol versə də, onun vəfatından sonra 6 aydan artıq müddət keçməsinə baxmayaraq hüquq varisləri müəyyən edilməmiş və vərəsələri də onun hüquq varisi ilə əvəz edilməsi barədə məhkəməyə hər hansı vəsatət verməmişlər. Ona görə də məhkəmə iddia tələblərinin İddiaçı1 aid hissəsinin baxılmamış saxlanılmasını qərara almışdır. Eyni zamanda, digər iddiaçıların mübahisə predmetinə aid olan 4,18 hektar torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri sırasına aid olmaları hazırki iddia tələbini İddiaçı1 vəfatından sonra da tam şəkildə irəli sürmələrinə imkan verdiyindən məhkəmə hazırki iddia tələbinə İddiaçı1 iddiaçılar sırasından çıxandan sonra da tam şəkildə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı3 hazırki iddia tələblərini müdafiə etdiklərini bildirdilər və məhkəmə iclasında ayrı-ayrılıqda həmin tələblərin məzmununa uyğun izahat verərək hazırki iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. İddiaçı4 məhkəmə iclaslarına gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi İddiaçı2 məhkəmə iclaslarının İddiaçı4 iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının İddiaçı4 iştirakı olmadan keçirilməsini qərara almışdır. Cavabdeh2 iddia tələblərini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, islahat zamanı onların hər birinin mülkiyyətinə verilən torpaq sahəsi 1998-ci ildə ölçülərək onlara təhvil verilmişdir. Həmin vaxt bacısı X5 mülkiyyətinə verilən torpaq sahəsini o özü təhvil almışdır. Qeyd olunan torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilən torpaq sahəsi ilə həmsərhəddir. Onun özünün və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi isə tamamilə başqa ərazidədir. Bacısının mülkiyyətinə verilən torpaq sahəsindən, aralarında olan razılaşmaya əsasən uzun müddətdir ki, o özü istifadə edir. O və ya digər cavabdeh, yəni bacısı iddiaçılara məxsus torpaq sahəsini və ya onun bir hissəsini zəbt etməmişlər. Onların istifadəsində islahat zamanı verilən torpaq payınormasından artıq torpaq sahəsi yoxdur. Əgər torpaq sahələri qeyd olunan ərazinin başlanğıc hissəsindən ölçülərsə, onun dedikləri öz təsdiqini tapar. İddiaçılar özləri də dəfələrlə demişlər ki, onların torpaq sahələri sürüşdürülərək başqa əraziyə düşmüşdür. İddiaçılar öz torpaq sahələrinin bir hissəsinin zəbt olunduğunu da 2019-cu ilin noyabr ayınadək ona və ya digər cavabdehə deməmişlər. Onun istifadə etdiyi torpaq sahəsi öz bacısına məxsusdur. Ona görə də iddiaçıların hazırki iddia tələblərini əsassız hesab edir və həmin tələblərin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh X12 da iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında Cavabdeh2 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki işin məhkəmə araşdırılması ilə əlaqədar iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsinin (və ya həmin torpaq sahəsinin bir hissəsinin) cavabdehlər və ya digər şəxslər tərəfindən zəbt edilib-edilməməsini, zəbt edilmiş torpaq sahəsinin miqdarını və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş, torpaq sahələrinin yerləşmə sxemindən və aktdan görünür ki, Oğuz rayonu Qarabulaq kəndi ərazisində yerləşən torpaq sahələrinə baxış keçirilən zaman xx xxxxxx 1998-ci il tarixli JN 154 (KOD 40502048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən sənəd üzrə iddiaçıların mülkiyyətinə verilmiş 4,18 hektar torpaq sahəsinin 1,05 hektardan ibarət hissəsinin faktiki olaraq cavabdehlər tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Faktiki olaraq cavabdehlər tərəfindən istifadə edilən 1,05 hektar torpaq sahəsinin döngə nöqtələrinin koordinatları 1-4 döngə nöqtələri arasında X - Y koordinatları üzrə (1 nöqtəsi X – 718042,6595, Y – 4524186,6384, məsafə 29,7 metr; 2 nöqtəsi X – 718047,4463, Y – 4524215,9955, məsafə 292,1 metr; 3 nöqtəsi X – 718339,5408, Y – 4524210,9909, məsafə 42,5 metr; 4 nöqtəsi X – 718335,6326, Y – 4524168,6653, məsafə 293,5 metr) yerləşir. (Aparılmış müayinə və tədqiqatın dəyəri 154,16 manat təşkil edir). Cavabdehlər xx xxxx 2020-ci il tarixli mütəxəssis rəyinin nəticələri ilə razı olmadıqlarını bildirərək mübahisə predmetinə aid olan torpaq sahəsinə yenidən yerində baxış keçirməklə və ölçmə işləri aparmaqla təkrar məhkəmə ekspertizası təyin edilməsini və ekspertizanın keçirilməsinin mütəxəssislərə deyil, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehlərin vəsatəti əsasında məhkəmənin xx xxx 2020-ci il tarixli qərardadına əsasən ekspertiza təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 10/1281 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, xx xxxxxx 1998-ci il tarixli JN 154 (KOD 40502048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən sənəd üzrə iddiaçıların mülkiyyətinə verilmiş 4,18 hektar torpaq sahəsinin 1,05 hektardan ibarət hissəsi faktiki olaraq cavabdehlər tərəfindən istifadə edilir. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 manat təşkil edir). İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdehlər X12 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,birinci instansiya məhkəməsinin qeyd edilən Qətnaməsi maddi - hüquq rmalarını düzgün tətbiq etməməklə, prosessual - hüquq normalarının tələblərini pozmaqla həmçinin işin faktiki hallarına düzgün qiymət vermədən və məhkəmənin gəİdiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan, tərəfli araşdırma aparılmaqla qəbul edildiyindən həmin qətnamə qanunsuz və əsassızdır və ona görə də ləğv olunmalıdır. Hazırki mülki işin materiallarından da aydın görünür ki, onların şikayəti iş üzrə verdikləri izahatların və irəli sürdüyü dəlillərin, o cümlədən apellyasiya şikayətinin müəyyən edilməsi ilə əlaqədar təqdim etdiyi əlavə sübutların əsasını iddiaçıların mübahisələndirilən torpaq sahəsinin onlar tərəfindən zəbt olunmadığı təşkil edir. onlar həmin torpaq sahəsini islahat zamanı ölçülərək onlara təhvil verilmiş ölçüdə və koordinatlarda istifadə edirik. Bildirirlər ki, Oğuz Rayon X6 xx xxxx 1998-ci il tarixli 66 mrəli qərarına əsasən bizə və ailə üzvlərimizə müvafiq olaraq 5.57 hektar və 1.39 ktar pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrindən 5.57 hektara Cavabdeh2 da daxil olmaqla 8 nəfər ailə üzvünün adına JN- 152 saylı Dövlət Aktı, 1.39 hektara isə Cavabdeh1 2 nəfər olmaqla JN-153 saylı Dövlət Aktı tərtib olunaraq təqdim olunmuşdur. Qeyd edilən torpaq sahələri 1998-ci ildən halhazıradək bizim istifadəmizdədir. Lakin bu yaxında torpaq sahəsində qonşu, JN-154 saylı Dövlət Aktının sahibi bizə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək guya ona məxsus 1.05 ha torpağın bizim tərəfimizdən zəbt edildiyini bildirmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Q.Nərimanzadənin verdiyi mütəxəssis rəyinə görə JN-153 saylı Dövlət Aktına əsasən Cavabdeh1 məxsus 1.39 ha torpağın 1.05 ha hissəsinin JN-154 saylı Dövlət Aktına aid olduğu qeyd edilmişdir. Məhkəmə iclasında da dəfələrlə qeyd etdiyimiz kimi iddiaçıların torpaq sahəsi bizim tərəfimizdən zəbt edilməmişdir və bunu sübut etmək üçün təkcə iddiaçıların torpağı deyil, bütün kvartal ölçülərək koordinatlar dəqiqləşməlidir. Əgər torpaq sahəsi JN-154 saylı Dövlət Aktında göstərilən torpaq sahəsindən deyil JN-151 saylı Dövlət Aktında göstərilən torpaq sahəsindən ölçülsə məsələyə aydınlıq gətirilə bilər. Qeyd edilən xahişlə biz Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə xx.xx.2020-ci il tarixdə müraciət etmişik. Oğuz Rayon Məhkəməsi bütün bu dəlil və sübutları nəzərə almamış, bizim mülkiyyət hüquqlarımızı pozan qətnamə qəbul etmişdir. Məhkəmə iddiaçıların əsassız dəlillərini sübut kimi qəbul edərək hazırda apellyasiya şikayəti verdiyimiz qanunsuz və əsassız qətnaməni çıxarmışdır. Ona görə də hesab edirlər ki, Oğuz Rayon Məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunları tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir. Dəfələrlə xahiş etmələrinə baxmayaraq məhkəmə mübahisələndirilən əraziyə baxış keçirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən Apellyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş übutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-32/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında çıxış edən Cavabdeh2 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-32/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən cavabdeh X2 Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 2(054)-32/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən X1 apelyasiya şikayətinin təmin edilməməsini Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-32/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən İddiaçı3 Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-32/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraqiddiaçı X8 məhkəmə iclasına gəlməmiş, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-32/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş, torpaq sahələrinin yerləşmə sxemindən və aktdan görünür ki, Oğuz rayonu Qarabulaq kəndi ərazisində yerləşən torpaq sahələrinə baxış keçirilən zaman xx xxxxxx 1998-ci il tarixli JN 154 (KOD 40502048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən sənəd üzrə iddiaçıların mülkiyyətinə verilmiş 4,18 hektar torpaq sahəsinin 1,05 hektardan ibarət hissəsinin faktiki olaraq cavabdehlər tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Faktiki olaraq cavabdehlər tərəfindən istifadə edilən 1,05 hektar torpaq sahəsinin döngə nöqtələrinin koordinatları 1-4 döngə nöqtələri arasında X - Y koordinatları üzrə (1 nöqtəsi X – 718042,6595, Y – 4524186,6384, məsafə 29,7 metr; 2 nöqtəsi X – 718047,4463, Y – 4524215,9955, məsafə 292,1 metr; 3 nöqtəsi X – 718339,5408, Y – 4524210,9909, məsafə 42,5 metr; 4 nöqtəsi X – 718335,6326, Y – 4524168,6653, məsafə 293,5 metr) yerləşir. (Aparılmış müayinə və tədqiqatın dəyəri 154,16 manat təşkil edir). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 10/1281 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, xx xxxxxx 1998-ci il tarixli JN 154 (KOD 40502048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən sənəd üzrə iddiaçıların mülkiyyətinə verilmiş 4,18 hektar torpaq sahəsinin 1,05 hektardan ibarət hissəsi faktiki olaraq cavabdehlər tərəfindən istifadə edilir. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 manat təşkil edir). Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli torpaq sahəsinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Oğuz rayonu Qarabulaq kəndi ərazisində yerləşən, mübahisə predmetinə aid olan 4,18 hektar torpaq sahəsi JN 0053 (KOD 40510018) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən hazırda da iddiaçılar və onların ailə üzvlərinin xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehlərin həmin torpaq sahəsinin bir hissəsindən qanunsuz olaraq istifadə etmələri iddiaçıların əmlak hüquqlarının pozulması və onların öz əmlakları üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməmələri ilə nəticələnmişdir. Hazırda iddiaçıların xüsusi mülkiyyətlərində olan torpaq sahəsinin cavabdehlər tərəfindən faktiki olaraq istifadə edilən hissəsinin miqdarı və koordinatları mülki işin məhkəmə araşdırması ilə əlaqədar mütəxəssis tərəfindən həmin əraziyə baxış keçirilməklə və ölçmə işləri aparılmaqla dəqiq müəyyən edilmişdir. Bundan başqa məhkəmə kollegiyası iddiaçıların iddia tələbinin onlara dəyən 6250 manat maddi zərəriın ödənilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçılar iddia tələbində və ya birinci instansiya məhkəməsinin iclasında verdikləri izahatlarında cavabdehlərin hərəkətləri nəticəsində 10 il ərzində özlərinə məxsus olan torpaq sahəsindən istifadə edə bilmədiklərinə görə onlara maddi zərər dəydiyini qeyd etsələr də, bu 10 il ərzində indiyədək məhkəməyə müraciət etmədiklərinin səbəbini izah edə bilməmiş, cavabdehlərin hərəkətləri nəticəsində onlara, həqiqətən də, maddi ziyan dəydiyini təsdiq edən faktları və sübutları məhkəməyə təqdim etməmişlər. Ümumiyyətlə, iddiaçılar maddi zərərin konkret olaraq nədə ifadə olunduğunu və onlara bilavasitə hansı qaydada, hər bir cavabdeh tərəfindən hansı miqdarda maddi zərər dəydiyini mötəbər sübutlarla əsaslandırmamış və birinci instansiya məhkəməsinin iclasında da izah edə bilməmişlər. Həmin xüsusatlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin “Dəfələrlə xahiş etmələrinə baxmayaraq məhkəmə mübahisələndirilən əraziyə baxış keçirməmişdir” dəlili ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında mübahisəli torpaq sahəsinin zəbt edilməsi ilə baglı məhkəmə tərəfindən mülki iş üzrə ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xüsusi biliyə malik olan ekspert tərəfindən mübahisəli torpaq sahəsinə dair xx xxxx 2020-ci il tarixli 10/1281 nömrəli rəy verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 63.1-ci maddəsinə əsasən xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən, məhkəmə tərəfindən təyin edilən və ya işdə iştirak edən şəxslərlə ekspertizanın aparılması barədə müqavilə bağlamış şəxs məhkəmədə ekspert qismində çıxış edir. Qeyd edilənlərə əsasən kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlili əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini qismən təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin digər dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. “X9rşı işi üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə xərcləri ilə bağlı da düzgün olaraq müəyyən etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə əsasən və iddiaçıların iddia tələbinin maddi zərərin ödənilməsinə dair hissəsinin təmin edilmədiyini nəzərə alaraq məhkəmə qərara gəlir ki, iddiaçılar tərəfindən ödənilmiş 30,00 manat dövlət rüsumu məbləği iddiaçıların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia tələbinin torpaq sahəsinin boşaldılaraq iddiaçılara təhvil verilməsinə dair hissəsinin təmin edildiyini nəzərə alaraq iş üzrə 154,16 manat müayinə və tədqiqat xərcinin, həmçinin 50,00 manat ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutulmasını qanunauyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər X12 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-32/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-2104/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2104/2020
02.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver