Məhkəmə qərarları › İş №2(107)-259/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-259/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-259/2021 17.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, Abbasov Gündüz Qasım oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” ilk iddiası və Cavabdeh1 “xxxx” KB ASC-yə qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız sayılması tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(051)-20/2019 nömrəli qətnaməsindən iddiaçı “xxxx” KB ASC və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Hüseyn Mirzəliyev) xx xxxxx 2019-cu il tarixli, 2(051)-20/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” iddiası qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2013-cü il tarixli, 57MFB/13 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 57MFB/13-A saylı əlavə kredit müqaviləsi üzrə 45981.19 ABŞ dolları əsas borc, 12.837 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaqla cəmi 58918.88 ABŞ dolları məbləğdə pulun qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanaraq alınıb “xxxx” KB ASCyə ödənilməsi, habelə Cavabdeh1 və Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 4mspMNG/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə 1166.96 manat əsas borc, 267.61 manat faiz borcu və 30 manat cərimə borcu olmaqla cəmi 1464.57 manat məbləğdə pulun alınıb “xxxx” KB ASC-yə ödənilməsi, həmin borcların ödənilməsinin ipotekaya qoyulmuş, Cavabdeh1 mülkiyyətində olan, Mingəçevir şəhərinin Mehmandarov küçəsindəki 266.9 kv.metr ümumi, 100.6 kv.metr yaşayış, 166.3 kv.metr yardımçı sahədən ibarət 4 otaqlı, 6 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0.0383 ha torpaq sahəsinə yönəldilnəsi, Mingəçevir şəhəri Mehmandarov küçəsində yerləşən 6 saylı fərdi yaşayış evinin və onun yerləşdiyi 0.0383 ha torpaq sahəsinin ilkin satış qiymətinin 195000 (bir yüz doxsan beş min) manat müəyyən edilməsi, fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh1 və Cavabdeh2 banka olan borclarının ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsumların Cavabdeh1 və Cavabdeh2 alınıb “xxxx” KB ASC-nin hesabına ödənilməsi, iş üzrə 300 manat məbləğdə əmlakın qiymətləndirilməsi ilə bağlı xərclərin də cavabdehlərdən alınıb «xxxx» MMC-nin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, eyni zamanda Cavabdeh1 İddiaçınə qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız sayılması tələbinə dair” qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(051)-20/2019 nömrəli qətnaməsindən narazı qalan iddiaçı “xxxx” Kommersiya Bankı ASC və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri vermişlər. Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-87/2020 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti təmin edilməmiş, iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(051)- 20/2019 nömrəli qətnаməsi ilk iddianın ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0383 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları hissəsinin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissə üzrə yeni qətnamə qəbul edilməsi, ilk iddianın həmin hissədə də təmin edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0383 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 345 (üç yüz qırx beş) manat pulun iddiaçı “xxxx” Kommersiya Bankı ASC-dən tutularaq Dövlət büdcəsinin müvafiq hesаbına ödənilməsi qət edilmişdir. Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-87/2020 nömrəli qətnaməsindən iddiaçı “xxxx” Kommersiya Bankı ASC və vəkili X4, həmçinin Cavabdeh1 və vəkili X2 tərəfindən kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(102)-3388/2020 nömrəli qərarı ilə iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh1 kassasiya şikayəti isə təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-87/2020 nömrəli qətnaməsinin qismən, xx.xx.2013-cü il tarixli 57 MFB/13 saylı əsas kredit müqaviləsi, xx.xx.2013-çü il tarixli 57 MFB/13-A saylı əlavə kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli 4mspMNG/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində ləğv edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması və işin ləğv olunmuş hissə üzrə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin halları İddiaçı nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli 57 MFB/13 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2013-cü il tarixli 57 MFB/13-A saylı əlavə kredit müqaviləsi üzrə əsas borca görə 52663,22 ABŞ dolları, faiz borcuna görə 7330,43 ABŞ dolları, cərimə borcuna görə 953,47 ABŞ dolları olmaqla cəmi 60947,12 ABŞ dollarının, habelə xx.xx.2014-cü il tarixli 4mspMNG/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə əsas borca görə 1204,19 manat, faiz borcuna görə 278,56 manat, cərimə borcuna görə 267,87 manat olmaqla cəmi 1750,62 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğlərin müştərək qaydada tutumasına, tələbin ipoteka predmeti olan, Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0383 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2013-cü il tarixli 57MF/13-A saylı əlavə kredit müqaviləsi üzrə 60947,12 ABŞ dolları və xx.xx.2014-cü il tarixli 4msp MNG/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə 1750,62 manat borclarının, habelə iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat və xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 65000 (altmış beş min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0383 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onunla “xxxx” Kommersiya Bankı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 57MFB/13 saylı kredit, xx.xx.2013-cü il tarixli 57MFB/13-A saylı əlavə kredit və həmin tarixli 57MFBİ/13 saylı ipoteka müqavilələrinin etibarsız sayılması, həmin müqavilələr üzrə ona hesablanmış borcun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbinin həcmini artıraraq verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixli 57 MFB/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində xx xxxxxx 2013-cü il tarixdə “xxxx” Kommersiya Bankı ASC ilə 57MFB/13-A saylı əlavə kredit müqaviləsi bağlayaraq 36 ay müddətinə, illik 21 faiz dərəcəsi ilə 65000 ABŞ dolları məbləğdə, ardınca xx xxxxx 2014-cü il tarixli, 4mspMNG/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən 12 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 2000 manat məbləğində kredit almışdır. Eyni zamanda, Cavabdeh1 ipoteka müqaviləsi bağlayaraq öhdəliyinin icra olunmasını təmin etmək üçün mülkiyyətində olan, Mingəçevir şəhərinin Mehmandarov küçəsindəki 6 saylı fərdi yaşayış evini və onun yerləşdiyi 0.0383 ha torpaq sahəsini ipotekaya qoymuşdur. Bundan başqa, Cavabdeh2 xx xxxxxx 2013-cü il tarixdə “xxxx” Kommersiya Bankı ASC ilə zaminlik müqaviləsi bağlamış və Cavabdeh1 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdehlər kredit müqavilələri üzrə öhdəliklərini icra etməmiş, müqavilələrin şərtlərini pozaraq, kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmiş, kredit müqaviləsi üzrə ödənişləri lazımi qaydada etməmişlər. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli 57 MFB/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2013-cü il tarixli 57 MFB/13-A saylı əlavə kredit müqaviləsi üzrə əsas borca görə 52663,22 ABŞ dolları, faiz borcuna görə 26308,15 ABŞ dolları, cərimə borcuna görə 88801,27 ABŞ dolları olmaqla cəmi 167772,64 ABŞ dolları məbləğində və xx.xx.2014-cü il tarixli 4mspMNG/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə əsas borca görə 1204,19 manat, faiz borcuna görə 278,56 manat, cərimə borcuna görə 267,87 manat olmaqla cəmi 1750,62 manat məbləğində kredit borclarının, habelə iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada tutumasına, tələbin ipoteka predmeti olan, Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0383 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2013-cü il tarixli 57MF/13-A saylı əlavə kredit müqaviləsi üzrə 167772.64 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 4msp MNG/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə 1750,62 manat məbləğlərdə borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğlərdə pulun tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 65000 (altmış beş min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0383 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 ilkin iddia tələbi ilə razı olmadığını bildirərək izahatında göstərmişdir ki, cavabdeh “xxxx” KB ASC-nin məhkəməyə verdiyi iddia ərizəsindən xx xxxxx 2019-cu il tarixdə ona məlum olmuşdur ki, xx xxxxxx 2013-cü il tarixli 57MFB/13 saylı kredit müqaviləsinə əsasən ona 65000 ABŞ dolları və 2000 manat kredit verilmişdir. Özü xx xxxxx 2019-cu il tarixədək məhkəmə iclasına xəstə olduğundan gələ bilməmiş və işin mahiyyəti ona aydın olmamışdır. İşdə iştirak edərkən kredit məbləğindən xəbərdar olub, məxaric orderinin təqdim olunması barədə vəsatət vermişdir. xx xxxxx 2019-cu ildə cavabdeh məxaric orderinin kserosurətini məhkəməyə təqdim etmişdir. Məxaric orderinin surətindən açıq-aşkar görünür ki, orderdəki imza ona məxsus deyildir. Özü oğlunun 10000 ABŞ dolları məbləğində kredit almasını bilmiş və evinin də həmin məbləğ müqabilində ipoteka qoyulmasına razılıq vermişdir. Həmin kredit məbləği ona ödənilmədiyindən ipoteka müqaviləsi də etibarsızdır. Buna görə də ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin, yəni onunla “xxxx” KB ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 57MFB/13 saylı kredit, xx.xx.2013-cü il tarixli 57MFB/13- A saylı əlavə kredit və həmin tarixli 57MFBİ/13 saylı ipoteka müqavilələrinin etibarsız sayılması, həmin müqavilələr üzrə ona hesablanmış borcun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında Cavabdeh2 və Cavabdeh1 vəkili X2 da məhkəmə iclasında Cavabdeh1 izahatına oxşar məzmunlu izahatlar verərək, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(051)-20/2019 nömrəli qətnaməsindən iddiaçı “xxxx” Kommersiya Bankı ASC və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı “xxxx” KB ASC tərəfindən verilmiş apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi borc məbləğini ekspert rəyinə uyğun müəyyən etmişdir ki, bu zaman haqlı olmamışdır. Çünki ekspert rəyi ilk iddia tələbi üzrə verilmişdir, dəyişdirilmiş iddia tələbi üzrə yox. Bundan əlavə, birinci instansiya məhkəməsi ilk iddianın ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0383 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları hissəsini təmin etməməkdə düzgün olmayan qənaətə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın tam təmin edilməsi və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 15 manat dövlət rüsumunun onun xeyrinə cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, əsas borclu müxtəlif vaxtlarda kredit müqavilələri imzalasa da, bank tərəfindən ona hər hansı bir vəsait ödənilməmişdir. Bundan əlavə, borc məbləği də şişirdilmişdir. Bundan əlavə, ipoteka predmetinin ilkin satış qiyməti də düzgün müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh1 nümayəndəsi (vəkili) X1 və iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin nümayəndəsi X3 iştirak etmişlər. Vəkil X1 hazırkı iş üzrə Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixdə müqavilə bağladığından iş materialları ilə tanış olması ilə əlaqədar məhkəmə kollegiyasının iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Vəkilin vəsatəti nəzərə alınaraq məhkəmə iclası bu günə (xx.xx.2021-ci il tarixə) təxirə salınmışdır. Lakin hazırkı məhkəmə iclasına iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımi qaydada dəvət olunmalarına baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehlər, həmçinin cavabdehlərin vəkili məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, onların iştirakı olmadan apellyasiya şikayətləri üzrə işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddiaçı “xxxx” Kommersiya Bankı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(051)-20/2019 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən dəyişdirilməlidir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia ərizəsinə əlavə olunmuş xx xxxxxx 2013-cü il tarixli, 57 MFB/13-A saylı əlavə kredit müqaviləsindən görünür ki, Cavabdeh1 “xxxx” Kommersiya Bankı ASC ilə müqavilə bağlayaraq, 65000 (altmış beş min) ABŞ dolları məbləğdə kredit almaq barədə razılığa gəlmiş, aldığı borc məbləğini illik 21 faiz dərəcəsi ilə 36 ay müddətində tam ödəməyi öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə olunmuş xx xxxxx 2014-cü il tarixli 4msp MNG/14 saylı əlavə kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh1 “xxxx” Kommersiya Bankı ASC ilə müqavilə bağlayaraq, 2000 (manat) məbləğdə kredit almaq barədə razılığa gəlmiş, aldığı borc məbləğini illik 28 faiz dərəcəsi ilə 12 ay müddətində tam ödəməyi öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə olunmuş xx xxxxxx 2013-cü il tarixli, 57 MFBZ/13 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 xx xxxxxx 2013-cü il tarixli zaminlik müqaviləsi bağlayaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə kreditor qarşısında tam məsuliyyəti öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə olunmuş xx xxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, “xxxx” Kommersiya Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə əmələ gələn öhdəliklərin icrasını təmin etmək üçün Cavabdeh1 mülkiyyətində olan, Mingəçevir şəhərinin Mehmandarov küçəsindəki 6 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,0383 ha torpaq sahəsini ipotekaya qoymuşdur. İpoteka müqaviləsində yaşayış evi və torpaq sahəsinin likvid dəyəri 65000 manat müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Mingəçevir şəhərinin Mehmandarov küçəsindəki 6 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,0383 ha torpaq sahəsinin yuxarıda qeyd olunan xx xxxxxx 2013-cü il tarixli, 57MFB/13 saylı kredit müqaviləsinin təminatı olaraq yüklü edilməsi xx xxxxxx 2013-cü ildə daşınmaz əmlakın dövlət reyestrində **********00-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2017-ci il tarixli, 1154 saylı rəyinin nəticə hissəsindən görünür ki, xx xxxxxx 2013-cü il tarixli 57-MFB/13 saylı kredit müqaviləsinə əsasən 57-MFB/13-A saylı əlavə kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 “xxxx” Kommersiya Bankı ASC-yə 48560.95 ABŞ dolları məbləğdə əsas və 15155.06 ABŞ dolları məbləğdə faiz borcu yaranmışdır. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2017-ci il tarixli, 1154 saylı rəyinin nəticə hissəsindən görünür ki, xx xxxxx 2014-cü il tarixli 4mspMNG/14 saylı əlavə kredit xətti və bank hesabı müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 “xxxx” Kommersiya Bankı ASC-yə 922.05 manat məbləğdə əsas və 210.84 manat məbləğdə faiz borcu yaranmışdır. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2018-ci il tarixli, 30222 saylı rəyinin nəticə hissəsindən görünür ki, xx xxxxxx 2013-cü il tarixli 57-MFB/13 saylı kredit müqaviləsinə əsasən 57-MFB/13-A saylı əlavə kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 “xxxx” Kommersiya Bankı ASC-yə 45981.19 ABŞ dolları məbləğdə əsas və 12837.69 ABŞ dolları məbləğdə faiz borcu yaranmışdır. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2018-ci il tarixli, 30222 saylı rəyinin nəticə hissəsindən görünür ki, xx xxxxx 2014-cü il tarixli 4mspMNG/14 saylı əlavə kredit xətti və bank hesabı müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 “xxxx” Kommersiya Bankı ASC-yə 1166.96 manat məbləğdə əsas və 267.61 manat məbləğdə faiz borcu yaranmışdır. İşdə olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxxx 2018-ci il tarixli ML- 007/2018 saylı rəyindən görünür ki, Mingəçevir şəhərinin Mehmandarov küçəsində yerləşən 6 saylı fərdi yaşayış evinin və 0.0383 ha torpaq sahəsinin real bazar dəyəri xx xxxxxxxx 2018-ci il tarixə 195000 (bir yüz doxsan beş min) manat təşkil edir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx xxxxxx 2019-cu il tarixli 003-17/19 saylı rəyindən görünür ki, Mingəçevir şəhərinin Mehmandarov küçəsində yerləşən 6 saylı fərdi yaşayış evinin real bazar dəyəri xx xxxxxx 2019-cu il tarixə 120000 (bir yüz iyirmi min) manat təşkil edir. Qeyd edildiyi kimi, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(051)-20/2019 nömrəli qətnaməsindən həm iddiaçı “xxxx” Kommersiya Bankı ASC, həm də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti vermişlər. Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının xx xxxxxx 2020-ci il tarixli, 2(107)- 87/2020 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti təmin edilməmiş, iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin apellyasiya şikayəti isə qismən təmin edilərək Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(051)-20/2019 nömrəli qətnаməsi ilk iddianın “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0383 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları hissəsinin rədd edilməsi” hissəsində ləğv edilməsi, həmin hissə üzrə yeni qətnamə qəbul edilməsi, ilk iddianın həmin hissədə də təmin edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0383 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-87/2020 nömrəli qətnaməsindən tərəflər kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(102)- 3388/2020 nömrəli qərarı ilə iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin kassasiya şikayəti təmin edilmiş, Cavabdeh1 kassasiya şikayəti isə təmin edilməmişdir. Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri onun kassasiya şikayətinin dəlilləri ilə eyni olduğundan və Ali Məhkəmənin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə həmin kassasiya şikayəti təmin edilmədiyindən, işə yenidən baxan apellyasiya kollegiyası cavabdehlər tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(051)- 20/2019 nömrəli qətnaməsindən verilmiş və əvvəlki apellyasiya baxışı zamanı tədqiq olunaraq təmin edilməmiş apellyasiya şikayətini təkrar araşdırmağa və şikayətin dəlillərini qiymətləndirməyə lüzum görmür. Ali Məhkəmənin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-87/2020 nömrəli qətnaməsi qismən, xx.xx.2013-cü il tarixli 57-MFB/13 saylı əsas kredit müqaviləsi, xx.xx.2013-çü il tarixli 57-MFB/13-A saylı əlavə kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli 4mspMNG/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə əsas və faiz borclarının məbləğinə aid hissəsində ləğv edilmiş və iş ləğv olunmuş hissə üzrə yenidən baxılması üçün yeni apellyasiya baxışına qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında qeyd olunur ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir... Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir... Ali Məhkəmənin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarında qeyd olunur ki, ilkin iddia üzrə tutulmalı olan kredit məbləğinin müəyyən edilməsinə gəldikdə isə məhkəmə kollegiyası iddiaçının dəlillərini qismən əsaslı hesab edir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdə iddia ərizəsi verərkən hər iki müqavilə üzrə xx.xx.2016-cı il tarixə yaranmış borcu tələb etmiş və birinci instansiya məhkəməsində işə baxılarkən alınmış ekspert rəyləri ilə kredit müqavilələri üzrə məhz xx.xx.2016-cı il tarixə olan borc müəyyən edilmişdir. Lakin iş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılması uzandığından xx.xx.2019-cu il tarixdə iddiaçı iddia tələbinin artırılması barədə ərizə və yeni maliyyə arayışları təqdim edərək cavabdehlərdən xx.xx.2013-cü il tarixli 57-MFB/13 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış: xx.xx.2013-cü il tarixli 57MFB/13-A saylı əlavə kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə yaranmış əsas kredit borcuna görə 52.663,22 ABŞ dolları, faiz borcuna görə 26.308,15 ABŞ dolları, cərimə borcuna görə 88.801,27 ABŞ dolları olmaqla cəmi 167.772,64 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 4mspMNG/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə isə xx.xx.2019-cu il tarixə yaranmış əsas kredit borcuna görə 1.204,19 AZN, faiz borcuna görə 278,56 AZN, cərimə borcuna görə 267,87 AZN olmaqla cəmi 1.750,62 AZN məbləğində pulun tutulmasını xahiş etmişdir. Əvvəlki apellyasiya baxışı zamanı iş üzrə yeni ekspertiza təyin edilərək, ekspert qarşısında xx.xx.2019-cu il tarixə yaranmış borcların müəyyən edilməsi barədə sual qoyulsa da və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli məhkəmə mühasibatlıq ekspertizasının rəyində hər iki müqavilə üzrə həm müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə, həm iddia tələbinin həcminin artırıldığı xx.xx.2019cu il tarixə, həm də ekspert rəyinin tərtib edildiyi tarixə kredit borclarının məbləği müəyyən edilsə də, məhkəmə iddianın həcminin artırılması barədə tələbə və bu barədə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermədən, xx.xx.2016-cı il tarixə yaranmış borclar üzrə iddianın təmin edilməsini düzgün hesab etmişdir. Halbuki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Ali Məhkəmənin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarının hüquqi mövqeyi və göstərişləri kontekstində iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin apellyasiya şikayətinin dəlillərini yenidən araşdıran məhkəmə kollegiyası qeyd edir ki, işdə olan məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 27754 saylı rəyinin nəticə hissəsinə əsasən, cavabdehlərin xx.xx.2013-cü il tarixli 57-MFB/13 saylı əsas kredit müqaviləsi və həmin tarixli 57MFB/13-A saylı əlavə kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə yaranmış əsas kredit borcu 45.981,19 ABŞ dolları, faiz borcu 29.814,91 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 4mspMNG/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə əsas kredit borcu 1166,96 manat, faiz borcu 1077,22 manat təşkil etmişdir. İddiaçı iddia tələbinin artırılması barədə ərizə və yeni maliyyə arayışları təqdim edərək cavabdehlərdən xx.xx.2013-cü il tarixli 57-MFB/13 saylı əsas kredit müqaviləsi və həmin tarixli 57MFB/13-A saylı əlavə kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə əsas kredit borcuna görə 52.663,22 ABŞ dolları və faiz borcuna görə 26.308,15 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 4mspMNG/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə isə xx.xx.2019cu il tarixə əsas kredit borcuna görə 1.204,19 AZN və faiz borcuna görə 278,56 AZN məbləğində pulların tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının xeyrinə cavabdehlərdən xx.xx.2013-cü il tarixli 57MFB/13 saylı əsas kredit müqaviləsi və həmin tarixli 57MFB/13-A saylı əlavə kredit müqaviləsi üzrə 45981.19 ABŞ dolları əsas borc və 12.837 ABŞ dolları faiz borcunun, xx.xx.2014-cü il tarixli 4mspMNG/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə isə 1166.96 manat əsas borc və 267.61 manat faiz borcunun tutulmasını qət etmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 27754 saylı rəyi baxımından birinci instansiya məhkəməsi cavabdehlərdən tutulmalı olan kredit borclarının məbləğini həm xx.xx.2013-cü il tarixli 57MFB/13 saylı əsas kredit müqaviləsi və həmin tarixli 57MFB/13-A saylı əlavə kredit müqaviləsi üzrə, həm də xx.xx.2014-cü il tarixli 4mspMNG/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə əsas kredit borclarına münasibətdə düzgün müəyyən etmiş, lakin faiz borclarının məbləğini müqavilə müddətinin bitdiyi vaxta deyil, bundan xeyli əvvələ (xx.xx.2016-cı il tarixə) uyğun götürmüş, bununla iddiaçının qanuni və diqqətəlayiq mənafeyini nəzərə almamışdır. Ona görə də iddiaçının xeyrinə cavabdehlərdən tutulmalı olan faiz borcunun və bununla əlaqədar ümumi borcun məbləğləri dəyişdirilərək xx.xx.2013-cü il tarixli 57MFB/13 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 57MFB/13-A saylı əlavə kredit müqaviləsi üzrə 12.837 ABŞ dolları faiz borcunun əvəzinə 29.814,91 ABŞ dolları və 58.918,88 ABŞ dolları cəmi borcun əvəzinə 75.896,79 ABŞ dolları kimi, xx.xx.2014-cü il tarixli 4mspMNG/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə isə 267,61 manat faiz borcunun əvəzinə 1.077,22 manat və 1.464,57 manat cəmi borcun əvəzinə 2.274,18 manat kimi müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə uyğun olaraq iddiaçı kredit müqaviləsinin müddəti bitdikdən sonra faiz və cəriməni müqavilə şərtləri üzrə deyil, real zərər və əldən çıxmış fayda şəklində hesablayıb tələb edə bilər. Bu baxımdan iddiaçının hesabladığı faiz borcu qismən, yəni müqavilə müddəti ərzində yaranmış faiz borcu həddində təmin oluna bilər. Ali Məhkəmənin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarına görə, kollegiya hesab etmişdir ki, qanunda (Mülki Məcəllənin 467-ci maddəsində) nəzərdə tutulmuş hüquqdan istifadə edilməklə, dəbbə pulunun azaldılması zamanı məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Habelə, Ali Məhkəmənin Mülki kollegiyası qalan məsələlərlə (ipoteka predmetinə tutmanın yönəldilməsi, onun ilkin satış qiyməti, ipoteka predmetinin açıq hərracdan satılması, ipoteka predmeti satıldıqdan bir ay sonra cavabdehlərin oradan çıxarılması hissələri ilə) bağlı əvvəlki apellyasiya kollegiyasının gəldiyi nəticələrlə razılaşmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “xxxx” Kommersiya Bankı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(051)-20/2019 nömrəli qətnaməsi ilk iddianın təmin olunduğu hissədə faiz borcunun və ümumi borcun məbləğlərinə aid hissədə dəyişdirilməli, həmin qətnamə ilə iddiaçının xeyrinə cavabdehlərdən tutulması qət edilən xx.xx.2013-cü il tarixli 57MFB/13 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 57MFB/13-A saylı əlavə kredit müqaviləsi üzrə 12.837 ABŞ dolları faiz borcunun məbləği 29.814,91 ABŞ dolları (iyirmi doqquz min səkkiz yüz on dörd dollar 91 sent), 58.918,88 ABŞ dolları cəmi borcun məbləği 75.896,79 ABŞ dolları (yetmiş beş min səkkiz yüz doxsan altı dollar 79 sent) ilə, xx.xx.2014-cü il tarixli 4mspMNG/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə isə 267,61 manat faiz borcunun məbləği 1.077,22 manat (bir min yetmiş yeddi manat 22 qəpik), 1.464,57 manat cəmi borcun məbləği 2.274,18 manat (iki min iki yüz yetmiş dörd manat 18 qəpik) ilə əvəz edilməli, qətnamənin qalan hissəsinə münasibətdə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-87/2020 nömrəli qətnaməsinin qüvvəsində olması nəzərə alınmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı “xxxx” Kommersiya Bankı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(051)-20/2019 nömrəli qətnaməsi ilk iddianın təmin olunduğu hissədə dəyişdirilsin. Həmin qətnamə ilə iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması qət edilən xx.xx.2013-cü il tarixli 57MFB/13 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 57MFB/13-A saylı əlavə kredit müqaviləsi üzrə 12.837 ABŞ dolları faiz borcunun məbləği 29.814,91 ABŞ dolları (iyirmi doqquz min səkkiz yüz on dörd dollar 91 sent) və 58.918,88 ABŞ dolları cəmi borcun məbləği 75.896,79 ABŞ dolları (yetmiş beş min səkkiz yüz doxsan altı dollar 79 sent) ilə, xx.xx.2014-cü il tarixli 4mspMNG/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə isə 267,61 manat faiz borcunun məbləği 1.077,22 manat (bir min yetmiş yeddi manat 22 qəpik) və 1.464,57 manat cəmi borcun məbləği 2.274,18 manat (iki min iki yüz yetmiş dörd manat 18 qəpik) ilə əvəz edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(051)-20/2019 nömrəli qətnaməsinin qalan hissəsinə münasibətdə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-87/2020 nömrəli qətnaməsinin qüvvəsində olması nəzərə alınsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar