Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-456/2024 30.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpağın məcburi qaydada sahibinə qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, ekspertiza tədqiqatı) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və digər üçüncü şəxs X4 nümayəndəsi X8, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi X10 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş torpağın məcburi qaydada sahibinə qaytarılması” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli 2(014)- 41/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı qanunsuz zəbt edilmiş torpağın məcburi qaydada sahibinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1997-ci il tarixində Mülkiyyət Hüququna dair Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli № 29 saylı qərarı ilə “Şordəhnə kənd” ərzisində 2,1664 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı barəsində Dövlət Aktı, yəni Şəhadətnamə ailə üzvülərinə verilmişdir. xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən № **********09 saylı ********** qeydiyyat nömrəsiylə Çıxarış verilmişdir. İddiaçı mülk, yəni 2,1664 ha torpaq sahəsi məxsusdur. Həmən torpaq "Şordəhnə kənd" adlanan ərazidə yerləşir. Ailəliklə onlara məxsus olan torpaq kənd məhsulları becərmək üçün verilən pay torpağıdır və onlar bu torpaqdan səmərəli istifadə edib qarğıdalı və buğda əkib məhsul götürmək məqsədindədirlər. xx.xx.1999-cu il tarixindən bu günə qədər onlara məxsus olan 2,1664 ha torpaq sahəsindən tam olaraq istifadə edə bilməmişlər, 1 (bir) ha torpaq sahəsini qonşuları, yəni cavabdeh onlardan icazəsiz qanunsuz olaraq istifadə edir və könüllü olaraq torpaqlarından çıxmır. Ailəsinə məxsus olan pay torpaq sahəsinin sağ tərəfində qonşuları X7 pay torpağı var. Onlar onunla mehriban qonşuluq edirlər. Sağ tərəflərində torpaq sahəsinə yiyəlik edən isə Cavabdehdur. Amma, nədənsə cavabdeh qonşuları ilə dil tapıb onu könüllü olaraq torpaqlarından çıxmasına nail ola bilmirlər. Səbəbi isə odur ki, onlar torpaqdan, torpaq üzrə qonşuları Cavabdeh onların icazəsi olmadan zəbt etmiş və onlara məxsus olan torpaqları könüllü olaraq geri qaytarmaqdan imtina edir. Ailələrinə məxsus olan torpaqlarından istifadə etdiyini etiraf edib boynuna götürməsinə baxmayaraq, torpaqdan könüllü olaraq çıxmır. Odur ki, torpaq sahələrindən məhkəmə qaydasında məcburi olaraq çıxardılmasını vacib sayır. Baş vermiş özbaşınalığın nəticəsində ailəsi ilə birlikdə xeyli əsəb və gərginlik keçirirlər. Oğullarımı güclə saxlayıb, dava-dalaş sahibi olmamaq üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh ona, yəni ailəsinə qarşı özünün kobud aparması qanunun tələbinə əməl etməməsi heç kimi saymaması artıq sübutdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun mülkiyətçi hüquqları kobudcasına pozulub.Torpağının qeyri qanuni yolla zəbt edilməsi nəticəsində ona maddi və mənəvi ziyan dəyib. Baş vermiş özbaşınalıqdan xeyli əsəb və gərginlik keçirdir. Bəhanə gətirərək ona bildirir ki, o, torpaq sahəsini Dövlətdən almışdır. Kənd Bələdiyyəsi ona məxsus olan torpaq sahəsini sata bilməz. O, cavabdehdən müvafiq sənədləri istəsə də on aheç bir sənəd göstərməmiş və ona məxsus olan torpaq sahəsində öz işlərini aparmaqla qanunu pozur və bəzi hallarda onlara hədə-qorxu gəlir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları onlara müraciətlərinə əsasən gəlib, torpaq sahəsinin üzərində inventarlaşdırmaq məqsədi ilə ölçü aparıb və onlara torpaqlarını tanıtmışdır. Qanuna əsaslanaraq cavabdeh tərəfindən torpağın mənimsənilməsi faktı üzə çıxıb və onlar torpaqlarını geri ala bilmirlər. Göstərilənlərə əsasən Cavabdeh Ağdaş rayonu, Şordəhnə kəndi ərazisində, iddiaçıya və ailəsinə məxsus olan və sənədləşdirilmiş kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş 1 (bir) hektar pay torpaq sahəsindən məcburi qaydada çıxardılması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
3. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçının iddiası əsassızdır, belə ki, Aqrar İslahat Komissiyasının 09 yanvar 1998-ci il tarixli, 08 saylı qərarı ilə onun, yəni Cavabdeh 6 nəfərlik ailə üzvlərinə Ağdaş rayonu, Şordəhnə kəndi ərazisində 4,50 hektar pay torpaq sahəsi rəsmi sənədlərlə verilmişdir. Bu minvalla torpaq sahəsi rəsmi sənədlərlə onların adlarına verildikdən sonra onlar orada cizgilər daxilində işlər aparmışlar, torpağı münbit hala gətirərək əkib-becərmişlər. Onlar kiminsə torpağını deyil, dövlətin verdiyi qanuni sənədlərə arxalanaraq öz torpaqlarını əkib-becərirlər. İddiaçı iddiasında qeyd etmişdir ki, 2016-cı il tarixdə torpağını əkib-becərməsi üçün 600 manat qarşılığında ona vermişdir. Bəli, iddiaçı öz torpağını əkib-becərə bilmədiyi üçün torpaq sahəsini 600 manat qarşılığında ona vermişdir. Bundan başqa iddiaçının iddia ərizəsində qeyd etdikləri əsassızdır və yalandır. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. Məhkəmə iclasında İddiaçı özünə məxsus torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi Aqrar İslahat Komissiyasının 09 yanvar 1998-ci il tarixli, 08 saylı qərarı ilə kənd bələdiyyəsinin nümayəndəsi tərəfində ölçü işləri aparılaraq rəsmi sənədlərlə ona və ailə üzvlərinə verilmiş və özlərinə məxsus torpaq sahəsindən istifadə etdiklərini bildirmişdir. İddiaçının iddiasının əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
7. Məhkəmə işə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(014)-41/2023 nömrəli qətnaməsi ilə (hakim C.Sultanov), iddia tələbinin qismən təmin edilməsi, Ağdaş rayonu, Şordəhnə kəndində yerləşən Daşınmaz əmlakın 4Ə-427 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına rəsmiləşdirilmiş 2,1664 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,9281 ha hissəsindən Cavabdeh məcburi qaydada çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X9, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Ağdaş rayonu, Şordəhnə kəndində yerləşən 2,1664 ha kənd təsərrüfatı təyinatlı torpaqlar Daşınmaz əmlakın 4Ə427 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına rəsmiləşdirilmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia etsə də, mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,9281 hissəsi Cavabdeh tərəfindən naturada istifadə edilir. Məhkəmə gəldiyi nəticəni açağıdakılarla əsaslandırmışdır;
10. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, Ağdaş rayonu, Şordəhnə kəndində yerləşən Daşınmaz əmlakın 4Ə-427 saylı, xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsinə əsasən İddiaçı adına rəsmiləşdirilmiş 2,1664 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,9281 ha hissəsindən Cavabdeh məcburi qaydada çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X9, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3, 110, 111.1 və 111.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3, 217.4-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Aqrar İslahat Komissiyasının 09 yanvar 1998-ci il tarixli, 08 saylı qərarı ilə onun, yəni Cavabdeh 6 nəfərlik ailə üzvlərinə Ağdaş rayonu, Şordəhnə kəndi ərazisində 4,50 hektar pay torpaq sahəsi rəsmi sənədlərlə verilmişdir. Bu minvalla torpaq sahəsi rəsmi sənədlərlə onların adlarına verildikdən sonra onlar orada cizgilər daxilində işlər aparmışlar, torpağı münbit hala gətirərək əkib-becərmişlər. Onlar kiminsə torpağını deyil, dövlətin verdiyi qanuni sənədlərə arxalanaraq öz torpaqlarını əkib-becərmişlər. İddiaçı iddiasında qeyd etmişdir ki, 2016-cı il tarixdə torpağını əkib-becərməsi üçün 600 manat qarşılığında ona vermişdir. Bəli, iddiaçı öz torpağını əkib-becərə bilmədiyi üçün torpaq sahəsini 600 manat qarşılığında ona vermişdir. Bundan başqa iddiaçının iddia ərizəsində qeyd etdikləri əsassızdır və yalandır. Belə ki, məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi şəxsin mütəxəssisləri cəlb edilməklə ekspertiza təyin edilmişdir. Mütəxəssis rəyini nəzərdən keçirdikdə aydın olur ki, rəydə 1-ci suala tam və düzgün cavab verilməmişdir. Bundan başqa Cavabdeh, yəni onun tərəfindən 5.36 ha torpaq sahəsi istifadə etdiyi, idiaçıya məxsus torpaq sahəsinin 0.9281 ha hissəsinin cavabdeh, tərəfindən istifadə edildiyi, lakin iddiaçı tərəfindən naturada torpaq sahəsi istifadə edilmədiyi göstərilmişdir. Lakin iddiaçının iddia ərizəsi ilə tanış olduqda aydın olur ki, iddiaçı tərəfindən xx.xx.1999-cu il tarixdən 2.1664 ha torpaq sahəsindən istifadə edilir. Ortaya belə bir sual çıxır. İddiaçı mülkiyyətində 2.1664 ha torpaq sahəsi olduğu təqdirdə və rəydə guya onun iddiaçıya məxsus 0.9281 ha torpaq sahəsinin istifadə etdiyi qeyd edilirsə, iddiaçıya məxsus yerdə qalan 2.1664-0.9281=1.2383 ha torpaq sahəsini kim istifadə edir. Əslindən iddiaçıya aid torpaq sahəsini o zəbt etməmişdir. Həmin torpaq sahəsi iddiaçi ilə onun torpağının aralığında yerləşən kolluq ərazidə yerləşirdi. Belə bir nəticəyə gəlmək olar ki, mütəxəsis rəyi düzgün verməmişdir. Mütəxəsis rəydə kimlərisə gizlətməkdə məqsədi nədir. İddiaçıda mütəxəsisə düzgün məlumatlar vermədiyi üçün mütəxəsis səhv rəy vermişdir. Həmin rəy əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyini də şübhə altına almışdır. O, ümumiyyətlə nəyinki, kənar şəxslərin, hətta İddiaçı aid torpaq sahələrini zəbt etməmişdir və istifadə etməmişdir. Hesab edir ki, iş üzrə həmin ərazidə torpaq sahələri olan şəxslərin, kənd bələdiyyəsinin iştrakı ilə yenidən baxış keçirilərək rəy verilməlidir. Əgər dediyi formada ekspertiziya təyin edilər sə, onun haqlı olduğu açıq-aşkar bilinəcəkdir. Buna görə də iş üzrə düzgün espertizianın təyin edilməlidir, mübahisəli ərazinin düzgün ölçülməlidir və bundan sonra məlum olacaqdır ki, idiaçının iddia tələbi əsassızdır.
14. İddiaçı qanunsuz olaraq onun hüquqlarını pozmuşdur. İmkan verməmişdir ki, o mülkiyyətindən istifadə etsin, halbu ki uzun illərdirki o həmin torpaq sahəsindən istifadə etmişdir.
15. Aqrar İslahat Komissiyasının 09 yanvar 1998-ci il tarixli, 08 saylı qərarı ilə Cavabdeh 6 nəfərlik ailə üzvlərinə Ağdaş rayonu, Şordəhnə kəndi ərazisində 4,50 hektar pay torpaq sahəsi rəsmi sənədlərlə verilmişdir. Lakin Ağdaş rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-41/2023 saylı qətnaməsi ilə onun Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüququ pozulmuşdur. Onun mülkiyyət hüququ məhdudlaşdırılmışdır.
16. Məhkəmənin qətnaməsi və qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Yuxarıda sadalanan maddi hüquq normalarının nəzərə alınmaması və tətbiq edilməməsi buna əyani sübutdur.
17. Tərəflərin təqdim etdiyi sübutlar ümumiyyətlə qanunvericiliyin tələb etdiyi formada əlaqəli şəkildə araşdırılmamışdır. Məhkəmə tərəfindən təqdim etdiyi sübutlara obyektiv və hərtərəfli qiymət verilməmişdir. Bundan başqa iş üzrə düzgün ekspertiza aparılmamışdır.
18. Göründüyü kimi onun qanunla müəyyən edilmiş mülkiyyət hüquqları pozulmuş, iş üzrə yenidən ekspertiza keçirilməmiş, ekspert qarşısında düzgün suallar qoyulmamışdır.
19. İşə baxan məhkəmə tərəfindən düzgün araşdırılmış, sübutlar olduğu halda düzgün qətnamə qəbul edilməmişdir. Belə ki,ƏMDX-nın DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinin rəyində açıq aşkar qeyd edilir ki, ərazidə uyğunsuzluqlar mövcuddur. Lakin məhkəmə tərəfindən uyğunsuzluqların aradan qaldırılması üçün heç bir tədbir görülməmişdir. İş üzrə ekspert rəyi ilə narazı olduğu halda, məhkəmə tərəfindən kompleks ekspertiza təyin etməmişdir. Ümumiyyətlə işin halları və sübutlar düzgün araşdırılmamışdır.
20. Odur ki, Ağdaş rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(014)-41/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Ağdaş rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(014)-41/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və digər üçüncü şəxs X4 nümayəndəsi X14 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Ağdaş rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(014)-41/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Ağdaş rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(014)-41/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi X16 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Ağdaş rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(014)-41/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər.
29. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
31. “X11rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Həmçinin Cavabdeh Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(014)-41/2023 nömrəli qətnaməsinin tam ləğv olunmasını xahiş etsə də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilən hissəsinə münasibətdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv olunması üçün əsas yoxdur.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
37. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 08 sentyabr 2020-ci il tarixdə verilmiş **********09 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən Ağdaş rayonu, Şordəhnə kəndində yerləşən 2,1664 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X8, X4, X3, X5 ümumibirgə mülkiyyətlərindədir. İddiaçı həmin torpaq sahəsinin 1 hektarının cavabdeh tərəfindən zəbt edildiyini iddia etsə də, mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, iddiaçının və ailə üzvlərinin ümumibirgə mülkiyyətlərində olan torpaq sahəsinin 0,9281 ha hissəsi Cavabdeh tərəfindən naturada istifadə edilir.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
39. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin onun İddiaçı aid torpaq sahəsini zəbt etməməsi, istifadə etməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 fevral 2023-cü il tarixli, 10/653 nömrəli ekpsert rəyindən görünür ki, - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Ağdaş rayonu, Şordəhnə kəndi ərazisində yerləşən İddiaçı və Cavabdeh naturada göstərdikləri torpaq sahələrinin koordinatları, döngə nöqtələri, ölçüsü, konfiqurasiyası müəyyən edilmişdir. Həmin torpaq sahələrinin sərhədləri sənəd üzrə üstüstə düşmür. Mütəxəssis rəyinə əsasən iddiaçının torpaq sahəsini 0,9281 ha sahəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. Mütəxəssis rəyinə əsasən iddiaçı və cavabdehlərə məxsus olan torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcuddur. Mütəxəssis rəyinə əsasən torpaq sahələrinin sərhədlərini naturada tanıdılması zamanı digər torpaq sahələrinin hüquqları pozulmur. Mütəxəssis rəyinə əsasən iddiaçı naturada torpaq sahəsindən istifadə etmir. Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi 5,36 ha təşkil edir.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ekspert qarşısında düzgün sualların qoyulmaması, iş üzrə düzgün ekspertiza aparılmaması, mütəxəssis rəyində 1-ci suala tam və düzgün cavab verilməməsi, düzgün espertizianın təyin edilməli olması, mübahisəli ərazinin düzgün ölçülməli olmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. İş materiallarından ekspert qarşısında hər hansı bir yanlış sual qoyulması halı müəyyən edilməmiş, həmçinin Cavabdeh tərəfindən də ekspert qarşısında qoyulacaq suallar məhkəməyə təqdim edilməmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün ekspertə yalnız məhkəmə qərardadının nüsxəsi deyil, hər iki tərəfin mülkiyyətlərində olan torpaq sahələrinə dair hüquqmüəyyənedici və texniki sənədlərin də əlavə edildiyi mülki iş materialları təqdim edilməklə, ekspertiza tədqiqatı zamanı hüquqların dövlət qeydiyyatını həyata keçirən Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssis rəylərinə də istinad edilməklə ekspertiza tədqiqatları zamanı iddiaçının ümumibirgə mülkiyyətində olan torpaq sahəsinin məhz 0,9281 ha hissəsinin cavabdeh tərəfindən naturada istifadə edilməsi müəyyən edilmişdir. Mütəxəssis Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş 16 dekabr 2022-ci il tarixli mütəxəssis rəyindən məhkəmə tikinti texniki ekspertizasının aparılmasına dair 27 sentyabr 2022-ci il tarixli qərardadın 1ci sualına aydın şəkildə cavab verildiyi, həmçinin buna dair izahlı yerquruluşu planınının da mütəxəssis rəyinə əlavə edildiyi müəyyən edilmişdir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, məhkmə tikinti-texniki ekspertizasının 24 fevral 2023-cü il tarixli, 10/653 nömrəli rəyi ekspertiza rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ƏMDX-nın DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinin rəyində ərazidə uyğunsuzluqların mövcud olmasının qeyd edilməsi, lakin məhkəmə tərəfindən uyğunsuzluqların aradan qaldırılması üçün heç bir tədbirin görülməməsinə, onun mülkiyyət hüququnun məhdudlaşdırılmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 16 dekabr 2022-ci il tarixli, **********55 saylı rəyindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 27 sentyabr 2022- ci il tarixli, 2(014)-1467/2022 nömrəli Qərardadında mütəxəssis qarşınında qoyulmuş sualların cavabları: Ağdaş rayonu, Şordəhnə kəndi ərazisində yerləşən iddaçı İddiaçı və Cavabdeh naturada göstərdikləri torpaq sahələrinin koordinatları, döngə nöqtələri, ölçüsü, konfiqurasiyası müəyyən edilmişdir. Torpaq sahələrinin sərhədləri sənəd üzrə üst-üstə düşmür. İddiaçının torpaq sahəsinin 0,9281 ha hissəsi naturada Cavabdeh Əlibala oğlu tərəfindən istifadə edilir. İddiaçı və cavabdehə məxsus olan torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcuddur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin 4-cü hissəsinə əsasən yerquruluşu işləri müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaqların monitorinqi və yerquruluşu işləri sifarişçilər tərəfindən maliyyələşdirilir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi təsərrüfat hesablı qurum olmaqla, görülən işlərdən, göstərilən xidmətlərdən, habelə təsərrüfat fəaliyyətinin digər növlərindən əldə edilən gəlirlərdən və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlər hesabına maliyyələşir. Mülkiyyətçilər torpaq sahələrinə dair hüquqmüəyyənedici və texniki sənədlərin təqdim ediləcəyi təqdirdə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 04 yanvar 2021ci il tarixli 02 saylı qərarı ilə təsdiq edilmiş İiqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən göstərilən xidmətlərin tariflərinə uyğun olaraq görüləcək işlərə dair hesablanacaq xidmət haqqı ödənildikdən sonra uyğunsuzluqların aradan qaldırılması mümkün olacaqdır. Torpaq sahələrinin sərhədlərinin naturada tanıdılması zamanı digər torpaq sahiblərinin hüquqları pozulmur. Hüquqlar pozulmadığı üçün sual üzrə tədqiqat aparılmadı. İddiaçı naturada torpaq sahəsindən istifadə etmir. Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi 5.36 ha təşkil edir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, mütəxəssis rəyində iddiaçı və cavabdehə məxsus olan torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcud olması qeyd edilsə də birinci instansiya məhkəməsinin qərardadında qoyulmuş suallar cavablandırarkən aydın şəkildə qeyd edilmişdir ki, tərəflərin mülkiyyətlərində olan torpaq sahələrinin sərhədləri sənəd üzrə üst-üstə düşmür. Həmçinin iddiaçının torpaq sahəsinin 0,9281 ha hissəsi naturada Cavabdeh Əlibala oğlu tərəfindən istifadə edilir.
45. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdehin iddiaçının ümumibirgə mülkiyyətində olan torpaq sahəsinin 0,9281 ha hissəsindən çıxarılması cavabdehin həmin 0,9281 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması kimi şərh edilə bilməz.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş üzrə həmin ərazidə torpaq sahələri olan şəxslərin, kənd bələdiyyəsinin iştrakı ilə yenidən baxış keçirilərək rəy verilməli olması, iş üzrə yenidən ekspertiza keçirilməməsi, İş üzrə ekspert rəyi ilə narazı olduğu halda, məhkəmə tərəfindən kompleks ekspertizanın təyin edilməməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
47. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Ona hüquq kimi tanımışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi iş üzrə obyektiv və hərtərəfli araşdırmasının aparılmasını təmin etmək məqsədi ilə məhkəmə tikinti texniki ekspertizası təyin etmiş, mübahisəyə dair mütəxəssisin də rəyi alınmışdır. Həmçinin iş materiallarından iş üzrə torpaq sahələrinə yenidən baxış keçirilməsi, digər, o cümlədən kompleks ekspertizanın təyin edilməsi zərurəti də müəyyən edilməmişdir.
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının iddia ərizəsi ilə tanış olduqda iddiaçı tərəfindən xx.xx.1999-cu il tarixdən 2.1664 ha torpaq sahəsindən istifadə edilməsinin aydın olmasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçının iddia ərizəsində aydın şəkildə göstərilmişdir ki, “xx.xx.1999-cu il tarixdən bu günə qədər bizə məxsus olan 2.1664 ha torpaq sahəsindən tam olaraq istifadə edə bilməmişik. 1 ha torpaq sahəsini qonşumuz cavabdeh bizdən icazəsiz qanunsuz olaraq istifadə edir və könüllü olaraq olaraq torpaqdan çıxmır.”
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə tərəfindən təqdim etdiyi sübutlara obyektiv və hərtərəfli qiymət verilməməsi, işin hallarının və sübutların düzgün araşdırılmamasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehin mülkiyyətində olan torpaq sahələri qonşuluqda yerləşir. Məhkəmə təyin edilərək alınmış ekspert rəyinə uyğun olaraq iddiaçıya məxsus torpaq sahəsinin 0,9281 ha hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi nəticəsinə gəlmişdir. İşin hallarından görünür ki, ekspertiza tədqiqatı ilə iddiaçıya məxsus torpaq sahəsindən 0,9281 ha hissəsinin cavabdeh tərəfindən naturada istifadə edilməsi müəyyən edildiyi halda, cavabdeh tərəfindən bunu inkar edə biləcək, iddia tələbinə etirazını əsaslandıra biləcək dəlillər təqdim edilməmişdir.
50. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
52. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(014)-41/2023 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.