Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1451/2024 26.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə İddiaçı X1 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsinin mümkünlüyünə məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı X2 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, F0002 saylı kredit müqaviləsi üzrə girov qoyduğu 10,1 qram, 750 əyyar, 24,2 qram, 585 əyyar olan qızıl-zinət əşyalarının satılaraq, dəyəri qalıq əsas borc 2300 manat, faiz borcu 1104 manat, dəbbə borcu isə 960 AZN olmaqla cəmi borcu 4364 manata yönəldilməsinə və yerdə qalan hissənin isə nəğd olaraq iddiaçıya ödənilməsinə dair qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən iddia ərizəsinin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı lombard fəaliyyəti ilə məşğul olur. Cavabdeh xx.xx.2022-ci ildə F0002 saylı kredit müqaviləsinin prinsiplərini və şərtlərini qəbul edərək müqaviləyə əsasən 24 ay müddətinə 2300 AZN kredit vəsaiti götürmüşdür. Girov qismində isə 10,1 qram, 750 əyar, 24,2 qram, 585 əyar olan qızıl-zinət əşyaları qoymuşdur. Cavabdeh ödəniş cədvəlinə əsasən hər ayda 135 manat 81 qəpik olmaqla ödəniş etməli olduğu halda, bu günə qədər bir manat da ödəməmişdir. Hal-hazırda xx.xx.2024-cü il tarixinə müştərinin qalıq əsas borcu 2300 AZN, faiz borcu 1104 AZN, dəbbə borcu isə 960 AZN olmaqla cəmi borcu 4364 AZN təşkil edir. Odur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, F0002 saylı kredit müqaviləsi üzrə girov qoyduğu 10,1 qram, 750 əyar, 24,2 qram, 585 əyar olan qızıl-zinət əşyalarının satılaraq, dəyəri qalıq əsas borc 2300 manat, faiz borcu 1104 manat, dəbbə borcu isə 960 AZN olmaqla cəmi borcu 4364 manata yönəldilməsinə və yerdə qalan hissənin isə nəğd olaraq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 302.7-ci maddəsinə əsasən, əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Göründüyü kimi, qanunvericiliyin tələbinə uyğun olaraq, əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, lombardın girov qoyana (borcluya) qarşı tələbləri ləğv edilir. Bu baxımdan iddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixli, F0002 saylı kredit müqaviləsi üzrə girov qoyduğu qızıl-zinət əşyalarını sataraq əşyanın satışından əldə edilən məbləği kredit borcunun əvəzi kimi götürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçılərə rəsmi qaydada verilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı X1 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı X1 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-1451/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1451/2024
26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver