Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5938/2025 03.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan, nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, Cavabdeh ilə X1 xx.xx.2011-ci il tarixdə rəsmi nikah bağlamışlar. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdehnın birgə nikahından xx.xx.2012-ci il tarixdə doğulmuş X2 adında yetkinlik yaşına çatmayan bir uşaq vardır. İddia tələbi barədə məlumatlar; İddiaçı Cavabdeh ilə aralarında xx.xx.2011-ci ildə Gəncə şəhər nikah evi qeydiyyat şöbəsində bağlanmış 259 saylı nikah qeydinin onlara vaxt verilmədən pozulmasını və Cavabdeh iddia ərizəsinin verdiyi vaxtdan hesablamaqla birgə nikahdan doğulmuş xx.xx.2012-ci il tarixdə X2 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay 246 manat aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2011-ci ildə rəsmi nikahlarını qeyd etdirmişdlər. Onların birgə nikahından xx.xx.2012-ci il tarixdə X2 adlı uşaqları dünyaya gəlmişdir. Nikahlarının ilk dövrlərində ailə münasibətləri normal olmuş, onlar mehriban yaşamışlar. Lakin bir müddət sonra cavabdehlə münasibətləri pozulub. Buna səbəb Elnurla xasiyyətlərinin uyğun olmaması, onunla və uşaqla maraqlanmaması və ona qarşı olan münasibətidir. Dəfələrlə ailə münasibətlərini bərpa etməyə çalışsada heç bir nəticəsi olmamışdır. Cavabdeh nəinki uşaqlarla maraqlanmır hətda onun saxlanması və maddi təminatını ödəmək üçün heç bir köməklik etmir. Uşaqların saxlanmasında çətinlik çəkir. Hal hazırda cavabdehlə münasibətləri pozulmuşdur. Onlar faktiki olaraq ayrılmışdırlar. Ailə münasibətlərini bərpa etmək mümkün deyil. Tərəflərin izahatları; Məhkəmədə İddiaçı iştirak etmiş və bildirmişdir ki, nikahın pozulmasında fikri qətidir. Birgə nikahdan xx.xx.2012-ci il tarixdə doğulmuş X2 onun yanında yaşayır. Uşaq onun yanında yaşadığından, həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 246 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh iştirak etmiş və izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında olan rəsmi nikahın pozulmasına razı deyildir, ancaq ki, iddiaçı boşanmada təkid edir. Boşanma halında birgə nikahlarından xx.xx.2012-ci il tarixdə doğulmuş Aksana adlı uşağın boşanmadan sonra iddiaçının yanında qalmasına etirazı yoxdur və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qanunvericilklə müəyyən edilmiş alimentin təyin etiraz etmir. Məhkəmənin iş üzrə mövqeyi, müəyyən edilən faktiki hallar və tətbiq edilən hüquq; Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış rəsmi nikah pozulmalı, tərəflərin birgə nikahından doğulan, yetkinlik yaşına çatmayan uşağın valideynlərinin boşanmasından sonra anasının yanında qalması müəyyən edilməli və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 246 manat sabit pul məbləğində aliment Cavabdeh alınıb, İddiaçı verilməlidir. Belə ki, məhkəmə araşdırmaları nəticəsində işin faktiki halları kimi müəyyən olunur ki, tərəflər xx.xx.2011-ci il tarixdə rəsmi nikah bağlamışlar. Onların birgə nikahından yetkinlik yaşına çatmayan bir uşaq vardır. Hazırda onların arasında olan ailə münasibətləri faktiki pozulmuşdur, onlar ayrı yaşayırlar və iddiaçı nikahın pozulmasında qərarlıdır. Azərbaycan Respublikasında ailə münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci və 19.2-ci maddələrinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulması və alimentna razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Hazırki işdə, məhkəmə tərəflərin barışması üçün işin məhkəmə baxışını 3 ay sonrakı müddətə təyin etsə də, tərəflər barışmamışlar. Ona görə də, ailənin qorunub saxlanması mümkünsüz olduğundan məhkəmə belə qərara gəlir ki, tərəflər arasında bağlanmış rəsmi nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.-ci maddəsinə əsasən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Tərəflərin birgə nikahından anadan olmuş, yetkinlik yaşına çatmayan uşağın valideynlərinin boşanmasından sonra valideynlərdən hansının yanında qalması məsələsi ilə əlaqədar məhkəmə onu qeyd edir ki, yetkinlik yaşına çatmayan uşaq hazırda anasının yanında yaşayır və uşağın atası Cavabdeh uşağın anasının yanında qalmasına etiraz etmir. İş materiallarından uşağın anasının yanında qalmasına maneə olan hallar müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, nikah pozulduqdan sonra uşaq anasının yanında qalmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericilik yetkinlik yaşına çatmayan uşağın saxlanılmasını bir vəzifə kimi onun valideynlərinin üzərinə qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, uşaqlar üçün yaşayış minimumunun 2025-ci ildə 246 manat məbləğində müəyyən edilməsini, Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini, İddiaçı hər ay bir uşağa görə 246 manat tələb etməsini və aliment ödəməyə borclu olan valideynin ona qarşı irəli sürülən aliment tələbini qəbul etməsini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulmalı olan aylıq alimentin məbləğinin hər ay bir uşaq üçün 246 manat sabit pul məbləğində müəyyən edilməsi uşağın mənafeyinə uyğun və məqsədəmüvafiq hesab edilməlidir. Bundan başqa, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 ”dekabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması və aliment, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmiş, Qərarın 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 ”dekabr 2024-cü il tarixli qərarına əlavə edilmiş, “8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikasında 2025-ci il üçün minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir. Adi riyazi hesablamadan müəyyən edilir ki, 246 manat məbləği 400 manat məbləğinin yuvarlaqlaşdırılmış (0,62) mislini təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, İddiaçı hazırki tələblə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmiş və cavabdehdən aliment tutulmasını xahiş etmişdir. Ona görə də məhkəmə göstərir ki, hazırki işdə aliment xx.xx.2025-ci il tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, qətnamə alimentə aid hissədə dərhal icraya yönəldilməlidir. Bundan başqa iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına 50 manat xərc ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən ilkin mediasiya sessiyasına çəkdiyi xərcin əvəzini tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının ödəmiş olduğu mediasiya xərci iddiaçının özünə aid edilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə X6 bağlanmış və 259 sayla qeydə alınmış rəsmi nikah pozulsun. Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2012-ci il tarixdə doğulmuş X2 adında yetkinlik yaşına çatmayan bir uşağın valideynlərinin boşanmasından sonra anası İddiaçı yanında qalması müəyyən edilsin. Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2012-ci il tarixdə doğulmuş X2 adında yetkinlik yaşına çatmayan bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin sonrakı artımları da nəzərə alınmaqla 0,62 mislinə uyğun sabit pul məbləğində aliment Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamə alimentlə bağlı olan hissədə dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-5938/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5938/2025
03.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver