Məhkəmə qərarları › İş №2-2(102)-123/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-123/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Aidiyyəti üzrə daxil olan işlər - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-123/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı X3 Cavabdehnə qarşı iş üzrə QƏRAR (açar sözlər: yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Kərimov Fərhad Abdulkərim oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, cavabdehin vəkili Vəkil iştirakı, H.Əbilovun katibliyi ilə, iddiaçı X3 Cavabdehnə qarşı aktlar əsasında hesablanmış borcların silinməsi tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli, 2-2(103)-66/2020 saylı qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X4 Cavabdehnə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 3 və ünvan 1 ünvanlarında yerləşən qeyri-yaşayış sahələrinə xx.xx.2018-ci il tarixli, ******* saylı və xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktlar əsasında hesablanmış 4.134 manat və 7.185 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, İ.Dağıstanlı küçəsi 3 ünvanında yerləşən 825,6 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsini xx.xx.2014-cü il tarixli müqavilə ilə 5 il müddətinə icarəyə götürmü şdür. xx xxx 2018-ci tarixdə cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin qaz sayğacı çıxarılaraq aparılmış və yerinə başqa sayğac qoyulmuşdur. Bundan başqa ünvan 2 ünvanda da cavabdeh tərəfindən iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsindən qaz sayğacı çıxarılmış və aparılmışdır. Cavabdeh tərəfindən sayğac çıxarılıb aparılarkən sayğacda heç bir nöqsan aşkar edilməmiş, sayğacın plombu üstündə olmuşdur. Cavabdehin əməkdaşları tərəfindən baxış keçirilən müddətdə qeyri-yaşayış sahələri bağlı olduğundan, iddiaçı tərəfin iştirakı olmadan sayğaclar çıxarılmış, aktlar tərtib edilərək başqa bir şəxsə imza etdirilmişdir. Sonradan cavabdeh həmin sayğaca baxış keçirərkən guya həmin sayğacların çıxış borusunda deşik mövcud olmasını bildirərək akt tərtib etmiş və əsassız olaraq borc hesablamışl ar. Halbuki, həmin aktlar tərtib edilərkən iddiaçının iştirakı təmin edilməmişdir. Cavabdeh akt tərtib edərkən “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinin tələblərini pozmuş, akt tərtib edilərkən hal şahidlərinin iştirakını təmin etməmiş, əsassız olaraq hesablamalar aparılaraq rəqəmlər şişirdilərək, həmin pulun ödənilməsi tələb olunmuşdur. İddiaçının iştirakı olmadan baxışın aparılması, habelə onun sayğaca hər hansı müdaxilə etməsi, təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, sonuncuya əlavə pul hesablanmışdır. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(82)532/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən X3 istifadəsində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi nə (abonent kodu: **********00000) hesablanmış 4.134 (dörd min yüz otuz dörd) manat və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (abonent kodu:**********00030) hesablanmış 7.185 (yeddi min yüz səksən beş) manat borcun silinməsi qət edilmişdir ( hakim - Ə.Ələkbərov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli, 2-2(103)-66/2020 saylı qətnaməsi ilə (sədrlik edən V.Ə.Baxışova, hakimlər E.E.Nağıyeva və H.Ü.Həmidov) Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli qətnaməsindən Cavabdeh İB və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Sabunçu rayonu və Binəqədi rayonunda yerləşən iddiaçıya məxsus obyektlərdə G-6 markalı qaz sayğacları vasitəsi ilə təbii qazdan istifadə olunur. xx.xx.2018-ci il tarixdə Birliyin nümayəndələri tərəfindən iddiaçıya məxsus Sabunçu rayonu ərazisindəki obyektdə quraşdırlımış qaz sayğacının, xx.xx.2018-ci il tarixdə isə Binəqədi rayonu ərazisindəki obyektdə quraşdırlımış qaz sayğacının göstəriciləri götürülən zaman sayğacda na sazıqlar olduğu müəyyən edilmişdir. Belə ki, Sabunçu rayonunda yerləşən obyektdə quraşdırılmış qaz sayğacına (1305AZ******************** nömrəli sayğac) baxış keçirilərkən qaz plitəsinin yanarkən sayğacın təbii qazın sərfiyyatını qeydə almadığı və sayğac açılarkən membran hissədən deşik olduğu aşkarlanmışdır. Bununla bağlı akt tərtib edilmiş, aktı iddiaçının nümayəndəsi Hüseynov Amil də öz imzası ilə təsdiq etmişdir. Həmçinin Binəqədi rayonu ərazisində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən iddiaçı tərəfindən obyektdə əlavə qaz avadanlıqlarının quraşdırıldığı və bunun da nəticəsində qaz sayğacının sərfiyyatı aşdığı müəyyən edilmişdir. Belə ki, mövcud qaz sayğacının maksimal ölçmə həddi 10 m3 olduğu halda, qaz işlədicilərinin maksimal sərfiyyatı 19,57 m3 saat olduğu müəyyən edilmişd ir. Bununla bağlı akt tərtib edilmiş, aktı iddiaçının nümayəndəsi Cəfərov Babək də öz imzası ilə təsdiq etmiş, həmin faktlarla bağlı dəymiş ziyan hesablanaraq iddiaçının abonent hesabına işlənilmiş, məhkəmə işi araşdırarkən aktda yazılan faktların olub-olmamasına ümumiyyətlə qiymət verməmiş, çünki iddiaçı özü də sayğaca müdaxilə olunmadığını mübahisələndirmir, iddiaçının Sabunçu rayonunda yerləşən obyektində 2018-ci ilin fevral ayından 2019-cu ilin avqust ayınadək (1 il altı ay) cəmi 64 manat pul ödənilmiş, halbuki, akt tərtib edilib sayğac dəyişdirildikdən sonra iddiaçı tərəfindən 3 ay ərzində 680 manat ödəniş həyata keçirilmiş, lakin məhkəmə bu halların heç birini araşdırmamış, həmçinin sayğaca müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəs sisəsi olan qaz paylayıcısına dəymiş küllü miqdarda ziyan ödənilməlidir, bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar faydalanan və zərərçəkən tərəflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir, təsadüfü deyil ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X8”nin Tədbirlər Planının 4.1.4.-cü bəndində “Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunub. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir.. Məhkəmə tərəfindən A zərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxx 2003-cü il tarixli, 3N-li qərarının 22-ci bəndinin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarının tələbləri pozulmuşdur. Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, h eç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iddiaçı X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası m əhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli, 22(103)-66/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikay əti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan iki qeyri-yaşayış sahəsinin qaz sayğaclarına texniki baxış keçirilmiş, bu zaman ünvan 3 və ünvan 1 ünvanlarında yerləşən sayğacların membran hissəsinin deşildiyi və sayğacın üzərində sovurucu qurğu quraşdırıldığı qeyd edilərək, “Təbii qazdan istifadə qaydalarının pozulması barədə” ******* saylı, xx.xx.2018-ci il tarixli və ******* saylı, xx.xx.2018-ci il tarixli aktlar tərtib edilmiş, qeyri-yaşayış sahələrinə quraşdırılmış sayğaclar digəri ilə əvəz edilmiş, daha sonra itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2018-ci il tarixli rəyi əsasında 180 gün qəbul edilməklə 20.671 kub.metr, xx.xx.2018-ci il tarixli rəyi əsasında 180 gün qəbul edi lməklə 35.928 kub.metr təbii qazın dəyərinin ödənilməsi qərara alınmış, iddiaçının hesablanmış borcun silinməsi ilə bağlı cavabdehə etdiyi müraciəti təmin edilməmiş, Cavabdeh İB tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli abonentin saldosuna görə iştehlakçı X4 ünvan 4 ünvanında yerləşən obyekt üzrə xx.xx.2010-cu il tarixdən xx.xx.2019-cu il tarixədək istifadə etdiyi təbii qazın dəyərini müntəzəm olaraq ödəmiş, habelə xx.xx.2018-ci il tarixə 4.134.2 manat borcu yaranmış, Cavabdeh İB tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli abonentin saldosuna görə iştehlakçı X4 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi 3 ünvanında yerləşən obyekt üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək istifadə etdiyi təbii qazın dəyərini müntəzəm olaraq ödəmiş, ha belə xx.xx.2018-ci il tarixə 7.185.6 manat borcu yaranmışdır. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə “Təbii qazdan istifadə qaydalarının pozulması barədə” ******* saylı, xx.xx.2018-ci il tarixli və ******* saylı, xx.xx.2018-ci il tarixli aktlarda qeyd edilmiş pozuntuların mövcud olması barədə özünün təqdim etdiyi sənədlərdən başqa mötəbər sübut təqdim edilməmiş, qanunvericiliyin tələbinə görə iddiaçının qaz sayğacına baxış keçirilməsi müvafiq reyestrdə qeydiyyata alınmalı olduğu halda, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınması, yoxlamanın aparılma sı haqqında hər hansı qərar qəbul edilməsi iş materialları ilə öz təsdiqini tapmamış, məhkəməyə bu barədə sübut təqdim edilməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 2.1ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monito rinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsas ları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 17.3-cu maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edə n Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikas ının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra -yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava lima nlarında nəzarətdən irəli gələn yoxlamalar, dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. Əsasnamənin 7.1-ci bəndinə əsasən yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunan Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxla yıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdeh tərəfindən nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə “Təbii qazdan istifadə qaydalarının pozulması barədə” xx.xx.2018-ci il tarixli və xx.xx.2018ci il tarixli aktlarda qeyd edilmiş pozuntuların mövcud olması barədə özünün təqdim etdiyi sənədlərdən başqa mötəbər sübutların təqdim edilmədiyini, həmçinin iddiaçının qaz sayğacına baxış keçirilməsi müvafiq reyestrdə qeydiyyata alınmalı olduğu halda, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamalar ın vahid məlumat Reyestrində qeydiyyata alınması, yoxlamanın aparılması haqqında hər hansı qərar qəbul edilməsinin iş materialları ilə öz təsdiqini tapmadığını, məhkəməyə bu barədə hər hansı sübutun təqdim edilmədiyini, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsinin olmadığını nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının po zuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli, 2-2(103)-66/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: MPM-nin 417, 419-cu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli, 2-2(103)-66/2020 saylı qətnaməsidəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar