Məhkəmə qərarları › İş №2-2(103)-1247/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1247/2025

11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1247/2025 11.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X9 və X1 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6723/2025 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin Halları

2. İddiaçı ASC və Cavabdeh1 MMC arasında bağlanan “Bank xidmətlərinin göstərilməsinə dair X7” xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə Razılaşmanın ümumi şərtlərinin:

3. 1-ci bəndinə əsasən Cavabdeh1 MMC Razılaşmanı imzalamaqla, Bank xidmətlərinin göstərilməsinə dair X7 Bankın rəsmi internet səhifəsində yerləşdirilən xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir.

4. 3-cü bəndinə əsasən, Bank və müştəri link üzrə yerləşdirilən müqaviləni imzalanmış müqaviləyə bərabər tutur və bununla bağlı bir-birinə qarşı heç bir iddia qaldırmayacaqlarını bildirir.

5. 4-cü bəndinə əsasən, Bank müqaviləyə edilən hər bir əlavə və dəyişiklik haqqında Müştəriyə yazılı xəbərdarlıq göndərməklə, müqavilənin yenilənmiş versiyasını link üzrə yerləşdirir. Müştəri isə əlavə və dəyişikliklərlə tanış olur və onlarla razı olmadığı təqdirdə, bu haqda xəbərdarlığın ona göndərildiyi tarixdən etibarən üç gün ərzində Banka yazılı məlumat verir. Bu halda müştəri göstərilən xidmətlərdən istifadəni dayandıra və ya bank ilə müqavilə münasibətlərinə müqaviləyə uyğun olaraq xitam verə bilər.

6. Bank xidmətlərinin göstərilməsinə dair X7: 4-cü bölməsinin 3.8-ci bəndinə əsasən, müştərinin Bank qarşısında mövcud pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş ilkin olaraq cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinin silinməsinə yönəldilir.

7. 4-cü bölməsinin 5.2.1-ci bəndinə əsasən, Bu Müqavilə çərçivəsində kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və/və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər.

8. 10-cu bölməsinin 1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti və onun vaxtından əvvəl ləğv edilməsi: 1.2-ci bəndinə əsasən bu Müqavilə qeyri-müəyyən müddətə bağlanır. 1.4-cü bəndinə əsasən bu Müqaviləyə və ya bu Müqavilə çərçivəsində təqdim olunan hər hansı xidmətə aşağıdakı hallarda və qaydada xitam verilə bilər: 1.4.5-ci bəndinə əsasən bank tərəfindən. 1.4.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.

9. X11 çərçivəsində İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli K7006 saylı Maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən borcalana xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 12%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 27% olmaqla, dövriyyə vəsaitinin artırılması məqsədilə 500,000.00 manat məbləğində kredit verilmişdir.

10. . İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında X11 çərçivəsində imzalanmış xx.xx.2024-cü il tarixli K7006 saylı Maliyyələşdirmə üçün ərizənin təminatı olaraq İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli Z6273 saylı zaminlik müqaviləsinin: 2.1-ci bəndinə əsasən, zaminliklə təmin olunan öhdəliklər: xx.xx.2023-cü il tarixli OnGTC- 09676LE/2019 saylı X11 və ya onun qəbul edilməsi barədə razılaşmanın çərçivəsində olan xx.xx.2024-cü il tarixli K7006 saylı maliyyələşdirmə üçün ərizə

11. 3-cü bəndə əsasən, Zamin Bank qarşısında Borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə Banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür faiz, zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. Məbləği həcmində məsuliyyət daşıyır. Bu müqavilə ilə təmin edilən öhdəliklərin mahiyyətini kredit xətti təşkil etdikdə zaminlik sözügedən kredit xətti çərçivəsində gələcəkdə yaranacaq bütün öhdəliklərə də şamil edilir.

12. 4.2-ci bəndə əsasən, Zamin Borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Bank qarşısında bu müqavilənin 2.2-ci bəndində göstərilən məbləği bankın ilk tələbində heç bir iddia irəli sürmədən dərhal ödəməyi öhdəsinə götürür və İddiaçı ASC-də və digər banklarda hesablarında olan vəsaitin bank tərəfindən tutulmasına icazə verir. Zamini xəbərdar etməmək Bank tərəfindən pul vəsaitinin akseptsiz silinməsinə mane olmur.

13. 5.1-ci bəndə əsasən, borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Zamindən Borcalanın öhdəliyi üzrə yaranan bütün xərcləri ödəməyi tələb etmək hüququna malikdir.

14. İddiaçı ASC tərəfindən Cavabdeh1 MMC-yə və Cavabdeh2 xx.xx.2025-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq, 500,000 manat məbləğində əsas borc, 5000 manat faiz borcu, 40375 manat cərimə borcunun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

15. İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, PB/PBL-OUT00730-2025 saylı maliyyə arayışına əsasən Cavabdeh1 MMC-nin K7006 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka 500,000 manat məbləğində əsas borc, 5000 manat faiz borcu, 53,708.33 manat cərimə borcu, müqavilə müddəti bitdiyi xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Mərkəzi Bankın illik uçot faiz dərəcəsi ilə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 14583 manat olmaqla, cəmi 573291.33 manat məbləğində borcu vardır.

Birinci instansiya məhkəməsindəki icraat

16. . İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, K7006 saylı kredit müqaviləsinə əsasən 500,000 manat əsas borc, 5,000 manat faiz borcu, 53,708.33 manat cərimə borcu, müqavilə müddəti bitdiyi xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Mərkəzi Bankın illik uçot faiz dərəcəsi ilə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 14583 manat olmaqla, cəmi 573291.33 manat borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 863.29 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2023-cü il tarixdə onGTC-09676LE/2019 saylı Bank xidmətlərinin göstərilməsinə dair X7 xx.xx.2022-ci il tarixli 1.0.5 versiyası imzalanmışdır. Borc alan həmin Razılaşmanı imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş X8 qeyd edilmiş şərtlərini (müvafiq redaksiyada) qəbul etmişdir. Sonradan tərəflər arasında X11 çərçivəsində xx.xx.2024-cü il tarixli K7006 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 12%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 27% olmaqla, dövriyyə vəsaitinin artırılması məqsədilə 500000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli K7006 saylı müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bank ilə Cavabdeh2 arasında Z6273 saylı xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyindən Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2025-ci il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri K7006 saylı kredit müqaviləsinə əsasən 500,000.00 manat əsas borc, 5,000 manat faiz borcu, 53,708.33 manat cərimə borcu, müqavilə müddəti bitdiyi xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Mərkəzi Bankın illik uçot faiz dərəcəsi ilə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu14583 manat olmaqla, cəmi 573291.33 manat təşkil edir, gecikmə günün sayı: 155. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Borcalan və zaminə xəbərdarlıq məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Tərəflər arasında imzalanmış Bank xidmətlərinin göstərilməsinə dair X7 4-cü bölməsinin 5.2.1-ci bəndinə əsasən Bu Müqavilə çərçivəsində kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və/və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Bank xidmətlərinin göstərilməsinə dair X7 4-cü bölümünün 3.8-ci bəndinə əsasən müştərinin Bank qarşısında mövcud pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş ilkin olaraq cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinin silinməsinə yönəldilir. Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır.

18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6723/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada K7006 saylı kredit müqaviləsinə əsasən 500,000 manat əsas borc, 5,000 manat faiz borcu, 25000 manat dəbbə pulu, müqavilə müddəti bitdiyi xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Mərkəzi Bankın illik uçot faiz dərəcəsi ilə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 10753.42 manat olmaqla, cəmi 540753.42 (beş yüz qırx min yeddi yüz əlli üç manat qırx iki qəpik) manat borc və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 831 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

19. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanan kredit müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdə bitmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb etməkdə haqqlıdır. 19. Əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə sözügedən kredit müqaviləsi üzrə cavabdeh tərəfindən hazırkı vaxtadək heç bir ödəniş edilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müştərək qaydada 500,000 manat əsas borc və 5000 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. İşdə olan maliyyələşdirmə haqqında ərizədən göründüyü kimi cavabdehə verilmiş kreditin müddəti xx.xx.2025-ci il tarixdə bitmiş və xx.xx.2025-ci il tarixdə borcluya ödəniş bağlı elektron xəbərdarlıq məktubu göndərilmiş, lakin ödəniş həyata keçirilməmişdir. Buna görə də iddiaçı gecikdilmiş borca görə yəni müqavilə müddətinin bitdiyi xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək faiz borcunu tələb etməkdə haqqlı olmuşdur. 25. Faiz borcunun Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025ci il tarixədək olan müddət üçün (157 gün) Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illi 5 %-lə hesablanmış faiz borcunun məbləği 10753.42 manat (500000x5%/100=25000/365x157=10753,42) müəyyən edilməlidir. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 25000 manat məbləğində dəbbə pulu tutulmalıdır. Eyni zamanda məhkəmə Cavabdeh2 ilə bağlanılan xx.xx.2024-cü il tarixli Z6273 saylı zaminlik müqaviləsinin şərtlərini nəzərdən keçirərək hesab edir ki, zamin qismində çıxış edən şəxs borclu ilə birgə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. İddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada K7006 saylı kredit müqaviləsinə əsasən 500,000 manat əsas borc, 5,000 manat faiz borcu, 25000 manat dəbbə pulu, müqavilə müddəti bitdiyi xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Mərkəzi Bankın illik uçot faiz dərəcəsi ilə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 10753.42 manat olmaqla, cəmi 540753.42 manat borc məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

20. Cavabdeh1 MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6723/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, birinci instansiya məhkəməsində müəyyən edilməmiş hallar araşdırılmaqla əldə edilmiş sübutlar əsasında yeni qətnamə qəbu xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

21. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Birinci instansiya məhkəməsi qərar qəbuledərkən Cavabdehlərin məhkəmə prosesi zamanı etdikləri ödənişlərin İddiaçıtərəfindən nə səbəbə faiz borcuna silinməsini araşdırmamışdır. Belə ki, İddiaçı şifahi şəkildə ödənişlərin faiz borcuna silindiyi qeyd etsə də, b unun hansı əsasla etdiyinə hər hansı aydınlıq gətirməmişdir. Eyniz amanda məhkəmə, təyin olunamuş ekspertizaya da həmin ödənişləri göndərməmişdir. Əgər həmin sənədlər göndərilsə idi hesab edirik ki, ekspert ödənilmiş məbləğin əsas məbləğdən silinməli olmasını müəyyən edə və bunun əsasında da hesablanan faiz borcu da xeyli aşağı müəyyən edilə bilərdi. Məsələ burasındadır ki, İddiaçıqeyri-qanuni olaraq ödənilmiş pulları faiz borcuna hesablamış, birinciinstansiya məhkəməsi də buna göz yummuşdur. Eyni zamanda İddiaçı ödənişdənsonra dəqiqləşdirilmiş maliyyə arayışı verəcəyini bildirsə də, bunu etməmişdir. Hesab edirik ki, məhkəmə işin hallarının tam araşdırmamış, borcun məbləğinin və ona görə hesablanmış faiz borcunun düzgün təyin edilməsini təmin etməmiş və sonda da belə bir ədalətsiz qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi sonuncu məhkəmə prosesində cavabdeh X4 iştirakını təmin etməmiş, İddiaçının məhkəmə prosesinin təxirə salınması barədə ərizəsi məhkəməelektron sistemində yerləşdirilmiş olsa da, prosesin İddiaçının iştirakı olmadan keçirilməsinə etirazetsək də, məhkəmə prosesitəxirəsalmaqdan imtinaetmişdir. Bundan əlavə, ekspertin rəyində məhkəmə prosesi zamanı tərəfimizdən ödənilmiş vəsaitə dair məlumatın olmaması və bu ödənişlərin ekspertizaya göndərilməməsi səbəbindən iş üzrə əlavəekspertizanın təyin edilməsinə zərurət yaranmışdır. Bununla bağlı məhkəməyə vəsatət verilmiş olsa da, vəsatətimiz məhkəmə tərəfindən təmin edilməmiş, habelə bununla bağlı qanunvericiliyin tələbinə uyğun olaraq hər hansı bir əsaslandırılmış qərardad qəbuledilməmişdir. Məhkəmə mübahisəli qətnaməsində vəsatətlə bağlı məsələyə ümumiyyətlətoxunmamışdır. Bununla yanaşı, birinci instansiya məhkəməsi araşdırmanın yekunlaşdırılmasına dair münasibət bildirilməsini istəmiş, tərəfimizdən buna etiraz edildiyi bildirilmiş, habelə ödənişlərin faiz borcuna silinməsinin əsaslarının araşdırılması məqsədilə İddiaçının iştirakının təmin olunmasının vacibliyi vurğulanmış olsa da, məhkəmə bütün bunlara məhəl qoymadan öz mülahizəsinə uyğun olaraq belə bir qanunsuz və ədalətsiz qətnamə qəbuletmişdir. Hesab edirik ki, məhkəmə bu halda da birsıra ciddi prosessual hüquq normalarını pozmuş və yekunda belə bir qanunsuz qətnamə qəbul etmişdir b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddiaçının nümayəndəsi X5 şikayətə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

24. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir

TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Həmin məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Həmin məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

28. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

29. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

30. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

31. Həmin məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla,zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

32. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

33. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

34. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

37. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin cavabdeh əsas borclu Cavabdeh1 MMC-yə münasibətdə yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, , iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə xx.xx.2024-cü il tarixli K7006 saylı Maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 12%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 27% olmaqla, dövriyyə vəsaitinin artırılması məqsədilə 500,000 manat məbləğində kredit ayrılmışdır. İddiaçı üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Cavabdeh1 MMC məhkəmə iclasında iştirak təmin olunmadığını bildirsədə, iş materiallarından görünür ki, birinici instasniya məhkəməsində icraat zamanı kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsinə dair çıxarışa əsasən Cavabdeh1 MMC-nin hüquqi ünvanı olan Bakı Şəhəri Yasamal Rayonu, Qırmızı Şərq , Ev.1 ünvanına məhkəmə iclasının vaxtı yeri barədə bildirişlər göndərilsədə məhkəmə bildirişləri müxtəlif əsaslarla geri qayıtmış, lakin cavabdeh və Cavabdeh2 məhkəmə iclasının vaxtı yeri barədə bildirişlər çatmış imza edilməklə qəbul edildiyindən məhkəmə iclaıs barədə məlumatlı olmasına baxmayaraq iştirak etməmişdir.

41. Kollegiya vurğulamaq istəyir ki,Cavabdeh1 MMC-nin qanuni təmsilçisi Cavabdeh2dur.

2. Göründüyü kimi cavabdehlər məhkəmə iclasının vaxtı yeri barədə məlumatlı olmasına baxmayaraq işə prosessual maraq göstərməmiş, məhkəmə iclaslarında iştirak etməmiş, borcun məbləği, ödənişlər, iş üzrə ekspertiza təyin edilməsi ilə bağlı müvafiq vəsatətlərlə çıxış etməmişdir.

42. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

43. Nəzərə alınmalıdır ki, müvafiq prosessual norma həm də hüquqi müəyyənliyin təmin olunması, hüquq münasibətlərinin iştirakçılarının intizamlandırılması və vaxtında həyata keçirilməyən prosessual hərəkətlər, habelə etinasız davranışlar üçün məsuliyyəti məhz onların özlərinin daşıması məqsədinə xidmət edir.

44. Həmçinin kollegiya cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

46. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

47. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

48. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

49. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6723/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar