Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-141/2023 14.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, ilk iddia üzrə İddiaçı1, ilk iddia üzrə iddiaçı "xxxx" MMC-nin direktoru Qanuni nümayəndə, ilk iddia üzrə iddiaçıların nümayəndələri və vəkilləri Vəkil5, X1, ilk iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil3 və ilk iddia üzrə cavabdehlərin vəkili Nümayəndə iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(103)-394/2021 saylı qərardadı əsasında iş üzrə görülmüş iddianı təmin etmə tədbirinin ləğv edilməsi barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-nin ərizəsinə baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1 Əlamdar oğlu və "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Meqafun” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən 441.9 kv.m ölçüdə olan qeyriyaşayış sahəsi (“Famous Brands” mağazası) ilə bağlı İddiaçı1 icarə hüququna Cavabdeh1 və cavabdeh "xxxx" MMC tərəfindən yaradılmış məhdudiyyətin qanunsuz hesab edilməsi, cavabdehlər tərəfindən vurulmuş 20000 manat maddi və 5000 manat mənəvi ziyanın ödənilməsi və icarə müqaviləsinə uyğun olaraq reklamların yayımlanması vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə araşdırması qurtaranadək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 15 ünvanda "Meqafun" Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi ('Famous Brands" mağazası) barədə hər hansı təmır-quraşdırma və s. işlərin aparılması və qeyri-yaşayış sahəsinə dair hər hansı hərəkətin aparılmasının cavabdehlər və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-296/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçılar tərəfindən şikayət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli e- 2-2 (103)-394/2021 qərardadı ilə İddiaçılar İddiaçı1 Əlamdar oğlunun və "xxxx" MMC-nin şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 2(113)-296/2021 saylı qərardadı ləğv edilmiş, iddiaçıların ərizəsi qismən təmin edilərək iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 15 ünvanda "Meqafun" Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində ('Famous Brands" mağazasında) hər hansı təmır-quraşdırma işlərinin aparılması cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-yə və üçüncü şəxslərə qadağan edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2-2(113)-49/2022 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 və "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMCyə qarşı yaradılmış maneələrin qanunsuz hesab edilməsi, maneələrin aradan qaldırılması, reklamların yayımlanmasına maneə yaradılmasının qadağan olunması, əldən çıxmış fayda, dəymiş ziyan, mənəvi ziyanın ödənilməsi tələblərinə dair iddiasının qismən təmin olunması, Cavabdeh1 dəymiş zərərin əvəzi olaraq 28907,90 manat (iyirmi səkkiz min doqquz yüz yeddi manat doxsan qəpik) məbləğində pulun tutularaq İddiaçı1 ödənilməsi, Cavabdeh2 dəymiş zərərin əvəzi olaraq 10198 (on min yüz doxsan səkkiz) manat məbləğində pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, iddiaçılar Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMCnin cavabdehlər İddiaçı1 və "xxxx" MMC-yə qarşı müqavilələrə xitam verilməsi, icarə haqqı, xidmət haqqı, mənəvi zərər və əldən çıxmış faydanın tutulması, qeyri-yaşayış sahəsinin boşaldılması tələblərinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi, İddiaçı1 4940,73 manat (dörd min doqquz yüz qırx manat yetmiş üç qəpik) məbləğində icarə haqqının tutularaq Cavabdeh1 ödənilməsi, Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi, "xxxx" MMC-dən 8661,80 (səkkiz min altı yüz altmış bir manat səksən qəpik) manat məbləğində icarə haqqının tutularaq Cavabdeh2 ödənilməsi, "xxxx" MMC ilə İddiaçı1 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqavilələrinə xitam verilməsi, İddiaçı1 6128,32 manat (altı min bir yüz iyirmi səkkiz manat otuz iki qəpik), "xxxx" MMC-dən 9003,18 manat xidmət haqqının tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İlk iddia üzrə İddiaçı1 və "xxxx" MMC qətnamədən apellyasiya şikayətləri verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-2730/2022 nömrəli qətnaməsinin qismən- İddiaçı1 iddiasının təmin edilməmiş hissəsində və Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-nin İddiaçı1 qarşı iddianın təmin olunmuş hissəsində ləğv edilərək, İddiaçı1 iddiasının tam təmin olunmasına, Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-nin iddiasının tamamilə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İş Bakı Apellyasiya Məhkəməsinin icraatında olarkən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə görülmüş müvəqqəti müdafiə tədbirinin ləğv edilməsini xahiş etmişlər. Ərizə belə əsaslandırılmışdır ki, hazırkı iş üzrə cavabdehlərin icarəyə verilmiş sahələr üzərində mülkiyyət hüququ mübahisələndirilmir. İddianı təmin etmə tədbirinin qüvvədə qalması cavabdehlərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsini məhdudlaşdırdığından, o cümlədən Bakı Kommersiya Məhkəməsi tərəfindən iddiaçıların tələbləri əsassız hesab edildiyi halda apellyasiya şikayəti verməklə işi süni şəkildə uzatmağa çalışdıqlarından iş üzrə görülmüş iddianı təmin etmə tədbiri ləğv edilməlidir. Məhkəmə ərizəyə baxaraq hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda ilk iddia üzrə iddiaçıların iddiası icarə sahələrindən istifadə edilməsinə məhdudiyyət yaradılmasının cavabdehlərə qadağan edilməsi hissəsində təmin edilməsə də, iş üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəyə minmədiyindən ərizənin təmin edilməsi üçün qanuni əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162, 263, 400, 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Qərara aldı Cavabdehlərin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(103)- 394/2021 saylı qərardadı əsasında iş üzrə görülmüş iddianı təmin etmə tədbirinin ləğv edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-141/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-141/2023
14.09.2023 · Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver