Məhkəmə qərarları › İş №2-2(103)-222/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-222/2020

27.02.2020 · Aidiyyəti üzrə daxil olan işlər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-222/2020 27.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə. İddiaçı cavabdehlər «Azərqaz» İstehsalat Birliyinə və həmin X5 X6 və həmin X9 Xidmət Sahəsinə qarşı «aktın ləğv edilməsi və həmin akta görə əsassız hesablanmış ziyan hesab edilən məbləğin silinməsi haqqında iddia tələbinə dair» iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-562/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadına əsasən aidiyyətin müəyyən edilməsi məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdehlər «Azərqaz» İstehsalat Birliyinə, həmin X5 X6 və həmin X9 Xidmət Sahəsinə qarşı «aktın ləğv edilməsi və həmin akta görə əsassız hesablanmış ziyan hesab edilən məbləğin silinməsi haqqında iddia ərizəsi ilə Siyəzən rayon Məhkəməsinə müraciət etmişdir. Siyəzən rayon Məhkəməsinin 2(059)-505/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə iş aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-562/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə ərazi aidiyyətinin müəyyən edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı fərdi qaydada sahibkarıq fəaliyyəti ilə məşğul olur. Digər tərəf isə hüquqi şəxsdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 26.1-ci maddəsinin qüvvədə olan redaksiyasına əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İddia ərizəsindən görünür ki, iddia üç cavabdehə «Azərqaz» İstehsalat Birliyinə, həmin X5 X6 və həmin X9 Xidmət Sahəsinə qarşı verilmişdir. Qeyd edilənlərdən göründüyü kimi, Siyəzən irayon Məhkəməsi tərəfindən işin baxılması üçün 1-ci Cavabdeh1 İB-nin olduğu yerin məhkəməsinə göndərilməsi mübahisələndirilməmişdir. Belə olan halda, MPM-in 36.2-ci maddəsinə əsasən görə olduğu yer və hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin hüquqi ünvanı üzrə verilə bilər. Digər tərəfdən Cavabdeh1 İB-nin AR Nazirlər Kabinetini xx.xx.1992-ci il 585 №-li qərarı ilə təsdiq edilmiş Nizamnaməsinin 1.4-cü bəndinə əsasən hüquqi şəxsdir; 1.7-ci bəndinin 2-ci hissəsinə əsasən öhdəliklərinə görə bütün əmlakı ilə cavabdehdir. Həmin Nizamnamədən və ona əlavədən görünür ki, birliyin tərkibinə daxil olan idarə,müəssisə və təşkilatların hüquqi şəxs statusu müəyyən edilməmişdir. Bu mənada, X10 İstismar İdarəsi və həmin Siyəzən Qaz Xidmət Sahəsi - Cavabdeh1 İB-nin struktur təkibinə daxil olan hüquqi şəxs hesab edilməyən idarə və təşkilat olduğu halda, hazırkı mübahisə üzrə cavabdehlik Birliyin öz üzərinə düşür. Cavabdeh1 İB-nin hüquqi ünvanının ünvan 1 yerləşdiyi və inzibati-iqtisad məhkəmələri mövcud olmadığı halda isə işə birliyin hüquqi ünvanı üzrə kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Belə ki, «Məhkəmələr və Hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanunu ilə həmin Qanunun 19-cu maddəsinin birinci hissəsinin beşinci bəndi ilə ədalət mühakiməsinin Azərbaycan Respublikasıının məhkəmə sisteminə «kommersiya məhkəmələri» daxil edilmiş və həmin Qanuna «Kommersiya məhkəmələi» adında Vİİİ-İ fəsil əlavə olunmuş və həmin fəslin 46-1-ci maddəsinin tələbinə görə kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır. «İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və «Məhkəmələr və Hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli 1325 №-li sərəncamına əsasən həm 1, həm də 2 saylı - Bakı İnzibati-İqtisadi Məhkəmələri ləğv olunmuş, Bakı İnzibati Məhkəməsi (1.2-ci bəndi) və Bakı Kommersiya Məhkəməsi (2.5-ci bəndi) təşkil edilmiş və həmin sərəncam (1-3 hissələri) x xxxxxx 2020-ci il tarixdən qüvvəyə minmişdir. Konkret halda, hazırkı tərəflər arasında iddianın predmetini də məhz kommersiya mübahisəsi təşkil edir. Ona görə də iddia əriəzsinin 2020-ci ilə qədər məhkəməyə verildiyi nəzərə apellyasiya instansiya məhkəməsi kimi hazırkı işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsini prosessual qanunvericiliyin tələblərinə uyğun sayır. Göstərilənlərə əsasən və MPM-in 32, 263-264, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdehlər «Azərqaz» İstehsalat Birliyinə, həmin Birliyin - Xaçmaz Regiona X6 və Siyəzən Qaz Xidmət Sahəsinə qarşı «aktın ləğv edilməsi və həmin akta görə əsassız hesablanmış ziyan hesab edilən məbləğin silinməsi haqqında iddia tələbinə dair» iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver