Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-399/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-435/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı QSC ilə Cavabdeh2 arasında 07 avqust 2009-cu il tarixli 10L000001046 saylı kredit xətti müqaviləsi bağlanmışdır.
2. Həmin müqaviləyə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 300000 ABŞ dolları məbləğində kredit xəttini açır. Kreditlər tərəflər arasında kredit razılaşması və bank qarantiyası verilməsi haqqında müqavilə formasında bağlanmış ayrıca razılaşma əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir.
3. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 09 oktyabr 2018-ci il tarixli 10L000001046S nömrəli kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında razılaşmaya əsasən bank ilə kredit alan arasında 07 avqust 2009-cu il tarixli 10L000001046 saylı kredit xətti müqavilənin 1.1, 1.2 və 1.3-cü bəndlərinə dəyişiklik edilmişdir. Həmin Sazişin 1-ci bəndinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 60000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsini açır.
4. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli 10L000001046SA nömrəli kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında razılaşmaya əsasən bank ilə kredit alan arasında 07 avqust 2009-cu il tarixli 10L000001046 saylı kredit xətti müqavilənin 1.1, 1.2 və 1.3-cü bəndlərinə dəyişiklik edilmişdir. Həmin Sazişin 1-ci bəndinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 300000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsini açır. Kredit razılaşmaları əsasında istənilən məbləğ 242 ay müddətinə, xx.xx.2029-cu il tarixdən gec olmayaraq verilməlidir. İllik faiz dərəcəsinin yuxarı həddi 28 faiz müəyyən olunur.
5. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 07 avqust 2009-cu il tarixli 10L000001046 saylı kredit xətti müqaviləsi üzrə 31 oktyabr 2019-cu il tarixli 056R********** nömrəli kredit razılaşmasına əsasən bank məbləği 20000 manat olan krediti aylıq faiz dərəcəsi 1,9167 % olmaqla 48 ay müddətinə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür.
6. Həmin razılaşmanın 1.3-cü bəndinə əsasən kredit alana kredit fərdi mikro kredit məqsədi üçün verilir və kredit alan kreditdən yalnız bu məqsəd üçün istifadə etməlidir.
7. Həmin razılaşmanın 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə borcludur.
8. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 24 aprel 2020-ci il tarixli 056R**********S nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən bank ilə kredit alan arasında 07 avqust 2009-cu il tarixli 10L000001046 saylı kredit xətti müqaviləsi üzrə 31 oktyabr 2019-cu il tarixdə bağlanmış 056R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 24 aprel 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.
9. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 08 iyul 2020-ci il tarixli 056R**********SA nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən bank ilə kredit alan arasında 07 avqust 2009-cu il tarixli 10L000001046 saylı kredit xətti müqaviləsi üzrə 31 oktyabr 2019-cu il tarixdə bağlanmış 056R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 08 iyul 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.
10. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 14 oktyabr 2020-ci il tarixli 056R**********SB nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən bank ilə kredit alan arasında 07 avqust 2009-cu il tarixli 10L000001046 saylı kredit xətti müqaviləsi üzrə 31 oktyabr 2019-cu il tarixdə bağlanmış 056R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 14 oktyabr 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.
11. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 10 fevral 2021-ci il tarixli 056R**********SC nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən bank ilə kredit alan arasında 07 avqust 2009- cu il tarixli 10L000001046 saylı kredit xətti müqaviləsi üzrə 31 oktyabr 2019-cu il tarixdə bağlanmış 056R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 10 fevral 2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.
12. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 29 oktyabr 2021-ci il tarixli 056R**********SD nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən bank ilə kredit alan arasında 07 avqust 2009-cu il tarixli 10L000001046 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 31 oktyabr 2019-cu il tarixdə bağlanmış 056R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 29 oktyabr 2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.
13. Kredit müqaviləsinin təminatı kimi ipoteka saxlayan İddiaçı QSC ilə ipoteka qoyan Cavabdeh4 arasında 26 oktyabr 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən ipoteka qoyan öz mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1i ünvanında yerləşən 0,08 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 85,9 m2 olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evini 07 avqust 2009-cu il tarixdə Bakı şəhərində bağlanmış 10L000001046 saylı kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Əsas öhdəlik iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsi, tərəflər arasında bağlanan ayrıca razılaşmalardır. Kredit xətti müqaviləsinin müddəti 242 ay, faiz dərəcəsinin yuxarı həddi 28 faiz, kredit xətti məbləği 300000 ABŞ dolları təşkil edir.
14. Kredit müqaviləsinin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh3 arasında 31 oktyabr 2019-cu il tarixli 056S**********03 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borclu Cavabdeh2 kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün zamin bank qaşrısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Kredit xətti müqaviləsinin məbləği 300000 ABŞ dolları, müddəti 242 ay, illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz təşkil edir.
15. Kredit müqaviləsinin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh1 arasında 31 oktyabr 2019-cu il tarixli 056S**********901 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borclu Cavabdeh2 kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün zamin bank qaşrısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Kredit xətti müqaviləsinin məbləği 300000 ABŞ dolları, müddəti 242 ay, illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz təşkil edir.
16. Kredit müqaviləsinin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh4 arasında 25 oktyabr 2019-cu il tarixli 056S**********901 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borclu Cavabdeh2 kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün zamin bank qaşrısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Kredit xətti müqaviləsinin məbləği 300000 ABŞ dolları, müddəti 242 ay, illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
17. İddiaçı QSC cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada iddiaçının хеyrinə 056R********** saylı krеdit razılaşması üzrə 15838,77 manat məbləğində krеdit bоrcu, 3281 manat məbləğində faiz bоrcu və 782,09 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 19901,86 manat bоrcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının, ödənilmiş 200 manat mediasiya xərcinin tutulması; tələbin Cavabdeh4 xüsusi mülkiyyətində olan ünvan 2i ünvanında 0.08 ha torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 85,9 kv.m olan, 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması və ümumilikdə cəmi 19901,86 manat məbləğində bоrcun, ödənilmiş 200 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 15 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 ümumi müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddiaçı bildirir ki, Cavabdeh2 müqavilə üzrə üzərinə düşən öhdəliyi pоzaraq, 15838,77 manat məbləğində krеdit, 3281 manat məbləğində faiz və 782,09 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 19901,86 manat bоrcu qalmışdır.
19. Cavabdeh1 iddiaya etiraz edir və bildirir ki, cavabdeh X3 ilə İddiaçı QSC arasında Uzunmüddətli Kredit Xətti Müqaviləsi 07 avqust 2009-cu il tarixdə 120 ay müddətinə bağlanmışdır. Həmin uzunmüddətli Kredit Xətti Müqaviləsinin müddəti 07 avqust 2009-cu il tarixdə bitmişdir. Buna baxmayaraq, tərəflər müddəti bitmiş uzunmüddətli Kredit Xətti Müqaviləsinin şərtlərinin dəyişdirilməsi, o cümlədən müddətinin uzadılması barədə 25 oktyabr 2019-cu il tarixdə razılığa gəlmişlər və bundan sonra İddiaçı QSC qüvvədən düşmüş uzunmüddətli Kredit Xətti Müqaviləsi üzrə X1 öhdəliklərinin icrasının təmin edilməsi üçün onunla zaminlik müqaviləsi bağlamışdır. Halbuki, Mülki Məcəllənin 389.1-ci maddəsinin mənasına görə uzunmüddətli Kredit Xətti Müqaviləsinin müddəti 07 avqust 2019-cu il tarixdə bitdiyi üçün o, 25 oktyabr 2019-cu il tarixdə mövcud olmayıb və ona dəyişiklik edilə bilməzdi. Onunla bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi isə məhz həmin, qüvvədədən düşmüş 07 avqust 2009-cu il tarili Üzunmüddətli Kredit Xətti Müqaviləsi üzrə X1 öhdəliklərinin icrasının təmin edilməsi üçün bağlanmışdır. O, cavabdeh X3 ilə İddiaçı QSC arasında 07 avqust 2009-cu il tarixdə 120 ay müddətinə bağlanmış Uzunmüddətli Kredit Xətti Müqaviləsi üzrə X1 öhdəlikləri üçün xx.xx.2019-cu il tarixdə zamin durmuş və xx.xx.2019-cu il tarixdə həmin Üzunmüddətli Kredit Xətti Müqaviləsi üzrə X1 İddiaçı QSC qarşısında heç bir öhdəliyi olmamışdır. X3 ilə İddiaçı QSC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 056R********** №li kredit razılaşması ayrıca bir müqavilədir və ona qədər qüvvədən düşmüş Uzunmüddətli Kredit Xətti Müqaviləsinin tərkib hissəsi kimi götürülə bilməz. O isə həmin, xx.xx.2019-cu il tarixli, 056R********** №li kredit razılaşması üzrə X1 öhdəliklərinin icrası üçün zamin durmamış və belə bir zaminlik müqaviləsini də İddiaçı QSC ilə imzalamamış, həmin, xx.xx.2019-cu il tarixli, 056R********** №li kredit razılaşması üzrə müxtəlif tarixli bir neçə ödəniş planlarında “tanış oldum, razıyam” ifadəsi qarşısında onun imzasının olması isə İddiaçı QSC ilə onun arasında zaminlik müqaviləsinin olması anlamına gəlmir. xx.xx.2019-cu il tarixdə bağlanmış 056R********** №li kredit razılaşması (hansı ki, ayrıca bir müqavilədir və öhdəlikdir) üzrə borclu X1 iddiaçı qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməmiş və əksini təsdiq edən sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi ödəniş planları üzərindəki imzaları Mülki Məcəllənin 470.1 və 471-ci maddələrinin imperativ tələblərini ödəmir və zaminlik müqaviləsi hesab oluna bilməz.
20. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-435/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
21. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə 07 avqust 2019-cu il tarixdə bitmiş Uzunmüddətli Kredit Xətti Müqaviləsi üzrə iddiaçının gecikmədə olmuş borcunu bağlamış olmasını aydınlaşdırmamış, həmin Uzunmüddətli Kredit Xətti Müqaviləsi üzrə heç bir öhdəliyin mövcud olmaması və cavabdehin zamin durduğu öhdəliyə xitam verilmiş olmasını nəzərə alınmamışdır. Cavabdeh X3 ilə İddiaçı QSC arasında 07 avqust 2009-cu il tarixdə 120 ay müddətinə bağlanmış Üzunmüddətli Kredit Xətti Müqaviləsi və onlar arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 056R********** №li kredit razılaşması ayrı-ayrı öhdəliklərdir. Qeyd olunan Kredit Razılaşmasına Üzunmüddətli Kredit Xətti Müqaviləsinin tərkib hissəsi kimi baxıla bilməz. Çünki, xx.xx.2019-cu il tarixli, 056R********** №li kredit razılaşması imzalanarkən 07 avqust 2009-cu il tarixdə 120 ay müddətinə bağlanmış Üzunmüddətli Kredit Xətti Müqaviləsinin müddəti bitmişdir. Ona görə də, xx.xx.2019cu il tarixdə bağlanmış 056R********** №li kredit razılaşması üzrə cavabdehin zamin kimi öhdəliyi sübüt edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdi.
25. Digər cavabdehlər və iddiaçı məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
26. Mülki Məcəllənin 390.1-ci madəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
27. Həmin Məcəllənin 390.5-ci madəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 28.Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
29. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
30. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
31. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız Cavabdeh1 aid hissədə yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
34. Belə ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında 07 avqust 2009-cu il tarixli 10L000001046 saylı kredit xətti müqaviləsinin və 25 oktyabr 2019-cu il tarixli 10L000001046SA nömrəli kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında razılaşmanın bağlanması, Cavabdeh2 tərəfindən "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 056R********** saylı krеdit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla 20000 manat məbləğində krеdit götürməsi, xx.xx.2020-ci il tarixli 056R**********S saylı, xx.xx.2020-ci il tarixli 056R**********SA saylı, xx.xx.2020-ci il tarixli 056R**********SB saylı, xx.xx.2021-ci il tarixli 056R**********SC saylı, xx.xx.2021-ci il tarixli 056R**********SD saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilməsi, Cavabdeh2 tərəfindən krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatması və hazırda 15838,77 manat məbləğində əsas kredit borcu, 3281 manat məbləğində faiz borcu və 782,09 manat məbləğində cərimə borcunun olması işin mübahisəsiz hallarını təşkil edir.
35. İddiaçı QSC borcalan Cavabdeh2 ilə bərabər həmin məbləğdə borcun zamin Cavabdeh1 tərəfindən ödənilməsi tələbini irəli sürmüşdür.
36. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsində Mülki Məcəllənin 470.1, 472.1 və 472.2-ci maddələrində müəyyən edilən hüquq normalarından fərqli müddəalar müəyyən edilmədiyindən iddiaçı qarşısında zamin olan Cavabdeh1 borclu olan Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır.
37. Ona görə də, İddiaçı QSC tərəfindən Cavabdeh1 qarşı irəli sürülmüş iddia tələbləri tam əsaslıdır.
38. Apellyasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz. Belə ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsinin müddəti 120 ay (xx.xx.2019-cu il tarixə qədər) müəyyən edilsə də, xx.xx.2019-cu il tarixdə bağlanmış əlavə razılaşmaya əsasən onun müddəti xx.xx.2029-cu il tarixədək uzadılmışdır. Həmin əlavənin xx.xx.2019-cu il tarixdən sonra bağlanması isə mübahisənin həlli baxımından hər hansı əhəmiyyət daşımır. Çünki Mülki Məcəllənin borc münasibətlərini tənzimləyən XXXVİİ fəslində bunu (borc müqaviləsində müəyyən edilən müddət bitdikdən sonra onun müddətinin uzadılması) qadağan edən norma nəzərdə tutulmamışdır. İddiaçı ilə Cavabdeh2 da Mülki Məcəllənin 390-cı maddəsində təsbit edilmiş hüquqlarından istifadə edərək azad surətdə bağlanmış müqavilənin məzmununu və şərtlərini müəyyən etmişlər.
39. Eyni zamanda, həmin əlavə ilə borcalana veriləcək kreditin yuxarı həddi, illlik faiz dərəcəsinin yuxarı həddi və kreditin qaytarılmalı müddəti konkret olaraq göstərilmiş, sonra iddiaçı ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış, həmin müqavilədə əsas öhdəliyin həcmi konkret olaraq göstərilmiş, iddiaçı ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit razılaşması isə xx.xx.2019-cu il tarixli əlavə ilə müəyyən edilən şərtlər çərçivəsində bağlanmışdır.
40. Bundan sonra, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli krеdit razılaşmasına aid ödəniş planına 5 dəfə dəyişiklik edilmiş və hər yeni ödəniş planı ilə zamin Cavabdeh1 tanış olaraq öz razılığını imzası ilə təsdiq etmişdir.
41. Odur ki, kollegiya qeyd edir ki, Cavabdeh1 dəlilləri əsassız olmaqla yanaşı Mülki Məcəllənin 425.1-ci maddəsinin tələblərinə də ziddir.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisəlndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-435/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov