Məhkəmə qərarları › İş №2-2(103)-500/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-500/2020

26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-500/2020 26.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil2, müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər X4 və «xxxx» MMC-yə qarşı «kredit borcunun tuluması və tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair», mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs «xxxx» QSC-nin cavabdeh İddiaçı ASC-yə qarşı «ipoteka və girov müqavilələrinin və «xxxx» QSC-nin xx.xx.2016-cı il tarixli protokolunun etibarsız hesab edilməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs «xxxx» ASC) Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-35/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı, cavabdehlər və müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” QSC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı ASC cavabdehlər X4 və «xxxx» MMC-yə qarşı iddiaə ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh E.Rəsulovdan 686.333,16 ABŞ dolları əsas, 46.771,39 ABŞ dolları faiz, 1.209.026,17 ABŞ dolları cərimə olmaqla cəmi 1.942.130,72 ABŞ dolları və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 30 manat və işin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin ipoteka qoyan (girov qoyan) Cavabdeh2 MMC-yə məxsus Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35,8962 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, onun mülkiyyətində olan, iddiaçının xeyrinə girovla yüklü edilmiş, ümumi dəyəri 4.200.000 manat məbləğində dövriyyə mallarına (iribuynuzlu heyvanlar (bioloji aktivlər) və ümumi dəyəri 700.000 manat məbləğində dövriyyə mallarına (Almaniya istehsalı olan “GEA Farm Technologies” markalı iribuynuzlu cins heyvanların avtomatlaşdırılmış sağım avadanlığı) yönəldilməsi, həmin daşınmaz əmlakın və dövriyyə mallarının açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdeh E.Rəsulovun iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda, borcun qalıq hissəsinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, İ048KK16 saylı “kredit müqaviləsi”nə əsasən, dövriyyə vəsaitlərinin alınması məqsədilə E.Rəsulova 24 ay müddətinə, illik 8 faiz dərəcəsi ilə, 2.500.000 ABŞ dolları məbləğində kredit xətti ayırmış, xx xxxxxx 2016-cı il tarixində birinci tranş olaraq, sonuncuya 1.050.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq iddiaçı ilə cavabdehlər arasında bağlanmış üçtərəfli xx.xx.2016-cı il tarixli, 3M-525 saylı “ipoteka müqaviləsi” ilə Cavabdeh2 MMC-nin mülkiyyətində olan Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35,8962 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi ipoteka ilə yüklü edilərək xx.xx.2016-cı il tarixdə RX0981237 nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda, xx.xx.2016-cı il tarixli, D1-İ048KK16 saylı “Dövriyyədəki malların girovu müqaviləsi”nə əsasən, Cavabdeh2 MMC-nin mülkiyyətində olan 4.200.000 manat məbləğində dövriyyə malları (iribuynuzlu heyvanlar (bioloji aktivlər) və xx.xx.2016-cı il tarixli, D2-İ048KK16 saylı “Dövriyyədəki malların girovu müqaviləsi”nə əsasən ümumi dəyəri 700.000 manat təşkil edən dövriyyə malları (Almaniya istehsalı olan “GEA Farm Technologies” markalı iribuynuzlu cins heyvanların avtomatlaşdırılmış sağım avadanlığı) bankın xeyrinə girovla yüklü edilmişdir. Kredit alan tərəfindən kredit əüqavilənin şərtləri dəfələrlə kobud şəkildə pozulmuş, ödəniş cədvəlinə müvafiq olaraq 2017-ci ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında və 2018-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun aylarında və iyun ayının əvvəlində ödəniləcək əsas borcun bir hissəsinin və əsas borca hesablanmış faizlərin ödənilməsi bu günə kimi təmin edilməmiş, kredit alana pretenziya qaydasında 27 aprel və xx xxxx 2018-ci il tarixli bildiriş və xəbərdarlıq məktubları verilsə də heç bir nəticəsi olmamışdır. Eyni zamanda, mübahisə pretmedi barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs “xxxx” QSC cavabdeh İddiaçı ASC-yə (üçüncü şəxs E.Rəsulov) iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli İpoteka müqaviləsinin, xx.xx.2016-cı il tarixli D1-İ048KK16 saylı "Dövriyyədəki malların girov müqaviləsi”nin, xx.xx.2016-cı il tarixli D2-İ048KK16 saylı "Dövriyyədəki malların girov müqaviləsi”nin bağlandığı andan və "İddiaçı" ASC-inin məhkəməyə təqdim etdiyi “xxxx” QSC-ənin xx xxxxxx 2016-cı il tarixli protokolundan çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkmədən xahiş etmişdir İddia onunla əsalandırılmışdır ki, Cavabdeh2 MMC “xxxx” QSC-nin törəmə müəssisəsidir və birincinin nizamnamə kapitalının 100% “sonuncuya məxsusdur. İddiaçı ASC-nin iddia üzrə cavabdeh E.Rəsulovun aldığı kreditə görə bağlanmış qeyd olunan ipoteka və girov müqavilələri Mülki Məcəlləsinin və “xxxx" QSC-nin nzamnaməsinin tələbləri pozularaq bağlanmışdır. Belə ki, qeyri-qanuni olaraq həmin müqavilələrə Cavabdeh2 MMC-nin əvvəlki icraçı direktoru imza etmişdir. xx.xx.2016-ci il tarixli ipoteka müqaviləsi bağlanarkən Cavabdeh2 MMC-nin icraçı direktoruna ümumi yığıncağının qərarı ilə belə bir hüquq verilməmişdir. Lizinq müqavilələri üzrə Cavabdeh2 MMC tərəf olmamışdır. İpoteka və girov müqavilələri bağlanarkən İddiaçı ASC həmin əmlakların Cavabdeh2 MMC-nin mülkiyyətində olmasına dair təsdiqedici sənədləri almalı idi. Əgər alınsaydı məlum olardı ki, həmin heyvanlar və avadanlıq girov qoyularkən Cavabdeh2 MMC-nin mülkiyyətində olmamışdır. Nəticə olaraq isə qirov qoyma hüququ olmayan şəxsdən başqa Şirkətə (“xxxx" QSC-yə) məxsus olan malları qəbul etmişdir. Həmin əmlaklar və mallar bugün də sahiblik və istifadə hüququ əsasında “xxxx” QSC-nin balansındadır. Nə iddiaçı, nə də ki, cavabdehlər məhkəməyə sübut kimi əmlakların və malların qirov qoyana məxsus olmasını təsdiq edən sənəd təqdim etməmişlər. Lakin “xxxx” QSC həmin əmlakların və malların lizinq yolu ilə “xxxx” ASC-dən alınmasına dair müqavilələri və həmin lizinq predmetləri üzrə ödənişlərin onun tərəfindən aparılmasını sübut edən sənədləri məhkəməyə təqdim edir. Bundan əlavə, həmin girov predmətləri “xxxx” ASC-nin iddiası üzə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2(82)-1254/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən olunan hallara görə lizinqə verənin mülkiyyətindədir və həmin qətnamə qanuni qüvvəsini almış və hal-hazırda icra mərhələsindədir. Bu barədə cavabdeh MMC-nin icraçı direktorun və borcalan E.Rəsulov tam məlumatlı olsalar da, qirov müqaviləsini bağlamışlar. Eyni zamanda “xxxx” ASC-nin iddiası üzrə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(82)-76/2017 saylı xx.xx.2017ci il tarixli qətnaməsi ilə “xxxx”ASC ilə “xxxx” QSC arasında bağlanmış müqavilələrin ləğv edilməsi, lizinq obyekti olan texnoloji avadanlıq və onun yerləşdiyi tikili (bina) komunikasiyası ilə birlikdə saz vəziyyətdə cavabdeh “xxxx” QSC-dən geri alınması barədə qətnamə çıxarılmışdır. Beləliklə lizinq verənin iddiası əsasında bütün əmlakların lizinq verənə qaytarılması haqqında qanuni qüvvəsini almış qətnamələr mövcuddur. Buna baxmayaraq, kredit alan cavabdeh Elşad Rəsulov öz mövqeyindən həm səhmdarlardan biri kimi, həm də “xxxx” QSC-nin “idarə heyətinin sədri” kimi Cavabdeh2 MMC-nin rəhbərliyinə təyziq edərək müqavilənin bağlanmasına məcbur etmiş, nəticədə Lizinq Şirkətinin müqavilə üzrə vəziyyətinin xeyli pisləşdirəcəyi riski yaratmışdır. Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən “Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər”. Girov müqavilələrinə heç bir səlahiyyət və hüququ olmadan (həmin avadanlıqlar və iribuynuzlu mal-qara hüquqi cəhətdən “xxxx” ASC tərəfindən “xxxx” QSC-nin istifadəsinə verilmiş və "Cavabdeh2” MMC ilə heç bir hüquqi əlaqəsi olmamışdır) və buna baxmayaraq eyni zamanda ipoteka müqaviləsi bağlanarkən imza etmiş həmin müddət Cavabdeh2 MMC-nin icraçı direktoru işləyən X6 xarici ölkə vətəndaşı olduğu üçün müqavilənin şərtlərini tam başa düşməmiş və qanunvericiliyin tələblərinə görə kredit verən, kredit alan və müqaviləni təsdiq edən notarius da bu halı bilmələrinə baxmayaraq, müqavilələrin bağlanması və təsdiqi zamanı X7 tərcüməçi ilə təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-35/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi aşağıdakılar qət olunmuşdur: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. X2 685838,41 ABŞ dolları əsas, 29872,07 ABŞ dolları faiz, 34291,92 ABŞ dolları cərimə olmaqla cəmi 750002,4 ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb, ipoteka predmetinin ilkin satış qiyməti 140000 manat məbləğində müəyyən edilməklə Cavabdeh2nə məxsus Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35,8962 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilsin, həmin daşınmaz əmlak açıq hərracda satılsın və əldə olunan vəsait X3 "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsinə yönəldilsin, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsi X2 tutulsun. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 11,58 manat məbləği cavabdehlər X2 və Cavabdeh2ndən müştərək qaydada tutularaq "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, qalan 18,42 manat məbləği isə "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə rədd edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddiası rədd edilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə aid edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 145 manat məbləğində ekspertiza xərclərinin 56 manat məbləği cavabdehlər X2 və Cavabdeh2ndən müştərək qaydada, qalan 89 manat məbləği isə "İddiaçı" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22AZ34CTRE**********000 ******* saylı hesabına köçürülsün. Həmin qətnamədən narazı qalan iddiaçı(bank), cavabdehlər və müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” QSC tərəfindən apellyasiaya şikayətləri verilmişdir. İddiaçı apellyasiya şikayətində qətnaməni kredit alanının borcunun müəyyən edilməsi, habelə borcun girov qoyulmuş dövriyyə mallarına yönəldilməsi hissəsində ləğv edilərək, həmin hissədə bankın iddiasının tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tələbin girov predmetinə yönəldilməsindən imtina edərkən maddi hüquq normalarını pozmuş, iş üçün əhəmiyyətli halları araşdırmadan yekun nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmiş halları inkar etmiş, MPM-in 82.3-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, girov müqaviləsinə əsasən 3207 ədəd iribuynuzlu heyvan girov qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən isə müəyyən ounur ki, «xxxx» ASC tərəfindən «xxxx» QSC-yə lizinqə cəmi 1869 ədəd iribuynuzlu heyvan verilmiş və lizinq alanın əsas borcu 118950 manat məbləğində müəyyən edilmişdir. Lakin məşhkəmə bu məqamlara diqət verməmiş, 1869 ədəd damazlıq heyvandan ibarət lizinq obyektinə qarşı 3207 ədəd cins damazlıq heyvanın movcudluğu faktı nəzərə alınmamışdır. Məhkəmənin qətnamədə girov predmetiinin lizinqə götürülmüş əmlak olmasına dair gəlinmiş nəticəheç bir sübutla təsdiq edilmir, Bundan əlavə məhkəmənin istinad etdiyi ekspert rəyi ziddiyyətlidir. Belə ki, kredit müqaviləsinin 3.10-cu bəndinə əsasən kredit alan tərəfindən ödənilən məbləğ birinci növbədə zərərin, sonra hesablanmış cərimənin və kreditin ödənilməsinə yönəldilir. Ödəniş cədvəlinə əsasən kredit üzrə ilkin ödəniş xx.xx.2017-ci il tarixdə yerinə yetirməli olduğu halda, 8 gün sonra 2-ci ödəniş xx.xx.2017-ci il tarixində aparılmalı olduğu haldda 4 gün sonra edilmişdir. Gecikmə günlərinə uyğun olaraq xx.xx.2017-ci il tarixində ödənilmiş 1207,68 manat əvvəlcə cərimənin, qalan məbləğ isə faiz və əsas borcun silinməsinə yönəlmişdir. Nəticədə, əsas kredit borcu 686.333,16 ABŞ dolları şəklində əks oluduğu halda, rəydə bundan az 685.838,41 ABŞ dolları qeyd edilmişdir. Cərimələrə hesablanmış vəsait nəzərə alınmadığından faiz borcu da səhv hesablanmış, cərimə borcuna isə heç bir münasibət bildirilməmişdir. Cavabdeh E.Rəsulov isə apellyasiya şikayətində məhkəmədən qətnaməni bankın iddiasının qalan hissədə rədd edilməsi hissəsində ləğv edilməsini və həmin hissələrə münasibədə yeni qətnamə çıxarılmsını və yeni qətnaməilə iddia tələbinin cərimə məbləği hissəsində rədd ediliməsini, girov qoyulmuş (iribuynuzlu damazlıq heyvanlara və digər) dövriyyə mallarına münasibətdə iddianın təmin edilməsini və qətnaməni digər hissələrdə qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməni qəbul edərkən sübutları və işin faktiki hallarını düzgün qiymətləndirməmiş, mübahisə predmeti ilə əlaqədar 2015-17-ci illərdə qəbul edilmiş məhkəmə aktlarını nəzərə almamış və bununla əlaqədar tətbiq olunmalı hüquq normalarını düzgün tətbiq etmədiyi üçün, qətnamə ədalətli hesab edilə bilməz. Məhkəmə qətnaməsi 34291,92 ABŞ dolları cərimə olmaq hissəsində və iddiaçının iddiasının qalan, hissədə qətnamə ləğv edilməli və bu hissədə yeni qətnamə çıxardılmalıdır. Məhkəmə Kollegiyasının diqqətinə çatdırıram ki, xx xxxxxx 2016-cı il tarixdə kredit müqaviləsi bağlamaq məqsədilə xx xxxxxx 2016-cı il tarixdə “xxxx” QSC-in səhmdarları (mən və iki qardaşım) bank qarşısında öhdəlik götürərkən müvafiq qaydada səhmdarların ümumi yığıncağın protokolu tərtib olundu. Qeyd olunan protokol əsas götürülərək bank tərəfindən əmlaklara (torpaq sahəsinə və 3207 (ədəd) baş iribuynuzlu heyvanlara (bioloji aktivlərə) yerində baxış keçirildi, bu heyvanların ümumi dəyəri 4200.000 manat olması nəzərə alındı Məhkəmə nəzərə almalıdır ki, 2016-cı ildə bank qarşısında girov qoyulmuş bütün əmlaklar “xxxx” QSC balansında, yaxud onun strukturunda olan törəmə müəssisələrinə məxsus olmaqla, əmlaklara sərəncan və sahiblik hüququ QSC-nin səhmdarlarına məxsus olmuşdur. “xxxx” QSC-nin 85 faiz səhmləri onun keçmiş səhmdarları tərəfindən, xx xxxxxx 2017-ci il tarixli ilkin müqavilə və xx.xx.2017-ci il tarixli “səhmlərin alqı-satqı” müqaviləsi 27 saylı Notariat Kontorunda rəsmiləşdirildikdən sonra, səhmdar cəmiyyəti ilə əlaqədar hüquqlar yeni səhmdara keçmişdir. Nəzərə alınmalıdır ki, səhmlərin alqı-satqısının etibarsızlığı ilə tərəflər arasında Məhkəmə çəkişməsi hal-hazırda davam edir. Beləliklə xx xxxxxx 2017-ci ildən etibarən “xxxx” QSCnin yeni səhmdarı cəmiyyəti öhdəliklərlə birlikdə qəbul etmiş, lakin sonradan maddi imkanlar olduğu halda, bank qarşısında olan öhdəlikləri qəsdən icra etməmişlər. xx.xx.2020-ci il tarixli Məhkəmə iclasında və ondan əvvəlki iclaslarda iştirak edən “xxxx” ASC-nin nümayəndəsi sualları cavablandırarkən qeyd etdi ki, 2012-2014-cü illərdə “xxxx” QSC-nin cəmi 1200 baş iribuynuzlu heyvanları, lizinqdə olmuşdur. Eyni zamanda işmateriallarına əlavə edilmiş sübutlardan tam aydın olur ki, xx xxxxxx 2012-ci il tarixdən xx xxx 2014-cü il tarixə qədər “xxxx” ASC tərəfindən - “xxxx” QSC-nə lizinq müqavilələri əsasında cəmi 1199 baş damazlıq heyvan lizinqə verilib. - Məhkəmə Kollegiyasının diqqətini bu fakta yönəltməklə bildirmək istəyirəm ki, bank qarşısında girov olaraq təqdim olunan damazlıq heyvanların ümumi sayı 3207 baş olmuşdur. Ancaq lizinqdə olan heyvanların sayı cəmi 1199 baş olmuşdur. Məhkəmə nəzərə almalıdır ki, damazlıq heyvanlar hər il yenilənir, bu heyvanların artım nəticəsində ətlik üçün və s. təyinatlarla istifadə edilir. Təbii (və s.) artımlar nəticəsində yaşlı və xəstə heyvanlar çıxdaş edilməklə, “xxxx” QSC-nin inşa etdiyi kompleksdə (Ağcabədidə), eyni zamanda 3500 ədəddən çox heyvanın saxlanmasına hesablanıb. Kredit götürülən zaman kompleksdə olmuş yalnız damazlıq heyvanların ümumi sayı 3207 ədəd olmuşdur. Bunlardan əlavə həmin vaxt 40-50 sayda ətlik və kommersiya məqsədlərilə satışa təqdim olunacaq digər heyvanlar girov qoyulmamışdır. Cavabdeh2 MMC apellyasiya şikayətində, iddia tələbinin tutmanın ipoteka predmeti Cavabdeh2 MMC-yə məxsus torpaq sahəsinə yönəldilməsi hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC-nin təsisçisi olan “xxxx” QSCnin nümayəndələri tərəfindən məhkəmə iclaslarında dəfələrlə vurğulanmasına baxmayaraq, xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinin Mülki Məcəlləsinin və MMC-nin nizamnaməsinin tələbləri pozulmaqla bağlanması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Mülki Məcəllənin 87.10-cu maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar cəmiyyətinin iştirakçılarının ümumi yığıncağında qəbul edilir Kredit alan cavabdeh E. Rəsulov öz mövqeyindən - müqavilə bağlanan vaxt həm səhmdarlardan biri kimi, həm də “xxxx” QSC-nin “idarə heyətinin sədri” kimi Cavabdeh2 MMC-nin rəhbərliyinə təzyiq edərək müqavilənin bağlanmasına məcbur etmişdir. İpoteka müqaviləsini imza etmiş həmin müddət Cavabdeh2 MMC-nin direktoru işləyən X6 xarici ölkə vətəndaşı olduğu üçün müqavilənin şərtlərini tam başa düşməmiş, notarius da bu halı bilmələrinə baxmayaraq onu tərcüməçi ilə təmin etməmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” QSC apellyasiya şikayətində ipotoka predmeti torpaq sahisən yönəldilməsi hissəsində qətnamənin ləğv edilərək iddianın rədd olunimasını, habelə, ipoteka və girov müqavilələrinin və xxxx” QSC-nin xx xxxxxx 2016-cı il tarixli protokolundan çıxarışın etibarsız hesab edilməsi hissəsində qətnamənin ləğv edərək həmin hissədə iddianın təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mülki Məcəlləsinin və Cavabdeh2 MMC-nin Nizamnaməsinin tələbləri pozularaq bağlanmışdır. MMC-nin fəaliyyət göstərməsi üçün lazım olan heyvanlar, avadanlıq və torpaq sahəsi tam şəkildə girov qoyulmuşdur. Həmin heyvanlar və avadanlıq girov qoyularkən cəmiyyətin mülkiyyətində olmamışdır. Heyvanlar və avadanlıqlara mülkiyyət hüququ “xxxx” ASC-yə məxsus olmuşdur. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2(82)- 1254/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə «xxxx» ASC-nin iddiası qismən təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və halhazırda icra mərhələsindədir. Bu barədə MMC-nin icraçı direktorun və borcalan Elşad Rəsulov tam məlumatlı olsalar da bağlamışlar. Bundan əlavə, “xxxx” ASC-nin iddiası üzrə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(82)-76/2017 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təmin edilərək “xxxx” ASC ilə “xxxx” QSC arasında bağlanmış müqavilələrin ləğv edilməsi, lizinq obyekti olan texnoloji avadanlıq və onun yerləşdiyi tikili (bina) komunikasiyası ilə birlikdə saz vəziyyətdə cavabdeh “xxxx” QSC-dən geri alınması barədə qətnamə çıxarılmışdır. Həmin qətnamə də qanuni qüvvəsini almışdır. ““xxxx” QSC-nin nümayəndəsi tərəfindən məhkəmə iclaslarında dəfələrlə vurğulanmasına baxmayaraq, Məhkəmə, xx.xx.2016-cı il tarixli İpoteka müqaviləsinin bağlanarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Cavabdeh2 MMC-nin Nizamnaməsinin və “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun normaları kobud surətdə pozularaq bağlanmasını nəzərə almamışdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən,Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının, ipoteka və girov qoyan cavabdehin və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndələri, habelə əvvəlki iclaslarında iştirak edən kredit alan cavabdehin nümayəndəsi (Vəkil1), hər kəs apellyasiya şikayətini məzmununa uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş müsdəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin hazırki mərhələdə əvəz edilmiş prosessual hüquqi varisi «xxxx» ASC-nin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, MPM-in 135.8-ci və 376.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun və hazırkı məhkəmə iclası barədə məlumatlandırılimış, lakin məhkəməyə gəlməmiş kredit alan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə müstəqil tələb irəli sürən üçüncü şəxsin və cavabdeh ipoteka və girov qoyanının apellyasiya şikayətləri təmin edilməməli, iddiaçı və cavabdeh kredit alanın apellyasiya şikayətləri qismən təmin edilməlidir. Cavabdeh2 MMC və müstəqil tələb irəli sürən üçüncü şəxs «xxxx» QSC-nin apellyasiya şiayətlərinin oxşar məzmunlu dəlillərində mübahisələndirilir ki, Cavabdeh2 MMC-nin nizamnaməsinə və Mülki Məcəllənin 87.10-cu maddəsinə istinadən xx.xx.2016cı il tarixdə bağlanmış ipoteka və girov müqavilələrin imzalanmasında Cavabdeh2 MMCnin direktorunun müvafiq səlahiyyətinin olmadığını, ona «xxxx» QSC-nin direktoru tərəfindən təzyiq göstərildiyini, həmin müqavilələrin pis niyyətlə bağlandığını əsas gətirməklə, Məcəllənin 349 və 337-ci maddələrinin müddəalarına istinadən, həmin müqavilələrin və xxxx” QSC-nin səhmdarlarının ümumi yığıncağının xx xxxxxx 2016-cı il tarixli protokolu əhəmiyyətsiz və etibarsızdır. Məhkəmə kollegiyası həmin hiissədə kəsici müddət tətbiq olunmaqla birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunması ilə raızlaşır Belə ki, Mülki Məcəllənin 354.1-ci maddəsi nəzərədə tutur ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsində isə nəzərədə tutulur ki, bu Məcəllənin 347.1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məcəllənin qeyd olunan normaları baxımından qeyd edilən ipoteka və girov müqavilələrinin və protokolun etibarsız saylımasını mübahisələndiriməsi üçün kəsici müddət müstəqil tələb irəli sürən üçüncü şəxs və ipoteka və girov qoyan cavabdeh tərəfindən buraxılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən cavabdehinbu saırıdan olan dəlillərinin nəzərə alınmaması və müstəqil tələb irəli sürən şəxsin əqdlərin etibarsız sayılması barədə iddia tələbinin rədd olunması işin hallarına və maddi hüquq normalarına uyğun hesab edilməlidir. İddiaçı bankın və kredit alan cavabdehin apellyasiya şikayətinin uyğun məqsədə yönəlmiş dəlillərində isə işdə olan sübutlara düzgün qimət verilmədiyinə istinadən hesab edirlər ki, qətnaəmə ilə tutmanın girov predmeti olan dövriyyədəki mallara, o cümlədən, kreditin təminatı olaraq banka girov qoyulmuş 3207 ədəd iribuynuzlu heyvanlara yönəldilməsi hissəsində iddia tələbinin rədd olunması əsassız olmuşdur.. Məhkəmə kollegiyası aşağıdakılara görə şikayətçilərin qeyd olunan dəlilləri ilə razılaşır. Belə ki, xx.xx.2016-cı il tarixdə bağlanmış iki “Dövriyyədəki malların girovu müqaviləsi”nə əsasən:: - Cavabdeh2 MMC-nin mülkiyyətində olan 4.200.000 manat məbləğində dövriyyə malları (iribuynuzlu heyvanlar (bioloji aktivlər); - ümumi dəyəri 700.000 manat təşkil edən dövriyyə malları (Almaniya istehsalı olan “GEA Farm Technologies” markalı iribuynuzlu cins heyvanların avtomatlaşdırılmış sağım avadanlığı) Bankın xeyrinə girovla yüklü edilmişdir. İşə əlavə olunmuş və qanuni qüvvəsini alması mübahisələndirilməyən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-76/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə: -cavabdeh (lizinq alan) «xxxx» QSC-dən 118.950,0 manat əsas borc, 1796,10 manat cərimənin tuluması və iddiaçı «xxxx» ASC ilə cavabdeh «xxxx» QSC arasında bağlanmış müqavilələr ləğv edilərək lizinq obyekti olan texnoloji avadanlıq və onun yerləşdiyivə onun yerləşdyi tikili (bina) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə cavabdedən geri alınması qət olunmuşdur. Həmin məhkəmə araşdırmasının predmetini təşkil edən, işə əlavə olunmuş xx xxxx 2014-cü il tarixli lizinq müqaviləsinə əsasən «xxxx» ASC tərəfindən «xxxx» QSC-yə 10 il müddətinə 1.586.000 manat dəyərində heyvandarılıq kompleksi üçün avadanlıqlar lizinqə verilmişdir. İşə əlavə olunmuş müstəqil tələb irəli sürməyən üçüncü şəxs «xxxx» ASC-nin yazılı etirazından görünür ki, hazrıkı mübahisənin predmeti olan xx.xx.2016-cı il tarixdə bağlanmış D2-İ048KK16 saylı dövriyyə malların girov müqaviləsi üzrə heyvandarlıq üçün avadanlıq kompleksinin 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(82)-76/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən onun mülkiyyətinə aid olduğunu bildirmişdir. İş materiallarından görünür ki, «xxxx» ASC qeyd olunan dəlillərində haqlıdır. Digər tərəfdən iddiaçının və cavabdeh kredit alanın apellyasiya şikaytinin dəlillərindən də göründüyü kimi, bu hallar onlar tərəfindən mübahisələndirilmir. Lakin, üçüncü şəxs «xxxx» ASC-nin həmin etirazından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(103)-165/2016 saylı qətnaməsinə istinadən, hazırkı mübahisənin predmeti,ümumi dəyəri 4.200.000 manat olan 3207 ədəd iribuynuzlu heyvanların onun mülkiyyətində olmasına dair etirazı ilə tam həcmdə razılaşmaq mümkün deyil. Konkret halda məhkəmə kolliddiaçı bankın və kredit alan cavabdehin apellyasiya şikayətlərinin dəlilləri ilə qismən razılaşır. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa (və«xxxx» QSC-nin nizamnaməsinə) əsasən müəyyən olunur ki, müstəqil tələb irəli sürən üçüncü şəxs «xxxx» QSC-nin əvvəlki adı «xxxx» QSC olmuş, eyni zamanda, xx.xx.2018-ci il tarixli hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa (və Cavabdeh2 MMC-nin nizamnaməsinə) əsasən müəyyən olunur ki, «xxxx» QSC Cavabdeh2 MMC-nin 100 faizli təsisçisidir. Eyni zamanda, işdə olan iddiaçı bank ilə girov qoyan cavabdeh arasında xx xxxxxx 2016-cı il tarixdə imzalanmış və müəssisələrin dairəvi möhürü ilə təsdiq olunmuş dövariyyə malların girovuna dair Aktdan (1 saylı Əlavə) görünür ki, xx.xx.2016-cı il tarixli, D1-İ048KK16 saylı malların girovu müqaviləsinə əsasən 3207 ədəd iribuynuzlu heyvan cavabdehə məxsus Ağcabədi rayonu Ağabəyli kəndində girov qoyanın birbaşa sahibliyində saxlanılır. İşə əlavə olunmuş və qanuni qüvvəsini almış, iddiaçı «xxxx» ASC-nin cavabdeh «xxxx» QSC-yə qarşı borcun ödənilməsi və lizinq müqaviləsinin ləğvi tələbinə dair iş üzrə - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(103)-165/2016 saylı qətnaməsi ilə müəyyən olunan hallardan görünür ki, həmin iş üzrə «xxxx» ASC tərəfindən 2012-ci ildə bağlanmış bel lizinq müqaviləsi üzrə «xxxx» QSC-yə 1869 baş Holsin –friz cinsli damazlıq heyvanları lizinqə verilmişdir (Bakı İnzibati İqtisadi Məhkəməsinin 2(82)-1254/15 saylı xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə ilə iddia qismən təmin edilmiş 592.806,57 manat borcun cavabdehdən «xxxx» ASC-nin xeyrinə tutulması qət lolunmuş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış və həmin qətnaməyə əsasən xx.xx.2015-ci il tarixdə icra vərəqi verilmiş və hal-hazıra kimi icra prosesi getdiyi,icranın sonna çatmadığıb işin mübahisələndirilməyən halıdır. Göründyü kimi, konkret halda «xxxx» QSC-nin hüquq varisi və cavabdeh girov qoyan Cavabdeh2 MMCnin təsisçisi müstəqil tələb irəli sürən üçüncü şəxs xxxx» QSC hazırkı iddia tələbində və apellyasiya şikayətində banka girov qoyulmuş iribuynuzlu heyvanların lizinq təşkilatı «xxxx» ASC-nin mülkiyyətinə aid olduğunu mübahisəlndirsə də, ən azından, banka girov qoyulmuş 3207 baş heyvanlardan 1338 (3207-1869) baş heyvanın həmin lizinq təşkilatının mülkiyyəti olması istisna olunur. Başqa sözlə, 1338 baş iribuynuzlu heyvan girov qoyan cavabdeh mlkiyyətində qalmış olur. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tutmanın girov predmeti iribuynulu heyvanlara yönəldilməsi tələbinin tamamilə rədd olunması işdə olan sübutlarla müəyyən edilən hallara uyğun hesab edilə bilməz. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bankın və cavabdeh kredit alanın həmin hissədə məhkəmənin qətnaməsi ilə razılaşmayan dəlillri əsaslıdır. Bununla yanaşı, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 11981 saylı rəyinə istinadən kredit alanın əsas borcunun 685.838,41 ABŞ dolları məbləğində, cərimə borcunun isə 34.291,92 ABŞ dolları məbləğində müəyyənləşdirilməsi ilə razılaşmayan, habelə cavabdehin həmin cərimə məbləğini əsassız hesab edən dəlillərini əsassız sayır. Belə ki, iddiaçı kredit müqaviləsinin 3.10-cu bəndinə əsasən kredit alan cavabdehin ödənişlərinin birinci növbədə zərərin, sonra hesablanmış cərimənin və kreditin ödənilməsinə yönəldilməli olduğunu əsas tutaraq, ekpert tərəfindən rəydə iddiaçının ödəniş qrafiki üzrə iki epizodda 8 və 4 gün gecimkmə ilə həyata keçirilən ödənişlərin ilk öncə cəriməyə aid edilməməsini əsassız hesab edərək bu səbəbdən iddia olunan əsas borcla, ekspert rəyində müəyyən edilən əsas borc arasında fərqin yarandığına diqqəti yetirir. Bununla bağlı məhkəmə kollegiyası birincisi qeyd edir ki, iddia olunan əsas borcla, rəyin nəticələri üzrə təsbit olunan əsas borc arasındakı fərqi, heç 500 manat belə təhkil etmir (686.333,16-685838,41=494,75). Digər tərəfdən, kredit alanın 8 gün gecikmə ilə xx.xx.2017-ci il tarixdə və 4 gün gecikmə ilə xx.xx.2017-ci il tarixdə etdiyi ödənişlər ilk öncə onun cərimə hesabına sisilinmiş olsa belə, birinci instansiya məhkəməsinin qətnaməsindən göründüyü kimi, məhkəmə Mülki Məcəllənin 467-ci maddəsini tətbiq etməklə, kredit alana 34.291,92 ABŞ dolları məbləğində cərimə hesablanmasını tərəflərin qarşılıqlı əmlak mənafeyinə uyğun hesab etmişdir. Məhkəmə kollegiyası qeyd olunan normanın mənası baxımından birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəni tərəflərin qarışılıqlı mənafeyinə və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Beləliklə də, məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək birinci instansiya məhkəməsinin qətnaməsi ilə - tutmanın girov predmeti olan iribuynuzlu heyvanlara yönəldilməsi hissəsində iddianın tam şəkildə rədd olunması ilə razılaşmasa da, qalan hissələrində qətnamə ilə gəlinmiş nəticələrlə razılaşır və yekunda belə qənaətə gəlir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-35/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi «iddianın tutmanın dövriyyə mallarına (iribuynuzlu heyvanlara) yönəldilməsi tələbinin rədd edilməsi» hissəsində ləğv edilməli, həmin hissədə bankın iddia tələbi qismən təmin edilməli, tutma - Cavabdeh2 MMC tərəfindən kreditin təminatı olaraq banka girov qoyulmuş, ümumi dəyəri 4.200.000 manat olan 3207 (üç min iki yüz yeddi) ədəd iribuynuzlu heyvanların 1338 (bir min üç yüz otuz səkkiz) ədədinə yönəldilməli, həmin 1338 (bir min üç yüz otuz səkkiz) ədəd iribuynuzlu heyvanların açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına cavabdeh X1 borcunun ödənilməsi, artıq qalan pul vəsaitin Cavabdeh2 MMC-yə qaytarılması, tutmanın iribuynuzlu heyvanlara yönəldilməsi barədə tələbin qalan hissəsinin rədd edilməsi, qalan mübahisələndirilən hissələrində isə qətnamənin dəyişdirilmədən saxlanılması qət olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh «xxxx» MMC-nin və müstəqil tələb irəli sürən üçüncü şəxs «xxxx» QSCnin apellyasiya şikayətləri təmin edilməsin. İddiaçı ASC-nin və cavabdeh X3 apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-35/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi «iddianın tutmanın dövriyyə mallarına (iribuynuzlu heyvanlara) yönəldilməsi tələbinin rədd edilməsi» hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Tutma, Cavabdeh2 MMC tərəfindən kreditin təminatı olaraq banka girov qoyulmuş, ümumi dəyəri 4.200.000 manat olan 3207 (üç min iki yüz yeddi) ədəd iribuynuzlu heyvanların 1338 (bir min üç yüz otuz səkkiz) ədədinə yönəldilsin. Həmin 1338 (bir min üç yüz otuz səkkiz) ədəd iribuynuzlu heyvan açıq hərracdan satılsın və satışdan əldə olunan pul vəsaiti hesabına cavabdeh X1 borcu ödənilsin. Artıq qalan pul vəsaiti Cavabdeh2 MMC-yə qaytarılsın. İddiaçının tutmanın iribuynuzlu heyvanlara yönəldilməsi tələbinin qalan hissəsi təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi, qalan mübahisələndirilən hissələrində dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müdətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar