Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-728/2022 19.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı kredit borcunun tutulmasının ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulmasının ipoteka predmetinə yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə4, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" KB QSC-nin adından onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə kredit borcunun tutulmasının ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-15/2020 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC və üçüncü şəxsin apellyasiyalarına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə QSC “Bank Standard” KB arasında 02 fevral 2016-cı il tarixli KBS16-1823 nömrəli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Mərkəzi Bank QSC “Bank Standard” KB-yə xx.xx.2016-cı il tarixdən etibarən 20.000.000 manat məbləğdə illik 3 faiz dərəcəsi ilə kredit vermiş, kreditin verilmə müddəti 27 yanvar 2017-ci ilədək müəyyən edilmişdir.
2. Mərkəzi Bank ilə QSC “Bank Standard” KB arasında 15 aprel 2016-cı il tarixli KBS16-1839 nömrəli kredit müqaviləsi də bağlanmış, müqaviləyə əsasən Mərkəzi Bank QSC “Bank Standard” KB-yə xx.xx.2016-cı il tarixdən etibarən 15.000.000 manat məbləğdə illik 7 faiz dərəcəsi ilə kredit vermiş, kreditin verilmə müddəti 17 oktyabr 2016-cı ilədək müəyyən edilmişdir.
3. xx.xx.2016-cı il tarixli İBS16-1823/2 nömrəli sonrakı ipoteka müqaviləsinə görə, "xxxx" MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanda yerləşən 213 kv.m.. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və ünvan 1 ünvanda yerləşən 187 kv.m.. ümumi sahədən ibarət mənzil Mərkəzi Bank qarşısında xx.xx.2016-cı il tarixli KBS16-1823 nömrəli kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 1.2-ci bəndindən görünür ki, ipoteka predmetinin ümumi dəyəri 1.753.000 manat məbləğdə qiymətləndirilmişdir.
4. xx.xx.2016-cı il tarixli İBS16-1823/3 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri Qaradağ rayonu Salyan şosesi 22-ci km ünvanda 8 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m.. ümumi sahədən ibarət əmlak kompleksi Mərkəzi Bank qarşısında xx.xx.2016-cı il tarixli KBS16-1823 nömrəli kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 1.2-ci bəndinə görə, ipoteka predmetinin ümumi dəyəri 19.400.000 manat məbləğdə qiymətləndirilmişdir.
5. xx.xx.2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinə görə, "xxxx" MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanda yerləşən 213 kv.m.. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və ünvan 1 ünvanda yerləşən 187 kv.m.. ümumi sahədən ibarət mənzil Mərkəzi Bank qarşısında xx.xx.2016-cı il tarixli KBS16-1839 nömrəli kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 1.2-ci bəndindən görünür ki, ipoteka predmetinin ümumi dəyəri 1.753.000 manat məbləğdə qiymətləndirilmişdir.
6. xx.xx.2016-cı il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri Qaradağ rayonu Salyan şosesi 22-ci km ünvanda 8 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m.. ümumi sahədən ibarət əmlak kompleksi Mərkəzi Bank qarşısında xx.xx.2016-cı il tarixli KBS16-1839 nömrəli kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 1.2-ci bəndinə görə, ki, ipoteka predmetinin ümumi dəyəri 19.400.000 manat məbləğdə qiymətləndirilmişdir.
7. DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən, Cavabdeh1 MMC-yə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri Qaradağ rayonu Salyan şosesi 22-ci km ünvanda yerləşən əmlak kompleksi 02 fevral 2016-cı il tarixli KBS16-1823 KM nömrəli kredit müqaviləsi əsasında Bankın xeyrinə, yüklülüyün müddəti xx.xx.2017-ci ilədək müəyyən edilməklə, ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.
8. DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışa görə, "xxxx" MMC-yə mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi 02 fevral 2016-cı il tarixli KBS16-1823 KM nömrəli kredit müqaviləsi əsasında Bankın xeyrinə, yüklülüyün müddəti xx.xx.2017-ci ilədək müəyyən edilməklə, ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.
9. DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən, "xxxx" MMC-yə mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanda yerləşən mənzil 02 fevral 2016-cı il tarixli KBS16-1823 KM nömrəli kredit müqaviləsi əsasında Bankın xeyrinə, yüklülüyün müddəti xx.xx.2017-ci ilədək müəyyən edilməklə, ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.
10. Ləğv prosesində olan "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun Mərkəzi Banka ünvanlanmış xx.xx.2016-cı il tarixli 08/15756 nömrəli məktubuna görə, Mərkəzi Bankın kreditor tələbi “Banklar haqqında” Qanunun 76.1-ci maddəsinə uyğun olaraq xx.xx.2016-cı il tarixdə 1263 qeydiyyat nömrəsi ilə kreditorların reyestrində qeydə alınmışdır.
11. AR ƏMDK DƏDRX Bakı şəhər ərazi idarəsinin Mərkəzi Banka ünvanlanmış xx.xx.2016-cı il tarixli **********56 nömrəli məktubuna əsasən, Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri Qaradağ rayonu Salyan şosesi 22-ci km ünvanda yerləşən əmlak kompleksinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
12. AR ƏMDK DƏDRX Bakı şəhər ərazi idarəsinin Mərkəzi Banka ünvanlanmış xx.xx.2016-cı il tarixli **********55 nömrəli məktubuna görə, "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
13. AR ƏMDK DƏDRX Bakı şəhər ərazi idarəsinin Mərkəzi Banka ünvanlanmış xx.xx.2016-cı il tarixli **********25 nömrəli məktubuna əsasən, "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
14. 1 nömrəli Bakı-İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qərarı ilə QSC "xxxx" KB müflis elan edilmiş və iflas proseduruna başlanılmışdır.
15. "xxxx" MMC-nin 27 sentyabr 2019-cu il tarixli ƏEM/İ 51-685/19 nömrəli Əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatına əsasən, xx.xx.2019-cu il tarixə Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri Qaradağ rayonu Salyan şosesi 22-ci km ünvanda 8 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin likvid dəyəri 6.173.000 manat, Cavabdeh2 MMCyə məxsus ünvan 1 ünvanda yerləşən 213 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin likvid dəyəri 319.500 manat, Cavabdeh2 MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən 187 kv.m. ümumi sahədən ibarət mənzilin likvid dəyəri 685.000 manat təşkil edir.
16. "xxxx" MMC-nin 01 iyun 2020-ci il tarixli ES/001023/20 nömrəli Əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatına əsasən, xx.xx.2020-ci il tarixə Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri Qaradağ rayonu Salyan şosesi 22-ci km ünvanda 8 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin x likvid dəyəri 6.568.000 manat, Cavabdeh2 MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən 213 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin likvid dəyəri 788.100 manat, Cavabdeh2 MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən 187 kv.m. ümumi sahədən ibarət mənzilin likvid dəyəri 1.159.000 manat təşkil edir.
17. “X2.” MMC-nin 17 may 2021-ci il tarixli 02-QHM/05-21 nömrəli Əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatına əsasən, xx.xx.2021-ci il tarixə Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri Qaradağ rayonu Salyan şosesi 22-ci km ünvanda 8 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin bazar dəyəri 13.849.337 manat, əmlakın likvid dəyəri 10.018.779 manat, daşınmaz əmlak üçün 13.358.372 manat və əmlaka quraşdırılmış avadanlıqlar üçün 490.965 məbləğdə təşkil edir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
a) Birinci instansiya məhkəməsində icraat
18. İddiaçı cavabdehlərə qarşı (üçüncü şəxs LPO QSC “Bank Standard” KB-nin adından onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) məhkəməyə müraciət edərək, üçüncü şəxsin xx.xx.2016-cı il tarixli KBS16-1823 nömrəli kredit müqaviləsi üzrə onun qarşısında 9.469.166,67 manat kredit borcunun ödənilməsi üçün Cavabdeh1 MMCyə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri Qaradağ rayonu Salyan şosesi 22-ci km ünvanda 8 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m.. ümumi sahədən ibarət əmlak kompleksi və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 4 ünvanda yerləşən 213 kv.m.. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 4 ünvanda yerləşən 187 kv.m. ümumi sahədən ibarət mənzilə tutma yönəldilməsi, üçüncü şəxsin xx.xx.2016-cı il tarixli KBS16-1839 nömrəli kredit müqaviləsi üzrə onun qarşısında 12.252.469,87 manat əsas borc, 7.164 manat faiz borcu olmaqla, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 21.728.800,54 manat kredit borcunun ödənilməsi üçün Cavabdeh1 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri Qaradağ rayonu Salyan şosesi 22-ci km ünvanda 8 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 4 ünvanda yerləşən 213 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 4 ünvanda yerləşən 187 kv.m. ümumi sahədən ibarət mənzilə tutma yönəldilməsi və həmin daşınmaz əmlakların ilk satış qiymətləri (likvid qiymət) göstərilməklə üçüncü şəxs tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına üçüncü şəxsin qeyd olunan kredit müqavilələri üzrə onun qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, üçüncü şəxsin xx.xx.2016-cı il tarixli KBS16-1823 nömrəli kredit müqaviləsi üzrə iddiaçı qarşısında 9.469.166,67 manat kredit borcunun və xx.xx.2016-cı il tarixli KBS16- 1839 nömrəli kredit müqaviləsi üzrə iddiaçı qarşısında 12.252.469,87 manat məbləğdə əsas borcun, 7.164 manat faiz borcu olmaqla, cəmi 12.259.633,87 manat məbləğdə kredit borcunun, ümumilikdə 21.728.800,54 manat məbləğdə borcun ödənilməsi üçün Cavabdeh1 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri Qaradağ rayonu Salyan şosesi 22-ci km ünvanda 8 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə, Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 4 ünvanda yerləşən 213 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış sahəsinə və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 4 ünvanda yerləşən 187 kv.m. ümumi sahədən ibarət mənzilə tutmanın yönəldilməsi, həmin əmlakların üçüncü şəxs tərəfindən açıq hərracda satılması, Bakı şəhəri Qaradağ rayonu Salyan şosesi 22-ci km ünvanda 8 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin ilk satış qiymətinin 6.568.000 manat məbləğdə; ünvan 4 ünvanda yerləşən 213 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilk satış qiymətinin 788.000 manat məbləğdə; ünvan 4 ünvanda yerləşən 187 kv.m. ümumi sahədən ibarət mənzilin ilk satış qiymətinin 1.159.000 məbləğdə müəyyən edilməsi, əmlakların satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbi (ipotekanın qeydə alınması ardıcıllığı ilə əvvəl xx.xx.2016-cı il tarixli KBS16-1823 nömrəli kredit müqaviləsi üzrə borc tələbi, sonra isə xx.xx.2016-cı il tarixli, KBS16-1839 nömrəli kredit müqaviləsi üzrə borc tələbi) və tutma yönəldilməsi ilə bağlı xərclərin ödənilməsi, Bakı şəhəri Qaradağ rayonu Salyan şosesi 22-ci km ünvanda 8 ha torpaq sahəsində yerləşən 10.716,5 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin satışından əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda artıq qalmış məbləğin Cavabdeh1 MMC-yə qaytarılması, ünvan 4 ünvanda yerləşən 213 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 4 ünvanda yerləşən 187 kv.m. ümumi sahədən ibarət mənzilinin satışından əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda artıq qalmış məbləğin Cavabdeh2 MMC-yə qaytarılması, mütəxəssis rəylərinin alınmasına çəkilmiş xərclərin cavabdehlərdən müştərək qaydada tutularaq, 800 manat məbləğdə pul vəsaitinin "xxxx" MMC-yə, 1.000 manat məbləğdə pul vəsaitinin "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.
20. Məhkəmə gəldiyi nəticəni “Banklar haqqında” Qanunun 81-ci, “İpoteka haqqında” Qanunun 1.0.9, 9.3, 39.3, 39.3.3-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
21. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-1201/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 MMC-nin və üçüncü şəxsin apelyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmiş, mütəxəssis rəylərinin alınması ilə əlaqədar "xxxx" MMC-yə ödənilməli olan 800 manat, "xxxx" MMC-yə ödənilməli olan 1.000 manat iddiaçıdan tutulması qərara alınmışdır.
22. Bakı Apellyasiya Məhkəməsinin qərardadında göstərilmişdi: “İddia ərizəsinin məzmunundan görünür ki, hazırkı halda iddia Azərbaycan Respublikasının Mərkəzi Bankının ləğv prosesində QSC “Bank Standard” KB-na qarşı təminatlı və ləğvedici tərəfindən təsdiq edilmiş kreditor tələbindən irəli gəlir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81.1-ci maddəsinə əsasən aşağıdakı hallar istisna olmaqla, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılır: 81.1.1. qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və digər aktivlərin həmin aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda ləğvedici tərəfindən satılmasına yol verilir; 81.1.2. bankın borclarının təminatı olan və qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və bankın digər aktivlərinin həmin aktivləri öz sərəncamında saxlayan kreditorlar tərəfindən bu aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda satılmasına yol verilir. Həmin Qanunun 81.4-cü maddəsinə əsasən təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir. Birinci instansiya məhkəməsi işə baxarkən qeyd edilən normaların hazırkı mübahisə üzrə tətbiq edilməli olmadığına dair düzgün olmayan nəticəyə gəlmişdir. Halbuki “Banklar haqqında” Azərbaycan Respublikası Qanununda kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı olan bütün aktivlərin açıq hərracda satılmasının ləğvedici tərəfindən həyata keçirilməli olduğu nəzərdə tutulduğundan ləğvetmə prosesi çərçivəsində həll edilməli olan tələbə məhkəmə tərəfindən iddia icraatı qaydasında baxıla bilməz.”
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 313/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
24. Ali Məhkəmənin qərarında göstərilmişdir: “61. Belə ki, iş materiallarına əsasən QSC ”Bank Standard” KB 02 fevral 2016-cı il tarixli, KBS16-1823 nömrəli və 15 aprel 2016-cı il tarixli, KBS16-1839 nömrəli kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliklərin vaxtında icrasını təmin etmədiyindən iddiaçının “İpoteka haqqında” Qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmış, iddiaçı tərəfindən ipoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” AR Qanununda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması təmin edilmişdir.
62. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, ipoteka predmeti olan əmlaklar cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə məxsus olmaqla ləğv prosesində olan QSC “Bank Standard” KB-nin aktivi hesab edilə bilməz, iş üzrə iddia tələbinin bilavasitə yönəldiyi cavabdehlər hüquqi şəxs olaraq ləğv edilməmişlər, ipoteka predmetləri isə Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə QSC “Bank Standard” KB arasında bağlanmış 2016-cı il 2 fevral tarixli, KBS16-1823 nömrəli kredit müqaviləsi üzrə bir il müddətinə, 3 faiz dərəcəsi ilə verilmiş 20.000.000 (iyirmi milyon) manat məbləğdə, 2016-cı il 15 aprel tarixli, KBS16-1839 nömrəli kredit müqaviləsi üzrə 6 ay müddətinə verilmiş 15.000.000 manat məbləğlərində kreditlərin təminatıdır.
63. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, 2016-cı ildən keçən altı ilə yaxın müddət ərzində ləğvedici “Banklar haqqında” Qanunun 81-ci maddəsinin ona verdiyi, Mərkəzi Bankın kreditor tələblərinin təminatı olan ipoteka predmetlərinin açıq hərracdan satılması üzrə səlahiyyətlərindən istifadə etməmiş, nəticədə xüsusi ilə külli miqdarda, dövlətin mülkiyyəti hesab edilən kredit məbləğlərinin dövlətə qaytarılması təmin edilməmişdir.”
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
25. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə razılaşmayan üçüncü şəxs və Cavabdeh1 MMC ondan apellyasiya şikayətləri verərək, cavabdeh, üçüncü şəxsin kredit müqavilələri üzrə ümumilikdə 21.428.800,54 manat məbləğdə kredit borcunun ödənilməsi üçün tutmanın həmin öhdəliyin təminatı olan ona məxsus əmlak kompleksinə yönəldilməsi və həmin əmlakların ilk satış qiymətinin müəyyən edilməsi hissələrində ləğv edilməsini, üçüncü şəxs qismən - onun iddiaçı qarşısında kredit müqavilələri üzrə ümumilikdə 21.428.800,54 manat məbləğdə kredit borcunun ödənilməsi üçün tutmanın həmin öhdəliyin təminatı olan əmlaklara yönəldilməsi, ilk satış qiymətinin müəyyən edilməsi, açıq hərracdan satılmasına dair hissədə ləğv olunaraq, əmlaka yönəldilməsi və həmin əmlakların ilk satış qiymətinin müəyyən edilməsi hissələrində rədd olunmasını, xahiş etmişlər.
a) Cavabdehin apellyasiya şikayətinin dəlilləri
26. Şikayətin dəlillərinə görə, 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-4498/2016 nömrəli qərarı ilə QSC “Bank Standard” Kommersiya Bankı müflis elan edilərək iflas proseduruna başlanılmış və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin olunmuşdur. Beləliklə, bank məhkəmə qərarına əsasən müflis elan edilərək iflas proseduruna başlandığı andan keyfiyyət etibarilə yeni hüquqi vəziyyət yaranmış və bu vəziyyət “Banklar haqqında” AR Qanununun “Bankların iflası” fəslində yer almış hüquq normalarının təsiri altına düşür. “Banklar haqqında” Qanunun bankların müflis elan olumasının nəticələrini nəzərdə tutan 72.1.3.-cü maddəsinin tələbinə görə bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. İflas prosedurlarının həyata keçirilməsi isə “Banklar haqqında” Qanunun 81.1-ci maddəsinin tələblərinə əsasən kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı olan aktivlərin ləğvedici tərəfindən açıq hərracda satılmasını ehtiva edir. Lakin, eyni zamanda nəzərə alınmaldır ki, istinad olunan Qanunda iflas proseduru çərçivəsində ləğvedici tərəfindən açıq hərracda satılacaq aktivlərin ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməsi nəzərdə tutulmamışdır və Qanunun 81.2-ci maddəsindən göründüyü kimi, ləğvedici bu Qanunun 81.1-ci maddəsində nəzərdə tutulmuş aktivlərin açıq hərracda qənaətbəxş qiymətlə sata bilməyəcəyini müəyyənləşdirərsə, məhkəmə yalnız bu halda ona aktivləri məhkəmənin təsdiq etdiyi qiymətə digər üsullarla satmağa icazə verə bilər. Beləliklə də, birinci instansiya məhkəməsinin əmlakların ləğvedici tərəfindən açıq hərracda satılması barədə qətnamə qəbul edərkən əmlakların ilkin satış qiymətini müəyyən etməsi qanunaziddir. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə tərəfindən ümumiyyətlə ilkin satış qiymətinin müəyyən edilməsi, özü də real qiymətindən aşağı (girov predmetlərindən əmlak kompleksinin qiyməti girov qoyularkən 19.400.000 manat məbləğdə razılaşdırıldığı halda, qətnamə ilə hazırda da fəaliyyət göstərib gəlir gətirən həmin əmlak kompleksinin ilkin satış qiyməti cəmi 6.568.000 manat məbləğdə müəyyən olunmuşdur) ləğvedicinin həmin əmlakları qənaətbəxş qiymətlə, yəni kreditorun tələblərinin maksimum dərəcədə ödəyə biləcəyi qiymətlə satmaq imkanlarını məhdudlaşdırır ki, bu hal öhdəliklərin tam icra olunması baxımından istər borclunun, istərsə də kreditorun və əmlak mülkiyyətçilərinin maraqlarına uyğun deyildir. Birinci instansiya məhkəməsi “Banklar haqqında” Qanunun 81-ci maddəsini tövsif edərkən belə qənaətə gəlmişdir ki, istinad olunan normada ləğvedici tərəfindən yalnız banka məxsus olan təminat predmetinin satılması nəzərdə tutulmuşdur. Qətnamədə göstərilmişdir ki, “Hazırki halda isə ipoteka predmeti olan əmlaklar cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə məxsus olmaqla, LPO QSC “Bank Standard” KB-nin aktivi hesab edilmədiyindən, həmin maddənin mübahisəli hüquq münasibətinə tətbiqi istisna edilir”. Məhkəmənin həmin mövqeyi ilə razılaşmayaraq “Banklar haqqında” Qanunun 81.1ci maddəsinin mətninə diqqət yetirməyi zəruri hesab edir. Həmin maddədə göstərilir ki, “... kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılır”. Göstərilən maddənin məzmunundan göründüyü kimi, istinad olunan normada ləğvedici tərəfindən yalnız banka məxsus aktivlərin satıla biləcəyi barədə göstəriş yoxdur. Məhkəmənin ləğvedici tərəfindən banka məxsus olmayan aktivi sata bilməməsi barədə qənaəti “bankın öz tələblərinin təminatı olan bütün aktivlər”in ləğvedici tərəfindən satılmasını ehtiva edən müddəa ilə də uzlaşmır, çünki bu halda bankın tələblərinin təminatı qismində bankın deyil, məhz başqasının aktivi çıxış edir. Məhkəmənin ləğvedici tərəfindən yalnız banka məxsus aktivilərin satıla biləcəyi barədə qənaəti qanunun 81.1.2.-ci maddəsindəki “qiymətli kağızların, xarici valyutanın və bankın digər aktivlərinin” söz birləşməsinə əsaslanmışdırsa, bu zaman qeyd edilməlidir ki, göstərilən maddə “həmin aktivləri sərəncamında saxlayan kreditorlar tərəfindən bu aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda” satılması halını nəzərdə tutur və ləğvedicinin deyil, kreditorların səlahiyyət çərçivəsini müəyyənləşdirir. Ümumiyyətlə, qanunun 81.1.1 və 81.1.2.-ci maddələrində göstərilmiş istisnalar yalnız satış üsulu və satılacaq aktivin növü, yəni açıq hərracdan fərqli üsulla ixtisaslaşdırılmış bazarlarda (valyuta birjası, qiymətli kağızlar (fond) birjası, əmtəə birjası) ticarət olunan xüsusi növ aktivlərin (qiymətli kağızlar, valyuta, əmtəə) satılması ilə əlaqədardır və hazırki vəziyyətdə ləğvedicinin bankın öhdəliklərinin təminatı olan aktivlərin satılmasını məhdudlaşdırmır. Digər tərəfdən, məhkəmənin qənətinə görə konkret halda “Banklar haqqında” Qanunun 81-ci maddəsi mübahisəli hüquq münasibətinə tətbiq olunmamalıdırsa və ləğvedicinin banka məxsus olmayan aktivləri satmaq hüququ yoxdursa, məhkəmə tərəfindən hansı hüquqi əsas və məntiqlə həmin əmlakların ləğvedici tərəfindən satılması qət edilmişdir? Məhkəmənin əmlakların ləğvedici tərəfindən satılması ilə eyni vaxtda ipoteka qoyulmuş əmlaklara tutma yönəldilməsini qət etməsi daxilən ziddiyyətlidir və bu tələblər biri digərini istisna edir. Belə ki, əmlakın ləğvedici tərəfindən iflas proseduru çərçivəsində satılması və əmlaka məhkəmənin qərarı əsasında tutma yönəldilməsi ayrı-ayrı hüquqi prosedurlar olmaqla fərqli qayda (mexanizm), üsul və əsaslarla həyata keçirilir. Belə ki, birinci halda kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı olan aktivlər ləğvedici tərəfindən məhkəmədənkənar qaydada açıq hərracda satılır, qənaətbəxş qiymətlə satıla bilmədikdə məhkəmənin təsdiq etdiyi qiymətə digər üsullarla satıla bilər (“Banklar haqqında” Qanunun 81.1 və 81.2-ci maddələri), məhkəmə qərarı əsasında tutma yönəldilməsi proseduru isə məhkəmə tərəfindən ilkin satış qiyməti müəyyən olunmaqla icra məmuru tərəfindən yalnız açıq hərrac vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (“İpoteka haqqında” Qanunun 41.2-ci maddəsi). Məhkəmənin qətnaməsi ipoteka predmetinə tutma yönəldilməsi hissəsində də əsasız və qanunsuzdur. Belə ki, ipoteka haqqında qanunvericilik ipotekaya tutmanın yönəldilməsini yalnız əsas öhdəliyin icra olunmadığı təqdirdə nəzərdə tutur. İddia ərizəsindən, məhkəmə qətnaməsindən və iş materiallarından görünür ki, iddiaçı əsas öhdəliyin icrasını tələb etmədən ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmişdir. Bu isə ipoteka haqqında qanunvericiliyin tələbinə birbaşa ziddir. Məhkəmə qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qıyməti müəyyən edilmişdir. İpoteka haqqında qanunvericilik əsas öhdəlik icra olunmadan ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə hər hansı göstəriş özündə ifadə etməmişdir.
b) Üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri
27. Şikayətin dəlillərinə görə, QSC “Bank Standard” KB-nin 1 nömrəli Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-4498/2016 nömrəli qərarı ilə müflis elan edilməsini nəzərə alaraq banka qarşı bütün tələblərin “Banklar haqqında” Qanunun 72-ci maddəsinin əsasən yalnız “Banklar haqqında” Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülməsi nəzərdə tutulur. Yəni banka qarşı tələblər yalnız tələbkarın kreditorlar siyahısına salınmaqla öz təsdiqini tapa bilər. Odur ki, iddiaçı tələbini bu qaydada deyil, məhz iflas elan edilmiş bankın kreditorları siyahısına salınmaqla həyata keçirə bilər. Belə olan halda ipoteka öhdəlikləri əsas tələbin qanunvericiliyin tələblərinə uyğun mövcudluğundan irəli gəlir. Yalnız bu halda ipoteka predmeti olan cəmiyyətin əmlaklarına əsas öhdəlikdən gələn yönəldilmə baş tuta bilər. Belə ki, “İpoteka haqqında” Qanununn 31-ci maddəsinə əsasən “ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını, həmin öhdəlik icra olunmadıqda ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbini təstiq edir. Məhkəmə qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilmişdir. Lakin ümumiyyətlə ipoteka haqqında qanunvericilik əsas öhdəlik icra olunmadan ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə hər hansı göstəriş özündə ifadə etməmişdir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bununla da sahəvi qanunvericilik qiymətin yalnız tərəflərin razılmaşmasım və qiymət barədə mübahisə yarandığı təqdirdə müstəqil qiymətləndiricinin dəvət olunmasını nəzərdə tutur. Bundan əlavə, məhkəmə tərəfindən ümumiyyətlə ilkin satış qiymətinin müəyyən edilməsi, özü də real qiymətindən aşağı qiyməti əsas götürmüşdür. Belə ki, cəmiyyətə məxsus ipoteka predmetinə girov qoyularkən 19.400.000 manat məbləğdə razılaşdırıldığı halda, qətnamə ilə hazırda da fəaliyyət göstərib gəlir gətirən həmin əmlak kompleksinin ilkin satış qiyməti cəmi 6.568.000 manat məbləğdə müəyyən olunmuşdur. Halbuki, elə bu qiymətlə razılaşmayaraq birinci instansiya məhkəməsində vəsatət verilmiş və əmlakın yenidən qiymətləndirilərək mövcud bazar dəyərinə yaxın qiymət verilmişdir. Odur ki, ləğvedicinin həmin əmlakları qənaətbəxş qiymətlə, yəni kreditorun tələblərinin maksimum dərəcədə ödəyə biləcəyi qiymətlə satmaq imkanlarını məhdudlaşdırır ki, bu hal öhdəliklərin tam icra olunması baxımından istər borclunun, istərsə də kreditorun və əmlak mülkiyyətçilərinin maraqlarına uyğun deyildir. Məhkəmə iş üzrə aparılmış son qiymətləndirməni inkar etmiş, bunun səbəblərini belə açıqlamamışdır. Bundan əlavə, məhkəmənin əsas kimi götürdüyü qiymətləndirmələr vahid mənbədən qaynaqlanır. Qeyd olunanlar birinci instansiya məhkəməsin tərəfindən maddi və prosessual hüquqların ciddi pozuntusu kimi dəyərləndirilməlidir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. İşə apellyasiya qaydasında baxılarkən üçüncü şəxsin vəkili və nümayəndəsi şikayətini müdafiə edərək, ona uyğun izahat vermiş, iddiaçının nümayəndəsi şikayətləri qəbul etməyib, rədd olunmasını xahiş etmişdir.
30. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
32. “İpoteka haqqında” AR Qanunu: Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi; Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
33. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71, 81 və 82-ci maddələrinə dair” xx.xx.2022-ci il tarixli Qərarı: “Qeyd edilməlidir ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən, pul siyasətinin həyata keçirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi həyata keçirilir. Yenidənmaliyyələşdirmə kreditləri dövlət qiymətli kağızları, dövlətin və digər etibarlı emitentlərin qarantiyaları və zaminliyi, xarici valyuta, qızıl, müxtəlif formada qiymətli metallar və digər aktivlərlə təmin olunmalıdır. ... Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 1-ci maddəsinə əsasən, Mərkəzi Bank Azərbaycan Respublikasının mərkəzi bankıdır. Konstitusiyanın 19-cu maddəsinin İİ hissəsinə müvafiq olaraq Mərkəzi Bank dövlətin müstəsna mülkiyyətindədir. Odur ki, dövlətin müstəsna mülkiyyətində olmaqla Mərkəzi Bankın da hazırkı münasibətlərdə kreditor kimi kifayət qədər əsaslı gözləntiləri vardır ki, bu da dövlətə məxsus vəsait hesabına yenidənmaliyyələşdirmə məqsədi ilə kredit təşkilatlarına verilmiş kreditin mümkün qədər tez müddət ərzində geri qaytarılması ilə bağlıdır. Bu isə öz növbəsində dövlətin iqtisadi funksiyalarının effektiv şəkildə icrasına, ölkənin maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mərkəzi Bankın kreditor tələbləri təminatsız kreditorlar sırasında ödənildiyi halda əlverişsiz vəziyyətin yaranmaması baxımından Mərkəzi Bankın tələblərinin ödənilməsi məsələsinin Əmanətlərin Sığortalanması Fondu ilə qarşılıqlı əlaqədə həll edilməsi hər iki qurumun qanunvericiliklə müəyyən edilmiş vəzifələrinin effektiv həyata keçirilməsinə şərait yaratmış olar.“
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadı: “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Apellyasiya şikayətləri ilə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvi tələb edilsə də, şikayətlərin dəlilləri qətnaməni bütövlükdə əhatə etdiyi üçün, məhkəmə aktı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarına yol verilməmişdir, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
38. Bu kontekstdə, kredit müqavilələrinə əsasən alınan pulların qaytarılması ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan üçüncü şəxs müqavilə üzrə iddiaçıya olan borclarını ödəmədiyi üçün borcun tutulmasının öhdəliyin icrasının təmininatı olan cavabdehlərə məxsus ipoteka predmetlərinə yönəldilməsi düzgün olmuşdur.
39. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır. Belə ki, Cavabdeh1 MMC-nin və üçüncü şəxsin birinci instansiya məhkəməsinin əmlakların ilkin satış qiymətinin müəyyən edilməsinin qanunazidd olması barədə dəlillərinə münasibətdə qeyd edilməlidir ki, bu hal birbaşa olaraq “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsi ilə tənzimlənir.
40. Məhkəmə kollegiyası cavabdeh MMC-nin məhkəmənin “Banklar haqqında” Qanunun 81-ci maddəsini səhv təfsir etməsi ilə bağlı dəlili ilə də razılaşmır. Belə ki, hazırkı iş üzrə ipoteka predmeti olan əmlaklar LPO QSC “Bank Standard” KB-yə deyil, cavabdehlərə məxsusdur.
41. Bundan əlavə, iş materiallarına əsasən QSC ”Bank Standard” KB 02 fevral 2016-cı il tarixli və 15 aprel 2016-cı il tarixli kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliklərin vaxtında icrasını təmin etmədiyindən iddiaçının “İpoteka haqqında” Qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmış, iddiaçı tərəfindən ipoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması təmin edilmişdir.
42. Həmçinin, ipoteka predmeti olan əmlaklar cavabdehlərə məxsus olmaqla ləğv prosesində olan QSC “Bank Standard” KB-nin aktivi hesab edilə bilməz, iş üzrə iddia tələbinin bilavasitə yönəldiyi cavabdehlər hüquqi şəxs olaraq ləğv edilməmişlər, ipoteka predmetləri isə iddiaçı ilə QSC “Bank Standard” KB arasında bağlanmış 2016-cı il 2 fevral tarixli kredit müqaviləsi üzrə bir il müddətinə 3 faiz dərəcəsi ilə verilmiş 20.000.000 manat məbləğdə, 2016-cı il 15 aprel tarixli kredit müqaviləsi üzrə 6 ay müddətinə verilmiş 15.000.000 manat məbləğdə kreditlərin təminatıdır.
43. Bundan əlavə, 2016-cı ildən keçən altı ilə yaxın müddət ərzində ləğvedici “Banklar haqqında” Qanunun 81-ci maddəsinin ona verdiyi, Mərkəzi Bankın kreditor tələblərinin təminatı olan ipoteka predmetlərinin açıq hərracdan satılması üzrə səlahiyyətlərindən istifadə etməmiş, nəticədə xüsusi ilə külli miqdarda, dövlətin mülkiyyəti hesab edilən kredit məbləğlərinin dövlətə qaytarılması təmin edilməmişdir.
44. Halbuki, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında da vurğulanmışdır ki, dövlətin müstəsna mülkiyyətində olmaqla Mərkəzi Bankın da hazırkı münasibətlərdə kreditor kimi kifayət qədər əsaslı gözləntiləri vardır ki, bu da dövlətə məxsus vəsait hesabına yenidənmaliyyələşdirmə məqsədi ilə kredit təşkilatlarına verilmiş kreditin mümkün qədər tez müddət ərzində geri qaytarılması ilə bağlıdır. Bu isə öz növbəsində dövlətin iqtisadi funksiyalarının effektiv şəkildə icrasına, ölkənin maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş olar.
45. Qiymətləndirmə rəylərinə gəldikdə isə, "xxxx" MMC-nin 27 sentyabr 2019-cu il tarixli və 01 iyun 2020-ci il tarixli hesabatları ilə gəlinən nəticələr arasındakı fərq ağlabatan, həmin hesabatlarla “X2.” MMC-nin 17 may 2021-ci il tarixli hesabatında qeyd olunan dəyərlər arasındakı kəskin fərq isə inandırıcı olmadığından, "xxxx" MMC-nin ipoteka qoyanların mənafeyinə uyğun olan ikinci rəyi daha mötəbər qəbul edilməlidir.
46. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, şikayətlər təmin edilməməlidir.
47. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-15/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 MMC-nin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" KB QSC-nin adından onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətləri təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Emin Mehdiyev Aytən Oruczadə