Məhkəmə qərarları › İş №2-2(105)-105/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-105/2025

01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-105/2025 01.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əmirxanlı Mehman Əmirxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1nə qarşı “subicarə müqaviləsinin xitam olunması, avadanlıqların daşınmasına şərait yaradılması və pul tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(119)-279/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-279/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçınə (VÖEN **********) məxsus tökmə avadanlığın, induksiya sobasının, 8 ədəd metal tökmək üçün qəlibin, 1 dəst tökmə maşınların (anod tökmə kompleksinin) və inteqral sxemin ünvan 5nvanından daşınmasına şərait yaradılması vəzifəsinin cavabdehlər Cavabdeh2 (VÖEN **********) və Cavabdeh1 (VÖEN **********) üzərinə qoyulması, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMCdən müştərək qaydada 100 (yüz) manat məbləğində dövlət rüsumu və hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının tutularaq İddiaçı MMC-yə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Qətnamədən cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1nə qarşı “subicarə müqaviləsinin xitam olunması, avadanlıqların daşınmasına şərait yaradılması və pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış 30 yanvar 2023-cü il tarixli 01/2023 saylı subicarə müqaviləsinin xitam olunması, İddiaçı MMC-yə məxsus tökmə avadanlığın, induksiya sobasının, 8 ədəd metal tökmək üçün qəlibin, 1 dəst tökmə maşınların (anod tökmə kompleksinin), inteqral sxemin Sumqayıt şəhəri, Y.Məmmədov küçəsi 111 ünvanından daşınmasına şərait yaradılması vəzifəsinin "xxxx" MMC və Cavabdeh1 MMC-nin üzərinə qoyulması, əldən çıxmış fayda kimi 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin, 244 (iki yüz qırx dörd) manat məbləğində ödənilmiş dövlət rüsumu əvəzinin, hüquqi yardıma görə vəkilə ödənilmiş 1140 (min yüz qırx) manat məbləğində xidmət haqqı əvəzinin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-dən müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 MMC arasında 30 yanvar 2023-cü il tarixli 01/2023 saylı subicarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 28-də yerləşən obyektin 50 kv.m hissəsi istehsal sahəsi, 30 kv.m hissəsi anbar sahəsi kimi olmaqla ümumilikdə 80 kv.metr sahəsi İddiaçı MMC-yə subicarəyə verilmişdir. Müqavilə imzalandığı gündən icarəyə götürülmüş obyektdən istehsal sahəsi kimi istifadə edilməmişdir. Hazırda həmin icarəyə götürülmüş sahənin istifadəsinə zərurət qalmamışdır və ona görə də tərəflər arasında bağlanılmış 30 yanvar 2023-cü il tarixli 01/2023 saylı subicarə müqaviləsi vaxtından əvvəl birtərəfli qaydada xitam olunmuşdur. Lakin İddiaçı MMC-yə məxsus avadanlıqların Cavabdeh2 MMC-nin faktiki istifadəsində olmuş ərazidən daşınmasına şərait yaradılmamışdır. Belə ki, avadanlıqların siyahısına tökmə avadanlıq, induksiya sobası, 8 ədəd metal tökmək üçün qəlib, 1 dəst tökmə maşınlar (anod tökmə kompleksi) və inteqral sxem daxildir. İddiaçı MMC ilə Cavabdeh2 MMC arasında 30 yanvar 2023-cü il tarixli 01/2023 saylı subicarə müqaviləsi üzrə faktiki icarəyə verilmiş sahə Sumqayıt şəhəri, Y.Məmmədov küçəsi 111 ünvanında yerləşir. "xxxx" MMC-yə məxsus və hazırda mübahisə predmeti olan avadanlıqlar ünvan 1 ünvan Cavabdeh1 MMC-nin mülkiyyətindədir. Bununla bağlı "xxxx" MMC-yə və Cavabdeh1 MMC-yə xəbardarlıq məktubu göndərilmişdir. Buna baxmayaraq hər iki müəssisə heç bir tədbir görmədiyindən qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət edilir. Həmin avadanlıqların iddiaçı tərəfindən istifadə edilə bilməməsi nəticəsində "xxxx" MMC əldə edəcəyi 50.000 manat faydadan məhrum olmuşdur. Göstərilənlərə əsasən "xxxx" MMC-yə məxsus avadanlıqların "xxxx" MMC-nin faktiki istifadəsində olan ərazidən daşınmasına şərait yaradılması vəzifəsi "xxxx" MMC və Cavabdeh1 MMC-nin üzərinə qoyulmalı, əldən çıxmış fayda olan 50000 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Sumqayıt Kommersiya Məhkəməsi iş üzrə yuxarıda qeyd olunan qətnaməni qəbul etmişdir. Həmin qətnamə ilə razılaşmayan cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Cavabdeh2 (vəkili-nümayəndəsi Vəkil2) və Cavabdeh1 (vəkili-nümayəndəsi Vəkil3) tərəfindən ayrı-ayrıləqda apellyasiya şikayətləri verilmiş olsa da, apellyasiya şikayətləri eyni məzmunlu olub onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının tələb etdiyi avadanlıqların iddiaçıya məxsus olduğu müəyyən edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçıya tələb etdiyi avadanlıqların fərdi müəyyənliyi, onların identifikasiya olunmasını mümkün edən hər hansı bir sübutun (sənəd, video və ya foto çəkilişin) təqdim edilməsinə dair təklif edilsə də, iddiaçı bunu edə bilməmişdir. Çünki avadanlıqlar iddiaçıya məxsus deyildir. Bundan əlavə, iddiaçının təşəbbüsü ilə birinci instansiya məhkəməsi, məhz iddiaçının göstərdiyi ünvanda olmuş və müəyyən etmişdir ki, həmin ünvanda Cavabdeh2 MMC fəaliyyət göstərmir. Subicarə müqaviləsinin məzmunundan göründüyü kimi, müqavilənin obyekti olan qeyri-yaşayış sahəsi Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 28 ünvanında yerləşir. İddia ərizəsinin məzmununda isə avadanlıqların məhz həmin ünvandan, yəni ünvan 2 xahiş edilir. Məhkəmə, bununla əlaqədar yerində müayinə aparılması üçün həmin ünvana (ünvan 3byektinin yerləşmədiyi müəyyən edilmişdir. Lakin iddiaçı ikinci dəfə digər ünvanda, yəni Sumqayıt şəhəri Y.Məmmədov 111 ünvanında yerində baxış keçirilməsini tələb etmişdir. Məhkəmə iddiaçıya yardım etmək məqsədilə bu dəfə yeni ünvanda olmuşdur. Göstərilən ünvan üzrə araşdırma aparılarkən müəyyən edilmişdir ki, həmin ünvanda yerləşən sahələr "xxxx" MMC və "xxxx" MMC-nin istifadəsindədir və həmin hüquqi şəxslər tərəfindən 2023-cü ildən icarəyə götürülmüşdür. Buna dair müqavilənin surəti məhkəməyə təqdim edilsə də, məhkəmə həmin şəxsləri işə cəlb etməmiş, bəlkə də onlara məxsus əmlaka dair qətnamə çıxarmışdır. Halbuki, məhkəmə ilk növbədə tələb edilən əşyaların fərdi müəyyənliyini, dövriyyədən cavabdeh tərəfindən çıxarıldığını və iddiaçıya məxsus olduğunu araşdırmalı və sübut etməli idi. Məhkəmə qətnaməsindən də göründüyü kimi, bütün bunlar sübut edilməmişdir. Bu da qeyd edilənlərə dair sübutların mövcud olmadığını bir daha təsdiq edir. Göstərilənlərə əsasən hesab edirlər ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddiaçının tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Cavabdeh1 MMC həmçinin hesab edir ki, onunla iddiaçı arasında heç bir müqavilə münasibəti və ya işgüzar əlaqə, habelə icarə obyektinin ona heç bir aidiyyəti olmadığından əsassız olaraq iş üzrə cavabdeh qismində cəlb edilmişdir... Apellyasiya şikayətlərinin təmin olunması xahiş edilir. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh2 MMC-nin vəkili-nümayəndəsi Vəkil2 izahatında apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsi iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Qətnamədə ümumi sözlərə istinad edilib və heç bir hissə əsaslandırılmayıb. Mübahisənin ilk növbədə sübuta yetirilməli olan halı iddia edilən avadanlıqların həqiqətən də iddiaçı tərəfə məxsus olubolmamasıdır. O avadanlıqların fərdi müəyyənliyi, həmçinin onların digər parametrləri barədə mötəbər sübutlar nə iş materiallarında, nə də iddiaçı tərəfdə mövcud deyildir. Belə olan halda iddianın təmin edilməsi və öhdəlik qoyulması yolverilməzdir. Birinci instansiya məhkəməsi icarə obyektinə yerində baxış keçirsə də, həmin obyektin kimə məxsus olmasını və orada kimlərin fəaliyyət göstərməsini heç bir akt və ya digər sənədlərlə müəyyən etməyib. Mübahisəli avadanlıqların kimə məxsus olması bugünədək naməlum olaraq qalmaqdadır. Həmin ünvanda iddia edilən avadanlıqlara oxşar avadanlıqlar aşkar edilsə də, onların üzərindəki birkalar ilə iddia ərizəsində göstərilən əlamətlər eynilik təşkil etməmişdir. Hesab edir ki, qeyd olunan hallar iddiaçı tərəfin sübuta yetirməli olduğu məqamlardır. Həmçinin qeyd etməlidir ki, avadanlıqların işlədilməsi xüsusi riskli olduğu üçün onların fəaliyyəti, yoxlanılması və işləməsinə icazə verilməsi məqsədi ilə FHN-in müvafiq qurumu tərəfindən həmin avadanlıqlar qeydiyyata alınmalı, nömrələnməli və istismarına rəsmi icazə verilməlidir. Bu məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001 və xx.xx.2002-ci il tarixli qərarlarında göstərilən normalar ilə tənzimlənir. Bu baxımdan iddianın təmin olunmasını qanunsuz hesab edirlər. Apellyasiya baxışı iclasında iştirak edən İddiaçı MMC-nin vəkili-nümayəndəsi Vəkil1 apellyasiya şikayətlərinə etiraz edərək izahatında bildirdi ki, cavabdehlər, həmçinin mübahisəli icarə obyektində fəaliyyət göstərən digər şirkətlər hamısı eyni şəxsə məxsusdur. Məsələn, Cavabdeh2 MMC-nin qanuni təmsilçisi digər Cavabdeh1 MMC-nin mühasibidir. Həmçinin iddiaçıya məxsus avadanlıqların texniki göstəriciləri barədə sənədləri, onların fotoşəkillərini, onları idxal edən şirkətin gömrük bəyannamələrini və digər mötəbər sübutları məhkəməyə təqdim etmişlər. Bu hallar təsdiq edir ki, avadanlıqlar iddiaçı MMC-yə məxsusdur. Bundan əlavə, yerli baxış keçirilən icarə obyektində avadanlıqlar çox sayda olsa da, iddiaçı MMC yalnız özünə məxsus olan avadanlıqları təqdim etmiş (göstərmiş) və tələb edir. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə Cavabdeh1nə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası cavabdeh tərəfindən mübahisəli istehsal avadanlıqlarının yerləşdiyi obyektdə (qeyri-yaşayış sahəsində) fəaliyyət göstərdikləri bildirilən "xxxx" MMC və "xxxx" MMC adlı hüquqi şəxslər iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb edilərək, onlara məhkəmə iclasında iştirak etmələri üçün məlumat (bildiriş) göndərilmiş, lakin həmin hüquqi şəxslər də məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə Cavabdeh1 MMC-nin, habelə üçüncü şəxslər "xxxx" MMC və "xxxx" MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib bu nəticəyə gəlir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-279/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "xxxx" MMC arasında bağlanılmış 30 yanvar 2023-cü il tarixli 01/2023 saylı subicarə müqaviləsinin xitam olunması, ona məxsus tökmə avadanlığın, induksiya sobasının, 8 ədəd metal tökmək üçün qəlibin, 1 dəst tökmə maşınların (anod tökmə kompleksinin), inteqral sxemin icarə obyektindən (Sumqayıt şəhəri, Y.Məmmədov küçəsi 111 ünvanından) daşınmasına şərait yaradılması vəzifəsinin "xxxx" MMC və Cavabdeh1 MMC-nin üzərinə qoyulması, əldən çıxmış fayda qismində 50.000 manat məbləğində pul vəsaitinin, 244 manat məbləğində ödənilmiş dövlət rüsumu əvəzinin, hüquqi yardıma görə vəkilə ödənilmiş 1140 manat məbləğində xidmət haqqı əvəzinin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-dən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri qismən təmin edilərək İddiaçı MMC-yə məxsus tökmə avadanlığın, induksiya sobasının, 8 ədəd metal tökmək üçün qəlibin, 1 dəst tökmə maşınların (anod tökmə kompleksinin) və inteqral sxemin ünvan 5nvanından daşınmasına şərait yaradılması vəzifəsinin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-nin üzərinə qoyulması, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-dən müştərək qaydada 100 manat məbləğində dövlət rüsumu əvəzinin və 500 manat məbləğində vəkilin xidmət haqqı əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddianın təmin olunmayan hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Ona görə də, hazırkı apellyasiya baxışının predmetini məhkəmə kollegiaysı tərəfindən cavabdehlərin apellyasiya şikayətlərinin dəlilləri üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissəsində qanuniliyi və əsaslılığının yoxlanılıb qiymətləndirilməsi təşkil edir. İş materiallarındakı icarəyə verən Cavabdeh2 ilə icarəçi İddiaçı arasında bağlanmış 30 yanvar 2023-cü il tarixli 01/2023 nömrəli subicarə müqaviləsinin 1-ci bəndinə əsasən Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 28-də yerləşən obyektin (qeyri-yaşayış sahəsinin) 50 kvadrat/metri istehsal sahəsi, 30 kvadrat/metri isə anbar sahəsi kimi olmaqla, ümumilikdə 80 kvadrat/metr sahəsi subicarəyə verilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə 30 yanvar 2024-cü il tarixədək qüvvədədir. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddətin qurtarmasına 1 (bir) həftə qalmış tərəflərin heç biri müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi halda müqavilə eyni müddətə uzadılmış hesab edilir. İş materiallarından görünür ki, ”Baku Cooper” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçınə 61603,34 manat dəyərində tökmə avadanlığın, induksiya sobasının, 8 ədəd metal tökmək üçün qəlibin, 1 dəst tökmə maşınların (anod tökmə kompleksinin) və inteqral sxemin satılması ilə əlaqədar 19 yanvar 2023-cü il tarixli EBCN seriyalı 296063 nömrəli elektron qaimə təqdim olunmuşdur. Həmin mallar ”Baku Cooper” MMC tərəfindən təhvil verilmiş və "xxxx" MMC tərəfindən təhvil alınmışdır. İş materiallarındakı icarəyə verən Cavabdeh1 BM ilə icarəçi "xxxx" MMC arasında bağlanmış 14 fevral 2023-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən icarəçiyə ünvan 5nvanında yerləşən obyektin 50 kv.metrini istehsal sahəsi və 50 kv.metrini anbar (saxlama) sahəsi kimi, ümumilikdə 100 kv.metr sahəsini icarəyə verir. İş materiallarında olan "xxxx" MMC-nin 09 fevral 2023-cü il tarixli qərarından görünür ki, istehsal ili 2014-cü il, zavod nömrəsi 13583/1888, məhsuldarlığı 2 ton olan induksiya əritmə sobasının texniki pasportu "xxxx" MMC tərəfindən təqdim edilmiş sənədlər, məlumatlar, eləcə də istehsal sahəsində aparılmış texniki baxış əsasında istehsalçı müəssisənin texniki sənədləri əsasında tərtib edilib və “Təhükəsiz istismar qaydaları”nın tələblərinə əməl etmək şərti ilə istismar edilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı "xxxx" MMC 12 fevral 2024-cü il tarixdə Cavabdeh2 MMC-yə qarşı “subicarə müqaviləsinə xitam verilməsi və avadanlıqların daşınmasına şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş və məhkəmənin 04 iyun 2024-cü il tarixli e-22(119)-308/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 07 noyabr 2024cü il 2-2(105)-90/2024 nömrəli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 04 iyun 2024-cü il tarixli e-2-2(119)-308/2024 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı MMC-nin Cavabdeh2 MMC-yə qarşı “subicarə müqaviləsinin xitam olunması, avadanlıqların daşınmasına şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardadda göstərilmişdir ki, iddiaçının nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən "xxxx" MMC ilə cavabdeh "xxxx" MMC arasında 30 yanvar 2023-cü il tarixli 01/2023 saylı subicarə müqaviləsi üzrə faktiki icarəyə verilmiş sahənin ünvanı barədə dəqiq məlumat verə bilməmiş, iş materialları ilə dəqiq ünvanı müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi müqavilədə ünvanın düzgün göstərilməməsini nəzərə almamış, işin mahiyyəti üzrə düzgün baxılması üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq subicarə müqaviləsi üzrə ünvanın dəqiqləşdirilməli olmasını iddiaçıya təklif etməmişdir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə icraat zamanı yerində müayinə aparılması üçün 13 may 2025-ci il tarixdə İddiaçı MMC-nin nümayəndəsi Vəkil1 və Cavabdeh2 MMC-nin nümayəndəsi Vəkil2 iştirakı ilə iddia ərizəsində faktiki icarəyə verildiyi qeyd olunan ünvan 5nvanında yerləşən obyektə baxış keçirmiş, həmin obyektin iddiaçının nümayəndəsinin göstərdiyi sahəsinin qapısı açılmış və orada tökmə avadanlığın, induksiya sobasının, metal tökmək üçün qəlblərin, tökmə maşının, inteqral sxemin olduğu aşkar edilmişdir. İddiaçının nümayəndəsi izahatında həmin avadanlıqların İddiaçı MMC-yə məxsus olduğunu, Cavabdeh2 MMC-nin nümayəndəsi Vəkil2 isə həmin avadanlıqların başqa hüquqi şəxslərə məxsus olduğunu, onların iddiaçıya məxsus olmasını təsdiq edən hər hansı sübutun olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2 və 157.4-cü maddələrinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər... Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 675-ci maddəsinə görə, əmlak kirayəsi müqaviləsinə əsasən kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına və sadalanan maddi hüquq normalarına istinad edərək bu nəticəyə gəlmişdir ki, icarəyə verən (cavabdeh) Cavabdeh2 MMC ilə icarəçi (iddiaçı) İddiaçı MMC arasında icarə (subicarə) müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, 30 yanvar 2023-cü il tarixdə 1 il müddətinə bağlanmış həmin müqaviləyə əsasən Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 28, faktiki olaraq isə ünvan 5nvanında yerləşən obyektin (qeyri-yaşayış sahəsinin) 80 kv.m sahəsi (50 kv.m hissəsi istehsal sahəsi və 30 kv.m hissəsi anbar sahəsi olmaqla) iddiaçıya subicarəyə verilmiş, iddiaçı həmin sahəyə öz istehsal avadanlıqlarını yerləşdirmişdir. Lakin subicarəyə götürülmüş obyektdə istehsalat fəaliyyətinin təşkili baş tutmamış və obyektin icarəsinə ehtiyac qalmadığından iddiaçı subicarə müqaviləsinin müddətinin uzadılmasını istəməmiş, bununla da tərəflər arasında bağlanılmış subicarə müqaviləsi xitam olunmuşdur. İddiaçı özünə məxsus əmlakı (istehsal avadanlıqlarını) obyektdən daşımaq (aparmaq) istəyərkən cavabdehlər tərəfindən buna maneələr yaradılmış, gah subicarə müqaviləsində göstərilən ünvanda iddiaçıya məxsus heç bir avadanlığın olmadığı, gah da iddiaçının onunku olduğunu iddia etdiyi avadanlıqların başqa icarəçinin istifadəsinə verilmiş sahədə yerləşdiyi və başqasının əmlakı olduğu barədə mülahizələr ortaya atılmaqla, iddiaçının istehsal avadanlıqları ilə bağlı tələbinin əsassız olduğu bildirilmişdir. Ona görə də iddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etməli olmuşdur... Məhkəmə vurğulamışdır ki, 30 yanvar 2023-cü il tarixli 01/2023 nömrəli subicarə müqaviləsində iddiaçıya Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 28-də yerləşən obyektin subicarəyə verildiyi qeyd olunsa da, lakin ünvan düzgün göstərilməmiş, faktiki olaraq icarəyə ünvan 5nvanında yerləşən qeyri-yaşayış sahəsi verilmişdir. Bu uyğunsuzluğu araşdırmaq məqsədilə məhkəmə yerində müayinə aparılması üçün ünvan 5nvanda yerləşən obyektə baxış keçirmiş, həmin obyektdə iddiaçının göstərdiyi sahədə onun iddia etdiyi predmetlərin – tökmə avadanlığın, induksiya sobasının, metal tökmək üçün qəliblərin, tökmə maşının və inteqral sxemin olduğu aşkar edilmişdir. Bundan başqa, iddiaçının təqdim etdiyi "xxxx" MMC-nin 2023-cü ilin fevral ayında tərtib etdiyi induksiya əritmə sobasının texniki pasportunda olan şəkillərin məhkəmənin baxış keçirdiyi sahədə çəkildiyi müəyyən olunmuşdur... Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, mübahisələndirilən istehsal avadanlıqları ilə bağlı olan hissədə iddia təmin edilməli, İddiaçı MMC-yə məxsus olduğu müəyyən edilən tökmə avadanlığın, induksiya sobasının, 8 ədəd metal tökmək üçün qəlibin, 1 dəst tökmə maşınların (anod tökmə kompleksinin) və inteqral sxemin ünvan 5nvanından iddiaçı tərəfindən daşınmasına şərait yaradılması vəzifəsi cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-nin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası işin cavabdehlər tərəfindən apellyasiya şikayətləri ilə mübahisələndirilən hissəsi üzrə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəldiyini hesab edir. Belə ki, Cavabdeh2 MMC apellyasiya şikayətində mübahisəli avadanlıqların iddiaçıya məxsus olmadığını və iddiaçının həmin avadanlıqları əsassız olaraq tələb etdiyini bildirsə də, lakin mübahisələndirdiyi avadanlıqların özünə məxsus olduğunu da iddia etməmiş, nə də sözügedən avadanlıqların məhz kimə (hansı hüquqi şəxsə) məxsus olmasını bildirməmişdir. Belə olduğu halda cavabdehin bu mübahisəni nəyə və kimə görə qaldırdığı başa düşülən deyil... Digər tərəfdən, iddiaçının 2023-cü ilin yanvarında ”Baku Cooper” MMC-dən 61603,34 manat dəyərində eyni təyinatlı istehsal avadanlıqları (tökmə avadanlığı, induksiya sobası, 8 ədəd metal tökmək üçün qəlib, 1 dəst tökmə maşınlar (anod tökmə kompleksi) və inteqral sxem) alması, ardınca (2023-cü ilin yanvarında) iddiaçı tərəfindən həmin avadanlıqların quraşdırılması və istehsalat fəaliyyətinə başlanılması üçün cavabdehdən subicarəyə obyekt (qeyri-yaşayış sahəsi) götürülməsi, subicarəyə götürülmüş obyektin ünvanı ilə bağlı cavabdeh (icarəyə verən) tərəfindən dolaşıqlıq yaradılmasına baxmayaraq iddiaçının (nümayəndəsinin) onun istifadəsinə verilmiş obyekti və oraya yerləşdirdiyi avadanlıqları yerində məhkəməyə baxış (müayinə) üçün təqdim etməsi kimi işin müəyyən olunmuş halları mübahisəli avadanlıqların məhz iddiaçıya məxsus olduğunu təsdiqləməyə yetərincə əsas verir. Digər Cavabdeh1 MMC isə apellyasiya şikayətində onunla iddiaçı arasında heç bir müqavilə münasibəti və ya işgüzar əlaqə, habelə icarə obyektinin ona heç bir aidiyyəti olmadığından əsassız olaraq iş üzrə cavabdeh qismində cəlb edildiyini bildirmişdir. Belə olduğu halda, yəni Cavabdeh1 MMC mübahisələndirilən avadanlıqların iddiaçı tərəfindən subicarəyə götürülmüş obyektdən aparılmasına maneə yaratmayacağı təqdirdə onun qəbul olunmuş qətnamədən narahatlığına heç bir əsas da yoxdur. Bununla belə, iddiaçı tərəfindən subicarəyə götürülmüş obyekt və ona bitişik olan digər obyektlər Cavabdeh1 MMC-nin mülkiyyəti olduğundan (icarəçilərlə bağlanmış müqavilələr bu nəticəyə gəlməyə əsas verir) məhkəmə kollegiyası hesab edir ki, onun cavabdeh kimi icraata cəlb edilməsi əsaslı olmuşdur. Göründüyü kimi, cavabdehlərin apellyasiya şikayətlərinin dəlilləri əsassız və qəbulolunmazdır. Həmin dəlillər işin həqiqi hallarına və tərəflər arasındakı qarşılıqlı münasibətlərə uyğun olmayan mülahizələrdən ibarətdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etmiş və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. Ona görə də cavabdehlərin apellyasiya şikayətləri təmin edilməməli və iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-279/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)- 279/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar