Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-132/2025 27.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh1nə qarşı “pul” tələbinə dair və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçınə və Cavabdeh2nə qarşı “borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair birləşdirilmiş kommersiya işi üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abiyeva Fidan Əfqan qızının katibliyi, İddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə1, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh1nə qarşı “pul” tələbinə dair və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçınə və Cavabdeh2nə qarşı “borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair birləşdirilmiş kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 23 may 2025-ci il tarixli, e-2-2(119)-128/2025 nömrəli qətnaməsindən cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. Borc verən İddiaçı MMC ilə borc alan Cavabdeh1 MMC arasında bağlanmış 11 iyul 2023-cü il tarixli, 24 nömrəli borc müqavilləsinin 1.1-ci bəndinə əsasən borc verən 200000 (iki yüz min) pul vəsaitini borc alana qaytarılmaq şərti ilə maliyyə yardımı kimi xarici və yerli şirkətlərə olan borclarını ödəmək məqsədilə borca verir, borc alan isə borcunnu müqavilənin şərtləri əsasında və müddəti ərzində geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin: - 1.2-ci bəndinə əsasən borc verən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş pul vəsaitini faizsiz borc kimi borc alana verir. - 1.3-cü bəndinə əsasən borc məbləğinin verilməsi anı, həmin məbləğin borc alanın bank hesabına köçürüldüyü və nağd qaydada kassasına verildiyi an hesab edilir. -1.4-cü bəndinə görə borc verən borc vəsaitini həm AZN valyutasında, həm günün məzənnəsinə uyğun olaraq 200000 AZN borc məbləğinin ekvivalenti qədər xarici valyutada da borc verə bilər. - 2.2.1-ci bəndinə əsasən borc alan borc məbləğini 31 dekabr 2024-cü il tarixədək geri qaytarmağı öhdəsinə götürmüşdür. - 3.3.-cü bəndinə əsasən Müqaviləyə vaxtından əvvəl aşağıdakı hallarda xitam verilə bilər: -tərəflərin qarşılıqlı razılığı ilə; Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulduğu digər hallarda.
2. Qeyd edilən tərəflər arasında bağlanılmış eyni məzmunlu 12 sentyabr 2023-cü il tarixli, 25 nömrəli borc müqavilləsinin 1.1-ci bəndinə əsasən borc verən 70 000 (yetmiş min) pul vəsaitini borc alana qaytarılmaq şərti ilə maliyyə yardımı kimi xarici və yerli şirkətlərə olan borclarını ödəmək məqsədilə borca verir, borc alan isə borcunnu müqavilənin şərtləri əsasında və müddəti ərzində geri qaytarmağı öhdəsinə götürmüşdür.
3. Təqdim edilmiş ödəmə qəbzi və ödəniş tapşırıqlarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-nin bank hesabına 11 iyul 2023-cü il tarixli, 24 nömrəli borc müqaviləsinə əsasən 12 iyul 2023-cü il tarixdə 19660 manat, 13 sentyabr 2023-cü il tarixdə 48531 manat, 22 sentyabr 2023-cü il tarixdə 100000 manat məbləğində, 12 sentyabr 2023-cü il tarixli, 25 nömrəli borc müqaviləsinə əsasən 12 sentyabr 2023-cü il tarixdə 61945 manat məbləğində olmaqla, ümumilikdə 230136 manat məbləğində ödəniş olunmuşdur.
4. 16 yanvar 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh1 MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 11 iyul 2023-cü il tarixli, 24 nömrəli borc müqaviləsi üzrə 50000 manat məbləğində ödəniş olunmuşdur
5. İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə1 ilə Cavabdeh1 MMC-nin direktoru Qanuni nümayəndə2 arasında arasında təkər idxalı ilə bağlı ödəniş və borcları özündə əks etdirən əlyazmalardan görünür ki, Qanuni nümayəndə1 13 sentyabr 2023-cü il tarixə olan 140000 manat məbləğində borcunun bağlandığı qeydi aparılmışdır.
6. Cavabdeh1 MMC tərəfindən İddiaçı MMC-ə 59778,8 manat dəyərində malların verilməsi ilə bağlı 21 dekabr 2023-cü il tarixli EBDV seriyalı, 689750 nömrəli elektron qaimə təqdim edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı MMC Cavabdeh1 MMC-yə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 180136 (yüz səksən min yüz otuz altı) manat məbləğində pul vəsaitinin və 471 (dörd yüz yetmiş bir) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh1 MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 iyul 2023-cü il tarixdə və 12 sentyabr 2023-cü il tarixdə Cavabdeh1 MMC ilə İddiaçı MMC arasında borc müqavilələri bağlanmışdır. Həmin borc müqavilələrinə əsasən İddiaçı MMC-nin hesabından Cavabdeh1 MMC nin hesabına 230136 (iki yüz otuz min yüz otuz altı) manat pul vəsaiti köçürülmüşdür. Borc verilən 230136 (iki yüz otuz min yüz otuz altı) manat pul vəsaitinin 50000 (əlli min) manatı Cavabdeh1 MMC tərəfindən İddiaçı MMC-nin hesabına geri qaytarılmışdır. Hal-hazırda Cavabdeh1 MMC-nin direktoru Qanuni nümayəndə2 yerdə qalan 180136 (yüz səksən min yüz otuz altı) manatın qaytarılmaması istiqamətində hərəkətlər (hərəkətsizlik) edir. O açıq aşkar bildirir ki, Cavabdeh1 MMC-nin İddiaçı MMCyə heç bir borcu yoxdur. Buna görə də tərəflər arasında bağlanmış 11 iyul 2023-cü il tarixli və 12 sentyabr 2023-cü il tarixli borc müqavilələrinin ləğv edilməsi və həmin müqavilələrə görə İddiaçı MMC-yə olan 180136 (yüz səksən min yüz otuz altı) manat borcun 17 oktyabr 2024-cü il tarixinədək ödənilməsinə (verilməsinə) dair Cavabdeh1 MMC-yə 11 oktyabr 2024-cü il tarixli pretenziya məktubu göndərilmişdir. Lakin Cavabdeh1 MMC tərəfindən pretenziya məktubuna cavab verilməmişdir. Cavabdeh1 MMC İddiaçı MMC-yə olan 180136 (yüz səksən min yüz otuz altı) manat məbləğində pul vəsaitini bu günə kimi qaytarmadığına görə tərəflər arasında dəfələrlə danışıqlar aparmışdır. Lakin cavabdeh tərəfindən qeyd edilən pul vəsaitinin ödənilməsindən imtina edilmişdir. Bu azmış kimi, cavabdeh şirkətin direktoru iddiaçı şirkətin direktoru barəsində hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmiş və həmin şikayət ərizəsində, guya, iddiaçının cavabdehə pul borcu olduğu göstərilmişdir. Bu halın özü bir daha onu təsdiq edir ki, cavabdeh iddiaçıya olan 180136 (yüz səksən min yüz otuz altı) manat məbləğində pul borcunu ödəməkdən imtina edir. 11 iyul 2023-cü il tarixli və 12 sentyabr 2023-cü il tarixli borc müqavilələrinin 3.3-cü bəndinə əsasən tərəflərin qarşlıqlı razılığı ilə və yaxud da Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda müqaviləyə vaxtından əvvəl xitam verilə bilər.
9. İddiaçı Cavabdeh1 MMC cavabdehlər İddiaçı MMC-ə və Cavabdeh2 MMC-ə qarşı “borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə ayrıca iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh İddiaçı MMC-nin hesabından 279535 (140000 + 56756 + 23000 + 59779) manat məbləğində borcun və 620 manat məbləğində dövlət rüsumunun, həmçinin Cavabdeh2 MMC-dən dəymiş maddi və mənəvi zərərə görə 50000 manat məbləğində pul vəsaitinin Cavabdeh1 MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması, İddiaçı MMC-nin təsisçisi və direktoru Qanuni nümayəndə1 əməlində cinayət tərkibi olduğundan xüsusi qərardad qəbul etməklə prokurora məlumat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh1 MMC-nin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC-nin direktoru Qanuni nümayəndə2 ilə İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə1 uzun müddət yaxın münasibətdə olmuşlar və hər zaman Qanuni nümayəndə2 Qanuni nümayəndə1 kommersiya fəaliyyətində maddi köməklik göstərmişdir. Məhz bu münasibətdən sui-istifdə edən Qanuni nümayəndə1 ona yardım göstərmiş olan Qanuni nümayəndə2 aldatmış və bu aldatma nəticəsində də, nəinki ona məxsus olan 180136 manatın, hətta ona olan ümumilikdə 279535 manat pul vəsaitinin mənimsənilməsinə bu yolla cəhd göstərməklə faktiki olaraq dələduzluq əməli törətmişdir. Belə ki, Qanuni nümayəndə1 Cavabdeh1 MMC-ə müraciət edərək İddiaçı MMC-nin hesablaşma hesabında faktiki olaraq pulunun olmasına baxmayaraq həmin pul vəsaitini hesabından nağd qaydada çıxara bilmədiyindən biznesində yaranmış problemlərin həllinin mümkünsüz olduğunu və bunun nəticəsində də ayrı-ayrı şəxslərə olan borclarını vaxtında qaytarmayacağı halda, ona qarşı hədələrin olduğunu bildirmiş, bu səbəbdən də, İddiaçı MMC-nin hesablaşma hesabından Cavabdeh1 MMC-nin hesabına, “borc şəklində” pul vəsaitinin köçürülməsini, Cavabdeh1 MMC tərəfindən həmin məbləğin ona nağd şəkildə geri qaytarılmasını xahiş etmişdir. O bildirmişdir ki, bu cür əməliyyatın aparılması heç bir halda qanunsuz əməliyyat hesab edilə bilməz və onun tərəfindən əvvəllər də bu cür əməliyyatlar aparılmış, bank tərəfindən həmin əməliyyatların aparılmasına heç vaxt etiraz edilməmişdir. Beləliklə, yuxarıda da qeyd edildiyi kimi uzun müddət davam edən münasibətlərə xələl gətirilməməsi baxımından tərəflər arasında razılıq əldə olunmuş, beləliklə də, Qanuni nümayəndə1 ssenarisi üzrə onun yuxarıda göstərdiyi sxemlə, İddiaçı MMC-nin hesablaşma hesabından Cavabdeh1 MMC-nin hesabına ümumilikdə 230136 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Həmin pulun 50000 manatı da o məqsədlə geri qaytarılmışdır ki, danışıqlar zamanı Qanuni nümayəndə1 ona ümumilikdə 180 min manat məbləğində nağd pulun lazım olduğu bildirilmişdir. Bu əməliyyatların başa çatmasından 2-3 gün sonra isə 180 min manat məbləğində nağd pul Qanuni nümayəndə2 tərəfindən Qanuni nümayəndə1 təqdim edilmişdir. İllik dövriyyəsi 100 milyon manatdan artıq olan, 2 il 6 aylıq müddət ərzində dövlət büdcəsinə tək bir vergiyə-ƏDV-yə görə dövlət büdcəsinə 10 milyon manatdan çox pul vəsaiti ödəyən Cavabdeh1 MMC necə ola bilərdi ki, ondan 100 dəfələrlə zəif olan İddiaçı MMC-dən 1 il 6 ay müddətinə 180 min manat məbləğində, özü də “faizsiz” borc götürsün. Hərçənd ki, Qanuni nümayəndə2 təsisçisi olduğu şirkətlərə, artıq ödəmələrə görə, dövlət büdcəsinin daimi borcu olmaqla, bu borc məbləğlərinin miqdarı 300-500 min manat arası təşkil etmişdir. Onun iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, bu “borc” məbləğləri İddiaçı MMC-nin hesablaşma hesabından Cavabdeh1 MMC-nin hesabına 2023-cü ilin 12 sentyabr, 13 sentyabr və 22 sentyabr tarixlərində köçürülmüşdür. Lakin Qanuni nümayəndə2la Qanuni nümayəndə1 birgə əlyazmalarından və həmin əlyazmaların altındakı Qanuni nümayəndə1 imzasından müəyyən olunur ki, 24 yanvar 2023- cü il tarixə Qanuni nümayəndə1 Qanuni nümayəndə2 258320 manat məbləğində borcu olmuşdur. O, bu borcu 01 may 2023-cü il tarixədək ödəməyi bir öhdəlik kimi üzərinə götürsə də, həmin tarixə borcunun miqdarı 200000 manat təşkil etmiş və həmin məbləğdən 13 sentyabr 2023-cü il tarixədək cəmi 60 min manat borcunu Qanuni nümayəndə2 qaytarmışdır. 13 sentyabr 2023-cü il tarixə Qanuni nümayəndə1 Qanuni nümayəndə2 olan borcunun miqdarı ümumilikdə 140 min manat təşkil etməklə bu günə kimi də ödənilməmişdir. Yuxarıda qeyd olunanlardan əlavə Qanuni nümayəndə1 Qanuni nümayəndə2 2023-cü ilin mart-apel aylarında borc kimi aldığı pulu geri qaytara bilmədiyindən, özünün mülkiyyətində olan 0,03 ha torpaq sahəsini Qanuni nümayəndə2 adına rəsmiləşdirilməsinə söz vermiş, bunu etmədiyindən, həmin torpaq sahəsinin bütün hüquqverici sənədləri bu günədək Qanuni nümayəndə2 saxlanılır. Bununla yanaşı, 2024-cü ilin iyul ayında Qanuni nümayəndə1 Qanuni nümayəndə2 müraciət edərək 2 maşın yükünün gömrükdən keçirilməsi üçün 56756 manat məbləğində borc pul istəmiş və bu məbləğin 28378 manatı, Cavabdeh1 MMC-nin biznes kartından 06 iyul 2024-cü il tarixdə İddiaçı MMC-nin VÖEN hesabına köçürülmüş, 2-ci maşın üçün 28378 manatı isə, həmin gün şahidlərin yanında ona nağd şəkildə verilmişdir. Bundan başqa 21 dekabr 2023-cü il tarixli elektron qaimə-fakturadan görünür ki, Cavabdeh1 MMC tərəfindən İddiaçı MMC-yə 59778,80 manat məbləğində ayrı-ayrı çeşiddə olan malmaterial dəyərliləri göndərilsə də, həmin malların da dəyəri bu günə kimi ödənilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı MMC-nin Cavabdeh1 MMC-yə olan borcunun miqdarı ümumilikdə 279535 (140000+56756+23000+59779) manat təşkil etmişdir. Ona görə də bu məbləğin İddiaçı MMC tərəfindən Cavabdeh1nə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmalıdır. Həmçinin xüsusi olaraq qeyd etmişdir ki, Cavabdeh2 MMC ilə İddiaçı MMC arasında yaranmış və Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2- 2(113)- 8779/2024 nömrəli kommersiya mübahisəsindən məlum olmuşdur ki, iddiaçı Cavabdeh2 MMC ilə cavabdeh İddiaçı MMC arasında olan alqı-satqı müqaviləsinə əsasən 103107,93 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş edir. Eyni zamanda, o da məlum olmuşdur ki, işin məhkəməyə verilməsindən əvvəl, eynən Cavabdeh1 MMC ilə olduğu kimi, “borc müqaviləsi əsasında” İddiaçı MMC tərəfindən Cavabdeh2 MMC-nin bank hesabına, təyinatı üzrə borc kimi pul vəsaiti ödənilsə də, hər iki halda, həmin pul vəsaiti, İddiaçı MMC-nin hesablaşma hesabına geri qaytarılmış və aparılan araşdırmalardan məlum olmuşdur ki, bu əməliyyat da o məqsədlə həyata keçirilmişdir ki, Cavabdeh2 MMC-yə mövcud olan borcları ilə əvəzləşdirə bilsinlər. İşin bu halı, yəni, təyinatı üzrə borc kimi ödənilən pulu geri qaytarmaqla, pulun ödəniş təyinatında düzəlişin edilməsinin tələb edilməsi belə nəticəyə gəlinməsinə əsas verir ki, Cavabdeh2 MMC İddiaçı MMC-nin bu cür dələduzluq fəaliyyətindən əvvəlcədən xəbərdar imiş. Hərçənd ki, İddiaçı MMC ilə Cavabdeh1 MMC “borc müqaviləsi” əməliyyatının aparılması ilə Qanuni nümayəndə1 köməkliyin göstərilməsinə, şəxsən Cavabdeh2 MMC-nin təsisçisi və direktorunun tövsiyəsi və xahişinə əsasən razılıq verilmişdir. Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 MMCnin bu barədə 26 noyabr 2024-cü il tarixli müraciətinə cavab olaraq İddiaçı MMC-nin bu cür əməllərindən sonradan xəbərdar olduqlarını bildirmiş və bunun nəzərə alınması xahiş etmişdir. Eyni zamanda 24 sentyabr 2024-cü il tarixdə tərtib edilmiş protokolla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin icraaatındakı və Sumqayıt şəhərində fəaliyyət göstərən "xxxx" MMC-yə qarşı olan ********* nömrəli cinayət işi ilə əlaqədar Yasamal Rayon Məhkəməsinin qərarı əsasında Cavabdeh1 MMC-nin ofisində aparılan axtarış zamanı Cəmiyyətin fəaliyyətinə aid olan və olmayan bütün sənədlər və əşyalar götürülmüşdür.
11. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 MMC-nin cavabdehlər İddiaçı MMC-ə və Cavabdeh2 MMC-ə qarşı “borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə kommersiya işi Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin Cavabdeh1 MMC-ə qarşı “pul tələbi” barədə olan e-2-2(119)- 128/2025 nömrəli kommersiya işinə birləşdirilmişdir.
12. Sumqayıt Kommersiya Məhkəməsinin 23 may 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh1 MMC-ə qarşı “pul tələbi” barədə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 MMC-dən 180136 (yüz səksən min yüz otuz altı) manat məbləğində borcun və 470,14 (dörd yüz yetmiş manat on dörd qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 180606,14 (yüz səksən min altı yüz altı manat on dörd qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 MMC-nin cavabdehlər İddiaçı MMC-ə və Cavabdeh2 MMC-ə qarşı “borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir.
13. Qətnamədən narazı qalan cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) “Meligro Dizayn MMC apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 23 may 2025-ci il tarixli, e-2-2(119)-128/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, qarşılıqlı iddianın təmin olunması və ilkin iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh1 MMC apellyasiya şikayətində tərəflərin iddia ərizələrinin və iş üzrə məhkəmə qətnaməsinin məzmununa istinad etməklə şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qənaəti tamamilə yanlışdır, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin faktiki hallarına uyğun deyildir. Odur ki, İddiaçı MMC-in iddiası təmin olunmamalı, Cavabdeh1 MMC-in qarşılıqlı iddiası təmin edilməlidir. Şikayətdə göstərilir ki, ş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı MMC-dən Cavabdeh1 MMC-ə xx.xx.2023-cü il tarixdə 19.660 manat, xx.xx.2023-cü il tarixdə 61.945 manat, xx.xx.2023-cü il tarixdə 48.531 manat və xx.xx.2023-cü il tarixdə 100.000 manat olmaqla, ümumillikdə 230.136 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Həmin vəsaitlərdən 19.669 manat, 48.531 manat və 100.000 manat olmaqla, cəmi 168.191 manat pul vəsaiti 24 nömrəli müqavilə üzrə, 61.945 manat pul vəsaiti isə 25 nömrəli müqavilə üzrə köçürülmüşdür. Belə ki, Cavabdeh1 MMC-yə 24 nömrəli müqaviləyə əsasən 200.000 manat, 25 nömrəli müqaviləyə əsasən 70.000 manat köçürülməli idi.Əgər doğurdanda borc müqavilələri formal xarakterli deyildirsə, bəs nə üçün borcverən hər iki müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmişdir, üstəlik məbləğ tam köçürülmədiyi halda 50.000 manat geri qaytarılmışdır.Bu hallara İddiaçı MMC-nin obyektiv və həqiqəti əks etdirəcək izahları yoxdur. Onlardan fərqli olaraq Cavabdeh1 MMC tərəfindən bu hallara dair verilən izah həm məntiqli həm də ağlabatandır. Belə ki, İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə1 problemlərini həll etmək üçün 180.000 manat nağd lazım olduğundan, məhz həmin məbləğin miqdarı hesabda saxlanılmış, artıq köçürülmüş vəsait geri qaytarılmışdır. Vəsaitlərin köçürülmə tarixlərinə xronoloji ardıcılıqla diqqət yetirdikdə 19.660, 61.945, 48.531 və 100.000 manat köçürüldüyü görünür. Deməli tarix baxımıdan sonuncu köçürülmüş 100.000 manat deyil, tələb olunan 180.000 manatın formalaşması üçün 49.000-50.000 civarında manat köçürülsəydi, geri heç bir məbləğ göndərilməyəcəkdir, məhz sonuncu dəfə 100.000 manat köçürüldüyü üçün razılaşdırılmış 180.000 artıq olan 50.000 manat geri qaytarılmışdır. Göründüyü kimi, məhkəmə bu xüsusata yetərincə diqqət etməmişdir, bu hal isə iş üzrə əsassız və qanunsuz qətnamənin qəbul olunması ilə nəticələnməsinə təsir etmişdir. Bundan əlavə, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü iİ tarixli ödəniş qəbzindən görünür ki, borc alan tərəfindən 50.000 manat pul vəsaiti borc verənə qaytarılmışdır. Müqavilələrin 1.1-ci maddəsində göstərilir ki, borc verən pul vəsaitini borc alana qaytarmaq şərti ilə maliyyə yardımı kimi xarici və yerli şirkətlərə olan borclarını ödəmək məqsədi ilə verilir. Halbuki, borc alan Cavabdeh1 MMCnin həmin dövrdə borcu olmamışdır. Bu hal onu göstərir ki, müqavilə formal olaraq tərtib edilmişdir və orada qeyd olunanlar həqiqəti əks etdirmir. Müqavilələr əsasında sonuncu köçürülmə xx.xx.2023-cü il tarixində baş vermişdir. Borcun qaytarılması isə xx.xx.2024-cü il tarixdə baş vermişdir. Əgər həqiqətən müqavilə əsasında köçürülən vəsait borc kimi alınmışdırsa, təxminən 3 ay bir neçə gün sonra borcun bir qisminin geri qaytarılması inandırıcı olmamaqla yanaşı, həqiqəti əks etdirmədiyi asanlıqla başa düşülür. Borc verən müqavilə öhdəliyinə əsasən borc məbləğini tam köçürməmiş, borc alan məbləğin geri qaytarılmasına başlayır, halbuki, müqaviləyə əsasən alınmış borc məbləğinin geri qaytarılması tarixi xx.xx.2024-cü il kimi müəyyən edilmişdir. Bu hal da müqavilələrin formal bağlandığından, mahiyyətinin həqiqəti əks etdirmədiyindən xəbər verir. Hər iki müqavilənin müddəti bitməməsinə baxmayaraq məhkəmə baxışının predmeti olmuşlar. İddiaçı tərəf bunu onunla əsaslandırmışdır ki, Qanuni nümayəndə2 prokurorluq-polisə Qanuni nümayəndə1 şikayət etdiyi üçün o qənaətə gəlmişlər ki, Qanuni nümayəndə2 müqavilə öhdəliklərini yerinə yetirməyəcəkdir. Bu halla bağlı qeyd edilməlidir ki, Qanuni nümayəndə2 polisə etdiyi șikayətdə göstərilən məbləğlərin müqavilədə nəzərdə tutulan məbləğlərlə heç bir əlaqəsi yoxdur, orada göstərilən 23.900 manat torpaq sahəsinə görə, 28.300 manat gömrük ödənişlərinə görə nağd olaraq Qanuni nümayəndə1 verilmiş məbləğlərdir. Göründüyü kimi məhkəmə bu xüsusatları diqqətdən qaçırmış, xitam verilməmiş müqavilələr üzrə pul məbləğlərinin tutulmasına dair iddianı icraatına qəbul etmişdir. İş materiallarına əlavə olunmuş “Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında qərardan görünür ki, Qanuni nümayəndə1 oglu Qanuni nümayəndə2 iki hal ilə bağlı aldatma yolu ilə almış olduğu pulları qaytarmayaq ələ keçirmişdir, yəni onun əməlində dələduzluq cinayətinin əlamətləri vardır və həmin xüsusatla bağlı barəsində cinayət təqibi aparılır. İş materiallarında olan birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 MMC-in iddia tələbi ilə bağlı məhkəməyə təqdim edilmiş İddiaçı MMC-in nümayəndəsi Qanuni nümayəndə1 ilə Cavabdeh1 MMC-in nümayəndəsi Qanuni nümayəndə2 arasında təkər idxalı ilə bağlı ödəniş və borcları özündə əks etdirən əlyazmalardan görünür ki, xx.xx.2022-ci il tarixdə təkərlər idxal olunmuş, qeyd olunan tarixə qədər bu malların gətirilməsi üçün Qanuni nümayəndə2 260.743 manat ödəniş etmişdir, xx.xx.2023-cü il tarixə qədər Qanuni nümayəndə1 Qanuni nümayəndə2 34.507 manat pul ödəmiş, xx.xx.2023-cü il tarixinə Qanuni nümayəndə2 Qanuni nümayəndə1 258.320 manat alacağı yaranmışdır.Əgər bu qeydlərə diqqət yetirilsə asanlıqla görünər ki, 260.743 manat olunan ödənişdən 34.507 manat ödəndikdə qalan məbləğ 258.320 manat təşkil edə bilməz. Bu hal onu bir daha göstərir ki, Qanuni nümayəndə2 ilə Qanuni nümayəndə1 arasında bir çox məbəğlərlə bağlı şifahi razılaşmalar olmuş, hesablar aparılmış, belə ki, həmin dövrdə onların münasibətləri yaxşı olmuşdur, hər dəfə isə güzəştli davranan, hansısa bir çatışmamazdıqla bağlı güzəştlər edən Qanuni nümayəndə2 olmuşdur. Kitabçadakı qeydlərin 6-cı bəndində göstərilir ki, “Qeyd olunan borc (258 320 AZN) xx.xx.2023 tarixinə qədər tam bağlanacaq”. Qeydin sonunda Qanuni nümayəndə2, Qanuni nümayəndə1, Ş.Ağalarov və Qanuni nümayəndə3 imza etmişlər. İmza edənlərdən Qanuni nümayəndə2 və Qanuni nümayəndə1 bəllidir, digərləri isə Qanuni nümayəndə3 iş üzrə izahat verən şəxsdir, digər şəxs Şamil Ağalarov Qanuni nümayəndə2 qardaşıdır. Məhz bu kimi şəxslər, yəni Şamil Ağalarov və daha bir neçə nəfər şəxslər iş üzrə şahid qismində izahat verərək hadisələrin mahiyyətinin açılmasında köməklik edə bilərdilər. Bu xüsusatlar nəzərə alınaraq şahidlərin dindirilmələrinə dair vəsatət verilmişdir. Qeydlərin növbətilərindən görünür ki, Qanuni nümayəndə1 tərəfindən 15-20 gün fasilələrlə Qanuni nümayəndə2 5.000, 8.500, 11.000, 15.000 və 20.000 manat miqdarında ödənişlər edilmişdir.Sonuncu qeyd xx.xx.2023-cü il tarixində aparılmış, qeydə əsasən “150.000-10.000=140.000 m. qalıq 140.000 m.Bağlandı”. Göründüyü kimi, Qanuni nümayəndə1 258 320 manat borcunu xx.xx.2023 tarixinə qədər tam bağlanacağına dair öhdəlik götürsə də, xx.xx.2023-cü il tarixində qalıq 140.000 manat olduğuna dair qeydi imzalamışdır.Bu hal bir daha onu göstərir ki, tərəflər arasında yaxşı-isti münasibətlər onların öhdəliklərinin gecikdirilməsinə şərait yaratmış, aralarında narazılığa səbəb olmamışdır. Şikayət daha sonra onunla əsaslandırılır ki, İddiaçı MMC-in direktoru Qanuni nümayəndə1 2024-cü ilin iyul ayının əvvəllərində xarici ölkədən Azərbaycan Respublikasına gətirdiyi avtomobil təkərlərinin gömrük ödənişləri etməkdə kömək etməsinə dair Qanuni nümayəndə2 müraciət etmiş, hər konteynerə görə təxminən 28.000 manat pul lazım olduğunu, ona kömək etdiyi halda malları çıxarıb satdıqdan sonra borcunu verəcəyini də bildirmişdir. xx.xx.2024-cü il tarixdə səhər saat 10 radələrində Cavabdeh1 MMC-nin Sumqayıt şəhəri, 5-ci mkr ərazisndə yerləşən ofisində cəmiyyətin biznes hesab kartından İddiaçı MMC-nin VÖEN hesabına 28.378 manat vəsait köçürülmüş, bunu təsdiq edəcək arayış iş materiallarına əlavə olunmuşdur.İkinci konteynerin gömrük ödənişini, yəni eyni məbləği Qanuni nümayəndə2 nağd olaraq düzəldib Qanuni nümayəndə1 vermiş, sonuncu həmin vəsaiti bir neçə günə qaytaracağına dair vəd vermişdir. Məhkəmə iş üzrə yekun nəticəyə gələrkən şahidlər X1 və Şahid1 ifadələrində göstərdiyi mühüm xüsusatlara lazımi əhəmiyyət verməmişdir, belə ki, hər iki şahid borc müqaviləsinin bağlanma səbəbi ilə maraqlandıqda Qanuni nümayəndə2 onlara deməsindən məlum olmuşdur ki, Qanuni nümayəndə1 təcili nağd pula ehtiyacı vardır, bundan əlavə Qanuni nümayəndə1 borc müqaviləsinin tərtib olunması üçün onları özü tələsdirmişdir.Bu qeyd olunanlardan belə bir qənaətə gəlmək olar ki, borc müqavilələrin bağlanmasında daha çox Qanuni nümayəndə1 maraqlı olmuşdur, məhz o, şahidlərə bu xarakterli müraciətlər etmişdir. Şikayətdə daha sonra göstərilir ki, məhkəmə işin faktiki halları ilə bağlı əhəmiyyətli halları diqqətdən qaçırmış, borc müqavilələrinin bağlanmasını tələsərək tələb edən Qanuni nümayəndə1 nağd pula ehtiyacının olduğu ehtimalını araşdırmamış, mübahisəli hallara bəsit yanaşma nümayiş etdirərək “müqavilə var2 qənaətindən çıxış etmişdir. xx.xx.2023-cü il tarixli elektron qaimə-fakturadan görünür ki, Cavabdeh1 MMC tərəfindən İddiaçı MMC-in ünvanına 59.778,80 manat məbləgində ayrı-ayrı çeşiddə olan mal-material dəyərliləri göndərilsə də, həmin malların dəyəri hazırkı müddətədək ödənilməmişdir. Sözügedən elektron qaimə-faktura iş materiallarına əlavə olunmuşdur.
Məhkəmə prosesi iştirakçılarının izahatları:
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh1 MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə2, habelə nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin tam ləğv edilərək, qarşılıqlı iddianın təmin olunması və ilkin iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdilər.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə1, habelə nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qarşılıqlı iddia üzrə Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; ... 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. 37-ci fəsil. Borc. § 1. Borc müqaviləsi (Tərəflər arasında borc müqavilələrinin bağlandığı tarixdə qüvvədə olan və “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə qədər olan redaksiyada): Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 742. Borc müqaviləsinə xitam verilməsi və borcun qaytarılması 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. 742.2. Yüz on manatdan çox məbləğdə borclar üçün borc müqaviləsinin ləğv edilməsi haqqında xəbərdarlıq müddəti üç ay, daha az məbləğdə borclar üçün bir ay təşkil edir. Əgər borc üzrə faizlər şərtləşdirilməyibsə, borc alanın ləğvetməyə dair bildiriş vermədən də borcu qaytarmaq hüququ vardır. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 745. Borc verənin ləğvetmə hüququ Əgər müqavilə üzrə digər iştirakçının əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və bunun nəticəsində borcun qaytarılması təhlükəyə məruz qala bilərsə, borc verən borc verəcəyini öhdəsinə götürdüyü bildirişi borc verəcəyini vəd etdiyi əşyanı və ya məbləği verənədək və ya ödəyənədək ləğv edə bilər.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli qərarı.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarı: “...İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə kollegiyası, iş materiallarına əlavə edilmiş sənədləri, iş üzrə proses iştirakçılarının birinci instansiya məhkəməsində və eyni zamanda məhkəmə kollegiyasının iclaslarında verdiyi izahatlarını, tərəflərin təqdim etdiyi etirazları, məhkəmə çıxışlarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.
24. Belə ki, tərəflər arasında 11 iyul 2023-cü il tarixdə və 12 sentyabr 2023-cü il tarixli borc müqavilələrinin bağlanılması, həmin borc müqavilələrinə əsasən İddiaçı MMCnin hesabından Cavabdeh1 MMC-nin hesabına 230136 (iki yüz otuz min yüz otuz altı) manat pul vəsaiti köçürülməsi, borc verilən 230136 (iki yüz otuz min yüz otuz altı) manat pul vəsaitinin 50000 (əlli min) manatının Cavabdeh1 MMC tərəfindən İddiaçı MMC-yə qaytarılması bu qərarın 1-4-cü bəndində istinad edilən sübutlarla öz təsdiqini tapır və tərəflər bu halı mübahisələndirmirlər.
25. Apellyasiya şikayətinin dəlillərində qeyd olunmuşdur ki, Cavabdeh1 MMC-nin direktoru Qanuni nümayəndə2 ilə İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə1 uzun müddət yaxın münasibətdə olmuşlar və hər zaman Qanuni nümayəndə2 Qanuni nümayəndə1 kommersiya fəaliyyətində maddi köməklik göstərmiş, məhz bu münasibətdən sui-istifdə edən Qanuni nümayəndə1 ona yardım göstərmiş olan Qanuni nümayəndə2 aldatmış və bu aldatma nəticəsində də, nəinki ona məxsus olan 180.136 manatın, hətta, ona olan ümumilikdə 279.535 manat pul vəsaitinin mənimsənilməsinə bu yolla cəhd göstərməklə, faktiki olaraq dələduzluq əməli törətmişdir. Belə ki, Qanuni nümayəndə1 Cavabdeh1 MMC-nə müraciət edərək İddiaçı MMC-nin hesablaşma hesabında faktiki olaraq pulunun olmasına baxmayaraq həmin pul vəsaitini hesabından nağd qaydada çıxara bilmədiyindən biznesində yaranmış problemlərin həllinin mümkünsüz olduğunu və bunun nəticəsində də ayrı-ayrı şəxslərə olan borclarını vaxtında qaytarmayacağı halda, ona qarşı hədələrin olduğunu bildirmiş, bu səbəbdən də, İddiaçı MMC-nin hesablaşma hesabından Cavabdeh1 MMC-nin hesabına, “borc şəklində” pul vəsaitinin köçürülməsini, Cavabdeh1 MMC tərəfindən həmin məbləğin ona nağd şəkildə geri qaytarılmasını xahiş etmişdir İddiaçı MMC-in nümayəndəsi Qanuni nümayəndə1 ilə Cavabdeh1 MMC-in nümayəndəsi Qanuni nümayəndə2 arasında təkər idxalı ilə bağlı ödəniş və borcları özündə əks etdirən əlyazmalardan görünür ki, xx.xx.2022-ci il tarixdə təkərlər idxal olunmuş, qeyd olunan tarixə qədər bu malların gətirilməsi üçün Qanuni nümayəndə2 260.743 manat ödəniş etmişdir, xx.xx.2023-cü il tarixə qədər Qanuni nümayəndə1 Qanuni nümayəndə2 34.507 manat pul ödəmiş, xx.xx.2023-cü il tarixinə Qanuni nümayəndə2 Qanuni nümayəndə1 258.320 manat alacağı yaranmışdır. Əgər bu qeydlərə diqqət yetirilsə asanlıqla görünər ki, 260.743 manat olunan ödənişdən 34.507 manat ödəndikdə qalan məbləğ 258.320 manat təşkil edə bilməz. Bu hal onu bir daha göstərir ki, Qanuni nümayəndə2 ilə Qanuni nümayəndə1 arasında bir çox məbəğlərlə bağlı şifahi razılaşmalar olmuş, hesablar aparılmış, belə ki, həmin dövrdə onların münasibətləri yaxşı olmuşdur, hər dəfə isə güzəştli davranan, hansısa bir çatışmamazdıqla bağlı güzəştlər edən Qanuni nümayəndə2 olmuşdur.
26. Məhkəmə kollegiyası şikayətin müvafiq dəlillərinə münasibətdə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, müqavilə - öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il 11 iyun tarixli qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməlidir.
27. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi sübutları (bu qərarın 1-4-cü bəndləri) təqdim edərək məhz həmin sübutlara istinad etməklə iddiasının təmin edilməsini xahiş etmişdir. Tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğunu mübahisələndirməyən cavabdeh müvafiq dəlillər irəli sürməklə ödənilməli olan məbləğin qarşı tərəfə ödənilməsini və həmçinin tərəflər arasında olan inam və etimaddan irəli gələn münasibət və razılaşmalardan yaranan qarşılıqlı öhdəliklərinin olmasını mübahisələndirir. Bununla belə cavabdeh öz etiraz və dəlillərinin əsasını təşkil edən hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı məhkəməyə təqdim etməmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə yazılı sübutların həqiqiliyi prezumpsiyası var. Hazırkı işdə tərəflər arasında bağlanmış yazılı qaydada təsdiq olunmuş borc müqaviləsi vardır. Cavabdeh müqavilənin icra olunması, yəni ödəniş edilməsi ilə bağlı şifahi bəyanat verməklə həmin müqaviləni, onun şərtlərini qüvvədən sala bilməz. Yazılı sübutun qüvvədən düşməsi üçün onun həqiqiliyini şübhə altına alan mötəbər sübutlar təqdim edilməlidir. Belə sübutlar olmadan müqavilədə yazılan şərtlərin həqiqiliyi presumpsiyası qüvvəsini saxlayır.
29. İddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı MMC iddia tələbində göstərilən borc müqavilələri üzrə 180136 (yüz səksən min yüz otuz altı) manat pul məbləğinin Cavabdeh1 MMC tərəfindən ödənilmədiyini, pul vəsaitinin qaytarmadığına görə tərəflər arasında dəfələrlə danışıqlar aparıldığını, lakin cavabdeh tərəfindən qeyd edilən pul vəsaitinin ödənilməsindən imtina edildiyini, cavabdeh şirkətin direktorunun iddiaçı şirkətin direktoru barəsində hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət edərək guya, iddiaçının cavabdehə pul borcu olduğu göstərdiyi kimi hallara istinad etməkə birtərəfli qaydada borc müqavilələrindən imtina etməklə 180136 (yüz səksən min yüz otuz altı) manat məbləğində pul borcunu cavabdehdən tələb etmiş, cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh1 MMC-nin qanuni təmsilçisi isə 180136 manatın nağd şəkildə İddiaçı MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə1 ödənildiyini, aralarında olan səmimi münasibətlərdən istifadə edərək Qanuni nümayəndə1 Cavabdeh1 MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə2 maddi yardım kimi daima borc pul istəməsini və nəticədə 279535 manat pul vəsaitini mənimsədiyini bildirmişdir.
30. Apellyasiya şikayətinin dəlili olaraq Cavabdeh1 MMC-nin tərəflərin arasında olan səmimi dostluq münasibətlərindən istifadə edərək Qanuni nümayəndə1 ona lazım olan 180000 manat məbləğində pul vəsaitini nağdlaşdırmaq məsqədi ilə borc müqaviləsi bağlamağı təklif etdiyini, İddiaçı MMC-nin hesabından Cavabdeh1 hesabına köçürülmüş 230136 manat məbləğində pul vəsaitinin 50000 manatının köçürmə yolu ilə İddiaçı hesabına, 180000 manatının isə nağd qaydada Qanuni nümayəndə2 tərəfindən Qanuni nümayəndə1 şəxsən qaytarıldığını bildirsə də, 180000 manat məbləğində pul vəsaitinin qaytarılmasına dair birinci instansiya məhkəməsində və ya apellyasiya icraatında məhkəmə kollegiyasına hər hansı mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin şahidlərin verdiyi ifadələr ilə bağlı mövqeyini də əsaslı hesab edir. Belə ki, şahidlər verdikləri ifadələrdə 180000 manat məbləğində pulun Qanuni nümayəndə1 verilməsi ilə bağlı konkret fikirlər səsləndirməmişlər.
31. Kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş yazılı sübutlar, tərəflərin qanuni təmsilçiləri Qanuni nümayəndə2 və Qanuni nümayəndə1 polis bölməsində verdiyi izahatlar, Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarı, həmçinin şahidlərin birinci instansiya məhkəməsində verdiyi ifadələrə əsasən İddiaçı iddia ərizəsi üzrə tələb olunan 180136 manatdan 50000 manatın Cavabdeh1 tərəfindən İddiaçınə ödənilməsi, borcun qalan hissəsinin isə geri qaytarılmamaqla öhdəliyin icra edilməməsi müəyyən edilmişdir.
32. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin qanuni təmsilçisi nümayəndəsi Qanuni nümayəndə1 ilə Cavabdeh1 MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə2 arasında arasında təkər idxalı ilə bağlı ödəniş və borcları özündə əks etdirən əlyazmalardan, həmçinin tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan görünür ki, Qanuni nümayəndə1 13 sentyabr 2023-cü il tarixə olan 140000 manat məbləğində borcunun bağlandığı qeydi aparılmışdır.
33. Apellyasiya şikayətinin digər dəlilləri olan, yəni birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 MMC tərəfindən İddiaçı MMC-yə məxsus 2 ədəd yük konteynerinin hər biri üçün 28378 manat məbləğində gömrük rüsumu olaraq ödənilmiş ümumilikdə 56756 manat məbləğində borcun İddiaçı MMC-dən tutulması, həmçinin 2023-cü ilin sentyabr ayında Qanuni nümayəndə1 Abşeron rayonu ərazisində onun adına olan torpaq sahəsini Qanuni nümayəndə2 satmaq adı ilə sonuncudan 23900 manat nağd pul alması, lakin sonradan torpağa dair sənədləşməni etmədiyi və aldığı pulu geri qaytarmadığı ilə əsaslandırmaqla həmin məbləğdə pulun Qanuni nümayəndə1 tutulması, həmçinin malların göndərilməsi ilə bağlı yaranmış 59779 manat məbləğində borcun İddiaçı MMC-dən tutulması və bundan başqa cavabdehlər İddiaçı MMC və Cavabdeh2 MMC-dən maddi və mənəvi zərərə görə 50000 (əlli min) manat məbləğində pulun Cavabdeh1 MMC-nin xeyrinə ödənilməsi ilə bağlı iddia tələblərinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini düzgün hesab edərək kollegiya qeyd edir ki, iddiaçı Cavabdeh1 MMC tərəfindən yuxarıda qeyd olunan tələblərinin əsaslılığını təsdiq edən sübutları - müqavilə, qaimə-faktura və ya hesabdan çıxarış və sair mötəbər sübutları birinci instansiya məhkəməsinə və Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinin tələblərinə uyğun şəkildə apellyasiya baxışı zamanı təqdim etməmişdir.
34. Belə ki, Cavabdeh1 MMC-nin nümayəndəsi vəkil Nümayəndə2 xx.xx.2024-cü il tarixdə birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazda Cavabdeh1 MMC-nin biznes-hesab kartından 06 iyul 2024-cü il tarixdə ərizəçi İddiaçı MMC-nin VÖEN hesabına (qaimədəki) 28378 (iyirmi səkkiz min üç yüz yetmiş səkkiz) manat vəsait köçürüldüyünü, bunu təsdiq edəcək arayışın mövcud olduğunu qeyd etsə də, dəfələrlə məhkəmə iclaslarında iştirak etmələrinə baxmayaraq müvafiq sübut nə Nümayəndə2, nə də Cavabdeh1 MMC-nin digər nümayəndəsi, yaxud da qanuni təmsilçisi Qanuni nümayəndə2 tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya baxışı zamanı qeyd edilən hala dair təqdim edilmiş sübutları və verilmiş vəsatəti MPM-in 3732.2-ci maddəsinin tələblərinə əsasən qəbul etməmişdir.
35. EBDV seriyalı, 689750 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə-faktura əsasında Cavabdeh1 MMC tərəfindən İddiaçı MMC-yə minik avtomobilləri üçün 59778,80 manat dəyərində təkər göndərilməsinə gəldikdə isə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi həmin tələbə dair sübuta Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə uyğun düzgün hüquqi qiymət vermişdir. Belə ki, Süleymanoğlu Group” MMC-nin direktoru Qanuni nümayəndə1 ilə Cavabdeh1 MMC-nin direktoru Qanuni nümayəndə2 arasında təkər idxalı ilə bağlı münasibətlərin mövcudluğu buna dair təqdim edilmiş əlyazmalarla istisna olunmasa da, tərəflər arasında bu sahədə qarşılıqlı fəaliyyətə dair hər-hansı müqavilə və xx.xx.2023-cü il tarixli 689750 nömrəli elektron qaimə-fakturadan başqa digər elektron qaimə-faktura tərtib olunmamış, İddiaçı MMC həmin təkərləri qəbul etmədiyini bildirmiş, qeyd edilən təkərlərin İddiaçı MMC-yə təhvil verilməsi sübuta yetirilməmişdir.
36. Cavabdeh1 MMC-nin iddia tələbinin 2023-cü ilin sentyabr ayında Qanuni nümayəndə1 Abşeron rayonu ərazisində onun adına olan torpaq sahəsini Qanuni nümayəndə2 satmaq adı ilə sonuncudan 23900 manat nağd pul almasına dair hissəsi ilə bağlı olaraq kollegiya əlavə etməyi zəruri hesab edir ki, qeyd edilən tələb hazırkı iş üzrə tərəflər olan İddiaçı MMC ilə Cavabdeh1 MMC-nin kommersiya fəaliyyəti ilə bağlı olmasa da, Cavabdeh1 MMC tərəfindən həmin tələb də digər tələblərlə birləşdirilməklə birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Bununla əlaqədar qeyd olunmalıdır ki, MPMin 30-cu maddəsi yalnız bir-biri ilə əlaqədar olan bir neçə tələb birləşdirərkən, onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduqda tələblərə kommersiya məhkəməsində baxılmalı olmasını nəzərdə tutur. Bununla belə, qeyd edilən tələbin irəli sürülməsinə Cavabdeh1 MMC-nin subyektiv hüququ olmadığından birinci instansiya məhkəməsinin həmin tələbin təmin olunmamasına dair gəldiyi nəticə də mahiyyət etibarı ilə düzgün olmuşdur. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
37. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına uyğun olaraq birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq cavabdehin apellyasiya şikayətinin müvafiq dəlillərinə münasibətdə qeyd edir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
38. Məhkəmə kollegiyası, Mülki Məcəllənin və Mülki Prosessual Məcəllənin yuxarlda istinad olunan maddələrini hazırki mübahisəyə tətbiq edib, işin hallarını nəzərə alıb, işə əlavə edilmiş sübutları, o cümlədən cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, tərəflər arasında borc hüquqi münasibətlərin əmələ gəlməsi, cavabdehin borc hüquqi münasibətləri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməməsi və hazırda onun iddiaçıya ödənilməmiş 180606,14 (yüz səksən min altı yüz altı manat on dörd qəpik) manat borcunun olması mülki iş materialları ilə öz təsdiqini tapdığından, iddianı qismən təmin etməklə, qarşı tərəfin isə iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və sadalanan maddələrin tələblərini hazırki mübahisəyə düzgün tətbiq etmişdir.
39. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır.
40. Məhkəmə kollegiyası işin araşdırılmış hallarına əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 23 may 2025-ci il tarixli, e-2-2(119)-128/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.